Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1401/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızı (sədrlik edən, məruzəçi hakim), Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmü ilə (hakimlər X2 (sədrlik edən), X3 və X5 ibarət tərkibdə) ## ###### 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi və ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. Işin halları: Istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş ittihama əsasən, o, satış məqsədi ilə külli miqdarda psixotrop maddə əldə edib, üzərində saxlamış və daşımışdır. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda psixotrop maddə əldə edib, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,472 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq ## #### 2026-cı il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən yem mağazasının yaxınlığına daşımış və onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPI-nin 31-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ## #### 2026-cı il tarixdə, saat 20:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən yem mağazasının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,472 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmünün dəyişdirilməsini və əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmamışdır. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilmir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, əməlinin düzgün tövsif edilməsini və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Ona görə də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Dövlət ittihamçısı məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli olması cinayət işinin materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətlidir. Ona görə də, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsindən və daha yüngül cəza təyin edilməsindən ibarət olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” ## #### 2021-ci il tarixli qərardadı). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, müdafiə tərəfinin apellyasiya şikayətində əsaslandırdığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxsnu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilmişdir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs özünü ittiham olunduğu maddə ilə təqsirli bilməsə də, verilmiş ittihamda göstərilən xüsusatlar təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanıldığı gün işdən evə qayıdırdı. Saat 03:00 radələri olardı. X1 Xidmətinin əməkdaşları saxlamışlar. Polis əməkdaşları onu Suraxanı RPI-nin 31- ci Polis Bölməsinə aparmışlar. Polis əməkdaşları onun üzərində olmamış narkotik vasitəni əldə etməsinə dair etirafedici ifadə verməsini bildirdikdə o, ilkin olaraq razılaşmamışdır. Bundan sonra polis əməkdaşları onu döymüş, ona psixoloji təzyiq göstərmişlər. Döyülməsi nəticəsində gicgahı şişmişdi. Sonradan polis bölməsinin rəisi gələrək telefonunda bir ay öncə danışdığı iranlı şəxs ilə yazışmalarını və paylaşılan videonu ona göstərmişdi. Belə ki, hadisədən bir ay öncə “TikTok” platformasında iranlı bir şəxsdən borca metamfetamin istəmişdi. Iranlı ona pulu ödəməyəcəyi halda onun videosunu paylaşacağını demişdi. O da heç bir problem olmadığını, narkotik vasitənin pulunu ödəyəcəyini bildirmiş, lakin iranlının pulunu ödəməmişdi. Polis rəisi paylaşılan videonu göstərdikdə həmin vaxt iranlının həqiqətən də videonu paylaşdığını bilmişdir. Yalnız bundan sonra narkotik vasitəni satış məqsədi olmadan əldə etməsinə dair etirafedici ifadə verməyə razılıq vermişdir. Lakin, sonradan bilmişdir ki, ona verilmiş ittiham narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi ilə əlaqədar olmuşdur. Sonradan polis əməkdaşları onu tanımadığı bir yerə apararaq videoçəkiliş həyata keçirmişlər. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı ona suallara cavab olaraq təqsirləndirilən şəxs onu saxlamış polis əməkdaşlarını tanımadığını, onu əslində post patrul xidmətinin əməkdaşlarının saxladıqlarını, lakin çəkilişin saxlanıldıqdan bir gün sonra başqa polis əməkdaşları tərəfindən keçirildiyini, barəsində həbs qətimkan tədbiri seçilən zaman “TikTok” platformasında danışdığı şəxs barəsində hər hansı xüsusat bildirmədiyini, mart ayının 11 yoxsa 12-si saxlanıldığını dəqiq bilmədiyini, bir gün 31-ci polis bölməsində, videoçəkilişdən sonra 1 gecə isə X9 saxlanıldığını, Yeni Suraxanı qəsəbəsində saxlanıldığını, polis bölməsinin Əmircan qəsəbəsində yerləşdiyini, Bakı Istintaq Təcridxanasına daxil olan zaman müayinədən keçən zaman başında şiş olduğunu bildirdiyini göstərmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, ## #### 2026-cı ildə polis idarəsinə Vitaliyin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuşdu. Məlumat əsasında əməliyyat qrupu yaradılmış, onlar məlumatda göstərilən yerə getmişlər. Özlərini Vitaliyə təqdim edərək ona barəsində daxil olmuş məlumatın məzmununu bildirmişlər. Vitaliyə üzərində hər hansı qanunla qadağan edilmiş predmetin olması halında təqdim etməsini təklif etmişlər.. Vitaliy də üzərində olan selloffan bükümdəki narkotik vasitəni təqdim etmişdi. Sonradan həmin bükümü qablaşdıraraq Vitaliyi polis şöbəsinə aparmışlar. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahidlər şahid3 və şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” ## #### 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi yem mağazasımın yaxınlığında saxlanılaraq üzərinə videoçəkilişlə baxış keçirilən zaman sonuncu əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümdə maddəni çıxarıb təqdim etmiş, ondan həmin bükümün içərisində nə olması və kimdən, hansı məqsədlə əldə etməyi barədə soruşulduqda, o, həmin bükümün içərisində narkotik maddə metamfetamin olduğunu və həmin narkotik maddəni tanıdığı şəxsdən 45 manata öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir (cild 01; i.v.10). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının ## #### 2026-cı il tarixli, **/**** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs (imza)» sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,472 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01; i.v.47-50) Azərbaycan Respublikası DIN-nin BƏSII-dən alınmış ## #### 2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ###### 2025-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ## #### 2025- ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 01; i.v.114-115). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, 1(005)- ***/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azaldıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 01; i.v.116-123). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilməsinə dair bildirdiyinə tənqidi yanaşaraq, təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində qanunsuz predmetin olmadığını, psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis əməkdaşları tərəfindən döyüldüyündən videoçəkiliş zamanı psixotrop maddənin ona aid olduğunu bildirdiyini, çəkiliş zamanı dediklərinin polis əməkdaşlarının sözləri olduğunu, fiziki təzyiqlərə dözmədiyindən onların dediklərini təkrarladığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hazırki ifadəsini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli və qeyri-səmimi ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, bir müddətdir ki, müxtəlif narkotik vasitələrdən və maddələrdən istifadə edir. ## #### 2026-cı il tarixdə, saat 20:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən yem mağazasının yaxınlığında dayandığı zaman 3 nəfər mülki geyimli şəxs avtomobildən enib ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərimdə hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual veriliş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O, da təsdiq edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bağlamada psixotrop maddə metamfetamini təqdim etmişdir. Polis əməkdaşları tərəfindən bir neçə sual verilmiş, suallara cavab olaraq bildirmişdir ki, həmin kütlə psixotrop maddə metamfetamindir, tanımadığı şəxsdən 45 manat ödəməklə əldə etmişdir. Həmin bükümə baxış keçirilmiş, daha sonra ağ rəngli zərfdə qablaşdırılıb imzalanaraq götürülmüşdür. Bundan sonra üstü yoxlanılmış, heç nə aşkar olunmamışdır. Onu Suraxanı RPInin 31 -ci PŞ-nə dəvət etmişlər, o, etiraz etməmiş, onu aparmışlar. Orada müvafiq protokol tərtib olunaraq imzalanmış, bundan sonra onu Suraxanı RPI-nin 31-ci PŞ-nin baş təhqiqatçısı, R Sail Hacıyevə təqdim etmişər. Təhqiqatçı tərəfindən ona tərcüməçimütəxəssis təyin edilərək üstündə aşkar olunmuş bükümə və saxlanıldığı zaman qeydə alınmış videogörüntülərə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən ona müxtəlif suallar ünvanlanmış, həmin suallara cavab olaraq bildirmişdir ki, həmin psixotrop maddəni Bülbülə qəsəbəsində tanımadığı və adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 45 manat qarşılığında əldə etmişdir. Sonda müvafiq protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə baxış və götürmə həyata keçirilən zaman Təqsirləndirilən şəxs tam sərbəst şəkildə cibində olan bükümü təqdim edərək içərisində “patı” olduğunu, həmin maddəni 45 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təzyiq edilməsi barədə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə baxışı zamanı saxlanıldıqdan sonra ona qarşı olan təzyiqlər nəticəsində sənədlərə imza etməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, Bakı Istintaq Təcridxanası tərəfindən təqdim edilmiş ## #### 2026-cı il tarixli, ****/**** saylı məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Bakı Istintaq Təcridxanasına daxil olan zaman onda köhnə çapıq toxumalarından başqa hər hansı yeni xəsarət aşkar olunmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin arqumentlərinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin polis bölməsində təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdüyü dəlil onun sadəcə törətdiyi cinayətə görə cəzaya məruz qalmasından yayınmasına yönəlik dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında göstərilən xüsusata dair hissədə (polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı) səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır Odur ki, apellyasiya şikayətinin bu hissədə dəlilləri də əsassızdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun həmin maddələrlə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilməsinə dair apellyasiya şikayətinin dəlillərini və apellyasiya icraatında bildirdiklərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Həmçinin, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət hadisəsini törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası qərarında əsas götürdüyü motivləri rəhbər tutmaqla apellyasiya şikayətinin formal mülahizələrə əsaslandığını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində və apellyasiya icraatında göstərdiyi hallara hüquqi qiymət verərək qeyd edir ki, şikayətdə qeyd olunanlar onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirilməli, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla sübuta yetirilmiş hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri cinayət işi materiallarında öz əksini tapan sübutlarla təkzib edilməklə əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin tövsif edilməsi üçün əsaslar müəyyən etmir. Bununla da məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmadığından və qanunvericiliyin müvafiq müddəaları ilə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi və Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri təsnifata görə ağır cinayətdir. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını əməlini yüngülləşdirən hal kimi və əməlində cinayətin resdivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə cəzaları təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və əməlinin tövsif edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apellyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1401/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1401/2026
21.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver