Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-412/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər X15 (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Abdullayev İkram Yusif oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X3 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X6 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünə əsasən ## ####### 1978-ci ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı ## #### 2024cü il tarixdən ## ###### 2025-ci il tarixədək həbsdə saxlandığı 06 (altı) ay 15 (on beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il, 11 (on bir) ay, 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ###### 2026cı il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: İttiham aktına əsasən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu zərərçəkmiş şəxs5 birlikdə soğan məhsulunun satışı ilə məşğul olmaqla qazanc əldə edəcəklərinə dair yalan vəd verib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin oktyabr ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli» ticarət mərkəzində, özünün idarə etdiyi «VAZ 21015» markalı avtomobilin içərisində zərərçəkmiş şəxs5 90.000 (doxsan min) manat məbləğdə nağd pulunu, 2023-cü ilin yanvar ayında isə eyni vədlə istədiyinə görə zərərçəkmiş şəxs5 istintaqla müəyyən edilməmiş taksi sürücüsü vasitəsilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli» ticarət mərkəzinə göndərdiyi 12.500 (on iki min beş yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 ümumilikdə 102.500 (yüz iki min beş yüz) manat məbləğdə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayının ortalarına qədər olan müddət ərzində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli» ticarət mərkəzində tanışı zərərçəkmiş şəxs4 və sonuncunun şərik işlədiyi İmanov İftixar Nəsib oğluna məxsus olan soğan məhsullarını alıb «Al Market» mağazalar şəbəkəsinə sataraq, pulunu ödəyəcəyinə dair yalan vəd verib zərərçəkmiş şəxs4 aldadaraq və etibarından suiistifadə edərək zərərçəkmiş şəxs4 məxsus 6.800 (altı min səkkiz yüz) manat, İmanov İftixar Nəsib oğluna məxsus 6.000 (altı min) manat olmaqla ümumilikdə 12.800 (on iki min səkkiz yüz) manat dəyərində soğan məhsulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib «Al Market» mağazalar şəbəkəsinə satıb pulunu ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 2023-cü ilin mart ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli» ticarət mərkəzində hər birində 33 kq olmaqla, 5.200 (beş min iki yüz) manat dəyərində 289 kisə soğan məhsulunu, ## ###### 2023-cü il tarixdə eyni ünvanda bir kisəsi 8 (səkkiz) manatdan, hər biri 33 kq olmaqla, 4.480 (dörd min dörd yüz səksən) manat dəyərində 560 kisə və ## ###### 2023-cü il tarixdə eyni ünvanda bir kisəsi 07 (yeddi) manatdan hər biri 33 kq olmaqla, 2.520 (iki min beş yüz iyirmi) manat dəyərində 360 kisə soğan məhsullarım, ümumilikdə zərərçəkmiş şəxs6 məxsus 12.200 (on iki min iki yüz) manat dəyərində əmlakı alıb ələ keçirib pulunu ödəməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin may ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli» ticarət mərkəzində 19 (on doqquz) manatdan, hər biri 30 kq, olmaqla, 10.640 (on min altı yüz qırx) manat dəyərində 560 kisə soğan məhsullarını alıb ələ keçirib pulunu ödəməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə ## #### 2023cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli» ticarət mərkəzində tanışı zərərçəkmiş şəxs8 soğan məhsulunu alıb «Al Market» mağazalar şəbəkəsinə sataraq, pulunu ödəyəcəyinə dair sonuncuya yalan vəd verib etibarından suiistifadə edib aldadaraq, hər birində 30-32 kq olmaqla, 829 kisə, ## #### 2023-cü il tarixdə eyni ünvanda hər biri 30-32 kq olmaqla, 150 kisə və ## #### 2023-cü il tarixdə eyni ünvanda hər biri 30-32 kq. olmaqla, 510 kisə (cəmi 1.489 kisə) soğan məhsullarım, ümumilikdə zərərçəkmiş şəxs8 məxsus 30.800 (otuz min səkkiz yüz) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib pulunu ödəməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib «Al Market» mağazalar şəbəkəsinə satıb pulunu ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 2023-cü ilin yay ayları ərzində, istintaqla dəqiq müəyyən olunmayan tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli» ticarət mərkəzində üç dəfə «Kamaz» markalı avtomobildə ümumilikdə 1.120 kisə olmaqla, 18.300 (on səkkiz min üç yüz) manat dəyərində əmlakı ələ keçirib pulunu ödəməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə ## #### 2023cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli» ticarət mərkəzində tanışı zərərçəkmiş şəxs1 soğan məhsulunu alıb «Al Market» mağazalar şəbəkəsinə sataraq, pulunu ödəyəcəyinə dair sonuncuya yalan vəd verib etibarından suiistifadə edib aldadaraq, hər biri 23 (iyirmi üç) manat olmaqla, 10.465 (on min dörd yüz altmış beş) manat dəyərində 455 kisə soğan məhsullarını alıb pulunu ödəməyib ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli» ticarət mərkəzində tanışı zərərçəkmiş şəxs3 ilk dəfə kisəsi 10 (on) manatdan olmaqla, 4.500 (dörd min beş yüz) manat dəyərində 450 kisə və ## ###### 2023-cü il tarixdə eyni ünvanda kisəsi 13 (on üç) manatdan olmaqla, 3.900 (üç min doqquz yüz) manat dəyərində 300 kisə soğan məhsullarını, ümumilikdə zərərçəkmiş şəxs3 məxsus 8.400 (səkkiz min dörd yüz) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib pulunu ödəməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Abdullayev İkram Yusif oğlu apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsin həbsdən azad olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökm qanunsuz və əsassızdır, məhkəmə kollegiyası belə nəticəyə gələrkən hökmün ləğv edilməsi üçün əsas olan və AR CPM-nın 399.1.2-ci maddəsində nəzərdə tutulan nöqsana yol vermişdir. Belə ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, məhkəmə əsassız olaraq ittiham hökmü çıxarmışdır, ona görə də hökm ləğv olunmalıdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkənlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında verdikləri ifadələrindən məlum olmuşdur ki, onların hər birinin təqsirləndirilən şəxslə qarşılıqlı soğan alveri etmək barədə şifahi müqavilələri olmuşdur. Onlar 2021-2023-cü illərdə təqsirləndirilənə müxtəlif çəkidə soğan vermiş, həmin soğanların bir qisminin pulunu almış, ittihamda göstərilən məbləğləri ala bilməmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkən zərərçəkmiş şəxs4 Maxsud oğlu ifadəsində göstərmişdir ki, Ramin onun kəndçisidir, birlikdə soğan alveri ilə məşğul olmuşlar. Ramin dəfələrlə “Meyvəli” bazarda ondan mal alıb, sonra pulunu ödəmişdir. Raminə “Kamaz” maşınla dəfələrlə soğan vermiş, Ramin həmin soğanların pulunu ona ödəmişdir. Lakin sonuncu dəfə Ramin onun verdiyi 12800 manat dəyərində soğanının pulunu ödəyə bilməmişdir. Həmin 12800 çanatın 6800 manatı onun olmuş, 6000 manatı isə onunla şərik işləyən İmanov İftixarındır. Həmin faktı zərərçəkən İmanov İftixar Nəsib oğlu da məhkəmədə təsdiq etmişdir. O göstərmişdir ki, Raminə o və Tural ümumilikdə 38000 manat dəyərində soğan vermişlər. Ramin onun 26000 manatını onlara ödəmiş 12800 manatını ödəyə bilməmişdir. İş üzrə zərərçəkən zərərçəkmiş şəxs7 Famil oğlu məhkəmədə verdiyi ifadəsində təsdiq etmişdir ki, o, Raminə 2 dəfə soğan məhsulu vermişdir. Raminə birinci dəfə verdiyi soğan məhsulunun 10000 manat dəyərini Ramin ödəmiş, ikinci dəfə verdiyi soğanın 9600 manat pulunu ödəməmişdir, onun hazırda Ramindən heç bir şikayəti və tələbi yoxdur. İş üzrə zərərçəkən zərərçəkmiş şəxs6 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin aprel ayından 2023-cü ilin avqust ayına qədər Raminlə ümumilikdə 70000 manat məbləğində soğan alverimiz olmuşdur, ondan mənə 5200 manat borcu qalmışdır, ondan heç bir şikayətim və tələbim yoxdur. İş üzrə zərərçəkmiş şəxs X7 məhkəmədə verdiyi ifadəsində təsdiq etmişdir ki, o, Ramini 3-4 ildir tanıyır, onunla soğan alverləri olmuşdur. Ramin hər dəfə ondan aldığı soğanların pulunu vaxtında ödəmiş, gecikmə alanda problem olmamışdır. 2023-cü ildə 05 iyulda Raminə “Meyvəli” bazarında 10465 manat dəyərində 455 kisə soğan vermişdir. Ramin həmin məbləği qaytarlmamışdır. Hazırda onun Ramindən heç bir tələbi və şikayəti yoxdur. İş üzrə zərərçəkmiş zərərçəkmiş şəxs3 Niyaz oğlu məhkəmədə ifadə verərkən göstərmişdir ki, onun Raminlə uzun müddət soğan alveri olmuşdur, dövriyyə təxminən 1***** manatdan çox olmuşdur. Həmin məbləğdən 8400 manatı pulu Ramin ödəyə bilməmişdir, hazırda ondan heç bir tələbi və şikayəti yoxdur. İş üzrə zərərçəkən X4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Ramin ondan ilk dəfə 90000 Imanat pul almışdır ki, onu soğan alveri üçün dövriyyəyə buraxsın. Belə ki. soğanı nəqd şəkildə alanda qazanc çox qalır, nisyə alanda Iqazanc az qalır. Ramin ondan borc qismində əvvəlcə 90000 manat, sonra isə 12500 manat pulu tam borc qismində almış, amma qaytarmamışdır. Lakin o pulu qazanc üçün Raminə verdiyindən Ramin ona 5-6 ay, hər ay 4500 manat qazanc ödəmişdir, sonra ödəməmişdir. Bundan əlavə göstərmişdir ki, guya 90000 manat borcdan əlavə o Raminə xatırlamadığı taksi ilə və xatırlamadığı vaxtda yenə də borc alaraq 12500 manat göndərmişdir. Həmin faktı təqsirləndirilən Təqsirləndirilən şəxs təsdiq etməmiş, bildirmişdir ki, Namiq Şəfiyev ona faizlə 90000 manat pul vermiş, onun 83000 manatını qaytarmışdır. Namiqə 7000 manat borcu vardır. İş üzrə zərərçəkən zərərçəkmiş şəxs8 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 30800 manat dəyərində 1489 kisə soğan vermişdir. Ona məlum olmuşdur ki, verdiyi 3 kamaz maşın soğanın bir maşını zəif olub. Ramin ona bildirmişdir ki, bu məsələni şərikim şahid3 ilə həll et. Nizami də ona bildirmişdir ki, malları satandan sonra ona 25000 manat ödəyəcək, lakin ödəməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, zərərçəkənlərin hər biri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müxtəlif formada iş birliyi olmuş, qarşılıqlı razılaşmaları olmuşdur. Bu razılaşmalar şifahi şəkildə olsa da, tərəflərin iradə ifadəsi və qarşılıqlı öhdəlikləri olmuşdur. Təqsirləndirilən şəxs hər zərərçəkənə münasibətdə öhdəliklərini qismən yerinə yetirmişdir. Bu baxımdan sübut olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində AR CM-nin 178-ci maddəsinin, yəni dələduzluq cinayətin tərkibi əlamətləri yoxdur, onların arasında yaranan münasibətləri öhdəliyin yerinə yetirilməməsindən irəli gələn borcdur. Bu isə o deməkdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkənlər qarşısında borc öhdəliyini tam yerinə yetirmədiyindən bu məsələ mülki qaydada mübahisələndirilməlidir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abdullayev İkram Yusif oğlu apellyasiya şikayətlərini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunması və onun əməlinin tövsifi məsələsini müzakirə edərək ona həmin maddə üzrə bəraət verilməsinə dair müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X14 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə edilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Plenum qərarında həmçinin qeyd edilir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər cinayətlərdən ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: _ özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; _ götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; _ bunların əvəzsiz olması; _ cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; _mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: _ birbaşa qəsd; _ tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki (əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Yuxarıda təsvir edilmiş talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərdən və Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispoziyasından irəli gələn mənaya görə, söhbət özgə əmlakının ələ keçirilməsində ifadə olunmuş dələduzluq cinayəti üzrə ittihamından gedirsə, təqsirkarın zərəçəkmiş şəxsin mövcud olan əmlakını ələ keçirməsi (mövcud əmlak kütləsindən hansısa hissəsini ayırıb özünün və yaxud üçüncü şəxsin nəfinə keçirməsi) tələb olunur. Belə (əmlakın ələ keçirilməsi ilə bağlı) dələduzluqda zərərçəkmiş şəxsin maddi zərər görməsi onun gözlənilən artımı, qazancı almamasında deyil, mövcud olan əmlak kütləsinin ələ keçirilmiş əmlak hesabına azalmasında (malik olduğu əmlakdan məhrum edilməsində) ifadə olunmalıdır. Belə ki, hazırki işdə müdafiə tərəfi öz apellyasiya şikayətini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə (məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaması) istinadən əsaslandıraraq şikayətin dəlilləri qismində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hər biri ilə müxtəlif formada iş birliyinin və qarşılıqlı razılaşmalarının olması, həmin razılaşmalar şifahi şəkildə olsa da, tərəflərin iradə ifadəsi və qarşılıqlı öhdəliklərinin mövcud olması, eləcə də Təqsirləndirilən şəxs hər bir zərərçəkmiş şəxsə münasibətdə öz öhdəliklərini qismən yerinə yetirməsi sübut olunduğundan onun əməlində dələduzluq cinayətinin tərkibi əlamətlərinin olmaması göstərilmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hər biri ilə mülki münasibətlərdə olması, hər bir zərərçəkmiş şəxsə münasibətdə öz öhdəliklərini qismən yerinə yetirməsi və onlara qarşı dələduzluq əməllərinə yol verməməsi barədə dəlillərini araşdıraraq işin faktiki hallarına münasibətdə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə sözügedən zərərçəkmiş şəxslər arasında şifahi razılaşmalar olmuş, lakin Təqsirləndirilən şəxs öz kriminal niyyətini məhz həmin razılaşmalardan istifadə etməklə həyata keçirmiş və həmin razılaşmalarla öz niyyətini pərdələmişdir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən, eləcə də birinci instansiya məhkəməsində tədqiq olunmuş digər sübutlardan Təqsirləndirilən şəxs bu şəxslərlə razılığa gələrkən həqiqi niyyətinin razılaşmanın şərtlərinə əməl etmək olmadığı, onları aldadıb əmlaklarını əvəzsiz olaraq ələ keçirmək olduğu açıq-aydın öz təsdiqini tapmışdır. Onun kriminal niyyəti əvvəlcədən mövcud olmaqla və özgə vəsaitini əvəzsiz ələ keçirməyə hesablanmaqla zərərçəkmiş şəxslərin əmlaklarını (pul vəsaitlərini) ələ keçirməkdən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ##.##.2021-ci il tarixdən alverlə məşğul olmuş, 2023-cü ilin avqust ayının 28sindən isə ziyana düşdüyünə görə zərərçəkmş şəxslərin borcunu ödəyə bilməmiş, o vaxta qədər isə nə almışsa hamsının pulunu ödəmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5lə qohum olduğunu, uzun müddət birgə alverləri olduğunu, həm bir kəntdən, həm də zərərçəkmiş şəxs5 onun anasının əmisi oğlu olduğunu bildirmişdir. Pula ehtiyacı olduğuna görə zərərçəkmiş şəxs5 borc pul götürüb hissə-hissə qaytarmışdır. zərərçəkmiş şəxs5 ona ümumilikdə 90.000 manat pul vermiş, o isə Namiqə 83.500 manatını ona qaytarmışdır. Namiq pulu faizə ona vermişdir, o, da hissə-hissə qaytarmışdır. Namiq ona 15 maşınlıq soğan vermiş və hər maşına görə 4.500 manat ona pul verməsini demişdir. zərərçəkmiş şəxs5 12.500 manat pulu onun şərikinə vermiş, hər ayda şərki ilə birgə Namiqə 3.000 manat pul ödəmişlər. Bu gün onun zərərçəkmiş şəxs5 7.000 manat cəmi borcu vardır. Hazırki iş üzrə şahid qismində dindirilmiş şahid2 isə onun şəriki olmuşdur, onların arasında hər hansı bir pul söhbəti olmayıb. “Al Market”lər mağazalar şəbəkəsinə verdikləri soğan mallarına görə vergi borcu gəlmiş və nəticədə 30.000 manat borc vergi yaranmışdır. Rəsmiləşdirmə Bəhruzun adına olduğuna görə borc da ona gəlmişdir. O, zərərçəkmiş şəxs İftixar İmanovdan pul almamış, sonuncunun şəriki Turaldan soğan almışdır. Onlar şərik olduğuna görə pulları Turalla İftixar aralarında bölmüşlər. Turalla da bir kəntdən olmuş, birlikdə sürücü işləmişlər. Ondan ümumilikdə dəyəri 50.000 manata yaxın soğan almış, pulunu versə də cəmi 12.800 manat borcu qalıb. Həmin 12.800 manat pulun yarısı Turalındır, yarısı da İftixarındır. Şərik olduqları üçün pul aralarında bölünüb, birinə 6.000 manat, birinə də 6.800 manat pul düşüb. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8la uzun müddət birlikdə işləmiş, ondan mal almış, aralarında münasibətləri yaxşı olmuşdur. zərərçəkmiş şəxs8 da əvvəllər aldığı soğan mallarının pulunu ödəmişdir. Onun göndərdiyi iki maşın soğanın biri yaxşı, biri isə zəif olmuşdur. Mallar xarab olmuşdu. Şəriki xarab olan malların videosunu da çəkmişdir. Onlar Cavana “gəl mallarına yiyə dur” demişlər. Müstəntiqə də həmin video görüntünü təqdim eləmişlər. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7la da həm qonşu, həm kəndli, həm də yaxın münasibətləri olub, soğan alveri etmişlər. zərərçəkmiş şəxs7 iki maşın 19.000 manatlıq soğan malı almış, həmin malın 10.000 manatını qaytarmış, 9.000 manatı isə qalmışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6la da ümumilikdə 150.000 manatlıq alver eləmiş və hazırda ona 12.000 manat borcu qalmış, qalanını isə qaytarmışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1lə də uzun müddət soğan alveri eləmişdir. Elədikləri alverin hamısının pulunu vermiş, axırıncı alverdən isə 10.000 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3la da uzun müddətdən çox soğan alverilə məşğul olmuş, ona da 6.000 manat borcu qalmışdır. Əvvəlki pulların hamısını ödəmiş, dediyi 17.400 manat vergi pulunu da ödəmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq təqsirləndirilən şəxs göstərmişdir ki, zərərçəkmiş şəxslər ondan pullarını istəmiş, o isə pulu olmadığına görə onlara pul verə bilməmişdir. zərərçəkmiş şəxs5 ittihamda qeyd olunan 12.500 manat pulu şəriki Nizamiyə vermişdir, pul isə onun adına yazılmışdır, bu gün zərərçəkmiş şəxs5 7.000 manat borcu qalmışdır. İftixarla Turala ikisinə birlikdə 12.800 manat, zərərçəkmiş şəxs6 12.200 manat borcu olduğunu bildirmişdir. zərərçəkmiş şəxs7 9.600 manat borcu vardır, ittihamda göstərilən 10.640 manatı qəbul etmir, zərərçəkmiş şəxs8 17.000 manat borcu olduğunu qəbul etmişdir. zərərçəkmiş şəxs5lə şərikinə əkdikləri sarımsaqdan ona pul vermədiyinə görə, o da ona soğanın pulunu Namiqə vermədiyini, Namiqə verəcəyi pul olmadığına görə o hissədə ittihamda ona münasibətdə göstərilənləri qəbul etmədiyini, zərərçəkmiş şəxs1 10.460 manat, Əliyev Anara da 6000 manat borcu olduğunu, qəbul etdiyi borcları işləyib ödəyəcəyini fikirləşdiyini bildirmişdir. Əvvəllər məhkum olunmamışdır. 16 yaşında bir övladının, ümumilikdə üç övladının olduğunu, böyük oğlunun hərbçi olduğunu, digərinin də 4-cü kurs tələbəsi olduğunu bildirmişdir. 2023-cü ilin avqust ayından zərərçəkmiş şəxslər ondan pullarını tələb etmişlər, o da sonunculara işləyib borclarını qaytaracağını bildirmişdir. 2021-ci ilin aprel ayının 26-dan zərərçəkmiş şəxslərlə əlaqələri olmuşdur. Əlavə olaraq bildirmişdir ki, onun şəriki “Al Market”ə mal vermiş və ona birlikdə işləməyi təklif etmişdir. 2019-cu ildən etibarən bazarda soğan satışı ilə məşğul olmuş, soğanı əsasən Ağdam və Ağcabədi rayonlarından əkinçilərdən almışdır. Zərərçəkmiş şəxslərdən 2019-cu ildə ondan mal alan olmamışdır. Namiq rayonda təsərrüfat işləri ilə məşğul olmuş, soğanı Namiq almış, o isə bazarda satmışdır. Onlar şərikli fəaliyyət göstərmiş, malı alan Namiq olmuş, satışı isə özü həyata keçirmişdir. Malın maya dəyərini Namiq qoymuşdur. Şəriki ilə birlikdə hər dövriyyədə 7–8 “Kamaz”, yəni təxminən 50–60 min manatlıq mal almışlar. Bir “Kamaz” malın dəyəri 6.000–7.000 manat təşkil etmişdir. Mallar qablara yığılaraq dekabr–yanvar aylarında satışa çıxarılmışdır. Problemlər 2023-cü ilin avqust ayından etibarən başlamışdır. Soğanın qiyməti qalxdıqdan sonra vəziyyət çətinləşmiş, nəticədə ziyan yaranmışdır. Onlar marketə vermək üçün malı 32–33 manata aldıqları halda, sonradan qiymət 7–8 manata düşmüş və bu səbəbdən maddi zərərə uğramışlar. Marketə mal verilərkən məhsulun seçilməsi, işçilərin əməkhaqqı və digər xərclər də əlavə ziyan yaratmışdır. Ziyana düşdüyü zaman bu barədə Namiqə məlumat verməmişdir. Onu da bildirmişdir ki, 2021-ci ildən etibarən şəriki ilə aralarında münasibətlər soyumuş, lakin buna baxmayaraq, mal dövriyyəsi davam etmişdir. 2023-cü ildən etibarən yaranan problemlər nəticəsində maddi ziyan artmış və borcları ödəmək imkanları olmamışdır. O, zərərçəkmiş şəxs5 verdiyi 12.500 manat puldan xəbəri olmadığını, həmin məbləğin şəriki tərəfindən ona verildiyini bildirmişdir. zərərçəkmiş şəxs5lə bazarda mal alarkən söhbət zamanı onlara pullarının olmadığını demiş, zərərçəkmiş şəxs5 isə onlara pul verəcəyini, hər “Kamaz”a görə 300 manat, 15 “Kamaz”a görə isə ayda 4.500 manat ödəniş ediləcəyini bildirmişdir. Sonradan zərərçəkmiş şəxs5 12.500 manat pulu onun şərikinə göndərmişdir. O və şəriki hər ay Namiqə 3.500 manat olmaqla ümumilikdə 7.500 manat ödəmişlər. zərərçəkmiş şəxs5 olan 90.000 manat borcun aylıq 7.500 manat hissəsini ödəyərək ümumilikdə 83.500 manat məbləği qaytarmışlar. 4.500 manat isə borca görə ödənilmiş, zərərçəkmiş şəxs5 həmin məbləği qazanc kimi qəbul etmişdir. O, zərərçəkmiş şəxslərin hamısının kənd təsərrüfatı ilə məşğul olan şəxslər olduğunu, onlarla bu səbəbdən tanışlığının yarandığını bildirmişdir. Zərərçəkmiş Cavanı sürücülük fəaliyyəti zamanı tanımış, Telmanı isə kənddən yaxın bir tanışının əsgər yoldaşı olması səbəbilə 2021-ci ildən etibarən tanımışdır. Uzun müddət zərərçəkmiş şəxslərlə alver etdiyini, hər birindən az-az borcun qalması nəticəsində bu vəziyyətin yarandığını ifadə etmişdir. O, 2023-cü ilin oktyabr ayında barəsində şikayət olduğu üçün polis idarəsinə getdiyini, 2024- cü ilin iyul ayında tutulduğunu, 7 ay həbsdə saxlanıldığını və 2025-ci ilin fevral ayında azadlığa buraxıldığını bildirmişdir. Zərərçəkmiş şəxslərə də işləyərək pullarını tədricən ödəyəcəyini dediyini, lakin indiyədək onlara heç bir ödəniş etmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs5 Qabil oğlu ifadəsində göstərmişdir ki, Ramin adlı şəxslə əvvəllər birlikdə Rusiyaya gedib-gəlmişlər. Sonradan soğan alveri ilə məşğul olmaq qərarına gəlmişlər. Ramin ifadəsində “biz heç vaxt şərik işləməmişik” desə də, bu, faktiki vəziyyətə uyğun deyil. O, özü 7 ədəd “Kamaz” soğan almışdır. Ramin ona müraciət edərək “soğanları ver, aparıb satım” demişdir. O da cavab olaraq “problem yoxdur, qazancı şərik bölərik” demişdir. Ramin soğanları satmış və əldə olunan qazancı öz aralarında bölmüşlər. Bir müddət sonra Ramin ona bildirmişdir ki, “Nizami adlı şəxslə birlikdə işləyirəm, biz ayrılaq”. O da cavabında “Allah xeyir versin, get işlə” demişdir. Həmin dövrdə Ramin əsasən 6–7 “Kamaz” mal alırdı. Soğanın kisəsini 6 və ya 6,50 manata alırdı. Onun bu işlə bağlı ümumi xərci təxminən 30.000 manata qədər olmuşdur. Malları o alıb Raminə vermış, Ramin isə malları sataraq, mayanı öz əlində saxlamışdır. Pul isə ona bir ay, bir ay yarım müddətində hissə-hissə ödənilmişdir. Bir gün Ramin ona zəng edərək “problem var, biz malı götürə bilmirik” demişdir. Ramin “Al Market”dən nisyə mal götürmüşdür. Bazarda oturan şəxslərdən malı nağd alanda kisəsini 10 manata, nisyə alanda isə 11,50 manata almışdır. Bu isə hər “Kamaz” üzrə təxminən 710 manat zərər demək idi. Ramin ona təklif edərək bildirmişdir ki, “sən 15 “Kamaz”ın pulunu tap, mənə ver, mən də hər ay ordan sənə 300 manat verim, qalan 400 manat civarında qazanc mənə qalsın”. O isə Ramindən soruşmuşdur ki, “mən sənə mal verməsəm, sən nisyə alacaqsan, bəs sən ordan nə qazanacaqsan?”. Ramin cavabında demişdir ki, “mən ordan 500 manat qazanacam, amma sən mənə pul tapıb versən, həm sən qazanacaqsan, həm də mən”. Bu səbəbdən o, öz evini satmışdır. Ev satılarkən Ramin də 9-cu mikrorayonda yerləşən notariusda iştirak etmişdir. Evin satışına dair rəsmi sənəd mövcuddur. Ev satıldıqdan sonra Ramin 90.000 manatı götürərək getmişdir. Bundan əlavə, onun özünə məxsus malları da olmuş və həmin malları da Raminə vermişdir. Sonradan onlar şərikli şəkildə soğan əkmişlər. O, bu işə maya qoymuşdur. Soğanı şərikli əkdikləri şəxslərdən biri Bərdə rayonundan olan Cəlil adlı şəxs olmuş, sonradan vəfat etmişdir. Digər şəriklərdən biri də Ramin olmuşdur. Ümumilikdə 4 nəfər şərik olmuşlar. Bərdədən alınan soğanın dəyəri 24.500 manat olmuş və həmin soğanın qazancını da Ramin götürmüşdür. Daha sonra Ramin qaçaraq gizlənmişdir. Onlar bir ay müddətində Ramini gözləmiş, dərhal şikayət etməmişlər. Valideynlərinə məlumat verərək onun ortaya çıxmasını xahiş etmişlər. Bir ay gözlədikdən sonra isə polis şöbəsinə müraciət edərək rəsmi şikayət etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, istintaq zamanı dediyi məbləğləri təsdiq edir. Raminin anası ilə onun atası əmisi nəvəsidirlər. Əvvəllər Raminlə aralarında heç bir narazılıq olmamış, 2019-cu ildə bir dəfə Raminlə birlikdə soğan alıb, sonra isə aralaşmışlar. Bir il sonra da özü “Meyvəli” bazarında Nizami adlı şəxslə şərik olmuşdur. Ramin ona demişdir ki, “şikayətini geri çək, mən işləyib pulu verəcəm, o da “mən səninlə razıyam, digər bu işdə olmayan 2 nəfər şəxsin pulunu ver, xahiş elə ki, onlar səni bağışlasınlar, mən də şikayətimi geri çəkim” demişdir. İki nəfər şəxs onların kəndlərindəndilər. Pulları özləri vermişdilər. Ramin pulu gecikdirəndə ona demişdilər ki, “pul sənlikdi, sən dedin, biz gedib Raminin maşınını əlindən almadıq. Sən də pulu ödəməlisən”. O, da Raminə demişdir ki, “sən bu adamlarla danış, onlar mənə desinlər ki, mənlik bir şey yoxdur, mən də gedib notariusda barışıq ərizəsi verim”. Ramin ona demişdir ki, “malı alıb ora verməyə pulum yoxdu, mən malı nağd 10 manata alıram, amma bazarda nisyə alanda 11.50 manata alıram. 11.50 manata alanda bir “Kamaz”da 710 manat itirirəm. Sən 15 “Kamaz”ın pulu tap, mənə ver, mən də hər “Kamaz”a görə ayda 300 manat sənə verim”. O, da Raminə sual vermişdir ki, “mən pulu tapıb verməsəm sən ordan nə qazanacaqsan?”. O da ona “Kamazdan 1.200-1.300 manat xeyir qalır, sən mənə pul ver, 1.200 manat gəlirdən 300 manatı sənə qalsın, 900 manatı da mənə qalsın” demişdir. O pul tapılıb verilməsə, onların yerimizə başqası ilə iş görəcəklərini, Market depozitlə işlədiyini, orda 60.000 manat depozitlərinin olduğunu, onun yerinə bazardan 300.000 manat depozit təklif edənlər olduğunu bildirmişdir. O bildirmişdir ki, “səndən alıb ora verim, problem yaranmasın, yəni biz ora mal satsaq onları təmin etsək, ordan çıxmayacağıq.” O, pulu Raminə qazanc məqsədilə vermişdir. Aylıq qazanc kimi ona 5-6 ay 4.500 manat pul ödəmişlər, dəqiq vaxtını dəftərinə baxıb deyə bilər, ona 11 ay 4.500 manat pul ödənilməmiş, 12.500 manatla bağlı onu deyə bilər ki, Ramin ona demişdir ki, “soğanın qiyməti bir manat qalxsa, 5 “Kamaz” da bir manatdan 560 manata vurulacaq. Soğanın qiyməti qalxıb 5 manat olsa, 30 “Kamaz” soğan alınası olsa, Ramin ona pul qaytarmayacaq, 90.000 manat pul yerində qalacaq.” 30 “Kamaz” soğanın ona aidiyyəti yoxdur. O, Raminə mal verəndən 20 gün sonra, soğanın qiyməti 1 manat qalxmışdır. O, 12.500 manatdan hesablamışdır. Sonra soğanın qiyməti bir də qalxmış, Raminin ödəməyə pulu olmamışdır. Özünün anbarda 18.300 manatlıq ehtiyatda soğanı olmuş, Raminin istəyi ilə 12.500 manat pulu taksiyə vermişdir, onun da pulu kimə verdiyini bilməmişdir. 12.500 manata görə Ramin ona əlavə pul ödəməmişdir. O, özü şahid2la şərik olmaqla sarımsaq əkmiş, sarımsağı isə “Meyvəli” bazarında satılmışdır. Ramin hər dəfə müxtəlif zamanlarda ona zəng edərək pul istəmişdir, o da Bəhruza dəfələrlə Raminə pul verməsini demişdir, bunu Bəhruz da təsdiq edə bilər. Ramin ona 90.000 manatın qarşılığında qazanc kimi cəmi 5-6 ay hər ay 4500 olmaqla pul ödəmişdir. O, Ramini dələduz kimi görmür, Ramin qaçıb gizləndiyinə görə onlar polisə şikayət etmişlər, Ramin qaçmasaydı onlar şikayət etməzdilər. Raminlə əvəllər problemləri olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Raminlə bir kəntdən olmuşlar, birlikdə işləmişlər, soğan alveri ilə məşğul olmuşlar. Ramin dəfələrlə bazara gəlib ondan mal alıb, sonra pulunu da vermişdir. Raminə “Kamaz”la soğan vermiş, lakin sonuncu dəfə Ramin 12.800 manat məbləğində pulu qaytarmamışdır. Həmin 12.800 manat pulun 6.800 manatı onun, 6.000 manatı isə şəriki İftixarın olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, dəymiş ziyandan heç bir məbləğ ödənilməmişdir. Pulu ödəməklə bağlı Ramin onunla heç bir söhbət etməmişdir. Raminə təklif etmişlər ki, gəlsin danışıb söhbət etsinlər, o isə gəlməmişdir, onların da Raminə olan inamları itmişdir. Ramin borc yarandıqdan sonra yoxa çıxmış, telefonuna zəng çatmamışdır, onlarda məcbur qalıb Ağcabədi rayon polis şöbəsinə şikayət etmişlər. Raminlə 2022-ci ildən soğan alverilə məşğul olmuş, ümumilikdə 38.000 manatlıq dövriyyələri olmuşdur. 12.800 manat borcun 6.800 onun, 6.000 manatı isə şəriki İftixarın olmuşdur. Problemlərlə bağlı Ramin ona heç nə deməmiş, özü borcla bağlı polisə şikayət etmək qərarına gəldim. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İmanov İftixar Nəsib oğlu ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs4 və o şərik olmuşlar. Onların Ramində 12.800 manat məbləğində alacaq pulları olmuş, Ramin borc yaranandan sonra qaçmış, telefonlarını söndürmüşdür. Onlar Raminin atası ilə əlaqə saxlamışlar, atası da Ramindən xəbəri olmadığını bildirmişdir. 12.800 manat borcdan Turalın payına 6.800 manat, onun payına isə 6.000 manat düşür. Ramin yoxa çıxdığına görə onlar gedib polisə şikayət etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Raminlə soğan ticarəti dövriyyəsində olmuşdur. O, Turalla şərik olmuşlar və bir-birindən xəbərsiz mal almamışlar. Ramin ilə onların aralarında olan ümumilikdə 38.000 manatlıq dövriyyə həm Turala, həm də ona aiddir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Ağdam rayon sakinidir və 2018-ci ildən etibarən “Meyvəli” ticarət mərkəzində fəaliyyət göstərir. O, Təqsirləndirilən şəxs 2022-ci ildən etibarən şəriki Nizami vasitəsilə tanımışdır. Əvvəlcə malları, əsasən soğan məhsulunu Nizamiyə vermiş, sonradan isə Ramin ilə Nizami şərik olmuşlar. Raminlə şərik olduqdan sonra da malları yenə Nizamiyə təqdim etmişdir. Sonuncu dəfə Nizami aldığı mallara görə qalıq qalan 6.800 manat məbləğində borcu altı ay gecikdirmiş, bundan sonra isə ona mal verməmişdir. Təqsirləndirilən şəxs ona “malı mənə ver, pulu da məndən tələb et” demiş, bundan sonra o, Raminlə birbaşa razılaşmışdır. Belə ki, iyun ayında Raminə üç yük maşını olmaqla ümumilikdə 30.800 manat dəyərində soğan məhsulu vermişdir. Ramin həmin malın pulunu 15 gün ərzində ödəyəcəyinə söz versə də, vədini yerinə yetirməmişdir. Hazırda Raminin ona 30.800 manat məbləğində borcu olduğunu bildirmiş və təqsirləndirilən şəxs barəsində şikayətçi olaraq pulunun geri qaytarılmasını tələb etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Ramindən borcun ödənilməsini tələb etdikdə sonuncu ona “15 gündən bir sənə pul köçürəcəyəm və borcumu ödəyəcəyəm” demişdir, lakin heç bir ödəniş həyata keçirilməmişdir. Hər dəfə əlaqə saxladıqda Ramin müxtəlif vədlər versə də, sözünü tutmamışdır. Daha sonra onun atası ilə əlaqə saxlamış, atası isə Ramin barədə məlumatının olmadığını bildirmişdir. Əvvəl Nizami ilə alver etmiş, Nizami ödənişləri gecikdirsə də, həmişə borcunu tam şəkildə ödəmişdir. Sonradan malları birbaşa Raminə verməyə başlamışdır. Raminin özünün dediyinə görə, mal yalnız ona verilməli, ödəniş də birbaşa ondan tələb olunmalı idi və Nizaminin bu məsələyə aidiyyəti olmamışdır. Mallar 2023-cü ildə Raminə təqdim edilmişdir. Yanvar ayında istintaq zamanı Raminlə üzləşmə aparıldığını və əvvəl verdiyi ifadəni tam təsdiq etdiyini bildirmişdir. O, 2022ci ilin yaz aylarında Raminin şəriki Nizami ilə ticarətə başladığını, həmin dövrdə malları Nizamiyə verdiyini və ödənişi də ondan tələb etdiyini göstərmişdir. Nizami ödəniş edərkən bəzi hallarda Raminin yanında, bəzi hallarda isə təklikdə olmuşlar. Sonuncu dəfə Nizami ona Raminin maşınında olarkən 2.000 manat pul vermişdir və həmin vaxt Raminlə Nizami şərik olmuşlar. 30.800 manatlıq mal verənədək onun Raminlə birbaşa ticarət əlaqəsi olmamışdır və yalnız üç yük maşını olmaqla həmin malları Raminə təqdim etmişdir. Bundan başqa Raminlə hər hansı digər alveri olmamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs8 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun ##.##.2024-cü il tarixli ifadəsi elan edilərək tədqiq edilmişdir. zərərçəkmiş şəxs8 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncunun şəriki şahid3 vasitəsi ilə tanımış, belə ki, Nizami ilə əvvəllər aralarındada soğan alış-satışı olmuşdur. şahid3 onun pullarını ödəməyi gecikdirdiyi üçün ticarət əlaqələrini kəsmişdir. 2023-cü ilin iyun ayının ortalarında Ramin onunla əlaqə saxlayaraq, soğan almaq istədiyini bildirmiş, o, buna narazılıq edərək, şəriki şahid3 dəfələrlə onun pulunu gecikdirdiyini, ona görə də mal verməyəcəyini bildirmişdir. Lakin Ramin onu özünə inandırmış, o da, Raminə mal verməyə razılaşmışdır. Ramin demişdir ki, «Al Market» mağazalar şəbəkəsinin işçisidir, soğanlar «Al marketin anbarına boşalacaq, həftənin cümə günlərində ödənişlər olacaq, bundan sonra onun pulu veriləcəkdir. O da, Raminə inandığı üçün 2023-cü ilin iyun ayında üç dəfə olmaqla, «xxxx» şirkətindən ümumilikdə 30.800 manat dəyərində soğanı nisyə Təqsirləndirilən şəxs satmışdır. Belə ki, o, ## #### 2023-cü il tarixdə 829 kisə, ## #### 2023cü il tarixdə 150 kisə və ## #### 2023-cü il tarixdə 510 kisə soğan alıb “Meyvəli” Ticarət Mərkəzində Raminə nisyə vermiş, yəni, o, həmin malları həftənin bazar, bazar ertəsi və çərşənbə axşamı günləri olmaqla, ardıcıl üç gün ərzində hər gün bir «Kamaz» vermiş, Ramin həftənin beşinci günü, yəni son «Kamaz»a yüklənmiş soğanı aldıqdan iki gün sonra bütün pulları verəcəyinə söz vermişdir. Lakin Ramin onun pullarını ödəməsinə dair söz versə də, onu aldadıb pullarını ödəməmişdir. Ramin “Meyvəli” bazarda yerləşən anbarı göstərərək, anbarın «Al Market» mağazalar şəbəkəsinin anbarı olduğunu bildirmişdir. Ramin özünü «Al Market» mağazalar şəbəkəsinin əməkdaşı olmasına inandırdığı üçün o, həmin malları Raminə nisyə vermiş, əks halda Raminə mal verməzdi, həm də Ramin onu inandırmışdır ki, daimi olaraq onunla soğan alveri edəcəkdir. Sonradan onlara məlum olmuşdur ki, Ramin onu aldatmışdır və «Al Market» mağazalar şəbəkəsinin işçisi olmamışdır. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onu aldadaraq, soğanlarını almışdır. O, “xxxx” şirkətindən ## #### 2023-cü il tarixdə 829 kisə, ## #### 2023-cü il tarixdə 150 kisə və ## #### 2023-cü il tarixdə 510 kisə soğan alıb cəmi 1.489 kisə soğanı “Meyvəli” Ticarət Mərkəzində Təqsirləndirilən şəxs nisyə vermiş və hər kisənin çəkisi təxminən 30-32 kq olmuşdur. Onun Təqsirləndirilən şəxs nisyə satdığı soğan məhsulunun şahid3 aidiyyəti olmamış, Təqsirləndirilən şəxs ilə onun arasında soğan alqı-satqısı ilə əlaqədar heç bir sövdələşmə olmamışdır. ## ######## 2023-cü il tarixdə o, Raminin şəriki Nizaminin yanına getmiş, Nizami ona demişdir ki, Raminin “Al market” mağazalar şəbəkəsinə verdiyi soğanın pulu Ramində olan bank kart hesabına köçürülür, Raminin oğlu Rəhim mühasib Təranə xanıma hansı kartı məsləhət görürsə, pul da həmin karta köçürülmüşdür. Bu səbəbdən də o, Rəhimin adını ərizəsində yazmış, digər yazdıqlarını bazarda gəzən söhbətlərdən eşitmişdir. Sözügedən ifadənin elanından sonra məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, o, Raminə verilən dəyəri 30.800 manat olan üç maşın soğandan ikisinin keyfiyyətinin yaxşı, üçüncüsünün isə zəif olduğunu bilmişdir. Nizami ona zəng edərək üçüncü maşındakı malın zəif çıxdığını, zəif malları ayıracağını və satıldıqdan sonra çıxan miqdara uyğun ödəniş edəcəyini demişdir. Sonradan Nizami mallar satıldıqdan sonra təxminən 25.000 manat ödəniş ediləcəyini, bu məsələlərlə əsasən Nizaminin məşğul olduğunu, Raminin isə mallardan anlayışı olmadığını və özü tərəfindən “bu məsələləri Nizami ilə danış” deyildiyini qeyd etmişdir. Soğanın pulu ödənilmədiyinə görə Raminə 5.000 manat güzəşt edəcəyini bildirməklə ödəniş etməsini tələb etsə də, bu da həyata keçirilməmişdir. Bir maşındakı malın zəif olduğunu əvvəlcədən bildiyini, həmin malı ucuz qiymətə satıldığından Ramin və Nizaminin özlərinin götürmək istədiyini göstərmişdir. İttihamda qeyd olunan 30.800 manat məbləğin onun qazancı da daxil olmaqla ümumi borc olduğunu bildirmiş və hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Bərdə rayonunda özünün əkdiyi soğandan ibarət məhsulu Ramin adlı şəxsə vermişdir. İlk dəfə məhsulu Raminə verdikdə, sonuncu onun pulunu tam şəkildə ödəmişdir. İkinci dəfə isə məhsulu təhvil verdikdən sonra Raminlə əlaqə saxlamaq mümkün olmamış, onu tapa bilməmişdir. Ramin onunla eyni kəntdə qonşu kimi yaşamışdır. Atası xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün müalicə üçün maddi vəsaitə ciddi ehtiyacı olduğundan o, Raminin atasına müraciət edərək pulun qaytarılmasını xahiş etmiş, pulun atasının müalicəsi üçün lazım olduğunu demişdir. Lakin buna baxmayaraq, ona məxsus pul geri qaytarılmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Ramin adlı şəxsə verdiyi məhsul nəticəsində ona ümumilikdə 9.600 (doqquz min altı yüz) manat məbləğində maddi ziyan dəymişdir. Ramin ondan aldığı soğanın pulunu qaytarmadığından o Raminə bazarda malının olmadığını bildirmiş, sonuncuya “500 manat verim, malı qaytar satım” təklifini etmişdir. Buna cavab olaraq Ramin aralarında söhbət olduğunu və malı geri verə bilməyəcəyini, lakin pulunu ödəyəcəyini demişdir. Raminə iki dəfə məhsul verdiyini, birinci dəfə verdiyi məhsulun pulunu tam şəkildə aldığını, lakin ikinci dəfə verdiyi məhsulun pulunun ödənilmədiyini bildirmişdir. İkinci dəfə məhsulu götürməyə Nizami adlı şəxs gəlmiş, lakin o, Nizamiyə “sənə mal vermirəm, adın pis çıxıb” deyərək məhsulu verməkdən imtina etmişdir. Bundan sonra Ramin ona zəng edərək “malı Nizamiyə ver, məsuliyyəti mənlikdir” demişdir. Bu zəngdən sonra o, soğan məhsulunu Nizamiyə təhvil vermişdir. Məhsul verildiyi günün səhəri o, Raminə müraciət edərək “500 manat verim, verdiyim maldan mənə qaytar, bazarda satım” demiş, lakin məhsul geri qaytarılmamışdır. Ramin isə cavab olaraq məhsulu satdıqdan sonra pulunu verəcəyini bildirmişdir. Raminə iki ayrı vaxtda, iki “Kamaz” məhsul vermişdir. Raminlə cəmi iki dəfə alver münasibəti olmuşdur. Bu, onun ilk dəfə soğan əkini etdiyi il olmuş və əkdiyi məhsulu da məhz Raminə vermişdir. Birinci dəfə verdiyi məhsula görə 10.000 (on min) manat məbləğində pul almış, təxminən 10 gün sonra isə ikinci məhsulu vermişdir. Ramin birinci məhsulu aldıqdan qısa müddət sonra onun pulunu ödəmişdir, lakin ikinci məhsulun pulunu ödəməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, soğan alveri ilə məşğul olmuşdur. Raminə məhsul verməzdən əvvəl ilk olaraq Nizami adlı şəxs ilə alqı-satqı münasibətləri olmuş, daha sonra məhz Nizami vasitəsilə Ramin adlı şəxsi tanımışdır. Müəyyən müddət ərzində Raminlə aralarında alqı-satqı münasibətləri davam etmiş, sonuncu alverləri isə 2023-cü ilin avqust ayında baş tutmuşdur. Həmin tarixə qədər aparılmış alverlər nəticəsində Raminin ona 12.200 (on iki min iki yüz) manat məbləğində borcu yaranmışdır. Lakin qeyd olunan borc məbləği Ramin tərəfindən ödənilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, o,soğan əkib satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxsla aralarında alver münasibətləri 2022-ci ilin aprel ayından 2023-cü ilin avqust ayına qədər davam etmişdir. Bu müddət ərzində Ramin dəfələrlə ondan soğan almış və ilkin dövrlərdə ödənişlərini vaxtında etməklə etibar qazanmışdır. Soğan əkini üç mərhələdə aparılmışdır. Alver zamanı malın pulu əvvəlcədən ödənilmiş, daha sonra məhsul təhvil verilmişdir. Sonrakı dövrlərdə isə Raminin etibar qazanması səbəbindən əvvəlcə mal təhvil verilmiş, ödəniş isə sonradan həyata keçirilmişdir. Lakin son zamanlarda Ramin bu etibardan sui-istifadə etmiş və ödənişləri gecikdirməyə başlamışdır. 2022-ci ilin aprel ayından 2023-cü ilin avqust ayına qədər Raminə ümumilikdə təxminən 70.000 manat dəyərində mal vermişdir. Həmin alver nəticəsində Raminlə aralarında 12.000 manat məbləğində borc yaranmışdır. 2023-cü ilin yanvar ayından mart ayına qədər olan dövrdə yaranmış borcun məbləği təxminən 5.000 manat olmuşdur. Yanvar ayında baş vermiş 8.000 manatlıq alverdən Ramin təxminən 3.000 manat məbləğində ödəniş etmiş, 5.200 manat məbləği isə ödəməmişdir. Qalan borc 2023-cü ilin avqust ayında, xüsusilə avqustun 5-10-u tarixləri arasında Ramindən aldığı malların ödənişindən yaranmışdır və həmin malların pulu ümumiyyətlə ödənilməmişdir. Ramin borcunu ödəməməsini ziyana düşməsi ilə izah etmişdir. Ödənişlər əvvəlki dövrlərdə həm nəğd, həm də bank kartı vasitəsilə edilmiş, sonuncu ödəniş kartla həyata keçirilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayının 4-də və ya 5-də Ramin onlara yaxınlaşaraq mal istəmişdir. Həmin tarixdə Ramina 1 (bir) “Kamaz” həcmində, 10.460 (on min dörd yüz altmış) manat dəyərində mal verilmişdir. Tərəflər arasında aparılan danışıqlara əsasən, Ramin həmin malın pulunun yarısını ayın ortasına qədər, qalan yarısını isə ayın 15dən sonra ödəməli idi. Lakin ayın 15-i keçməsinə baxmayaraq, Ramin tərəfindən heç bir ödəniş edilməmişdir. Ayın 15-dən sonra Ramindən ödəniş tələb edildikdə, Ramin “Al Market”dən pulunu götürə bilmədiyini əsas gətirərək, ayın sonunda borcun hamısını ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, ayın sonu keçdikdən sonra da göstərilən məbləğ Ramin tərəfindən ödənilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Raminlə əvvəllər heç bir ticarət əməliyyatında olmayıb. O, Ramini 2021-ci ildə Nizami vasitəsilə tanımışdır. Nizami ilə əvvəllər bir neçə dəfə alver etmiş və bütün əməliyyatların ödənişini Nizami özü həyata keçirmişdir. Nizami ilə olan alverlərdə heç bir problem yaranmamış və Nizaminin ona borcu qalmamışdır. Ramin özü ona müraciət edərək nisyə mal istəmiş, nisyə mal verə bilməyəcəyini Raminə bildirmişdir. Bundan sonra Ramin and içmişdir ki, sifariş etdiyi “Kamaz” malının pulunun yarısını ayın 15-dək, digər yarısını isə ayın 15-dən sonra ödəyəcəkdir. Lakin ayın 15-i keçməsinə baxmayaraq, Ramin ödənişi etməmişdir. Ayın 16- sı zəng vurulanda Ramin bildirmişdir ki, hələ “Al Market”dən pulunu götürməyib və pulu götürdükdən sonra borcunu qaytaracaq. Daha sonra Raminin harada olduğu məlum olmamış və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Ramin davamlı axtarılmış, ona zənglər vurulmuş, amma tapa bilməmişdir. Eyni zamanda, Raminin atasına dəfələrlə zəng vurulmuş, atasından cavab alınmışdır ki, “Oğlumun yerini tapsan məni də xəbərdar edərsən.” Raminlə yalnız bir dəfə alver həyata keçirmişdir. Digər bütün alverlər Nizami ilə olmuş və onların ödənişində heç bir problem yaranmamışdır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Raminlə meyvəli bazarında tanış olmuş və aralarında soğan alveri olmuşdur. O, Raminə satmaq üçün soğan vermişdir. Ramin onun verdiyi malın pulunu sonuncu dəfə qaytarmamışdır. Ramin onun şəxsiyyət vəsiqəsi ilə “Almarket”ə mal vermiş, adına vergi gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan soğan alıb “Al market”ə vermışdir. İlk dəfə nə vaxt soğan aldığı xatırlamadığını, 2023-cü ilin # #### tarixinə qədər Raminlə 4–5 dəfə alveri olduğunu, ondan soğanları alıb “Al market”ə verdiyini bildirmişdir. Həmin müddət ərzində Ramin hər dəfə aldığı malın pulunu gətirmiş, məbləğ 3.000–4.000 manat civarında olmuşdur. Onlar nisyə işləmiş, Ramin götürdüyü malın pulunu 10–15–20 gün və ya 1 ay sonra ödəmişdir. Ramin ona 8.400 manatlıq soğanın pulunu 10 gün sonra verəcəyini demişdir. Raminin nömrəsinə zəng çatmayanda artıq aldadıldığını düşünmüşdür. Raminin şəriki Nizamiyə yaxınlaşmış, Nizami əvvəl Raminin 2–3 gün sonra gələcəyini, sonra isə qaçdığını demişdir. Nizaminin Raminin ondan mal alması barədə məlumatı olmuş, malı anbardan çıxararaq “Al market”ə vermişdir. Ramin yalnız soğan alveri ilə məşğul olmuşdur. Ən axırıncı dəfə soğanı ona vermişdir. Ramin başqa şəxslərlə də soğan alveri ilə məşğul olmuşdur. Nizami ona 750 kisə soğanın “Al market”ə verildiyini demişdir. Ramin həmin malın 4.700 manatını marketdən almışdır. Ən axırıncı mal marketə verilmiş, Ramin həmin malın pulunu almışdır. Qalan 3.700 manat əvvəlki soğan alverinin puludur. Bazarda malını satdığı zaman Ramin gəlmiş, malı marketə vermək üçün razılaşmışdır. Hər dəfə 300–500 kisə mal Raminə verilmiş, qiymət isə dəyişkən olmuşdur. Raminlə aralarında yazılı müqavilə olmamış, razılaşmalar şifahi həyata keçirilmişdir. Nizami mala baxış keçirmiş, “sənin malın xarabdır” deməmişdir. Axırıncı dəfə soğan verəndən sonra Raminlə əlaqə saxlaya bilməmiş, ona zəng edərək bazarda görüşməyi təklif etmişdir, lakin Ramin gəlməmişdir. Bu alverlə bağlı ümumi dövriyyəsi 100.000 manatdan çox olmuşdur. Son 8.400 manat pulu isə ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci lilin aprel ayından Raminlə birlikə işləmişdir. O, meyvəli bazarında işləmişdir, Ramin ona mal vermişdir, o da satıcı işləmiş malları satmışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirmişdir ki, o, Raminlə 2022-ci ilin aprel ayının 16-sı və ya 22-dən şərik olmuşdur. zərərçəkmiş şəxs4 və İmanov İftixarı tanımış, onlarla alveri olmamışdır. Ramin həmin şəxslərdən mal aldığını bilmiş, həmin şəxslərdən alınan malların pulunu Raminə vermişdir. Həmin şəxslər Raminin onların pulunu vermədiyini deyəndə, o, onlara həmin malların pulunu Raminə verdiyini bildirmişdir. O, bütün əməliyyatların hesabatını aparmışdır. zərərçəkmiş şəxs6 malının pulunu Ramin özü götürmüşdür. Ramin kart almış, pullar karta ödənilmişdir. Ramin həmin pulu götürərək anbarın müəyyən xərclərini çıxarmış, bütün xərclər qeyd olunmuşdur. Məsələn, Ramin ona 100.000 (yüz min) manatlıq mal vermişdisə, o, 110.000 (yüz on min) manat qaytarmışdır. Onun heç kimə borcu yoxdur. zərərçəkmiş şəxs3 tanıyır və ondan Ramin vasitəsilə mal almışdır. Anarın malı xarab çıxmış olsa da, onun pulunu Raminə vermişdir, həmin partiya maldan qalıq qalmamışdır. Anardan aldığı mal xarab çıxa bilər, lakin onun aldığı malı 3 (üç) manata alıb 5 (beş) manata satmışdır. Anarın malının mayasını çıxarıb Raminə vermişdir. Mal xarab olduğuna görə onun pulunu qaytarmamaq söhbəti olmamışdır. Anarın malı xarab çıxanda malın üstündən xətt çəkilmiş, Anar “onu atın getsin” demişdir. Xarab malın 8400 (səkkiz min dörd yüz) manat pula aidiyyatı yoxdur. Həqiqətən də ziyan eləmişlər, lakin bunun Anardan alınan soğanla əlaqəsi yoxdur. O, zərərçəkmiş şəxslərdən götürülən mallarla bağlı qeydiyyatı aparmışdır. İşə başladıqları gündən son günə qədər kimdən nə qədər mal alındığını, satışdan xeyir və ziyanı, kimin nə qədər mal verdiyini dəqiq qeyd etmişdir. O, ibtidai istintaqa 7 dəftər aparmış, dəftərin birini müstəntiq Lökbatanda ondan götürmüşdür. İmanov İftixar onlara mal verməmişdir, onun şəriki zərərçəkmiş şəxs4 mal vermişdir. zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 da onlara mal verənlərdəndir. O, Raminlə şərik işləmişdir. Soğan verənlərlə onun münasibəti olmamışdır, onlara verilən pullar Raminə verilib, verdiyi pulların məbləği də tam qeyd olunmuşdur. O, alverçi olduğundan hər şeyi dəftərdə açıq şəkildə yazmışdır. O, mal verənlərin verdiyi malların satışını, satış qiymətlərini, xeyir və ziyanı dəqiq qeyd etmişdir. Misal üçün, zərərçəkmiş şəxs5 kilosu 13 (on üç) manata 30 (otuz) kq-lıq mal almış, Namiq bilmişdir ki, onlar marketə mal verməlidirlər. O malı 20 (iyirmi) manatdan vermişdir. zərərçəkmiş şəxs6 malını satmış, bir partiya maldan ziyan olasa da, digər partiya maldan xeyir götürmüşdür. Yanvarın 10-da 560 (beş yüz altmış) manat, 23-də 2.197 (iki min yüz doxsan yeddi) manat ziyan olmuş, ümumilikdə 12.200 (on iki min iki yüz) manatdan çox ziyan olması qeydə alınmışdır. zərərçəkmiş şəxs7 malından ziyan olmamış, onun pulunu şirkət qaytarmışdır. Şirkətə mallar Raminin adından göndərildiyindən pul ona ödənilmişdir. zərərçəkmiş şəxs8 verdiyi maldan 4.000 (dörd min) manat ziyan olmuş, mal “Al market”ə verilmiş, pulu tam götürülmüşdür. zərərçəkmiş şəxs5 ödənilməli olan soğan pulu onun əlində qalmamışdır. zərərçəkmiş şəxs1 alınan mal satılmış, şirkətdən 10.460 (on min dörd yüz altmış) manat pulu alınmışdır, bu pullar da Raminə verilmişdir. zərərçəkmiş şəxs3 alınan mal iki maşın olub, bir maşın xarab çıxmış, digər maşın satılmış, pulu karta göndərilmişdir. Anardan bir maşından 1.917 (min doqquz yüz on yeddi) manat ziyan olmuşdur. Adgözəldə ziyan olmamışdır. Cavanın verdiyi mal pis çıxmış, lakin o, nə qədər qazanc əldə olunubsa dəftərə yazılmasını demişdir. zərərçəkmiş şəxs6 verdiyi mallardan 1.200 (min iki yüz) və 2.380 (iki min üç yüz səksən) manat ziyan olmuşdur. İftixar və Turaldan alınan maldan 200 (iki yüz) və 1.497 (min dörd yüz doxsan yeddi) manat ziyan olmuşdur. O, bütün əməliyyatlarda həm Raminin, həm də mal verənlərin maraqlarını nəzərə almış, satış, xeyir və ziyan, pul hərəkətini dəqiq aparmışdır. Pul artıq Raminə və şirkətə çatdırılmış, heç kimə borc qalmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, O, “Meyvəli” bazarında bugünkü gün də sarımsaq satışı ilə məşğul olmuşdur. Namiq ona bildirmişdir ki, Raminə əkinin pulunu göndərmək lazımdır. Namiq ona pul verərək demişdir ki, bu pulu Raminə versin. O, hər dəfə Namiqdən aldığı 3.000 (üç min), 5.000 (beş min) və 10.000 (on min) manat pulu Raminə vermişdir. Hazırda Ramin iddia edir ki, Namiq pulu sələmə vermişdir. Lakin bu, onların öz aralarındakı söhbətlərdir. O, aldığı pulu Raminə vermişdir və onun bildiyi yalnız bu olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və bildirmişdir ki, kiməsə pul vermişdirsə, ondan yazılı sənəd almışdır. O, insanlara, kəndli olmasına və yoldaşlığa güvənərək pulu vermiş, sabah belə bir vəziyyətin yaranacağını bilməmişdir. Raminə cəmi nə qədər pul verdiyini dəqiq xatırlamır, əlində pulu verməsi ilə bağlı hər hansı sənəd yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş şahid X5 ifadəsində göstərmişdir ki, o, təqribən 15 ilə yaxındır ki, Ağcabədi-Bakı-Ağcabədi istiqamətində sərnişin daşımaqla taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə həmqəsəbəli olaraq tanışdır. Təqsirləndirilən şəxs ilə aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs soğan alveri ilə məşğul olduğunu bilmişdir. Təqsirləndirilən şəxs təqribən 2022-2023-cü illər ərzində onun vasitəsi ilə bir neçə dəfə Ağcabədiyə içərisində pul olan bağlamalar göndərmişdir. O, həmin pulların dəqiq olaraq hansı tarixlərdə və hansı məbləğlərdə olduğunu deyə bilməmiş, Ramin onun telefonuna zəng edərək, Bakı şəhərinin müxtəlif ünvanlarında onunla görüşmüş və bağlama halında olan pulları verib xahiş etmişdir ki, həmin pul bağlamalarını həmqəsəbəlisi olan zərərçəkmiş şəxs5 çatdırsın, bunun müqabilində isə 5-10 manat yol pulu vermişdir. O da, öz növbəsində Ağcabədi rayonunda zərərçəkmiş şəxs5lə görüşərək Raminin verdiyi pul bağlamalarını zərərçəkmiş şəxs5 vermişdir. Aradan uzun müddət keçdiyinə görə o, Təqsirləndirilən şəxs pul verdiyi tarixləri dəqiq deyə bilməmiş və Namiqə çatdırdığı pul vəsaitlərinin məbləğini dəqiq xatırlamadığını, lakin həmin pul vəsaitləri müxtəlif bağlamalarda olmuşdur. Təqsirləndirilən şəxs təxminən 03 (üç) dəfə Ağcabədi rayonuna zərərçəkmiş şəxs5 çatdırması üçün ona pul bağlaması vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs, zərərməkmiş şəxs və şahid ifadələrini təhlil edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə əldə edilmiş razılaşmaların gerçək məzmununa uyğun hərəkət etməmiş və əslində zahirən işgüzar münasibətlər kimi görünən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə qarşı münasibətlərinin mənbəyində başqa niyyətlər, yəni kriminal xarakterli niyyətlər mövcud olması sübuta yetirilmişdir. Münasibətlərin xarakteri ilə bağlı həmçinin qeyd edilməlidir ki, məhkəmə təcrübəsində dələduzluğun müxtəlif üsullarla törədilməsi hallarına rast gəlinir və tərəflər arasında münasibətlərin mülki dövriyyə ilə bağlı olması (şifahi razılaşmaların olması) hələ həmin münasibətlərin mülki xarakterli olması anlamına gəlmir və qiymətləndirilməsinə əsas vermir. Tərəflər arasında münasibətlərin mahiyyəti aydınlaşdırılarkən ilk növbədə təqsirkar şəxsin əvvəlcədən mövcud olmuş niyyəti müəyyən olunmalıdır. Belə ki, tərəflər arasında mülki xarakteril münasibətlərin mövcud olması barədə müdafiə tərəfinin dəlilləri əsassız olmaqla məhkəmə kollegiyası “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, tərəflər arasında əvvəlcə şifahi razılaşmalar mövcud olmaqla münasibətlər mülki dövriyyədə yaransa da, əslində mülki xarakterli olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən razılaşmanın şərtləri pozulmuş, o, razılaşmaya uyğun davranmamış və məhz razılaşmadan istifadə etməklə öz kriminal niyyətini həyata keçirərək zərərçəkmiş şəxslərin əmlakını əvəzsiz olaraq ələ keçirmişdir. Bu formada cərəyan etmiş münasibətlərin mülki xarakterli və mülki məzmunlu münasibətlər kimi qiymətləndirilməsi yolverilməzdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs6, İmanov İftixar Nəsib oğlu, zərərçəkmiş şəxs4 Maxsud oğlu, zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3, həmçinin şahid şahid2 ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə 21-##.##.2025-ci il tarixləri istintaq hərəkəti keçirilmiş, üzləşdirmələr zamanı zərərçəkmiş şəxslər və şahid ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, bir daha təsdiq etmişlər. Həmçinin birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs6, İmanov İftixar Nəsib oğlu, zərərçəkmiş şəxs4 Maxsud oğlu, zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs onlardan aldığı son partiya malların pulunu ödəmədiyini, dəfələrlə axtarsalar da onun qaçaraq yayındığını bildirmişlər.Məhkəmə iclasında verilmiş suala cavab olaraq təqsirləndirilən şəxs də zərərçəkmiş şəxslərdən aldığı son malların pulunu ziyan etdiyi üçün qaytara bilmədiyini, zərərçəkmiş şəxs5 aldığı pulun isə 83500 manatını qaytardığını bildirmişdir (həmin pulun qaytarılmasını təsdiqləyəcək sübüt məhkəməyə təqdim olunmamış, bu hal yalnızca şifahi bildirilmiş, zərərçəkmiş şəxs5 isə Təqsirləndirilən şəxs ondan iş qurmaq adı ilə aldığı puldan qazanc olaraq cəmi 5-6 ay hər ay 4500 olmaqla pul ödədiyini təsdiqləmişdir). Birinci instansiya məhkəmə sözügedən xüsusatlara əsasən haqlı olaraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs ifadələri real və inandırıcı olmamaqla təqsirləndirilən şəxsin öz əməlinə mülki-hüquqi mübahisə görüntüsü yaratmağa cəhd etməsinə dəlalət edir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, o cümlədən təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli hesab edərək apellyasiya baxışı nəticəsində birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsinə hər hansı əsas müəyyən olunmadığını qeyd edir. Məhkəmə kollegiyası işin faktiki hallarını və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında göstərilən tövsiyələri nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Cinayət işinin apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibini istisna edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində göstərilən hallar müəyyən edilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onu cinayət məsuliyyətindən yayındırmaq cəhdləri daşıyır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş zərərdən qismən ödənişlər etməsini (CM-59.1.14) və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və onun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Buna görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair apellyasiya şikayətinin təmin edilməsinə hər hansı əsas olmadığını qeyd edir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsində maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; Qərara a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: İbrahim İbrahimli Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(3-6)-412/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-412/2026
30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver