Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1413/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası BaşProkurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin buraxılmış müddətinin bərpası haqqında vəsatətinin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 178.2.2 və 178.2.4-ci maddəsi ilə 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 66.3-cü maddəüinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə təyin edilmiş cəza şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Məhkum Təqsirləndirilən şəxs vəsatət verərək buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Həmin vəsatətini onunla əsaslandırmışdır ki, onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı cinayət işi üzrə hökmdən verilmiş dövlət ittihamçısının protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Daha sonra *(***)-***/**** saylı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən işinə baxılan zaman ona münasibətdə CM-nin 32.4,312.2-ci maddəsi ilə cəzanın təyin olunmasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun ## #### 2022-ci il tarixli qərarının tətbiq olunmasına diqqət edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayətinin vermə müddəti üzrsüz buraxıldığından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin buraxılmış müddətinin bərpası haqqında vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, həmin məhkəmənin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 203.1 və 203.3-cü mаddələrinə görə cinаyət mühаkimə icrааtı zаmаnı müddətlər kеçdikdən sоnrа аpаrılаn prоsеssuаl hərəkətlər müddət bərpа еdilməmişsə, еtibаrsız sаyılır. Cinаyət mühаkimə icrааtı zаmаnı üzrlü səbəblərə görə burахılmış müddət mаrаqlı şəхsin vəsаtəti və yа хаhişi ilə cinаyət prоsеsini həyаtа kеçirən оrqаnın qərаrı ilə bərpа оlunmаlıdır. Cinаyət prоsеsini həyаtа kеçirən оrqаnın qərаrındа bаşqа hаl nəzərdə tutulmаyıbsа, müddət digər şəхslər üçün dеyil, аncаq оnu burахmış şəхs üçün bərpа еdilir. Istinad edilən qanun normalarının mənasına görə müddətin buraxılması üzrlü səbəblərdən olmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 383.1.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin mənafeyinə aid hissədə təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi apellyasiya şikayəti vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin dəlilləri qismində göstərilən hallar buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas deyildir. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş *(***)-****/**** saylı başqa cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.2-ci, 29,178.2.4-cü, 310-cu, 32.4, 312.2-ci və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin, həmin hökmdə Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki ## ###### 2022-ci il tarixli, 1(101)- ***/**** saylı hökmünün müstəqil icra edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32,312.2-ci maddələri ilə məhkum olunmasına dair *(***)-***/**** saylı cinayət işi üzrə hökm onun iştirakı ilə ## ###### 2022-ci il tarixdə elan edilmiş, hökmün surəti məhkuma ## ###### 2022-ci ildə göndərilmişdir. Hökm qanuni qüvvəyə mindiyindən ## #### 2022-ci il tarixdə icraya yönəldilmişdir. Məhkəmənin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün proses iştirakçılarına, o cümlədən məhkuma qanunla nəzərdə tutulmuş müddətdə göndərilməsinə baxmayaraq məhkum Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixində apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair yazılı vəsatətlə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətində məhkum apellyasiya şikayətinin verilməsi müddətinin olmasından xəbərsiz olmuş, istənilən vaxt şikayət verə biləcəyini zənn etdiyini bildirmişdir. Məhkəmə iclas protokolundan da göründüyü kimi məhkum və müdafiəçi məhkəmə baxış iclasında iştirak etmişlər, məhkəmənin hökmü, ondan şikayət verilməsi qaydası və müddəti sədrlik edən hakim tərəfindən izah edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti vermə müddətini üzürsüz səbəbdən buraxmışdır. Ona görə də vəsatətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.3, 391.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayətinin vermə müddəti üzrsüz buraxıldığından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin buraxılmış müddətinin bərpası haqqında vəsatətinin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) saat üçün cəmi 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1413/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1413/2026
14.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver