Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1449/2026 24.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Qarayeva Mehriban Cəfər qızı və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, ilkin baxış keçirərək MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən məhkum təqsirləndirilən şəxs2 buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir Məhkum təqsirləndirilən şəxs2 vəsatətində göstərmişdir ki, apellyasiya şikayəti vermə müddətini ötürməsinə səbəb hüquqi təhsili və savadı olmaması, bundan başqa hökm ona elan olunduqdan sonra hökmlə tanış olmadan onu itirməsi olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı ilə məhkum təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum olunmuş şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs apellyasiya şikayətini müdafiə edərək, vəsatətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 384-cü maddəsi birinci instansiya məhkəməsinin hökm və qərarından apellyasiya şikayəti və ya apellyasiya protesti verilmə qaydası və hallarını müəyyənləşdirmişdir. Həmin normanın tələbinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayətini və ya apellyasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müəyyənləşdirilmişdir. Apellyasiya şikayəti və ya apellyasiya protesti verilmə müddətinin axımı hökmün və ya məhkəmənin qərarının elan olunduğu andan başlayır. Lakin həmin Məcəlləsinin 384.2ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin axımı hökmün və ya məhkəmənin qərarının sürətini məhkuma verildiyi andan başlayır. Göründüyü kimi qeyd olunan maddələrin mənasına görə qanunvericilik 20 günlük müddətin axımını qərarın elan olunduğu anla, həbsdə saxlanılan şəxs üçün isə hökmün ona verildiyi anla əlaqələndirmişdir. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı hökmü proses iştirakçılarının, o cümlədən məhkumun iştirakı ilə elan edilmiş, ## ###### 2025-ci il tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, təqsirləndirilən şəxs2 həmin hökmün surətini ## ###### 2025-ci il tarixdə almışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı hökmündən apellyasiya şikayətini qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət keçdikdən sonra vermiş və bununla da apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət onun tərəfindən hər hansı üzrlü səbəblər olmadan buraxılmışdır. təqsirləndirilən şəxs2 yalnız hökmün surətinin alındığı gündən (## ###### 2025ci il) 4 (dörd) aydan artıq vaxt keçdikdən sonra apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə diqqət yetirdikdə müdafiə tərəfinin müxtəlif subyektiv mülahizələrdən çıxış etdiyi müəyyən olunur. Belə ki, məhkum təqsirləndirilən şəxs2 prosessual müddəti üzrlü səbəbdən buraxmasını hüquqi təhsili və savadı olmaması, eyni zamanda hökm ona elan olunduqdan sonra hökmlə tanış olmadan onu itirməsi ilə əlaqələndirmişdir. Cinayət işinin materiallarından görünür ki, ## ###### 2025-ci il tarixdə hökm elan edilərkən, hökmdən şikayət vermə qaydası və müddəti ona izah edilmişdir. Cinayət işinin materiallarından, o cümlədən məhkəmənin hazırlıq iclasına və məhkəmə baxışına dair protokollardakı məlumatlardan görünür ki, təqsirləndirilən şəxs2 Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqları həm hazırlıq iclasında, həm də məhkəmə baxışında ona izah edilmiş və o, bütün hallarda hüquqlarının ona aydın olduğunu məhkəməyə bildirmişdir. Həmçinin, hökmdən apellyasiya şikayəti vermək hüququ və müddəti təqsirləndirilən şəxs2 ayrıca olaraq hökmün elan edilməsindən sonra və ona təqdim edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmünün surətindəki qeyd vasitəsi ilə izah edilmişdir, eyni zamanda təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən müdafiəçi ilə təmin edilmiş və bütün məhkəmə prosesi zamanı ona vəkili hüquqi yardım göstərmişdir. Ona görə də məhkumun hüquqi təhsilinin və ya xüsusi hüquqi biliklərinin olmaması prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkum təqsirləndirilən şəxs2 hökmün surətinin ona təqdim edilməsindən sonra həmin sənədi itirməsini göstərsə də, bu, onun öz iradə və nəzarət dairəsində olan hal olmaqla, apellyasiya şikayəti vermək hüququnun həyata keçirilməsinə obyektiv maneə yaratmamışdır. Məhkumun hökmün surətinin təkrar əldə edilməsi və ya hüquqi yardım almaq imkanları olduğu halda bundan istifadə etmədiyi müəyyən edildiyindən, bununla əlaqədar müddətin bərpası üçün hüquqi əsaslar mövcud deyildir. Göründüyü kimi, məhkum təqsirləndirilən şəxs2 hökmdən qanunla müəyyən edilmiş müddətdə şikayət verməyə imkanı olmuş, lakin üzrlü səbəb olmadan bu hüquqdan vaxtında istifadə etməmiş, 4 (dörd) aydan artıq vaxt keçdikdən sonra buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Təsvir olunanlardan görünür ki, təqsirləndirilən şəxs2 obyektiv olaraq birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, onun qanunla müəyyən edilmiş prosessual müddət daxilində apellyasiya şikayəti verməməyi həmin dövrdə tutduğu prosessual mövqedən, yəni hökmü mübahisələndirmək fikrində olmamasından irəli gəlmişdir. Bu isə o deməkdir ki, məhkum təqsirləndirilən şəxs2un Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində ## ###### 2025-ci il tarixli hökmdən apellyasiya şikayəti verməməsi üzrlü hallardan baş verməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxıldığından və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətin dəlilləri əsassız olduğundan vəsatət təmin edilməməlidir Azərbaycan Respublikası CPM-in 386.3-cü maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Beləliklə, məhkəmə kollegiyası məhkum olunmuş şəxsin apellyasiya şikayətini və cinayət işinin materiallarını yoxlayıb, hesab edir ki, apellyasiya şikayətinin dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarının ləğvi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası üçün əsas deyildir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 386, 391, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1449/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1449/2026
24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver