Məhkəmə qərarları › İş №1(3-6)-420/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-420/2026

22.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-420/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Qarayeva Mehriban Cəfər qızı (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclası katibi Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə (hakimlər X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə) ## ###### 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə 01 (bir) il 01 (bir) ay 02 (iki) gün vaxtından əvvəl şərti azad olunması hissəsinin ləğv edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)- **/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Işin halları: Istintaq orqanı tərəfindən verilmiş ittihama və birinci instansiya məhkməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə Goranboy rayon məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu, həmçinin qəsdən cinayət törətməyə görə Göygöl rayon məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 204.1, 234.1, 66.2, 67.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş 1 il 1 ay 2 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi, məhkumluqları götürülmədiyi və ödənilmədiyi halda, 2025-ci ilin yanvar ayında şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək cinayətkar qrupun Rusiya Federasiyasında olan üzvlərinə göndərilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq ## ###### 2025-ci il tarixədək olan müddətdə cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvlərindən xeyli miqdarda, 192,62 qram qurudulmuş marixuana narkotik vasitəsini tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, narkotik vasitənin 34,26 qramlıq hissəsini gümüşü rəngli 1 kağız bükümdə üzərində “Azerçay” yazılmış dəmir çay qutusunun içərisində gizlədərək “NASA U.S” yazılı göy rəngli çemodana, 99,20 və 51,08 qramlıq hissələrini ayrıayrılıqda gümüşü rəngli 2 kağız bükümdə üzərində “Azerçay” yazılmış dəmir çay qutusunun, qalan 8,08 qramlıq hissəsini isə 1 ədəd “Azerçay 20 çay paketi” yazılmış karton qutudakı çay paketlərin birinin içərisində gizlədərək “BERSIN” yazılı boz rəngli idman çantasına yerləşdirib saxlamış, daha sonra içərisində narkotik vasitə gizlədilmiş qeyd olunan çanta və çemodanı Gəncə şəhərindən Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X7 Aeroportuna daşıyaraq onları ## ###### 2025-ci il tarixdə UT*** saylı Bakı-Surqut aviareysi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən bacısı şahid14 təhvil vermiş və içərisində narkotik vasitələr olan yükləri hava limanının sərnişin daşıma xidmətində aidiyyəti aivareysi həyata keçirən şirkət tərəfindən bacısı şahid14 müşayəti ilə aparılan baqaj yükü kimi müvafiq qaydada qeydiyyatdan keçirilməsinə və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, lakin həmin tarixdə saat 21 radələrində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük Idarəsinin əməkdaşları tərəfindən X7 Aeroportunun * nömrəli terminalının bunkerində sərnişin şahid14 məxsus baqajlara keçirilmiş baxış zamanı “NASA U.S” yazılı göy rəngli çemodandan üzərində “Azerçay” yazılmış dəmir çay qutusunun içərisində gizlədilmiş vəziyyətdə 34,26 qram çəkidə, habelə “BERSIN” yazılı boz rəngli idman çantasından isə 2 kağız bükümdə qablaşdırılaraq üzərində “Azerçay” yazılmış dəmir çay qutusunun içərisində gizlədilmiş vəziyyətdə müvafiq olaraq 99,20 və 51,08 qram, 1 ədəd üzərində “Azerçay 20 çay paketi” yazılmış karton qutudakı çay paketlərindən birinin içərisində gizlədilmiş 8,08 qram olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 192,62 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X8 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsini, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında göstərilən ən aşağı həddə cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmənin hökmü əsassız və heç bir mötəbər sübutlara əsaslanmadan çıxarılmışdır. Iş üzrə ibtidai istintaq aparılarkən və məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 28ci, 125-ci, 144-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, iş üzrə ittihamın əsasına qoyulmuş sübutlar müqayisəli qaydada təhlil edilib mötəbərliliyi müəyyənləşdirilib qiymətləndirilmədiyindən hökmdə ittihamın əsasına qoyulmuş sübutlar mötəbər sübut hesab edilə bilməz. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, göstərmişdir ki, narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitənin satışı ilə məşğul olmamış, 192.62 qram qurudulmuş marixuana narkotik vasitəsini çamodana və çantaya yerləşdirilmiş çay qutularına qəsdən qoymamış, məqsədi onları qonaq qaldığı şahid4 məxsus mənzildən çıxararaq Gəncə şəhərinə öz istifadəsi məqsədilə evinə göndərmək olmuş, lakin bacısının qaynatasının qəfil vəfatı ilə əlaqədar yas mərasimi olduğundan başı qarışmış, səhər tezdən tez-tələsik təcili bacısını yola salmağa çıxmış, narkotik vasitəsini çantalarda qaldığını unudaraq onları çıxarıb evdə qoymamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni Rusiya Federasiyasına göndərmək niyyəti olsa idi, heç onları ərzaqla birlikdə Gəncəyə göndərməz, elə Bakıdan yola salardı. Təqsirləndirilən şəxs ilkin olaraq ##.##.2025-ci il tarixdə verdiyi ifadəsində narkotik vasitəni öz istifadəsi üçün Rusiyaya göndərmək niyyətində olduğunu söyləmiş, bunu sırf bacısını müdafiə məqsədilə, onun üzərinə şübhə qalmasın deyə söyləmişdir. Odur ki, onun bu ifadəsi Məhkəmə tərəfindən sübut kimi qəbul edilməməlidir. Eyni zamanda, miqdarı 192.62 qram qurudulmuş marixuana narkotik vasitənin qiyməti Xantımantiysk şəhərində 350-400 manatdan artıq deyildir, hətta ona görə həmin narkotik vasitəyə orada heç tələbat belə yoxdur, orada onu heç pay belə vermirlər. Təqsirləndirilən şəxs qurudulmuş marixuananın Rusiyada heç kimə lazım olmadığı halda risk edərək gömrük sərhəddindən qəsdən keçirməsi absurd, məntiqsiz bir hərəkətdir. Məhkəmə Təqsirləndirilən şəxs “şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması və AR gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirilərək cinayətkar qrupun Rusiya Federasiyasmda olan üzvlərinə göndərilməsi barədə qabaqcadan əlbir olan 1 qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq ##.##.2005-ci il tarixədək olan müddətdə cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvlərindən xeyli miqdarda 192.62 qram qurudulmuş marixuana narkotik vasitəni tamah niyyəti ilə və satış məqsədilə qanunsuz olaraq əldə etmiş, çanta və çemodana yerləşdirib saxlamış, daha sonra çanta və çemodanları Gəncə şəhərindən X7 Aeroportuna Rusiya Federasiyasına gedən bacısı şahid14 təhvil vermiş və həmin yüklərin AR gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuşdur“ kimi ittihamda təqsirli bilsə də, bu ağır ittihamları təsdiq edəcək heç bir sübut hökmdə əks olunmamışdır. Belə ki, iş materiallarında Təqsirləndirilən şəxs hansı bir şəxslə satış məqsədilə narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması, gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirməsinə, cinayətkar qrupun Rusiya Federasiyasında olan hansı üzvlərinə göndərilməsi və hər hansı qabaqcadan əlbir olan 1 qrup şəxs halında cinayət əlaqəsinə girməsinə dair heç bir dəlil yoxdur. Iş materiallarına istintaq orqanı tərəfindən sübut kimi əlavə edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefonun foto və video bölməsindəki məlumatlardan çemodanların bir neçə istiqamətdən şəkilləri, müxtəlif çərəzlər, şirniyatlar, “Azərçay” çayları və sair ərzaq məhsullarının stolun, sonra divanın üzərində olduğu, daha sonra fotoda elektron tərəzinin üzərində qara sellofanda 101.00 qram çəkidə predmet və yanında marixuana narkotik vasitəsinə bənzər bitki kütləsinin olduğu, şahid5, şahid4 və bacısı şahid14 ilə danışıqlarının olması görünür. Adları göstərilən şəxslərdən başqa telefonda Təqsirləndirilən şəxs kiminləsə danışması, kiminləsə cinayət əlaqəsində olması, narkotik vasitənin satışı, gömrük sərhədindən keçirilərək Rusiya Federasiyasına göndərilməsi barədə hər hansı bir yazışma, danışıq yoxdur. Həmin bu şəxslər də, cinayətkar qrupun üzvləri olmadıqlarına görə və protokollardan da görünür ki, Təqsirləndirilən şəxs başqa şəxslərlə əlaqəsi, danışığı olmamış, həmin elektron tərəzinin üzərində olan marixuana narkotik vasitəsi olan şəkillər heç kimə göndərilməmişdir. Eyni zamanda şahid4 və şahid14 telefonlarına da baxış keçirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs verilmiş ağır ittihamın əsasına qoyulmuş sübutlar mötəbər sübut hesab edilə bilməz, belə ki onların heç biri Təqsirləndirilən şəxs 1 qrup şəxslə razılaşmaqla narkotik vasitənin satış məqsədilə gömrükdən keçirməklə Rusiyaya göndərməsini təsdiq etmir. Təqsirləndirilən şəxs narkomandır, narkoloji tibbi rəy bunu təsdiq edir, elə narkotik vasitənin də çay qutularının içində qablaşdıraraq Gəncə şəhərinə göndərməsi onun öz istifadəsi üçün göndərildiyinə bir sübutdur, şahid4 məxsus mənzildə qalmaqla orada Farizlə birlikdə narkotik vasitə qəbul etmişdirlər. Müdafiə tərəfinin təkidlə həmin şəxslərin məhkəməyə gələrək ifadə vermələrini dəfələrlə istəməsi bununla əlaqədar olmuşdur. Daha sonra telefonda olan “şübhəli hesab edilən” şəkillər Səbuhi tərəfindən kiməsə göndərilməyibsə verilmiş ittihama da heç bir aidiyyatı yoxdur. Eyni zamanda müdafiə tərəfinin təkidilə əsas şahidlərin çağırılıb dindirilməsi xahişinə baxmayaraq sübutlar siyahısında adları göstərilən əsas şahidlər şahid5 Avtandil oğlu, şahid4, şahid1 və şahid2 məhkəməyə çağırılıb dindirilmələri təmin olunmamışdır. Belə ki, aşkar olunmuş narkotik vasitə şahid4 mənzilində qablaşdırılaraq Gəncə şəhərinə göndərilmiş, iş materiallarında sübut kimi istinad olunan fotoşəkillərdə Təqsirləndirilən şəxs tərəfindən fotoşəkillər çəkilərkən Feyruz Məmmədovun da otaqda olduğu görünür, digər şahid şahid1 guya Təqsirləndirilən şəxs hərdənbir marixuana alıb istifadə etməsi barədə həqiqətə uyğun olmayan ifadələr vermiş, həmçinin şahid2 da Təqsirləndirilən şəxs narkotik vasitə marixuana verəcəyi barədə ifadələr vermişdir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması onun müdafiə olunmaq hüququndan məhrum etməməlidir, əvvəlki məhkumluqları - onu sübuta yetirilməyən ittihamla 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmək üçün əsas deyildir, insan əvvəllər törətdiyi cinayətlərin cəzasını çəkmiş və onların heç biri narkotik maddələrin satışı ilə əlaqədar olmamış, Təqsirləndirilən şəxs təyin olunmuş cəza təkcə ona deyil, onun anasına və 2 övladına təyin olunmuş cəzadır. Təqsirləndirilən şəxs 11 yaşlı oğlu Nurlan daun sindromludur, 1 ildir atasını görmür. Səbirsizliklə onun gəlməsini gözləyir. Daun sindromlu uşaqlar çox duyğusal, həssas olur. Onlar üçün ailə dəstəyi və isti münasibət həyati əhəmiyyət daşıyır. Çox vaxt başqalarının kədərini və sevincini dərindən hiss edə bilirlər. Buna görə də mehriban, qayğıkeş mühitdə daha rahat inkişaf edirlər. Təqsirləndirilən şəxs uzunmüddətli azadlıqdan məhrum edilməsinin yaşlı, xəstə anasına və azyaşlı Daun sindromlu uşağa necə təsir edəcəyini müşavirə otağında cəza təyin edərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində ona ittiham verilmiş AR Cinayət Məcəlləsinin 206.3.2 maddəsinin tərkibi yoxdur, belə ki, bu cinayət əməlinin sübut olunması üçün əməlin qəsdən törədilməsi, gömrük nəzarətindən yayınma faktı və predmetin qanunsuz keçirilməsi niyyəti olmalıdır ki, məhkəmə istintaqı zamanı qəsd və niyyətin olması sübuta yetirilməmişdir. AR Cinayət Məcəlləsinin 234.4.1 maddəsi ilə verilmiş ittiham da sübuta yetirilməmiş və onun əməli CM-nin 234.1ci maddəsinə tövsif edilməlidir. Belə ki, aşkar olunmuş 192.62 qram qurudulmuş marixuana narkotik vasitəsi qanunvericiliyə görə xeyli miqdar hesab olunur, satış məqsədi və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə dair ittiham orqanı tərəfindən kifayət qədər zamanları və imkanları olduğu halda məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsini, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında göstərilən ən aşağı həddə cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən şəxsə AR CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə elan olunmuş ittihamların əsassız olmasına baxmayaraq məhkəmə tərəfindən belə qanunsuz hökmün çıxarılması qəbul edilməzdir. Birinci instansiya məhkəməsi elan olunmuş ittihamla bağlı əsasları tam, hərtəfli və obyektiv araşdırmadan məhkəmə istintaqında əldə edilmiş kifayətedici sübutların olmasına baxmayaraq şəxsin satış məqsədi olmasını təsdiqləyən heç bir faktın sübutların olmaması, aşkar olunmuş narkotik vasitə marixuananın çəksinin 212 qram olmasının külli miqdarda narkot vasitə olması faktına düzgün hüquqi qiymət verməmişdir. Şəxsin narkotik vasitənin hər hansı bir şəxs və ya şəxslərlə birlikdə əldə olunmasında əlaqəsinin olması, hər hansı növ narkotik vasitənin satışı faktını təsdiqləyən hər hansı bir sübutun olmamasına baxmayaraq belə bir nəticəyə gəlməsi faktı inanılmazdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəza əsassız olduğuna görə qanuna uyğun və ədalətli hesab edilə bilməz. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında Qanuna görə narkotik vasitə qurudulmuş marixuananın 5 qram çəkidə olması xeyli miqdar 500 qram çəkidə olması isə külli miqdar kimi qiymətləndirilir. Faktiki şəxsin əməlində göstərilən cinayətlərin tərkibi yarandığı halda ona 192,62 qram bu çəkidə narkotik vasitəyə görə (bu xeyli miqdar hesab edildiyinə görə) AR CM-nin 206.2 və 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamlar elan olunmalı bu ittihamlarda az ağır cinayətlər kateqoriyasına aiddirlər. Göründüyü kimi istintaq orqanının narkotik vasitənin satışına görə hansı əlbirlikdən söhbət etdiyi fərziyyə və ehtimalları belə şərh etmədən və şərh olunsa belə etimal və fərziyələrə istinad edilməklə belə bir ağır ittihamın irəli sürülməsi qəbul edilməz və qanunvericiliyin tələblərinə tam ziddir. Digər tərəfdən şəxsin Beynəlxalq hava limanında Azərbaycan ərazisində saxlanılması gömrük sərhəddini keçmə və ya gizli yolla keçirmə kimi təqdim edilə bilməz. Şəxs əlində olan çamadanı gizlətməmiş və onu buraxılış yoxlama məntəqəsinə çatanda belə təqdim etmək fikrində də olmuşdur. Bunun özü belə onun qaçaqmalçılıq etmək fikrində olmamasına dəlalət edir. Sumkada olan narkotik vasitənin yaddan çıxardaraq orada saxlanması halı isə onun qəsdi ilə əhatə olunmadığından həmin cinayətin qəsdən törədilən cinayətlər kateqoriyasina aid olunduğundan onun əməlində qaçaqmalçılıq cinayətinin tərkibi istisna olunur. Ona görədə birinci istintsiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş əsasız ittihamla bağlı çıxarılmış hökm qanuna zidd olduğundan, barəsindəki hökmdən CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham çıxarılmalı, əməli CM-nin 234.1-ci maddəsinə tövsif olunmaqla barəsində ədalətli hökm çıxarılmalıdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə edərək, dəlillərinə uyğun çıxış etdilər və apellyasiya şikayətlərinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsini, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında göstərilən ən aşağı həddə cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin hökmü qanuni, əsaslı və ədalətlidir. Məhkəmədən apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan müdafiəçilərin apellyasiya şikayətlərinin əsas dəlili Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsindən, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsindən və həmin maddənin sanksiyasında göstərilən ən aşağı həddə cəza təyin olunmasından ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, hökmün təqsirləndirilən şəxsin müdafiəçilərinin mübahisələndirdiyi hissəsində yoxlanılmasını, eyni zamanda hökmün qanuni və əsaslı olmasını apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq yoxlanılmasını məqsədəuyğun hesab edərək, apellyasiya icraatını qismən məhkəmə istintaqı keçirməklə aparmışdır. Belə ki, qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun heç bir telefon danışığı olmamışdır. Onun telefon danışığı öz oğlu ilə olduğu halda müstəntiq həmin danışıqları iş materiallarına əlavə etməmişdir. Müstəntiq özünə sərf etməyənləri iş materiallarına əlavə etməmişdir. Onun bacısı narkotik maddənin qardaşına məxsus olmasını bildirməmişdir. Gömrük işçiləri ona deyən kimi, narkotik vasitənin ona məxsus olmasını, yaddan çıxaraq çamadanda qaldığını bildirmişdir. Həmin çamadan Rusiyada 3 gömrükdən və yoxlanışdan keçir. Həmin çamadanı onun oğlu götürməli idi. O, oğlunu 16 ildir görmür, niyə onu və bacısınıı belə bir təhlükəyə atsın. O, əvvəl də məhkum olunduğu üçün ona heç kəs inanmır. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, 15 ildir ki, Rusiyaya getməmişdir. Oğlu və anası ilə əlaqəsi var və ikisi də dövlət işində işləyir. Tutulan zaman üzərində telefon aşkar edilmiş, həmin telefonla oğlu ilə əlaqə saxlamışdır. O, aeroporta gedəndən qabaq şahid5 adlı şəxslə bir evdə qalmış, həmin şəxsi polislər gəlib aparanda o da onunla getmişdir. Həmin vaxt üzərində marixuana olmuş, o, buna görə 20 gün həbs olunmuşdur. 20 gündən sonra Bakıya gəlmişdir. Bütün veşlərin şəklini çəkmiş, bacısı da veşləri Bakıdan aparmalı olmuşdur. Gəlib evi yoxlayarlar deyə narkotik vasitəni çay qutularının içində qoymuş, Gəncəyə göndərmişdir. Sonra Gəncədən onu götürüb birbaşa Bakıya gəlmişdir. Onu aeroportun qabağında, çölə çıxıb siqaret çəkərkən iki əməliyyatçı saxlamışdır. Istintaqda müstəntiq ona bacısını işə cəlb edəcəyini bildirdiyi üçün elə ifadə vermişdir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “telefona baxış keçirilməsi barədə” protokollar elan edilərkən ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun orada başqa izahları da olmşdur ki, oğluna və anasına yığmışdır. Hədiyyələrin şəkilini göndərmişdir. Istintaq orqanı hədiyyələrin şəklinin heç birini çıxartmamışdır. Axırıncı zəngi oğluna olmuş və bildirmişdir ki, problem yarandığı üçün Surquta getməsin. şahid2la münasibəti olmuş, amma onu heç çıxartmamışdırlar. Oğlunun anası tez-tez yığmışdır ki, “hədiyyələri niyə göndərmirsən?” Sonda şəkilin çəkmişdir ki, hamısını almışdır. Bircə maruixiananı göstərməmişdir. Şəkilləri ayın 5-i Bakıda çəkmişdir. Marixuananın şəklini yerin səhv salmamaq üçün özü üçün çəkmişdir. Marixuananı bir neçə çay qutusuna öz istifadəsi üçün qoymuşdur. Əvvəl bir dəmir qutunun içində olmuş, sonradan çay qutusuna qoymuş və Gəncəyə göndərmişdir. 2 gün sonra da özü də bacısının qayınatasının yas mərasimi üçün Gəncəyə getmişdir. Əşyaları oğlunun anasına hər şeyi aldığını göstərmək məqsədi ilə şəklini çəkmişdir. Marixuananı çox öncədən əldə etmişdir. Hamısını Gəncəyə göndərmişdir. Əşyaların hamısını Gəncədən götürüb bir-başa hava limanına gəlmişdir. O, marixuananın ona məxsus olmasını etiraf edir. Onun marixuananı Rusiyaya göndərmək niyyəti olmamışdır. O heç 100-150 manat əhəmiyyət daşımır. O, 100 manatlıq marixuananı ora göndərməsi məntiqsizdir. Çay qutularının içində olan marixuananı Gəncə şəhərində evdə saxlamalı idi. Anasının başı yas mərasiminə görə qarışıq olduğu üçün çamadana baxa bilməmişdir. O, yas mərasimində olduğu vaxt da narkotik vasitənin təsiri altında olmuş, elə bilmişdir ki, marixuananı çıxarıb evdə qoymuşdur. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid qismində dindidirlmiş şahid12 ifadəsində göstərmişdir ki, 2025-ci ilin yanvar ayı şöbəyə bir nəfər qadın tərəfindən Rusiya Federasiyası istiqamətində narkotik vasitələrin aparılması ilə bağlı məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, müvafiq olaraq şəxsin baqajlarına xidməti it vasitəsi ilə yoxlanış keçirilmişdir. Yoxlama zamanı narkotik vasitə olan marixuana aşkarlanmışdır. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid şahid12 ona verilən suallara cavab olaraq bildirmişdir ki, birinci instansiya zamanı verdiyi ifadəni təsdiq edir. Azərbaycan Respublikasının ərazisi gömrük ərazisidir. Bu Gömrük Məcəlləsində də öz əksini tapmışdır. Xanım malların, yəni aşkarlanan narkotik vasitənin ona məxsus olmadığını, qardaşı tərəfindən verildiyini bildirmişdir. Qardaşı da yaxınlıqda olmuş, özü də təsdiqləmişdir ki, bacısına çamadanı o vermişdir. Təqsirləndirilən şəxs aeroport ərazisində saxlanılmışdır. Həmin şəxsin anket məlumatları dəqiqləşdirilmiş və tapılmışdır. Təqsirləndirilən şəxs əməliyyat qrupunun digər üzvləri tərəfindən saxlanılmışdır. Onlarda fakt həmin şəxsin mallarına baxış keçirib yoxlamaq olmuşdur. Şəxs aerport ərazisində, birinci terminalın içində olmuşdur. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı hadisənin baş verdiyi zaman hava limanının video-görüntüləri tədqiq edilmiş, lakin Təqsirləndirilən şəxs saxlanılmasına dair görüntülər müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərini cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı, həmçinin qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı əldə edilmiş sübutlarla əlaqəli şəkildə təhlil edib, qiymətləndirərək təqsirləndirilən şəxsin müdafiəçilərinin apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onların əsasları və dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya şikayətində və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməsə də, işin halları ilə apellyasiya şikayətində qeyd edilənlər öz təsdiqini tapmır, əksinə təkzib edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası xatırladır ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmazdan əvvəl 6- cı mikrorayon ərazisində yaşamış və köhnə tanışına görə Şirvan ərazisində 20 sutka X10muşdur. O, narkotik vasitə marixuananı özü də qəbul etmiş, “sutkalıq”dan çıxandan sonra gəlib ev axtara bilərlər deyə həmin yükləri Gəncəyə göndərmiş, lakin anasına mürəbbələri göndərdiyini demişdir. Narkotiki çay qutularında ona görə gizlətmişdir ki, anası mürəbbələri qablaşdırarkən onları tapa bilməsin. Bacısının qayınatası Gəncə şəhərində rəhmətə getdiyindən biletini ləğv edərək növbəti həftəyə uçuşa bilet almış və həmin ərəfədə çantada olan narkotikləri götürmək onun yadından çıxmışdır. Bundan sonra Bakı şəhərinə geri qayıdaraq bacısını yola salarkən çantadan narkotik çıxdığını demişlər. O, 15-16 ildir oğlunun yaşadığı yerə getməmiş və Surquta narkotik yollamaq məqsədi olmamışdır. Narkotikin dəyəri ümumilikdə üç yüz manat olmamış, onun bileti və onlara yolladığı payın dəyəri ondan qat-qat artıq olmuşdur. O, hava limanından çıxıb maşın gözlədiyi vaxtda polis əməkdaşları yaxınlaşaraq çantasında bitki tərkibli nə isə olduğunu bildirdikdə çay qutularını götürməməsi yadına düşmüşdür. Narkotik vasitəni uzun müddət əvvəl pay kimi əldə etmiş və narkotik vasitə marixuananı Gəncədə götürüb istifadə etmək üçün qutulara düzmüşdür. Narkotik onun əlində tutula biləcəyindən Gəncə şəhərinə özü aparmamışdır. O, narkotikin təsiri altında olduğundan marixuananı evdə saxlamaq əvəzinə çantada saxlamışdır. O, son vaxtlar altı növ narkotik istifadə etmişdir. Narkotik alveri ilə məşğul olmaq onun xarakterinə zidd olmuşdur. Yelizaveta adlı şəxs oğlunun anası olmuş, həmin şəxs hava limanında işləmiş və narkotik istifadəçisi olmamışdır. On altı il bundan əvvəl həmin qadınla qeyri rəsmi yaşamışlar. Narkotik vasitənin göndərilməsi ilə bağlı onun həyat yoldaşı və ya başqa tanışı ilə hansısa yazışması olmamışdır. Fariz onun uşaqlıq dostu olmuşdur. Ittiham aktında göstərilən miqdarda olan narkotik vasitə ona aid olmuş və ibtidai istintaq dövründəki ifadəsini bacısını müdafiə etmək üçün vermişdir. Istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi ## ###### 2025-ci il tarixli ifadəsində bildirmişdir ki, anası şahid6 ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Hazırda işsizdir, ara-sıra ticarətlə məşğul olmuşdur. Kaşkirova Yelizaveta və Vüsalə Həsənova adlı xanımlarla qeyri-rəsmi münasibətindən müvafiq olaraq 18 yaşlı Rafael Kaşkirov və 11 yaşlı Nurlan Həsənov adlı iki övladı var. Nurlan anası Vüsalə ilə birlikdə Gəncə şəhərində yaşayır və daun sindiromundan əziyyət çəkir. Rafael isə anası ilə birlikdə Rusiya Federasiyasının Xantımantisk şəhərində yaşayır. Əvvəllər məhkumluğu olub, 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1ci maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin müddətin 1 il 1 ayı üzrə şərti azadlığa buraxılmış və şərti azadlığa buraxılmağının müddətinin başa çatmasına təxminən 4 ay qalır, yəni 2025-ci ilin may ayında müddət başa çatacaqdı. O, narkotik vasitə istifadəçisidir, sonuncu dəfə təxminən 4-5 ay öncə narkotik vasitədən istifadə etmiş, həmin narkotik vasitəni tanımadığı adamlardan əldə edib istifadə etmişdir. Narkotik vasitə kimi marixunadan istifadə edir. Şərti azadlığa buraxılmağının müddəti başa çatdıqdan sonra o, işləmək üçün Xantımantisk şəhərinə getməyi planlaşdırmışdır. Bundan əlavə uzun illərdir ki, bacısı Tünzalənin səhətində problemlər var idi və bacısının xəstəliyinin düzgün diaqnozunun qoyulması mümkün olmamışdır. Həmçinin özü neçə vaxtdır övladına pay göndərmək istəmiş, bu barədə də Yelizavetaya demişdir. Yelizaveta ilə bu yaxınlarda olan söhbətlərindən birində ona “neçə vaxtdır pay göndərəcəm deyirsən, hanı?, niyə göndərmirsən bəs payı?’’ demişdir. Həm də telefon danışıqlarında Yelizavetaya bacısı Tünzalənin səhətindəki problemləri də demiş və Yelizavetadan bacısı Tünzalənin Xantımantisk şəhərindəki tanış həkimlər tərəfindən yoxlamasının nə dərəcədə mümkün olub-olmayacağını soruşmuşdur. Bunları dedikdən sonra Yelizaveta və onun anası Marina bacısı Tünzalənin xərclərini çəkəcəklərini ona bildirmişlər. O, həm bacısının səhətindəki problemlə əlaqədar onun yoxlanışdan keçməsi üçün, həm göndərmək istədiyi payı göndərmək üçün, həm də 4 ay sonra Xantımantiskə getdikdən sonra orada istifadə etmək üçün narkotik vasitəni oraya göndərmək məqsədilə qərara gəlmişdir ki, bacısının həmin şəhərə getməsini təmin etsin və göndərmək istədiyi əşyaları da bacısı ilə birlikdə yola salsın. X16 göndərmək üçün bilet pulunu dostu Farizin anası Rəna adlı xanımdan borc almışdır. ##.##.2025-ci il tarixinə nəzərdə tutulan səfərdən təxminən 3-4 gün öncə o, övladına göndərmək istədiyi payları qoyduğu 1 ədəd çemodanı Gəncə şəhərinə göndərmişdir. Həmin vaxt o, Bakıda olmuş və dostu Farizin evində qalmışdır. Çemodanı və mürəbbələri yığdığı bir çantanı öncədən göndərmişdir ki, payların arasında şüşə qabın içərisində olan mürəbbələr yolda qırılmasın deyə anası ilə bacısı onları açıb plastik qaba yerləşdirsinlər. Daha sonra isə bacısı ##.##.2025-ci il tarixdə Bakı şəhərinə gəldiyi zaman göndərmək istədiyi narkotik vasitəni çemodana yerləşdirməyi planlaşdırmışdır. Həmin çemodanı göndərərkən içində quru çay yarpaqları olan çayı qablaşdırmasında marketdən alıb çemodana qoymuş, lakin narkotik vastəni hələlik çay qabının içərisinə yerləşdirməmişdir. Bunu həm də ona görə etmişdir ki, mürəbbələri plastik qaba boşaldarkən anası ya da bacısı digər əşyalara baxa və narkotik vasitəni görə bilərdilər. ##.##.2025-ci il tarixdə bacısının qaynatası dünyasını dəyişdiyinə görə plan dəyişmiş və yas mərasimi üçün o da təxminən ##.##.2025-ci il tarixdə Gəncə şəhərinə getməli olmuşdur. Orada olarkən uzun müddət əvvəl tanımadığı şəxslərdən əldə edib saxladığı və sonradan gömrük nəzarəti zamanı kiçik ölçülü çantada aşkar edilən, çay qabındakı narkotik vasitəni və bir istifadəlik üçün nəzərdə tutulan çay paletindəki narkotik vasitəni həmin çantaya yerləşdirmişdir. Bir neçə gün sonra isə iri ölçülü çemodanda olan çay qutusunu açaraq içindəki çayın bir qismini boşaldıb, həmin qutunun içinə də qara rəngli sellofana bükdüyü narkotik vasitəni yerləşdirmiş və tərsinə çevirib çay qutusunun içərisinə qoymuşdur. Bu etdiklərindən isə heç kimin, o cümlədən bacısının xəbəri olmamışdır. Yas mərasimi bitdikdən sonra, yenidən Rəna xanımdan borc alıb ##.##.2025- ci il tarixinə olan uçuşa bacısı Tünzalə üçün bilet almışdır. Daha doğrusu həmin biletlərin hər ikisini Rəna onun xahişinə əsasən onlayn qaydada almışdır. O, həmin biletlərin pulunu Rənaya borclu qalmışdır. ##.##.2025-ci il tarixinə olan uçuşa aldığı bilet isə yas mərasiminə görə ziyana getmiş, bir istiqamətə Rəna xanımdan ümumilikdə iki dəfə üçün 1080 manat məbləğində borcu yaranmışdır. ##.##.2025-ci il tarixdə, saat 13 radələrində bacısı ilə birlikdə taksi ilə Bakı şəhərinə, oradan da birbaşa hava limanına yollanmışlar. Qeydiyyatdan keçən zaman onlara bildirilmişdir ki, çemodan və çantanı bir-birinə bağlayıb 1 sayda baqaj halına gətirsinlər. Onlar da həmin zalda olan yapışqanlı lentlə çemodanları bir-birinə bağlatdırıb qeydiyyatı başa çatdırmış və bacısı ilə sağollaşıb Tünzaləni yola salmışdır. Bacısı gözləmə zalına getdikdən sonra o, hava limanını tərk etmək istədiyi zaman iki nəfər gömrük orqanı əməkdaşı ona yaxınlaşmış və bacısına aid çantada narkotik vasitəyə bənzər predmet aşkar edildiyini, bacısının dediyi sözlərə görə həmin yükləri onun Tünzaləyə verdiyinə görə onu da aparılan ilkin araşdırmada iştirak etməyi üçün dəvət etmişlər. Bacısı şahid14 müşayət etdiyi çanta və çemodandan aşkar edilmiş narkotik vasitə marixuana ona məxsusdur, onları uzun müddət əvvəl əldə edib saxlamış, onları tanımadığı şəxslərdən əldə etmiş, bacısı Rusiyaya gedən zaman onları bacısından xəbərsiz olaraq çay qablarının içərisində gizlətmişdir. Həmin narkotik vasitə marixuananı Rusiyada heç kim qəbul etməyəcəkdi. Həmin çay qutuları digər məhsullarla birlikdə oğlu Rəfaelə və ya onun anasına çatdıqdan sonra o, həmin şəxslərə həmin çay qutularını bir kənara qoymalarını, onları özü Rusiyaya gedənə qədər açmamalarını tapşıracaqdı. Rusiyaya getdikdən sonra özü onları götürüb istifadə edəcəkdi. Hazırda pay göndərdiyi üçün həmin narkotiki də gizlədib göndərməyi qərara almışdır. Özü təxminən 4-5 il olar ki, narkotik vasitə istifadə etmişdir. O, həmin pay göndərdiyi malları çəkmək üçün elektron tərəzi də almış və onları həmin tərəzidə çəkmişdir. Bunu etməkdə məqsədi ümumi baqajın çəkisini bilmək olmuşdur. Sonradan o, həmin tərəzini haraya qoyduğunu xatırlamır. Rəna xanımın anası onların Gəncə şəhərində yaşadığı ünvanda uzun illərdir qonşularıdır, Farizi uşaqlıqdan tanıyır, qonşuluq münasibətlərinə görə də yaxınlıqları olmuşdur. O, Rənadan aldığı borcu Xantımantisk şəhərinə getdikdən sonra işləyib qaytaracaqdı. Farizin əlaqə nömrəsi 050-483-22-11, anası Rəna xanımın isə əlaqə nömrəsi 050-540-49-50-dir. Rəna xanım qadın həkimi olmuş, Göygöl rayonunda və Bakı şəhərində həkim işləmişdir. Rəna xanım yaxud oğlu Farizin bu məsələlərlə hər hansı bir əlaqəsi olmamışdır. Bacısı şahid14 ilə Rəna xanımın mütəmadi münasibətləri olmasa da bir-birilərini tanımışlar. Yelizaveta Xantımantisk şəhərində olan hava limanında dispeçer vəzifəsində işləmiş, hazırda analıq məzuniyyətində olmuş, ancaq evlilik həyatı olmamış, yəqin ki, kimləsə münasibətdən uşağı dünyaya gəlmişdir. Eyni zamanda o, Yelizaveta ilə illər öncə ayrılsa da əlaqələri qırılmamış, həm övladına görə, həm də dost kimi tez-tez danışmışlar. Hətta o, həbsdə olduğu zaman Yelizaveta ona dəfələrlə pay göndərib, maddi yardımlar etmişdir (İ cild, səh. 174-177). Istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi ## #### 2025-ci il tarixli ifadəsində bildirmişdir ki, şahid4 və şahid5 yaşadığı ünvanda aparılmış axtarış zamanı aşkar edilmiş yaşıl rəngli plastik su qabında o, şahid4gildə olan zaman narkotik vasitə marixuana istifadə etmiş, həmin narkotikləri tanımadığı şəxslərdən əldə edib istifadə etmiş. Digər predmetlərin isə kimə məxsus olması barədə xəbəri olmamışdır. ##.##.2025-ci il tarixdə, saat 03 radələrində “Rahat” Marketə getməyini, oradan mallar almağını, bundan sonra hansı ünvana getdiyini hazırda xatırlamır. Farizin 14-## ###### 2025-ci il tarixlərdə “WhatsApp” tətbiqi üzərindən ona hansı mesajlar yazdığını dəqiq xatırlamır. Lakin onu deyə bilər ki, Farizin hazırkı cinayət faktı ilə heç bir əlaqəsi yoxdur. O və şahid5 2024-cü ilin noyabr ayında Şirvan şəhər məhkəməsinin qərarı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə IXM-nin 206cı maddəsi ilə inzibati qaydada 20 gün həbs cəzasına məhkum edilmişlər. Həmin vaxt onun üzərindən marixuana aşkar edilmişdir. O, həmin narkotiki ondan bir qədər əvvəl tanımadığı şəxsdən özünün istifadəsi üçün əldə etmiş, Farizdən isə aşkar edilmiş narkotiki onun haradan, kimdən, nə vaxt əldə etməsi barədə məlumatı yoxdur. Sözügedən faktla əlaqədar olaraq onu ##.##.2024-cü il tarixdə Respublika Narkoloji Mərkəzində (F19x2) diaqnozu ilə dispanser qeydiyyatına almışlar (II cild, səh. 194- 196). Istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi ## #### 2025-ci il tarixli ifadəsində bildirmişdir ki, narkotik vasitəni Rusiya Federasiyasına göndərmək niyyətində olmamış, qeyd edilən narkotik vasitəni istifadə etmək məqsədilə əldə edib özündə saxlamış, bacısı şahid14 Rusiya Federasiyasına gedən zaman o, narkotik vasitənin qəbulu ilə əlaqədar onun təsiri altında olmuş və özü də bilmədən həmin narkotik vasitəni çay qutularının içərisinə yerləşdirmişdir. Hazırda tutduğu əməldən peşmandır. O, narkotik vasitənin təsiri altında olmuş, həmin narkotiki çay qutularında gizlətməyi və Rusiyaya göndərməyi qəsdən etməmişdir (III cild, səh. 39- 40). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid14 ifadəsində göstərmişdir ki, başında ağrıları olduğundan müalicə məqsədi ilə Rusiyaya getmiş, həmin vaxt Səbuhi ona Rusiyaya yoldaşının yanına getməsini təklif etmiş, orada tanış həkimlər olduğunu və onu müalicə edəcəklərini bildirmişdir. O, qardaşının təklifi ilə razılaşmış və yüklərinin içinə getdiyi yerdə olanlar üçün bəzi əşyalar, mürəbbə kimi şeylər almışdır. Sonra Rəna xanım biletinin şəkilini göndərərək çıxmasını demiş, o, Bakıda heç kimin evində qalmamış və evindən yükləri götürüb birbaşa avtovağzaldan Bakı şəhərinə hava limanına yola düşmüşdür. Hava limanında bütün prosedurlardan keçəndən sonra təyyarəyə minməmiş əməliyyatçılar onu saxlayaraq çantasını yoxlayacaqlarını demişlər və bundan sonra çantasında olan çayın içindən maddə aşkar edilmişdir. O, qardaşının çağırılmasını dedikdə narahat olmamasını və artıq qardaşının saxlanıldığını bildirmişlər. Marixuananın olduğu çay qutularının ona aidiyyəti olmamış və həmin yükləri anasıgildən götürmüşdür. Ümumiyyətlə çay qutularını oraya kimin qoyduğunu da bilməmiş, həmin yüklər qardaşına aid yüklər olmuş və qardaşıgil həmin yükləri sovqat kimi göndərmişlər. O, göndərilən həmin yüklərin içində nə olduğunu bilməmiş, çantaları qardaşının yoldaşı və uşağına aparmışdır. Aşkar edilənlərin yüklərə nə vaxt yerləşdirildiyindən məlumatsız olmuşdur. Səbuhi yükləri konkret olaraq kiməsə verməsi və görüşməsi barədə ona heç bir məlumat verməmişdir. Aşkar edilənlər səhvən yüklərin içinə qoyulmuşdur. O, hava limanına qardaşı ilə birlikdə getmiş və qardaşı ona heç bir xəbərdarlıq etməmişdir. O, qardaşının narkotik vasitələrin istifadəçisi olduğunu bilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid12 ifadəsində göstərmişdir ki, 2025-ci ilin yanvar ayında Bakı-Surqut aviareysi ilə uçan bir nəfər xanım sərnişin nəzarətlərinə götürülmüşdür. Baqajına baxış keçirilməsi ilə bağlı kinoloji xidmət itinin tətbiqi zamanı it tərəfindən reaksiya olduğuna görə həmin baqaj yoxlanılmış və yoxlanma zamanı marixuana aşkar edilmişdir. Əməliyyat tədbirində neçə nəfərin iştirak etdiyi dəqiq yadında qalmamışdır. Yüklərə baxış hava limanında terminalda şübhə doğuran uçan sərnişinlərin yüklərinə baxış üçün nəzərdə tutulmuş xüsusi yerdə keçirilmişdir. Aşkar edilmiş maddələr çay qutularının içində olmuşdur. Sərnişin aşkar edilənlərin qardaşına aid olduğunu bildirmiş və bundan sonra hava limanı ərazisində olduğu üçün dərhal qardaşı da aşkar edilmişdir. Ilkin baxış hava limanı ərazisində keçirilmiş və əməliyyat məlumatı qadın barəsində daxil olduğundan yüklərinə baxış qadın əməkdaş tərəfindən həyata keçirilmişdir. Yüklərə baxış Azərbaycan Respublikası ərazisində keçirilmişdir. şahid12 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, daxil olmuş məlumat əsasında ## ###### 2025-ci il tarixdə UT*** saylı Bakı-Surqut avia marşurtu üzrə hərəkət edən Azərbaycan Respublikası vətəndaşı şahid14 məxsus baqaj yükünə hava limanın bunkerində keçirilən yoxlamada “Roy” ləqəbli xidməti itin tətbiqi zamanı xidməti it yükə reaksiya verdiyindən yükün sahibi şahid14 bunkerə dəvət olunmuş və yüklərin yoxlanılması otağında həmin baqaj yükünə baxış keçirilmişdir. Baxış zamanı şahid14 məxsus 1 ədəd baqajın zədələnməməsi üçün ağ rəngli sellofana bükülmüş baqaj yükünün üzərindən sellofan paket sökülmüş, sellofan paket söküldükdən sonra 1 ədəd üzərində “NASA U.S" yazısı olan göy rəngli çemodan və onun üzərində qoyularaq birlikdə bağlanmış boz rəngli üzərində “BERSIN” yazılmış idman çantası olduğu məlum olmuş, üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodana baxış zamanı müxtəlif sellofan paketlərə bükülmüş əşyalar aşkar edilmiş, üzərində “Azerçay” yazılmış dəmir çay qutusuna baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qablaşdırılmış, gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik, qara rəngli sellofana bükülmüş kütlə aşkar edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş və təqribi çəkisinin 52 qram olduğu məlum olmuşdur. Daha sonra boz rəngli üzərində “BERSIN” yazılmış idman çantasına baxış keçirilmiş və çantanın içərisindən eyni üsulla qablaşdırılmış, üzərində “Azerçay” yazılmış dəmir çay qutusunda olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik qara rəngli sellofana bükülmüş 2 kütlə aşkar edilmişdir. Həmin bükümlər tərəzidə çəkilmiş və təqribi çəkilərinin müvafiq olaraq 101 qram və 52 qram olduqları məlum olmuşdur. Idman çantasına baxış davam etdirilmiş və üzərində “Azerçay 20 çay paketi” sözləri yazılmış karton qutunun içərisindən çay paketlərinin arasından digər paketlərdən fəqlənən 1 ədəd kəskin iyə malik paket aşkar edilərək tərəzidə çəkilmiş və təqribi çəkisinin 13 qram olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlər birlikdə tərəzidə çəkilmiş və təqribi çəkilərinin ümumilikdə 219 qram olduğu məlum olmuşdur. Daha sonra baxış davam etdirilmiş, lakin əlavə olaraq iş üçün əhəmiyyətli hər hansı bir predmet aşkar edilməmişdir (II cild, səh. 62- 64). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid11 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında şəxsi saxlamışlar və bunkerə dəvət edib üzərində olan yüklərə baxış keçirmişlər. Baxış keçirilən zaman yüklərin içindən narkotik vasitə aşkar edilmişdir. Əməliyyat tədbirində onlar tərəfindən üç nəfər iştirak etmişdir. Kinoloji itlər hər bir halda tətbiq edilmiş və itlərin tətbiqindən sonra yüklərə bunkerdə baxış keçirilmişdir. Yüklərə baxış keçirilən zaman artıq sərnişinin sənədinə sərhədi keçməsi ilə bağlı möhür vurulmuşdur. Narkotik vasitələr çay qutularının içindən aşkar edilmiş, qadın aşkar edilənlərdən hansısa məlumatının olmadığını və qardaşına aid olduğunu bildirmiş, bundan sonra isə qardaşı dəvət edilmişdir. Saxlanılan şəxsin qardaşını hadisə günü müəyyən etmişlər və həmin vaxt çöldə gözləmişdir. Saxladıqları şəxs qardaşı ilə danışmaq istədiyini bildirmiş və bunun əsasında onlar təqsirləndirilən şəxsi müəyyən etmişlər. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, şahid şahid12 ilə eyni məzmunlu ifadə vermişdir (II cild, səh. 75-77). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid10 ifadəsində göstərmişdir ki, əməliyyat müvəkkili yükə baxılması ilə bağlı məlumat vermiş və onlar tərəfindən baxış keçirilən zaman xidməti it reaksiya vermişdir. Hadisə 15 yanvar tarixində baş vermiş, baxış keçirilən yük Bakı-Surqut reysi olmuş, tiryək və ya marixuana aşkar edilmişdir. Tədbirdə kimlərin iştirak etdiyi dəqiq yadında qalmamışdır. Əməliyyat barədə əvvəldən məlumatları olmamış və onlar əməliyyat müvəkkili məlumat verəndən sonra iştirak etmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsində iştirak etməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, şahid şahid12 ilə eyni məzmunlu ifadə vermişdir (II cild, səh. 59-61). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid9 ifadəsində göstərmişdir ki, səhv etmirsə vətəndaş Surqut reysi ilə gedən sərnişin olmuş və o, rəsmiləşdirmə şöbəsində olarkən əməliyyatçılar onu yükə baxış keçirilməsi ilə bağlı çağırmışlar. Sərnişin qadın olduğu üçün üzərinə baxış keçirmiş və üzərindən heç bir şey aşkar edilməmişdir. Yüklərə baxış keçirilən zaman isə çay qutularının içərisindən marixuana aşkar edilmişdir. Şəxs aşkar edilənlərin özünə aid olmadığını, qardaşının dünən evinə qonaq gəldiyini və qardaşı tərəfindən yerləşdirildiyini bildirmişdir. Baqaja baxış bunkerdə həyata keçirilmiş və baxış keçirilən ərazi ölkə ərazisi hesab edilmişdir. Təqsirləndirilən şəxsin bacısı əvvəldə çox əsəbi olmuş və ona şər atıldığını demiş, bundan sonra yüklərə baxış keçirilən zaman narkotik aşkar edildikdə qardaşına aid olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə UT*** saylı Bakı-Surqut avia marşurtu üzrə hərəkət edən Azərbaycan Respublikası vətəndaşı şahid14 məxsus baqaj yükünə hava limanın bunkerində keçirilən yoxlamada “Roy” ləqəbli xidməti itin tətbiqi zamanı xidməti it yükə reaksiya verdiyindən yükün sahibi şahid14 bunkerə dəvət olunmuş və yüklərin yoxlanılması otağında həmin baqaj yükünə baxış keçirilmişdir. Baxış zamanı şahid14 məxsus 1 ədəd baqajın zədələnməməsi üçün ağ rəngli sellofana bükülmüş baqaj yükünün üzərindən sellofan paket sökülmüş, sellofan paket söküldükdən sonra 1 ədəd üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodan və onun üzərində qoyularaq birlikdə bağlanmış boz rəngli üzərində “BERSIN” yazılmış idman çantası olduğu məlum olmuşdur. Üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodana baxış zamanı müxtəlif sellofan paketlərə bükülmüş əşyalar aşkar edilmiş, üzərində “Azerçay” yazılmış dəmir çay qutusuna baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qablaşdırılmış, gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuş, bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik, qara rəngli sellofana bükülmüş kütlə aşkar edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş və təqribi çəkisinin 52 qram olduğu məlum olmuşdur. Daha sonra boz rəngli üzərində “BERSIN” yazılmış idman çantasına baxış keçirilmiş və çantanın içərisindən əvvəlki üsulla qablaşdırılmış, üzərində “Azerçay” yazılmış dəmir çay qutusunda olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapıdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik qara rəngli sellofana bükülmüş 2 kütlə aşkar edilmişdir. Həmin bükümlər tərəzidə çəkilmiş və təqribi çəkilərinin müvafiq olaraq 101 qram və 52 qram olduqları məlum olmuşdur. Idman çantasına baxış davam etdirilmiş və üzərində “Azerçay 20 çay paketi” sözləri yazılmış karton qutunun içərisindən çay paketlərinin arasından digər paketlərdən fəqlənən 1 ədəd kəskin iyə malik paket aşkar edilərək tərəzidə çəkilmiş və təqribi çəkisinin 13 qram olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlər birlikdə tərəzidə çəkilmiş və təqribi çəkilərinin ümumilikdə 219 qram olduğu məlum olmuşdur. Daha sonra baxış davam etdirilmiş, lakin əlavə olaraq iş üçün əhəmiyyətli hər hansı bir predmet aşkar edilməmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq şahid14 üzərində şəxsi yoxlama aparmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Aparılmış yoxlamalarla bağlı yekunda müvafiq protokollar tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (II cild, səh. 68-70). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid7 ifadəsində göstərmişdir ki, gömrük əməkdaşları baxış keçirilməsi ilə bağlı iştirak etmək üçün onu çağırmışlar. Bunkerdə çantaya baxış keçirilmiş və həmin vaxt it çantaya reaksiya vermişdir. Çantanı cırıb açmışlar və dəmir çay qutularının içərisindən narkotik vasitə aşkar edilmişdir. Baxış keçirilən ərazi hava limanında olan baqajdakı bunker ərazisi olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ##.##.2025-ci il tarixdə axşam saatlarında X7 Hava Limanında işdə olmuş, bir nəfər gömrük orqanı əməkdaşı ona yaxınlaşmış və onun keçirilən baxışda hal-şahidi kimi iştirak etməyini xahiş etmiş, o, razılıq verdikdən sonra həmin gömrük əməkdaşı ilə birlikdə baxış keçiriləcək yerə getmiş, şəxsiyyəti və işin halları barədə ona məlumat verildikdən sonra UT*** saylı Bakı-Surqut aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı şahid14 məxsus 1 ədəd baqajın zədələnməməsi üçün ağ rəngli sellofana bükülmüş baqaj yükünün üzərindən sellofan paket sökülmüş, sellofan paket söküldükdən sonra 1 ədəd üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodan və onun üzərində qoyularaq birlikdə bağlanmış boz rəngli üzərində “BERSIN” yazılmış idman çantası olduğu məlum olmuşdur. Üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodana baxış zamanı müxtəlif sellofan paketlərə bükülmüş əşyalar aşkar edilmişdir. Üzərində “Azerçay” yazılmış dəmir çay qutusuna baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qablaşdırılmış, gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik, qara rəngli sellofana bükülmüş kütlə aşkar edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş və təqribi çəkisinin 52 qram olduğu məlum olmuşdur. Daha sonra boz rəngli üzərində “BERSIN” yazılmış idman çantasına baxış keçirilmiş və çantanın içərisindən əvvəlki üsulla qablaşdırılmış, üzərində “Azerçay” yazılmış dəmir çay qutusunda olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik qara rəngli sellofana bükülmüş 2 kütlə aşkar edilmişdir. Həmin bükümlər tərəzidə çəkilmiş və təqribi çəkilərinin müvafiq olaraq 101 qram və 52 qram olduqları məlum olmuşdur. Idman çantasına baxış davam etdirilmiş və üzərində “Azerçay 20 çay paketi” sözləri yazılmış karton qutunun içərisindən çay paketlərinin arasından digər paketlərdən fəqlənən 1 ədəd kəskin iyə malik paket aşkar edilərək tərəzidə çəkilmiş və təqribi çəkisinin 13 qram olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlər birlikdə tərəzidə çəkilmiş və təqribi çəkilərinin ümumilikdə 219 qram olduğu məlum olmuşdur. Daha sonra baxış davam etdirilmiş, lakin əlavə olaraq iş üçün əhəmiyyətli hər hansı bir predmet aşkar edilməmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq şahid14 üzərində şəxsi yoxlama aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir (II cild, səh. 79- 81). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir ki, Səbuhi Rusiyada olan oğluna mürəbbə alıb göndərmiş və o, həmin mürəbbələri plastmas qablara yerləşdirib çantalara qoymuşdur. O, çay qablarını görməmiş və həmin qabları çantaya Səbuhi özü yığmışdır. Səbuhi yük olan çantaları özü gətirməmiş, həmin yükləri kimsə göndərmiş və neçə gün əvvəldən göndərildiyi onun yadında qalmamışdır. Səbuhi yüklərin içində nə olması ilə bağlı ona heç bir söz deməmiş və hansısa haldan şübhələnməmişdir. Səbuhi onun yanında narkotik istifadə etməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 5 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ailəli olmaqla iki qızı və bir oğlu olmuş, oğlu Təqsirləndirilən şəxs onunla birlikdə yaşamış, lakin hərdən bir Bakı şəhərinə gəlib-getmişdir. Səbuhi əvvəllər Rusiya Federasiyasına gedibgəlmiş, orada dəmir alıb-satmışdır. Orada işlədiyi müddətdə Yelizaveta adlı bir qızla tanış olmuş və ondan Rafael adlı bir övladı da olmuşdur. Səbuhi təxminən 2015-ci ildə onları da götürüb Gəncə şəhərinə gəlmiş, burada da onun yanında bir il yaşamışlar. Həmin vaxtlar Səbuhi Vüsalə adlı bir qadınla münasibət saxlamağa başlamış, bundan xəbəri olan Yelizaveta uşağını da götürüb Rusiya Federasiyasına qayıtmış, lakin bu günə qədər onunla əlaqələri olmuşdur. 2018-ci ildə Səbuhi saxta puldan istifadə etdiyi üçün azadlıqdan məhrum edilmiş, təxminən 5 ildən artıq müddət ** saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkdikdən sonra məhkəmənin qərarı ilə şərti olaraq azadlığa buraxılmışdır. Səbuhi azadlığa çıxdıqdan sonra heç bir yerdə işləməmiş, evin maddi ehtiyacını o, aldığı təqaüdlə və dayəlik etməklə qarşılamışdır. Səbuhiyə də pulu o, vermişdir. Səbuhi Bakı şəhərinə gəldikdə vaxtı ilə Gəncə şəhərində qonşuları olan və sonradan Bakı şəhərinə köçüb burada yaşayan şahid4 və onun oğlu şahid5 yaşadığı evdə qalmışdır. Səbuhi ilə Fariz uşaqlıqdan dostluq etmişlər. Səbuhinin Bakı şəhərinə hansı səbəbdən gəlib-getdiyini bilməmişdir, o, Səbuhidən bu barədə soruşduqda Səbuhi ona işsiz olduğu üçün evdə sıxıldığını, ona görə Bakı şəhərinə gedib-gəldiyini demişdir. Səbuhi 2024-cü ilin yay aylarından Rusiya Federasiyasının Xantımantisk şəhərində yaşayan Yelizaveta və Rafaelə sovqat göndərmək niyyətində olduğunu demişdir. 2025-ci ilin yanvar ayının əvvəlində Səbuhi həmin sovqatı qızı şahid14 ilə göndərmək istədiyini bildirmişdir. Tünzalənin başında xərçəng xəstəliyinin ocaqları aşkar edildiyindən Səbuhi Tünzaləni müayinə olunması üçün Rusiya Federasiyasının Xantımantisk şəhərinə göndərmək istədiyini bildirmişdir. Səbuhinin deməsinə görə Tünzalənin yol xərclərini onun özü, müayinə xərclərini isə Yelizaveta qarşılayacaqdı. X9 üçün 2025-ci ilin yanvar aynın 8-nə aviabilet almışdır. Həmin vaxt Səbuhinin özü Bakı şəhərində olmuşdur. Bu barədə ona zəng edərək xəbər vermişdir. Həmin danışıq zamanı Səbuhi Yelizavetagilə göndərəcəyi sovqatı Tünzalə qeyd edilən tarixdə Bakı şəhərinə gələn zaman sonuncuya vermək istədiyini bildirdikdə o, buna razı olmamış, Səbuhiyə həmin sovqatı əvvəlcə ona göndərməsini, oraya özünün də əlavə məhsullar qoymaq istədiyini, eləcə də şüşə bankalarda olan mürəbbələri plastmas qablara yığacağını bildirmişdir. Bundan sonra Səbuhi həmin sovqatları təxminən yanvar ayının 5- 6-da göy rəngli çemodanda və qırmızı sellofan paketdə taksi ilə göndərmiş, qırmızı sellofan paketin içərisində mürəbbələr, göy rəngli çemodanın içərisində isə kişmiş, xurma, çərəzlər və sair məhsullar göndərmişdir. O, həmin mallara əlavə olaraq kəklik otu, zəfəran, quru yarpız və sair məhsullar qoymuş, eyni zamanda mürəbbələri şüşə bankalardan plastmas qablara boşaltmışdır. Bundan sonra həmin məhsulları Səbuhinin göndərdiyi göy rəngli çemodana və evdə olan boz rəngli çantaya qoymuşdur. Onun həmin çemodan və çantaya qoyduğu məhsulların arasında quru çay olmamışdır. Yanvar ayının 7-də gecə saatlarında qızı Tünzalənin qayınatası rəhmətə getmiş, bu səbəbdən də Tünzalə ayın 8-i Rusiya Federasiyasına getməmişdir. Yanvar ayının 9-da Səbuhi həmin yas mərasimində iştirak etmək üçün Bakıdan Gəncəyə gəlmişdir. Həmin vaxt o, evdə olmuş, Səbuhi evə girəndə sonuncunun əlində heç nə olmamışdır. Bir qədər sonra onlar birlikdə yas yerinə getmişlər. Yas yerində olanda Səbuhi Tünzalənin biletini ayın 8-dən 15-nə dəyişdirdiyini bildirmişdir. Səbuhi təxminən saat 12-dən 21 radələrinə qədər yas yerində olmuş, sonra evə getmiş, özü isə Səbuhidən 2-3 saat sonra evə getmişdir. Həmin vaxt Səbuhi evdə olmuş, növbəti günlərdə də Səbuhi Gəncə şəhərində evlərində qalmışdır. Hərdən bir evdən çıxıb bir neçə saatlığına harasa gedib-gəlmişdir. Yanvar ayının 15-də Səbuhi və Tünzalə Bakı şəhərinə gəlmək üçün taksi ilə yola düşmüşlər. Axşam saat 21 radələrində Səbuhiyə zəng edən zaman Səbuhi ona hava limanında olduğunu, Tünzaləni yola saldığını, özünün isə geri qayıtdığını bildirmişdir. Bundan bir neçə saat sonra Səbuhiyə zəng etsə də sonuncuya zəng çatmadığını görüb Rənaya zəng etmiş və Rənadan Səbuhinin onlarda olubolmadığını maraqlanmışdır. Lakin Rəna ona Səbuhinin onlarda olmadığını bildirmişdir. Səbuhinin ona göndərdiyi malların arasında Azərçay qutuları olmamışdır. O, həmin çayların olduğunu xatırlamır. Hesab edir ki, həmin qutuları, eləcə də narkotik vasitəni Səbuhi sonradan yəni o, həmin çemodan və çantanı yığıb evə qoyduqdan sonra həmin çemodan və çantaya yerləşdirmişdir. Özü həmin məhsulları Tünzalə ilə yox, təkcə qablaşdırmışdır. Səbuhi bəlkə də həmin vaxt quru çay göndərmişdir, lakin o, həmin vaxt onların arasında quru çay olmasını hazırda dəqiq xatırlamır. Səbuhinin həmin narkotik vasitəni nə vaxt, kimdən, hansı şəraitdə əldə etməsini, eləcə də sözügedən çay qutularına nə vaxt və hansı şəraitdə yerləşdirdiyini bilməmişdir. Bakıdan Gəncəyə gələn zaman Səbuhinin əlində heç bir bağlama görməmişdir. Ola bilər ki, Səbuhi həmin malları evə daxil olmamışdan qabaq haradasa gizlətmişdir ki, o, həmin çayları açıb baxanda həmin narkotikləri görə bilər. Səbuhinin deməsinə görə Tünzalənin biletlərini Səbuhi almışdır. Farizlə Səbuhi uşaqlıq dostu olmuşlar. Rəna isə onların Gəncə şəhərində qonşuları olmuşdur. Tünzalə və Səbuhinin həmin şəxslərlə başqa münasibətlərinin olması, eləcə də Tünzalənin aviabiletini hansı səbəbdən şahid4 alması barədə məlumatı olmamışdır. şahid4 və şahid5 yaşadığı ünvanda aparılmış axtarış zamanı aşkar edilmiş ağız hissəsi falqa ilə sarınmış, aşağı hissəsindən kiçik ölçülü deşik açılmış və qapağında da 1 ədəd deşik açılmış 1 ədəd yaşıl rəngli plastik su qabı, istifadə edilmiş halda 2 ədəd şpiris ucluğu (iqla), 1 ədəd yuxarı hissəsi yanmış vəziyyətdə alışqan və “Ketilept 200 mg” adlı dərmana aid 1 konvolyutda 4 həbin kimə məxsus olması, hansı məqsədlərlə istifadə edilməsi barədə heç bir məlumatı olmamışdır (II cild, səh. 11- 15). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, daxil olmuş məlumat əsasında ## ###### 2025-ci il tarixdə UT*** saylı Bakı-Surqut avia marşurtu üzrə hərəkət edən Azərbaycan Respublikası vətəndaşı şahid14 məxsus baqaj yükünə hava limanın bunkerində keçirilən yoxlamada “Roy” ləqəbli xidməti itin tətbiqi zamanı xidməti it yükə reaksiya verdiyindən yükün sahibi şahid14 bunkerə dəvət olunmuş və yüklərin yoxlanılması otağında həmin baqaj yükünə baxış keçirilmişdir. Baxış zamanı şahid14 məxsus 1 ədəd baqajın zədələnməməsi üçün ağ rəngli sellofana bükülmüş baqaj yükünün üzərindən sellofan paket sökülmüş, sellofan paket söküldükdən sonra 1 ədəd üzərində “NASA U.S" yazısı olan göy rəngli çemodan və onun üzərində qoyularaq birlikdə bağlanmış boz rəngli üzərində “BERSIN” yazılmış idman çantası olduğu məlum olmuş, üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodana baxış zamanı müxtəlif sellofan paketlərə bükülmüş əşyalar aşkar edilmiş, üzərində “Azerçay” yazılmış dəmir çay qutusuna baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qablaşdırılmış, gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik, qara rəngli sellofana bükülmüş kütlə aşkar edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş və təqribi çəkisinin 52 qram olduğu məlum olmuşdur. Daha sonra boz rəngli üzərində “BERSIN” yazılmış idman çantasına baxış keçirilmiş və çantanın içərisindən eyni üsulla qablaşdırılmış, üzərində “Azerçay” yazılmış dəmir çay qutusunda olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik qara rəngli sellofana bükülmüş 2 kütlə aşkar edilmişdir. Həmin bükümlər tərəzidə çəkilmiş və təqribi çəkilərinin müvafiq olaraq 101 qram və 52 qram olduqları məlum olmuşdur. Idman çantasına baxış davam etdirilmiş və üzərində “Azerçay 20 çay paketi” sözləri yazılmış karton qutunun içərisindən çay paketlərinin arasından digər paketlərdən fəqlənən 1 ədəd kəskin iyə malik paket aşkar edilərək tərəzidə çəkilmiş və təqribi çəkisinin 13 qram olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlər birlikdə tərəzidə çəkilmiş və təqribi çəkilərinin ümumilikdə 219 qram olduğu məlum olmuşdur. Daha sonra baxış davam etdirilmiş, lakin əlavə olaraq iş üçün əhəmiyyətli hər hansı bir predmet aşkar edilməmişdir. Ilkin şifahi sorğu-sual zamanı şahid14 həmin narkotik vasitələrdən xəbərsiz olduğunu, müşayət etdiyi həmin baqajın qardaşı Təqsirləndirilən şəxs məxsus olduğunu bildirdiyindən şahid14m Hava Limanında yola salan Təqsirləndirilən şəxs saxlanılaraq Hava Nəqliyyatında Baş Gömrük idarəsinin inzibati binasına gətirilmişdir (II cild, səh. 65-67). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ##.##.2025- ci il tarixdə axşam saatlarında X7 Hava Limanında işdə olmuş, bir nəfər gömrük orqanı əməkdaşı ona yaxınlaşmış və onun keçirilən baxışda hal-şahidi kimi iştirak etməyini xahiş etmiş, o, razılıq verdikdən sonra həmin gömrük əməkdaşı ilə birlikdə baxış keçiriləcək yerə getmiş, şəxsiyyəti və işin halları barədə ona məlumat verildikdən sonra UT*** saylı Bakı-Surqut aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı şahid14 məxsus 1 ədəd baqajın zədələnməməsi üçün ağ rəngli sellofana bükülmüş baqaj yükünün üzərindən sellofan paket sökülmüş, sellofan paket söküldükdən sonra 1 ədəd üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodan və onun üzərində qoyularaq birlikdə bağlanmış boz rəngli üzərində “BERSIN” yazılmış idman çantası olduğu məlum olmuşdur. Üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodana baxış zamanı müxtəlif sellofan paketlərə bükülmüş əşyalar aşkar edilmişdir. Üzərində “Azerçay” yazılmış dəmir çay qutusuna baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qablaşdırılmış, gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik, qara rəngli sellofana bükülmüş kütlə aşkar edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş və təqribi çəkisinin 52 qram olduğu məlum olmuşdur. Daha sonra boz rəngli üzərində “BERSIN” yazılmış idman çantasına baxış keçirilmiş və çantanın içərisindən əvvəlki üsulla qablaşdırılmış, üzərində “Azerçay” yazılmış dəmir çay qutusunda olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik qara rəngli sellofana bükülmüş 2 kütlə aşkar edilmişdir. Həmin bükümlər tərəzidə çəkilmiş və təqribi çəkilərinin müvafiq olaraq 101 qram və 52 qram olduqları məlum olmuşdur. Idman çantasına baxış davam etdirilmiş və üzərində “Azerçay 20 çay paketi” sözləri yazılmış karton qutunun içərisindən çay paketlərinin arasından digər paketlərdən fəqlənən 1 ədəd kəskin iyə malik paket aşkar edilərək tərəzidə çəkilmiş və təqribi çəkisinin 13 qram olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlər birlikdə tərəzidə çəkilmiş və təqribi çəkilərinin ümumilikdə 219 qram olduğu məlum olmuşdur. Daha sonra baxış davam etdirilmiş, lakin əlavə olaraq iş üçün əhəmiyyətli hər hansı bir predmet aşkar edilməmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq şahid14 üzərində şəxsi yoxlama aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir (II cild, səh. 83- 85). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 2-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, lakin uşağı və arvadı ondan ayrı yaşayır. O, hazırda heç bir yerdə işləmir. Anası şahid4 Göygöl Rayon Mərkəzi Xəstəxanasında həkim ginekoloq işləyir. şahid4 Gəncə şəhərində anadan olmuşdur. Anasının həmin şəhərdə yaşayan zaman qonşuları olmuş Təqsirləndirilən şəxs bəzi hallarda müvəqqəti olaraq Bakı şəhərinə gəldikdə və gecələməyə yeri olmadıqda gəlib onlarda qalmışdır. Səbuhi heç bir yerdə işləmir, bildiyinə görə saxta sənədlərdən istifadə etdiyi üçün məhkumluq həyatı da yaşamışdır. Səbuhinin ona deməsinə görə Bakı şəhərinə gəlməkdə məqsədi Rusiya Federasiyasına getmək üçün sənədlər toplamaq olmuşdur. Səbuhi Bakı şəhərində olduğu müddətdə gah onların evində, gah ona məlum olmayan başqa ünvanlarda qalmışdır. Sonuncu dəfə Səbuhi 2025-ci ilin yanvar ayının təxminən 3-də onların evinə gəlmiş, bir neçə gün onların evində qalmışdır. Həmin müddət ərzində Rusiya Federasiyasında yaşayan övladına və arvadına sovqat göndərmək niyyətində olduğunu demişdir. Eyni zamanda bacısı Tünzalənin də başında şişlər olduğunu, müayinə olunması üçün bacısını da Rusiyaya göndərmək istədiyini, həmin sovqatı da bacısı ilə yollamaq istədiyini bildirmişdir. Səbuhi göndərəcəyi sovqatı yığmaq üçün çemodanının olmadığını ona deyəndə o, Səbuhiyə evlərində olan göy rəngli çemodandan istifadə edə biləcəyini demiş, Səbuhi də həmin çemodandan istifadə edəcəyini bildirmişdir. Təxminən yanvar ayının 5-də Səbuhi ilə birlikdə gedib iran məhsulları satan marketlərin birindən xurma, fındıq, meyvə qurusu kimi məhsullar almışlar. Həmin malların pulunu Səbuhi ödəmişdir. Bundan sonra onlar evə gəlmişlər. Təxminən yanvar ayının 6-da Səbuhi həmin məhsulları Rusiyaya aparması üçün taksi ilə Gəncədə yaşayan bacısı Tünzaləyə göndərmişdir. Səbuhinin deməsinə görə bacısı yanvar ayının 8-də Rusiyaya getməli olmuşdur. Lakin bacısının qayınatası öldüyündən Tünzalə həmin gün Rusiyaya gedə bilməmiş, Səbuhi də növbəti gün yəni, ##.##.2025-ci il tarixdə yas mərasimində iştirak etmək üçün Gəncə şəhərinə getmişdir. Həmin vaxtdan sonra Səbuhi onların evinə gəlməmiş və onunla görüşməmişdir. Təqsirləndirilən şəxs sovqat olaraq göndərdiyi malların arasında olan çayları kimdən, haradan, nə vaxt və hansı şəraitdə əldə etməsi barədə məlumatı olmamışdır. O, həmin məhsulların arasında çay görməmişdir. Lakin onu deyə bilər ki, Səbuhi marketlərə daxil olaraq yaxşı quru çay axtarmış, Səbuhi onun yanında heç yerdən çay almamışdır. Özünün bacısının uşağı ağır xəstə olduğundan bacısı və onun uşağına tez-tez bilet aldıqlarından anası Rəna onlayn bilet almağı bacarmışdır. şahid14 Rusiya Federasiyasına getməsi üçün aviabileti anası Rəna onlayn qaydada Tünzalə üçün nisyə olaraq əldə etmişdir. Həmin biletlərin pulunu sonradan Səbuhi və ya Tünzalə ödəyəcəkdi. şahid14nm ##.##.2025-ci il tarixdə ölkə ərazisi tərk etmək istəyən zaman müşayət etdiyi baqajdakı əşyaların arasında olan çay qutularının içərisindən marixuana narkotik vasitəsinin aşkar edilməsi barədə məlumatı olmamışdır. Bu barədə Tünzalənin anası Cəmilə ##.##.2025-ci il tarixdə günorta saatlarında onun anası Rənaya zəng edərək bildirərkən məlumatlı olmuşdur. Cəmilənin onun anasına zəng etməkdə məqsədi bu barədə ətraflı məlumat əldə etmək istəməyi ilə bağlı olmuşdur. Həmin narkotik vasitənin şahid14 yoxsa Təqsirləndirilən şəxs və yaxud başqa hər hansı bir şəxsə məxsus olması barədə məlumatı olmamışdır. Həmin narkotik vasitənin kim tərəfindən, nə vaxt, hansı şəraitdə, haradan əldə olunması, çay qutularının içərisində nə vaxt, kim tərəfindən və hansı şəraitdə gizlədilməsi, onların Rusiya Federasiyasında kim tərəfindən əldə ediləcəyi, bu xüsusatlarla bağlı kimlərin əvvəlcədən məlumatlı olmalan barədə heç bir məlumatı olmamışdır. Bildiyi qədəri ilə şahid14 narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. Tünzalə evdar qadındır. Səbuhi isə narkotik vasitə olan “xxxx”dən istifadə edir. Səbuhinin narkotik vasitə satmasını görməmişdir. Sadəcə olaraq onu deyə bilər ki, Səbuhi onların evində qaldığı zamanlarda bəzi hallarda “xxxx” çəkmiş, Səbuhi həmin “xxxx”dən istifadə etməyi üçün ona da pay vermiş, daha doğrusu ondan istifadə etməyinə icazə vermişdir. O da həmin “xxxx” dedikləri qurudulmuş marixuanadan istifadə etmişdir. O, Səbuhinin istifadə elədiyi narkotik vasitələri haradan əldə etməsi barədə məlumata malik deyildir. Düşünür ki, Səbuhi təmannasız olaraq onların evində qaldığı üçün həmin narkotik vasitəni ona pay olaraq vermişdir. Özünün də yaşadığı evdən aşkar edilmiş ağız hissəsi falqa ilə sarınmış, aşağı hissəsindən kiçik ölçülü deşik açılmış və qapağında da 1 ədəd deşik açılmış 1 ədəd yaşıl rəngli plastik su qabı Təqsirləndirilən şəxs olmuşdur. Səbuhi həmin qab vasitəsilə narkotik vasitə marixuana istifadə etmiş, istifadə edilmiş halda 2 ədəd şpiris ucluğu (iqla) ona məxsus olmuş, üzündə yaralar olduqca həmin iynə vasitəsilə onları deşib təmizləmiş, 1 ədəd yuxarı hissəsi yanmış vəziyyətdə alışqan ona məxsus olmuş, ondan siqaret yandırmaq üçün istifadə etmiş. “Ketilept 200 mg” adlı dərmana aid 1 konvolyutda 4 həbi isə bir ay bundan əvvəl “28 May” metrostansiyası tərəfdə, Slavyan universitetinin qarşısında olan aptekdən almışdır. O, yuxusuzluqdan əziyyət çəkdiyi üçün həmin dərmandan istifadə etmişdir. Həmin dərmanı evə qoymuşdur. Evdə olan sakinlərdən kimin yuxusu qaçarsa həmin dərmandan istifadə etmişdir (İ cild, səh. 228- 231). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla qızı Nərmin Altınışık, nəvəsi Tuğana Altınışık və oğlu şahid5 ilə birlikdə yaşayır. Lakin əslən Gəncə şəhərindəndir və orada da evi var. Özü də Göygöl rayon Mərkəzi Xəstəxanasında həkim işlədiyi üçün tez- tez Gəncə şəhərinə gedib orada qalır. Belə ki, həftənin 2 günü işə gedir və Göygöl rayonu ilə Gəncə şəhəri məsafə baxımından yaxın olduğu üçün Gəncə şəhərində qalır. Həftədə 1 - 2 gün də Bakıya gəlir və buradakı özəl klinikalarda müqavilə əsasında işləyir. Buradakı işlərini yekunlaşdırdıqdan sonra yenidən Gəncə şəhərinə qayıdır. 2024-cü ilin dekabr ayının 28-i Bakı şəhərində olmuş və ayın 29-u Gəncəyə getmiş, ondan sora təxminən 15 gün Gəncə şəhərində qalmış, sonuncu dəfə 2025-ci ilin yanvar ayının 14-də Bakı şəhərinə gəlmişdir. O, Gəncə şəhərində olarkən 2024-cü ilin dekabr ayının ortalarında Gəncə şəhərində olan evinə qonşu olan Təqsirləndirilən şəxs ona zəng edərək bacısı şahid14 səhhətində yaranmış problemlər səbəbindən müalicə alması üçün Rusiya Federasiyasının Kanta Mantiyski şəhərinə göndərmək istədiyini demiş və bilet almağı ondan xahiş etmişdir. Belə ki, qızının övladının ağır xəstəliyi olduğu üçün tez-tez Türkiyə Respublikasına gedib-gəlir. O, hər dəfə qızına bileti onlayn qaydada alır. Bu səbəbdən onlayn bilet almağı bilir. Həmçinin imkanı olmadığı zaman aviakassada işləyən tanışı ona bileti almaqda kömək etmiş və o, sonradan həmin biletin pulunu ödəmişdir. Səbuhi də qapıbir qonşuları olduğu üçün, həmçinin evlərinə mütəmadi gəlib-getdiyi üçün bu məsələləri bilmişdir. Buna görə də ona pulunun olmadığını və bilet almaqda ona kömək etməyini xahiş etmiş, lakin söz vermişdir ki, bir müddət sonra biletin pulunu ödəyəcəkdir. Uzun illər qonşu olduqları üçün, həmçinin bacısı Tünzaləni də tanıdığı üçün o, Səbuhinin bu xahişinə etiraz etməmiş və Tünzalə üçün onlayn qaydada Bakı-Surqut aviareysinə bilet almışdır. Həmin bilet ##.##.2025ci il tarixinə olmuş, lakin Tünzalənin qayınatası dünyasını dəyişdiyi üçün sonuncu gedə bilməmiş və bileti yanmışdır. Bundan sonra Səbuhi yenə ona zəng edərək məlum hadisəyə görə bacısının gedə bilmədiyini lakin, yenidən getmək istədiyini demiş və ondan biletin tarixini bir qədər sonraya yazdırmasını xahiş etmiş, əlavə olaraq köhnə biletin də cəriməsini ödəyəcəyini demişdir. O, Tünzalə üçün onlayn qaydada yeni bilet sifariş etmiş, həmin biletin tarixi ##.##.2025-ci il tarixinə olmuşdur. O, Səbuhini uzun illərdir tanımış, Səbuhi dəfələrlə Bakı şəhərində olarkən onların evində qalmış, həmçinin oğlu şahid5 ilə dostluq münasibətləri olmuşdur. Bəzən olub ki, o, Gəncə şəhərində olanda Səbuhi Bakı şəhərində olmuş və gedib onun Bakıdakı evində qalmışdır. Səbuhi onların evində uzun müddətli yaşamamışdır. Arabir gəlib bir gün qalıb və sonra işinin dalınca getmişdir. Lakin, Səbuhi adətən Gəncə şəhərində yaşamışdır. O, Səbuhini sonuncu dəfə Bakı şəhərində 2024-cü ilin dekabr ayının 27- 28-də görmüş, Səbuhi həmin vaxt da onlara gəlmiş və onlarda qalmışdır. Həmin vaxtdan sonra Səbuhini görməmişdir. Ancaq telefonla əlaqə saxlamışdır. O, Səbuhinin bacısının ##.##.2025-ci il tarixdə Surqut şəhərinə gedəcəyini bilirmiş, sonuncu dəfə o, Səbuhi ilə ##.##.2025-ci il tarixdə telefonla danışmış və bundan sonra Səbuhi ilə heç bir əlaqəsi olmamışdır. ##.##.2025-ci il tarixdə Səbuhinin bacısının həyat yoldaşı ona zəng edərək Səbuhi və Tünzalədən bir xəbərinin olub-olmadığını soruşmuş, o da həmin şəxsə heç bir xəbərinin olmadığını bildirmişdir. Bundan bir neçə saat sonra Səbuhinin anası ona zəng edərək Səbuhi və Tünzalənin narkotik qaçaqmalçılığına görə tutulduqlarını demişdir. şahid14 ilə çox da yaxınlığı olmamış, bir qonşu kimi tanımışdır. Heydər Əliyev adına hava limanında keçirilmiş gömrük yoxlaması zamanı şahid14 çemodanından aşkar edilmiş qurudulmuş marixuana narkotik vasitəsinin ona heç bir aidiyyatı olmamışdır. O, Səbuhi və Tünzalənin haradan getdiyini, Rusiyaya nə apardıqlarını bilməmişdir. Sadəcə bilet almaqda onlara kömək etmişdir. Həmin narkotik vasitənin Tünzaləyə yoxsa Səbuhiyə, yaxud da başqa hər hansı bir şəxsə məxsus olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə etdiyini bilmişdir. Məhkum olunduqdan sonra daha istifadə etmədiyini demişdir. Son vaxtlar istifadə edib-etməməsi barədə hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olubolmaması haqqında heç bir məlumatı olmamışdır. Həmin narkotik vasitənin haradan əldə olunması barədə hər hansı bir məlumatı olmamışdır (İ cild, səh. 158-161). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Hazırda yaşadığı həmin evdə yəni, şahid4 evində 3 ildir dayə olaraq fəaliyyət göstərir. O, 2011ci ildə Azərbaycan Respublikası CM-nın 234.2- ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 1 il 8 ay azadlıqdan məhrum edilmiş, 2014-cü ildə isə həmin məcəllənin 177.3.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 8 il 9 ay azadlıqdan məhrum edilmiş, lakin cəzasını 4 il 3 ay çəkdikdən sonra azadlığa çıxmışdır. Onun dayə olaraq yaşadığı ünvanda şahid4 özü, oğlu şahid5, qızı Nərmin Altınişık və onun xəstə uşağı Tuana Altınişık yaşayırlar. O, təxminən 2021 -ci ildən etibarən heç bir narkotik vasitə və psixotrop maddə istifadə etmir. Ondan əvvəl isə “Kakos” və “xxxx” istifadə etmişdir. O, şahid14 tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs isə Gəncə şəhərində yaşamışdır. Səbuhi şahid4 Gəncə şəhərində qonşusu olmuşdur. Səbuhi bəzi hallarda Bakı şəhərinə gələn zaman Rəna xanımgilə gəlib orada qalmışdır. O da Səbuhini oradan tanımışdır. Səbuhi təxminən 2024-cü ilin yay aylarından həmin evə gəlib-getmişdir. Səbuhi ilə onun heç bir münasibəti olmamışdır. Təxminən 2024-cü ilin dekabr ayında Səbuhi onun yaşadığı həmin evə gələn zaman Rusiyada yaşayan ailəsinə sovqat göndərmək istədiyi barədə fikir səsləndirmişdir. Cari ilin yanvar ayının əvvəllərində də həmin evə gələn zaman bu barədə demiş və həmin sovqatı müalicə olunmaq üçün Rusiya Federasiyasına gedəcək bacısı Tünzalə ilə göndərmək niyyətində olduğunu dilə gətirmişdir. Səbuhi göndərəcəyi sovqatları yığmaq üçün Nərminin göy rəngli çemodanından istifadə etməyi qərara almış, həmin vaxt Nərmin Türkiyədə olmuşdur. Səbuhi sovqat olaraq göndərmək istədiyi məhsulları hissə-hissə ona məlum olmayan ünvanlardan alıb gətirib mənzilin qonaq otağındakı stolun üzərinə yığmışdır. Həmin məhsullar meyvə quruları, mürəbbələr, çərəzlər, kəklikotu və sair mallardan ibarət olmuşdur. Təxminən 2025-ci ilin yanvar ayının 6-7də Səbuhi həmin malları Nərminin çemodanında taksi ilə Gəncə şəhərinə yola salmışdır. O, həmin vaxt öz otağında olduğundan Səbuhinin həmin çemodana nələr qoyduğunu görməmişdir. Bundan 1-2 gün sonra Səbuhi bacısının qayınatasının yas yerində iştirak etmək üçün Gəncə şəhərinə getmiş, həmin vaxtdan sonra o, Səbuhini görməmiş və Səbuhi ilə heç bir əlaqəsi olmamışdır. Nə Təqsirləndirilən şəxs, nə də şahid5 onun yanında heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişlər. Amma onlar hərdən bir Farizin otağına daxil olaraq qapını örtmüş və uzun müddət orada olmuşlar. Onlar otağı tərk etdikdən sonra o, həmin otağa gedən zaman otaqda olan iydən, kül qabının yanında olan qırıntılardan və sair şübhəli hallardan ona məlum olmuşdur ki, onlar narkotikdən istifadə edirlər. O, həmin maddələri onların nə vaxt, kimdən və hansı şəraitdə əldə etmələri barədə heç nə bilməmişdir. şahid14 Rusiya Federasiyasına getməsi üçün aviabileti Təqsirləndirilən şəxs təkidli xahişinə əsasən şahid4 onlayn qaydada Tünzalə üçün nisyə olaraq əldə etmişdir. Onun da yaşadığı evdən aşkar edilmiş ağız hissəsi falqa ilə sarınmış, aşağı hissəsindən kiçik ölçülü deşik açılmış və qapağında da 1 ədəd deşik açılmış 1 ədəd yaşıl rəngli plastik su qabı Təqsirləndirilən şəxs olmuşdur. Həmin su qabı ilə o, evdəki güllərə su vermişdir. 2024-cü ilin təxminən dekabr ayında Səbuhi həmin evə gəldikdən sonra o, həmin su qabını tapa bilməyərək bu barədə Farizdən soruşmuş, Fariz isə ona bildirmişdir ki, Səbuhi həmin qab vasitəsilə narkotik vasitə marixuana istifadə edir (II cild, səh. 35-39). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla anası ilə birlikdə həmin evdə yaşayır, hazırda heç bir yerdə işləmir, əvvəllər 4 dəfə məhkumluk həyatı yaşamışdır. Belə ki, 1997-ci ildən 2020-ci ilədək olan müddət ərzində ümumilikdə 21 il azadlıqda məhrum etmə cəzası çəkmiş, məhkumluqlarının hamısı oğurluq ilə bir halda isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. O, şahid4 şahid5 anası kimi tanımış, lakin onunla heç bir münasibəti olmamışdır. şahid5 isə təxminən 5-6 il bundan əvvəl yol kənarında tanımış, həmin vaxt onun avtomobilinin təkəri xarab olmuş, o da bunu görüb köməklik etmişdir. Həmin vaxtdan da aralarında münasibət yaranmışdır. Səbuhini təxminən 2009-cu ildən tanımış, sonuncu ilə eyni cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşamışlar. Azadlığa çıxdıqdan sonra Səbuhi ilə əlaqəsi olmamışdır. Lakin bir dəfə 2024-cü ilin sonlarına yaxın Farizgilə gedən zaman onların məhəlləsində Səbuhini Farizin yanında görüb görüşmüşdür. Səbuhinin məhkumluğu səhv etmirsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur. Farizin özü də narkotik istifadəçisi olmuşdur. Belə ki, Fariz bir dəfə ona zəng edərək telefonda danışan zaman Səbuhi də Farizin yanında olmuş, Səbuhi danışıq zamanı ona təklif etmişdir ki, gəlib onların evində bir günlük qalsınlar və narkotik vasitə istifadə etsinlər. Bu zaman o, buna razı olmadığını bildirdikdə Səbuhi demişdir ki, ona da narkotik vasitə verəcəkdir. O, həmin vaxtlar marixuana istifadə etmiş, lakin buna baxmayaraq o, Səbuhi ilə razılaşmamışdır. Lakin Səbuhinin əvvəlcə telefonda onlara gəlməsi və narkotik vasitə verəcəyini bildirməsi zamanı artıq ona məlum olmuşdur ki, Səbuhidə həm özünün istifadə etməsi üçün, həm də ona verməsi üçün narkotik vasitə vardır (II cild, səh. 243-246). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 8 ünvanında qeydiyyatda olmaqla anası ilə birlikdə həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir. 2014-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 11 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2023-cü ilin sentyabr ayında cəzasının 9 il 6 ayını çəkdikdən sonra cəzasının qalan hissəsindən şərti olaraq azad edilmişdir. Hazırda heç bir yerdə işləmədiyi üçün maddi ehtiyaclarını anasının pensiyası ilə təmin edirlər. Təqsirləndirilən şəxs bir həmyerli kimi uşaqlıqdan tanımışdır. Səbuhinin yaşadığı məhəllə onun yaşadığı məhəlləyə yaxınlıqda yerləşmişdir. Ona görə də hərdən rastlaşdıqca söhbətləşirmişlər. Lakin sonradan o, həbs edilmiş və Səbuhi ilə əlaqəsi kəsilmişdir. Gəncə şəhərində istintaq təcridxanasmda olan zaman eşitmişdir ki, Səbuhini də hansısa cinayət əməlinə görə həbs edib həmin yerə gətirmişlər. O, Səbuhidən əvvəl azadlığa buraxılmışdır. Səbuhi 2024-cü ilin yaz aylarında cəzaçəkmə müəssisəsindən azadlığa çıxmışdır. Səbuhi çıxdıqdan sonra Gəncə şəhəri ərazisində bir neçə dəfə görüşüb söhbətləşmişlər. Səbuhi ilə 26-## ###### 2024-cü il və ## ###### 2025- ci il tarixlərdə olan telefon danışıqları onunla görüşüb söhbətləşməkləri ilə bağlı olmuşdur. Səbuhi ilə görüşən vaxtlar Səbuhi ona bildirirmişdir ki, özünün “kanal”ı vardır, oradan narkotik vasitə ala bilir. O da həmin vaxtlar narkotik vasitə marixuana istifadə etmişdir. Bu səbəbdən də Səbuhinin ona məlum olmayan şəxslərdən əldə etdiyi marixuanadan hərdən bir Səbuhidən alıb istifadə etmişdir. 2025-ci ilin yanvar ayında Səbuhinin bacısının qayınanası və ya qayınatası rəhmətə getmişdir. Səbuhi də həmin yas mərasimində iştirak etmişdir. Səbuhi maşınsız olduğundan onunla əlaqə saxlamış və gedib sonuncunu oradan götürməyini xahiş etmişdir. O da hansısa tanışının maşınını müvəqqəti olaraq götürüb Səbuhinin dediyi yerə getmiş, Səbuhini yas yerindən götürmüş və öz məhəllələrində olan avtoyuma məntəqəsinin yanına gətirmişdir. Həmin vaxt axşam saatları olmuş, Səbuhi orada cibindən bir bükümdə marixuana çıxardıb yandıraraq istifadə etməyə başlamış, həmin vaxt Səbuhi həmin marixuanadan ona da təmannasız olaraq vermiş, o da həmin marixuananı istifadə etmiş, bundan sonra Səbuhi piyada öz evlərinə doğru getmişdir. O, Səbuhidən həmin marixuananı haradan əldə etməsini soruşmamışdır. Çünki Səbuhi əvvəllər ona bildirmişdir ki, onun öz “kanal”ı vardır, marixuananı oradan əldə edir. Sözügedən görüşlərindən sonra Səbuhi ilə heç bir əlaqəsi olmamışdır. O, Səbuhidən pulu haradan əldə etməsini, nə üçün marixuananı ona pulsuz verməsini soruşmamışdır. Səbuhi ##.##.2025-ci il tarixdə onunla görüşən zaman ona bir bükümdə marixuana vermiş və özünün ondan istifadə etdiyini, yaxşı “şey” olduğunu bildirərək onun da istifadə etməyini məsləhət görmüş, o da həmin marixuananı Səbuhidən alıb istifadə etmişdir. ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə görüşən zaman Səbuhi ona növbəti gün Bakı şəhərinə gedəcəyi və gedərkən özü ilə nələri aparacağı barədə heç nə deməmişdir (III cild, səh. 2- 5). Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, */** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd üzərində AZƏRÇAY sözləri yazılmış dəmir qablarda ümumi sayı 03 ədəd qara rəngli sellofan bağlamalarda və bir ədəd karton qutuda ayrı-ayrılıqda təmiz çəkiləri 34,26 qram, 51,08 qram, 99,20 qram, 8,08 qram, ümumi çəkisi 192,62 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (İ cild, səh. 96- 100). «Baxış və götürmə haqqında» ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında ## ###### 2025-ci il tarixdə UT*** saylı Bakı-Surqut avia marşurtu ilə gedən Azərbaycan Respublikası vətəndaşı şahid14 məxsus baqaj yükünə hava limanın bunkerində keçirilən yoxlamada “Roy” ləqəbli xidməti itin tətbiqi zamanı xidməti it yükə reaksiya verdiyindən yükün sahibi şahid14 bunkerə dəvət olunaraq yüklərin yoxlanılması otağında həmin baqaj yükünə baxış keçirilmişdir. Baxış zamanı şahid14 məxsus 1 ədəd baqajın zədələnməməsi üçün ağ rəngli sellofana bükülmüş baqaj yükünün üzərindən sellofan paket sökülmüş, sellofan paket söküldükdən sonra 1 ədəd üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodan və onun üzərində qoyularaq birlikdə bağlanmış boz rəngli üzərində “BERSIN” yazılmış idman çantası olduğu məlum olmuş, üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodana baxış zamanı müxtəlif sellofan paketlərə bükülmüş əşyalar aşkar edilmiş, üzərində “Azerçay” yazılmış dəmir çay qutusuna baxış zamanı içərisində olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, qara rəngli sellofana bükülmüş kəskin iyə malik, marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və təqribi çəkisinin 52 qram olduğu məlum olmuşdur. Daha sonra boz rəngli üzərində “BERSIN” yazılmış idman çantasına baxış keçirilmiş və çantanın içərisindən əvvəlki üsulla qablaşdırılmış, üzərində “Azerçay” yazılmış dəmir çay qutusunda olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, qara rəngli sellofana bükülmüş kəskin iyə malik, marixuanaya bənzər 2 kütlə aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş və təqribi çəkilərinin müvafiq olaraq 101 qram və 52 qram olduqları məlum olmuşdur. Idman çantasına baxış davam etdirilmiş və üzərində “Azerçay 20 çay paketi” sözləri yazılmış karton qutunun içərisindən çay paketlərinin arasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, karton qutuya birləşdirilməklə digər paketlərdən fərqlənən 1 ədəd çay paketinin kəskin iyə malik olduğu müəyyən edilmiş, qeyd olunan predmet elektron tərəzidə çəkilmiş və təqribi çəkisinin 13 qram olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlər birlikdə elektron tərəzidə çəkilmiş və təqribi çəkilərinin ümumilikdə 219 qram olduğu məlum olmuşdur (İ cild, səh. 6-11). «Baxış keçirilməsi haqqında» ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin hüquqpozmalar alt bölməsindəki "xxxx” siyahı sorğusu əsasında müəyyən edilmişdir ki, şahid14 ##.##.2025-ci il tarixdə X7 Aeroportundan Azərbaycan Respublikasını Rusiya Federasiyasının Surtuq şəhəri istiqamətində tərk etmək istəyərkən saxlanılmışdır (İ cild, səh. 104-108). «Mobil telefona baxış keçirilməsi haqqında» ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman şahid4 məxsus “Iphone” markalı mobil telefonda olan və 050-540-49-50 nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” tətbiqində 051-636-72-82 nömrəsinin “Səbuş Fariz” adı ilə qeyd edildiyi məlum olmuşdur. şahid4 tətbiqdə “səbuhinin Bacısı” adı ilə qeyd edilmiş 055- 992-14-86 nömrəsinə ##.##.2025-ci il tarixdə, saat 10:16- da UT *** saylı Bakı-Surgut istiqaməti üzrə uçuş vaxtı saat 21:40 olan aviareysin onlayn qaydada alınmış biletin şəklini göndərmişdir (İ cild, səh. 163). «Axtarış aparılması haqqında» ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, şahid4 və şahid5 yaşadığı ünvanda ##.##.2025-ci il tarixdə keçirilmiş axtarış zamanı ağız hissəsi falqa ilə sarınmış, aşağı hissəsindən kiçik ölçülü deşik açılmış və qapağında da 1 ədəd deşik açılmış 1 ədəd yaşıl rəngli plastik su qabı, istifadə edilmiş halda 2 ədəd şpiris ucluğu (iqla), 1 ədəd yuxarı hissəsi yanmış vəziyyətdə alışqan və “Ketilept 200 mg” adlı dərmana aid 1 konvolyutda 4 həb aşkar edilərək götürülmüşdür (İ cild, səh. 207-211) «Mobil telefona baxış keçirilməsi haqqında» ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, şahid14 məxsus “Redmi Note 7” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış keçirilən zaman şahid14 məxsus “Redmi Note 7” markalı mobil telefonda olan və 055-992-14-86 nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” tətbiqində “X1” adı ilə qeyd edilmiş 050- 540-49-50 nömrəsi tərəfindən ##.##.2025-ci il tarixdə, saat 10:16-da UT *** saylı BakıSurgut istiqaməti üzrə uçuş vaxtı saat 21:40 olan aviareysin onlayn qaydada alınmış biletinin şəkli göndərilmişdir. Bundan başqa həmin istifadəçilər arasında ##.##.2024-cü il tarixdən başlayaraq tətbiq üzərindən zənglər edilmiş, 5 və # ###### 2025-ci il tarixlərdə şahid14 tərəfindən həmin istifadəçiyə ümumilikdə 4 halda zəng edilsə də danışıq aparılmamışdır. Bundan başqa şahid14 həmin nömrəsi ilə “WhatsApp” tətbiqində “xxxx” adı ilə qeyd edilmiş 051-636- 72-82 nömrəsi arasında ##.##.2024-cü il tarixdən başlayaraq tətbiq üzərindən zənglər edilmiş, 3- # ###### 2025-ci il tarixlərdə qarşılıqlı olaraq ümumilikdə 18 halda zəng edilərək danışıqlar aparılmış, ##.##.2025-ci il tarixdə saat 09:59, 10:02 və 10:22-də olmaqla şahid14 tərəfindən ümumilikdə 3 dəfə “xxxx” adlı istifadəçiyə zəng edilsə də danışıq aparılmamışdır. Telefonun zənglər bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, şahid14 həmin nömrəsindən “xxxx” adı ilə qeyd edilmiş 051-636-72-82 nömrəsinə ##.##.2025-ci il tarixdə saat 18:46-da zəng edilərək 4 saniyə, həmin gün saat 20:56-da “xxxx” adı ilə qeyd edilmiş istifadəçinin isə şahid14 zəng edərək 32 saniyə danışıq aparılmışdır (İ cild, səh. 235-236). «Mobil telefona baxış keçirilməsi haqqında» ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Honor X9b 5G” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus “Honor X9b 5G” markalı mobil telefonun foto və video bölməsindəki məlumatlardan görünür ki, ##.##.2025-ci il tarixdə saat 19:51-də göy rəngli çemodanın şəkili bir neçə istiqamətdən çəkilmiş, saat 19:54-də çəkilmiş həmin şəkillərin birində iş üzrə şahid şahid5 divanda oturub telefona baxdığı görünür. ##.##.2025-ci il tarixdə saat 03:28-də çəkilmiş fotolarda müxtəlif çərəzlər, müxtəlif şirniyyatlar, 1 ədəd dəmir və 1 ədəd karton qutuda olmaqla “Azerçay” çayları və sair ərzaq məhsullarının stolun üzərində olduğu, saat 11:22-də çəkilmiş fotolarda isə həmin məhsulların divanın üzərində olduğu görünür. ##.##.2025-ci il tarixdə saat 13:12-də çəkilmiş fotoda elektron tərəzinin üzərində qara sellofanda 101.00 qram çəkidə predmet və onun yanında isə marixuana narkotik vasitəsinə bənzər bitki kütləsinin olduğu, ##.##.2025ci il tarixdə saat 13:13-də çəkilmiş fotoda isə elektron tərəzinin üzərində qara sellofanda 101.04 qram çəkidə predmet və onun yanında isə marixuana narkotik vasitəsinə bənzər bitki kütləsinin olduğu görünür. ##.##.2025-ci il tarixdə saat 20:26da çəkilmiş fotolardan görünür ki, şahid14 və Təqsirləndirilən şəxs hava limanında birlikdə şəkillər çəkdirmişlər. Telefonda olan və 051-636-72-82 nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp Business” tətbiqində “fariz” adı ilə qeyd edilmiş 051- 874-27-93 nömrəsindən ##.##.2025-ci il tarixdə saat 22:03 və 22:43-də, ##.##.2025-ci il tarixdə saat 02:40-da yazılmış mesajların sonradan silindiyi, ##.##.2025-ci il tarixdə saat 02:42-də isə 1 cavabsız zəngin gəldiyi müəyyən edilir. Bundan əlavə “Rena Xala” adı ilə qeyd edilmiş 050-540-49-50 nömrəsi ilə aralarında ##.##.2024-cü il tarixdən başlayaraq tətbiq üzərindən zənglər edilmiş, ## ###### 2025-ci il tarixdə saat 21:03də “Rena Xala” adlı istifadəçi tərəfindən Təqsirləndirilən şəxs zəng edilərək 20 saniyə, həmin gün saat 21:06-da Təqsirləndirilən şəxs tərəfindən “Rena Xala” adlı istifadəçiyə zəng edilərək 1 dəqiqə 6 saniyə danışıq aparılmış, “Rena Xala” adlı istifadəçidən 15.01,2025-ci il tarixdə saat 22:00-da 1 cavabsız zəng gəlmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin nömrəsi ilə tətbiqdə “Tuzu” adı ilə qeyd edilmiş 055-992- 14-86 nömrəsi arasında 3-# ###### 2025-ci il tarixlərdə qarşılıqlı olaraq ümumilikdə 18 halda zəng edilərək danışıqlar aparılmış, ##.##.2025-ci il tarixdə saat 10:02 və 10:22-də olmaqla “Tuzu” adlı istifadəçi tərəfindən ümumilikdə 2 dəfə cavabsız zəng gəlmiş, həmin gün saat 20:56 və 21:18-də Təqsirləndirilən şəxs tərəfindən “Tuzu” adlı istifadəçiyə zəng edilsə də danışıq aparılmamışdır. Telefonun zənglər bölməsinə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs həmin nömrəsi ilə “Rena xala” adı ilə qeyd edilmiş 050-540-49-50 nömrəsi arasında mütəmadi olmaqla ##.##.2025-ci il tarixdə saat 13:33-də 2 dəqiqə 21 saniyə, saat 13:37-də 6 dəqiqə 46 saniyə, saat 20:30-da 1 dəqiqə 14 saniyə, saat 22:00-da 26 saniyə, “Tuzu” adı ilə qeyd edilmiş 055- 992-14-86 nömrəsi arasında 3, 6, 8, 10, 11 və ## ###### 2025-ci il tarixlərdə danışıqlar aparılmış, ## ###### 2025-ci il tarixdə saat 18:46-da qeydə alınmış danışıq 4 saniyə, saat 20:56-da qeydə almmış danışıq 32 saniyə təşkil etmişdir (İ cild, səh. 237-240) «Baxış keçirilməsi haqqında» ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Rahat” Marketə gəlmiş, oradan 1 ədəd “Azerçay tb Astara buket 32 qr24”, 1 ədəd “Azerçay tb buket 70 qr24”, 1 ədəd “Azerçay 250gr buket d.q”, 1 ədəd müştəri paketi, 3 ədəd “Super kley 2 gr” məhsullarını nağd qaydada ödəniş etməklə həmin gün saat 00:24də almış, daha sonra marketi tərk edib getmişdir (II cild, səh. 9). «DVD-yə baxış keçirilməsi haqqında» ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük Idarəsindən daxil olmuş *-**/*-******/**** nömrəli, ##.##.2025-ci il tarixli məktuba əlavə edilmiş bir ədəd DVD-də olan video görüntülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ##.##.2025-ci il tarixdə X7 Aeroportu Terminal 1-də Bakı-Surqut aviareysi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmək istəyən Azərbaycan Respublikası vətəndaşı şahid14 qardaşı Təqsirləndirilən şəxs ilə gediş zalına daxil olur, şahid14 müvafiq qaydada qeydiyyatdan keçdikdən və baqajı daşıyıcıya təhvil verdikdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə sərnişinlər üçün gözləmə zalının qarşısına gedirlər, orada Tünzalə Quliyeva təhlükəsizlik əməkdaşları tərəfindən yoxlanılaraq zala buraxılır, Təqsirləndirilən şəxs isə geriyə qayıdaraq hava limanının binasını tərk edir. Bu zaman şahid14 baqaja verdiyi yükə kinoloji itin tətbiqi ilə yoxlama həyata keçirilərkən xidməti it həmin yükə reaksiya verir (II cild, səh. 22). «CD-yə baxış keçirilməsi haqqında» ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC tərəfindən təqdim edilmiş bir ədəd CD-dəki məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olan 051-636-72-82 nömrəsi ilə şahid14 istifadəsində olan 055-992-14-86 nömrəsi arasında 02, 03, 06, 08, 10, 11 və ## ###### 2025-ci il tarixlərdə, Təqsirləndirilən şəxs həmin nömrəsi ilə şahid4 istifadəsində olan 050-540-49-50 nömrəsi arasında 02-04, 06-10, 12, 13 və ## ###### 2025-ci il tarixlərdə, şahid4 istifadəsində olan həmin nömrəsi ilə şahid14 qeyd edilən nömrəsi arasında 03, 05, 08 və ## ###### 2025-ci il tarixlərdə danışıqlar aparılmışdır (II cild, səh. 89). «CD-yə baxış keçirilməsi haqqında» ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC tərəfindən təqdim edilmiş bir ədəd CD-dəki məlumatlara əsasən şahid14 istifadəsində olan 055-992-14-86 nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 051-636-72-82 nömrəsi ilə arasında 02, 03, 06, 08, 10, 11 və ## ###### 2025-ci il tarixlərdə, şahid14 qeyd edilən nömrəsi ilə şahid4 istifadəsində olan 050-540-49-50 nömrəsi arasında 03, 05, 08 və ## ###### 2025-ci il tarixlərdə danışıqlar aparılmışdır (II cild, səh. 153). Birinci instansiya məhkəməsi iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə tövsif edilməsi ilə bağlı işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun həmin maddə ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ona həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli olması barədə apellyasiya şikayətlərinin dəlillərini və apellyasiya icraatında bildirdiklərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini məhkum edilmiş şəxsin cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Həmçinin, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs və müdafiəçisinin apellyasiya şikayətlərinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi, onun təqsirləndirildiyi maddə üzrə bəraət verilməsi barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmənin hökmündə qeyd edilən cinayət hadisəsini törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası qərarında əsas götürdüyü motivləri rəhbər tutmaqla apellyasiya şikayətinin formal mülahizələrə əsaslandığını qeyd edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Rusiya Federasiyası ərazisinə narkotik vasitə göndərmək məqsədinin olmaması və narkotik vasitəni Gəncə şəhərində götürüb istifadə etmək üçün qutulara düzməsi barədə ifadəsinə münasibətdə isə onu qeyd edir ki, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə narkotik vasitənin gömrük nəzarətindən gizlədilməsi və narkotik vasitənin ayrı-ayrılıqda bir neçə xırda bağlamalara bükülməsi Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlayaraq daşımasını və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinə nail olaraq qaçaqmalçılıq etməsini təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya şikayətlərində və apellyasiya icraatında göstərdiyi hallara hüquqi qiymət verərək qeyd edir ki, şikayətlərdə qeyd olunanlar təqsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirılməli, Təqsirləndirilən şəxs təqsiri özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertizasının rəyləri və digər iş materialları ilə sübuta yetirilmiş hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri cinayət işi materiallarında öz əksini tapan sübutlarla təkzib edilməklə əsassız olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2024-cü il tarixli * saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin # #### 2016-cı il tarixli qərarının 9-cu bəndində göstərilir ki, «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır». Həmin Plenum qərarının 19-cu bəndində qeyd edilmişdir ki, «...Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir» Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə bildirir ki, təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Avropa Insan Hüquqları Konvensiyanın 6-cı maddəsi üzrə təlimatda göstərilmişdir ki, “6-cı Maddənin 3(d) yarımbəndinə görə, təqsirləndirilən şəxs məhkum edilməmişdən əvvəl ona qarşı irəli sürülən bütün sübutlar çəkişmə prinsipinin təmin olunması məqsədilə açıq iclas zamanı onun iştirakı ilə təqdim olunmalıdır. Bu prinsipdən istisnalar mümkün olsa da, onlar müdafiə hüquqlarını pozmamalıdır. Bu zaman bir qayda olaraq təqsirləndirilən şəxsə ona qarşı ifadə verən şahidə (ya həmin şəxs ifadə verərkən, ya da məhkəmə icraatının daha sonrakı mərhələsində) etiraz etmək və onu dindirmək üçün adekvat və lazımi imkanın verilməsi tələb olunur (Hummer Almaniyaya qarşı, § 38; Luka Italiyaya qarşı, § 39; X6 Respublikası Makedoniyaya qarşı, § 57). Təqsirləndirilən şəxsin hakimin iştirakı ilə vacib bir şahidlə üzləşmək imkanı ədalətli məhkəmə araşdırmasının mühüm elementidir. (Tarau Rumıniyaya qarşı, § 74; Qraviano Italiyaya qarşı, § 38).” Iş materiallarında olan sübutlara əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq və məhkəmə zamanı iş üzrə şahidlərin hər biri ayrı-ayrılıqda bir-birini təsdiq edən, işin faktiki hallarına uyğun gələn, cinayət işinin materialları ilə öz təsdiqini tapan ifadələr vermişlər, həmin ifadələrin həqiqətə uyğun olmaması barədə təqsirləndirilən şəxsin ifadəsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə törətmiş olduğu cinayət əməllərinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin əməlində məsuliyyətini yüngülləşdirən halların olmamasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini ağırlaşdıran hal kimi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrinsin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Iş materiallarında olan Goranboy Rayon Məhkəməsinin ## ######## 2014-cü il tarixli, *(***)-**/**** nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Göygöl Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)-**/**** nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsinin tələbləri nəzərə alınaraq 06 (altı) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 06 (altı) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Goranboy Rayon Məhkəməsinin ## ######## 2014-cü il tarixli hökmü ilə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 04 (dörd) ay 13 (on üç) gün hissəsi qismən birləşdirilməklə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 02 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş hazırki cinayət əməllərini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.4.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların olmamasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini ağırlaşdıran hal kimi olmamasını nəzərə almaqla, ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər əməlinin tövsif edilməsi, ona bəraət verilməsi və cəzasının yüngülləşdirilməsi üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı apararaq, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və onun müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətlərinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətlərin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən ayrı-ayrı verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPMnin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar