Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-318/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, İbrahimli İbrahim Adil oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxsu Müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun üzvü Müdafiəçi iştirakı ilə ## ###### 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü dəyişdirələrək Təqsirləndirilən şəxs 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və ##.##.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay 19 (on doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026cı il tarixli hökmündən məhkum olunmuş şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə etməklə üzərində gəzdirmiş, habelə, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla istifadəyə yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən 1 ədəd ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib ünvan 2 ünvanının yaxınlığınadək üzərində gəzdirmiş, həmçinin, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 5,416 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 15:35-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin tarixdə saat 17:25-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol üst cibindən qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə saxladığı istifadəyə yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən 1 ədəd ümumi təyinatlı ov bıçağı və əynində olan qara rəngli cins şalvarının sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 5,416 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (# #### 2025-ci il tarixədək qüvvədə olmuş) və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü (# #### 2025-ci il tarixədək qüvvədə olmuş) maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi, və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsi müəyyən edilmişdir Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətləri verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdirlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü qanunsuz və əsassızdır. İşə baxan məhkəmə tam, hərtərəfli, obyektiv araşdırma aparmadan qərar qəbul etmişdir. Hökm maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum olunmuş şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, eləcə də apellyasiya icraatı zamanı məhkum edilmiş şəxs və müdafiəçisinin məhkəmə çıxışlarında göstərdikləri dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, iş materiallarında olan: - Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər qəsdən adam öldürmə, bir neçə dəfə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuşdur. ## ####### 2024-cü il tarixdə azadlıqdan məhrumetmə cəzasından şərti olaraq azad edilmişdir. ## ###### 2024- cü il tarixdə cəzasını çəkib bitirmişdir. Azadlığa çıxdıqdan sonra şüşə və patı kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Həmin maddəni yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etdiyini bildirmişdir. Təxminən bir ay əvvəl isə Sabunçu rayonunda yerləşən “Bit bazarı” adlanan ərazidə olan zaman bir bıçaqdan xoşu gəlmiş, həmin bıçağı alıb üzərində gəzdirməyə başlamışdır. Bıçağı gəzdirməkdə məqsədinin ondan xoşunun gəlməsi olduğunu bildirmişdir. Hazırda həmin bıçağı hansı qiymətə və kimdən aldığını xatırlamadığını bildirmişdir. Lakin həmin bıçaqla heç bir cinayət törətməmişdir. 010-515-03- 04 rəqəmli mobil nömrə ona məxsusdur və azadlığa çıxdıqdan sonra istifadə etməyə başlamışdır. ## ###### 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində olan zaman axşam saatlarında bir nəfər tanımadığı şəxsdən 40 manat müqabilində psixotrop maddə metamfetamin almışdır. O həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra oradan uzaqlaşmışdır, ## ###### 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu. Ə.Naxçıvani küçəsində olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, həmçinin soyuq silah əldə edib gəzdirməkdə şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O buna etiraz etmədiyini bildirdikdən sonra birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edilmiş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunla qadağan edilən başqa əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində bıçaq və “patı” kimi tanıdığı metamfetamin olmasını bildirmişdir. Daha sonra əynində olan qara rəngli gödəkçənin üst cibindən 1 ədəd bıçağı, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümdə metamfetamini və şalvarının sağ yan cibindən “Poco” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra bıçağa baxış keçirilmiş və qablaşdırılmışdır. Sonra sellofan bükümdə olan maddəyə baxış zamanı onun içərsində metamfetamin olması müəyyən edilmiş, həmin büküm də qablaşdırılmışdır. Mobil telefon da əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şifahi sorğu zamanı o həmin bıçağı 1 ay əvvəl xoşuna gəldiyi üçün alıb üzərində gəzdirdiyini, onunla heç bir cinayət törətmədiyini, “patı” kimi tanıdığı metamfetamini isə 40 manat müqabilində Bayıl qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, həmin maddəni satmadığını və heç kimə pay vermədiyini bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və düzgün olduğu üçün tərəfindən imzalanmışdır. - ## ###### 2025-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, X1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Nadir Aslanov ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, həmçinin soyuq silah əldə edib saxlaması barədə daxil olmuş məlumat əsasında keçirilmiş tədbir zamanı üzərindən bir bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd bıçaq aşkar edildiyini, həmçinin ona qarşı heç bir psixi və fiziki təsir göstərilmədiyini bildirmişdir - ## ###### 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində bıçaq və “patı" adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, həmin bıçağın əynindəki qara rəngli gödəkçəsinin sol üst cibində olmasını bildirdi. Bundan sonra əməliyyat müvəkkili həmin bıçağa oxşar dəmir predmeti Təqsirləndirilən şəxs gödəkçəsinin sol üst cibindən çıxardaraq masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 1 ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Poco” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində ağ rəngli, spesifik qoxuya malik olmayan, kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “patı” adı ilə tanıdığı 1 ədəd sellofan bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar maddəni dünən yəni ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Bayıl adlanan ərazidən tanımadığı şəxsdən 40 manat qarşılığında aldığını, özünün narkotik vasitə istifadəçisi olduğunu və təqdim etdiyi psixotrop maddə olan metamfetaminə oxşar maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, eləcə də həmin maddədən heç kimə satmadığını və pay vermədiyini bildirdi. Əlavə olaraq isə üzərində aşkar olunaraq götürülmüş 1 ədəd bıçağa oxşar dəmir predmeti 1 ay əvvəl “Bit bazarı” deyilən yerdən aldığını, xoşu gəldiyi üçün üstündə gəzdirdiyini, həmçinin həmin dəmir predmet vasitəsi ilə hər hansı bir qanunazidd əməl törətmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 1 ədəd bıçağa oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan hər biri ayrılıqda 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “Zərflər üçün” * saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Poco” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. -1# #### 2025-ci il tarixli “mobil telefon aparatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Poco” markalı qara rəngli mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların olması müəyyən edildi. Təqsirləndirilən şəxs mobil telefonun qaleriya bölməsinə baxış zamanı narkotik vasitələrin və psixtrop maddənin qanunsuz dövriyyəsi, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədilə gizlədildiyi yerlərin çoxsaylı fotoşəkilləri və videogörüntüləri aşkar edildi. Aşkar edilmiş videogörüntülərə baxış zamanı elektron tərəzi üzərində 2 ədəd bükümdə narkotik vasitənin yerləşdirilməsi və “Abi qram yarım kola yarım daş, elə bil ki, daş məsləhətli olmadığı üçün belə etdim” ifadəsinin işlədilməsi, digər videogörüntülərə baxış zamanı alışqana gizlədilmiş vəziyyətdə narkotik vasitələrin satış məqsədilə qablaşdırılması, həmçinin üzərlərində miqdarları və qiymətlərinin qeyd edilməsi, həmçinin "Yarı kola” “20 kola 10 daş bonus”, “20 kola 10 daş”, “20 daş 10 kola”, “20 kola” ifadələrinin işlədilməsi, narkotik vasitələrin və psixotrop maddələrin elektron tərəzidən istifadə edilərək qablaşdırılması görüntüləri aşkar edildi. Bundan başqa narkotik vasitələrin və psixotrop maddələrin satış üçün gizlədirilərək işarələndiyi yerlərin fotoşəkillərin aşkar edildi. Fotoşəkillərin baxış keçirilən yəni Təqsirləndirilən şəxs məxsus mobil telefon vasitəsilə çəkilməsi müəyyən edilmişdir. Qeyd edilən mobil telefonda Təqsirləndirilən şəxs özünün çoxsaylı fotoşəkillərinin aşkar edilməsi mobil telefonun həqiqətən də onun tərəfindən istifadə edildiyini təsdiq edir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## ###### 2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin # ###### 2025-ci il tarixli */** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır soyuq silah hesab edilir, istifadəyə yararlıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx” X3 ## ###### 2025-ci il tarixli ***/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 ## ###### 2025-ci il tarixli **/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-bel nahiyəsinin və hər iki baldırın sıyrıqları bərkküt əşyanın (əşyaların) təsirindən müayinədən təxminən 3-4 gün əvvəl əmələ gəlmişdir; həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aidedildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə ayınlaşdırıla bilər. -# #### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BMCMİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləki, DİN BMCMİ-nin əməliyyat müvəkkili Şahid izahatında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman və ya Baş İdarəyə gətirildikdən sonra döyülmədiyini, Təqsirləndirilən şəxs xəsarət yetirilmədiyini, ona qarşı nalayiq ifadələr işlədilmədiyini, hər hansı bir mənəvi, psixoloji və ya fiziki təzyiq göstərilmədiyini bildirmişdir. Həmçinin “MTE və PA Birliyi” PHŞ-in **/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - bel nahiyəsinin və hər iki baldırın sıyrıqları bərk-küt əşyanın (əşyaların) təsirindən müayinədən təxminən 3- 4 gün əvvəl əmələ gəlmişlər, həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Məhkəmə kollegiyası bildirir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (# #### 2025-ci il tarixədək qüvvədə olmuş) və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanılmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla, məhkum edilmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, məhkum edilmiş şəxsin törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Bundan başqa, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini və əsaslığını müzakirə edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır. İşə baxan məhkəmə haqlı olaraq Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi , Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır.. Cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs barəsində cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 (# #### 2025-ci il tarixədək qüvvədə olmuş) və 234.4.3-cü maddələrinin sanksiyası hüdudlarında qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-318/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-318/2026
14.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver