Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-414/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü ilə (hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X1 və X2 ibarət tərkibdə) ## ###### 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Sabunçu rayonu, Savalan qəsəbəsi, yeni yaşayış massivində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə tamamilə toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olmuş birinci cinayət işi üzrə onun ## #### 2023-cü il tarixdən ## #### 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin edilmiş qəti cəza müddətinə hesablanmaqla ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının hazırki cinayət işi üzrə tutulduğu ## ######## 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə eyni zamanda maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs ittham verilmişdir ona görə ki, satış məqsədi olmadan külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 3,701 qram psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımış, ## ######## 2023-cü il tarixdə, saat 04:00-da ünvan 1 ünvanın qarşısında xidmətdə olan Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin PPXB-nin əməkdaşları tərəfindən hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir qutu “Winston” markalı siqaretin içərisində, bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 3,701 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, məhkəmənin hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair hökmün çıxarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclasından dərhal azad edilməsi, hazırkı apellyasiya şikayətinin müdafiə tərəfindən təqdim edilmiş bəraət hökmünün layihəsi kimi qəbul olunması, şikayətdə qeyd olunan dəlillərin araşdırılması üçün apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Polis Idarəsindən məhkəmənin sorğusuna verilmiş cavabda qeyd edilir ki, Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixdə saat 10:50-də X6 qəbul edilmişdir. Qəbul olarkən onun üzərinə baxış keçirilmiş və xəsarət aşkar olunmamışdır. Həmin axtarış protokolunun sürətində qeyd olunur ki, Təqsirləndirilən şəxs MSY-nə təqdim ediləndə 2 ədəd telefon, 2 adaptr başlığı, 1 pover bank, kəməri, 1 ədəd bank kartı, 1 ədəd Bakı kart, 1 ədəd qolbağı, ev açarları, USB başlığı da ora təqdim edilmişdir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş videodan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qeyd edilən əşyalardan yoxdur, onun şalvarının belində kəmər yoxdur (bax video 02:55-03:03 aralığı). Həmçinin şəxsi axtarış və götürmənin saat 04:45-04:54 aralığında aparıldığı qeyd olunsa da videoda mənbə (origin) hissəsindən görünür ki, həmin video saat 07:54-də yaradılıb, videonun özündə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmənin saatı ümumiyyətlə qeyd olunmur. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında iş üzrə mütəxəssis qismində dəvət olunmş Mütəxəssis göstərmişdir ki, o, “xxxx” şirkətində müdir müavini vəzifəsində işləyir, ixtisası kompüter mütəxəssisidir. Təqdim edilən şəxsi axtarış istintaq hərəkətinin videoçəkilişinin əks olunduğu diskdə həmin videonun çəkildiyi tarixlə bağlı göstəricilərə nəzər yetirildikdə həmin göstəricilərdən onun ## ######## 2023-cü il, saat 07:54də çəkildiyi müşahidə olunur. Videonun yaradılma saatı “ExifTool” proqramı vasitəsi ilə müəyyən edilir. Həmin proqramda videonun çəkildiyi yerə görə saatların fərqi detallarda göstərilir. Hazırki sözügedən videonun çəkildiyi vaxt kimi qeyd edilən 07:54 videonun çəkildiyi cihazın saatına uyğundur. Həmçinin videodan götürülmüş şəxsi axtarış zamanı vəkilin qolunda olan saatdan da görünür ki saatın əqrəbi səkkizə qalmışa uyğun gəlir. Məhkəmə tərəfindən əldə edilmiş, eyni zamanda ibtidai istintaq zamanı əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan, eyni zamanda digər şahidlərin istifadəsində olan mobil nömrələrin anten məlumatları ilə müəyyən olunur ki, hər üç şəxsi uzun müddət təqsirləndirilən şəxsin bildirdiyi kimi qəbirsanlığa yaxın ərazidə olmuşdur. Lakin iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutularaq 37-ci PB-nə gətirilməsi ilə bağlı polis əməkdaşlarının əlində qanunda nəzərdə tutulmuş heç bir əsas, o cümlədən keçirilmiş hər hansı əməliyyataxtarış tədbirləri nəticəsində əldə olunmuş sübutlar olmamışdır. Cinayət Prosessual Məcəlləsinin 148.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs saxlanılarkən onu saxlayan şəxslər polis nəfərləri olmuş, ümumiyyətlə onların şəxsi şübhəli şəxs qismində saxlaması üçün səlahiyyətləri olmamışdır. ## ###### 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol qanunsuz olduğu üçün sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, cinayət işi materiallarında olan ## ###### 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Xətai rayon Polis Idarəsi 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində əynində olan göy rəngli cins şalvarının sol yan cibindən "Winston" markalı siqaretin içərisində olan şəffaf sellofan bükümü təqdim etmişdir. Ondan həmin 1 ədəd şəffaf seloffan büküm aşkar edilib götürülüb. Axtarış və götürmənin saat 04:45-04:54 aralığında aparıldığı qeyd olunsa da videoda mənbə (origin) hissəsindən görünür ki, həmin video saat 07:54-də yaradılıb, videonun özündə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmənin saatı ümumiyətlə qeyd olunmur. Həmin videoya baxış keçirilərkən məlum olur ki, videoda şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlandığı və bitdiyi müddət göstərilmir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 236.4 və 245.3-cü maddələrinin tələblərinə əsasən hadisə yerinə baxış, eləcə də axtarış və götürmə istintaq hərəkətlərinin aparılması zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Videoçəkiliş dedikdə isə çəkilişin tam, kəsintisiz və müfəssəl aparılması, istintaq hərəkətinin gedişatı və bu prosessual hərəkət zamanı aşkar olunmuş sübutların sonradan sübut kimi istifadə edilməsini şübhə altına qoymayan videoqeydiyyatın aparılması başa düşülür. Bundan başqa, videoçəkilişdən göründüyü kimi, tutulmuş şəxs təqsirləndirilən şəxs ən azından Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri təhqiqatçı tərəfindən ona izah edilməmiş, keçirilən istintaq hərəkətinə aid prosessual qanunvericiliklə nəzərdə tutulmuş minimal tələblər yerinə yetirilməmiş, yalnız hüquq və vəzifələrin ona izah olunduğu deyilir. Həmçinin videoda şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlandığı vaxt, eyni zamanda onun bitdiyi vaxt göstərilmir. Azərbaycan Respublikasının CPM-in 51.1-ci maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafı neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol təıtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 242.1 və 242.3-cü maddələrinə əsasən əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə müstəntiq axtarış apara bilər. Toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər. Təqsirləndirilən şəxs saxlandıqdan uzun müddət sonra “Şəxsi axtarış, və götürmə barədə” protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saat ikidə saxlanığını, oradan qəbirsanlığa aparıldığını, şəxsi axtarışdan əvvəl bütün əşyalarının götürüldüyünü bildirir. Həmçinin o şəxsi axtarışın səhər saat 8-9 aralığında aparıldığını bildirmişdir. Bu hallarla bağlı işin faktiki halalrında ətraflı qeyd olunub. Hazırkı cinayət işinin materialları ilə və məhkəm istintaqı zamanı araşdırılan sübutlarla müəyyən olunur ki, “Şəxsi axtarış və götürülmənin aparılması haqqında” protokol müdafiəçisi olduğu şəxsin faktiki olaraq saxlandığı müddətdən xeyli sonra həyata keçirilmişdir. ## ###### 2023-cü il tarixli şəxsi-axtarış və götürmə protokolu Təqsirləndirilən şəxs şübhəli şəxs statusu müəyyən olunmamaqla qanunsuz tutulmasının və bir sıra prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulmasının nəticəsi olaraq və prosessal pozuntularla həyata həyata keçirildiyi üçün Azərbaycan CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən mötəbər sübut kimi qəbul oluna bilməz. Bu xüsusda Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələri axtarış və ya götürmə, o cümlədən şəxsi axtarış və götürmənin prosessual əsaslarını: bu hərəkətlərin keçirilməsi halları, şərtləri, qaydaları, ardıcıllığı və bu hərəkətin kimin qərarı əsasında aparılmasını, həmçinin bu hərəkətlər zamanı hansı sənədlərin tərtib olunması və həmin prosessual sənədlərdə hansı halların göstərilməli olması, bu prosessul hərəkətlərdə iştirak edən şəxslərin müvafiq hüquq və vəzifələrinin izah olunaraq, həmin hüquqların təmin olunmasını təsbit etmişdir. Bununla da qanun cinayət prosesi tərəfləri üçün bərabər imkanlar yaratmaq, həmçinin müdafiə tərəfini cinayət prosesini həyata keçirən orqanın mümkün özbaşınalığından qorumaq üçün əsas yaratmışdır. Axtarış və götürmə, o cümlədən şəxsi axtarış zamanı bu prosessual hüquqların pozulması, müdafiə tərəfmə öz hüquqlarının həyata keçirilməsinə lazımi şəraitin yaradılmaması təbii ki, həmin prosessual hərətlərin nəticələrinə böyük kölgə salır və onların mötəbərliyinə ciddi şübhə yaradır. Əldə olunma üsulu və qaydası şübhəli olan, prosessual qanunvericiliyin tələblərinin pozulması ilə xarakterizə olunan şəxsi axtarış və götürmənin nəticələrini əks etidrən müvafiq protokol da bu mənada şəxsin təqsirliylini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Hazırki işdə də ## ###### 2023-cü tarixli şəxsi axtarış və götürmə haqqında prosessual hərəkətə, o cümlədən onun protokollaşdırılmasına dair qanunda nəzərdə tutulmuş tələblər də pozulmuşdu. Təqsirləndirilən şəxs saxlandıqdan sonra onun saxlanılması barədə yaxın qohumlarına məlumat verilməmişdir. Təqsirləndirilən şəxs barəsində “Şəxsi axtarış və götürmə barədə” və “Axtarış və götürmə” istintaq hərəkəti nəticəsində onun üzərində və olunduğu iddia olunan əşyalar qanunvericiliyə uyğun olaraq protokolda əks olunmamışdır. Təqsirləndirilən şəxs isə ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Hesab edir ki, məhkəmə təüsrləndirilən şəxsin istaqın gedişi zamanı özünün seçdiyi müdafiəçisi ilə verdiyi və məhkəmə istintaqında verdiyi ifadəsində də qeyd etdiyi halları mötəbər sübut kimi qəbul etməli idi. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Iş üzrə əsas sübut kimi təqdim edilən şəxsi axtarış və götürmə nəticələrinin təqsirləndirilən şəxsin faktiki tutulmasından xeyli müddət sonra aparılması, bu müddət ərzində onun polis əməkdaşlarının tam nəzarəti altında olması, habelə axtarışın keçirildiyi vaxtla bağlı protokol məlumatları ilə videoçəkilişin texniki göstəriciləri arasında ciddi uyğunsuzluqların mövcudluğu sübutun mötəbərliyini əsaslı şəkildə şübhə altına alır. Lakin məhkəmə bu ziddiyyətlərin aradan qaldırılmasına cəhd göstərməmiş, onların sübutun etibarlılığına təsiri barədə hər hansı hüquqi mövqe ortaya qoymamışdır. Bununla yanaşı, müdafiə tərəfinin təqdim etdiyi mütəxəssis rəyi, videoçəkilişin yaradılma vaxtını təsdiqləyən texniki göstəricilər və digər obyektiv dəlillər hökmün əsaslandırıcı hissəsində yalnız sadalanmış, lakin həmin sübutların niyə qəbul edilmədiyi və ya hansı səbəbdən etibarsız hesab olunduğu barədə məhkəmə tərəfindən əsaslandırılmış izahat verilməmişdir. Bu isə müdafiə tərəfinin dəlillərinin faktiki olaraq qiymətləndirilmədən kənarda saxlanıldığını göstərir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində verdiyi etirafedici ifadələrə həlledici əhəmiyyət vermiş, lakin həmin ifadələrin digər müstəqil və obyektiv sübutlarla təsdiqlənibtəsdiqlənmədiyini CPM-nin 126.6-cı maddəsinin tələblərinə uyğun olaraq yoxlamamışdır. Halbuki qanuna görə etirafedici ifadə yalnız bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ittihamın əsası kimi qəbul edilə bilər. Nəticə etibarilə, sübutlar məhkəmə tərəfindən bir-biri ilə qarşılıqlı əlaqədə və məcmu şəkildə deyil, seçmə və birtərəfli yanaşma ilə qiymətləndirilmiş, iş üzrə mövcud olan aradan qaldırılmamış şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməmişdir. Bu hal hökmün CPM-nin sübutların qiymətləndirilməsinə dair əsas prinsiplərinə və ədalətli məhkəmə araşdırması tələblərinə cavab vermədiyini göstərir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, məhkum olunmuş şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi inkar edilmiş və şəxsə bəraət verilməsi xahiş edilmişdir. Ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, yuxarıda təsvir olunan şəkildə göstərilən həmin hərəkətləri ilə satış məqsədi olmadan külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətində məhkum edilmiş şəxsə bəraət verilməsinə dair mövqeyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tanışının avtomobili ilə dərman almağa gedən zaman yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra polis əməkdaşları onu qəbiristanlığa aparmış, orada onun əllərini bağlamış, onu döymüş, ona qadın tanışı ilə bağlı müxtəlif hədəqorxu gəlmişlər. O da məcbur qalaraq polis əməkdaşlarının göstərdikləri kağıza imza etmişdir. O, əvvəllər narkotik vasitə istifadə etsə də, hadisə vaxtı onun üzərində ittihamda göstərilən psixotrop maddə olmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, saxlanılmamışdan əvvəl “Astoria” otelində olmuşdur. Daha sonra diş ağrısı üçün dərman almağa getmişdir. Saatı tam bilməmiş, hava yeni qaralırmış, saat təxminən 19-20 radələri olmuşdur. O, həmin vaxt maşında tək olmamışdır. Tanışının avtomobili ilə yol gedirmiş. Avtomobildə bir nəfər qadın və bir nəfər kişi də olmuşdur. Polis əməkdaşları tərəfindən niyə aparıldığını bilməmiş, lakin bir saatdan çox orada saxlanılmış, hədə-qorxulara məruz qalmışdır. Polis əməkdaşları avtomobildəki digər şəxsləri də aparacaqları ilə ona hədə-qorxu gəldiklərindən o da məcbur olub sənədlərə imza etmişdir. O, narkotik vasitələrdən istifadə edən olmuş, istifadə etdiyi müddətdə də ancaq 1 (bir) qrama qədər həmin maddələrdən istifadə etmişdir. Onun yanında olan digər iki nəfər də polis şöbəsinə aparılmış, oradan isə buraxılmışdır. O, fiziki təzyiqlərə məruz qalmış, polis əməkdaşları yerdə onun böyrəyinə və qabırğasına vurmuşlar. Polis şöbəsində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın müddəti bir qədər çəkmişdir. Polis şöbəsinə gətirilənə kimi qəbiristanlıqda olarkən dostu Rəşada özünəməxsus ********** nömrəsi ilə zəng edə bilmişdir. O, fiziki təzyiqlər nəticəsində etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, NZS ərazisində avtomobilində saxlanılmış, avtomobildə ondan başqa bir qız və bir oğlan da olmuşdur. Polis əməkdaşları tərəfindən əyləşdiyi avtomobil saxlanıldıqdan sonra polis əməkdaşları çatan kimi avtomobilin arxa baqaj hissəsini açmış və narkotikin harada olduğunu soruşmuşlar. Həmin vaxt onun üzərində powerbank , adapteri, iki ədəd telefonu, pul qabı olmuşdur. Onu qəbiristanlığa aparmış və orada saxlayaraq döymüşlər. Onun üzərinə şəxsi axtarış gecə saatlarında keçirilmişdir. Video çəkiliş isə səhərə yaxın olmuşdur. O, əvvəllər Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə məhkum olunmuşdur. O, həmişə özünün istifadəsi üçün narkotik vasitəni təxminən 1 qram müxtəlif yerlərdən əldən etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ## ######## 2023-cü il tarixli izahatında, sonra həmin tarixdə şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda ## ######## 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, 2 ilə yaxındır ki, psixotrop maddə olan metamfetamin istifadə edir. ##.##.2023-cü il tarixdə, saat 04:00 radələrində Xətai rayonu, M.Əmirxanov küçəsi 12 ünvanının qarşısında olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun psixotrop maddələrdən istifadə etməyindən şübhələndikləri üçün onu saxlamışlar. Polis əməkdaşları onu Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin 37-ci Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O, sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmişdir. Daha sonra üzərində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən “Winston” markalı siqaretin içərisində olan şəffaf sellofan bükümü təqdim etmişdir. Ondan həmin 1 ədəd şəffaf seloffan bükümdə nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin psixotrop maddə «patı» adı ilə bildiyi “metafetamin” olmasını bildirmişdir. Həmin şəffaf sellofan açıldıqda, içərisindən kristalşəkilli kütlə aşkar edilmişdir. Bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 3,90 qramdır. Eyni zamanda ondan həmin psixotrop maddəni haradan və kimdən almağını soruşanda, maddəni özü qəbul etmək üçün ##.##.2023-cü il tarixdə Iran Islam Respublikası vətəndaşı kimi tanıdığı anket məlumatlarını bilmədiyi Cümşüd adı ilə təqdim etmiş şəxsdən Nizami rayonu, Keşlə qəsəbəsində 30 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan başqa harada hər hansı qanunsuz əşya saxlayıb saxlamamağını soruşanda, o, təqdim etdiyi maddədən başqa heç bir yerdə qanunsuz əşya və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılaraq, möhürlənərək götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, o, psixotrop maddəni tanımadığı yalnız üzdən gördüyü şəxsdən almış və istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır, o, həmin maddəni özü qəbul etmək üçün alaraq üstündə saxlamışdır (iş vərəqə: cild İ, səh. 35-37, 49-51, 59-61). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı etirafedici ifadələrini fiziki təzyiqlər nəticəsində verdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai rayon Polis Idarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Hadisə baş verən gün gecə vaxtı olmuşdur. Bir nəfər şəxs özünü şübhəli apardığından ona yaxınlaşıb suallar verdikdə həmin şəxs özünü daha da şübhəli aparmağa başlamış, onlar da həmin şəxsi polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin şəxsin üzərinə şəxsi axtarış keçirilərkən, üzərindən metamfetaminə oxşar maddə aşkar edilmişdir. Həmin metamfetaminə oxşar maddə siqaret qutusunun içərisində aşkar edilmişdir. Şahid şahid3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Polis Idarəsinin PPXB-nin polis nəfəri şahid2 ilə birlikdə saxlamışlar. Onlar təqsirləndirilən şəxsi saxlayarkən sonuncu tək olmuşdur, yanında başqa şəxslər olmamışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən onlara heç bir etiraz etməmişdir. Onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təsir, təzyiq olmamış, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Onlar təqsirləndirilən şəxsi gecə vaxtı saxlamışlar. Onlar təqsirləndirilən şəxsi saxladıqdan təxminən 20-30 dəqiqə sonra polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə aparıldıqdan təxminən 15-20 dəqiqə sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxsin polis şöbəsində üzərinə video çəkilişlə şəxsi axtarış keçirilənə qədər heç kim onun üzərində şəxsi axtarış həyata keçirməmişdir. Tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. ## ######## 2023-cü il tarixdə xidməti ərazidə olduğu zaman Xətai rayonu, M.Əmirxanov küçəsində Təqsirləndirilən şəxs adlı şəxsin özünü şübhəli apardığı müşahidə edilmiş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs verdikləri suallara şübhəli şəkildə cavab verdiyindən ondan narkotik vasitə qəbul edib etməməsi soruşulmuş, o da səmimi şəkildə narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Bundan sonra onu 37-ci polis şöbəsinə aparmışlar. Orada həmin şəxsin üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən bir büküm metamfetaminə oxşar maddə aşkar edilmişdir. Sual verilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddəni Kəşlə qəsəbəsindən şəxsi istifadəsi üçün almışdır. Şahid şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onlara Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar. Onlar təqsirləndirilən şəxsi saxlayarkən sonuncu tək olmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkilişlə keçirilmiş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs heç bir narazılıq və ya etiraz etməmişdir. Tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir qanunsuz təsir və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ## ######## 2023-cü il tarixdə gecə vaxtı NZS ərazisində saxlanılmışdır. Onlar təqsirləndirilən şəxsə yaxınlaşarkən suallara qeyri-səmimi cavab verdiyindən ondan narkotik vasitə istifadə edib-etməməsini soruşmuşlar, sonuncu narkotik istifadə etdiyini səmimi etiraf etdiyindən onu polis şöbəsinə aparmışlar. Bu barədə Idarəyə raportla məlumat verilmişdir. Onlar Təqsirləndirilən şəxs saxladıqları yerdən birbaşa polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərindən “Winston” markalı siqaret qutusunun içərisində metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa nələrin olduğu yadında deyil. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsindən əvvəl sonuncunun üzərinə şəxsi axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxsin ifadəsində “onu qəbiristanlığa aparıb orada döymələri” ilə bağlı ifadəsində göstərdikləri tamamilə yalan məlumatlardır, onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təsir, təzyiq olmamış və heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin 37-ci Polis Şöbəsinin təhqiqatçısı vəzifəsində işləyir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanılıb 37-ci Polis Şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış istintaq hərəkəti onun tərəfindən keçirilmişdir. Bununla əlaqədar bildirir ki, şəxsi axtarış video çəkiliş vasitəsilə keçirilmişdir. Video çəkilişi ekspert kriminalist həyata keçirtmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs vəkil təyin edilmiş, Vəkil Bürosunun sədrinə telefon vasitəsi ilə tərəfindən xəbər verilmiş və Təqsirləndirilən şəxs seçdiyi vəkilin iştirakı təmin edilmişdir. O, şəxsi axtarış bitdikən sonra şəxsi şöbənin növbətçi hissəsinə təhvil verir. Şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinin növbətçi hissəsinə təhvil verilir, həmin şəxsi saxlayan polis əməkdaşı təhqiqatçılar olan hissəyə gəlir və şəxsdə narkotik vasitə olma ehtimalını bildirir. Daha sona həmin şəxs növbətçi hissədən onun yanına hansı formada və üzərində hansı əşyalarla birlikdə gətirilirsə o formada şəxsi axtarış keçirilir. Şəxsi axtarışdan əvvəl və ya sonra şəxsin üzərində hansı əşyaların olmasından onun xəbəri yoxdur. Təqsirləndirilən şəxs onun yanına gətirilərkən üzərində şəxsi axtarış protokolunda qeyd ediləndən başqa heç nə olmamışdır. O, hesab edir ki, Təqsirləndirilən şəxs X6 təhvil verilərkən üzərindən aşkar edilmiş digər əşyalar sonuncunun şəxsi əşyaları olduğu üçün şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs həmin şəxsi əşyalarını şöbədə növbətçi hissədə qoymuşdur, şəxsi axtarışdan sonra isə həmin şəxsi əşyalarını götürmüşdür. Təqsirləndirilən şəxsin üzərinə onun tərəfindən şəxsi axtarış keçirilərkən ondan hər hansı qanunsuz hərəkətlərə məruz qalması barədə soruşulduqda təqsirləndirilən şəxs ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini demişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında iş üzrə mütəxəssis qismində dəvət olunmş Mütəxəssis göstərmişdir ki, o, “xxxx” şirkətində müdir müavini vəzifəsində işləyir, ixtisası kompüter mütəxəssisidir. Təqdim edilən şəxsi axtarış istintaq hərəkətinin videoçəkilişinin əks olunduğu diskdə həmin videonun çəkildiyi tarixlə bağlı göstəricilərə nəzər yetirildikdə həmin göstəricilərdən onun ## ######## 2023-cü il, saat 07:54də çəkildiyi müşahidə olunur. Videonun yaradılma saatı “ExifTool” proqramı vasitəsi ilə müəyyən edilir. Həmin proqramda videonun çəkildiyi yerə görə saatların fərqi detallarda göstərilir. Hazırki sözügedən videonun çəkildiyi vaxt kimi qeyd edilən 07:54 videonun çəkildiyi cihazın saatına uyğundur. Eyni zamanda bildirir ki, həmin videonun çəkildiyi tarixlə bağlı göstəricilərə müdaxilə edilməsi texniki cəhətdən mümkündür. ## ######## 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol” və ## ######## 2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən “Winston” markalı siqaretin içərisində olan şəffaf sellofan bükümü təqdim etmişdir. Ondan həmin 1 ədəd şəffaf seloffan bükümdə nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin psixotrop maddə «patı» adı ilə bildiyi “metafetamin” olmasını bildirmişdir. Həmin şəffaf sellofan açıldıqda, içərisindən kristalşəkilli kütlə aşkar edilmişdir. Bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 3,90 qramdır. Eyni zamanda ondan həmin psixotrop maddəni haradan və kimdən aldığı soruşulduqda, maddəni özü qəbul etmək üçün ##.##.2023-cü il tarixdə Iran Islam Respublikası vətəndaşı kimi tanıdığı anket məlumatlarını bilmədiyi Cümşüd adı ilə təqdim etmiş şəxsdən Nizami rayonu, Keşlə qəsəbəsində 30 manata aldığını və üzərində saxladığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 29- 31, 64). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının ## ######## 2023-cü il tarixli, *-**-**/*-*/**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DIN Zərflər üçün № ***”dairəvəi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,701 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (iş vərəqə: cild İ, səh. 40-44). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin ## ###### 2023-cü il tarixli, **** nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 99 100). ## ###### 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq çəkisi 3,651 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis Idarəsində saxlanca təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video çəkilişinin əks olunduğu bir ədəd disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 116-121). ## ######## 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs ## ######## 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (iş vərəqə: cild İ, səh. 17). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli ## ######## 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir, həmin qərardan həmçinin görünür ki, təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar təqdimata baxılarkən məhkəmədə verdiyi izahatında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini, aşkar edilmiş maddəni şəxsi istifadəsi üçün tanımadığı Iran vətəndaşından aldığını bildirmişdir (iş vərəqə: cild İ, səh.71-74). Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin ## ####### 2023-cü il tarixli tələbnaməsindən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, ## ######## 2018-ci ildə cəzasını tam çəkmişdir. Daha sonra o, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2022 ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 307.1ci maddəsi ilə barəsində qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir, bundan sonra o, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011) ***/**** saylı, ## ####### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona həmin hökmlə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)- ***/**** saylı, ## ######## 2023-cü il tarixli qərarı ilə əvəz edilmiş və çəkilməmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2023-cü il tarixdən ## #### 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (iş vərəqə: cild İ, səh. 76- 77, 103-108, 109-115, cinayət işinin materialları). Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarının 115-ci bəndinə əsasən cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Cinayətin obyektiv cəhəti – kriminal əməlin zahiri tərəfidir. Cinayətin obyektiv cəhəti müəyyən məkanda və zamanda baş verən müəyyən üsulla törədilən ictimai təhlükəli hərəkətdən və ya hərəkətsizlikdən, ictimai təhlükəli nəticədən, hərəkətlə (hərəkətsizliklə) ictimai təhlükəli nəticə arasında səbəbli əlaqədan ibarətdir. Cinayətin subyektiv cəhəti cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir. Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələ və onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. Ictimai təhlükəli əməli törətməkdə təqsirli olan şəxs cinayət məsuliyyətinə alınır, cəzalandırılır. Cinayət qanunvericiliyi obyektiv təqsirləndirməyə, yəni təqsir olmadan cinayət məsuliyyətinə almağa yol vermir. Təqsirin olmaması məsuliyyəti aradan qaldırır. Qanunda birbaşa qəsdə verilən anlayışdan müəyyən olunur ki, şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunları arzu etməlidir. Həmçinin təqsir, motiv, məqsəd, habelə bunları müşayiət edən emosional vəziyyət cinayətin subyektiv cəhətini yaradan elementlərdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 3,701 qram “metamfetamin” psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da müəyyən edilmiş həmin narkotik maddənin külli miqdar həddindən artıq miqdarda olmuşdur. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ## ######## 2023-cü il tarixdə özünü şübhəli apardığına görə saxlanılıb Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin 37-ci Polis Şöbəsinə dəvət edilərək, orada müdafiəçisinin iştirakı ilə və video çəkilişlə üzərində keçirilən şəxsi axtarış zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir qutu «Winston» markalı siqaretin içərisində, bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 3,701 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə araşdırması zamanı hər bir tərəf (həm ittiham, həm də müdafiə) bərabər hüquqlar və imkanlarla məhkəmədə öz mövqeyini müdafiə etmiş, hər bir tərəf öz mövqeyini müdafiə edən sübutları məhkəmədə təqdim etmiş, həmçinin məhkəmə cinayət prosesi tərəflərinin vəsatətləri ilə əlavə olaraq zəruri materialların əldə edilib iş materiallarına əlavə edib tədqiq edərək cinayət prosesi tərəflərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada prosessual çəkişməsini təmin etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, hətta təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 25-26-cı bəndlərində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Cinayət işi üzrə müdafiə tərəfinin mövqeyi ittihamın təkzib olunduğu və bununla bağlı gətirilmiş dəlillər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici izahat və ifadələrinin polis əməkdaşlarının fiziki və psixoloji təzyiqləri nəticəsində verməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasından xeyli müddət keçdikdən sonra onun üzərində şəxsi axtarışın keçirilməsi və bu halın şəxsi axtarış istintaq hərəkətinin video çəkilişinin əks olunduğu diskdə həmin videonun çəkildiyi tarixlə bağlı göstəricilərə nəzər yetirdikdə müəyyən olunması ilə təsdiq edildiyini, bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra o, X6 təhvil verilərkən Təqsirləndirilən şəxs tərəfindən X6 şəxsi əşyalarını təhvil verilməsinin, yəni başqa əşyaların da olmasının onun üzərinə müdaxilə edildiyinin təsdiq edilməsi ilə bağlı göstərdiklərindən ibarət olmuşdur. Məhkəmə müdafiə tərəfinin ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutların qanuniliyini şübhə altına almasına dair göstərdiyi bütün dəlillərin hər birini tədqiq edib, bununla bağlı zəruri sorğular verilərək, əlavə şahid və mütəxəssisin məhkəmədə iştirakının təmin edilməsi ilə, həmçinin əldə edilmiş sənədlər və işin faktiki halları əsasında göstərilən dəlillər məhkəmə tərəfindən cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edilərək ayrı-ayrılıqda araşdırılmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı etirafedici ifadələrini polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində məcbur qalaraq bildirməsi ilə bağlı göstərdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün Bakı Istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində olan tibbi kitabça tədqiq edilərkən Təqsirləndirilən şəxs aşkar edilmiş cərrahi əməliyyatdan sonra köhnə çapıqlardan başqa, yəni tutulduğu vaxta aid onda hər hansı xəsarətlərin mövcud olması müəyyən edilməmişdir. Həmçinin, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Polis Idarəsinin X6 daxil olarkən bədənində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar X7 məhkəməyə göndərilmiş “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi ilə bağlı tibbi kitabça”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs X6 qəbul edilərkən onda müayinə olunduğu vaxta aid hər hansı xəsarətlər müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində həmin göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai araşdırmanın başlandığı ilkin mərhələdən sonunadək o, hər hansı fiziki, psixoloji və ya digər təzyiqlərə məruz qalması barədə hər hansı bir halı bildirməmiş, ilkin araşdırma zamanı onun üzərində video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən sorğu-sual zamanı, sonra verdiyi izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmin maddəni özü qəbul etmək üçün Iran Islam Respublikası vətəndaşı kimi tanıdığı Cümşüd adlı şəxsdən Nizami rayonu, Keşlə qəsəbəsində 30 manata aldığını və üzərində saxladığını, ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və digər təzyiqlər göstərilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh. 35-37, 49-51, 59-61). Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən həmin psixotrop maddənin onun üzərinə məcburən qoyulduğu, sonra isə etirafedici ifadələr verməyə məcbur edildiyinə dair və digər göstərdiyi hallar cinayət işinin materialları əsasında araşdırılarkən onun həmin psixotrop maddənin həqiqətən də ondan aşkar edildiyi və onun özünə məxsus olduğunu etiraf etməsi həm təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilərkən sorğu-sual və ilkin verdiyi izahat zamanı, həm sonradan müstəntiqə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən, bundan sonra da barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata məhkəmədə baxılarkən hakimə verdiyi izahatında dəfələrlə təsdiq olunmuşdur. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən onun saxlanılmasına iştirak edən polis əməkdaşları həmin istintaq hərəkəti zamanı iştirak etsələr də, sonradan müstəntiq və hakim tərəfindən icra edilmiş prosessual hərəkətlər zamanı onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının orada iştirak etmədikləri nəzərə alındıqda və onun bu zaman etirafedici ifadələr verməsini məcburi edən hər hansı halın mövcudluğu müəyyən edilmədiyindən təqsirləndirilən şəxsin hazırki məhkəmə istintaqı zamanı göstərdiyi inkaredici halların həqiqəti əks etdirmədiyi birmənalı şəkildə təsdiq olunur. Bununla bağlı həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış istintaq hərəkəti videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə keçirilmiş, həmin videoçəkiliş məhkəmə istintaqı zamanı nümayiş olunarkən təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətlərə yol verildiyi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə: 132). Bundan başqa, təqsirləndirilən şəxs məhkəmədə ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən onun yanında iki nəfər tanışlarının olması və həmin şəxslərlə bağlı psixoloji təzyiqlərə məruz qaldığını bildirsə də, müdafiə tərəfindən həmin şəxslərin məhkəmədə əlavə şahid qismində dindirilmələrinin cəhd edilməməsi də həmin halların inandırıcı olmadığını təsdiq etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini ona qarşı göstərilən fiziki və psixoloji təzyiqlər nəticəsində verməsi barədə dəlillər irəli sürsə də, bu dəlillər əsaslı olmamışdır. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrinin fiziki və psixoloji təzyiqlərin təsiri altında alınması ilə əlaqələndirsə də, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı izahat və ifadələrinin sonunda ona qarşı fiziki və ya psixi zorakılığın olmadığını bildirmişdir. Bundan başqa, müdafiə tərəfinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasından xeyli müddət keçdikdən sonra onun üzərində şəxsi axtarışın keçirilməsi və bu halın şəxsi axtarış istintaq hərəkətinin video çəkilişinin əks olunduğu diskdə həmin videonun çəkildiyi tarixlə bağlı göstəricilərə nəzər yetirdikdə müəyyən olunması ilə bağlı göstərdiyi, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra o, X6 təhvil verilərkən Təqsirləndirilən şəxs tərəfindən X6 şəxsi əşyalarını təhvil verilməsinin, yəni başqa əşyaların da olmasının onun üzərinə müdaxilə edildiyinin təsdiq edilməsi ilə bağlı göstərdiyi dəlilləri məhkəmə iş üzrə digər sübut növləri ilə müqayisəli şəkildə araşdırmaqla yanaşı, eyni zamanda həmin göstərilən dəlillərlə əlaqədar hazırki iş üzrə şəxsi axtarış istintaq hərəkətini keçirmiş təhqiqatçı şahid1 əlavə şahid qismində dindirilməsi zamanı onun verdiyi ifadəsi ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinin növbətçi hissəsinə təhvil verilərkən şəxsi əşyalarını növbətçi hissəyə təhvil verdiyindən və şəxsi axtarışdan sonra isə növbətçi hissədən götürdüyündən Təqsirləndirilən şəxs sonradan X6 təhvil verilərkən onun şəxsi əşyalarının da müəyyən edildiyi təsdiq edilmişdir (hansı ki, bu şəxsi əşyalar əhəmiyyət kəsb etmədiyindən və əvvəlcədən təqsirləndirilən şəxsin özü tərəfindən növbətçi hissəyə təhvil verildiyindən şəxsi axtarış zamanı diqqətdən kənarda saxlanılmış və müəyyən edilməmişdir). Təhqiqatçı şahid1 məhkəmədə ifadəsində həmin göstərdiklərini təkzib edən hər hansı hallar isə müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasından xeyli müddət keçdikdən sonra onun üzərində şəxsi axtarışın keçirilməsi və bu halın şəxsi axtarış istintaq hərəkətinin video çəkilişinin əks olunduğu diskdə həmin videonun çəkildiyi tarixlə bağlı göstəricilərə nəzər yetirdikdə müəyyən olunması ilə bağlı göstərdiyi dəlillərin araşdırılmasından ötrü məhkəmə istintaqı zamanı mütəxəssis qismində dəvət olunmş Mütəxəssis ifadəsi ilə təqdim edilən şəxsi axtarış istintaq hərəkətinin videoçəkilişinin əks olunduğu diskdə həmin videonun çəkildiyi tarixlə bağlı göstəricilərdə hansı vaxtın qeyd edilməsindən asılı olmayaraq həmin göstəricilərə müdaxilə edilməsinin texniki cəhətdən mümkün olduğunu bildirmişdir. Odur ki, həmin göstəricilərdə görünən vaxtın mötəbər istinad mənbəyi kimi seçilməsinin doğru göstərici olması digər sübutlarla yanaşı, mütəxəssisin ifadəsi ilə istisna edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sübutların mötəbərliliyi barədə dəlillərini formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində həmin göstərdiyi inkaredici hallarla bağlı xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri yuxarıda şərh edildiyi qaydada özünün tam iradə sərbəstliyi əsasında, heç bir təsir, təzyiq olmadan verdiyi təsdiq olunduğundan, həmin etirafedici ifadələrin hər hansı qanunsuz təzyiqlərin nəticəsində verildiyi sübut olunmadığından, cinayət işi üzrə hər hansı mötəbər sübutlarla təkzib edilmədiyindən və işin faktiki halları ilə təsdiq edildiyindən onun həmin etirafedici ifadələri mötəbər sübut növü kimi qəbul olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərdiyi inkaredici hallar onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, şəxsi axtarış istintaq hərəkətinə dair videoçəkilişin əks olunduğu disk, “diskə baxış” protokolu, maddi sübut, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla təqsirləndirilən şəxsin verdiyi inkaredici ifadələr sübut növü kimi qəbul edilmir və məhkəmə onun məhkəmədə verdiyi inkaredici ifadələrini həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirmişdir. Odur ki, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin ibtidai istintaqda təqsirini etiraf etməsi barədə verdiyi ifadələr digər sübutlarla uyğunluq təşkil edir. Məhkum edilmiş şəxsin məhkəmədə verdiyi ifadədə göstərdiyi xüsusatlar isə aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır. Odur ki, ibtidai istintaq zamanı verilmiş ifadələr, şahid ifadələri, şəxsi axtarış və götürmə, videoçəkiliş, eləcə də digər sübutlar şəxsə bəraət verilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, külli miqdarda narkotik vasitənin istifadəsi əməlinə dair ittiham tərəfindən təqdim edilən sübutların yolverilməzliyini mübahisələndirən müdafiə tərəfi yalnız ehtimallara söykənmişdir və şikayətin aidiyyəti dəlilləri sübutun yolverilməzliyinin əsası qismində çıxış edə bilməz. Apellyasiya şikayətində sübutların mötəbər olmamasına dair göstərilən dəlillər öz təsdiqini tapmadığından şəxsə bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı və məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs yanlış olaraq ittiham edilməsinə təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və videogörüntünün, ekspertiza rəylərinin digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi sanksiyası daxilində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən, ədalət prinsipinin tələbləri gözlənilmişdir. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğundur. Məhkəmə cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib və müəyyən etməyib. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Anar Ibrahimov Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-414/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-414/2026
18.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver