Məhkəmə qərarları › İş №1(3-6)-1526/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1526/2026

28.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1526/2026 28.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyət barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: X2 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə xüsusi ittiham qaydasında verilmiş şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, böhtan xarakterli olduğu iddia edilən məlumatlar “Ictimai Televiziya” vasitəsilə yayımlandığından, ərazi üzrə məhkəmə aidiyyəti məlumatların yayımlandığı kütləvi informasiya vasitəsinin hüquqi ünvanına əsasən müəyyən edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsində məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi üçün materialın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində böhtan xarakterli olduğu iddia edilən məlumatlar ## ######## 2024-cü il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında səsləndirilmişdir. Həmin mərkəzin Bakı şəhəri Nizami rayonunun inzibati ərazisində yerləşməsi nəzərə alınaraq, Yasamal Rayon Məhkəməsi materialın ona aid olmadığı qənaətinə gəlmişdir. Iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə dair materiala Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Şikayətdən görünür ki, X2 Salman Camaləddin oğlunun onu ağır cinayət törətməkdə ittiham edən məlumatları televiziya vasitəsilə yaydığını iddia edərək sonuncunun CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" ## ###### 2014-cü il tarixli, * nömrəli qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair aşağıdakılar göstərilmişdir: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Beləliklə, kütləvi informasiya vasitəsi ilə böhtan xarakterli məlumatların yayılmasının iddia olunduğu hallarda ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı həmin məlumatların lentə alındığı və ya müsahibənin verildiyi fiziki məkan deyil, məlumatların yayımlandığı kütləvi informasiya vasitəsinin hüquqi ünvanı əsas götürülməlidir. Hazırkı halda X2 şikayətində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu televiziyada ağır cinayət törətməkdə ittiham etdiyini göstərmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hazırlıq iclasında isə həmin məlumatların * saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında “Ictimai Televiziya”ya verilmiş müsahibə zamanı səsləndirildiyini və sonradan həmin televiziyanın “Qanundan kənar” verilişi vasitəsilə yayımlandığını bildirmişdir. Bu baxımdan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin şikayətçinin yalnız * saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında baş vermiş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə tələbini irəli sürməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin şikayətin hüdudlarını genişləndirməklə KIV vasitəsilə yayılma halını əsas götürməsi barədə qənaəti iş materiallarında əks olunmuş hallarla uzlaşmır. Belə ki, şikayətdə “* saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı”nın göstərilməsi yalnız müsahibənin lentə alındığı yeri ifadə edir. Şikayət və iş materiallarından həmin məlumatların müsahibənin lentə alındığı anda məhz həmin yerdə kütləvi çıxış formasında yayıldığı müəyyən edilmir. Əksinə, şikayətin məzmunundan böhtan xarakterli olduğu iddia edilən məlumatların sonradan televiziya vasitəsilə yayımlanması ilə əlaqələndirildiyi görünür. Buna görə də, ərazi üzrə məhkəmə aidiyyəti məlumatların yayımlandığı kütləvi informasiya vasitəsinin hüquqi ünvanına əsasən müəyyən edilməlidir. Iş materiallarından görünür ki, böhtan xarakterli olduğu iddia edilən məlumatların yayımlandığı kütləvi informasiya vasitəsi “Ictimai Televiziya və Radio Yayımları Şirkəti”dir və onun hüquqi ünvanı AZ1012, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 241-dir. Qeyd olunanlara əsasən hazırkı materiala müvafiq məlumatların yayımlandığı kütləvi informasiya vasitəsi – “Ictimai Televiziya və Radio Yayımları Şirkəti”nin hüquqi ünvanı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar