Məhkəmə qərarları › İş №1(3-6)-421/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-421/2026

12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-421/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlunun və onun müdafiəçisi Hacıyeva (Səfərli) Şəbnəm Kərəm qızının iştirakları ilə, Məmmədov İsmayıl Firdovsi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünə əsasən ##.##.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həbs olunandək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Məmmədov İsmayıl Firdovsi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək ona 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının çəkilməsi müddətinin başlanğıcı ##.##.2024-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttihama əsasən Məmmədov İsmayıl Firdovsi oğlu on dörd yaşına çatmayan şəxs barəsində fiziki zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi ilə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onun barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, Məmmədov İsmayıl Firdovsi oğlu 2024-cü ilin iyun ayının sonlarında günorta saatlarında əvvəlcədən şahid1 vasitəsilə tanış olduğu, mobil telefon yazışmaları ilə və görüşüb söhbət etməklə yaxın münasibət saxladığı ##.##.2011- ci il təvəllüdlü olmaqla on dörd yaşına çatmayan olduğunu bildiyi Zərərçəkmiş şəxs onu şahid1 həmin yaşda olan bacısı ilə tanış edəcəyini deyib aldatmaqla ünvan 1 ünvanda yerləşən şahid1 yaşadığı fərdi yaşayış evinə gətirmiş, sonradan onunla işi olacağını deyib onu evin həyətinə düşürdüb cinsi ehtirasını təmin etmək məqsədi ilə cinsi əlaqədə olacağına razılıq vermədiyi halda onun fotoşəkillərini mantaj etdirib əxlaqsızlıqla məşğul olduğunu yayacağını, bununla da onu və anasını rüsvay edəcəyini deyib psixoloji zor tətbiq etmə hədəsi ilə Zərərçəkmiş şəxs zorla dartıb evin həyətində yerləşən tövləyə apararaq içəri saldıqdan sonra qapını örtüb bağlamaqla onlara mane olacaq kənar təsirləri neytrallaşdırıb müqavimətini əvvəlcədən qırmağa yönəlmiş hərəkətlərlə qorxudub zor tətbiq edib saçından tutub dartaraq fiziki ağrı yetirib döşəməyə otuzdurmaqla müqavimət göstərmək imkanından məhrum edib köməksiz vəziyyətə gətirərək cinsi ehtirasını təmin etmək məqsədilə iradəsi əleyhinə zor tətbiq edərək özünün də əynindəki şalvarını aşağı çəkib cinsiyyət orqanını çıxardaraq gərginləşdirib nümayiş etdirməklə ondan yalamaqla seksual xarakterli hərəkətlər etməyə məcbur edib hədə-qorxu ilə tələb etməklə cinsiyyət orqanını on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ağız boşluğuna zorla salmaqla seksual xarakterli hərəkətlərini davam etdirib onun ağız boşluğunda bir neçə dəfə hərəkət etdirərək cinsi ehtiras hissinin yaranmasına, seksual xarakterli sair hərəkətləri görməyə məcbur edən zorakı hərəkətlərlə seksual münasibətlərə hazırlamaqla cinsi ehtirasını pozğun formada təmin edərək Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməklə və psixioloji zor tətbiq etmə hədəsi ilə onun köməksiz vəziyyətindən istifadə edərək ##.##.2011-ci il təvəllüdlü olmaqla on dörd yaşına çatmayan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlu apellyasiya şikayəti verərək ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müstəntiq tərəfindən düzgün araşdırılma aparılmadan, barəsində həqiqətə uyğun olamayan cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işinə əsasən təqsirli deyildir. Birinci instansiya məhkəməsinə bunu təsdiq edən sübutları təqdim etsə də, heç bir araşdırma aparılmadan ədalətsiz hökm çıxarılmışdır. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlu və onun müdafiəçisi Hacıyeva (Səfərli) Şəbnəm Kərəm qızı apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan onun dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Məmmədov İsmayıl Firdovsi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlunun apellyasiya şikayətinin özünü təqsirli bilməməsi barədə dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2001-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X18 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ##.##.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi sübutların düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlunun törətdiyi əməl Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlunun apellyasiya şikayətinin əsas dəlilləri qismində onun təqsirli olmadığı halda ibtidai istintaq orqanı və məhkəmə tərəfindən düzgün araşdırma aparılmadan barəsində ədalətsiz hökmün çıxarılması göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlu özünü ona elan edilmiş ittiham üzrə əvvəlcə özünü təqsirli bilməyərək hadisədən öncə 3 ay olarki əsgərlikdən gəldiyini, Məsumə adlı qızı tanımadığını, onunla telefon yazışmaları olmadığını, hadisə yerində olmadığını, videoda olan şəxsin özü olmadığını, heç bir günahı olmaığını, videonu şahid1 çəkdiyini, video görüntüdə əks olunan şəxsin qardaşı Elxanın olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən şahid3 qardaşı olduğunu, lakin videonu çəkən şəxsin qardaşı olmadığını bildirmişdir. O, Aminlə eyni məhəllədə yaşadıqlarını, aralarında yaxşı münasibət olduğunu və əvvəllər hər hansı münaqişə baş vermədiyini qeyd etmişdir. İstintaq zamanı iki dəfə ifadə vermiş, zərərçəkmiş şəxsi ilk dəfə polis şöbəsində görmüş, qızın ailə üzvlərini isə əvvəllər tanımamışdır. Hadisə baş verən vaxt evdə olduğunu, polis əməkdaşlarının onu evdən apardığını demişdir. Hadisə yerində qardaşının olduğunu, lakin özünün orada olmadığını vurğulamışdır. Həmin vaxt evdə anası, atası, bacısı və qardaşının da olduğunu, onların da onun evdə olduğunu təsdiqləyə biləcəyini bildirmişdir. Eyni zamanda, valideynlərinin istintaq zamanı dindirilib-dindirilmədiyini bilmədiyini, anasının isə hazırkı məhkəmə iclasına gəlmədiyini qeyd etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlu Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Məsumə adlı qızı Aminin vasitəsi ilə tanımışdır. Amin onun qonşusudur. Onunla dostluq münasibəti var. O, Məsuməni bir neçə dəfə Aminin yaşadığı evdə görmüşdür. Amin və Məsumə birlikdə video çəkib vatsap statuslarında paylaşırmışlar. 2024-cü ilin yay aylarında, dəqiq gününü və ayını xatırlamadığı vaxtda Amin ona zəng edib onu yaşadığı evə çağırmış, o, da onun yaşadığı evə getmiş, həyətə daxil olduqda Amin və Məsumənin hovuzun kənarında əyləşdiklərini görmüşdür. Onlara yaxınlaşıb salamlaşmış, Amin ona və Məsuməyə tövləyə getmələrini bildirmiş, o, Məsumə və Amin birlikdə tövləyə getmişlər. Orada Məsumə ona cinsiyyət orqanını yalamaq istədiyini demiş, o, da buna etiraz etməmiş və cinsiyyət orqanını çıxarmışdır. Məsumə bundan sonra onun cinsiyyət orqanını ağzına alıb yalamağa başlamışdır. Təxminən 2-3 dəqiqə yaladıqdan sonra o, boşalmadan cinsiyyət orqanını Məsumənin ağzından çıxarmış və tövlədən bayıra çıxmışdır. O, bayıra çıxdıqda qardaşı Elxanın orada olduğunu və onları videoya çəkdiyini görmüşdür. Bundan sonra Məsumə ilə hər hansı əlaqəsi olmamışdır. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə ifadəsində göstərdiyi şəkildə olmuşdur. O, Məsuməni Aminin vasitəsi ilə tanımışdır. Onu cinsiyyət orqanını yalamağa məcbur etməmişdir. Qeyd etmişdir ki, Məsumə cinsiyyət orqanını yalayarkən çəkilmiş video qardaşı Elxan tərəfindən çəkilmiş, video Elxanın mobil telefonunda olmuş, lakin kim tərəfindən yayıldığını bilməmişdir. Bildirmişdir ki, həmin vaxt qardaşı Elxan Məsumə ilə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamış, ona qarşı hrç bir seksual xarakterli hərəkət etməmişdir, Aminin Məsuməyə qarşı nəsə edib-etməməsini görməmişdir, özü isə cinsiyyət orqanını Məsuməyə yalatmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ona ünvanlanan əlavə sualları cavablandırarkən bildirmişdir ki, ibtidai istintaq zamanı yazılan həmin ifadəni o verməmişdir. O, istintaq zamanı əməliyyatçılar tərəfindən döyüldüyünü, lakin döyülmə ilə bağlı bədənində xəsarət izi olmadığını, buna baxmayaraq təhqir edildiyini qeyd etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim ondan bu əməli törədib-törətmədiyini soruşduqda, müstəntiq onun əməli törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə məhkəmədə bu əməli törətdiyini demədiyini, yalnız qızı yüngül şəkildə döyüldüyünü, ona şillə və təpik vurulduğunu qeyd etmişdir. O, artıq 6 aydır həbsdə olduğunu, döyülməsi ilə bağlı müstəntiqə məlumat verdiyini, lakin başqa orqana müraciət etmədiyini bildirmişdir. Həmçinin istintaq materiallarında olan videodakı şəxsin özü olmadığını vurğulamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxsin yanında onun adını çəkdikləri üçün zərərçəkmiş şəxs də onun adını demişdir. Onun sözlərinə görə, Xəzər RPİ-də işləyən Şəhriyar müəllim zərərçəkmiş şəxslə otağında söhbət etdikdən sonra onu da otağa çağıraraq bu əməli törədib-törətmədiyini soruşmuş, o isə törətmədiyini bildirdikdə başqa otağa aparılaraq döyülmüşdür. Daha sonra zərərçəkmiş şəxs gəlib həmin əməli onun törətdiyini demişdir. O, baş verənlərin təşkilatçısının Amin olduğunu iddia etmişdir. Sonda Təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlu son sözündə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Mir Saber qızı ifadəsində göstərmişdir ki, O, İsmayılı Xanımqız adlı rəfiqəsi vasitəsilə tanımışdır. Daha sonra məktəbin həyətində bir-birlərinə “Instagram” hesablarını verərək ünsiyyətə başlamışlar. Təxminən bir ay danışdıqdan sonra İsmayıl ona “mənimlə görüşməlisən, əks halda şəkillərini Telegram-da yayaram” demişdir. O isə hər hansı qeyri-etik və ya şəxsi xarakterli şəkillərinin olmadığını, şəkillərini yalnız “TikTok” və “Instagram” sosial şəbəkələrində paylaşdığını bildirmişdir. Sonradan o, İsmayılla görüşmüş, birlikdə Amilin evinə getmiş və orada oturub söhbət etmişlər. Həmin evdə İsmayıl ondan müəyyən hərəkətlər etməsini istəmiş, o da razılaşmışdır. Həmin vaxt İsmayılın qardaşı baş verənləri videoya çəkmişdir. Daha sonra həmin görüntülər yayılmış, lakin görüntülərin konkret olaraq kim tərəfindən yayıldığını bilmədiyini bildirmişdir. Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, İsmayıl həmin təklifi edərkən rəfiqəsi ona anasına heç nə deməməyi tapşırmış, o da bu barədə anasına məlumat verməmişdir. Onlar Aminin evinə getmişlər. Orada Amin də İsmayılın ona qarşı etdiyi hərəkətləri onunla etmiş, Elxan isə heç bir hərəkət etməmiş, yalnız baş verənləri videoya çəkmişdir. Bu hadisə təxminən 20 dəqiqə davam etmişdir. O, baş verənlər barədə rəfiqəsinə danışdığını, rəfiqəsinin 18 yaşı olduğunu və ona bu məsələni heç kimə deməməyi tapşırdığını bildirmişdir. Video onun xəbəri olmadan çəkilmişdir. Hadisə barədə anasına məktəbin direktoru məlumat vermişdir. Videolar yayıldıqdan sonra onları ilk görənlərdən biri də məktəbin direktoru olmuşdur. O, İsmayılla barışmadığını, lakin Aminlə barışdığını qeyd etmiş, baş verənlərdə əsas günahın İsmayılda olduğunu bildirmişdir. Görüşə onu İsmayıl dəvət etmiş, Amin isə əvvəlcədən heç nə deməmişdir. Həmin günədək bu cür hərəkətləri heç kimlə etmədiyini və əvvəllər heç kimin onu belə hərəkətlərə məcbur etmədiyini vurğulamışdır. İsmayıl isə ona bu hərəkətləri etmədiyi təqdirdə şəkillərini yayacağı ilə hədələdiyini demişdir. O, həmçinin bildirmişdir ki, istintaq dövründə ifadəsi alınarkən yanında anası və vəkili olmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən *** saylı tam orta məktəbin 6-cı sinif şagirdidir. Hazırda anası qanuni nümayəndə2 ilə birlikdə onun himayəsində yaşayır, atası X2 Saber 2022ci il tarixdə vəfat etmişdir. Bildirmişdir ki, Məmmədov İsmayıl Firdovsi oğlunu 2024-cü ilin yay aylarından Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbə sakini kimi tanıyır. Onu təhsil aldığı orta məktəbin həyətində əvvəllər bir-iki dəfə görmüş, lakin onunla həmin vaxt ünsiyyəti olmamışdır. 2024-cü ilin yay aylarında, təxminən iyuun ayında İsmayıl tək olaraq ona təhsil aldığı orta məktəbin həyətində yaxınlaşaraq onunla dost olmaq istədiyini bildirmişdir. O, da İsmayılla razılaşmış və o, ondan ilkin olaraq sosial şəbəkə istifadəçisi olub-olmadığı barədə maraqlanmış və o, ona bildirmişdir ki, istifadəsində “karaleva” adı ilə “İnstagram” səhifəsi var. İsmayıl öz telefonuna “İnstagram” səhifəsini yazmış və bundan sonra onunla sağollaşaraq evinə getmişdir. Həmin günün axşamı İsmayıl “İnstagram” hesabı ilə ona yazmış, onunla haləhval tutmuşdur. İsmayıl “instagam” hesabı ilə ona mesaj yazaraq yaşı, adı və ailə üzvləri haqqında məlumat soruşmuşdur. O, da ona öz anket məlumatlarını bildirmiş və yaşının 13 yaş olmasını demişdir. Həmin günün axşamı onunla sağollaşmış, səhərisi günü isə onu dərsdən çıxanda orta məktəbin həyətində görmüşdür. İsmayıl onunla görüşüb hal-əhval tutmuş, onunla söhbət etdikdən sonra piyada evinə getmişdir. Həmin vaxtdan bir-iki gün keçəndən sonra İsmayıl “İnstagram” hesabına yenidən mesaj yazaraq onunla hal-əhval tutmuş və ona bildirmişdir ki, onun Amin adlı dostu var, Amin adlı dostunun mənimlə eyni yaşda bacısı var vəona görə də mənə bildirdi ki, o Amin adlı dostunun bacısı ilə onu tanış etmək istəyir, məqsədi də odur ki, o, həmin qız ilə dostluq etsin və bir-birlərinin evinə gedib-gəlsinlər. Həmin gün, təxminən 2024-cü ilin iyun ayının əvvəllərində, günorta saatlarında İsmayıl onun “İnstagram” səhifəsinə mesaj yazaraq onların məhləsinə gələcəyini bildirmiş və ondan xahiş etmişdir ki, o, onu evlərinin küçəsində gözləsin. O, paltarlarını geyinib küçəyə çıxmış, İsmayıl ona bildirmişdir ki, o, onun arxasınca onun getdiyi yerə getsin. Bir az piyada gedəndən sonra Amin adlı şəxsin yaşadığı evin qarşısına gəlmişlər. Amin onları qapıda qarşılamış və onları evlərinə dəvət etmişdir. O, bu zaman İsmayıldan soruşmuşdur ki, Aminin bacısını evdə görmür. İsmayıl da ona demişdir ki, Aminin bacısı qonşuya gedib, harada olsa bir azdan gələr. Bu zaman Aminin evində qalmağa razılaşmış və Aminin yaşadığı evin qonaq otağında Amin və İsmayıl ilə söhbət etməyə başlamışdır. Amin çay hazırlamağa getmiş, İsmayıla isə mağazadan şirniyyat və siqaret almağı xahiş etmiş və İsmayıl da tək mağazaya getmişdir. Amin çay hazırlamış, onlar birlikdə İsmayılı gözləmişlər. Amin bu zaman ona bildirmişdir ki, İsmayıl ona qədər bir neçə qızı aldatmışdır. Amma aldatma səbəbini ona deməmişdir. Bu zaman Amin əlində mobil telefonunu gördüyü üçün ondan mobil telefon nömrəsini istəmiş, o, da ona istifadəsində olan, lakin hazırda yadında qalmayan mobil telefon nömrəsini vermişdir. Bir az keçəndən sonra İsmayıl şirniyyat və siqaret alaraq Aminin yaşadığı evə gəlmiş, Amin onlara çay vermiş, onlar birlikdə çay içmişlər, çay içdikdən sonra İsmayıl Aminə demişdir ki, çölə çıxsın, onun Məsurnə ilə işi var. Amin buna etiraz edəndə İsmayıl ona sözünün olduğunu bildirmiş və təkidlə Aminə demişdir ki, çölə çıxsın. Amin də yaşadığı evin həyətinə çıxmış və o, İsmayıl ilə birlikdə Aminin yaşadığı evin qonaq otağında tək qalmışlar. İsmayıl onunla cinsi əlaqədə olma təklif etmiş, əgər onun təklifi ilə razı olmayacağı təqdirdə onun şəkillərini fotomontaj elətdirib yayacağını və anasının bıçaqla başını kəsəcəyi ilə onu hədələmişdir. Bu zaman qorxduğu üçün İsmayıl ilə razılaşmış və onunla birlikdə Aminin yaşadığı evin həyətində yerləşən tövləyə getmişlər. Həmin vaxt həyətdə Amini görmüş, Amin İsmayıla hara getdiklərini bildirmiş, İsmayıl isə ona tövləyə getdiklərini demişdir. İsmayıl Aminə demişdir ki, tövləyə baxmağa gedirlər, ona demişdir ki, Amin evinə getsin onları evində gözləsin. Amin də yaşadığı evə getmiş və onlar heyvanların saxlanılmasından ötrü tikilmiş tövləyə girmişlər. Həmin vaxt tövlədə heç kim yox imiş. Bu zaman İsmayıl ona hədə-qorxu gələrək onunla tövlədə cinsi əlaqədə olmaq istədiyini bildirmiş və o, qorxduğu üçün İsmayıl ilə razılaşmışdır. Həmin vaxt İsmayıl cinsiyyət orqanını şalvarından çıxararaq ağzına salmış və ona hədə-qorxu gələrək onun cinsiyyət orqanını yalamağını bildirmişdir. O, da tövlədə İsmayılın cinsiyyət orqanını yalamışdır. Bu zaman ani olaraq arxaya çevrilib baxan zaman görmüşdür ki, o, və İsmayılı İsmayılın qardaşı Elxan mobil telefonu ilə videoya çəkir. Bu zaman İsmayıldan nə üçün onun qardaşı Elxanın onları videoya çəkməsini soruşanda o ona bildirmişdir ki, onları heç kim videoya çəkmir. Bu zaman Amin tövlənin qarşısında dayanan Elxanı görüb ondan nə üçün Məsuməni videoya çəkməsini soruşanda X3 videoya çəkmədiyini bildirmişdir. Bundan sonra Məsurnə tək tövlədən çıxıb həyətə doğru gəlmiş. İsmayıl, Elxan və Amin arxasınca həyətə gəlmişlər. Bu zaman İsmayıl ona yenidən hədə-qorxu gələrək ona təkidlə bildirmişdir ki, əgər Aminlə cinsi əlaqədə olmasa, onun videosunu yayacaqlar. Bu zaman Amin İsmayıla ilkin olaraq Məsurnə ilə cinsi əlaqədə olmaq istəmədiyini bildirmiş, lakin İsmayıl Aminə nə söz demişsə, Amin razı olmuşdur. O, qorxduğu üçün razılaşmış və Amin onu həyətlərində yerləşən əl yeri kimi istifadə olunan dama gətirmişdir. Həmin yerdə Amin cinsiyyət orqanını şalvarından çıxarıb ağzına salmış və o, onun cinsiyyət orqanını yalayandan sonar o, onunla arxa nahiyyədən cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, özü şalvarını aşağı salmış və Amin cinsiyyət orqanını arxa nahiyəsinə daxil edərək onunla bir dəfə arxa nahiyədən cinsi əlaqədə olmuşdur. Bundan sonra Aminlə o, damdan çıxmış və orada görmüşdür ki, İsmayıl və Elxan onları Aminin həyətlərində gözləyirlər. Həmin vaxt o, Elxanla Aminin həyətində yerləşən tövlədə cinsi əlaqədə olmamışdır. Ümumiyyətlə Elxan ona onunla cinsi əlaqədə olma təklifini etməmişdir. Bundan sonra Elxan və İsmayıl Aminin yaşadığı evi tərk edərək harasa getmişlər, Amin isə onu məscidin yanından evinə yola salmışdır. Həmin vaxtdan Aminlə sevgi münasibəti yarandığı üçün İsmayıl və Elxan ilə heç bir münasibət qurmamışdır. Həmin hadisədən sonra onun İsmayıl, Elxan və Amin ilə heç bir intim münasibəti olmamışdır. İsmayıl ona qarşı əxlaqsız hərəkətlər edəndə videonu onun qardaşı Elxan çəkib yaymışdır. Qeyd etmişdir ki, Aminlə bir-birlərini sevirlər, onunla seksual xarakterli hərəkətləri, eləcə də qeyri-təbii yolla cinsi əlaqəni öz razılığı və istəyilə etmişdir. Ona qarşı Amin heç vaxt zor tətbiq etməmişdir. Həmçinin qeyd etmişdir ki, şahid2 uzaq qohumudur və onunla söhbətləri olsa da, onunla yaxınlıq etməmiş, təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır, Məhəmməd Əli ona qarşı hər hansı əxlaqsız hərəkət etməmişdir, ilkin ifadəsində də ona qarşı şahid2 tərəfindən əxlaqsız hərəkətlər edilməsini göstərməmişdir. Bildirmişdir ki, ilkin ifadəsində fikrini düzgün izah edə bilməmiş, onun adını qarışdırmışdır. Bundan başqa qeyd etmişdir ki, Elxan da heç vaxt ona qarşı hər hansı seksual xarakterli hərəkət etməmiş, onunla təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Buna baxmayaraq Elxan İsmayıl ona qarşı əxlaqsız hərəkətlər edərkən mobil telefonu ilə video çəkmiş və daha sonra yaymışdır. Bildirmişdir ki, Yarıyev FAmin Alim oğlu onunla cinsi əlaqədə olmamışdır. Bildirmişdir ki, FAmin 2024-cü ilin iyun ayında günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində ona yaxınlaşaraq ona kənddə çox adamla cinsi əlaqədə olduğunu, onda çoxlu videolarının olduğunu, bir gün ona xəbər edəcəyini, bir yerdə oturmalarını demiş, bu zaman o, Aminə öz işi ilə məşğul olmasını bildirmişdir. Bu sözü FAminə deyəndən sonra FAmin ona telefonlarda olan lüt videolarını yayacağını bildirmişdir. Polisdə videolarının yayılması ilə bağlı araşdırma aparılan zaman o, elə bilmişdir ki, videolarını FAmin yaymışdır, ona görə o və anası kənddə biabır olmuşlar. Ona görə də qərəzli olaraq polisdə ifadə verərkən Aminin hədə-qorxusu ilə onun cinsiyyət orqanını ağzına salaraq yalaması barədə ifadə vermişdir. Halbuki, o, Aminlə cinsi əlaqədə olmamış, eləcə də Amin ona əxlaqsız hərəkətlər etməmişdir. Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ona ünvanlanan əlavə sualları cavablandırarkən bildirmişdir ki, rəfiqəsi istintaq zamanı nişanlı olduğu üçün onun adını çəkməmişdir. Həmçinin qeyd etmişdir ki, ona heç kim tərəfindən fiziki təzyiq göstərilməmişdir. Lakin İsmayıl onun şəkillərini “Telegram”da paylaşaraq altına nalayiq sözlər yazmaq və bununla da adını ləkələmək ilə hədələdiyi üçün məcbur qalaraq onunla razılaşmışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Mir Saber qızının qanuni nümayəndəsi qanuni nümayəndə2 həmçinin məhkəmə iclasında müvafiq ərizə təqdim edərək təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, İsmayıl Məmmədova yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, qardaşı ilə zarafat etmək məqsədilə video çəkmiş, qızı heç vaxt çəkməmişdir. Videolarla bağlı müstəntiqlə birlikdə ekspertizaya da getmiş, orada videolarda özünün olubolmadığını dəqiqləşdirmək üçün ekspertizaya təqdim etmişdir. O, həmçinin qeyd etmişdir ki, Amilin evinə gedib gəldiyi günü İsmayıl qızla arxa tərəfdə olmuş və o, yalnız zarafat məqsədilə İsmayılın videolarını çəkmişdir. Qızın yaşını bilmədiyini və videoları da yalnız özü tərəfindən çəkildiyini bildirmişdir. Məhkəmə iclasında şahid şahid3 sualları cavablandırarkən bildirmişdir ki, zərərçəkmiş şəxsi hadisədən əvvəl tanımamış və onu kənddə yalnız uzaqdan görmüşdür. Aminin “WhatsApp” statusunda qızın videosunu görməmiş və Aminlə qızın hansı əlaqəsi olduğunu bilməmişdir. Aminin evinə gedəndə Amin ona İsmayılın da qızla arxa həyətdə olduğunu bildirmişdir. İçəri girdikdə Amin və qızı görməmiş, onlar arxa həyətdə olmuşlar. Aminin həyətində hovuzun kənarında İsmayıl, Amin və qızı videoya çəkmişdir. Həmin videolar ayrı-ayrı vaxtlarda çəkilmişdir. Hadisə günü zərərçəkmiş şəxsi hovuzun kənarında görməmiş, İsmayıl və qızın tövlədə pəncərədən çəkildiyini bildirmişdir. Videoda gördükləri ilə bağlı qeyd etmişdir ki, heç bir zorakılıq hərəkəti olmamış, qızın üzünü də görməmişdir. Videonu çəkərkən fikirləşmişdir ki, yəqin söhbətləşirlər və zarafat məqsədilə videonu çəkmişdir. Videodan əvvəl qardaşının qıza qarşı hər hansı zorakılıq etməsini görməmişdir. O, videonu çəkməkdə məqsədinin yalnız qardaşı ilə zarafat etmək olduğunu, qızın üzünü çəkilmədiyini və əvvəllər belə zarafat etmədiyini, bunun isə birinci dəfə baş verdiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, başqa şəxslərlə qardaşı belə videolar çəkməyib. Şahid barəsində Xəzər Rayon Polis İdarəsində işin olub-olmadığını dəqiq bilmədiyini demişdir. Həmin iş qardaşının işi ilə bağlı olub, əvvəl qardaşı tutulmuşdur. O, 8 ay * saylı istintaq təcridxanasında qaldığını və Apellyasiya Məhkəməsinə 4 dəfə vəsatət yazdıqdan sonra buraxıldığını bildirmişdir. Həmin iş üzrə barışıq olmuş, anası xəstə olduğuna görə zərərçəkmiş şəxsin anası onu bağışlamışdır; zərərçəkmiş şəxsə isə pul ödəməyib. Videoda qıza qarşı hərəkətləri edən şəxsin özü olmadığını, həmin gün qardaşının əynində hansı paltarlar olduğunu xatırlamadığını qeyd etmişdir. İsmayılın köynəyində nəsə şəkil olduğunu, idman şalvarı geydiyini, rəngini xatırlamadığını bildirmişdir. O, videolardan ikisinin olduğunu və onların fərqli zamanlarda çəkildiyini də qeyd etmişdir. Təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlu məhkəmə iclasında ona ünvanlanan əlavə sualları cavablandırarkən özünü təqsirli bildiyini qeyd etmişdir. O, videolarda görünən şəxsin özü olduğunu təsdiqləmiş, məhkəmədə əvvəlki ifadəsi zamanı yalan danışdığını etiraf etmiş və bunun üzrlü hesab olunmasını xahiş etmişdir. Həmin müddət ərzində ata və anası ilə görüşmədiyini və onlarla danışmadığını bildirmişdir.Onun sözlərinə görə, videolar ayrı-ayrı vaxtlarda çəkilmişdir. Zərərçəkmiş şəxslə eyni il və eyni ay ərzində, eyni yerdə iki dəfə görüşmüşdür. Həmin görüşlərdə özü və Amin iştirak etmişdir. Videoları Elxanın çəkdiyini bildirmiş, videolardan ikisinin eyni günə, birinin isə başqa vaxta aid olduğunu qeyd etmişdir. O, videolardakı şəxsin özü olduğunu bir daha təsdiqləmiş, ifadə verərkən yalan danışmasının konkret bir səbəbinin olmadığını, hər hansı məqsəd güdmədiyini və heç nədən ehtiyat etmədiyini bildirmişdir. Həmçinin ona hər hansı təzyiq göstərilmədiyini vurğulamışdır. İkinci görüş zamanı birinci görüşdə baş verən hərəkətlərin təkrarlanmadığını qeyd etmişdir. Birinci görüş zamanı isə videoda görünən hərəkətləri Aminin də zərərçəkmiş şəxsə qarşı etdiyini bildirmişdir. İkinci videonu kimin çəkdiyini xatırlamadığını, videolardan ikisinin eyni gündə, birinin isə başqa gündə çəkildiyini qeyd etmişdir. Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs məhkəmə iclasında ona ünvanlanan əlavə sualları cavablandırarkən bildirmişdir ki, həmin yerə iki dəfə getmişdir. Ora ikinci dəfə getməsinin səbəbi utanması ilə bağlı olmuşdur. O qeyd etmişdir ki, videoların ayrı-ayrı vaxtlarda çəkildiyini deməmişdir. İsmayıl ikinci dəfə tövləyə gəlməyəcəyi təqdirdə birinci dəfə çəkilmiş videoları yayacağı ilə onu hədələmişdir. Birinci dəfə çəkilən videoda İsmayıl ayaqüstə dayanmış, özü isə oturmuş vəziyyətdə olmuşdur. Qucaqlaşma videosu isə ikinci dəfə gedəndə çəkilmişdir. Həmçinin bildirmişdir ki, ikinci dəfə gedəndə birinci dəfə baş verən hadisələr təkrarlanmamışdır. O, həmin vaxt videoların ayıb olduğunu deyərək silinməsini tələb etmiş, həmin gün başqa hər hansı hadisə baş verməmişdir. İkinci dəfə görüş zamanı İsmayılla olan hərəkətləri Amin də ona qarşı etmişdir. Aminlə bu hal yalnız bir dəfə baş vermiş, sonradan təkrarlanmamışdır. Məhəmməd babasıgilin qonşusudur və ona qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. O, Məhəmmədin maşınına mindiyini, istintaq zamanı Məhəmmədin adını çəkmədiyini qeyd etmişdir. Məhəmmədin adı çəkildikdə isə, o, Amin və Məhəmmədi bir dəfə məscidin qabağından babasıgilə apardığını bildirmişdir. Məhkəmə iclasında şahid şahid3 əlavə sualları cavablandırarkən bildirmişdir ki, Məsumənin Aminlə görüşməsini görməmiş, İsmayılla isə yalnız bir dəfə tövlədə görüşdüyünü görmüşdür. Hovuzun kənarında çəkilən videoda hər hansı qeyri-adi hal baş verməmiş, adi bir görüntü olmuşdur. Həmin video hazırda onlarda yoxdur. O, həmin videonu özünün çəkdiyini bildirmişdir. Elxan qeyd etmişdir ki, Aminlə Məsumənin birinci dəfə getdikləri zaman onların videosunu çəkməmişdir. Hovuzun kənarında və tövlədə çəkilən videoların eyni gündə çəkildiyini bildirmişdir. Qucaqda oturma ilə bağlı videodan xəbərinin olmadığını və həmin görüntünü özünün çəkmədiyini demişdir. Tövlədəki videonu isə pəncərədən özünün çəkdiyini, görüntüdə İsmayıl və Məsumənin olduğunu qeyd etmişdir. Video təxminən iki il əvvəl çəkildiyi üçün onu hansı səbəbdən çəkdiyini xatırlamadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, ilk dəfə İsmayıl ona zəng edərək harada olduğunu soruşanda, o, evdə olduğunu demişdir. İsmayıl isə “gəlim, sizə canlı açaq” demişdir. İsmayıl arada onlara gedib gəlmiş, lakin qızla gələcəyini deməmişdir. O, İsmayıla “sən mənə gəlirsən, canlı açaq dedin, amma qız gətirəcəyini demədin” deyəndə, İsmayıl ona “mənə köməklik elə” demişdir. Valideynləri yanında olduğu üçün qorxaraq buna razı olmamışdır. Daha sonra İsmayıla iki dəfə “alınmır” deyəndə, İsmayıl içkili olduğu halda ona bıçaq çıxarmışdır. O, qorxaraq razı olmuş, Elxan – İsmayılın qardaşı – də “burax keçsin, nəsə edər” demişdir. Bıçağın arxasını divara vuranda o qorxaraq tövləyə getmələrinə razı olmuşdur. İsmayıl və qız tövləyə getmiş, o isə digər həyətdə dayanmış, Elxan da yanında olmuşdur. O, qızı əvvəl tanımadığını, bir qədər sonra Elxanın videonu çəkdiyini və özü tövləyə girmədiyini bildirmişdir. Bu hal iki dəfə baş vermişdir. Sonradan o, qızla tanış olmuş, danışdıqdan sonra bir-birilərini sevdiklərini və hazırda münasibətlərinin davam etdiyini qeyd etmişdir. Məsumənin yaşı çatdıqdan sonra isə ailə quracaqlarını bildirmişdir. Məhkəmə iclasında şahid şahid1 sualları cavablandırarkən bildirmişdir ki, həmin videolardan birində cinsi ehtirasını təmin etdiyi halların baş verdiyini görmüşdür. O, Məsumə ilə məhlələrin yanında görüşdüklərini qeyd etmişdir. Tövlədə Məsumə ilə yaxınlıq olmuş və həmin vaxt Elxanın videoya çəkdiyini bildirmişdir. Videodakı şəxsin Elxan olduğunu, çünki Elxan videonu çəkərkən ağ şalvar yox, qara şalvar geyindiyini demişdir. Videonu İsmayıl çəkməmişdir. O, təqsirləndirilən şəxsin iki dəfə zərərçəkmiş şəxslə cinsi əlaqədə olmasının şahidi olduğunu, videolardan birini İsmayılın, digərini isə Elxanın çəkdiyini qeyd etmişdir. Hər üç video görüntünün çəkilməsinin birbaşa şahidi olmuşdur. Həmçinin bildirib ki, İsmayıl ilə dost olmuş və bir məhlədə yaşamışlar. İkinci dəfə İsmayıl gələndə bıçaq çıxarmamışdır. Zərərçəkmiş şəxsin anasına atası 7000 manat, Elxan isə 2000–3000 manat pul vermişdir. Məhəmmədin də pul verdiyini eşitmiş, lakin məbləğini bilmədiyini qeyd etmişdir. Vətəndaş qanuni nümayəndə2 ##.##.2024-cü il tarixli ərizəsindən görünür ki, 2024-cü ilin iyun ayında Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbə sakinləri Məmmədov İsmayıl Firdovsi oğlu, şahid1 və şahid3 onun yetkinlik yaşına çatmayan qızı ##.##.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Mir Saber qızına qarşı Türkan qəsəbəsi ərazisində əxlaqsız hərəkətlər edilmişdir. ##.##.2024-cü il tarixli Raportdan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsində Zərərçəkmiş şəxs Mir Saber qızına qarşı seksual xarakterli hərəkətlər edilməsi barədə videolar əldə edilmişdir. ## ####### 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Mir Saber qızı təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlunun ona qarşı zor tətbiq edərək seksual xarakterli zorakılıq hərəkətləri etdiyini sonuncunun üzünə qarşı deyərək təsdiq etmişdir. ## ####### 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxışda iştirak edən təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlu birinci video görüntüdə olan kişi cinsli şəxsin özü olduğunu, cinsiyyət orqanını tanıdığı Mousavı Ilekhchi X4 ağız boşluğuna daxil edərək yalatmaqla seksual xarakterli hərəkətlər etdiyini, bundan başqa həmin görüntünü qeydə alan şəxsin qardaşı şahid3 olduğunu, həmin vaxt tanışı şahid1 da həmin yerdə olduğunu, lakin həmin vaxt nə Elxan, nə də Aminin Məsuməyə qarşı heç bir seksual hərəkət etmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, ikinci video görüntüdə olan kişi cinsli şəxs də özüdür, yanındakı isə Mousavı Ilekhchi X4r, videonu qardaşı Elxan çəkmiş, tanışı şahid1 da həmin yerdə olmuşdur, üçüncü video görüntüdə olan kişi cinsli şəxs də özüdür, yanındakı isə Mousavı Ilekhchi X4r, ümumi videodur və videonu qardaşı Elxan çəkmiş, tanışı şahid1 da həmin yerdə olmuşdur. ## ####### 2024-cü il tarixli “mobil telefonlara baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Məmmədov İsmayıl Firdovsi oğluna, şahid3 və yetkinlik yaşına çatmayan şahid1 məxsus mobil telefonlara baxış keçirilmiş, baxış zamanı İsmayıl Məmmədov və şahid1 məxsus mobil telefonlarda iş üçün əhəmiyyət kəsb edən heç bir video, foto şəkil və ya hər hansı məlumat aşkar edilməmiş, bununla yanaşı baxış zamanı şahid3 məxsus mobil telefonda Məmmədov İsmayıl Firdovsi oğlunun cinsiyyət orqanını Mousavı Ilekhchi X4 ağız boşluğuna daxil edərək yalatmaqla seksual xarakterli hərəkətlər etdiyi qeyd olunan video görüntü aşkar olunmuşdur. Buna görə də Məmmədov İsmayıl Firdovsi oğlu və şahid1 məxsus mobil telefonlar iş üçün əhəmiyyət kəsb etmədiyindən sahiblərinə geri qaytarılmaqla cinayət işinin materiallarına əlavə olunmamalı, şahid3 məxsus mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınmalı və cinayət işinin materiallarına əlavə olunmalıdır. ## ###### 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs Mousavı Ilekhchi X5 görüntüdə olan qadın cinsli şəxsin özü olduğunu, tanıdığı Məmmədov İsmayıl Firdovsi oğlu tərəfindən ona qarşı zor tətbiq olunaraq iradəsində əleyhinə məcbur olub İsmayıl Məmmədovun cinsiyyət orqanını ağız boşluğuna daxil edərək yaladığını bildirmişdir. Qeyd etmişdir ki, həmin görüntünü qeydə alan İsmayıl Məmmədovun qardaşı şahid3dur. Həmin vaxt şahid3 ona qarşı seksual xarakterli hərəkətlər etməmişdir. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə təyin olunmuş məhkəməportret ekspertizasının ## ###### 2026-cı il tarixli, */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “WhatsApp Video 2025-03-18 at 12.46.38”, və “WhatsApp Video 2025-03-18 at 12.46.39” adlı videogörüntülərdə əks olunmuş şəxsin əksər hallarda nisbətən siluet formasinda əks olunmasi, sifət elementlərin digər görüntülərlə örtülməsi səbəbindən xarici görünüşünün anatomik elementləri - sifət cizgilərinin, qaşların, gözlərin, burnun, burunüstü hissənin, ağzının, dodaqların, çənəsinin, göz qapaqlarının, qulaq seyvanının əks olunmadığı, sifətin ümumi konfiqurasiyası, burun əsası və yanaqları isə tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdırlar. “WhatsApp Video 2025-03-18 at 12.47.06” adlı videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüşünün müqayisəli tədqiqat üçün zəruri olan bir sıra element və əlamətlərinin tam və aydın əks olunmadığı müəyyən olundu, bu da eyniləşdirmə tədqiqatı zamanı qəti nəticəyə gəlməyə imkan vermir. Qismən əks olunmuş element və əlamətlərin məcmusu eyniləşdirmə tədqiqatı zamanı yalnız ehtimal formada nəticəyə gəlməyə imkan verir. Tədqiqata təqdim edilmiş “WhatsApp Video 2025-03- 18 at 12.47.06” adlı videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüşünün qismən əks olunmuş element və əlamətləri müqayisəli material qismində təqdim edilmiş “export (2)” adlı videogörüntüdə və Məmmədov İsmayıl Firdovsi oğlunun Mərkəzdə çəkilmiş fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüşünün bir sıra element və əlamətlərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş “WhatsApp Video 2025- 03-18 at 12.47.06” adlı videogörüntüdən çıxarılmış fotoşəkillərdə və müqayisəli material qismində “export (2)” adlı videogörüntüdə və Məmmədov İsmayıl Firdovsi oğlunun Mərkəzdə eksperimental çəkilmiş fotoşəkillərdə eyni bir şəxsin əks olunması istisna olunmur. Tədqiqata təqdim edilmiş “WhatsApp Video 2025-03-18 at 12.47.06” adlı videogörüntüdən çıxarılmış fotoşəkildə şahid3 Mərkəzdə eksperimental çəkilmiş fotoşəkildə müxtəlif şəxslər əks olunmuşdur. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə təyin olunmuş məhkəməfonoskopik ekspertizasının ## ###### 2026-cı il tarixli, */**** nömrəli rəyindən görünür ki, WhatsApp Video 2025-03-18 at 12.46.38” və “WhatsApp Video 2025-03-18 at 12.46.39” adlı videoyazılarda montaj əlamətləri müəyyən olunmadı. WhatsApp Video 2025-03- 18 at 12.46.38” və “WhatsApp Video 2025-03-18 at 12.46.39” adlı videoyazı ekranın təkrar yazılması yolu ilə əldə olunduğundan ilkin görüntülərlə hər hansı montaj əlamətlərinin olubolmamasını müəyyən müəyyən etmək mümkün olmadı. Məhkəmənin sorğusuna əsasən əldə olunmuş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından verilmiş ##.##.2024-cü il tarixli tibbi kitabçanın surətindən görünür ki, İstintaq təcridxanasına yerləşdirilərkən aparılmış müayinə zamanı təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlunun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, müayinə zamanı İsmayıl Məmmədov saxlanılarkən zədə almadığını bildirmişdir. Məhkəmə kollegiyası Məmmədov İsmayıl Firdovsi oğlunun özünü təqsirli bilməməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilin iş materiallarında olan və mötəbərliliyi şübhə doğurmayan sübutların məcumusu ilə öz təsdiqini tapmadığını, əksinə təkzib olunduğunu qeyd edir. Belə ki, məhkəmə kollegiyası təqirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni, habelə birinci instansiya məhkəməsinin iclasında əvvəlcə özünü təqsilrli bilməsə də, sonradan videolarda görünən şəxsin özü olduğunu təsdiqləməsini, məhkəmədə əvvəlki ifadəsi zamanı yalan danışdığını etiraf etməsini və bunun üzrlü hesab olunmasını xahiş etməsini nəzərə alaraq hazırki apellyasiya baxışı zamanı hər hansı əsaslı sübuta istinad etmədən yenidən özünü təqsirsiz hesab edərək müraciətini özünümüdafiə xarakterli sayır və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarını şübhə altına alan hər hansı halın olmadığını qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə yekun nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Məmmədov İsmayıl Firdovsi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası Məmmədov İsmayıl Firdovsi oğlunun apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onun təqsirli olmasını sübut edən halları təkzib edən hər hansı bir dəlilin apellyasiya baxışı nəticəsində müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıkarı qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 150.3.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qanuni nümayəndə2 istintaq dövründə imzasının həqiqiliyi notarial qaydada təsdiq olunmuş ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir, onunla barışmışdırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, Məmmədov İsmayıl Firdovsi oğlu əvvəllər məhkum olunmamışdır. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutaraq təqsirləndirilən şəxsə Məmmədov İsmayıl Firdovsi oğluna münasibətdə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun cəzasının yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsini və onun cəzasını ağırlaşdıran hal müəyyən etmədən, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası ilə müəyyən olunmuş növdə və həddə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəza təyin etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğluna təyin edilmiş cəza tədbirinin növü və həddi ilə razılaşaraq cəzanın yüngülləşdirilməsi və ya ağırlaşdırılması üçün hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Məmmədov İsmayıl Firdovsi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məmmədov İsmayıl Firdovsi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Hacıyeva (Səfərli) Şəbnəm Kərəm qızı tərəfindən təqsirləndirilən şəxs Məmmədov İsmayıl Firdovsi oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Yusifbəyli və Partnyorları Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Faiq Qəniyev Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar