Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1440/2026 24.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Əliyev Emin Zöhrab oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Təqsirləndirilən şəxs Fərəcov İbrahim Calal oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Fərəcov İbrahim Calal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmü ilə Fərəcov İbrahim Calal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Fərəcov İbrahim Calal oğlunun həbsdə saxlanıldığı 02 (iki) günün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Fərəcov İbrahim Calal oğlunun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, Fərəcov İbrahim Calal oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclas zalından dərhal həbsə alınması, Fərəcov İbrahim Calal oğluna narkomaniyadan məcburi müalicə təyin edilməsi və ##.##.2024-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olmasının nəzərə alınması hökm edilmişdir. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** saylı hökmünün cəza təyini hissəsində dəyişdirilərək, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs məhkəmə kollegiyasına ərizə təqdim edərək, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmündən müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini geri götürdüyünü bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ərizəsini müzakirə edib, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına apellyasiya şikayətindən imtina olunması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 390.1, 396 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALIR: Təqsirləndirilən şəxs Fərəcov İbrahim Calal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmündən müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilməsinə dair ərizəsi əsasında apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1440/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1440/2026
24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver