Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-372/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Əli Irfan oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əfəndiyeva Gülnar Füzuli qızının katibliyi ilə, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 Əmir oğlu, X5 Keykavus oğlunun iştirakları ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.3.2, 310 və 296.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə (hakimlər X7 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə) ilə Vəliyev Səbuhi Keykavus oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.3.2, 32.4, 312.2, 310 və 296.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 310-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Vəliyev Səbuhi Keykavus oğluna qəti olaraq 9 (doquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən narazı qalan X5 Keykavus oğlu apellyasiya şikayəti verərək, ona təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 Keykavus oğlu və müdafiəçi müdafiəçi1 Əmir oğlu məhkum tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, həmin apellyasiya şikayətinin icraata götürülməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, dövlət ittihamçısı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının dövlət ittihamçısının iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları yoxlayıb, apellyasiya şikayətini müzakirə edərək və X5 Keykavus oğlu, müdafiəçi müdafiəçi1 Əmir oğlunu dinləyərək hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmündən məhkumun seçdiyi müdafiəçisi (müqavilə əsasında) X3 tərəfindən daha əvvəl apellyasiya şikayəti verilmiş, həmin apellyasiya şikayətinin dəlilləri kimi törədilmiş əməllər üzrə bəraət verilməsi, bu mümkün olmadıqda isə əməllərin tövsif edilməsi, habelə təyin edilmiş cəzaların yüngülləşdirilməsi ilə bağlı məsələlər çıxış etmiş və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarından X5 Keykavus oğlu kassasiya şikayəti vermiş, kassasiya şikayətinin dəlilləri kimi yenidən törədilmiş əməllər üzrə bəraət verilməsi, bu mümkün olmadıqda isə əməllərin tövsif edilməsi, habelə təyin edilmiş cəzaların yüngülləşdirilməsi ilə bağlı məsələlər çıxış etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, X5 Keykavus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.3.2, 32.4, 312.2, 310 və 296.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2022-ci il tarixli qərarı və bu qərarla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü Vəliyev Səbuhi Keykavus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə dair hissədə ləğv edilmiş və əməlində həmin maddə ilə nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə Vəliyev Səbuhi Keykavus oğlunun barəsində olan cinayət işinin icraatına xitam verilmiş, Vəliyev Səbuhi Keykavus oğlunun həmin maddə ilə cəzalandırılmasına dair müddəalar məhkəmə aktlarından xaric edilmiş, Vəliyev Səbuhi Keykavus oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla Vəliyev Səbuhi Keykavus oğluna qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə - məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; bəraətin dəlil və əsaslarına aid hissədə - bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair - yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair - barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü; zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə -zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi; mülki iddiaya dair hissədə - mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri; hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə - hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi apellyaisya şikayəti vermək hüququna malikdirlər. Göründüyü kimi, məhkumun seçdiyi müdafiəçisi tərəfindən birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilmiş və həmin şikayətə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilmiş, eyni zamanda apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumun özü tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayətində məhkum tərəfindən ona bəraət verilməsi, habelə əməllərinin tövsifi və təyin edilmiş cəzalaırn yüngülləşdirilməsi ilə bağlı məsələlər mübahisələndirilmiş, nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2022-ci il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığı yoxlanılaraq, həm əməllərin tövsifinə, həm də təyin edilmiş cəzaya münasibətdə müvafiq qərar qəbul edilmişdir. Bu hissədə qeyd edilməlidir ki, X5 Keykavus oğlu eyni məhkəmə hökmündən eyni əsaslarla və eyni tələblə bağlı yenidən apellyasiya şikayəti vermişdir. Başqa sözlə, X5 Keykavus oğlu yenidən birinci instansiya məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli hökmündən apellyasiya şikayəti verməklə artıq müdafiəçisinin verdiyi apellyasiya şikayəti və özünü verdiyi kassasiya şikayəti üzrə yoxlanılmış yekun məhkəmə aktının yenidən yoxlanılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X5 Keykavus oğlu birinci instansiya məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli hökmündən müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə apellyasiya qaydasında baxıldığından və iş üzrə yekun məhkəmə aktı qəbul edildiyindən, eyni zamanda apellyasiya instansiyası məhkəməsinin qərarı məhkumun özü tərəfindən verilmiş kassasiya şikayəti əsasında yoxlanılaraq (cəzaya aid hissə daxil olmaqla) müvafiq qərar qəbul edildiyindən o, birinci instansiya məhkəməsinin hökmündən yenidən (təkrarən) eyni əsasla (artıq yoxlanılmış əsasla) apellyasiya şikayəti vermək hüququna malik deyil. Bu isə o deməkdir ki, X5 Keykavus oğlu tərəfindən eyni məhkəmə hökmündən eyni əsaslarla və eyni tələblə bağlı verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə icraata qəbul edilməsindən imtina edilməldir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 383.1, 391.5-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.3.2, 310 və 296.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli hökmündən X5 Keykavus oğlu tərəfindən eyni əsasla verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməklə icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 Əmir oğlu tərəfindən X5 Keykavus oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-372/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-372/2026
02.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver