Məhkəmə qərarları › İş №1(3-6)-410/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-410/2026

26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-410/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müfadiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünə əsasən ## #### 1994-cü il tarixdə Bərdə rayonu, Yeni Daşkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 05 (beş) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı ## ###### 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə məhkəmə xərcləri məsələsi də həll edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeydindən istifadə etməklə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, habelə ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar talayaraq mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı zərərçəkmiş şəxs17 lombard krediti götürmək üçün qulluq mövqeyinə görə ona girov qoyaraq etibar etdiyi 4 qram çəkidə, 585 əyarlı 320 manat dəyərində bir cüt qızıl sırğanı, habelə 585 əyarlı, üç qram çəkidə 240 manat dəyərində bir ədəd qızıl üzüyü, ağ qızıldan olan 585 əyarlı, ümumi 21 qram çəkidə 1680 manat dəyəri olan bir ədəd boyunbağı, bir cüt qızıl sırğa, bir ədəd qızıl üzük və bir ədəd qızıl qolbaqdan ibarət ümumi 2240 manat dəyərində qızıl əşyalarını ##.##.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi * nömrəli ünvanda yerləşən lombardda ondan almış, sonuncu götürdüyü lombard kreditini tam şəkildə ödəməsinə baxmayaraq, o, 2240 manat dəyərində qızıl əşyalarını talama məqsədi ilə geri qaytarmayıb ona etibar edilmiş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə talayaraq mənimsəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı zərərçəkmiş şəxs16 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul verəcəyini vəd verib aldadaraq # #### 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə 6000 manat, ##.##.2022-ci il tarixdə bank kart hesabı vasitəsi ilə 800 manat, ##.##.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi * nömrəli ünvanda yerləşən lombardda əlbəəl 2000 manat, ##.##.2022-ci il tarixdə yenə də ünvan 5 ünvanında yerləşən lombardda əlbəəl 2000 manat, ##.##.2022-ci il tarixdə bank kartı hesabı vasitəsi ilə 1680 manat, ##.##.2022-ci il tarixdə bank kartı hesabı vasitəsi ilə 1000 manat, ##.##.2023-cü il tarixdə bank kart hesabı vasitəsi ilə 3000 manat, ##.##.2023-cü il tarixdə bank kart hesabı vasitəsi ilə 440 manat, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi * nömrəli ünvanda yerləşən lombardda əlbəəl 4000 manat, ##.##.2023-cü il tarixdə bank kartı hesabı vasitəsi ilə 558 manat, ##.##.2023-cü il tarixdə bank kartı hesabı vasitəsi ilə 800 manat olmaqla vahid niyyətlə ümumilikdə 22778 (iyirmi iki min yeddi yüz yetmiş səkkiz) manat pul alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs16 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı zərərçəkmiş şəxs15 lombard krediti götürmək üçün ##.##.2022-ci il tarixli,****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli girov biletləri, həmçinin ****** nömrəli və ****** nömrəli kassa mədaxil orderləri əsasında girov qoyaraq qulluq mövqeyinə görə ona etibar etdiyi ##.##.2022-ci il tarixdə 4 qram çəkidə,750 əyarlı 440 manat dəyəri olan bir ədəd qızıl üzük və hər biri 2 qram olan 585 əyarlı 320 manat dəyərində iki ədəd qızıl boyunbağı, 2022nin oktyabr ayının sonlarında 25 qram çəkidə, 750 əyarlı, 2750 manat dəyərində bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbağ, ##.##.2022-ci il tarixdə ümumi 12 qram çəkidə, 585 əyarlı, ümumi 960 manat dəyərində bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd qızıl klon, 750 əyarlı, 25 qram çəkidə, 2750 manat dəyərində bir ədəd qızıl qolbağ, ##.##.2022-ci il tarixdə - 585 əyarlı 4 qram çəkidə 320 manat dəyərində iki ədəd qızıl üzük və bir cüt qızıl sırğa, ## ###### 2022-ci il tarixdə 4 qram çəkidə, 750 əyarlı, 440 manat dəyərində bir cüt qızıl sırğa, ## ###### 2023-ci il tarixdə 8 qram çəkidə, 750 əyarlı, 880 manat dəyərində bir ədəd qızıl boyunbağı və qızıl klon olmaqla vahid niyyətlə ümumilikdə 8860 (səkkiz min səkkiz yüz altmış) manat dəyərində qızıl-zinət əşyalarını ünvan 5 ünvanında yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə ondan almış, sonuncu götürdüyü lombard kreditini tam şəkildə ödəməsinə baxmayaraq, o, 8860 manat dəyərində qızıl əşyalarını talama məqsədi ilə geri qaytarmayıb öz ehtiyacları üçün sərf edərək ona etibar edilmiş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs15 xeyli miqdarda ziyan vurmaqla talayaraq təkrar mənimsəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı Salminaz Akhmedovaya öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul ödəyəcəyini vəd verib aldadaraq ondan vahid niyyətlə ## ###### 2022-ci il tarixdə 1500 manat, ## #### 2023-cü il tarixdə 1000 manat, ## ##### 2023-cü il tarixdə 1000 manat,## ##### 2023-cü il tarixdə 1200 manat, ## #### 2023-cü il tarixdə 1500 manat pulu “Kapital Bank” aid özünə məxsus bank kartı hesabına mədaxil etdirmək yolu ilə, 2023-cü ilin may ayında işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, S.Mehmandarov küçəsində yerləşən lombardda əlbəəl 6000 (altı min) manat, 2023-cü ilin iyul ayının ortalarında işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, S.Mehmandarov küçəsində yerləşən lombardda əlbəəl 6000 manat olmaqla, ümumilikdə 18200 manat pul alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs Salminaz Akhmedovaya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı zərərçəkmiş şəxs13 İlham qızına öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi pulun və ya qızılın dəyərinin müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul ödəyəcəyini vəd verib aldadaraq ondan ##.##.2023-cü il tarixli, ****** nömrəli girov bileti əsasında 240 qram çəkidə, 585 əyarlı, 14000 manat dəyəri olan qızıl əşyalarını ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi * nömrəli ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs Ağayevaya Mahrux İlham qızına xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı şahid6 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda ona verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi pul ödəyəcəyini vəd verib aldadaraq ondan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi **/** nömrəli ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə ##.##.2023-cü il tarixdə 1000 (bir min) manat, ##.##.2023-cü il tarixdə 2000 (iki min) manat, ##.##.2023- cü il tarixdə 1000 (bir min) manat, ##.##.2023-cü il tarixdə 11000 (on bir min) manat, ##.##.2023-cü il tarixdə 3900 manat dəyərində bir ədəd qızıl saat və 100 manat, həmçinin lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı şahid5 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda ona verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi pul verəcəyini vəd verib aldadaraq ondan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi **/** nömrəli ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə ##.##.2023-cü il tarixdə 3000 (üç min) manat, ##.##.2023-cü il tarixdə 20000 manat, ##.##.2023-cü il tarixdə 15000 (on beş min) manat məbləğlərdə zərərçəkmiş şəxs12 məxsus pulları, habelə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı zərərçəkmiş şəxs12 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyduğu halda ona verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi pul qaytaracağını vəd verib aldadaraq ondan ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ** nömrəli ünvanda yerləşən notariat ofisində 100000 (bir yüz min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi **/** nömrəli ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə ##.##.2023-cü il tarixdə 30000 (otuz min) manat, ##.##.2023-cü il tarixdə 10000 (on min) manat, ##.##.2023-cü il tarixdə 17000 (on yeddi min) manat, ##.##.2023-cü il tarixdə 15000 ( on beş min) manat olmaqla olmaqla vahid niyyətlə ümumilikdə 243000 ( iki yüz qırx üç min) manat pul alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs12 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı zərərçəkmiş şəxs11 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda ona verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi pul ödəyəcəyini vəd verib aldadaraq ondan ünvan 5 ünvanında yerləşən lombardda 2023-cü ilin fevral ayının əvvəllərində ilk dəfə 19 qram çəkidə, 845 manat dəyərində qızıl-zinət əşyalarını və 155 manat pulu nağd, daha sonra ##.##.2023-cü il tarixdə 6000 manat pulu nağd, ##.##.2023-cü il tarixdə 2000 manat pulu bank kartı hesabı vasitəsi ilə, 2023-cü ilin təxminən aprel-may aylarında ünvan 5 ünvanında yerləşən lombardda 2000 manat pulu isə nağd olmaqla, vahid niyyətlə ümumilikdə 10155 manat məbləğində pul və 1520 manat dəyərində qızıl əşyalarını ondan alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs11 vahid niyyətlə cəmi 11675 manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı X5 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda,verdiyi pul məbləği yerində qalmaq şərti ilə ona verdiyi pulun müəyyən faizi həcmində hər ay qazanc olaraq pul ödəyəcəyini vəd verib aldadaraq ondan ünvan 5 ünvanında yerləşən lombardda 2023-ün fevral ayından iyun ayının sonunadək olan müddətdə müxtəlif tarixlərdə hissə-hissə olmaqla ümumilikdə 21500 manat pul alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs X5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı zərərçəkmiş şəxs9 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda ona verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi pul qaytaracağını vəd verib aldadaraq ondan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi **/** nömrəli ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə ##.##.2023-cü il tarixdə 2600 manat, 2023-cü ilin avqust ayının əvvəllərində isə həmin ünvanda yerləşən lombardda 2000 manat olmaqla, ümumilikdə 4600 manat pul alıb ələ keçirərək vədinə əməl etməyib təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı şahid4 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi qızılın dəyərinin müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul ödəyəcəyini vəd verib aldadaraq ondan 2023-cü ilin may ayında Bakı şəhəri, Sabunçu rayonu,Bakıxanov qəsəbəsi,E.Xəlilov küçəsi * nömrəli ünvanda yerləşən ofisdə ilk dəfə 9000 manat, daha sonra həmin ayın sonlarında 3000 manat olmaqla vahid niyyətlə ümumi 12000 manat pul alıb ələ keçirərək vədinə əməl etməyib həmin pulun faktiki sahibi zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı zərərçəkmiş şəxs7 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda ona verdiyi pulun və ya qızılın dəyərinin müəyyən faizi məbləğində hər ay qazanc kimi pul ödəyəcəyini vəd verib aldadaraq ondan ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi **/** nömrəli ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə 20 qram çəkidə, 750 əyarlı, 2200 manat dəyərində bir ədəd boyunbağı və həmin gündən bir neçə gün sonra 2023-cü ilin iyun ayında həmin ünvanda 11 qram çəkidə, 750 əyarlı, 1210 manat dəyərində bir ədəd qızıl qolbaq olmaqla vahid niyyətlə ümumilikdə 3210 manat dəyərində qızıl əşyalarını alıb ələ keçirərək vədinə əməl etməyib təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı zərərçəkmiş şəxs6 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi qızılın dəyərinin müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul ödəyəcəyini vəd verib aldadaraq ondan 2023-cü ilin iyun ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Səmədbəy Mehmandarov küçəsi **/** nömrəli ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə sonuncunun tanışı X6 vasitəsi ilə 585 əyarlı, 20,5 qram çəkidə 1640 manat dəyəri olan qızıl əşyalarını, ##.##.2023-cü il tarixdə eyni ünvanda ondan 585 əyarlı, 23,14 qram çəkidə 1851 manat dəyəri olan müxtəlif qızıl əşyalarını və ##.##.2023-cü il tarixdə yenə də sonuncunun tanışı Zinyət Caşkunovanın vasitəsi ilə bank kartı hesabına köçürtdürmək üsulu ilə 1000 manat pul alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 ümumilikdə 4491 manat dəyərində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı zərərçəkmiş şəxs5 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda ona verdiyi pulun və ya qızılın dəyərinin müəyyən faizi məbləğində hər ay qazanc kimi pul verəcəyini vəd verib aldadaraq ##.##.2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə ondan üzərində brilyant qaşları olan, 7 qram çəkidə, 580 əyarlı, 900 manat dəyərində qızıl əşyalarını alıb ələ keçirərək vədinə əməl etməyib təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı zərərçəkmiş şəxs4 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul ödəyəcəyini vəd verib aldadaraq ##.##.2023- cü il tarixdə ünvan 5 ünvanında yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə ondan 14000 (on dörd min) manat pul alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı X6 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə özünün və tanışlarının sərmayə qoyacağı halda verdiyi qızılın dəyərinin müəyyən faizi məbləğində hər ay qazanc kimi onlara pul ödəyəcəyini vəd verib aldadaraq ondan ## ###### 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi **/** nömrəli ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə sonuncunun tanışı zərərçəkmiş şəxs3 məxsus 20 qram çəkidə, 585 əyarlı,1600 manat dəyəri olan qızıl əşyalarını alıb ələ keçirərək vədinə əməl etməyib həmin qızılın faktiki sahibi zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 1600 manat dəyərində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı X3 öz qulluq mövqeyindən istifadə etməklə lombardlarda və banklarda hərracda olan qızılları ucuz qiymətə alıb baha qiymətə satmaqla gəlir əldə etdiyini, onun bu işinə sərmayə qoyacağı halda verdiyi pulun müəyyən faizi məbləğində hər ay qazanc kimi ona pul ödəyəcəyini vəd verib aldadaraq ondan ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi * nömrəli ünvanda yerləşən ofisdə 1000 manat alıb ələ keçirərək vədinə əməl etməyib təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs lombard fəaliyyəti ilə məşğul olduğu zaman tanıdığı zərərçəkmiş şəxs1 lombard krediti götürmək üçün ##.##.2023-cü il tarixli, ****** nömrəli girov bileti əsasında girov qoyaraq qulluq mövqeyinə görə ona etibar etdiyi 11,2 qram çəkidə, 583 əyarlı, 896 manat dəyəri olan bir ədəd qızıl qolbağı ondan ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi **/** nömrəli ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olduğu ofisdə ****** saylı girov bileti əsasında almış, sonuncu götürdüyü lombard kreditini tam şəkildə ödəməsinə baxmayaraq, o, 896 manat dəyərində qızıl əşyalarını talama məqsədi ilə geri qaytarmayıb ona etibar edilmiş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə talayaraq təkrar mənimsəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.2 və 179.2.4-cü maddələri elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və işin mahiyyəti üzrə bildirmişdir ki, 2 il əvvəl öz adına VÖEN açdıraraq fiziki şəxs kimi “Lombard” fəaliyyəti ilə məşğul olmuşdur. Müştərilərdən qızıl əşyaları götürərək onların dəyərində pul vermişdir. Müştərilərdən girov bileti əsasında təhvil aldığı qızıl əşyalarını şahid3 təhvil verib ondan pul götürərək müştərilərə % vermiş. 2023-cü ilin təxminən oktyabr ayında Ədalət ondan götürdüyü qızılların müqabilində 3% əlavə ödəniş etmək şərti ilə verdiyi pullara görə 4% ödəniş etməyə başlamış və girov götürdüyü qızılları ona geri qaytarmamışdır. Buna görə də o, müştərilərdən götürdüyü malları geri qaytara bilməmişdir. Belə ki, təxmiynən 160 000 manat məbləğində müştərilərin və şəxsi qızılları da daxil olmaqla şahid3 vermiş, lakin o, sonradan müxtəlif bəhanələr gətirərək qızılları geri qaytarmamışdır. Bundan başqa Cahangir adlı şəxsin işlədiyi lombarda da müştərilərdən girov bileti əsasında təhvil götürüb verdiyi qızılları ondan geri ala bilməmişdir. Cahangirə təxminən 117 000 manat məbləğində qızıl zinət əşyaları girov qoyub pul gpötürmüşdür. Göstərdiyi bu səbəblərdən də, qızıl götürdüyü müştərilərinə onların qızıllarını qaytara bilməmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, iş üzrə zərərşəkmiş şəxs qismində tanınmış X5 ifadəsində göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, o. Könüldən cəmi 21 500 manat pul almamışdır və ona 17 500 manat borcu qalmamışdır. Könül Axudzadədən bir dəfə 2000 manat, bir dəfə isə 6500 manat borc pul almış və bununla bağlı aralarında borc müqaviləsi bağlanmış, əlində olan qəbzlərə əsasən 10 000 manat qaytarmışdır. İstintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, iş üzrə zərərşəkmiş şəxs qismində tanınmış zərərçəkmiş şəxs4 ilə aralarında borc müqaviləsi bağlanmışdır, ondan 14 000 manat pul götürmüş, həmin puldan 8 400 manatını ona qaytarmışdır. İttiham aktından, eləcə də məhkəmənin hökmündə göstərilmiş zərəçəkmiş şəxslər - zərərçəkmiş şəxs17, zərərçəkmiş şəxs16. zərərçəkmiş şəxs15, Salminaz Akhmedovanm. zərərçəkmiş şəxs13 İlham qızı, zərərçəkmiş şəxs12, zərərçəkmiş şəxs11, X5, zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs7. zərərçəkmiş şəxs6. zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs4. zərərçəkmiş şəxs3, Caşxunova (Əsədullayeva) Gülsüm Arif qızı və zərərçəkmiş şəxs1 ilə də eyni ilə yuxanda göstərilən formada təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə aralarında borc müqavilələri bağlanmış, müqavilə üzrə borc məbləğləri ödənilmişdir. İşin göstərilən hallarının sübut olunması ilə bağlı müvafiq sənədlərin istintaqa təqdim edilməsinə baxmayaraq, bu sübutlar nə istintaq orqanı nə də məhkəmə tərəfindən araşdırılmamış və düzgün qiymət verilməmiş, nəticədə qanunsuz hökm çıxarılmışdır. Əslində nəzərə alsaq ki, hazırkı iş üzrə təqsirləndirilən şəxslə zərərçəkən şəxslər arasında həm “LOMBARD”, həm də borc pul münasibətləri tərəflərin iradəsi ilə öz aralarında bağlanmış müqavilələrə əsasən həyata keçirilmişdir. Belə olan halda hazırkı işin mülki xarakterli olduğu və cinayət tərkibinin olmadığı müəyyən olunur. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il qətnaməsindən də görünür ki, hazırkı iş üzrə ilkin iddia üzrə iddiaçı zərərçəkmiş şəxs13 İlham qızının cavabdeh Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Təqsirləndirilən şəxs cavabdeh zərərçəkmiş şəxs13 İlham qızı və X2 qarşı pul tələbinə dair qarşılıqlı iddiasına baxılmış, sonda məhkəmə qət etmişdir: İlkin iddia üzrə iddiaçı zərərçəkmiş şəxs13 İlham qızının cavabdeh Təqsirləndirilən şəxs qarşı cavabdehdən 22000 manat borc pulun və 14000 manat dəyərində qızıl-zinət əşyalarının (583 əyarlı ağ qızıl dəsti - boyunbağı, klon. sırğa, üzük, 11 cür sığar. 7ədəd üzük, 7 ədəd kulon ad yazısı olan boyunbağı ilə birlikdə, 10 ədəd boyunbağı - qaşlı və üzərində “M” hərfi olan boyııbağlar. 11 ədəd qolbağ) cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə dair ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Təqsirləndirilən şəxs cavabdeh zərərçəkmiş şəxs13 İlham qızı və X2 qarşı cavabdeh zərərçəkmiş şəxs13 İlham qızından 51750 manat, cavabdeh X2 16200 manat və ödənilmiş dövlət rüsumuna görə 273,75 manat məbləğində pulun alınaraq Təqsirləndirilən şəxs ödənilməsi tələbinə dair qarşılıqlı iddia rədd edilsin qət edilmişdir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il digər bir qətnaməsinə əsasən müəyyən edilir ki. iddiaçı şahid6 cavabdeh Təqsirləndirilən şəxs qarşı “pul tələbi”nə dair iddiası təmin edilmiş, cavabdeh Təqsirləndirilən şəxs 100 000,00 (bir yüz min) manat və 100 000.00 (bir yüz min) manat ödənilməmiş borc məbləğinə hesablanmış 902.85 (doqquz yüz iki manat səksən beş qəpik) manat faiz olmaqla, cəmi 100 902.85 (bir yüz min doqquz yüz iki manat səksən beş qəpik) manat tutularaq iddiaçı şahid6 ödənilsin, cavabdeh Təqsirləndirilən şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 392 (üç yüz doxsan iki) manat tutularaq iddiaçı şahid6 ödənilsin qət edilmişdir. Qanuni qüvvəyə minmiş yuxanda göstərilən qətnamələrdən birində mülki iş üzrə iddaiçının iddia tələbinin rədd edilməsinə baxmayaraq, istintaq orqanı və məhkəmə məhkəmə aktlarının preyudisiallıq prinsiplərini pozaraq zərərçəkmiş şəxs13 İlham qızını zərərçəkən şəxs kimi qanunsuz olaraq tanımışdır. Qanuni qüvvəyə minmiş yuxarıda göstərilən qətnamələrdən birində isə mülki iş üzrə iddiaçı şahid6 iddia tələbinin təmin edilməsinə baxmayaraq, istintaq orqanı və məhkəmə tərəfindən şahid kimi hazırkı cinayət işi üzrə dindirilmişdir. Göründüyü kimi həm istintaq orqanı, həm də məhkəmə tərəfindən qanunsuz və əsassız iş aparılmış və nəticədə məhkəmə tərəfindən ədalətsiz hökm çıxarılmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs səciyələndirən hallardan görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2012-ci və ##.##.2025-ci il təvəllüdlü iki uşağı vardır. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2001-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. “İnsan Hüquqlarının və X13 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146 maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ##.##.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi sübutların düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin müfadiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan müdafiə tərəfinin təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə bəraət verilməsinə dair dəlilləri ilə razılaşmayaraq həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, hazırkı iş üzrə təqsirləndirilən şəxslə zərərçəkən şəxslər arasında həm “LOMBARD”, həm də borc pul münasibətlərinin tərəflərin iradəsi ilə öz aralarında bağlanmış müqavilələrə əsasən həyata keçirilməsi, yəni işin mülki xarakterli olması qeyd edilsə də, məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə öz təsdiqini tapmır, əksinə təkzib edilir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm həm birinci instansiya məhkəməsində istintaq zamanı, həm də apellyasiya icraatında özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət əməlini törətməsi zərəçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Apellyasiya baxışı zamanı müəyyən olunmuş və işin mübahisə doğurmayan halı ondan ibarətdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittihamda göstərilmiş zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə pul vəsaitlərinin, eləcə də lombard fəaliyyəti ilə məşğul olması ilə əlaqədar həmin şəxslərə məxsus qızıl-zinət əşyalarının onun sərəncamına verilməsini, lakin əldə olunan razılaşmaya əsasən sözügedən pul vəsaitləri və qızıl-zinət əşyalarının tam və ya bir hissəsini geri qaytarmamasını etiraf edir, yalnız zərərçəkmiş şəxslərlə arasında müqavilələr bağlanması, həmin müqavilələrə əsasən onlara faiz ödəməsi, fəaliyyəti dayandıqdan sonra heç kimin pulunu ödəyə bilməməsi, lombarda qoyulmuş qızıllar Ədalət adlı şəxs tərəfindən mənimsənildiyindən onları zərərçəkmişlərə qaytara bilməməsi kimi dəlilləri irəli sürməklə yaranmış mübahisənin mülki xarakter daşıması iddialarını irəli sürür. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından təqsirləndirilən şəxslə zərərçəkmişlər arasında verilmiş məbləğlər üzrə müqavilələrin mövcud olması, habelə qızıl-zinət əşyalarını verərkən onlara tərəflərin imzaladığı və möhürlənmiş girov kağızının təqdim olunması müəyyən olunsa da, məhkəmə tərəfindən digər sübutlarla qarşılıqlı əlaqədə tədqiq olunmuş və bir-birilə uzlaşan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müvafiq pul vəsaitlərini və qızıl-zinət əşyalarını zərərçəkmişləri aldadaraq əvəzsiz olaraq ələ keçirmək niyyətində olması, habelə özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməsi hərəkətlərini törətməsinə dəlalət edir və onu da qeyd edir ki, işin faktiki halları ilə təkzib olunduğu təqdirdə yalnız tərəflər arasında müqavilənin mövcud olması xüsusatı yaranmış mübahisənin mülki xarakter daşıması qənaətinə gəlinməsində əsas kimi çıxış edə bilməz. Belə ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs17 ibtidai istintaq zamanı ifadəsindən göründüyü kimi Türkanə onu ünvan 8 ünvanda yerləşən lombarda dəvət edərək demişdir ki, qızıllarını həmin lombarda gətirsin, baxıb qiymətini deyəcəkdir. ## ###### 2022-ci tarixdə özünə məxsus olan bir cüt 585 əyyarlı 4 qram çəkidə 300 manat dəyərində olan sırğaları və bir ədəd 585 əyyarlı 3 qram çəkidə 200 manat dəyərində qızıl üzüyünü, ağ qızıldan olan ümumi 21 qram çəkidə 585 əyyarlı bir dəsti ( bir ədəd boyunbağı, bir cüt sırğa, oir ədəd üzük, bir ədəd qolbağı) 3500 manat dəyərində, ümumi olaraq 4000 manat dəyərində qızıllarını götürüb Türkanənin işlətdiyi Eldar Xəlilov küçəsi 2 ünvanda yerləşən lombarda getmişdir. Orada qızıllamı Türkanəyə göstərəndə Türkanə ona bildirmişdir ki, ağ qızıldan olan 3500 manatlıq komplektini girov götürüb 1000 manat məbləğində pulu verə bilər, bir cüt 585 əyyarlı 4 qram çəkidə 300 manat dəyərində olan sırğalara və bir ədəd 585 əyyarlı 3 qram çəkidə 200 manat dəyərində qızıl üzüyə görə 100 manat verə bilər. Türkanə ilə razılaşmış və Türkanəyə həmin qızılları verəndə Türkanə ona girov biletini verib onu imzalayaraq öz möhürü ilə möhürləmişdir. Hazırda həmin girov biletini itirmişdir onu istintaqa təqdim edə bilməmişdir. Türkanə ondan qızıllarını götürüb ona 1100 manatı vermiş və ona hər ay 55 manat faiz verməli olmuşdur. Türkanənin şərtlərilə razılaşmış və ## ###### 2023-cü il tarixə qədər hər ay Türkanəyə 55 manatı ödəmişdir. Türkanənin lombardına 4000 manat məbləğində qızıl zinət əşyalarını girov qoymuşdur, həmin qızıllara görə 1100 manat kredit götürmüşdür. 22 ay ərzində Türkanəyə 1210 manat faiz ödəmişdir, həmçinin ödədiyi faizlərdən əlavə olaraq Türrkanəyə ondan götürdüyü 1100 manatı da ödəmişdir. Nəticədə Türkanəyə 2310 manat məbləğində pul ödəmişdir. Türkanə isə ona məxsus olan girova qoyduğu qızılları ona qaytarmamışdır, həmin qızılları mənimsəmişdir. Türkanədən qızıllarını tələb edəndə bildirmişdir ki, girov qoyduğu qızıllarını bir həftə ərzində götürə bilər. Lakin bir həftədən çox müddət keçdiyinə görə hər dəfə həmin lombarda gedəndə özünə məxsus olan girov qoyduğu qızıl sırğalarını götürə bilməmişdir. Türkanə ona müxtəlif bəhanələr gətirib qızılını verməkdən imtina etmişdir, ona olmayan səbəbə görə vaxtı uzatmışdır. Türkanə gah rayonda olmasını, gah xəstəsi olmasını demişdir. Hər dəfə bir bəhanə ilə onunla görüşə gəlməkdən itmtina etmişdir. Türkanə onunla görüşmədiyinə görə başa düşmüşdür ki, Türkanə çox adamı aldadıb pullarını və qızıllarını ələ keçirmişdir. Buna görə də şikayət ərizəsilə Sabunçu rayon prokuorluğuna müraciət etmək qərarına gəlmişdir İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs16 qeyd etmişdir ki, Türkanə ilə telefonla danışanda Tükanə ona bildirmişdir ki, o, lombard fəaliyyəti ilə məşğul olur, bəzi müştərilər lombardlardan faizlə pul götürdükdən sonra götürdükləri pulları geri qaytara bilmədiyi üçün onların girov olaraq lombardlara qoyduğu qızıllar həmin lombardlar tərəfindən satışa çıxarılır. O, hərraca çıxarılan belə qızılları ucuz qiymətə alır, onları baha qiymətə satır və gəlir əldə edir. Həmin gəlirdən isə ona pul vermiş, yəni onun bu biznesinə pul qoymuş şəxslərə hər ay qoyduqları pulun 10-30 faizi məbləğində qazanc olaraq pul qaytarır. Türkanənin danışdığı bu söhbətlər ona inandırıcı gəlmiş və onunla iş görəcəyini və qazanc əldə edəcəyini ona bildirmişdir. Buna görə 0# #### 2022-ci il tarixdə özünə məxsus olan 6000 manat pulu götürüb Bakı şəhərinə gəlmişdir. Türkanə ilə “Şamaxinka” adlanan ərazidə görüşmüşdür. Həmin vaxt Türkanə əri Emil ilə birlikdə “Şamaxinka” adlanan əraziyə gələrək onunla görüşmüşdür. Üçü birlikdə tanımadığı bir kafeyə getmişlər, orada bir daha ətraflı söhbət etdikdən sonra Türkanəyə 6000 manat pul vermişdir. Türkanə ondan 6000 manat pulu almışdır. Həmin pulu almasına dair və müqavilə tərtib edərək verdiyi pulun qarşılığında 4 faiz qazanc pulu verəcəyini müqavilədə qeyd etmişdir. Müddət ərzində Türkanə ona zəng vuraraq çox pul qoyacağı təqdirdə çox pul qazanacağını demişdir. Türkanənin bu təklifləri onda maraq yaratdığı üçün əlavə pul qoyub çox qazanc əldə etməyi düşünmüşdür. Buna görə ##.##.2022-ci il tarixdə özünə məxsus olan “Kapitalbank” kart hesabından Türkanənin kart hesabına 800 manat pul köçürmüşdür. O, qazancını çoxaltmağı düşündüyü üçün hər ay qoyduğu məbləği artırmaq qərarına gəlmişdir. Qeyd etmişdir ki, Türkanə özü hər dəfə onunla əlaqə saxlayaraq çox pul qoymağa məcbur etmişdir. Daha sonra ##.##.2022-ci il tarixdə özünə məxsus olan 2000 manat pulu nağd qaydada Türkanənin işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində yerləşən lombardda Türkanəyə vermiş və bu barədə aralarında müqavilə bağlamışlar. Göstərdiyi kimi bu işə marağı artdığı üçün ##.##.2022-ci il tarixdə o, yenidən özünə məxsus olan 2000 manat pulu nağd qaydada Türkanənin işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində yerləşən lombardda Türkanəyə vermiş və bu barədə aralarında müqavilə bağlamışlar. Daha sonra 03.10.202-ci il tarixdə Türkanənin kart hesabına “Milliön” terminalından 1680 manat pul göndərmişdir. Həmin vaxt Türkanə ona bildirmişdir ki, hal hazırda yaxşı qazanc olmadığı üçün noyabr ayı üçün ona qazanc pulu verə bilməyəcəkdir. Türkanə onunla telefonla əlaqə saxlayaraq işlərin çoxalacağını və qazancın artacağını bildirərək ondan əlavə pul istəmişdir. Artıq Türkanəyə inandığı üçün yenidən onun kart hesabına “Milliön” vasitəsilə ##.##.2022-ci il tarixdə 1000 manat pul göndərmişdir. Türkanə ona kartla göndərdiyi pulların müvafiq qaydada qeydiyyatını apardığını və ona uyğun qazanc faizlərini hesablayacağını bildirmişdir. Daha sonra Türkanə ondan yenə əlavə pul qoymağını çox pul qazanmağını desə də, artıq pulunun olmadığını ona demişdir. Türkanə ona demişdir ki, pul tapsa yaxşı olar. Bundan sonra atasından pul götürüb Türkanənin gördüyü işə sərmayə kimi qoyub pul qazanmağı düşünmüşdür. Bu iş barədə atasına danışmış və o, etiraz etmədiyi üçün 3000 manat pul vermişdir. Həmin 3000 manat pulu ##.##.2023-cü il tarixdə Türkanənin kart hesabına göndərmişdir. Bu minvalla ##.##.2023-cü il tarixdə Türkanənin kart hesabına 440 manat göndərmişdir. 2023-cü ilin iyun ayında 4000 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində yerləşən lombardda Türkanəyə vermiş və bu barədə aralarında borc müqaviləsi bağlamışlar. Daha sonra ##.##.2023-cü il tarixdə 558 manat, ##.##.2023-cü il tarxdə 800 manat pulu Türkanənin kart hesabına göndərmişdir. Türkanə ona göndərdiyim pullardan ##.##.2022-ci il 240 manat, ##.##.2022- ci il 240 manat ##.##.2022-ci il 400 manat, ##.##.2022-ci il 400 manat, ##.##.2023-cü il 440 manat, ##.##.2023-cü il 440 manat, ##.##.2023-cü il 440 manat, ##.##.2023-cü il 160 manat, ##.##.2023-cü il 460 manat manat ümumilikdə 3220 manat pulu onun kart hesabına göndərmişdir. Türkanəyə ümumilikdə 22778 (iyirmi iki min iki yüz yetmiş səkkiz) manat pul vermişdir. Türkanə isə ona ümumilikdə 3220 (üç min iki yüz iyimi) manat pulu hissə-hissə qaytarmışdır. Türkanə həmin pulları qızıl alış satışı ilə bağlı gördüyü işə sərmayə olaraq qoyacağını bildirib gördüyü həmin işdən əldə etdiyi qazancın hər ay 4 faizi məbləğində ona pul qaytaracağını vəd verib aldadaraq ondan almışdır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs15 ifadəsində bildirmişdir ki, özünə aid olan səbəblərlə bağlı qızıl qoymaq üçün lombarda getmiş və Türkanə xanıma məxsus olan lombarda yaxınlaşaraq müəyyən məbləğdə qızıl qoymuşdur. Bundan sonra isə qızılın girov bileti ilə bağlı ona çek verilmişdir. Həmin məbləği ödədikdən sonra qızılı geri qaytarılmış və artıq onda Türkanəyə qarşı inam yaranmışdır. Bundan sonra isə davamlı şəkildə lombarda qızıllar qoymuşdur. ## ######## 2023-cü il tarixdə sonuncu dəfə lombarda yaxınlaşaraq qızıllarının tam ödənişini edib bütün qızılları götürmək istədiyini bildirmişdir. Həmin vaxt Pərvanə xanım telefonda Türkanə xanımla danışmışdır. Onun biletlərinə ödənişlərin tam olaraq ödənildiyi yazılmış və qızıllarını nə vaxt götürə biləcəyini soruşanda bir həftə ərzində yaxınlaşıb qızılını götürə biləcəyini demişlər. Bu qaydada qızılları bir ay ona qaytarılmamışdır. Bundan sonra o, təsadüfən yolda Türkanə xanım ilə rastlaşaraq qızılları nə vaxt verəcəyini soruşmuş və Türkanə cavabında ona hazırda maddi sıxıntılarının olduğunu, ancaq “Yeni il”ə kimi möhlət verməyini, həmin vaxtadək qızılları qaytaracağını söyləmişdir. Sonda isə onun qızılları hələ də qaytarılmamışdır. O, qızılını lombarda qoyduğu vaxt Türkanənin qızıllarını başqasına verdiyini bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Salminaz Akhmedova ifadəsində bildirmişdir ki, Türkanə verilənlərin qarşılığında müqavilə verməmiş, demişdir ki, yaxın rəfiqəsidir, müqavilə lazım deyil. Türkanəyə verdiyi pulların bir hissəsini karta yollamış, digər hissəsini əlbəəl vermişdir. Həmin vaxt işçilər də orada olmuşdur. Türkanəyə əlbəəl iki dəfə altı min, bir dəfə min beş yüz vermişdir. Həmin vaxt pulu verməsini Türkanənin işçiləri olan Günel və Pərvanə təsdiq edə bilər. Türkanə demişdir ki, özünün kartının limiti keçib, ona kart atacaqlar həmin gələn vəsaiti başqa karta yollasın. Türkanəyə verdiyi pulları faiz üçün verməmişdir. Təqdim etdiyi qızıllar Salminazın bacısının olmuş, həmin qızıllar 2300 manat dəyərində qiymətləndirilmiş, aylıq 230 manat ödəniş olmuşdur. Təqsirləndirilən şəxsədən şikayətçidir, verilən pullardan üç ya da dörd min vəsait ödənilmişdir. Həmin pulu da Türkanə təkrar geri almışdır. Təqsirləndirilən şəxsdən tələb etdiyi məbləğə vermiş olduğu qazanc məbləğlərini hesablamamışdır. Zərərçəkmiş şəxs Salminaz Akhmedova ibtidai istintaq zamanı bildirmişdir ki, həmin qızıl əşyalarını Türkanəyə verərkən də Türkanə ona qəbz, müqavilə, girov bileti və ya hər hansı digər sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, verilmiş ittihama görə ona dəymiş ziyanı təsdiq edir. Həmin ziyandan ona müəyyən məbləğ qaytarılmışdır. Qazanc kimi ona qaytarılmış məbləği dəymiş ümumi ziyandan çıxmışdır. Ona təxminən altı min manata kimi pul qaytarılmışdır. O, pul verməsi ilə bağlı rəsmi hansısa sənədi təqdim etməmişdir. İstintaq orqanına möhürlə təsdiq edilmiş müqaviləni təqdim etmişdir. Müqavilədə nə qədər məbləğin onlara veriləcəyinin yazılması yadında qalmamışdır. On min manat vəsaiti üç dəfəyə vermişdir. Pulun verilməsi ilə bağlı müqaviləni sonuncu dəfə bağlamışlar. O, sonuncu dəfə böyük məbləğ verdiyini və müqavilə istədiyini bildirmişdir. Onun yanında Türkanə müqavilədə yazılmış dörd min manatı on min edərək möhürlə təsdiqləmişdir. Verdiyi puldan bəziləri ona əlbəəl, bəziləri isə nağd şəkildə qaytarılmışdır. Pulu verməkdə məqsədi gəlir əldə etmək olmuşdur. Türkanə əvvəlcə ümum məbləğin 30, daha sonra 20 faizi həddində gəlir verəcəyini bildirmişdir. Türkanə ona qazandığını dediyindən həmin faiz ona şübhəli gəlməmişdir. Babək onun tanışı olmuş, pulları onun vasitəsilə vermiş, verdiyi pullar ona aid olmuş və ziyan ona dəymişdir. Təqsirləndirilən şəxs onu aldadaraq qızıllarını ələ keçirmişdir. Telefonlarına cavab vermədiyindən təqsirləndirilən şəxslə görüşməmişdir. Təqsirləndirilən şəxs pulu qaytara qaytara bilmədiyini, qaçmadığını və qızılları qaytaracağını demişdir. İbtidai istintaq dövründə ona hansısa ödəniş olmamışdır. zərərçəkmiş şəxs11 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, Türkanəni getdiyi gözəllik salonundan tanımış, orada olan ustalardan biri ona “bir nəfər var, pul versən, qazanc əldə etmək olur” demişdir. Həmin vaxt yox, bir neçə vaxtdan sonra Türkanə ilə salonun həyətində görüşmüşlər. Həyat yoldaşı Türkanədən hansı işlə məşğul olub bu qədər qazana bildiyini soruşmuşdur. Türkanə qızıl alışı ilə məşğul olduğunu, lombardda batmış qızılları düzəltdirib daha baha qiymətə satdığını, bunun qarşılığında ayda iki dəfə pul götürdüyü ilk pulu müştərisinə verdiyini və digər məbləği isə özünə götürdüyünü bildirmişdir. O, ilk dəfə iki min dörd yüz manat pul vermiş, növbəti dəfə salonda olarkən təkrar iki min manat pul vermiş, həmin pulu verərkən müqavilə imzalamışlar və Türkanə özünün möhürü ilə onu təsdiq etmişdir. Onun Türkanədə ümumilikdə dörd min altı yüz manat pulu var. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, 2023-cü ildə Emiliya onu Türkanə ilə tanış etmiş və Türkanəyə pul verib qazanc əldə etməyin mümkün olduğunu demişdir. Emiliyadan qazancın nə qədər olduğunu soruşduqda 20-30 faiz məbləğində qazanc verdiyini bildirmişdir. O, özü tək üç min manat pul vermiş, həm də Emiliyanın ayrıca doqquz min manat pulu olmuşdur. Pulu verəndən sonra bir ay ona ödəniş olsa da sonrakı aylardan başlayaraq heç bir ödəmə olmamışdır. Bundan sonra onalara hansısa ödəniş olmadığından təkrar Türkanə xanıma yaxınlaşmışlar. Bununa bağlı onlar yeni müqavilə bağlamışlar, guya on yeddi min manatlıq yeni müqavilələri olmuş və onlara iki min beş yüz manat pul ödəməli olmuşdur. Türkanə ilə yeni müqavilə bağladıqda on yeddi min manat onlara borclu qalmış, lakin müqaviləni təkcə o imzalamışdır. İmzaladıqları müqavilədə göstərilmiş pulun faktiki olaraq hamısı ona aid məbləğ olmamışdır. Türkanəyə yaxınlaşmaqda məqsədləri ya onlara qazanc verməsi, ya da ümumi məbləği qaytarmasından ibarət olmuşdur. Türkanə də borclarının və problemlərinin olduğunu bildirmişdir. Verdiyi puldan ona beş yüz və doqquz yüz manat pul qaytarılmışdır. Emiliyanın Türkanəyə verdiyi doqquz min manat onun pulu olmamışdır. O, hazırda Türkanədən on iki min manat pul tələbinin olduğunu bildirmişdir. Məhkəmə kollegiyası göstərilmiş ifadələrlə uzlaşan digər zərərçəkmiş şəxslərin ifadələrini də sadalamağa zərurət görmədən apellyasiya şikayətinin təqsirləndirilən şəxslə zərərçəkən şəxslər arasında həm “LOMBARD”, həm də borc pul münasibətlərinin tərəflərin iradəsi ilə öz aralarında bağlanmış müqavilələrə əsasən həyata keçirilməsi, yəni işin mülki xarakterli olması dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan və hadisənin vahid mexanizmini ortaya qoyan ifadələrin hər birinin məzmunundan zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs borc verilməsi ilə əlaqədar tərəflər arasında mülki hüquqi münasibətlərin mövcudluğu deyil, işin sübuta yetirilmiş hallarına əsasən zərərçəkmiş şəxslərdə onların faizlə pul əldə edəcəyinə dair və sonrakı mərhələlərdə özünü doğurutmayan vədlərin verilməsi ilə yaranan inam nəticəsində müxətlif pul məbləğlərinin təqsirləndirilən şəxsin sərəncamına keçməsi faktı aşkar olunur. Belə ki, ifadələrdən də göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmişlərə müəyyən məbləğləri qaytarması həmin şəxslərdə təqsirləndirilən şəxsə münasibətdə inam və etibarın yaranmasına səbəb olmuş, lakin sonrakı mərhələdə daha çox qazancın əldə ediləcəyi barədə vədlər vermiş təqsirləndirilən şəxs əldə etdiyi yüksək məbləğlərdə pul vəsaitlərini nəinki geri qaytarmamış, dələduzluq cinayətinə münasibətdə külli miqdarda ziyanın vurulması ilə nəticələnmiş eyni əməllərini davam etdirmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslə zərərçəkən şəxslər arasında müqavilələrin mövcud olmasının hazıki işin mülki xarakter daşıması üçün əsas olmaması mövqeyini həm də onunla izah edir ki, müqavilənin tərəfi qismində iştirak etmiş zərərçəkmiş şəxslərin ifadələrindən də onlar tərəfindən təqsirləndirilən şəxsə müxtəlif pul məbləğlərinin verilməsində borc vermək niyyətinin olması müəyyən olunmur. Belə ki, birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsindən də məlum olduğu kimi salona gedib-gəldiyindən Türkanəni orada tanımış və lombard həmin salona yaxın olmuşdur. Salonda kiminsə lombardda iş quraraq orada batan qızılları çıxarıb lom qiymətinə satması və bunun qarşılığında ona pul lazım olması barədə söhbətlər olmuşdur. Türkanə ona batan qızılları çıxarması üçün pul lazım olduğunu və bunun qarşılığında isə ona pul verəcəyini demişdir. O, 2023-cü ilin fevral ayında 500 manat pul vermiş və bu hal iyun ayına kimi davam etmişdir. Ümumilikdə Türkanənin ona verəcəkləri ilə birlikdə otuz min beş yüz manat borcu olmuşdur. Bununla belə o, ümumilikdə Türkanəyə on yeddi min beş yüz manat pul vermişdir. Razılaşmalarına əsasən verilən pulların müqabilində ona həmin pulun üzərində müəyyən bir məbləğ qaytarılacaqdı. Razılıqları təxminən min manat qarşılığında 150-200 verilməsi olmuşdur. Aralarında imzalanmış müqavilənin adını bilmir, əvvəllər 2-3 müqavilə imzalanmış, sonda isə hamısını birləşdirib bir müqavilə bağlanmışdır. Müqavilələr üzrə nə qədər verdiyini, hansı şərtlərlə pul verdiyini xatırlamır. Sonuncu müqavilədə isə 30500 yazılıb və özü də onu təsdiq etmişdir. Müqavilənin məzmununda nəyin yazılmasından məlumatı yoxdur. Ona görə də sadəcə əlində sübut olsun deyə həmin müqavilənin bağlanmasını istəmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin lombarda qoyulmuş qızılların şahid3 tərəfindən mənimsənilməsi və buna görə də Təqsirləndirilən şəxs qızılları zərərçəkmişlərə qaytara bilməməsi dəliləri barədə qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən məlum olduğu kimi həmin qızıllar zərərçəkmiş şəxslər tərəfindən məhz Təqsirləndirilən şəxs verilmiş, tərəflərin imzaladığı və möhürlənmiş girov biletləri isə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişlərə təqdim olunmuşdur. Belə olan halda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə arasında müqavilələr bağlandığını, həmin müqvilələrə əsasən onlara faiz ödədiyini, lombarda qoyulmuş qızılların başqa şəxs tərəfindən mənimsənildiyi barədə ifadələr verməsini özünümüdafiə xarakterli hesab edərək apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi xahişi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin hazırki cinayət işi üzrə yuxarıda qeyd edilən heç bir halın mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-nin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, təqsirləndirilən şəxsin apellyasiya şikayətində əsaslandırdığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərinin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən, cəzadan azad edilməsi və ya Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində iki azyaşlı uşağının olmasını təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmədən habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halları və əməlində ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müfadiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar