Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1408/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin buraxılmış müddətinin bərpası haqqında vəsatətinin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs vəsatət verərək buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Həmin vəsatətini onunla əsaslandırmışdır ki, cəza çəkdiyi cəzaçəkmə müəssisəsində intizam qaydalarını pozduğu üçün o, xüsusi ayrılmış otaqda saxlanıldığından və ailə vəziyyəti ilə əlaqədar hökmdən apelyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verə bilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatəti əsassız olduğuna görə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, həmin məhkəmənin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)- ***/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 203.1 və 203.3-cü mаddələrinə görə cinаyət mühаkimə icrааtı zаmаnı müddətlər kеçdikdən sоnrа аpаrılаn prоsеssuаl hərəkətlər müddət bərpа еdilməmişsə, еtibаrsız sаyılır. Cinаyət mühаkimə icrааtı zаmаnı üzrlü səbəblərə görə burахılmış müddət mаrаqlı şəхsin vəsаtəti və yа хаhişi ilə cinаyət prоsеsini həyаtа kеçirən оrqаnın qərаrı ilə bərpа оlunmаlıdır. Cinаyət prоsеsini həyаtа kеçirən оrqаnın qərаrındа bаşqа hаl nəzərdə tutulmаyıbsа, müddət digər şəхslər üçün dеyil, аncаq оnu burахmış şəхs üçün bərpа еdilir. Istinad edilən qanun normalarının mənasına görə müddətin buraxılması üzrlü səbəblərdən olmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin dəlilləri qismində göstərilən hallar buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas deyildir. Məhkum Təqsirləndirilən şəxs hazırkı vəsatətinin təmin edilməsi üçün qanunda nəzərdə tutulan obyektiv əsaslar, üzrlü səbəblər yoxdur. Apellyasiya şikayətinin verilmə müddətindən üzrsüz səbəbdən 01 (bir) il 02 (iki) aydan artıq müddət keçmişdir. Belə ki, iş materiallarından görünür ki, yekun qərar çıxarıldıqdan sonra, hökmün elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmə hüququ izah edilmişdir. Bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmışdır. Bundan əlavə, qeyd edilən cinayət işinə proses tərəflərinin, o cümlədən məhkum Təqsirləndirilən şəxs iştirakı ilə baxılmışdır. Hökmün surəti məhkum Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə qəbzə imza etdirilməklə təqdim edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təxminən 01 (bir) il 02 (iki) aydan artıq müddət keçdikdən sonra, yəni ## #### 2026-ci il tarixdə apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair yazılı vəsatətlə məhkəməyə müraciət etmiş, bununla belə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürməsinə dair heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətində məhkum apellyasiya şikayətinin verilməsi müddətinin olmasından xəbərsiz olmuş, istənilən vaxt şikayət verə biləcəyini zənn etdiyini bildirmişdir. Məhkəmə iclas protokolundan da göründüyü kimi məhkum və müdafiəçi məhkəmə baxış iclasında iştirak etmişlər, məhkəmənin hökmü, ondan şikayət verilməsi qaydası və müddəti sədrlik edən hakim tərəfindən izah edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti vermə müddətini üzürsüz səbəbdən buraxmışdır. Ona görə də vəsatətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.3, 391.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayətinin vermə müddəti üzrsüz buraxıldığından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin buraxılmış müddətinin bərpası haqqında vəsatətinin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1408/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1408/2026
21.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver