Məhkəmə qərarları › İş №1(3-6)-417/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-417/2026

30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-417/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Kredo vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Tağıyev Azər Heydər oğlunun sədrliyi, X3 və X5 ibarət tərkibdə) *(***)-****/**** saylı, ##.##.2026-cı il hökmü ilə, ##.##.1992-ci il ildə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və oun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin, qətimkan, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Işin halları: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa tam məlum olmayan “Baba” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda sonuncunun göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 29 kiloqram 900 qram çəkidə qurudulmuş marixuananı əldə etmişdir. Daha sonra o, həmin narkotik vasitəni pul müqabilində deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edərək sərnişin qismində minməklə oturduğu “Mercedes” markalı **-GN-*** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerinə yerləşdirib daşımaqla orada saxlamışdır. Bundan sonra o, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə saat 01:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi, “Binə” bazarının qarşısında qeyd edilən avtomobilin yanında piyada hərəkətdə olan zaman tutularaq saxlanılmışdır. Həmin tarixdə saat 01:05-dən etibarən sərnişin qismində minməklə oturduğu şahid2 məxsus olmaqla sonuncu tərəfindən idarə edilən “Mercedes” markalı **-GN-*** dövlət nömrə nişanlı avtomobilə özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerində olan üç ədəd narıncı rəngli sintetik torbaların içərisindən otuz ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 975 qram, 1015 qram, 1000 qram, 990 qram, 980 qram, 965 qram, 960 qram, 985 qram, 1005 qram, 995 qram, 975 qram, 1020 qram, 995 qram, 1025 qram, 1015 qram, 1020 qram, 1010 qram, 1005 qram, 1015 qram, 1030 qram, 980 qram, 1020 qram, 1000 qram, 980 qram, 950 qram, 990 qram, 990 qram, 980 qram, 1000 qram, 1030 qram olmaqla ümumi təmiz çəkisi 29 kiloqram 900 qram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 234.4.1-ci maddəsi xaric edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif olunmasını və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən tutulması ilə bağlı istintaq orqanına və məhkəməyə səmimi ifadələr vermişdir. Lakin, bu hal Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini etiraf etməsi anlamına gəlməməlidir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan maddələr üzrə cinayət əməlini törətməsi istintaq orqanı tərəfindən ibtidai araşdırma zamanı və məhkəmə baxışında sübuta yetirilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs istintaq zamanı və məhkəmə baxışında verdiyi ifadələrdən açıq-aşkar görünür ki, o, 29900 qram miqdarında narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi və tamah niyyəti ilə deyil, öz istifadəsi üçün əldə etmiş, qeyd olunan marixuananı əldə edərkən hər hansı bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında iştirak etməmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında səmimi ifadə verərək, 29 kiloqram 900 qram miqdarında narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitəni əldə etmək üçün hər hansı bir şəxslə, o cümlədən şəxsiyyəti istintaqa məlum olmayan “Baba” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında çıxış etmədiyini, narkotik vasitədən heç kimə satmadığını və satmaq məqsədinin olmadığını bildirmişdir. Verilmiş ittihamda Təqsirləndirilən şəxs “...adı istintaqa “Baba” kimi məlum olan Iran Islam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək...” qeyd edilsə də, yəni guya Təqsirləndirilən şəxs həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında çıxış etməsi israr edilsə də, istintaq zamanı həmin şəxslərin şəxsiyyəti müəyyən edilməmiş, həmin xüsusat araşdırılmamış, hər hansı bir sübut toplanmamış, nəticədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə əsassız olaraq ittiham verilmişdir. Əslində isə ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs hər hansı bir narkotik vasitə əldə etmək, daşımaq və ya satmaq məqsədi olmamış, bununla bağlı o, hər hansı bir şəxslə, o cümlədən Baba adlı şəxslə razılaşmamışdır. Həmin gün +************ saylı “WhatsApp” nömrəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrəyə narkotik vasitə əldə etməsi barədə sms göndərilmiş, nəticədə həmin nömrəni istifadə edən şəxs onu cinayət törətməyə təhrik etmişdir. Qeyd olunan nömrənin rabitə vasitələrində qeydiyyata alınmaması, yalnız “WhatsApp”-da istifadə edilə bilən olması özlüyündə şübhəli haldır. Yəni, əslində qeyd olunan nömrəni istifadə edən şəxsin müəyyən olunmaması Təqsirləndirilən şəxs hər hansı bir şəxslə əlbir olmasını istisna edir. +************ saylı nömrədən Təqsirləndirilən şəxs nömrəsinə sms-in süni intellekt proqramı vasitəsi ilə göndərilməsi istisna deyil. Istintaq zamanı və məhkəmə baxışında şahid qismində ifadə vermiş polis əməkdaşları və digər şahidlər ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, əldə etdiyi qurudulmuş marixuananı satmaq məqsədinin olması, həmçinin onun hər hansı bir şəxslə əlbir olması barədə heç bir məlumatlarının olmadığını bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs 29900 qram miqdarında marixuananı özü hazırlamamış, həmin maddəni o, üç ədəd torbada otuz ədəd sellofan bağlamalara ayırmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin miqdarda marixuananı əldə edərkən həmin torbalarda əvvəlcədən olmuşdur. Yəni, marixuananın külli miqdarda olması, o cümlədən üç ədəd torbada otuz ədəd bağlamada olması halı Təqsirləndirilən şəxs marixuananı satış məqsədi ilə əldə etməsi anlamına gəlməməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Başqa sözlə Təqsirləndirilən şəxs qeyd olunan maddələr üzrə cinayət əməlini törətməsini təsdiq edən sübutlar cinayət işinin materiallarında mövcud deyildir. Belə olan halda Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Bundan başqa ##.##.2025-ci il tarixli ittiham aktında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, onun törətdiyi cinayətin cinayətlərin residivini yaratması qeyd edilmişdir. Bununla bağlı’ qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs sonuncu dəfə ##.##.2021-ci il tarixli hökmlə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin cinayətlərin residivini yaratmaması, cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ## ###### 1992-ci il tarixdə Ağcabədi rayonu Sarıcalı kəndində anadan olmuş, həmin kənddə yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, evlidir, himayəsində iki azyaşlı uşağı vardır. Həmin hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs son sözündə barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Lakin, Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yüngül cəza verilməsi ilə bağlı məhkəməyə söylədiyi xahişi, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın isə olmamasını, törətdiyi cinayətin cinayətlərin residivini yaratmamasım nəzərə almayaraq onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərində müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Müdafiə tərəfi əməlin CM-in 234.1-1ci maddəsinə tövsif edilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsii ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin tövsif edilməsi, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməsi qənaətinə gələrkən digər sübutlarla yanaşı onun ibtidai araşdırma zamanı vermiş və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrə əsaslanmışdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən bir gün əvvəl “Whatsapp” mobil tətbiqi vasitəsilə tanımadığı bir IIR-na məxsus nömrədən bir şəxs ona yazaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmiş və daha sonra “30 ədəd vəsaitim var, götürə bilərsən?” deyə soruşmuşdur. O isə həmin şəxsdən “vəsait” dedikdə nə nəzərdə tutduğunu soruşmuş, sonuncu da ona “ot”, yəni marixuana olduğunu və hər bağlamaya görə ona 700 manat pul verəcəyini demişdir. Lakin bu zaman onun məqsədi iranlını aldadaraq həmin maddələri ələ keçirib öz istifadəsi üçün özündə saxlamaq olmuşdur. Daha sonra həmin şəxs ona Bakı şəhərinə gedərək Lökbatan deyilən əraziyə yollanmalı və gizlədilmiş yerdən həmin maddələri götürüb sonradan ona deyiləcək ünvanlara yerləşdirməli olduğunu bildirmişdir. ## ###### 2025- ci il tarixdə Ruslan adlı tanışı ilə nahardan sonra görüşüb yeyib-içən zaman iranlı ona yazaraq narkotik maddələri axşam saatlarında Bakı şəhərində bir ünvana qoyduracağından Bakıya yollanmasını qeyd etmişdir. O, bu barədə Ruslana bildirdikdə sonuncu neçə vaxtdır ki, qohumunun yanına getməli olduğunu bildirərək, belə bir fürsət əlinə düşdüyündən onu özü ilə aparmasını xahiş etmişdir. O, Ruslana ayrı bir işlə bağlı Bakıya getdiyini, bir saatlıq işinin olduğunu və dərhal geri qayıdacağını bildirəndə sonuncu Bakıya çatanda özünün ayrı ünvana gedəcəyini, gözləməli olmayacağını qeyd etmişdir. Daha sonra o, rayonda üzdən tanıdığı və taksi işləyən Orxan adlı şəxslə 150 manata onu Bakıya aparıb-gətirməyə razılaşmış, sonuncuya guya Bakıda bir nəfər şəxsdən şəxsi əşyalarını götürməli olduğunu bildirmişdir. Orxan Ruslanla onu Quzanlı adlanan ərazidən götürmüş, bu zaman maşında başqa bir nəfər şəxs də olmuş, o, sonradan həmin şəxsin Orxaın qohumu olduğunu öyrənmişdir. Beləliklə, o, Orxana Yasamal rayonuna getdiyini bildirsə də, özü isə Iranlının göndərdiyi konumu izləmiş, Lökbatan qəsəbəsinə çatanda görüşməli olduğu şəxsin onun əşyalarını yaxınlarda bir yerə qoyub getdiyini bildirərək maşından düşmüş, torbaları tapdıqdan sonra isə geri qayıtmışdır. Torbaları yük yerinə qoyan zaman Orxan içində nə olduğunu soruşmuş, o isə əsasən paltar olduğunu, sellofana büküldüyünü bildirmiş, hətta şübhələnirsə belə torbaları açıb göstərə biləcəyini bildirmişdir. Onlar təxminən 15 dəqiqə getdikdən sonra DYP-nin əməkdaşları onları saxlamış və onlar maşından düşdükdən sonra mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları videoçəkilişlə onların üzərinə və avtomobilə baxış keçirilməli olduqlarını bildirmiş, onların üzərindən qanunsuz heç bir əşya aşkar edilməmiş, mobil telefonları isə götürülmüşdür. Daha sonra o, səmimi olaraq polis əməkdaşlarına avtomobildə narkotik maddə olduğunu bildirmiş, Orxanın razılığı ilə maşına baxış keçirilən zaman o, yük yerindən üç ədəd torbaları polislərə təqdim etmişdir. Torbaların içərisinə baxış keçirilib tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, daha sonra Baş Narkotiklərlə Mübarizə Idarəsinə gətirilmiş, orada eyni məzmunlu izahat vermiş və qeyd olunanlar barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, götürdüyü bağlamada 30 kq qurudulmuş marixuana olmuş, torbaları maşına qoyub 10- 15 metr getdikdən sonra yol polisləri onları saxlamış, bu zaman o, polislərin onun əməlindən məlumatlı olduqlarını anlamış, saxlandıqdan 5-10 dəqiqə sonra üzərlərinə və avtomaşına baxış keçirilərək çəkiliş aparmışlar. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməməsi, bunun sübuta yetirilməməsi iddialarına gəldikdə bu dəlili də iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. CM-in 234.2-ci maddəsində cinayətin məqsədi dispozisiyada konkret olaraq cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama, daşıma və ya göndərmə əməlləri satış məqsədi ilə törədildikdə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, aşkar edilmiş narkotik vasitə- üç ədəd narıncı rəngli sintetik torbalarda ümumi sayı 30 (otuz) ədəd sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri - 975 qram, 1015 qram, 1000 qram, 990 qram, 980 qram, 965 qram, 960 qram, 985 qram, 1005 qram, 995 qram, 975 qram, 1020 qram, 995 qram, 1025 qram, 1015 qram, 1020 qram, 1010 qram, 1005 qram, 1015 qram, 1030 qram, 980 qram, 1020 qram, 1000 qram, 980 qram, 950 qram, 990 qram, 990 qram, 980 qram, 1000 qram, 1030 qram, ümumi çəkisi 29900 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi – 29900 qram olmuşdur, qeyd olunan çəkidə narkotik vasitənin şəxsi istifadə məqsədi ilə saxlanılması və daşınması inandırıcı olmamışdır. Əməliyyat məlumatı da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Onun üzərində aşkar edilmiş narkotik vasitənin miqdarı külli miqdar təşkil etməklə istehlak miqdarından dəfələrlə çox olmuşdur ki, qeyd olunan hal narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən hallardandır. Müdafiə tərəfi Təqsirləndirilən şəxs narkotik vasitənin satışını həyata keçirmədiyi kimi təsvir etdiyi halda, iş materiallarında olan ona məxsus mobil nömrəyə daxil olan və çıxan xeyli sayda sms yazışmalarından onun özündə və hətta başqalarına da verə biləcək qədər narkotik vasitə və psixotrop maddəyə sahiblik etməsinin, digərilərinə verməsinin müəyyən edilməsi ilə təkzib olunur. Eyni zamanda işdə olan mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə ##.##.2024-cü il tarixdə “Pul var adama 20 qoax yari gotrek”, 051-686- **-** saylı GSM nömrənin istifadəçisinə ##.##.2024-cü il tarixdə “qaqa derman civmde anamin cani qonaxnanam seni gozdurem” yazdığı SMS-ə cavab olaraq sonuncunun həmin tarixdə “Bu nedi vermsen ay qaqa. Paranın parası. Deyeydnde beledi, Indise men qaldm agrda, Qaqa hardasan. O. Dasdan ciqiliii eyy balaca. Ver ma maln icne atmm, Ayy qaqa. Niyee bele eliyrsenkii sen ma deyrsen 1 denedi acramki. 4 de birdi, Oguneremde. Alladn. 1 butoy vermelydn. Vermedin. Indide. 4. De 1 irin verib gedrsen deyrsenki serr verejem. Zeng edrem telfonda acmrsann. Niyee bele elyrsen. Ma catmreyy.”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə ##.##.2024-cü il tarixdə “X4 X1 Yixfki 35ptoy X2, demeyim odu qayida bilsen atiwif gotruf atardix bawmizin altina”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinin ##.##.2025-ci il tarixdə “Salam abi netersen veziyetin neterdi mene soz demisdin eyy yadına gelir derman bildin neyi deyirem qaqa lazımdı o saaa abi”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə ##.##.2025-ci il tarixdə “Qaqa meb lomkadayam pulda var nagarim?catiram rayona”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə ##.##.2025-ci il tarixdə “Adas qadan alim derman amanati qaqa mamam axaam falqani goruf biaborcilixdi basna donum gor nagrsan” mətnli qısa mesaj yazması müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasının müəyyən edilmiş sayılmasına dair qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, CPM-in cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsə təyin edilən cəza məsələsinə gəldikdə isə birinci instansiya məhkəməsi cəza təyin edərkən ailəli olmaqla, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsin sanksiyaları daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Kredo” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar