Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-416/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 İsmayıl oğlunun, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili müdafiəçi1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, ## #### 1969-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhlum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu şossesində, nömrəsiz fərdi yşayış evində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin UmBakı Penitensiar Müəssisəsində saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə, ## ##### 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxslər - təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər X1 və X2 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 12 (on iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ###### 2024-cü il tarixdən hesablanması, narkomaniyadan məcburi müalicəyə cəlb edilərək, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ###### 2024-cü il tarixdən hesablanması, narkomaniyadan məcburi müalicəyə cəlb edilərək, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs2 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan qeyrilərinin satış məqsədi və tamah niyyəti ilə məlum olmayan mənbədən və vaxtda göndərdikləri qanunsuz olaraq xüsusilə külli miqdarda 1991,35 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 1985 qram çəkidə narkotik vasitə tiryəki, xüsusilə külli miqdarda 3525 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 16680 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və üzərində narkotik vasitə heroinin izləri olan 01 (bir) ədəd elektron tərəzini əldə edib, satışını həyata keçirmək məqsədi ilə külli miqdarda 16,927 qram çəkidə psixotrop maddəni təqsirləndirilən şəxs2 öz üzərində, külli miqdarda 19,423 qram çəkidə psixotrop maddəni təqsirləndirilən şəxs1 öz üzərində, qalan külli miqdarda 1985 qram çəkidə narkotik vasitə tiryəki, xüsusilə külli miqdarda 1955 qram çəkidə psixotrop maddə metamfetamini, xüsusilə külli miqdarda 3525 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 16680 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzini isə təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ## ###### 2024-cü il tarixdə, saat 00:05-də ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 02:00-dan etibarən təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 16,927 qram çəkidə psixotrop maddə metamfetamin, təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 19,423 qram çəkidə təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq ## ###### 2024-cü il tarixdə, saat 03:40dan etibarən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 öz könüllü razılıqları və birlikdə iştirakları ilə təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman həmin evin girişindən sol tərəfdə yerləşən qonaq otağındakı divanın yanında üstünü örtərək gizlətdikləri üç ədəd polietilen torbaların içərisindən iki ədəd bağlamada külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 980 qram və 1005 qram olmaqla, ümumi təmiz çəkisi 1985 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan narkotik vasitə tiryək, iki ədəd bağlamada xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 940 qram və 1015 qram olmaqla, ümumi təmiz çəkisi 1955 qram həm öz aralarında, həm də təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 üzərlərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlərlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan psixotrop maddə metamfetamin, səkkiz ədəd bağlamada xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 440 qram, 450 qram, 460 qram, 490 qram, 470 qram, 305 qram, 460 qram və 450 qram olmaqla, ümumi təmiz çəkisi 3525 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan narkotik vasitə heroin, 17 (on yeddi) ədəd bağlamada külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 995 qram, 990 qram, 995 qram, 990 qram, 995 qram, 990 qram, 965 qram, 855 qram, 980 qram, 1015 qram, 990 qram, 990 qram, 995 qram, 980 qram, 980 qram, 985 qram və 990 qram olmaqla, ümumi təmiz çəkisi 16680 qram tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan qeyrilərinin satış məqsədi və tamah niyyəti ilə məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə göndərdikləri qanunsuz olaraq xüsusilə külli miqdarda 1991,35 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 1985 qram çəkidə narkotik vasitə tiryəki, xüsusilə külli miqdarda 3525 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 16680 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və üzərində narkotik vasitə heroinin izləri olan 01 (bir) ədəd elektron tərəzini əldə edib, satışını həyata keçirmək məqsədi ilə külli miqdarda 19,423 qram çəkidə psixotrop maddəni təqsirləndirilən şəxs1 öz üzərində, külli miqdarda 16,927 qram çəkidə psixotrop maddəni təqsirləndirilən şəxs2 öz üzərində, qalan külli miqdarda 1985 qram çəkidə narkotik vasitə tiryəki, xüsusilə külli miqdarda 1955 qram çəkidə psixotrop maddə metamfetamini, xüsusilə külli miqdarda 3525 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 16680 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və üzərində narkotik vasitə heroinin izləri olan 01 (bir) ədəd elektron tərəzini isə təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ## ###### 2024-cü il tarixdə, saat 00:05-də ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 02:00-dan etibarən təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 16,927 qram çəkidə psixotrop maddə metamfetamin, təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 19,423 qram çəkidə təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq ## ###### 2024-cü il tarixdə, saat 03:40dan etibarən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 öz könüllü razılıqları və birlikdə iştirakları ilə təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman həmin evin girişindən sol tərəfdə yerləşən qonaq otağındakı divanın yanında üstünü örtərək gizlətdikləri üç ədəd polietilen torbaların içərisindən iki ədəd bağlamada külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 980 qram və 1005 qram olmaqla, ümumi təmiz çəkisi 1985 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan narkotik vasitə tiryək, iki ədəd bağlamada xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 940 qram və 1015 qram olmaqla, ümumi təmiz çəkisi 1955 qram həm öz aralarında, həm də təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 üzərlərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlərlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan psixotrop maddə metamfetamin, 08 (səkkiz) ədəd bağlamada xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 440 qram, 450 qram, 460 qram, 490 qram, 470 qram, 305 qram, 460 qram və 450 qram olmaqla, ümumi təmiz çəkisi 3525 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan narkotik vasitə heroin, 17 (on yeddi) ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 995 qram, 990 qram, 995 qram, 990 qram, 995 qram, 990 qram, 965 qram, 855 qram, 980 qram, 1015 qram, 990 qram, 990 qram, 995 qram, 980 qram, 980 qram, 985 qram və 990 qram olmaqla, ümumi təmiz çəkisi 16680 qram tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2024-cü il tarixdə, saat 21:00-da İran vətəndaşı Babək adlı şəxs ona zəng edərək demişdir ki, Sənə 300 qram nəşə atdırmışam, get bu konumdan götür. O da dostu təqsirləndirilən şəxs1 zəng vuraraq, onunla birlikdə getməsini xahiş etmişdir. Arif evdə içkili olduğunu bildirmiş, Arifə yola çıxmasını və söhbət edə-edə birlikdə getmələrini demişdir. Arif yola çıxmış NZS qəsəbəsində, birlikdə Lökbatan dairəsində göstərilən ünvanagetmişlər. 300 qram nəşəni tək düşərək götürmüş, maşında Arif onun nə olduğunu soruşmuş, o da Arifə heç nə olmadığını bildirmişdir. NZS qəsəbəsinə gələn zaman maşını saxlayan zaman 10-12 nəfər polis əməkdaşı onların üzərinə gəlmiş və onları Narkotiklərlə Mübarizə baş idarəsinə gətirmişlər. Onları orada bui şlə əlaqəsi olmayan bir xanımı da oraya qoşacaqları ilə təhdid etdikləri üçün bu işə razılıq vermişlər. Təzyiq və zorakılıq nəticəsində deyilənlərlə razılaşmışlar. Sonra evə gəlmişlər, evdən 26 kiloqram narkotik çıxarıldı. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Hökmdən digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəl istifadə etsə də, son 5-6 il ərzində heç bir narkotik vasitədən istifadə etməmişdir. təqsirləndirilən şəxs2la dostdur və hər ikisi heç bir cinayət əməlində iştirak etməmişdir. Arifi cinayət əməli törətməklə bağlı olan ərizəyə imza eləməyə məcbur ediblər. İş yenidən araşdırılsın və ədalətli qərar qəbul edilməlidir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2, onun müdafiəçisi müdafiəçi1, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X5 apellyasiya şikayətlərində göstərilən əsaslarla Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini, elan olunmuş ittiham üzrə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 narkotiklə bağlı olan əməllərinə hüquqi qiymət verilməsini, əməllərində qeyd olunan cinayətlərin tərkib əlamətlərinin olmadığını nəzərə alınaraq, barələrində bəraət hökmü qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 İsmayıl oğlu verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmün dəyişdirilmədən, qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxslərin və onların müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs1 cəzaçəkmə müəssisəsindən tanımışdır. O, fevral ayının 12-də evində təmir getdiyinə görə çirkli paltarlarını yuyulmağa vermək məqsədilə Arifə zəng etmişdir. Həmin vaxt təxminən 10-15 gün idi ki, evində aparılan təmir səbəbindən Arifgilin evində qalmışdır. O, İran vətəndaşı olan şəxsə 1500 manat pul göndərmiş, həmin şəxs də onun üçün göndərdiyi konuma (telefonla göndərilən məkan göstəricisi) 300 qram narkotik vasitə qoymuşdur. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Arif onunla birlikdə narkotik vasitənin arxasınca getsə də, avtomobildə qalmış, narkotik vasitəni Lökbatan ərazisində, “Meyvəli bazarı”nın yaxınlığından götürmüşdür. Arif içkili olmuş və narkotik vasitədən xəbəri olmamış, o, narkotik vasitəni götürüb qayıdarkən Arif evə ərzaq almaq üçün marketə düşmüş, o özü isə Zığ qəsəbəsi ərazisində yerləşən evinə getmək istəmişdir. Həmin ev ittiham aktında qeyd edilsə də, oraya baxış keçirilməmişdir. O, NZS ərazisində, Qafqaz 20 adlanan yerdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Arif və evdə olan qadın da Badamdar ərazisində yerləşən polis idarəsinə aparılmışdır. Polis əməkdaşları onları aparan zaman onun götürdüyü narkotik vasitə avtomobildə olmuş və həmin narkotik vasitə polis əməkdaşları tərəfindən avtomobildən götürülmüşdür. Polis bölməsində şəxsi axtarış aparılmış, bu zaman onun üzərindən 9-10 manat pul, Arifin üzərindən də nə isə aşkar edilmişdir. Daha sonra Ariflə polis əməkdaşları arasında mübahisə baş vermişdir. Bölmədə onlara 10-15 qram metamfetamin verilmiş və çəkiliş zamanı həmin maddələrin güya onların cibindən çıxdığını demələri istənilmişdir. Polis əməkdaşları Arifə əl qaldıran zaman o, Arifə onların dediklərini deməsini bildirmiş, lakin Arif “mənim üzərimdən narkotik vasitə çıxmamışdır” deyə etiraz etmişdir. Çəkiliş zamanı o, Arifə yanacaqdoldurma məntəqəsində pulunun olmadığını, lakin indi necə oldu ki, cibindən pul çıxdığını demişdir. Bu zaman polis əməkdaşları ona qarşı zor tətbiq etmişdir. O, Səttar adlı şəxsin yanına aparılmış və həmin şəxs ona “başqa hərəkətlər etmə, ağır cavab alacaqsan” deyə hədə-qorxu gəlmiş, onun çəkilişə mane olduğunu ona demişlər. Bir neçə dəfə çəkiliş aparılmış, daha sonra isə ona müxtəlif təkliflər edilmişdir. Ondan narkotiklə bağlı kiminsə adını çəkməsi tələb olunmuş, lakin o, uzun illər həbsdə olduğunu və indiyədək heç kimi satmadığını bildirmişdir. O, döyüldüyü üçün etirafedici ifadə verməyə məcbur olmuşdur. Arif isə bu zaman başqa otaqda saxlanılmışdır. Əvvəlcə Arif döyülmüşdür. Onun götürdüyü narkotik vasitə isə ortaya çıxarılmamışdır. İttiham aktında qeyd edilən narkotik vasitələrin heç biri onun üzərindən aşkar edilməmişdir. Polis əməkdaşları onu saxlayan zaman Arif hələ evə daxil olmamışdır. Onlar polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmışdır. Şəxsi axtarışdan sonra polis əməkdaşları onları evə aparmış, narkotik vasitələri stolun üzərinə düzmüş və daha sonra yenidən bölməyə aparmışlar. O, bölməyə gətirildikdən sonra onun götürdüyü 300 qram narkotik vasitə yoxa çıxmışdır. Evin açarı polis əməkdaşlarında olmuş və ehtimal etmişdir ki, narkotik vasitələr sonradan həmin evə yerləşdirilmişdir. O, fevral ayının 12-də Arifə zəng edərək paltarlarını aparacağını və onunla birlikdə bir yerə getmək istədiyini demişdir. Arif içkili olduğunu bildirmiş, o isə avtomobildə oturacağını demiş və Arifin avtomobilini özü idarə etmişdir. Hadisədən təxminən bir həftə əvvəl Babək adlı İran vətəndaşı ilə danışmış və ondan 300 qram narkotik maddə marixuana istəmişdir. Bunun müqabilində pul göndərmişdir. O, narkotik vasitəni götürməyə gedərkən Arifin bundan xəbəri olmamışdır. Arif sonradan haradan gəldiyini soruşduqda, bir şey götürməyə getdiyini bildirmişdir. Saxlanıldıqdan təxminən iki saat sonra polis əməkdaşları Arifin evinə getmiş və orada Ariflə sonuncunun evində işləyən xadimədən başqa heç kim yaşamamışdır. O, ittiham aktında Arifin evindən aşkar edildiyi göstərilən narkotik vasitələri İran vətəndaşından əldə etməmişdir. İran vətəndaşı ilə pul məsələsində razılaşma baş tutmamışdır. 300 qram narkotik vasitə onun avtomobilində olmuş və avtomobili polis əməkdaşları idarə etmişdir. 300 qram narkotik vasitə az olduğuna görə polis əməkdaşları onları daha çox çəkidə narkotik vasitələrlə “yükləmişdir”. O, narkotik vasitənin marixuana növündən istifadə edir və götürdüyü narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, Arifin isə narkotik vasitə istifadə etməsini görməmişdir. O, ibtidai istintaq zamanı ifadələrini təzyiq nəticəsində vermişdir. O, yalnız 300 qram “nəşə” əldə etmək üçün getmiş və üzərində başqa heç nə olmamış, 300 qram nəşə qarşılığında 1500 manat pul vermişdir. Polis əməkdaşları onu Lökbatandan izləmişlər, o, təqsirləndirilən şəxs1 evinə düşürdüb geri qayıdarkən isə saxlanılmışdır. Saxlanıldıqdan sonra təqsirləndirilən şəxs1 evinə daxil olunmuş, həmin vaxt təqsirləndirilən şəxs1 yanında şahid1 da olmuş və hər üç şəxs idarəyə aparılmışdır. Daha sonra, yenidən təqsirləndirilən şəxs1 evinə gətirilmiş və oradan metamfetamin, tiryək, marixuana və heroin aşkar edilmişdir. təqsirləndirilən şəxs1 ünvanından aşkar olunduğu göstərilən maddələrin heç biri ona aid olmamış, yalnız onun öz avtomobilində 300 qram marixuana olmuşdur. Axtarış zamanı onlar evdə olmamışlar, onlar sonradan həmin evə gətirilmişlər və həmin vaxt evdən çıxarılan maddələri görmüşlər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmə araşdırması zamanı istintaq hərəkətlərinin videogörüntülərinə baxış keçirilərkən verilən suallara cavab olaraq göstərmişdir ki, şəxsi axtarış, həmçinin evə baxış istintaq hərəkətləri keçirilərkən sorğu-sual zamanı göstərdiklərini təsdiq etmir. Belə ki, həmin vaxt dediklərini polis əməkdaşlarının təzyiqləri nəticəsində bildirmişdir. Polis əməkdaşları onlarla birlikdə Arifin evində xadimə kimi işləyən şahid1 polis idarasinə aparmışlar, onlar buna etiraz etdikdə psixoloji təzyiqlərə məruz qalmışlar, təzyiqlər nəticəsində ifadə vermişlər, həmçinin təqsirləndirilən şəxs1 idarədə döyülmüşdür. Onda sadəcə 300 qram marixuana olmuşdur. O, həqiqətən də narkotik vasitə götürmək üçün getsə də, bu zaman onunla birlikdə gedən təqsirləndirilən şəxs1 onun narkotik vasitə götürmək üçün getdiyi barədə məlumatı olmamışdır. O, narkotik vasitəni götürüb avtomobilə qayıdan zaman Arif ondan götürdüyü şeyin nə olduğunu soruşduqda onun başqa şey olduğunu bildirmişdir. Onlar yol gedərkən təqsirləndirilən şəxs1 yenidən bu barədə soruşduqda o, götürdüyü şeyin balaca ot olduğunu bildirmişdir. Arif isə ona “bəs mənə ot arxasınca getdiyimizi niyə demirsən, heç olmasa gələndə bilim hara gəlirəm” deyə irad bildirmişdir. O, təqsirləndirilən şəxs1 evinin qarşısında düşürmüş, bu zaman polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları tərəfindən saxlanılan zaman avtomobildə olan 300 qram qurudulumuş mariuxanadan başqa onlara məxsus heç bir narkotik vasitə olmamışdır. Birinci instansiya məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ## ###### 2024-cü il tarixli izahatında, sonra isə həmin tarixdə şübhəli şəxs qismində, bundan sonra ## ###### 2024-cü il tarixdə və ## ##### 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. Narkotik vasitə istifadə etdiyi üçün özünə uyğun şəxslərlə dostluq münasibətləri saxlayır. Çünki onlar da onun kimi narkotik vasitə istifadəçiləridir. Həmin dostlarından biri də təqsirləndirilən şəxs1dur. təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, münasibətləri yaxşıdır, heç bir düşmənçilik və ya ədavəti olmayıbdır. təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Özü də narkotik vasitə istifadəçisi olduğu üçün sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxslə tanış olmuşdur. Babək adlı şəxslə söhbət edən zaman o, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Eyni zamanda istədiyi təqdirdə narkotik vasitə göndərə biləcəyini, həmin narkotik vasitələri Babək adlı şəxsin dediyi ünvanlara qoyacağı təqdirdə qazanc əldə edəcəyini bildirmişdir. Buna görə onun İran İslam Respublikasına məxsus olan mobil nömrəsini götürüb onunla WhatsApp ani mesajlaşma proqramında danışmışdır. ## ###### 2024-cü il tarixdə Babək adlı şəxs onunla WhatsApp ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitə göndərəcəyini və həmin narkotik vasitələri götürmək lazım olduğunu bildirmişdir. Narkotik vasitələri haradan götürəcəyini soruşanda iranlı Babək adlı şəxs narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu ərazisindən götürmək lazım olduğunu bildirmişdir. Daha sonra bu barədə təqsirləndirilən şəxs1 bildirmiş və demişdir ki, əgər gedib narkotik vasitəni götürsələr istifadə üçün narkotik vasitə qurudulmuş marixuana verəcəkdir. Arif də onunla razılaşmışdır. Həmçinin razılaşmışdır ki, götürdüyü narkotik vasitələri Arifin yaşadığı ünvanda gizlətsin. Birlikdə gedib Qaradağ rayonundan həmin narkotik vasitəni götürmüş və gətirib Arifin yaşadığı evdə gizlətmişlər. Evə çatdıqdan sonra narkotik vasitələr və psixotrop maddələr olan 3 ədəd torbanın birindən bir büküm psixotrop maddə götürüb Arifə vermişdir ki, üzərində saxlasın, lazım olsa iranlının dediyi ünvana qoyar. Özü bir büküm götürmüşdür ki, istifadə edər. İranlı narkotik vasitələrlə yanaşı, bir ədəd elektron tərəzini də göndərmişdir ki, onun tərəzisi ilə narkotik vasitələri çəksin və onun dediyi ünvanlara qoysun. ## ###### 2024cü il tarixdə, saat 00:05-də ünvan 1 ünvanının yaxınlığında Arif ilə birlikdə piyada gəzərkən bir neçə polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onlar həmin idarəyə aparılmışlar. Həmin idarədə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş və müdafiəçilərin siyahısı təqdim edilmişdir. Müdafiəçilər gəldikdən sonra hər ikisi şübhəli şəxs qismində tutulmuş və üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və Arifə üzərində qanunsuz hər hansı bir əşya varsa, təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən 9 manat pul və “Vivo” markalı mobil telefon aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmişdir. Bundan sonra təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs1 əynində olan həmin şalvarın sol yan cibindən üç ədəd ev açarı, “Samsung” və “Nokia” markalı mobil telefonlar, içində siqaret dənəsi olan siqaret qutusu, həmin şalvarın sol arxa cibindən bir ədəd pul qabı, həmin pul qabının içindən Arifə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, bank kartı, 50 manat və 270 dollar pul aşkar olunmuşdur. Sonra psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. Mobil telefonlar, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartı götürülmüş, digər əşya və pullar geri qaytarılmışdır. Verilən suallara cavab olaraq aşkar olunmuş narkotik maddələri “Babək” adlı iran İslam Respublikası vətəndaşının vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb 2500 manat pul qazanmaq məqsədi ilə əldə etdiyini, həmin narkotik maddəni eyni vaxtda saxlanılan tanışı təqsirləndirilən şəxs1 ilə birlikdə götürdüyünü, Arifin ona köməklik etməsinin əvəzində Arifə qurudulmuş marixuana verəcəyini, metamfetamindən istifadə etdiyini, Arifin üzərindən aşkar olunan metamfetamin maddəsini saxlamaq üçün verdiyini, Xətai rayonunda Arifin evində narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını, oraya narkotik maddələri Arifin razılığı ilə Ariflə birgə gətirdiyini bildirmişdir. Həmin vaxt təqsirləndirilən şəxs1 də verilən suallara cavab olaraq onun dediklərini təsdiq etdiyini, onunla birlikdə Qaradağ rayonu ərazisindən narkotik maddələr götürdüyünü, üzərindən aşkar olunan metamfetamini saxlamaq üçün həmin narkotiklərin üzərindən götürüldüyünü, narkotikləri daşımağa köməklik etməsinin əvəzində onun Arifə qurudulmuş marixuana verəcəyini, qurudulmuş marixuanadan istifadə etdiyini, İran İslam Respublikası vətəndaşı olan “Babək” adlı şəxslə hər hansı əlaqəsinin olmadığını, Xətai rayonunda yaşadığı evdə narkotik maddə saxlanıldığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını, orada olan narkotikləri onunla birlikdə həmin evə gətirdiyini bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs1, vəkilləri və polis əməkdaşları ilə birlikdə Arifin yaşadığı ünvana baxış keçirmək üçün yollanmışlar. ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə çatdıqdan sonra orada videoçəkilişlə baxış başlanmışdır. Baxış zamanı evdə qanunsuz hər hansısa əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, təqsirləndirilən şəxs1 iştirakı ilə həmin evin girişinin sol tərəfində yerləşən qonaq otağındakı divanın yanında üstünü örtərək gizlətdiyi üç ədəd polietilen torbanı təqdim etmişdir. Həmin torbaların içindən iki ədəd bükümdə narkotik vasitə tiryək, iki ədəd bükümdə psixotrop maddə metamfetamin, səkkiz ədəd bükümdə narkotik vasitə heroin, on yeddi ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Daha sonra, aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Sonra evə baxış keçirilmiş və əlavə olaraq başqa qanunsuz əşya aşkar olunmamışdır. O, verilən suallara cavab olaraq aşkar olumuş narkotik maddələri “Babək” adlı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb 2500 manat pul qazanmaq məqsədi ilə əldə etdiyini, həmin narkotik maddəni eyni vaxtda saxlanılan tanışı təqsirləndirilən şəxs1 ilə birlikdə götürdüyünü, Arifin ona köməklik etməsinin əvəzində Arifə qurudulmuş marixuana verəcəyini, metamfetamindən istifadə etdiyini, Arifin üzərindən aşkar olunan metamfetamin maddəsini Arifə saxlamaq üçün verdiyini, həmin narkotik maddəni eyni vaxtda saxlanılan tanışı təqsirləndirilən şəxs1 ilə birlikdə götürdüyünü, həmin narkotikləri Ariflə birlikdə Arifin evinə gətirib gizlətdiyini bildirmişdir. Həmin vaxt təqsirləndirilən şəxs1 də verilən suallara cavab olaraq onun dediklərini təsdiq etdiyini, aşkar olunan narkotik maddələri onunla birlikdə əldə edib yaşadığı evinə gətirdiyini və orada saxladığını bildirmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ## ###### 2024-cü il tarixdə, saat 18:30 radələrində evdə içkili vəziyyətdə yemək yemişdir. Bu zaman təqsirləndirilən şəxs2 ona zəng etmişdir. Azər ona hansısa işi olduğunu və birlikdə bir yerə getməyi təklif etmişdir. Onlar əvvəllər də bir çox yerə birlikdə getdiklərindən o, razılaşmışdır. O, əynini geyinmiş, evdə işləyən xadimə isə evdə təmizlik işləri görmüşdür. O, Azərlə görüşdükdən sonra yolun yarısında hara getdiklərini soruşmuş, Azər isə Lökbatan ərazisinə getdiklərini bildirmişdir. Azər kimləsə görüşəcəyini dediyindən o, artıq səfərin məqsədini soruşmamışdır. “Meyvəli bazarı”nın yaxınlığında dayanaraq çay içmiş, həmin vaxt o, 100 qram araq da içmişdir. Daha sonra, təxminən 40 dəqiqəlik məsafədə, Lökbatan–Xocəsən yolu istiqamətində dağlıq əraziyə getmişlər. Ünvana çatdıqdan sonra o, Azərdən nə baş verdiyini soruşmuş, lakin Azər heç nə deməmişdir. Azər bir qədər sonra əlində bağlama ilə qayıtmışdır. O, bağlamanın içində nə olduğunu soruşduqda, Azər onun içində “ot” olduğunu bildirmişdir. Bu zaman o, iradını bildirərək narkotik vasitə arxasınca gedirdisə, onu niyə apardığını soruşmuşdur. Azər narahat olmamasını, heç nə olmayacağını demişdir. Həmin yerdə aralarında qısa mübahisə olmuş, ərazi qaranlıq olduğundan o, avtomobildən düşüb gedə bilməmiş, Azər onu evə aparmışdır. Keşlə qəsəbəsinə çatdıqda o, avtomobili saxlamasını xahiş etmiş, evə ərzaq almalı olduğunu bildirmişdir. Sonra evə çatdıqda avtomobilin arxa oturacağından ərzaqları və gödəkçəsini götürmüş, həyət qapısını açıb içəri daxil olan zaman həyətdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu vaxt Azər geri qayıtmış, polis əməkdaşları Azəri, onu və evində olan xadimə qadını saxlayaraq Badamdar ərazisində yerləşən polis idarəsinə aparmışlar. Polis idarəsində polis əməkdaşları onun cibinə içində nə olduğunu bilmədiyi bir büküm qoymuşlar. O, buna etiraz etdikdə, polis əməkdaşları bunun belə olmalı olduğunu bildirmişdir. Onlar təxminən iki saata qədər idarədə saxlanılmış, bu müddətdə onun baş və sinə nahiyələrinə zərbələr vurulmuşdur. Daha sonra polis əməkdaşları onları evə aparmış, evə daxil olan zaman sol tərəfdə yerləşən zalda ona örtüyü qaldırması tapşırılmışdır. Örtüyü qaldırdıqda polis əməkdaşları onun nə olduğunu soruşmuş, o isə bunun ehtimal ki, cibinə qoyulan narkotik vasitə olduğunu bildirmişdir. Həmin narkotik vasitə zalın ortasında, divanın üzərində yerləşmiş, üzəri örtüklə bağlanmışdır. Bu zaman ona yenidən fiziki təzyiq göstərilmişdir. Fiziki təzyiqlər nəticəsində məcbur qalaraq etirafedici ifadə vermişdir. Onun başına vurulmuş, xəsarətlər isə iki gün sonra üzə çıxmışdır. Xəsarətlərin səbəbi barədə ondan soruşan olmamışdır. İttiham aktında qeyd edilən narkotik vasitələrin heç biri nə onun üzərindən, nə də evindən aşkar edilməmişdir. O, əvvəllər narkotik vasitə kimi “ot”dan istifadə etmiş, lakin artıq beş ildən çoxdur ki, heç bir narkotik vasitədən istifadə etmir. Polis idarəsində üzərinə şəxsi axtarış video çəkilişlə aparılmış, daha sonra isə evinə baxış keçirilmişdir. Evə çatdıqda açar ona verilmiş, qapını özü açmış və evə çəkilişlə daxil olmuşlar. O, evdə tapıldığı iddia edilən əşyaları əvvəldən görməmişdir. Azərlə birlikdə dəfələrlə iş dalınca getmiş, lakin heç vaxt narkotik vasitə arxasınca birlikdə getməmişlər. Sonuncu dəfə gedəndə isə yalnız orada başa düşmüşdür ki, Azər əslində narkotik vasitə arxasınca gəlmişdir. Polis əməkdaşları narkotik vasitəni onun cibinə qoymuşlar. Həmçinin bildirir ki, Azər ona saxlamaq üçün heç bir narkotik vasitə verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Həmçinin, evində də narkotik maddə olmamışdır. Ona ibtidai istintaq zamanı fiziki təzyiqlər göstərilmişdir. Polis əməkdaşları evə baxış keçirən zaman orada onlardan başqa Əfsanə adlı şəxs də olmuşdur, əgər evdə narkotik vasitə olsa idi, həmin qadın da bunu təsdiq edərdi. Polis əməkdaşları narkotik vasitələri üzərlərinə götürməsələr həmin qadını da bu işə qoşacaqlarını bildirmişlər. Ona görə də o, polis əməkdaşları ilə məcbur olaraq razılaşmışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 onun məhkəmənin sorğusu əsasında əldə edilmiş barəsində olan tibbi kitabçada göstərilmiş köhnə çapıqlarla bağlı məhkəmədə verilən suallara cavab olaraq göstərmişdir ki, onun ayağında olan həmin çapıqların hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəmədə tədqiq olunan istintaq hərəkətlərinin videgörüntüləri ilə bağlı verilən suallara cavab olaraq göstərmişdir ki, şəxsi axtarış zamanı üzərlərindən aşkar edilən nakotik vasitəni polis əməkdaşları özləri vermişlər ki, video çəkiliş zamanı ciblərindən çıxarsınlar. O, Azərlə narkotik vasitə götürməyə getdiklərini bilməmiş, yalnız narkotik vasitənin olduğu konuma (telefonla göndərilmiş məkan göstəricisi) çatanda bu haqda məlumatı olmuşdur. Bundan sonra, hətta Azərlə aralarında kiçik söz-söhbət də olmuş, Qaradağ rayonu ərazisində olan narkotik vasitəni həmin konumdan təqsirləndirilən şəxs2 götürmüşdür. Evdə aşkar edilən narkotik vasitədən isə xəbəri olmamışdır. Bir daha bildirir ki, polislər tərəfindən saxlanılan zaman onların üzərində heç bir narkotik vasitə olmamış, sadəcə avtomobildə “ot”, yəni marixuana olmuşdur. Həmin marixuananı avtomobilə Azər qoymuşdur. O, Azərə marixuana götürəcəyi barədə ona xəbər vermədiyinə görə irad da bildirmişdir. O, şəxsi axtarış zamanı məcbur qalaraq suallara etirafedici cavablar vermişdir. Şəxsi axtarış istintaq hərəkətinin yalnız onun üzərindən telefon və pul aşkar olunması hissəsi doğrudur, qalan hissələri isə doğru deyil. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ## ###### 2024-cü il tarixli izahatında, daha sonra həmin tarixdə şübhəli şəxs qismində, bundan sonra isə ## ###### 2024-cü il və ## ##### 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Narkotik vasitə istifadə etdiyi üçün özünə uyğun şəxslərlə dostluq münasibətləri saxlayır. Çünki onlar da narkotik vasitə istifadəçiləridir. Həmin dostlarından biri də təqsirləndirilən şəxs2dur. təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, münasibətləri yaxşıdır, heç bir düşmənçilik və ya ədavəti olmayıbdır. ## ###### 2024-cü il tarixdə təqsirləndirilən şəxs2 ona müraciət edərək iranlı Babək adlı şəxsin narkotik vasitə göndərdiyini, həmin narkotik vasitələri birlikdə gedib götürəcəyi təqdirdə istifadə üçün narkotik vasitə qurudulmuş marixuana verəcəyini bildirmişdir. Azərlə razılaşmışdır. təqsirləndirilən şəxs2 ona narkotik vasitəni yaşadığı evdə gizlətməyi bildirmişdir. Birlikdə gedib Qaradağ rayonundan həmin narkotik vasitəni götürmüş və gətirib yaşadığı evdə gizlətmişlər. Evə çatdıqdan sonra Azər narkotik vasitələr və psixotrop maddələr olan 3 ədəd torbanın birindən bir büküm psixotrop maddə götürüb ona vermişdir ki, üzərində saxlasın, lazım olsa iranlının dediyi ünvana qoyar. Azər də bir büküm götürmüşdür ki, istifadə edər. ## ###### 2024-cü il tarixdə, saat 00:05-də ünvan 1 ünvanının yaxınlığında Azər ilə birlikdə piyada gəzərkən bir neçə polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onları həmin idarəyə aparmışlar. Həmin idarədə üzərlərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş və müdafiəçilərin siyahısı təqdim edilmişdir. Müdafiəçilər gəldikdən sonra hər ikisi şübhəli şəxs qismində tutulmuş və üzərlərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və Azərə üzərlərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Azər əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Azərin əynində olan həmin şalvarın sol yan cibindən 9 manat pul və “Vivo” markalı mobil telefon aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmişdir. Bundan sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən üç ədəd ev açarı, “Samsung” və “Nokia” markalı mobil telefonlar, içində siqaret dənəsi olan siqaret qutusu, həmin şalvarın sol arxa cibindən bir ədəd pul qabı, həmin pul qabının içindən şəxsiyyət və sürücülük vəsiqələri, bank kartı, 50 manat və 270 dollar pul aşkar olunmuşdur. Sonra psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılmış, onun və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Mobil telefonlar, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartı götürülmüş, digər əşya və pullar geri qaytarılmışdır. təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq aşkar olunmuş narkotik maddələri “Babək” adlı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb 2500 manat pul qazanmaq məqsədi ilə əldə etdiyini, həmin narkotik maddəni onun ilə birlikdə götürdüyünü, onun Azərə köməklik etməyinin əvəzində ona qurudulmuş marixuana verəcəyini, metamfetamindən istifadə etdiyini, üzərindən aşkar olunan metamfetamin maddəsini saxlamaq üçün verdiyini, Xətai rayonunda yaşadığı evdə birlikdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını, oraya narkotik maddələri onun razılığı ilə onunla birgə gətirdiyini bildirmişdir. O, verilən suallara cavab olaraq Azərin dediklərini təsdiq etdiyini, Azərlə birlikdə Qaradağ rayonu ərazisindən narkotik maddələr götürdüyünü, üzərindən aşkar olunan metamfetamini Azərin ona saxlamaq üçün həmin narkotiklərin üzərindən götürüb verdiyini, narkotikləri daşımağa köməklik etməsinin əvəzində Azərin ona qurudulmuş marixuana verəcəyini, qurudulmuş marixuanadan istifadə etdiyini, İran İslam Respublikası vətəndaşı olan “Babək” adlı şəxslə hər hansı əlaqənin olmadığını, Xətai rayonunda yaşadığı evdə narkotik maddə saxlanıldığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını, orada olan narkotikləri Azərlə birlikdə həmin evə gətirdiyini bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs2, vəkilləri və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana baxış keçirmək üçün yollanmışlar. ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə çatdıqdan sonra orada videoçəkilişlə baxış başlanmışdır. Baxış zamanı evdə qanunsuz hər hansısa əşya varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra Azər onun iştirakı ilə həmin evin girişinin sol tərəfində yerləşən qonaq otağındakı divanın yanında üstünü örtərək gizlətdiyi üç ədəd polietilen torbanı təqdim etmişdir. Həmin torbaların içindən iki ədəd bükümdə narkotik vasitə tiryək, iki ədəd bükümdə psixotrop maddə metamfetamin, səkkiz ədəd bükümdə narkotik vasitə heroin, on yeddi ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Sonra evə baxış keçirilmiş və əlavə olaraq başqa qanunsuz əşya aşkar olunmamışdır. Həmin vaxt təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq aşkar olumuş narkotik maddələri “Babək” adlı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb 2500 manat pul qazanmaq məqsədi ilə əldə etdiyini, həmin narkotik maddəni onun ilə birlikdə götürdüyünü, Azərə köməklik etməyinin əvəzində qurudulmuş marixuana verəcəyini, metamfetamindən istifadə etdiyini, üzərindən aşkar olunan metamfetamin maddəsini saxlamaq üçün verdiyini, həmin narkotik maddəni onun ilə birlikdə götürdüyünü, həmin narkotik vasitələri birlikdə onun evinə gətirib gizlətdiyini bildirmişdir. O da verilən suallara cavab olaraq Azərin dediklərini təsdiq etdiyini, aşkar olunan narkotik maddələri Azərlə birlikdə əldə edib yaşadığı evə gətirdiyini və orada saxladığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ## ###### 2024-cü il tarixdə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 adlı şəxslərin külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, saat 00:05 radələrində göstərilən şəxslər Xətai rayonu, Qafqaz küçəsi ** saylı ünvanın yaxınlığında saxlanılmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişlər. İnzibati binada onların üzərlərinə şəxsi axtarış keçirilmiş, hər iki şəxsin üzərindən metamfetamin aşkar edilmişdir. Əməliyyat məlumatına əsasən, həmin şəxslər külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmuşlar. Bu barədə onlara sual verilən zaman onlar təqsirləndirilən şəxs1 məxsus evdə də narkotik vasitə saxladıqlarını etiraf etmişlər. Həmin narkotik vasitələri Qaradağ rayonu ərazisində iranlı şəxsdən pul müqabilində əldə etdiklərini bildirmişlər. Həmin əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxslər narkotik vasitələri iranlı şəxsdən əldə etdiklərini və həmin narkotik vasitələri pul qarşılığında iranlının dediyi yerlərə qoyacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində hər ikisi birlikdə saxlanılmışlar. O, evə baxış zamanı şəxsən iştirak etmiş və evdə təqsirləndirilən şəxslərdən başqa şəxsin olmadığını xatırlayır. Təqsirləndirilən şəxslər saxlanılan zaman və evə baxış zamanı evdə başqa şəxsin də olması və həmin şəxsin də polis idarəsinə aparılması ilə bağlı, eləcə də təqsirləndirilən şəxslərə qarşı fiziki təzyiqlərin göstərilməsi barədə təqsirləndirilən şəxslərin ifadələrində bildirdikləri tamamilə yalandır, tərəflərindən təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ## ###### 2024-cü il tarixində, saat 00:00 radələrində təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Xətai rayonu ərazisində tərəflərindən saxlanılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər. İdarədə təhqiqatçının otağında təqsirləndirilən şəxslərin üzərinə baxış keçirilmiş, hər iki şəxsin üzərindən metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxslərdən təqsirləndirilən şəxs2 bildirmişdir ki, təqsirləndirilən şəxs1 yaşadığı ünvanda da narkotik vasitələr mövcuddur. Bununla əlaqədar olaraq təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilmiş və orada aşkar edilmiş narkotik vasitələr götürülmüşdür. Həmin vaxt təqsirləndirilən şəxslər narkotik vasitələri Babək adlı İran İslam Respublikasının vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüklərini bildirmişlər. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumatı şahid4 daxil olmuş, özü isə əməliyyat qrupunun üzvü olmuşdur. Təqsirləndirilən şəxslərin saxlanılması zamanı yanlarında başqa şəxs olmamış, yalnız iki nəfər olmuşlar. Baxış istintaq hərəkətinin keçirildiyi ünvan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məxsus olmuş, həmin ünvanda narkotik vasitələr isə hər iki təqsirləndirilən şəxs tərəfindən saxlanıldığı müəyyən olunmuşdur. Evə baxış zamanı marixuana, metamfetamin, tiryək və heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxslər həmin narkotik vasitələri iranlı şəxsdən aldıqlarını bildirmişlər. Həmin ünvana baxış zamanı orada təqsirləndirilən şəxslərdən başqa şəxslər olmamışdır. Həmin ünvanda təxminən 18 kiloqram marixuana, 3 kiloqram tiryək, 2 kiloqram metamfetamin və 2 kiloqram heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 metamfetamini təqsirləndirilən şəxs1 saxlamaq məqsədilə verdiyini, onlar isə narkotik vasitələri pul qarşılığında müəyyən olunmuş yerlərə qoyduqlarını bildirmişlər. İranlı şəxslə əlaqədə olan təqsirləndirilən şəxs2 olmuş, təqsirləndirilən şəxs1 isə təqsirləndirilən şəxs2la birlikdə gedərək narkotik vasitələri əldə etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Babayev İlkin Bakir oğlu ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ## ###### 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Xətai rayonu, Qafqaz küçəsi, ev ** saylı ünvanın yaxınlığında saxlanılmış və idarəyə aparılmışlar. İdarədə təqsirləndirilən şəxslərin üzərinə təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş və üzərlərindən metamfetamin aşkar edilmişdir. Daha sonra təqsirləndirilən şəxslər Xətai rayonu, Qafqaz küçəsi, ** saylı ünvanda yerləşən yaşayış evinin qonaq otağında narkotik vasitə olduğunu bildirmişlər. Evə baxış zamanı təqsirləndirilən şəxslər xatırladığı qədər 17 büküm mariuxanaya bənzər kütləni, 2 büküm tiryək, 2 büküm metamfetaminə bənzər kütləni və 7-8 büküm heroinə bənzər kütləni təqdim etmişlər. Onlara sual verildikdə həmin narkotik vasitələri Qaradağ rayonu ərazisində Babək adlı iranlının göstərişi ilə götürdüklərini və 2500 manat pul qarşılığında konumlara yerləşdirəcəklərini bildirmişlər. Evə baxış zamanı özü də iştirak etmiş, həmin vaxt evdə təqsirləndirilən şəxslərdən başqa, digər şəxs olmamışdır. Onlar tərəfindən təqsirləndirilən şəxslərə qarşı heç bir təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, polis əməkdaşları Qafqaz küçəsi, ** saylı ünvanda baxış keçirən zaman o da evin mətbəxində olmuşdur. Təqsirləndirilən şəxslər polis əməkdaşları ilə birlikdə evə daxil olmuşlar. Bundan sonra polis əməkdaşları onu evin digər hissələrinə buraxmamışlar. Təxminən bir saat sonra o, evə daxil olduqda, evin ortasında kisələrin olduğunu görmüş, lakin polis əməkdaşları həmin kisələrə baxmasına imkan verməmişlər. Daha sonra, o da təqsirləndirilən şəxslərlə birlikdə polis idarəsinə aparılmışdır. Bir müddət sonra o, idarədən buraxılmışdır. Polis idarəsində hər bir şəxs ayrı-ayrılıqda dindirildiyi üçün orada baş verən hər hansı hadisənin şahidi olmamışdır. Polis əməkdaşları ona “nə görmüsən?” və “nəyin şahidi olmusan?” məzmunlu suallar vermiş, o isə cavab olaraq Arifi taksi sürücüsü kimi tanıdığını bildirmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkət edilməmişdir. Polis əməkdaşları evə ilk dəfə gəldikdə o, evdə tək olmuş, təqsirləndirilən şəxs1 isə taksi fəaliyyəti ilə məşğul olmaq üçün evdən getmişdir. O, təqsirləndirilən şəxs1 evini müntəzəm olaraq təmizlədiyini, təqsirləndirilən şəxs1 evində 6-7 ildir işlədiyini, təqsirləndirilən şəxs2 isə 2-3 dəfə gördüyünü bildirmişdir. Qapını açdıqdan sonra 7-8 nəfər polis əməkdaşının evə daxil olduğunu, daha sonra təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 gətirildiyini bildirmişdir. O, kisələri polis əməkdaşları evə ilk dəfə gələndə gördüyünü, ikinci dəfə gəldikdə isə həmin kisələri görmədiyini, lakin həmin kisələri kimin gətirdiyini görmədiyini, eləcə də polis əməkdaşlarının kisələrin içərisində nə olduğunu ona göstərmədiklərini bildirmişdir. O, mətbəxdə olduğu müddətdə qapının bağlı olduğunu, bu səbəbdən evin digər hissəsində baş verənləri görmədiyini bildirmişdir. Onlar polis avtomobili ilə idarəyə aparılmış, yol boyu kisələrin aqibətinin necə olduğunu bilməmiş, polis avtomobilində təqsirləndirilən şəxslərlə birlikdə əyləşmişdir. Ona narkotik vasitələrlə bağlı suallar verilmişdir. İdarədəki sorğusualdan sonra polis əməkdaşları onu yenidən evə gətirmişlər. təqsirləndirilən şəxs1 evdə olmadıqda evin açarları onda olmuş və polis əməkdaşları həmin açarları ondan götürmüşlər. təqsirləndirilən şəxs1 özündə də evin açarı olmuşdur. Onu idarəyə aparan polis əməkdaşlarını hazırda tanıya bilməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili şahid4 ## ###### 2024-cü il tarixli raportundan görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.6). ## ###### 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ## ###### 2024-cü il tarixdə, saat 00:05də ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, həmin vaxt onların üzərinə şəxsi axtarış keçirilən zaman təqsirləndirilən şəxs2 əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, təqsirləndirilən şəxs1 üzərindən isə onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh.48-52). ## ###### 2024-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında protokol”dan görünür ki, əməliyyat-axtarış tədbirinin davamı olaraq ## ###### 2024-cü il tarixdə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 iştirakları ilə təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin girişindən sol tərəfdə yerləşən qonaq otağındakı divanın yanında üstünü örtərək gizlətdikləri 03 (üç) ədəd polietilen torbaların içərisindən 02 (iki) ədəd bağlamada olan narkotik vasitə tiryəkə bənzər, 02 (iki) ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər, 08 (səkkiz) ədəd bağlamada narkotik vasitə heroinə bənzər, 17 (on yeddi) ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 18 kiloqram 285 qram olmuşdur. Sonra tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 2 kiloqram 7 qram olmuşdur. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 2 kiloqram 12 qram olmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırma birlikdə çəkisi 3 kiloqram 865 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür (iş vərəqə: cild İ, səh. 57-60). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-*/*** nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N7” dairəvi möhür əksi olan bir ədəd zərfdə və iki ədəd sintetik torbada olan: Üzərində şübhəli şəxs təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 üzərindən..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “təqsirləndirilən şəxs2” sözləri, qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 16,927 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, üzərində “təqsirləndirilən şəxs1” sözləri qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 19,423 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində “şübhəli şəxs təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 təqdim etdiyi evdən. ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sintetik torbada səkkiz ədəd bağlamada ayrıayrılıqda təmiz çəkisi 440 qram, 450 qram, 460 qram, 490 qram, 470 qram, 305 qram, 460 qram, 450 qram ümumi təmiz çəkisi 3525 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 980 qram, 1005 qram ümumi təmiz çəkisi 1985 qram qəhvəyi rəngli, qətranabənzər maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Digər iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 940 qram, 1015 qram ümumi təmiz çəkisi 1955 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş 4 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və heroin ilə müqayisəli tədqiqat aparmaq mümkün deyildir (iş vərəqə: cild İ, səh.80-85). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-*/*** nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 təqdim etdiyi evdən aşkar olunan” yazılar və imzalar olan narıncı rəngli sintetik torbada 10 (on) ədəd üzərləri lentlə bağlanmış (1 ədəd qara, 9 ədəd yaşıl rəngli) sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 855 qram, 980 qram, 1015 qram, 995 qram, 990 qram, 995 qram, 990 qram, 995 qram, 990 qram, 965 qram ümumi çəkisi - 9970 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd ağ rəngli sintetik torbada 7 (yeddi) ədəd üzərləri lentlə bağlanmış qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 990 qram, 990 qram, 995 qram, 980 qram, 980 qram, 985 qram, 990 qram ümumi çəkisi 6910 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi – 16680,0 qramdır. Təqdim olunmuş 17 (on yeddi) ədəd bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı (iş vərəqə: cild İ, səh.87-90). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin məhkəmənarkoloji ekspertizasının ## #### 2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild II, səh.63-64). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin məhkəmənarkoloji ekspertizasının ## ##### 2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs1 kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: cild II, səh.65-66). ## ###### 2024-cü il tarixli təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 arasında keçirilmiş “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs1 üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir (iş vərəqə: cild İ, səh.161-167). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## #### 2024-cü il tarixli tələbnaməsindən, həmçinin hökmün və qərarın surətlərindən görünür ki, təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə məhkum olunmuşdur, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edildiyi məhkumluğundan başqa onun bütün digər məhkumluqları ödənilmişdir, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ## #### 2021-ci ildə tarixdə isə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır (iş vərəqə: cild II, səh.14- 16, 40-52, 53- 57, 58-60). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## #### 2024-cü il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli hökmü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ######## 2015ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, bundan başqa o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2017-ci il tarixli qərarı ilə 05 ay 03 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, ## #### 2018-ci il tarixdə təyin edilmiş cəzanı çəkib qurtarmışdır (iş vərəqə: cild II, səh.17-18). “Məhkəmə Elektron İnformasiya Sistemi”ndən qohumluq məlumatları barədə çıxarışdan görünür ki, təqsirləndirlən şəxs təqsirləndirilən şəxs2 himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var (cinayət işinin materialları). Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, məhkum edilmiş şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Cinayət işinin apellyasiya baxışı zamanı məhkum edilmiş şəxslərə bəraət verilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətlərinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla məhkum edilmiş şəxslərin cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumun verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmə tam əsaslı olaraq məhkum edilmiş şəxslərin əməlini CM-in 234.4-1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətlərinin qeyd olunan dəlilləri də təmin edilməməlidir. Tədqiq olunmuş iş materiallarından və birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum edilmiş şəxslərin üzərindən aşkar edilən psixotrop maddə və narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq ibtidai istintaq orqanının bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirlən şəxslərin əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Təqsirləndirlən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərində törədilmiş əməlin Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməl deyil, onlara həmin maddə ilə bəraət verilməsi iddia edilir. Apellyasiya şikayətlərində cinayət və cinayət prosessual qanununun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, birinci instasiya məhkəməsinin hökmü həmin normalarla ziddiyyət təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il ## #### tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Qeyd olunanlara əsasən, müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, ibtidai araşdırmanın ilkin mərhələsində təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və onların qaldıqları evə baxış və götürmə istintaq hərəkəti videoçəkilişdən istifadə edilməklə keçirilmiş, həmin istintaq hərəkətlərinin keçirilməsinin videogörüntüləri məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən həmin istintaq hərəkətləri keçirilərkən polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı fiziki, psixoloji və ya digər qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilməmiş, həm onların üzərində şəxsi axtarış, həm də qaldıqları evə baxış və götürmə istintaq hərəkətləri zamanı həqiqətən də ittihamda göstərilən psixotrop və narkotik vasitələrin aşkar edildiyi təsdiq edilmişdir, həmçinin onlar sorğu-sual zamanı həmin maddələri təqsirləndirilən şəxs2 sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşından əldə edərək, həm təqsirləndirilən şəxs1, həm də təqsirləndirilən şəxs2 həmin maddələrin bir qismini istifadə etmək üçün, bir qismini isə onlar birlikdə İran İslam Respublikasının vətəndaşının deyəcəyi ünvanlara qoyacaqlarını, bu məqsədlə həmin maddələri birlikdə təqsirləndirilən şəxs1 məxsus evdə saxladıqlarını bildirmişlər. Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı etirafedici ifadələrini onlara qarşı göstərilən fiziki təzyiqlər nəticəsində vermələri barədə dəlillər irəli sürsələr də, bu dəlillər əsaslı görünməmişdir. Odur ki, apellyasiya məhkəmə kollegiyası apellyasiya şikayətlərində qeyd edilmiş, təqsirləndirilən şəxslərin qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni satış məqsədilə əldə etməsini və saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Bundan başqa məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin apellyasiya şikayətində göstərdikləri digər dəlillərə, yəni polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərin olmasına dair dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ifadələrində polis əməkdaşları tərəfindən onlara fiziki və psixi təzyiqlərin göstərilməsinə dair bildirdiklərinin araşdırılmasından ötrü birinci instansiya məhkəməsinin sorğusu əsasında təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 saxlanıldıqları İstintaq Təcridxanasına daxil olarkən üzərlərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 barələrində olan tibbi kitabçalarda göstərilmiş köhnə çapıq toxumaları barədə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərə sual verilərkən onlar həmin çapıq toxumalarının hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirmişlər. Göründüyü kimi, təqsirləndirilən şəxslərdə onların polis əməkdaşları tərəfindən saxlanıldıqları tarixə aid hər hansı xəsarətlər müəyyən edilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı onların ilkin olaraq tutulduqdan sonra X6 qəbul edilərkən üzərlərində hər hansı xəsarətlərin olub-olmamasının araşdırılmasından ötrü göndərilmiş məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məhkəməyə ünvanlanmış ## #### 2025-ci il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tutularaq X6 qəbul edilərkən onlarda hər hansı xəsarətlər müəyyən edilməmişdir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri etirafedici izahat və ifadələrini fiziki və psixoloji təzyiqlərin təsiri altında alınması ilə əlaqələndirsələr də, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Onlar həmçinin məhkəməyədək icraat zamanı verdikləri izahatlarında, daha sonra isə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçilərinin iştirakı ilə verdikləri və şəxsən özlərinin imzaları ilə təsdiq etdikləri ifadələrində polis əməkdaşları tərəfindən onlara qarşı heç bir fiziki və psixi təzyiq edilmədiyini bildirmişlər. Təqsirləndirilən şəxslər məhkəmə baxışı zamanı ifadələrində qeyd etdikləri həmin «qanunsuz hərəkətlər» barədə, yəni ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən onlara edilən fiziki təzyiqlər nəticəsində etirafedici ifadələr vermələrini göstərsələr də, onların ibtidai istintaq zamanı bu barədə ümumiyyətlə bildirməmələri də həmin ifadələrinin inandırıcı olmadığını və yalan olduğunu bir daha təsdiq etmişdir. Beləliklə də, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi ilə bağlı gətirdikləri dəlillərin məhkəmədə araşdırması nəticəsində onların məhkəməyədək icraat zamanı hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin həmin narkotik vəsitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə edib daşımaları qənaətinə gələrkən aşkar edilmiş psixotrop maddə metamfetaminin (2 kiloqrama yaxın) və narkotik maddə heroinin (3 kiloqram 500 qramdan artıq) xüsusilə külli miqdar həddindən, digər narkotik maddələr tiryək (2 kiloqrama yaxın) və qurudulmuş marixuananın (16 kiloqram 600 qramdan artıq) isə külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmasını, həmin maddələrin müxtəlif növlərdə, ayrı-ayrı bükümlərdə və bağlamalarda olmasını, həmin maddələrin yanında üzərində heroin izləri olan tərəzinin də aşkar edilməsini, habelə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin həmin maddələri götürüb başqa yerlərə qoymaları ilə bağlı narkotik vasitələrin qanunsuz dövriyyəsinə dəlalət edən başqa şəxslərlə əvvəlcədən sövdələşmələrinə dair razılıq əldə etmələri ilə əlaqədar ifadələrində göstərdikləri ilə bağlı işin faktiki hallarını nəzərə alır və hesab edir ki, işin bu faktiki halları da təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərində göstərdikləri dəlilləri tam təkzib edir. Təqsirləndirilən şəxslərin onlara birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən cinayət əməlini törətməsi apellyasiya şikayətlərində iddia olunanın əksinə olaraq məhkəmə kollegiyasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı yoxlanılaraq, həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərin qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamamaqla, yuxarıda sadaladığı sübutları qeyd etməklə məhkum edilmiş şəxslərin təqsirlərinin tam sübuta yetirilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, ** saylı qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, məhkum edilmiş şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkum edilmiş şəxslərin barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini nəzərə almışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxslərin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onların barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) saat üçün, cəmi 198 (yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili X5 tərəfindən məhkum təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) saat üçün, cəmi 198 (yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-416/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-416/2026
12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver