Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1530/2026 28.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Təqsirləndirilən şəxs - təqsirləndirilən şəxs2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsinə dair qərarından təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs - ## ##### 1988-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" şirkətində menecer vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, S.Cəfərov küçəsi, ev 216 ünvanında yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatət təmin edilməmiş, qərar elan olunduqdan sonra 3 gün müddətində bilavasitə apellyasiya instansiyası məhkəməsinə, yaxud qərarı qəbul etmiş Bakı şəhəri, Səbail rayon məhkəməsinin və ya həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilməsi qeyd edilmişdir. Həmin qərardan təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarının ləğv edilməsini, təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq dövlət ittihamçısı və müdafiəçi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə rəsmi məlumat verilməmişdirlər. Azərbaycan Respublikası CPM-nin 453.3-cü maddəsinin tələblərinə əsasən protest və ya şikayətin baxılmasının müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şəxsin gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmadığından məhkəmə kollegiyası dövlət ittihamçısı və müdafiəçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində aşağıdakı hallarda verilir. 384.1.1. ittiham və ya bəraət hökmü çıxarıldıqda; 384.1.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında qərar çıxarıldıqda; 384.1.3. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıldıqda; 384.1.7. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarıldıqda; 384.1.8. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qərar çıxarıldıqda; 384.1.9. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında qərar çıxarıldıqda. 384.1.10. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında qərar çıxarıldıqda; 384.1.11. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraat üzrə məhkəmənin yekun qərarı çıxarıldıqda; 384.1.12. apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə qərar çıxarıldıqda; 384.1.13. xüsusi müsadirənin tətbiq edilməsi və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması barədə hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıldıqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 396.1.6-cı maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə, icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanun norması tələbləri baxımdan hesab edir ki, birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsinə dair qərarından apellyasiya şikayəti verilməsi nəzərdə tutulmadığından apellyasiya geri qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsini tələblərini rəhbər tutaraq, QƏRARA ALDI: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsinə dair qərarından təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz. Hakimlər Zəfər Əhmədov(sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №1(3-6)-1530/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1530/2026
28.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver