Məhkəmə qərarları › İş №1(3-6)-1451/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1451/2026

24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-1451/2026 24.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Mehdiyev Emin Əlixan oğlunun sәdrliyi vә mәruzәsilә, Hüseynov Elmәddin Mirpaşa oğlu vә Rәhimov Elmar Eldar oğlundan ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi X2, Xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Zәrәrçәkmiş şәxs iştirakı ilә, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 vә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs1 İltizam oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.2 vә 295-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb olunmalarına dair Zәrәrçәkmiş şәxs xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsi barәdә Bakı Şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qәrarından xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında açıq mәhkәmә iclasında ilkin baxış keçirәrәk mәhkәmә kollegiyası, MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtin Umbakı Penitensiar müәssisәsindә (kompleksindә) azadlıqdan mәhrumetmә növündә cәza çәkәn mәhkum, xüsusi ittiham qaydasında şikayәt vermiş Zәrәrçәkmiş şәxs şikayәtlә mәhkәmәyә müraciәt edәrәk, onun xüsusi ittiham qaydasında verdiyi şikayәtin mәhkәmәnin icraatına qәbul edilmәsini, mәhkәmә iclasının tәyin edilәrәk mәhkәmә baxışı zamanı şikayәtin vә xahişinin mahiyyәtinin araşdırılmasını, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 vә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs1 İltizam oğlunun barәlәrindә Azәrbaycan Respublikası CM-in 147.2 vә 295-ci maddәlәri ilә xüsusi ittiham qaydasında cinayәt tәqibinә başlanılması, hәmin maddәlәrdә nәzәrdә tutulmuş cәzaların әn yuxarı hәddindә cәza tәyin edilmәsi, bütün mәhkәmә iclaslarında onun iştirakı vә canlı iştirakının mütlәq şәkildә tәmin edilmәsini xahiş etmişdir. Zәrәrçәkmiş şәxs şikayәtini onunla әsaslandırmışdır ki, Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ### 2017-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilә ona Azәrbaycan Respublikasının CM-nin 178.3.2, 179.3.2 vә 308.2-ci maddәlәri ilә tәqsirli bilinmәklә 14 (on dörd) il müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmişdir. Bununla da, mәhkәmә tәrkibindә olan barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 (sәdrlik edәn), X1 (vәfat edib) vә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs1 İltizam oğlu onu ağır cinayәtdә ittiham etmәklә, ona böhtan atmaqla CM-nin 147.2-ci maddәsi ilә vә bilә-bilә әdalәtsiz hökm vermәklә CM-nin 395-ci maddәsi ilә nәzәrdә tutulan cinayәt әmәlini törәdiblәr. Belә ki, Azәrbaycan Respublikası Konstitusiyasının 64-cü, CM-nin 8.2-ci vә CPM-in 34.1-ci maddәlәrinә görә heç kәs bir cinayәtә görә tәkrarәn mәhkum edilә bilmәz. Ali Mәhkәmәnin Plenumunun * nömrәli qәrarının 23-cü bәndinә vә ## ###### 2021-ci il tarixli ** nömrәli qәrarının 39cu bәndinә görә qulluq mövqeyindәn istifadә etmәklә dәlәduzluq vә mәnimsәmә vә ya israf etmә cinayәti törәtmiş vәzifәli şәxsin әmәli CM-nin 178.2.3 (hәm dә 178.3.2) vә 179.2.3 (hәm dә 179.3.2)-ci maddәlәri ilә tam әhatә olunduğundan, hәmin әmәllәrin әlavә olaraq CM-nin 308-ci maddәsi ilә tövsif edilmәsinә ehtiyac olmur. Mәhkәmә tәrkibi bunu bildiyi halda ona hәm CM-nin 178.3.2 vә 179.3.2-ci, hәm dә CM-nin 308ci maddәlәri ilә ağır cәza tәyin etmәklә, ağır cinayәt törәtmәkdә ittiham etmәklә (2017ci ilin may ayında CM-nin 308.2-ci maddәsi hәmin Mәcәllәnin 15.4-cü maddәsinә әsasәn ağır cinayәtlәr kateqoriyasına aid edilirdi) ona böhtan atıblar, hәm dә bilә-bilә әdalәtsiz hökm çıxarıblar. Bakı Şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qәrarı ilә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxslәr barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 vә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs1 İltizam oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.2 vә 295-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb olunmasına dair Zәrәrçәkmiş şәxs xüsusi ittiham qaydasında şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsi qәrara alınmışdır. Qәrardan narazı qalan xüsusi ittihamçı Zәrәrçәkmiş şәxs apellyasiya şikayәti verәrәk, Bakı Şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qәrarın lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Azәrbaycan Respublikası Konstitusiyasının 60-cı maddәsinin İ hissәsinә görә hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. İlkin mәhkәmә iclasında xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs apellyasiya şikayәtinin mәzmununa uyğun izahat verәrәk, onun tәmin edilmәsini xahiş etdi. İlkin mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada mәlumatlandırılmış barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxslәr mәhkәmә iclasında iştirak etmәmiş, mәhkәmә iclasın onların iştirakı olmadan keçirilmәsini mümkün hesab etdi. Mәhkәmә kollegiyası, apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә hәrtәrәfli, tam vә obyektiv araşdırıb hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı Şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, verilmiş şikayәtin mәzmunundan da göründüyü kimi şәxs barәsindә qәbul edilmiş mәhkәmә hökmündәn narazı qalmaqla hökmü mübahisәlәndirmişdir. Cinayәt-Prosesual qanunvericiliyinin tәlәblәrindәn aydın olur ki, şәxs barәsindә qәbul edilmiş birinci instansiya mәhkәmәsinin yekun qәrarlarından narazı olduğu halda (hökm vә ya qәrarlardan) qanunla müәyyәn edilmiş qaydada vә müddәtdә yuxarı instansiya mәhkәmәlәrinә (yәni Apellyasiya vә Ali Mәhkәmәyә) müraciәt etmәk hüququ vardır. Bundan başqa şikayәtdә qeyd olunan CM-nın 295-ci maddәsi xüsusi ittiham qaydasında baxılan işlәrә aid deyildir. Azәrbaycan Respublikası CPM-nın 37.2-ci maddәsindә göstәrilir ki, xüsusi ittiham qaydasında cinayәt tәqibi yalnız zәrәr çәkmiş şәxsin şikayәti әsasında Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147, 148, 165.1 vә 166.1-ci maddәlәrindә göstәrilәn cinayәtlәr üzrә hәyata keçirilir vә mәhkәmә müşavirә otağına gedәnәdәk zәrәr çәkmiş şәxs tәqsirlәndirilәn şәxslә barışdıqda ona xitam verilir. Azәrbaycan Respublikası CM-nın 147.1-ci maddәsindә göstәrilir ki, böhtan, yәni yalan olduğunu bilә-bilә hәr hansı şәxsin şәrәf vә lәyaqәtini lәkәlәyәn vә ya onu nüfuzdan salan mәlumatları kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, mediada vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma — min manatdan min beş yüz manatadәk miqdarda cәrimә ilә vә ya iki yüz qırx saatdan dörd yüz sәksәn saatadәk müddәtә ictimai işlәr vә ya bir ilәdәk müddәtә islah işlәri vә ya altı ayadәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. Hәmin Mәcәllәnin 147.2-ci maddәsinә әsasәn ağır vә ya xüsusilә ağır cinayәtdә ittiham etmәklә böhtan atma - iki ilәdәk müddәtә islah işlәri vә ya üç ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya iki ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya üç ilәdәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 299.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Hәmin Mәcәllәnin 293.3.3-cü maddәsinin tәlәbindәn aydın olur ki, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi xüsusi ittiham qaydasında şikayәtdә göstәrilmәlidir. Hәmin Mәcәllәnin 302.1.6-cı maddәsinin tәlәbindәn aydın olur ki, cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadıqda mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir. Hәmin Mәcәllәnin 302.1.7-cı maddәsinin tәlәbindәn aydın olur ki, şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutlar әks etdirmәdikdә mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir. Hәmin Mәcәllәnin 302.2.3-cü maddәsinә әsasәn bu Mәcәllәnin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edәrәk xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina edilmәsi barәdә qәrar çıxarır. Birinci instansiya mәhkәmәsi xüsusi ittiham qaydasında şikayәt vermiş şәxsin ittihamı sәciyyәlәndirdiyi dәlillәri nәzәrdәn keçirәrәk hesab edir ki, şikayәt üzrә mәhkәmә baxışının keçirilmәsi qeyri-mümkündür vә şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәlidir. Azәrbaycan Respublikası CPM-in 398.1.1-ci maddәsinә әsasәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Yuxarıda göstәrilәn әsaslara görә mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, Bakı Şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qәrarı qanuni vә әsaslı olduğundan dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 391, 397, 398-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası, QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilmәsin. barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs2 vә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs1 İltizam oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.2 vә 295-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb olunmalarına dair Zәrәrçәkmiş şәxs xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsi barәdә Bakı Şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir, ondan Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin cinayәt kollegiyasına kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar