Məhkəmə qərarları › İş №1(3-6)-1442/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1442/2026

14.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1442/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Qarayeva Mehriban Cəfər qızı və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxs İslam oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından maraqlarına toxunan şəxs kimi qeyd edilən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qiyabi hökmü ilə aşağıdakılar hökm edilmişdir: Təqsirləndirilən şəxs İslam oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 137.5.3-cü maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə 10 (on il) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 29, 312.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs İslam oğluna cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs İslam oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs İslam oğlunun cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün icrası qaydasında faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs İslam oğlunun həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs İslam oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qiyabi hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı ilə maraqlarına toxunan hüquqi şəxs “xxxx” ASC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətinin əsassız olduğundan təmin olunmadan rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərarı ilə “xxxx” ASC-nin direktoru maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda “xxxx” ASC-nin nümayəndəsi və vəkili Nümayəndə yenidən apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarının ləğv edilməsini və “xxxx” ASC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı hökmündən verdiyi apellyasiya şikayətinə baxılmasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx” ASC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə almaqla hesab edir ki, “xxxx” ASC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalı və geri qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından “xxxx” ASC-nin adından onun nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış və ##.##.2026-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş şikayətə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə baxılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, eyni şikayətə yenidən baxılıb qiymət verilməsi mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 391.3.5-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalı və geri qaytarılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 391, 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar