Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-423/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, İsmayılova Nərgiz Əlfidat qızının, zərərçəkmiş şəxs9 və zərərçəkmiş şəxs7, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçisi “Alfa” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 Elbruz oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü ilə ## #### 1996-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Yevlax şəhəri, Rəşid Behbudov küçəsi, ev 19-da qeydiyyatda olan, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdən ## ######## 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 02 (iki) ay 20 (iyirmi) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 06 (altı) il 09 (doqquz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda əvvəllər tanıdığı şahid4 vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs9 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən * saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə zərərçəkmiş şəxs9 etibarını qazanıb "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 4 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla ## ######## 2023-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, *** nömrəli ünvanında yerləşən "Oskar" şadlıq sarayının qarşısında zərərçəkmiş şəxs9 tanışı şahid4 vasitəsi ilə ona göndərdiyi 3000 manat, ## ######## 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, *** nömrəli ünvanında yerləşən "Daşfırın" restoranında 14000 manat, zərərçəkmiş şəxs9 tərəfindən ## ###### 2023cü il tarixdə saat 10:21-də Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, 3005ci məhəllədə yerləşən "Spar" marketdə olan terminaldan ona məxsus "xxxxa aid 4169 7388 1701 **** nömrəli kart hesabına köçürülmüş 1100 manat, həmin tarixdə saat 10:24-də eyni qaydada ona məxsus "xxxx"a aid 4169 7388 1701 **** nömrəli kart hesabına köçürülmüş 900 manat, ## #### 2023-cü il tarixdə saat 22:06-da Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən "Spar" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 4169 7388 1701 **** nömrəli kart hesabına köçürülmüş 500 manat, ümumilikdə isə 19500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs və digər qrup üzvləri ilə öz aralarında bölüb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda əvvəllər tanıdığı şahid4 qohumu şahid3 vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs8 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən * saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə zərərçəkmiş şəxs8 etibarını qazanaraq "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 3 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla ## ####### 2023-ci il tarixdə saat 15:17-də Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, ** nömrəli evdə zərərçəkmiş şəxs8 tərəfindən bacanağı şahid3 vasitəsi ilə "xxxx"a aid 523915*********** nömrəli kartın mobil tətbiqi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 2000 manat, ## ####### 2023-cü il tarixdə saat 12:42-də zərərçəkmiş şəxs8 tərəfindən bacanağı şahid3 vasitəsi ilə Şəki şəhəri, Sabit Rəhman küçəsi, ** nömrəli ünvanda yerləşən "Bazarstore" marketdə olan terminaldan ona məxsus "xxxxa aid 416973********** nömrəli kart hesabına köçürülmüş 2000 manat, ## ####### 2023-cü il tarixdə saat 13:11-də zərərçəkmiş şəxs8 tərəfindən bacanağı şahid3 vasitəsi ilə Şəki şəhəri, Sabit Rəhman küçəsi ** nömrəli ünvanda yerləşən "Bazarstore" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973********** nömrəli kart hesabına köçürülmüş 1500 manat, ## ####### 2023-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, *** nömrəli ünvanda yerləşən * saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısında zərərçəkmiş şəxs8 tərəfindən bacanağı şahid3 vasitəsi ilə ona göndərdiyi 6500 manat, ümumilikdə isə 12000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs və digər qrup üzvləri ilə öz aralarında bölüb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda şahid2 vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs7 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən * saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə zərərçəkmiş şəxs7 etibarını qazanaraq "Midaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu. Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 2 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla zərərçəkmiş şəxs7 tərəfindən ## ####### 2023-ci il tarixdə saat 18:27-də Bakı şəhəri, Yasamal rayonu, MIDA yaşayış kompleksində yerləşən "Bravo" supermarketdə olan terminaldan ona məxsus "xxxx”a aid ********** nömrəli kart hesabına köçürülmüş 9000 manat, ## ###### 2024- cü il tarixdə saat 22:19-da Bakı şəhəri, Yasamal rayonu, MIDA yaşayış kompleksində yerləşən "Bazarstore" marketdə olan terminaldan ona məxsus "xxxx”a aid 416973********** nömrəli kart hesabına köçürülmüş 1200 manat, ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksi, ev 18, ** nömrəli mənzildən "xxxx"a aid 416973*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 100 manat, ümumilikdə isə 10 500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs və digər qrup üzvləri ilə öz aralarında bölüb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda əvvəllər tanıdığı şahid4 vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs6 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən * saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə zərərçəkmiş şəxs6 etibarını qazanaraq "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 1 otaqlı və 3 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla zərərçəkmiş şəxs6 tərəfindən ## ####### 2023-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində yerləşən "Zefir Mall" ticarət mərkəzində verilmiş 20000 manat, ## ####### 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində zərərçəkmiş şəxs6 tanışı X10 vasitəsi ilə ona göndərdiyi 3000 manat məbləğlərində pul vəsaiti aldıqdan sonra zərərçəkmiş şəxs6 ona olan etibarından istifadə edib əmlakını ələ keçirmək niyyəti üzrə cinayətkar əməllərini davam etdirərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə əlavə 3 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla ## ####### 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində zərərçəkmiş şəxs6 tanışı X10 vasitəsi ilə ona göndərdiyi 5000 manat, zərərçəkmiş şəxs6 tərəfindən ## ####### 2023- cü il tarixdə saat 16:46-da Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən "Aran" marketdə olan terminaldan ona məxsus "xxxxa aid 416973********** nömrəli kart hesabına köçürülmüş 1000 manat, ## ###### 2023-cü il tarixdə saat 12:06-da Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Nərimanov" parkından "xxxxa aid ********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 5000 manat, həmin tarixdə saat 18:27-də Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, *** nömrəli ünvanda olan "xxxx"a aid terminaldan ona məxsus "xxxxa aid 416973********** nömrəli kart hesabına köçürülmüş 10000 manat məbləğlərində pul vəsaiti aldıqdan sonra zərərçəkmiş şəxs6 ona olan etibarından istifadə edib əmlakını ələ kecirmək niyyəti üzrə cinayətkar əməllərini davam etdirərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə əlavə 3 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla zərərçəkmiş şəxs6 tərəfindən ## ###### 2023-cü il tarixdə saat 11:16-da Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən "Aran" marketdə olan terminaldan ona məxsus "xxxxa aid 416973********** nömrəli kart hesabına köçürülmüş 8000 manat, həmin tarixdə saat 11:24-də qeyd edilən "Aran" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973********** nömrəli kart hesabına köçürülmüş 7000 manat, ## ###### 2023-cü il tarixdə saat 18:24-də Ucar şəhəri, Oğuz küçəsi, ** nömrəli ünvanda yerləşən "xxxx"ın Ucar filialından ona məxsus "xxxxa aid ********** nömrəli kart hesabına köçürülmüş 2000 manat, ## ###### 2023-cü il tarixdə saat 17:57-də Ucar şəhəri, Oğuz küçəsi, ** nömrəli ünvanda yerləşən "xxxx"ın Ucar filialından ona məxsus "xxxx a aid 416973********** nömrəli kart hesabına köçürülmüş 10000 manat. zərərçəkmiş şəxs6 ona olan etibarından istifadə edib əmlakını ələ keçirmək niyyəti üzrə cinayətkar əməllərini davam etdirərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə əlavə 2 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla zərərçəkmiş şəxs6 tərəfindən ## ###### 2023-cü il tarixdə saat 11:57-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Nərimanov" parkından "Azərbaycan Beynəlxalq Bank"a aid 4127*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx'a aid ********** nömrəli kart hesabıma köçürülmüş 2000 manat, ## ###### 2024-cü il tarixdə sau 18:45-da Ucar rayonu, Bərgüşad kəndində yerləşən "Al" marketdə olan terminaldan ona məxsus "xxxxa aid 416973******* nömrəli kart hesabına köçürülmüş 5000 manat, həmin anda saat 19:00-da Ucar rayonu, Bərgüşad kəndində "xxxx"a aid 416973*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxxa aid 16973*********** nömrəli kart hesabına köçürülmüş 1000 manat, ## ###### 2024-cü il tarixdə saat 11:10-da Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, *** nömrəli ünvanda yerləşən xxxx"a aid terminaldan ona məxsus "xxxx"a aid 416973********** nömrəli kart hesabına köçürülmüş 5050 manat, həmin tarixdə saat 11:15-də qeyd edilən "xxxxa aid terminaldan ona məxsus "xxxx"a aid 416973******* nömrəli kart hesabına köçürülmüş 450 manat, ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksındə zərərçəkmiş şəxs6 tərəfindən ona verilmiş 100 manat, həmin tarixdə saat 22:46-da Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Nərimanov" parkından zərərçəkmiş şəxs6 tərəfindən "xxxx"a aid ********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə onun "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 7000 manat, ümumilikdə isə 91600 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs və digər qrup üzvləri ilə öz aralarında bölüb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda əvvəllər tanıdığı şahid4 vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs5 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən * saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə zərərçəkmiş şəxs5 etibarını qazanaraq “Mirdaməd” adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 2 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla zərərçəkmiş şəxs5 tərəfindən ## ###### 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində ona verilmiş hesabında 4836 manat olan "xxxx" kredit kartını və 100 manat nağd pulu, zərərçəkmiş şəxs5 tərəfindən həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində "Azərbaycan Beynəlxalq Bank”a aid 4127*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx”a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 3000 manat, həmin tarixdə saat 14:42də Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, *** nömrəli evdən "Azərbaycan Beynəlxalq Bank”a aid 524375********* nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 70 manat, ## ###### 2023-cü il tarixdə saat 13:57-də Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, *** nömrəli evdən "Azərbaycan Beynəlxalq Bank"a aid 4127*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxxa aid 416973*********** nömrəli karı hesabına köçürülmüş 2000 manat, ## ###### 2023-cü il tarixdə saat 12:49-da Bakı şəhəri, Xətai rayonu, Zığ sossesi, *** nömrəli evdən "xxxx"a aid 523915*********** nömrəli kartın mobil telefonla olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx”a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 1000 manat, ## ###### 2023-cü il tarixdə saat 18:11-də Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, *** nömrəli evdən "Azərbaycan Beynəlxalq Bank"a aid 4127*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxxa aid ********** nömrəli kart hesabına köçürülmüş 100 manat, ## ###### 2023-cü il tarixdə saat 18:11-də Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 179 nömərli evdən "Azərbaycan Beynəlxalq Bank"a aid ******** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx”a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 140 manat, ## ###### 2023-cü il tarixdə saat 19:52-də Bakı şəhəri. Xətai rayonu, Zığ şosesi, *** nömrəli evdən "Azərbaycan Beynəlxalq Bank"a aid 4127*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxxa aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 1000 manat, ## ###### 2023-cü il tarixdə saat 13:46-da Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 179 nömərli evdən "Azərbaycan Beynəlxalq Bank"a aid 4127*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 300 manat, ## ###### 2023-cü il tarixdə saat 11:28-də Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, *** nömrəli evdən "xxxx"a aid 548290*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 137 manat, ## ###### 2023cü il tarixdə saat 14:14-də Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 179 nömərli evdən "Azərbaycan Beynəlxalq Bank"a aid 4127******** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 140 manat, ## ###### 2023-cü il tarixdə saat 18:38-də Bakı şəhəri, Xətai rayonu, X2 küçəsində yerləşən "Bravo" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973********** nömrəli kart hesabına köçürülmüş 53 manat, ## ###### 2024-cü il tarixdə saat 18:50-də zərərçəkmiş şəxs5 tanışı Şamo Şabanov vasitəsi ilə "Leo bank"a aid mobil telefonda olan mobil tətbiqlə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 200 manat, ## ###### 2024-cü il tarixdə saat 19:46-da zərərçəkmiş şəxs5 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən "Araz" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973********** nömrəli kart hesabına köçürülmüş 200 manat, ümumilikdə isə 13276 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs və digər qrup üzvləri ilə öz aralarında bölüb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda zərərçəkmiş şəxs4 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən * saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə zərərçəkmiş şəxs4 etibarını qazanaraq "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 2 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq zərərçəkmiş şəxs4 həmin vədlərə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsünü yaratmaqla etibarını qazanmaq üçün ## ###### 2023-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ***/** nömrəli ünvanda yerləşən ** nömrəli notariat ofisində zərərçəkmiş şəxs4 ilə borc müqaviləsi bağlamaqla etibarından sui-istifadə edərək bu adla həmin vaxt notariat ofisində sonuncudan 15000 manat aldıqdan sonra zərərçəkmiş şəxs4 ona olan etibarından istifadə edib əmlakını ələ keçirmək niyyəti üzrə cinayətkar əməllərini davam etdirərək sonuncuya Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə əlavə 2 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla zərərçəkmiş şəxs4 tərəfindən ## ###### 2024-cü il tarixdə saat 18:54-də Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 111, ** nömrəli mənzildə mobil telefonunda olan ***-***-**-** nömrəli M10 mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973********** nömrəli kart hesabına köçürülmüş 1000 manat, həmin tarixdə saat 18:58-də eyni qaydada köçürülmüş 3000 manat və həmin tarixdə saat 19:02də eyni qaydada köcürülmüş 3500 manat, ümumilikdə isə 22500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs ilə öz aralarında bölüb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda zərərçəkmiş şəxs3 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən * saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə zərərçəkmiş şəxs3 etibarını qazanaraq "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 3 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından suiistifadə etməklə bu adla ## ###### 2024-cü tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, *** nömrəli evdə zərərçəkmiş şəxs3 tanışı zərərçəkmiş şəxs5 vasitəsi ilə "Azərbaycan Beynəlxalq Bank"a aid 4127*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 1000 manat, zərərçəkmiş şəxs3 tərəfindən ## ###### 2024-cü il tarixdə saat 17:53-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 67, ** nömrəli mənzildən "xxxx"a aid 416973*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 15000 manat, ## ###### 2024-cü il tarixdə saat 12:05-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 67, ** nömrəli mənzildən "xxxx"a aid 416973*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 3000 manat, ## ###### 2024-cü il tarixdə saat 22:38-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 67, ** nömrəli mənzildən "xxxx"a aid 416973*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 300 manat, ## ###### 2024cü il tarixdə saat 16:57-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 67, ** nömrəli mənzildən "xxxx"a aid ********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 400 manat, həmin tarixdə saat 18:21-də eyni ünvandan "xxxx"a aid 416973*********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 600 manat, ## ###### 2024-cü il tarixdə saat 12:43-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 67, ** nömrəli mənzildən "xxxx"a aid ********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 1000 manat, ## #### 2024-cü il tarixdə saat 18:03-də Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, ** nömrəli ünvanda yerləşən "Gənclik Mall" ticarət mərkəzinin yaxınlığından "xxxx"a aid ********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*********** nömrəli kart hesabına köçürülmüş 1000 manat, ümumilikdə isə 21500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs ilə öz aralarında bölüb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda özünü X3 nüfuzlu və işgüzar şəxs, o cümlədən * saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə Xaliq Əliyevin etibarını qazanaraq "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 4 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Xaliq Əliyev tərəfindən ## ###### 2024-ci il tarixdə saat 18:14-də Bakı şəhəri, Qaradağ rayonu, Müşviq qəsəbəsi, Yeni yaşayış massivi 1, 22-ci Müşviq küçəsi, ** nömrəli ünvanda yerləşən "Araz" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973********** nömrəli kart hesabına köçürülmüş 13000 manat, həmin tarixdə saat 18:30-də Bakı şəhəri, Qaradağ rayonu, Müşviq qəsəbəsi, Yeni yaşayış massivi 1, 22-ci Müşviq küçəsi, ** nömrəli ünvanda yerləşən "Araz" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973********** nömrəli kart hesabına köçürülmüş 15000 manat, ümumilikdə isə 28000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs ilə öz aralarında bölüb zərərçəkmiş şəxs Xaliq Əliyevə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda əvvəllər tanıdığı şahid4 vasitəsi ilə tanış olduğu İsmayılov Nərgiz Əlfidat qızına özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən * saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə Nərgiz İsmayılovanın etibarını qazanaraq "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda Yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 2 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Nərgiz İsmayılova tərəfindən ## #### 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ** nömrəli yaşayış binasının qarşısında ona verilmiş 8000 manat, Nərgiz İsmayılova tərəfindən ## #### 2024-ci il tarixdə saat 13:17-də Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, *** nömrəli ünvanda yerləşən "Tamstore" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973********** nömrəli kart hesabına köcürülmüş 1000 manat, ## ##### 2024-ci il tarixdə saat 20:28-də Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, *** nömrəli ünvanda yerləşən "Tamstore" marketdə olan terminaldan onun bildirdiyi "Azərbaycan Beynəlxalq Bank"a aid BA***TSSE*** OG** adlı kart hesabına köçürülmüş 37 manat, ümumilikdə isə 9037 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs və digər qrup üzvləri ilə öz aralarında bölüb zərərçəkmiş şəxs Nərgiz İsmayılovaya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 Elbruz oğlu apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edilir ki, hökm Təqsirləndirilən şəxs barəsində qanunsuz və əsassız olduğundan apellyasiya baxışında şikayətə məhkəmə istintaqı aparılmaqla keçirilməli, məhkəmə istintaq aparılmadan belə baxıldıqda aşağıda şərh olunanlara əsasən ləğv olunub Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Mirdaməd adlı şəxs Təqsirləndirilən şəxs xəstəliyindən və maddi vəziyyətinin pis olmasından istifadə edərək onun mənzillərin alqı-satqısı üçün vasitəçi olmasına şərait yaratmışdır. Təqsirləndirilən şəxs ona etibar edərək bu alqı-satqının qanuni olduğuna inanmışdır. Yəni bu əməllərin törədilməsində Təqsirləndirilən şəxs təqsiri yoxdur, o vasitəçi rolu oynamışdır. Təqsirləndirilən şəxs əməlinin AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsinə səbəb olan zərərçəkmiş şəxs6 ifadəsi təhrif edilərək istintaqın yanlış aparılmasına səbəb olmuşdur. zərərçəkmiş şəxs6 verilən ifadədə qohumları üçün mənzil alarkən mənzillərin ödənişi üçün məbləği qohumları ödəmişdir. Yəni hər qohumları hər biri ayrılıqda ödədikləri məbləğ 50 000 manatdan çox olmadığına görə, istintnaq və məhkəmə ən pis halda onu təqsirli hesab etsə belə, onu AR CM-nin 178.2-ci maddəsi ilə məsuliyyətə cəlb edərək ittiham verməli idi. Lakin bu ödənişlərin qəzərli, qanunsuz və əsassız olaraq bütövlükdə zərərçəkmiş şəxs6 tərəfindən ödənildiyi qeyd etməklə, Təqsirləndirilən şəxs ağır maddə ilə ittiham etməyə nail olmuşlar. Zərərçəkmiş şəxslər- zərərçəkmiş şəxs4, İsmayılova Nərgiz, zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxs5 Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs aşağı həddə cəza verilməsini xahiş etmişdirlər. Bundan əlavə, Təqsirləndirilən şəxs barədə Bakı istintaq təcridxanasının Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək “Beyinciyin bədxassəli yenitörəməsi, Arxa kəllə çuxurunda uzunsov beynin arxa sol divarında törəmə, Kimyaterapiya müalicəsindən sonraki vəziyyət” diaqnozu qoyulmuşdur. Bununla bağlı, onun həqiqətən ankoloji-xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı birinci instansiya məhkəməsində onun tibbi ekspertizadan keçirilərək müayinə edilməsi ilə bağlı əsaslı vəsatətimizi verilsə də, məhkəmə qanunsuz və əsassız olaraq bu vəsatəti təmin etməmişdir. Həmçinin, birinci instansiya məhkəməsində vəkil olaraq işə qoşulduqdan sonra, işlə tanış olan zaman bəzi halların araşdırılmadığını, izahatların alınması zamanı əsas məqamlar barədə sualların verilmədiyini görmüş, bununla bağlı, zərərçəkmiş şəxs6 və şahid4 onun iştirakı ilə yenidən dindirilməsini və çarpaz suallar verilməsi üçün şərait yaradılmasını xahiş etsə də, məhkəmə qərəzli və əsassız olaraq vəsatəti təmin etməmişdir. İşin faktiki hallarına əsasən ibtidai istintaq orqanı iş üzrə düzgün hüquqi tövsif aparmamış, qərəzli, qanunsuz və əsassız olaraq Mustafa Maya Rövşən qızına qarşı ağır maddə üzrə ittiham vermişdir. Lakin ittiham və hökmdən görünür ki, məhkəmə də ibtidai istintaq orqanının etdiyi səhvi təkrarlayaraq daha qısa və asan yoldan getmiş, bir maddə yəni, daha ağır maddə verməklə müdafiə etdiyi şəxsin vəziyyətini daha da ağırlaşdıraraq onu çətin vəziyyətə salmışdır. Hesab edir ki, müdafiə etdiyi şəxs özünü təqsirli bilmiş olsa belə, bu hələ onun təqsirli olması anlamına gəlmir. İbtidai istintaq dövründə müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs hüquqi cəhətdən savadsız olduğundan bu məsələni, yəni məbləğin 50 min manatdan aşağı olması, maddənin tövsif edilməsi barədə vəsatət qaldırmamışdır. Məhkəmə istintaqında həm bütün məhkəmə iclaslarında, həm də məhkəmə çıxışında bu məsələni dəfələrlə qabartmağına baxmayaraq, hakimlərin diqqətini ən vacib bu məsələyə yönəltməyinə və hüquqi cəhətdən düzgün tövsif aparılmadığını bildirsə də, ədalətsiz və qanunsuz olaraq Təqsirləndirilən şəxs nə hüquqi cəhətdən düzgün tövsif edərək qərar verməmiş, həmçinin ona ağır cəza, yəni azadlıqdan məhrum etmə cəzası ağır formada vermişdir. Sübuta yetirilməyən məbləği qanunsuz və əsassız olaraq 50 min manatdan yuxarı qeyd etməklə cinayətin daha ağır olması və daha ağır ittiham verməklə təqsirləndirilən şəxsin ağır olan vəziyyətini daha da ağırlaşdırmaq məqsədi güdülmüşdür. Bu əməllər dələduzluq cinayəti olmamışdır. Bundan başqa olmuş olsa idi belə, burada zərərçəkmiş şəxs6 münasibətdə ümumiyyətcə burada məbləğ 50 min manatdan yuxarı olmamışdır. Bu məbləğ nə ibtidai istintaq, nə də ki məhkəmə istintaqı dövründə sübuta yetirilməmişdir. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxs barəsində daha yüngül cəza verilməsi xahiş edilməsinə baxmayaraq məhkəmə qərəzli və əsassız olaraq onun barəsində ağır cəza təyin etmişdir. Həmçinin əgər bu işdə Təqsirləndirilən şəxs təqsirli idisə, onun qədər şahid4 da təqsirli olmasına baxmayaraq o, heç bir məsuliyyətə cəlb edilməmişdir. Bu ikili və qərəzli yanaşma onu göstərir ki, ibtidai istintaq kimi məhkəmə araşdırması da qanunsuz, əsassız və ədalətsiz araşdırma aparmışdır. Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq qanunauyğun aparılmamışdır. Cinayt işinin ilkin zərərçəkmişlərin araşdırmasını aparmadan son səkkiz fakt üzrə ona ittiham irəli sürülməsi səbəbindən o, eyni ildə baş vermiş cinayət əməlləri üzrə iki dəfə təqsirləndirilmək və cəza almaq məcburiyyətindədir. İstintaqın qeyri-peşəkar aparılmasını, saxlanıldığı zaman ağır fiziki şiddətə məruz qaldığına, habelə onkoloji xəstəlikdən əziyyət çəkdiyinə əsaslanaraq bu barədə vəsatət təqdim etsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxslər apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, lakin mövqeyini dəyişərək məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1449/2025 sayl, ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə ona minimum cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs9 və zərərçəkmiş şəxs7 hər biri ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və İsmayılova Nərgiz Əlfidat qızı hər biri ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 müdafiəçi və məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək, şikayətlərin təmin edilməməsini və birinci instansiya məhkəməsiin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətlərinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin, müdafiəçinin apellyasiya baxışı zamanı şikayətlərin dəlilləri barədə çıxışlarından görünür ki, müdafiə tərəfindən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisələndirilərək onun əməlinin Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi və cəzanın azaldılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayından Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, *** nömrəli ünvanda yerləşən * saylı ASAN xidmətdə könüllü olaraq işə qəbul olunmuş və həmin xidmətdə 3 ay qeydiyyatçı olaraq işləmişdir. 2022-ci ilin dekabr ayında * saylı ASAN xidmətin Notariat ofisinə Mirdaməd adlı şəxs tez-tez gəlib-gedirmiş. Həmin ərəfədə onunla münasibəti yaranmışdır. Mirdaməd ondan soruşmuşdur ki, nə işlə məşğuldur və maaşı nə qədərdir? O da bildirmişdir ki, könüllü olaraq qeydiyyatçı işləyir, əgər * saylı ASAN xidmətə işə qəbul olunsa, 300-400 manat maaş alacaq. O, Mirdaməddən soruşmuşdur ki, nə üçün tez-tez notariat ofisinə gəlir? Mirdaməd ona bildirmişdir ki, sosial mənzillərin satışı ilə məşğuldur. Mirdaməd ona təklif etmişdir ki, əgər mənzil satmaq üçün müştəri tapsa, hər müştəriyə görə ona 5000-7000 manat qazanc verəcək. O, soruşmuşdur ki, həmin mənzillər harada yerləşir? Mirdaməd ona bildirmişdir ki, həmin mənzillər Bakı şəhəri, Yasamal rayonu, Xarici dairə yolu ərazisində yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal yaşayış kompleksində yerləşir. O, şərtlərlə maraqlanmışdır. Mirdaməd bildirmişdir ki, şəxsin aylıq maaşı olmalı və adına kredit olmamalıdır. Bundan sonra o, həmin mənzillərə müştəri axtarmağa başlamışdır. Hətta “Tiktok” sosial şəbəkəsində “@əmlakaz_” adlı səhifə açmış və həmin səhifədə Bakı səhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış kompleksində mənzillərin satışını reklam etməyə başlamışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində tanışı şahid4 ona demişdir ki, oğlu Muradın işlədiyi lombardın müştərisi Könül Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksindən 3 otaqlı mənzil almaq istəyir, Könüldən beh kimi 3000 manat pul və sənədlərin surətini almış, 3000 manatı özündə saxlamış, qalan 14000 manat pulu isə özün alarsan. Həmin gün Könül ona zəng vurub soruşmuşdur ki, Gülbəniz 3 otaqlı mənzilə görə ona 3000 manatı veribdir? O, da bildirmişdir ki, bəli, 3000 manatı alıbdır. Könül isə demişdir ki, 14000 manatı 1-2 günə düzəldib verəcəkdir. ## ######## 2023-cü il tarixdə o, Gülbəniz, Könül və Rahim adlı şəxslə “Daşfırın” restoranında görüşmüş və Könül Gülbəniz və Rahimin yanında ona 14000 manat vermişdir. O, Könüldən pulu alaraq demişdir ki, 2 aya 3 otaqlı mənzil veriləcəkdir. Söhbət əsnasında Könül ondan soruşmuşdur ki, satdıq 4 otaqlı mənzil olurmu? O da demişdir ki, satdıq 4 otaqlı mənzil var və 19000 manata təşkil edir. Könül ondan mənzilin qiyməti barədə soruşmuş, o da bildirmişdir ki, 4 otaqlı mənzil 125000 manatdır, 13 il 6 aya 570 manat ödəmək lazımdır, 19000 manatın mənzilin qiymətinə heç bir aidiyyəti yoxdur. Könül razılıq vermiş və demişdir ki, mənzili təşkil etsin, 2000 manatı göndərəcəkdir. 2023-cü ilin dekabr ayının ortalarında o, Könülə zəng vurub demişdir ki, 4 otaqlı mənzil hazırdır. Könül isə demişdir ki, ona 2000 manat göndərəcək. O, da Könülə özünə məxsus 4169 7388 1701 **** nömrəli kart nömrəsini göndərmiş, ## ###### 2023cü il tarixdə saat 10:30 radələrində Könül ona iki qəbzin şəklini göndərmişdir. Həmin qəbzlərin birində onun kart hesabına 1100 manat, digərində isə eyni qaydada 900 manat köçürüldüyünü görmüşdür. Könül ondan soruşmuşdur ki, neçə müddətə 4 otaqlı mənzil veriləcək? O, da demişdir ki, bir ay müddətinə 4 otaqlı mənzil təhvil veriləcəkdir. ## #### 2024- cü il tarixdə o, sosial şəbəkədə Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksində 4 otaqlı kirayə mənzil tapmış və Könülə bildirmişdir ki, onun 4 otaqlı mənzili hazırdır, 500 manat göndərsin, sənədləşmə işini görəcəkdir. Könül razılıq vermiş və həmin gün saat 22:10 radələrində onun kart hesabına 500 manat köçürmüş və qəbzin şəklini göndərmişdir. Səhəri günü Könül Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksinə gəlmiş, o isə kirayə götürdüyü 4 otaqlı mənzili Könülə göstərmişdir. Könül demişdir ki, mənzilin sənədi olmasa, həmin mənzili götürməyəcək. O, da demişdir ki, narahat olmasın, 1-2 günə sənəd məsələsini düzəldəcək. Könül ondan mənzilin sənədlərini soruşanda, o hər dəfə müxtəlif bəhanələr etmiş və bildirmişdir ki, tez bir zamanda sənədlər veriləcək. Bundan başqa, 2023-cü ilin oktyabr ayının əvvəllərində şahid4 qohumu şahid3 ona demişdir ki, bacanağı MİDA yaşayış kompleksindən 2 otaqlı mənzil almaq istəyir. O, da Vüqara demişdir ki, 2 otaqlı mənzilin ümumi qiyməti 59500 manatdır, 13 il 6 ay müddətinə ayda 350 manatdır, 12000 manat versin, həmin mənzili təşkil edəcəkdir. Lakin bu 12000 manat mənzilin qiymətinə aid deyildir. Vüqar razılıq vermiş və ## ####### 2023-cü il tarixdə onun göndərdiyi kart hesabına 2000 manat, ## ####### 2023-cü il tarixdə yenə 2000 manat, ## ####### 2023-cü il tarixdə isə 1500 manat köçürmüşdür. ## ####### 2023-cü il tarixdə Vüqar ona zəng vuraraq demişdir ki, bacanağının mənzili üçün ona 6500 manat verməlidir. O, da demişdir ki, başqa yerdədir, həmin 6500 manatı Gülbənizə versin, ondan götürəcəkdir. Vüqar razılıq vermiş və o, Gülbənizə zəng vuraraq demişdir ki, Vüqar bacanağının mənzilinə görə sənə 6500 manat verəcəkdir, həmin puldan 2000 manatı sənindir. Gülbəniz razılıq vermiş və həmin gün o, Gülbənizlə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Oskar” şadlıq sarayının qarşısında görüşmüşdür. Gülbəniz ona 4500 manat vermişdir. Həmin puldan heç kimə verməmişdir. Bundan başqa, ## ####### 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində fəhlə işləyən Elvin adlı şəxs ona bildirmişdir ki, onun nömrəsini Səbuhi adlı şəxsə veribdir, o, MİDA yaşayış kompleksindən 2 otaqlı mənzil almaq istəyir. ## ####### 2023- cü il tarixdə Səbuhi adlı şəxs ona zəng vuraraq bildirmişdir ki, 9000 manat düzəltmişdir, 2 otaqlı mənzil almaq istəyir. O isə yalandan Səbuhi adlı şəxsə 2 otaqlı mənzil təşkil edəcəyini demiş və 4169 7388 1701 **** nömrəli kart nömrəsini WhatsApp vasitəsilə göndərmişdir. Səbuhi WhatsApp vasitəsilə şəxsiyyətini təsdiq edən sənədin şəklini ona göndərmişdir. Həmin gün Səbuhi onun kart hesabına 9000 manat köçürmüşdür. ## ###### 2024-cü il tarixdə o, Səbuhi adlı şəxsə zəng vuraraq yalandan demişdir ki, mənzil məsələsi düzəlib və mənzili onun adına sənədləşdirmək üçün 1500 manat lazımdır. Səbuhi ona demişdir ki, bu gün 1200 manat, sabah isə 300 manat köçürəcək. O, razılıq vermiş və həmin gün Səbuhi onun kart hesabına 1200 manat köçürmüş, qəbzin şəklini də göndərmişdir, ## ###### 2024-cü il tarixdə Səbuhi eyni qaydada onun kartına 300 manat köçürmüş və qəbzin şəklini göndərmişdir. Daha sonra Səbuhi ondan mənzili tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Səbuhi pulunu geri istəmiş, lakin o, 10500 manatı qaytara bilməmişdir. Bundan başqa, 2023-cü ilin oktyabr ayının axırlarında şahid4 ona demişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində olan bağ evində usta kimi işləyən və həmin bağda yaşayan Elxan usta Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksində mənzillər barədə onunla danışmaq istəyir. O, razılıq vermiş və Gülbəniz ona demişdir ki, Elxan ustanın pulu vardır, ona mənzillərin qiymətini artıq desin, o, da mənzillərə görə aldığı puldan ona hörmət etsin. O, razılaşmış və həmin gün MİDA yaşayış kompleksində olan restoranda o, Gülbəniz və Elxan görüşmüşdür. Elxan Yasamal rayonu MİDA yaşayış kompleksində satılan mənzillərin şərtləri ilə maraqlanmışdır. O, Elxana demişdir ki, MİDA yaşayış kompleksində 1 otaqlı mənzilin təşkil olunması üçün 7000 manat, 2 otaqlı mənzilin təşkil olunması üçün 12000-14000 manat, 3 otaqlı mənzilin təşkil olunması üçün 18000 manat və 4 otaqlı mənzilin təşkil olunması üçün 20000-24000 manat tələb olunur, ancaq həmin pullar mənzilin ödənişinə aidiyyəti yoxdur, sadəcə olaraq bu pullar xidmət haqqı kimi alınır. Elxan ona demişdir ki, rayondan usta işi götürmüşdür, bir həftəyə işi yekunlaşdırıb xidmət haqqını alacaq və sonra onunla əlaqə saxlayacaqdır. Həmin vaxt Elxan onun istifadəsində olan 099-492-48-48 nömrəsini götürmüşdür. ## ###### 2023-cü il tarixdə Elxan ona zəng vuraraq bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksindən 3 otaqlı mənzil almaq istəyir, nə edəcəyini soruşmuşdur. O, Elxana demişdir ki, pulu və sənədləri Gülbənizə versin. Elxan demişdir ki, pulu və sənədləri ona vermək istəyir. O da Elxana demişdir ki, kart hesabını ona göndərəcək, pulu həmin karta, köçürsün, sənədləri isə Gülbənizə təqdim etsin. Elxan bildirmişdir ki, 3 otaqlı mənzili həyat yoldaşının adına almaq istəyir, onun şəxsiyyət vəsiqəsinin surətini Gülbənizə verəcəkdir. ## ###### 2023-cü il tarixdə Elxan onun kart hesabına əvvəlcə 5000 manat, bir neçə saat sonra isə əlavə olaraq 10000 manat, ümumilikdə 15000 manat köçürmüş və bu barədə ona zəng vuraraq məlumat vermişdir. O da təsdiq etmişdir ki, 15000 manat kart hesabına köçürülüb. Həmin vaxt Elxan ona demişdir ki, bacısı da MİDA yaşayış kompleksindən 3 otaqlı mənzil almaq istəyir. O, Elxana demişdir ki, 3 otaqlı mənzili 15000 manata təşkil edə bilər. Həmin gün axşamı o, Gülbənizlə Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən mənzilə getmiş və Elxandan aldığı 15000 manatdan 2000 manatını müştəri gətirdiyi üçün Gülbənizə vermiş, Gülbənizdən borca aldığı 1000 manatı ona qaytarmışdır. O, Gülbənizə bildirmişdir ki, Elxan bacısı üçün də 3 otaqlı mənzil istəyir. Gülbəniz ona demişdir ki, Elxandan pul alanda ona 3000 manat verər. O, razılaşmış və həmin puldan heç kimə verməmişdir. Təxminən 4-5 gün sonra Elxan ona zəng vuraraq demişdir ki, iki bacısının şəxsiyyət vəsiqəsinin surətini Gülbənizə göndərəcək, hansının adına alınsa, fərq etməz. O, razılıq vermiş və ## ###### 2023-cü il tarixdə Elxan onun kart hesabına əvvəlcə 8000 manat, bir neçə dəqiqə sonra isə əlavə olaraq 7000 manat köçürmüş, ümumilikdə 15000 manat köçürülmüşdür. Elxan ona zəng vuraraq pulun çatıb-çatmadığını soruşmuş, o da təsdiq etmişdir ki, kart hesabına 15000 manat daxil olmuşdur. Bir gün sonra o, Gülbənizlə Murada verdiyi 2 otaqlı mənzildə görüşmüş və həmin 15000 manatdan 3000 manatını müştəri gətirdiyi üçün Gülbənizə vermişdir. Təxminən 15 gün sonra Elxan ona zəng vuraraq demişdir ki, oğlunu evləndirir və ona da MİDA yaşayış kompleksindən 2 otaqlı mənzil almaq istəyir. O, Elxana demişdir ki, ipotekanı ödəyə bilmədiyi üçün imtina olunmuş 2 otaqlı mənzil var və həmin mənzili 12000 manata təşkil edə bilər. Elxan bildirmişdir ki, oğlu gəlib sənədinin surətini ona təqdim edəcəkdir. O, razılaşmış və bu barədə Gülbənizə məlumat vermişdir. ## ###### 2023-cü il tarixdə o, MİDA yaşayış kompleksi, ** nömrəli evin qarşısında Gülbəniz və Elxanın oğlu ilə görüşmüş, Elxanın oğlu öz sənədinin surətini ona təqdim etmişdir. Bundan sonra Elxan onun kart hesabına 2000 manat köçürmüş və bu barədə zəng vuraraq dəqiqləşdirmişdir. O da təsdiq etmişdir ki, 2000 manat kart hesabına daxil olmuşdur. Həmin vaxt o və Gülbəniz MİDA yaşayış kompleksində bankomatdan 2000 manatı çıxarıb Gülbənizə vermiş və ona demişdir ki, Elxan sabah 10000 manat göndərəcək, problem olmaz? Gülbəniz bildirmişdir ki, problem yoxdur. ## ###### 2023-cü il tarixdə Elxan onun kart hesabına 10000 manat köçürmüş və zəng vuraraq dəqiqləşdirmişdir. O da təsdiq etmişdir ki, 10000 manat kart hesabına daxil olmuşdur. O, həmin puldan heç kimə verməmişdir, ## ###### 2023-cü il tarixdə o, sosial şəbəkədə Yasamal rayonu MİDA yaşayış kompleksində ev 1, 2-ci mərtəbədə yerləşən kirayə 2 otaqlı mənzil tapmış və həmin gün həmin mənzili Elxan və Gülbənizə göstərmiş, kommunal kartlarını da Elxana təqdim etmişdir. Elxan ona bildirmişdir ki, bu kartlar başqa şəxsin adınadır. O da demişdir ki, bir müddət sonra mənzili və kartları onun adına keçirəcək, bunun üçün 2000 manat tələb olunur. Elxan mənzilin açarını və kommunal kartları götürmüş və həmin vaxt mobil tətbiq vasitəsilə onun kart hesabına 2000 manat köçürmüşdür. Həmin mənzilə Elxanın ailəsindən heçkim köçüb yaşamamışdır. ## ###### 2024cü il tarixdə Gülbəniz ona demişdir ki, Murad və Nicat evdə deyillər, qonşuya faizə pul verməlidir, əgər Elxan onun kart hesabına 5000 manat köçürsə, olar? O, Gülbənizə bildirmişdir ki, əlavə olaraq 1000 manat da onun üçün alsın, Elxan sənədlər üçün pul verəndə pulu qaytaracaqdır. Gülbəniz razılaşmış və Elxana onun kart nömrəsini vermiş, həmin gün saat 19 radələrində Elxan əvvəlcə 5000 manat, sonra isə 1000 manat kart hesabına köçürmüşdür. O, Gülbənizlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “xxxx” terminalının yanına getmiş və kart hesabından 5000 manat çıxarıb Gülbənizə vermişdir. ## ###### 2024-cü il tarixdə ona pul lazım olduğuna görə Elxana zəng vuraraq demişdir ki, həyat yoldaşı və bacısı üçün verilmiş 2 ədəd 3 otaqlı mənzilin sənədlərinin hazırlanması üçün 6000 manat tələb olunur. Elxan ona razılıq vermiş və həmin gün Elxan onun kart hesabına əvvəlcə 5050 manat, bir neçə dəqiqə sonra isə əlavə olaraq 450 manat köçürmüş və zəng vuraraq dəqiqləşdirmişdir. O da təsdiq etmişdir ki, 5500 manat kart hesabına daxil olmuşdur. Həmin puldan heç kimə verməmişdir. ## ###### 2024-cü il tarixdə o, Elxana WhatsApp proqramı vasitəsilə yazaraq soruşmuşdur ki, bir ay müddətinə 7000 manatı faizə verə bilərmi? Elxan razılıq verib demişdir ki, 7000 manatın üzərinə 3000 manat əlavə edərək verə bilər. O, razılaşmış və həmin gün saat 23 radələrində Elxan onun kart hesabına 7000 manat köçürmüşdür. Bir müddət sonra Elxan ondan mənzillərin sənədlərini tələb etmiş, o isə verə bilmədiyi üçün 2 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzilə görə verilmiş pulları geri istəmişdir. O isə Elxana pulları qaytaracağına söz vermiş, lakin qaytara bilməmişdir. Bundan başqa, ## ###### 2023-cü il tarixdə şahid4 ona zəng vuraraq demişdir ki, onun qohumu Yeganə adlı qadın Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksindən 2 otaqlı mənzil almaq istəyir, o da ilkin ödəniş kimi 13000 manat demiş, sabah MİDA yaşayış kompleksinə gəlib mənzillərə baxacaq. O, razılıq vermiş və demişdir ki, 13000 manat ona versə, 3000 manat sənə qalar. ## ###### 2023-cü il tarixdə Gülbəniz ona zəng vuraraq demişdir ki, Yeganə ilə birlikdə Murada satdığı mənzildədir, ora gələ bilərmi? O, razılıq vermiş və qeyd olunan mənzilə getmişdir. Orada Gülbəniz və Yeganə ilə görüşmüşdür. Yeganə ona demişdir ki, 2 otaqlı mənzil almaq istəyir. O, razılıq vermiş, Yeganə isə Gülbənizin yanında “xxxx” kartını və 100 manat təqdim etmişdir ki, həmin kartda 4836 manat vardır. O, həmin kartı və 100 manatı götürmüşdür. Yeganə ondan kart nömrəsini soruşduqda, o, 4169*********** nömrəli kart hesabını vermiş və həmin vaxt kart hesabına 3000 manat köçürmüşdür. Yeganə demişdir ki, əlavə 5000 manatı da borc-xərc edib verəcəkdir. Həmin gün ayrıldıqdan sonra o, Yeganəyə demişdir ki, 70 manat da göndərsin, 8000 manat tam olsun. Yeganə razılaşmış və həmin gün kart hesabına 70 manat göndərmişdir. ## ###### 2023-cü il tarixdə Yeganə ona zəng vuraraq soruşmuşdur ki, 2 otaqlı mənzil satışda varmı? Bildirmişdir ki, bacısının qızının əri Kənan üçün istəyir. O isə yalan danışaraq bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində 2 otaqlı mənzil təcili olaraq 15000 manata satılır. Yeganə ona demişdir ki, 1000 manat beh göndərəcək ki, həmin mənzili saxlasın. O, razılıq vermiş və həmin gün Yeganə onun kart hesabına öz mənzili üçün 2000 manat göndərmişdir. ## ###### 2024-cü il tarixdə isə Yeganə onun kartına 1000 manat köçürmüş və demişdir ki, bu, Kənanın 2 otaqlı mənzili üçün göndərmişdir. ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində yerləşən “Zefir Mall” ticarət mərkəzində o, Yeganə, Yeganənin qızının əri Elvin, Yeganənin bacısı qızının əri Kənan və Kənanın dayısı oğlu ilə görüşmüşdür. O, onlara 2 otaqlı mənzilin şərtləri ilə tanış edib demişdir ki, ilkin olaraq 15000 manat, bu məbləğ mənzilin ümumi ödənişinə aid deyil, mənzilin ümumi qiyməti 59500 manatdır, 180 ay müddətinə aylıq ödəniş 298 manat təşkil edir. Kənan razılıq vermiş və həmin vaxt onun kart hesabına 15000 manat köçürmüşdür. O, pulu aldığına dair qəbz tərtib etmiş və həmin qəbzə özü, Yeganə, Kənan, Elvin və Cavid adlı şəxs imza etmişlər. Kənan, Elvin və Cavid getdikdən sonra Yeganə ona demişdir ki, 1000 manatı geri versin, çünki əvvəldən ona beh göndərmişdir. O, razılıq vermiş və 1000 manatı Yeganəyə qaytarmışdır. O, Kənandan mənzil adı ilə aldığı 20000 manatdan yalnız 1000 manatını Yeganəyə qaytarmış, qalan məbləği Kənana qaytarmamışdır. ## ###### 2024-cü il tarixdə Kənan ona zəng vuraraq demişdir ki, 2 otaqlı yox, 3 otaqlı mənzil almaq istəyir. O, razılıq vermiş və demişdir ki, 3 otaqlı mənzil üçün ilkin ödəniş 20000 manatdır. Kənan razılaşmış və həmin gün onun kart hesabına 3000 manat köçürmüşdür. ## ###### 2024-cü il tarixdə o, Kənana demişdir ki, kommunal kartların onun adına keçirilməsi üçün 137 manat göndərsin. Kənan razılıq vermiş və həmin gün onun kart hesabına 137 manat köçürmüşdür. ## ###### 2024-cü il tarixdə Kənan 3 otaqlı mənzilə görə əlavə olaraq 1000 manat, ## ###### 2024-cü il tarixdə isə yenə 1000 manat köçürmüşdür. Bundan başqa, ## ###### 2023-cü il tarixdə zərərçəkmiş şəxs5 ona zəng vuraraq demişdir ki, qonşuları Nərminə onun nömrəsini vermiş, Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksindən 2 otaqlı mənzil almaq istəyirlər, o da onlara 2 otaqlı mənzilin alınması üçün 15000 manat demişdir və ondan da bu məbləği təsdiqləməsini istəmişdir. O, Yeganəyə razılıq vermişdir. Həmin gün Nərmin ona zəng vuraraq Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksində yerləşən 2 otaqlı mənzillə maraqlanmış və o da demişdir ki, MİDA yaşayış kompleksində yerləşən “Zefir Mail” ticarət mərkəzinə gəlsinlər, orada görüşüb söhbət etsinlər. Nərmin həyat yoldaşı ilə birlikdə “Zefir Mall” ticarət mərkəzinə gəlmiş və o, Nərmin və ərinə demişdir ki, 2 otaqlı mənzilin təşkil olunması üçün 15000 manat verməlidir. Nərmin və əri razılaşmış və demişlər ki, 15000 manat məbləğini 1-2 gün ərzində düzəldib xəbər edəcəklər. ## ###### 2023-cü il tarixdə Nərmin ona zəng vuraraq bildirmişdir ki, pulu hazırlayıb, hansı formada verməli olduğunu soruşmuşdur. O da bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən ** saylı notariat ofisinə gəlsinlər və orada borc müqaviləsi əsasında 15000 manat pulu təqdim etsinlər. Həmin gün Nərmin həyat yoldaşı ilə birlikdə ** saylı notariat ofisinə gəlmiş, 8900 ABŞ dollarının 13500 manatını dəyişmiş və onunla Nərmin arasında borc müqaviləsi bağlanmışdır. Nərmin qalan 1500 manatı isə ABŞ dolları formasında təqdim etmişdir. O, Nərminə bildirmişdir ki, 2 ay müddətinə mənzil təhvil veriləcəkdir. ## ###### 2024-cü il tarixdə ona pul lazım olduğu üçün Nərminə zəng vuraraq bildirmişdir ki, MİDA yaşayış kompleksində 2 otaqlı mənzildən imtina olunmuş və həmin mənzilin təşkil olunması üçün 7500 manat vermək lazımdır. Nərmin razılıq vermiş və ## ###### 2024-cü il tarixdə ona zəng vuraraq 7500 manatı necə təqdim etməli olduğunu soruşmuşdur. O da demişdir ki, kart nömrəsi göndərəcək, həmin karta köçürsün. Nərmin razılaşmış və həmin gün saat 19 radələrində ona zəng vuraraq demişdir ki, “M10” nömrəsi vasitəsilə 7500 manat göndərmişdir. Bir müddətdən sonra Nərmin ondan 2 ədəd 2 otaqlı mənzillə bağlı soruşmuş, o, hər dəfə müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, mənzillər tez bir zamanda veriləcək. Nərmindən aldığı 22500 manat puldan Nərminə qaytarmamışdır. Bundan başqa, ## ###### 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində olduğu zaman təsadüfən Xalid adlı şəxslə rastlaşmış və Xalid ondan MİDA yaşayış kompleksində mənzillərlə maraqlanmışdır. Həmin vaxt o, “xxxx” şirkətindən taksi sifariş vermişdir ki, evə getsin. Xalidə demişdir ki, * saylı ASAN xidmətin əməkdaşıdır və MİDA yaşayış kompleksində imtina olunan mənzillərin növbəli şəkildə satışını həyata keçirirlər. Xalid 4 otaqlı mənzillə maraqlanmış və o, Xalidə bildirmişdir ki, 28000 manat ödəniş olunmalıdır. Xalid razılaşmış və bildirmişdir ki, o qədər pulu üzərində daşımır, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yaşayır, ora gedib pulu götürəcək və onun kartına göndərəcəkdir. O, razılaşmış və “WhatsApp” vasitəsilə Xalidə 416973****1347 və 416973******** nömrəli kart hesablarını göndərmişdir. Həmin vaxt sifariş etdiyi taksi gəlmişdir və o, taksi sürücüsünə demişdir ki, Xalid ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsinə getsin və oradan MİDA kompleksinə qayıtsın. Taksi sürücüsü razılaşmış və Xalid ilə birlikdə getmişdir. Həmin gün saat 18:20 radələrində Xalid ona zəng vuraraq bildirmişdir ki, hər iki kart hesabına ümumilikdə 28000 manat köçürmüşdür. O, mobil tətbiq vasitəsilə yoxlamış və kart hesabına köçürülmüşdür. Təxminən 30-40 dəqiqə sonra Xalid taksi sürücüsü ilə birlikdə geri qayıtmış və o, sürücüyə 50 manat verərək yola salmışdır. Daha sonra Xalidə Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində kirayə götürdüyü bina 4, 2-ci mərtəbədə yerləşən 4 otaqlı mənzili göstərmiş və bildirmişdir ki, bu mənzil onun adına sənədləşdiriləcəkdir. Bir müddət sonra Xalid ona zəng vuraraq demişdir ki, mənzil nə vaxt onun adına sənədləşdiriləcək. O isə demişdir ki, * saylı ASAN xidmət təmirə dayanıb, ona * saylı ASAN xidmətdən zəng gələcəkdir. Bu söhbətlər mart ayının sonlarına qədər davam etmişdir. Bundan sonra Xalid ondan 28000 manat pulu geri tələb etməyə başlamışdır. 2024- cü ilin aprel ayında o, Daşqın Ağayevdən əvvəlcə 5000 manat, daha sonra isə əlavə olaraq 4000 manat alaraq Xalidə qaytarmışdır. 2024-cü ilin iyun ayında isə borc taparaq 2000 manat da qaytarmışdır. Bundan başqa, ## #### 2024-cü il tarixdə şahid4 ona zəng vurub demişdir ki, tanışı Nərgiz Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksindən 2 otaqlı mənzil almaq istəyir və əlində 8000 manat vardır. O, Gülbənizə demişdir ki, imtina olunmuş 2 otaqlı mənzil vardır və onu təşkil edə bilər. Gülbəniz isə soruşmuşdur ki, müştəri üçün ona nə verə bilər. O isə demişdir ki, 1000 manat verəcək. Gülbəniz razılaşmış və ## #### 2024-cü il tarixdə o, sosial şəbəkə vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində yerləşən ev 17, 6-cı mərtəbə, 2-ci blok, ** nömrəli 2 otaqlı mənzili kirayə götürmüşdür. Çünki bilirmişdir ki, Nicata satdığı mənzilə əsl sahibi gələcək və Nicatı çıxaracaqdır. Həmin gün həmin mənzildə olduğu zaman Gülbəniz və tanışı Nərgiz ora gəlmişlər. Nərgiz ondan 2 otaqlı mənzilin şərtlərini soruşmuş, o isə demişdir ki, bu mənzili 11000 manata təşkil edə bilər. Nərgiz isə demişdir ki, 2-ci qrup əlildir, güzəşt olunmasını istəyir. O, razılaşmış və demişdir ki, 9000 manata təşkil edə bilər. Nərgiz razılaşmış və demişdir ki, evdə 8000 manat pulu vardır, onu verəcək, qalan 1000 manatı isə bir neçə günə təqdim edəcək. O, razılaşmış, onlar birlikdə taksiyə əyləşmiş və Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ** nömrəli ünvana getmişlər. Nərgiz taksidən düşüb demişdir ki, evdən pulu götürüb gəlir. O isə taksi sürücüsünə demişdir ki, gözləsin, Yasamal rayonuna qayıdacaq. Bir neçə dəqiqədən sonra Nərgiz geri qayıtmış və Gülbənizin yanında ona 8000 manat təqdim etmişdir. Nərgiz onların yanından ayrılmadığı üçün o, taksiyə tək əyləşmiş və MİDA kompleksinə qayıdarkən Gülbəniz ona zəng vuraraq soruşmuşdur ki, pulu götürüb hara gedir? O isə cavabında bildirmişdir ki, Nərgizin yanında pulu necə versin? Kart nömrəsi göndərsin, həmin karta 1000 manat köçürəcəkdir. Bir neçə dəqiqədən sonra Gülbəniz oğlu Nicatın kart nömrəsini göndərmiş və o, xatırlamadığı bir yanacaq doldurma məntəqəsinin terminalından Nicatın kart hesabına 1000 manat köçürmüş, qəbzin şəklini də Gülbənizə göndərmişdir. ## #### 2024-cü il tarixdə ona pul lazım olduğu üçün Nərgizə zəng vurub demişdir ki, ilkin ödənişdən 1000 manat borcu qalıbdır. Nərgiz isə demişdir ki, borc-xərc edib sabah təqdim edəcəkdir. O da razılaşmış və Nərgizə ****-****-****-**** nömrəli kart hesabını göndərmişdir. ## #### 2024-cü il tarixdə Nərgiz onun kart hesabına 1000 manat köçürmüşdür, ## ##### 2024-cü il tarixdə o, Nərgizə zəng vuraraq yalandan demişdir ki, kommunal xərclərə görə 137 manat ödənilməlidir. Nərgiz demişdir ki, 137 manat pulu yoxdur. O isə cavabında demişdir ki, 100 manat onun əvəzinə ödəyəcək, 37 manatı isə göndərilən karta köçürsün. Nərgiz razılaşmış və həmin gün onun göndərdiyi karta 37 manat köçürmüşdür. Bundan sonra Nərgiz ona zəng vuraraq demişdir ki, pulu geri qaytar, ev istəmir. O isə ona yalandan demişdir ki, satılmış evi başqa şəxsə satacaq və pulunu geri qaytaracaq. O, Nərgizdən 2 otaqlı mənzilə görə aldığı 9037 manat puldan Nərgizə qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ** nömrəli ünvanda yerləşən “Sizin” adlı lombarda qızıllarını girov qoyub pul götürən zaman orada mütəxəssis işləyən Murad Qəhrəmanovla tanış olmuşdur. Murad Qəhrəmanov anasının Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) yaşayış kompleksində 3 ədəd mənzil aldığını və hər mənzilə görə aylıq pul ödədiyini bildirmişdir. Daha sonra o, Muradın anası şahid4 ilə əlaqə saxlamış və mənzil əldə etməyin şərtləri ilə maraqlanmışdır. Gülbəniz ona hazırda satışda olan 3 və 4 otaqlı mənzillər barədə məlumat vermişdir. O, Gülbənizə 4 otaqlı mənzil istədiyini dedikdə Gülbəniz ona ilkin olaraq 17000 manat ödəməli olduğunu, daha sonra isə aylıq olaraq 420 manat ödəməli olduğunu bildirmişdir. O, Gülbənizdən kiminlə əlaqə saxlamaq lazım olduğunu soruşduqda Gülbəniz ona Təqsirləndirilən şəxs telefon nömrəsini vermişdir. Maya ilə danışdıqda isə Maya Gülbənizin dediklərini təsdiqləmişdir. # ######## 2023-cü il tarixdə Gülbəniz ona zəng vuraraq onun adına Azərbaycan Beynəlxalq Bankında ipoteka krediti açılması üçün Mayanın 3000 manat pul və lazımi sənədləri istədiyini xəbər vermişdir. O da buna razılıq verərək ## ######## 2023-cü il tarixdə 3000 manat pulu və sənədləri götürərək “Sizin” adlı lombardın şöbə müdiri Rahimlə birlikdə Gülbənizlə görüşmək üçün Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən “Oskar” şadlıq sarayının qarşısına getmişdir. O, Rahimin yanında 3000 manat pulu və özünə məxsus sənədləri Gülbənizə Mayaya çatdırması üçün vermişdir. Həmin gün gecə saatlarında Gülbəniz ona zəng vuraraq qalan pulu, yəni 14000 manatı da göndərməli olduğunu, göndərmədiyi təqdirdə istədiyi 4 otaqlı mənzilin satılacağını xəbər vermişdir. O, Gülbənizə hazırda pulunun olmadığını, qızıllarını lombarda girov qoyub qarşılığında pul götürəcəyini bildirmişdir. ## ######## 2023-cü il tarixdə o, özünə məxsus olan qızılları “Sizin” lombarda girov qoyub 8000 manat götürmüş və evdə ona məxsus olan 6000 manatı da ona əlavə edib 14000 manat düzəltmişdir. ## ######## 2023-cü il tarixdə o, Gülbənizlə əlaqə saxlamış, Gülbəniz ona Maya ilə Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, *** nömrəli ünvanında yerləşən “Daşfırın” restoranında olduğunu demiş və onu da oraya dəvət etmişdir. O, tanışı Rahimlə birlikdə Gülbənizin dediyi restorana gəlmişdir. Maya 4 otaqlı mənzili 2 ay ərzində ona təhvil veriləcəyini demişdir. 2 ay sonra o, Mayaya zəng vurmuş, onunla əlaqə saxlaya bilmədikdə isə Gülbənizə zəng vurmuşdur. Gülbəniz ona narahat olmamasını, mənzilin ən yaxın zamanda təhvil veriləcəyini demişdir. Daha sonra isə Maya ilə əlaqə saxlaya bilmiş, Maya ona müxtəlif bəhanələr gətirmişdir. 2023-cü ilin dekabr ayına qədər mənzil məsələsi müxtəlif bəhanələrlə uzadılmışdır. 2023-cü ilin dekabr ayında Gülbəniz ona zəng edərək sənədlərinin təsdiqləndiyini, Maya ilə əlaqə saxlamasının zəruri olduğunu bildirmişdir. Bundan sonra o, Maya ilə əlaqə saxlamış və məsələnin mahiyyəti ilə maraqlanmışdır. Maya bildirmişdir ki, rəhbərlik dəyişdiyi üçün 2000 manat məbləğində pulun verilməsi tələb olunur. O, hazırda o qədər pulunun olmadığını, pulu düzəltdikdən sonra məlumat verəcəyini bildirmişdir. Həmin gün o, 2000 manat məbləğində borc pul almış, növbəti gün Maya ilə əlaqə saxlayaraq pulun hazır olduğunu xəbər vermişdir. Maya “WhatsApp” proqramı vasitəsilə “xxxx” ASC-yə məxsus 4169 7388 **** **** nömrəli bank kartının şəklini ona göndərmişdir. O, ## ###### 2023-cü il tarixində saat 10:21-də Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Spar” marketdə olan “Mpay” ödəniş terminalı vasitəsilə Mayaya məxsus kart hesabına 1100 manat məbləğində pul köçürmüşdür. Terminalın texniki imkanları səbəbindən 1 100 manatdan artıq məbləğ qəbul etmədiyinə görə, həmin gün saat 10:24-də eyni terminal vasitəsilə əlavə olaraq 900 manat məbləğində pul köçürmüşdür. Hər iki köçürməyə dair qəbzləri “WhatsApp” proqramı vasitəsilə Mayaya göndərmişdir. Bundan sonra Maya ona narahat olmamasını, məsələ ilə bağlı məlumat veriləcəyini demişdir. Lakin sonradan Maya yenidən onunla əlaqə saxlayaraq əlavə olaraq 500 manat pul göndərilməsini xahiş etmiş, veriləcək mənzilin unitazının xarab olduğunu, su axıtdığını və həmin nasazlığı aradan qaldırdığını səbəb olaraq göstərmişdir. O, yenidən Maya ilə razılaşaraq ## ###### 2023-cü il tarixində saat 22:06-da Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Spar” marketdə olan “Mpay” ödəniş terminalı vasitəsilə Mayaya məxsus kart hesabına 500 manat məbləğində pul köçürmüş, köçürməyə dair qəbzi “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. Daha sonra Maya və Gülbəniz mənzil məsələsini qəsdən uzatmışdır. O, Maya və Gülbənizə ödənilmiş pul vəsaiti geri qaytarmalarını və ya mənzili təhvil vermələrini əks halda hüquqmühafizə orqanlarına müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Gülbəniz, Şəhla adlı qadına məxsus mənzili Mayaya verərək kirayədə yaşamasını təmin etmiş, ona isə mənzil veriləcəyini vəd etmişdir. Lakin bundan sonra Maya hər dəfə müxtəlif bəhanələr gətirdiyi üçün o, Mayanın onu aldatdığı və pulu ələ keçirdiyi qənaətinə gəlmişdir. O, 2024-cü ilin iyun ayının ortalarında Maya barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, qohumu zərərçəkmiş şəxs5 deməsinə əsasən öyrənmişdir ki, * saylı “ASAN Xidmət” mərkəzinin əməkdaşı Təqsirləndirilən şəxs güzəştli şərtlərlə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “MİDA” yaşayış kompleksində müxtəlif şəxslərə mənzil təşkil edir. O, uzun müddət Bakı şəhərində kirayə mənzildə yaşadığı üçün zərərçəkmiş şəxs5 ilə əlaqə saxlamış, danışıq zamanı Təqsirləndirilən şəxs mobil telefon nömrəsini əldə etmişdir. zərərçəkmiş şəxs5 bildirdiyinə görə, Təqsirləndirilən şəxs ona güzəştli şərtlərlə “MİDA” yaşayış kompleksindən mənzil təşkil etmişdir. Bu barədə zərərçəkmiş şəxs5 ilə söhbət zamanı o da mənzil almaq istədiyini bildirmişdir. zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs hazırda 2 otaqlı mənzili satışa çıxardığını, bu məsələ ilə bağlı Maya ilə danışacağını və həmin mənzilin təşkil edilməsi məqsədilə Mayaya beh qismində 1000 manat pul verilməsinin vacib olduğunu bildirmişdir. Bu məqsədlə o, # ###### 2024-cü il tarixində zərərçəkmiş şəxs5 bank kartına 1000 manat məbləğində pul köçürmüşdür. zərərçəkmiş şəxs5 söhbət zamanı həmçinin bildirmişdir ki, onun qohumu Gülbəniz adlı qadın Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ümumilikdə 3 ədəd mənzil almışdır. Elə həmin gün o, zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs mobil telefon nömrəsini əldə edərək ona zəng vurmuş və özünün də Bakı şəhəri, Yasamal rayonunda yerləşən “MİDA” yaşayış kompleksindən mənzil almaq istədiyini bildirmişdir. Maya ona növbəti gün görüşməyi təklif etmişdir. O, # ###### 2024-cü il tarixində saat 13 radələrində Maya ilə Yasamal rayonu ərazisində yerləşən “MİDA” yaşayış kompleksindəki “Zefir Mall” ticarət mərkəzində görüşmüşdür. Görüş zamanı Maya bildirmişdir ki, hazırda “MİDA” yaşayış kompleksində sahəsi 70 kvadrat metr olan 2 otaqlı mənzil satışa çıxarılmışdır. Həmin mənzilin ümumi dəyərinin 60000 manat təşkil etdiyini, ilkin olaraq 15000 manat ödəniş edilməli olduğunu, qalan məbləğin isə bank vasitəsilə aylıq 300 manat olmaqla 13 il müddətinə ödəniləcəyini bildirmişdir. Bundan əlavə, Maya həmin mənzilin təşkil edilməsi qarşılığında özünə 2000 manat “zəhmət haqqı” verilməli olduğunu demişdir. Şərtlərin onun üçün əlverişli olması səbəbindən o, bu təkliflə razılaşmışdır. Maya özünə məxsus 4169 7388 1701 **** nömrəli plastik bank kartının rekvizitlərini ona təqdim etmişdir. Bundan bir neçə gün sonra Maya ona zəng edərək “MİDA” yaşayış kompleksində təcili olaraq sahəsi 80 kvadrat metr olan 3 otaqlı mənzilin satışa çıxarıldığını xəbər vermişdir. Maya həmin mənzilin qiymətinin 75000 manat olduğunu, ilkin olaraq 20000 manat ödəniş edilməli olduğunu, qalan məbləğin isə bank vasitəsilə aylıq 350 manat olmaqla 13 il müddətinə ödəniləcəyini qeyd etmiş və bu mənzili ona təklif etmişdir. O, Mayadan vəd edilən 3 otaqlı mənzilin nə vaxt təhvil veriləcəyini soruşduqda, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixində həmin mənzilin təhvil veriləcəyini vəd etmişdir. O, bu vədə inanaraq 2024-cü ilin yanvar ayından ## #### 2024-cü il tarixinədək müxtəlif vaxtlarda hissəhissə olmaqla Təqsirləndirilən şəxs məxsus bank kartına ümumilikdə 20500 manat pul köçürmüşdür. Bundan əlavə o, # #### 2024-cü il tarixində “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığında olarkən Mayanın bank kartına 200 manat məbləğində əlavə pul köçürmüşdür. Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixində 3 otaqlı mənzilin ona təhvil veriləcəyini vəd etsə də, sonradan müxtəlif bəhanələrlə vaxtı uzadaraq onu aldatmağa başlamışdır. Bu səbəbdən o, 2024-cü ilin aprel ayından etibarən Mayadan şübhələnmiş və ondan ödədiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Maya ## ##### 2024-cü il tarixində pul vəsaitini qaytaracağını vəd etsə də, onu aldadaraq pulunu geri qaytarmamışdır. Bir müddət sonra o, Mayanın dələduzluq əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmiş, bu səbəbdən aldadıldığına tam əmin olmuş və Maya barəsində şikayət etmək qərarına gəlmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayında şahid4 ilə söhbət zamanı sonuncu ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin (“MİDA”) yaşayış sahəsində iki oğluna iki sosial mənzil aldığını bildirmişdir. Həmin işdə Təqsirləndirilən şəxs adlı qadının ona köməklik etdiyini qeyd etmişdir. O, # ###### 2023-cü il tarixində zərərçəkmiş şəxs5 şahid4 ilə yenidən əlaqə saxlamış və ona Bakı şəhərində kirayə yaşadığını, əgər oğlanları üçün aldığı mənzillərin çıxarışı varsa, həmin mənzillərdən birini almaq istədiyini bildirmişdir. şahid4 cavab olaraq sənədlərinin olduğunu və “WhatsApp” proqramı vasitəsilə alqısatqı müqaviləsinin şəklini göndərmişdir. O, müqaviləyə baxdıqda, alınmış mənzilin təmirli və mebellə təchiz olunduğunu görmüşdür. O, Gülbənizə mənzili ilkin ödəniş etməklə almaq istədiyini bildirmişdir. Gülbəniz isə 1 otaqlı mənzil üçün 10000 manat, 2 otaqlı mənzil üçün isə 13000 manat ilkin ödəniş edilməli olduğunu demişdir. O, Gülbənizdən bu işdə kömək edən qadına da 2 otaqlı mənzilin ilkin ödənişi və şərtləri barədə səsli mesaj göndərməsini xahiş etmişdir. Elə həmin gün Gülbəniz “WhatsApp” proqramı vasitəsilə ona səsli mesaj göndərmiş, həmin səsli mesaja qulaq asan zaman ona məlum olmuşdur ki, 1 otaqlı mənzil üçün 10000 manat, 2 otaqlı mənzil üçün 13000 manat, 3 otaqlı mənzil üçün isə 15000 manat ilkin ödəniş tələb olunur. Eyni zamanda, 2 otaqlı mənzil üçün aylıq 290 manat ödəniş nəzərdə tutulmuşdur. O, Gülbəniz ilə razılaşaraq bildirmişdir ki, evdə 3000 manat pulu vardır, Şəki şəhərində bankdan 5000 manat kredit götürəcək, qalan 5000 manatı isə borc alaraq tamamlayıb verəcəkdir. Gülbəniz bununla razılaşmışdır. Bununla əlaqədar olaraq o, # ###### 2023-cü il tarixdə “xxxx” ASC-nin Şəki filialına müraciət edərək 5000 manat məbləğində kredit almaq istəmişdir. Həmin gün ona kredit kartı təqdim edilmiş və kart hesabında 4936 manat məbləğində vəsait olduğu məlum olmuşdur. O, kredit kartının işlək vəziyyətdə olubolmadığını yoxlamaq məqsədilə “xxxx”ın Şəki filialında yerləşən terminaldan 100 manat nağd pul çıxarmış və kartın aktiv olduğunu müəyyən etmişdir. # ###### 2023-cü il tarixində saat 07 radələrində Şəki şəhərindən Bakı şəhərinə gəlmiş və şahid4 zəng edərək Bakı şəhərinə gəldiyini, mənzilə baxmaq istədiyini bildirmişdir. Gülbəniz ona “Elmlər Akademiyası” metro stansiyasının çıxışında görüşməyi təklif etmiş, o da bu təkliflə razılaşmışdır. Həmin gün saat 11 radələrində o, Gülbəniz ilə qeyd olunan ünvanda görüşmüşdür. Bundan sonra onlar Gülbənizin müşayiəti ilə marşrut avtobusu ilə Yasamal rayonu ərazisində yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin (“MİDA”) yaşayış sahəsinə gəlmişlər. şahid4 ona oğlu Muradın aldığı 2 otaqlı mənzili göstərmişdir. O, mənzilin təmirli və mebellə təchiz olunduğunu görmüşdür. Mənzil zərərçəkmişin xoşuna gəldiyi üçün o, Gülbənizə özü üçün də 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Gülbəniz Mayaya zəng edərək onu mənzilə dəvət etmiş və təxminən 5 dəqiqə sonra Maya da mənzilə gəlmişdir. O, Gülbənizdən Mayanın harada olduğunu və nə üçün gecikdiyini soruşduqda, Maya bildirmişdir ki, həmin binada ilkin ödəniş edilmiş mənzilləri müştərilərə göstərirdi. O, Mayaya 2 otaqlı mənzili bəyəndiyini və ofisə gedərək müqavilə bağlamağı təklif etmişdir. Maya isə ofisdə rəhbər şəxsin olmadığını, müqavilənin şifahi formada bağlandığını, ilkin ödəniş edildikdən sonra sistemə vurulduğunu bildirmişdir. O, Mayaya bildirmişdir ki, bank kartında 5000 manat, evdə isə 3000 manat pulu vardır, qalan 5000 manatı isə borc alaraq qısa müddətdə verəcəkdir. Maya bu şərtlərlə razılaşmış və “xxxx” ASC-yə məxsus 4169 7388 1701 **** nömrəli bank kartını “WhatsApp” proqramı vasitəsilə ona göndərmişdir. O, Gülbənizin yanında Mayaya “xxxx” ASCyə məxsus kredit kartından çıxardığı 100 manat nağd pulu təqdim etmiş, eyni zamanda Gülbənizin oğlu Muradın mənzilində, saat 13:10 radələrində Gülbənizin yanında Mayanın kart hesabına 3000 manat məbləğində pul köçürmüşdür. O, qalan 5000 manat məbləği borc alaraq qısa müddətdə verəcəyini bildirmişdir. Bundan sonra o, oradan ayrılaraq evinə getmişdir. Həmin gün saat 14:40 radələrində Maya ona zəng edərək verdiyi kredit kartı vəsaitinin üzərinə 70 manat əlavə tələb etmişdir. O, kart hesabına göndərəcəyini bildirmiş və saat 14:42 radələrində kirayə yaşadığı evdən Mayaya məxsus bank kartına mobil tətbiq vasitəsilə 70 manat məbləğində pul köçürmüşdür. ## ###### 2023-cü il tarixində Maya ona zəng edərək imtina olunmuş 2 otaqlı bir mənzilin təcili satışa çıxarıldığını, istəyərsə 15000 manat ilkin ödəniş etməklə ala biləcəyini bildirmişdir. Həmin vaxt onun qardaşı Bəxtiyarın həyat yoldaşı Baxça bildirmişdir ki, qardaşının qızının həyat yoldaşı Kənan güzəştli şərtlərlə 2 otaqlı mənzil almaq istəyir. O, bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, qohumu Kənanın da güzəştli şərtlərlə 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Maya isə həmin mənzilin saxlanılması üçün əlavə olaraq 1000 manat ödəniş edilməli olduğunu demişdir. O, bu barədə Baxçaya məlumat vermiş, Baxça ona Kənanın mobil telefon nömrəsini təqdim etmişdir. O, Kənanla əlaqə saxlayaraq mənzil məsələsi barədə məlumat vermişdir. Kənan bildirmişdir ki, hazırda Masallı rayonunda olduğu üçün dərhal gələ bilmir, lakin onda 1000 manat pul varsa, müvəqqəti olaraq onun əvəzinə verə biləcəyini, Bakıya qayıtdıqdan sonra həmin məbləği ona qaytaracağını bildirmişdir. O, bu təkliflə razılaşaraq Təqsirləndirilən şəxs kart hesabına kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə 1000 manat məbləğində pul köçürmüş və köçürməyə dair qəbzin şəklini “WhatsApp” proqramı vasitəsilə Mayaya göndərmişdir. Bu barədə Kənana da məlumat vermiş, Kənan isə Bakıya gəldikdən sonra həmin 1000 manat məbləği qaytaracağını bildirmişdir. ## ###### 2023-cü il tarixində zərərçəkmiş 2000 manat vəsait düzəltmiş və həmin gün saat 13:57 radələrində Mayanın kart hesabına kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə 2000 manat məbləğində pul köçürmüş, köçürməyə dair qəbzin şəklini “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. ## ###### 2023-cü il tarixdə o, daha 1 000 manat vəsait düzəltmiş və həmin gün saat 12:49 radələrində Mayanın kart hesabına mobil tətbiq vasitəsilə 1000 manat köçürmüş, qəbzi “WhatsApp” proqramı vasitəsilə Mayaya təqdim etmişdir. ## ###### 2023-cü il tarixdə saat 18:00 radələrində o, mobil telefonuna baxarkən Mayanın ona zəng etdiyini görmüşdür. O, Mayaya geri zəng edərək mənzil məsələsi ilə bağlı nə xəbər olduğunu soruşmuşdur. Maya ona 100 manat borc pul lazım olduğunu, “şirinlik” kimi verə biləcəyini bildirmişdir. O, kart hesabında 100 manat olduğunu demişdir. Həmin gün o, saat 18:11 radələrində Mayanın kart hesabına kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə 100 manat köçürmüş və qəbzin şəklini “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. ## ###### 2023-cü il tarixdə saat 18:00 radələrində Maya ona zəng edərək bildirmişdir ki, mənzilin kommunal kartlarının onun adına keçirilməsi üçün 140 manat ödəniş tələb olunur, həmin məbləğ Mayanın kartına göndərildikdən sonra səhər tezdən kommunal kartlar onun adına keçiriləcəkdir. O, bu təkliflə razılaşmış və həmin gün saat 18:21 radələrində Mayanın kart hesabına kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə 140 manat məbləğində pul köçürmüş, köçürməyə dair qəbzin şəklini “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. O, ## ###### 2023-cü il tarixdə 1 000 manat məbləğində vəsait düzəltmiş və həmin gün saat 19:52 radələrində kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə Mayanın kart hesabına 1000 manat köçürmüş, köçürməyə dair qəbzin şəklini “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. ## ###### 2023-cü il tarixdə saat 18:00 radələrində Maya ona zəng edərək 300 manat məbləğində pul lazım olduğunu, “şirinlik” kimi verilə biləcəyini bildirmişdir. O, kart hesabında 300 manat olduğunu demiş, həmin gün saat 18:11 radələrində Mayanın kart hesabına mobil tətbiq vasitəsilə 300 manat köçürmüş və qəbzin şəklini “WhatsApp” vasitəsilə göndərmişdir. ## ###### 2023-cü il tarixdə saat 10:00 radələrində Maya ona zəng edərək 1000 manat verilməsi halında mənzildə olan sayğacların onun adına sənədləşdiriləcəyini bildirmişdir. O, bu təkliflə razılaşmış və şəxsiyyət vəsiqəsinin şəklini “WhatsApp” proqramı vasitəsilə Mayaya göndərmişdir. Həmin gün saat 10:37 radələrində o, Mayanın kart hesabına kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə 140 manat köçürmüşdür. Elə həmin gün saat 11:28 radələrində onun qızı Səidə Şabanova onun əri Şamo Şabanovun dediyinə əsasən Mayanın kart hesabına 137 manat köçürmüş və köçürməyə dair qəbzin şəklini “WhatsApp” vasitəsilə göndərmişdir. Həmin gün saat 14:14 radələrində zərərçəkmiş Təqsirləndirilən şəxs kart hesabına mobil tətbiq vasitəsilə əlavə olaraq 140 manat köçürmüş, saat 18:38 radələrində isə Bakı şəhəri, Xətai rayonu, X2 küçəsində yerləşən “Bravo” marketdə olan terminaldan 53 manat məbləğində pul köçürmüş və həmin köçürmələrin qəbzlərini “WhatsApp” proqramı vasitəsilə Mayaya göndərmişdir. 2023-cü ilin dekabr ayında Kənan adlı şəxs Rusiyadan geri qayıdaraq Maya ilə görüşmüş və onun kart hesabına 16000 manat məbləğində pul köçürmüş, bu barədə ona məlumat vermişdir. 2024-cü ilin yanvar ayının sonlarında Maya ona zəng edərək mənzilin sənədləşmə işinin yekunlaşmaq üzrə olduğunu, mənzilin yaxın vaxtlarda təhvil veriləcəyini, lakin rəhbər şəxs üçün əlavə olaraq 1000 manat “şirinlik” tələb edildiyini bildirmişdir. O, rəhbər şəxsin adının deyilməsini və onunla birbaşa danışmaq istədiyini bildirsə də, Maya rəhbərin adını açıqlamamışdır. O da çətin vəziyyətdə qalaraq mənzil məsələsinə görə hissə-hissə “şirinlik” verməyə razı olmuşdur. 2024-cü ilin yanvar ayının sonlarında Maya ona zəng edərək bildirmişdir ki, onun kart hesabına kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə 300 manat köçürülmüşdür və köçürülmüş vəsaitin qəbzinin şəklini “WhatsApp” proqramı vasitəsilə Mayaya göndərmişdir. ## ###### 2024-cü il tarixdə saat 18:50 radələrində o, Mayanın kart hesabına mobil tətbiq vasitəsilə 200 manat köçürmüş, həmin gün saat 19:46 radələrində isə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, *** nömrəli ünvanda yerləşən “Araz” marketdə olan terminaldan Mayanın kart hesabına əlavə olaraq 200 manat köçürmüş və hər iki köçürməyə dair qəbzlərin şəkillərini “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. Bundan sonra o, Mayaya zəng edərək mənzilin nə vaxt təhvil veriləcəyini soruşmuşdur. Maya isə bildirmişdir ki, 2 otaqlı mənzil qalmamış, yalnız 3 otaqlı mənzillər mövcuddur. O, 3 otaqlı mənzilin verilməsini və ora köçərək kirayədən çıxmaq istədiyini bildirmişdir. Maya bildirmişdir ki, 3 otaqlı mənzilin ilkin ödənişi 20000 manatdır, lakin onun üçün 18000 manat təşkil edəcəkdir. O, daha əvvəl 3 otaqlı mənzilin ilkin ödənişinin 15000 manat olmasının deyildiyini xatırlatdıqda, Maya əvvəl endirim olduğunu, hazırda isə kampaniyanın bitdiyini bildirmişdir. O, Mayadan 5000 manat borc tapmasını xahiş etmiş, özünün isə 5000 manat verəcəyini və bu yolla 3 otaqlı mənzilin alınmasına kömək göstərilməsini istəmişdir. Maya bu təkliflə razılaşmışdır. 2024-cü ilin fevral ayının ortalarında o, Mayadan 3 otaqlı mənzilin nə vaxt təhvil veriləcəyini, kredit və kirayə ödənişlərinin nə zaman başlanacağını soruşmuşdur. Maya bildirmişdir ki, Bakı şəhərində * saylı “ASAN Xidmət” mərkəzi təmirə bağlanmışdır, açıldıqdan sonra sənədlər veriləcək, hazırda başqa gözləyənlər də vardır. 2024cü ilin aprel ayında o, televiziyada Bakı şəhərində * saylı “ASAN Xidmət” mərkəzinin açıldığını eşitmişdir. Bundan sonra o, Mayaya zəng edərək sənədlərin verilməsini tələb etmişdir. Maya isə rəhbərin yerində olmadığını, yaranan problemi həll edə bilmədiyini, rəhbər gəldikdən sonra sənədlərin veriləcəyini bildirmişdir. O, rəhbərin telefon nömrəsini istədikdə, Maya rəhbərin ## ##### 2024-cü il tarixində gələcəyini, mənzillərə baxış keçirib açarların təhvil veriləcəyini demişdir. Həmin tarixdə o, Mayaya zəng edərək açarların təhvil alınıb-alınmayacağını soruşmuş, Maya isə gözləmələrini xahiş etmişdir. O, axşam saatlarına qədər Mayanın zəng etməsini gözləmiş, lakin zəng gəlməmişdir. O, özü Mayaya zəng vurduqda isə telefon zənglərinə cavab verilməmişdir. Daha sonra onun əri Müsviq Mayaya zəng vurmuş, Maya telefon zənginə cavab vermişdir. Müsviq özünü zərərçəkmiş şəxs5 əri kimi təqdim edərək mənzilin açarlarının nə vaxt veriləcəyini soruşmuşdur. Maya rəhbərin hələ gəlmədiyini, onu gözlədiyini və gələn kimi özünün zəng edəcəyini bildirmişdir. Bundan sonra Maya onun və ailə üzvlərinin telefon zənglərinə cavab verməmişdir. Tərəfindən verilmiş mülki iddianı müdafiə edir və təmin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qoradil qəsəbəsində yerləşən 6 sot torpaq sahəsini satmış, ## ###### 2024cü il tarixində günorta saatlarında ipoteka yolu ilə mənzil almaq məqsədilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin (“MİDA”) yaşayış sahəsindəki mənzillərlə maraqlanmışdır. Həmin vaxt təsadüfən özünü Maya kimi təqdim edən qadınla tanış olmuşdur. Maya ona bildirmişdir ki, Bakı şəhərində * saylı “ASAN Xidmət” mərkəzində işləyir və MİDA yaşayış sahəsində imtina olunan mənzillər növbəli şəkildə ilkin ödəniş şərti ilə satışa çıxarılır. O, Mayaya razılıq verərək ilkin ödəniş etməklə mənzil almaq istəmişdir. Maya ona hazırda 1 ədəd 3 otaqlı və 1 ədəd 4 otaqlı mənzilin mövcud olduğunu, 3 otaqlı mənzildə yaşayan şəxslərin hələ çıxmadığını, 4 otaqlı mənzilin isə boş olduğunu bildirmiş və istədiyi təqdirdə birlikdə baxa biləcəklərini demişdir. O, bu təkliflə razılaşmış və Maya onu MİDA yaşayış sahəsində yerləşən binanın 2-ci mərtəbəsində olan 4 otaqlı mənzilə apararaq göstərmişdir. O, mənzili bəyənmişdir. Bundan sonra Maya onun mənzildən imtina etmiş şəxsin ödədiyi 28000 manat məbləği geri qaytarmasını, yoxsa mənzili onun adına sənədləşdirilə bilməyəcəyi barədə xəbərdarlıq etmişdir. O, bu məbləğin nə vaxt ödənilməli olduğunu soruşduqda, Maya bildirmişdir ki, imtina edən şəxs hazırda ofisdədir və pulu dərhal istəyir. O isə üzərində bu qədər pulun olmadığını, pulun Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində olduğunu və saat 18:00-dək gətirib çatdıra bilməyəcəyini demişdir. Maya isə təklif etmişdir ki, 28000 manat onun kart hesabına köçürülsün, o da həmin pulu imtina edən şəxsə təqdim etsin və 10 iş günü ərzində Bakı şəhəri * saylı “ASAN Xidmət” vasitəsilə mənzil onun adına sənədləşdirilsin. Bundan sonra isə Maya ona 36 ay müddətinə aylıq 1050 manat ödəniş edilməli olduğu barədə məlumat vermişdir. O, bu təkliflə razılaşmışdır. Bundan sonra Maya Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsinə onun xidməti avtomobili ilə getməyi təklif etmişdir. O da bununla razılaşmış və Maya ona markası və dövlət qeydiyyat nişanı yadında qalmayan qara rəngli avtomobili göstərmişdir. Həmin avtomobili 20–25 yaşlarında olan naməlum kişi idarə etmiş və onu Müşviqabad qəsəbəsinə aparmışdır. Maya həmin naməlum gəncin mobil telefonuna iki bank kartının nömrəsini göndərmiş və pul vəsaitinin həmin kartlara köçürülməsini tapşırmışdır. O, evdən pul götürərək Maya və sürücü ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 22-ci Müşviq küçəsi, ** nömrəli ünvanda yerləşən “Araz” marketə getmişdir. Həmin ünvanda o, Mayaya məxsus kart hesabına digər kart hesabına isə naməlum gənc vasitəsilə pul köçürülməsinə başlanılmışdır. ## ###### 2024-cü il tarixdə saat 18:14 radələrində naməlum gənc Mayaya məxsus 4169 73******** nömrəli bank kartına 15000 manat, saat 18:18 radələrində isə 4169 73******** nömrəli bank kartına 13000 manat məbləğində pul köçürmüşdür. Tələsiklik səbəbindən köçürmələrə dair qəbzlərin biri çıxarılmamışdır. Bundan sonra naməlum gənc Mayaya zəng edərək 28000 manatın kart hesabına köçürüldüyünü bildirmiş, Maya isə vəsaitin kart hesabına daxil olduğunu təsdiq etmişdir. Daha sonra o, sürücü ilə birlikdə MİDA yaşayış sahəsinə qayıtmış və Maya ilə yenidən görüşmüşdür. Maya 28 000 manatın onun kart hesabına köçürüldüyünü təsdiqləmiş, eyni zamanda “WhatsApp” proqramı vasitəsilə səsli mesaj göndərərək mənzilə görə 28000 manat ilkin ödənişin alındığını bildirmişdir. Maya demişdir ki, 10 iş günü ərzində * saylı “ASAN Xidmət” mərkəzinə gediləcək, orada ilkin ödəniş kimi 28000 manat göstəriləcək və mənzil onun adına sənədləşdiriləcəkdir. 3-4 gün sonra Maya ona zəng edərək sənədləri sürücü vasitəsilə göndərəcəyini, “20 Yanvar” metrostansiyası yaxınlığında görüşüb götürə biləcəyini bildirmişdir. O, bu təkliflə razılaşmış, sənədlərin nə vaxt hazır olacağını soruşmuşdur. 10 iş günü tamam olduqdan sonra o, Mayaya zəng edərək sənədləşmə işinin gedişatı ilə maraqlanmışdır. Maya * saylı “ASAN Xidmət” mərkəzi təmirə bağlandığı üçün sənədlər * saylı “ASAN Xidmət” mərkəzinə yönləndirilmiş və orada növbə alındığı üçün prosesin uzandığını xəbər vermişdir. 2024-cü ilin mart ayının əvvəllərində Maya ona zəng ediləcəyini və “ASAN Xidmət”-dən çağırılacağını xəbər vermişdir. Lakin “ASAN Xidmət”-dən ona hər hansı zəng daxil olmamışdır. Bu barədə Mayaya məlumat verildikdə, o, işlərin bir-birinə qarışdığını və bu səbəbdən gecikmənin yarandığını bildirmişdir. Bu vəziyyət mart ayının sonunadək davam etmişdir. Bundan sonra o, Maya tərəfindən aldadıldığını başa düşmüş və ondan pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Maya bildirmişdir ki, rəhbər şəxsə müraciət edərək mənzilə imtina yazdıracaq və “ASAN Xidmət” vasitəsilə pul vəsaitini geri ala biləcəkdir. 2024-cü ilin aprel ayında Maya ilkin olaraq 5000 manat, daha sonra isə 4000 manat məbləğində pul vəsaitini ona qaytarmışdır. Lakin sonradan qalan məbləği qaytarmamışdır. Bu səbəbdən o, ## ### 2024-cü il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Xidmətinə müraciət edərək Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Həmin gün o, Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət olunmuş, ora gedərək Təqsirləndirilən şəxs barəsində ərizə və izahat vermişdir. 2024-cü ilin iyun ayında Təqsirləndirilən şəxs ona əlavə olaraq 2000 manat məbləğində pul vəsaiti qaytarmış və qalan məbləği hissə-hissə qaytaracağını bildirmişdir. Ona vurulmuş ziyandan cəmi 11000 manat ödənilmişdir. Qalan ziyanın qaytarılmasını istəyir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, şahid3 onun bacanağıdır və onunla normal münasibətləri mövcuddur. 2023-cü ilin sentyabr ayının sonlarında ona məlum olmuşdur ki, bacanağı şahid3 bibisi Gülbənizin vasitəsilə Maya adlı qadınla tanış olmuş və Mayanın köməkliyi ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) yaşayış sahəsində mənzil üçün ilkin ödəniş edərək ipoteka şərtləri ilə 3 otaqlı mənzil almışdır. Bundan sonra o, şahid3 müraciət edərək, ipoteka şərtləri ilə 3 otaqlı mənzil almaqda ona da kömək edib-edə bilməyəcəyini soruşmuşdur. şahid3 Maya ilə danışacağını bildirmişdir. 1-2 gündən sonra şahid3 ona Maya ilə danışdığını, Mayanın ilkin olaraq 12000 manat ödəniş edilməsini, aylıq isə 15 il müddətinə 350 manat ödəniş nəzərdə tutulduğunu demişdir. O, təkliflə razılaşmış və şahid3 Maya ilə danışaraq ona 3 otaqlı mənzil almaqda köməklik göstərilməsini xahiş etmişdir. şahid3 Mayanın mobil telefon nömrəsini ona vermişdir. O, Maya ilə əlaqə saxlayaraq, şahid3 vasitəsilə onunla danışıldığını və 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Maya isə ona onu tanımadığını, yalnız şahid3la işlədiyini və məsələləri onun vasitəsilə həll etdiyini bildirmişdir. Bundan sonra o, vəziyyəti şahid3 izah etmiş, şahid3 isə 12000 manat pulu ona göndərməsini, həmin məbləği Mayaya ötürəcəyini bildirmişdir. ## ####### 2023-cü il tarixdə o, şahid3 göndərdiyi kart hesabına 2 000 manat köçürmüşdür. Həmin gün saat 15:20 radələrində şahid3 ona WhatsApp vasitəsilə Mayanın kartına evdən mobil tətbiq vasitəsilə saat 15:17-də 2000 manat ödənilməsinə dair qəbz göndərmişdir. ## ####### 2023-cü il tarixdə o, yenidən şahid3 göndərdiyi kart hesabına 2000 manat köçürmüşdür. Həmin gün saat 13:00 radələrində şahid3 “WhatsApp” vasitəsilə ünvan 16 ünvanında yerləşən “Bazarstore” mağazasında olan “Millön” terminalından saat 12:42-də 2000 manat ödənilməsinə dair qəbzi göndərmişdir. Daha sonra o, ## ####### 2023-cü il tarixdə şahid3 göndərdiyi kart hesabına 1500 manat köçürmüşdür. Həmin gün saat 13:30 radələrində şahid3 “WhatsApp” vasitəsilə Mayanın kartına eyni ünvanda yerləşən “Millön” terminalından saat 13:11-də 1500 manat ödənilməsinə dair qəbzi göndərmişdir. ## ####### 2023-cü il tarixdə şahid3 ona zəng edərək Bakı şəhərinə gələcəyini, Maya ilə bağlı veriləcək 6500 manat məbləği ondan alaraq Mayaya verəcəyini bildirmişdir. O, buna razı olmuş və həmin gün şahid3 onun yaşadığı ünvana gələrək ondan 6500 manat məbləğində pulu alaraq getmişdir. Həmin gün şahid3 ona bildirmişdir ki, Maya ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən * saylı ASAN Xidmətin qarşısında görüşmüş, ipoteka şərtləri ilə mənzil alınacağı ilə bağlı razılaşma əldə edilmiş və bu razılaşmaya əsasən 6500 manat məbləğində pul Təqsirləndirilən şəxs verilmişdir. Maya isə 2 ay ərzində ona ipoteka şərtləri ilə 3 otaqlı mənzil veriləcəyini bildirmişdir. Bundan sonra o, gözləməyə başlamış, lakin 2 ay keçməsinə baxmayaraq ona mənzil verilməmişdir. O, bu barədə şahid3 soruşduqda, şahid3 Maya ilə danışacağını, məsələnin həll ediləcəyini bildirmişdir. Maya isə müxtəlif bəhanələr gətirmiş, nə pul vəsaitini geri qaytarmış, nə də mənzil təqdim etmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İsmayılova Nərgiz Əlfidat qızı ifadəsində göstərmişdir ki, şahid4 2007-ci ildən tanıyır. şahid4 oğlu onun qızı ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən ** nömrəli liseydə paralel təhsil aldığından, aralarında münasibət yaranmışdır. 2023-cü ilin avqust ayında şahid4 ona zəng edərək Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) yaşayış sahəsində mənzillərin satıldığını, özünün bir mənzil aldığını və ona da guya 6000 manat ödəməklə mənzil ala biləcəyini bildirmişdir. Onun həmin vaxt 6000 manat pulu olmamışdır. ## #### 2024-cü il tarixdə Gülbəniz ona zəng edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış sahəsindən mənzil alıb baxmağı təklif etmişdir. O, bununla razılaşmış və Gülbəniz ilə birlikdə qeyd olunan əraziyə getmişdir. Gülbəniz ona ayrı-ayrı binalarda yerləşən 2 və 3 otaqlı mənzilləri göstərmiş, onlardan birinin böyük oğluna, digərini isə kiçik oğluna alacağını bildirmişdir. O, mənzillərə baxarkən onların təmirli olduğunu, mətbəx mebeli, kombi və internetlə təmin edildiyini görmüşdür. Həmin vaxt Gülbəniz kiminləsə mobil telefonla danışaraq mənzilləri satan qadınla görüşüləcəyini, açarın veriləcəyini demişdir. Daha sonra onlar birlikdə başqa binaya getmiş və həmin binanın 6-cı mərtəbəsində yerləşən 2 otaqlı mənzildə Maya adlı qadınla görüşmüşlər. Maya ondan mənzilin xoşuna gəlib-gəlmədiyini soruşmuş, o isə bəyəndiyini bildirmişdir. Maya 2 otaqlı mənzil üçün ilkin olaraq 11 000 manat ödəniş edilməli olduğunu demişdir. O, bu məbləğin onun üçün ağır olduğunu, özü üçün güzəşt edilməsini xahiş etmişdir. Maya ilkin ödənişlə bağlı güzəşt ediləcəyini bildirmişdir. O, Mayadan harada işlədiyini soruşduqda, Maya * saylı ASAN Xidmətdə işlədiyini demiş, lakin konkret vəzifəsini deməmişdir. Maya telefonla danışdıqdan sonra güzəşt olunduğunu, 2 otaqlı mənzil üçün 8000 manat ilkin ödəniş edilməsinin kifayət edəcəyini demişdir. O, sənədlərin kim tərəfindən veriləcəyini soruşduqda, Maya sənədlərin 10 iş günü ərzində ASAN Xidmətdən veriləcəyini bildirmişdir. Maya həmçinin 5-ci mərtəbədə yerləşən 2 otaqlı mənzili göstərərək həmin mənzilin ona veriləcəyini demişdir. O, buna razılıq vermişdir. Daha sonra o, Gülbənizə zəng edərək pulu gətirdiyini xəbər vermişdir. O, Gülbənizin yanında 8000 manat məbləğində pulu Mayaya təqdim etmişdir. Maya taksidə pulu sayaraq 8000 manat olduğunu təsdiqləmiş və sənədlərin 10 iş günü ərzində hazır olacağını bildirmişdir. Bundan sonra Maya həmin taksi ilə oradan getmiş, o isə Gülbənizdən ayrılaraq evinə qayıtmışdır. O, bu barədə heç kimə məlumat verməmişdir. ## #### 2024-cü il tarixdə Maya ona zəng edərək sənədlərin hazırlanması üçün əlavə olaraq 1000 manat tələb etmişdir. O, həmin vaxt pulunun olmadığını, səhər borc tapıb göndərəcəyini bildirmişdir. Maya ona Azərbaycan Beynəlxalq Bankına aid kart nömrəsini göndərmişdir. O, ## #### 2024-cü il tarixdə 1000 manat məbləğində pulu borc taparaq həmin kart hesabına köçürmüşdür. ## ##### 2024cü il tarixdə axşam saatlarında Maya ona zəng edərək su, qaz və elektrik sayğaclarına görə 137 manat ödənilməli olduğunu bildirmişdir. O, bu qədər pulunun olmadığını demişdir. Bir neçə saat sonra Maya yenidən zəng edərək 100 manatı özünün ödəyəcəyini, qalan 37 manatı isə onun ödəməli olduğunu bildirmişdir. O, bununla razılaşmış və həmin gün “Tamstore” marketdə yerləşən terminal vasitəsilə 37 manat məbləğində ödəniş etmişdir. Gülbəniz ona Mayaya artıq pul ödəməməsini demişdir. Çünki Maya onun adına alınmalı olan 3 mənzili boşaltdıraraq başqa şəxslərə vermişdir. Bundan sonra o, Mayaa zəng edərək mənzil istəmədiyini və pulunun geri qaytarılmasını tələb etmişdir. Maya isə mənzilin artıq onun adına sənədləşdirildiyini bildirmişdir. O, yenidən mənzil istəmədiyini bildirdikdə, Maya mənzilin satıldıqdan sonra pulun qaytarılacağını demişdir. O, ## ##### 2024-cü ilədək gözləmiş, lakin Maya pulu geri qaytarmadığı üçün həmin gün Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edərək Maya barəsində şikayət etmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu yeni yaşayış sahəsində şahid4 3 otaqlı mənzilini kirayə götürərək yaşamış və həmin mənzildə tikinti işləri görmüşdür. 2023-cü ilin iyun ayında şahid4 ilə söhbət zamanı o bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) yaşayış sahəsində sosial mənzillər alacaqdır. Təxminən 7–8 gün sonra Gülbəniz ona həmin ərazidə 3 otaqlı sosial mənzil üçün ilkin ödəniş etdiyini demişdir. ## ####### 2023-cü il tarixdə o, Ucar rayonu, Börüdaş kəndində olarkən Gülbənizə zəng vuraraq rayondan pay gətirib-gətirməməsini soruşmuş, ## ####### 2023-cü il tarixdə Hökməli qəsəbəsinə gələcəyini bildirmişdir. Gülbəniz isə həmin gün gələ bilməyəcəyini, MİDA yaşayış sahəsindən ikinci mənzili götürdüyünü və orada təmizlik işləri aparacağını xəbər vermişdir. O, Gülbənizdən mənzili təmizləməyə gedərkən ona da xəbər etməsini xahiş etmişdir. Çünki, o da övladı üçün mənzil almaq istəmişdir. O, ## ####### 2023- cü ildə Ucar rayonundan Abşeron rayonu, Hökməli qəsəbəsinə gəlmişdir. ## ####### 2023-cü il tarixdə Gülbəniz ilə telefonla əlaqə saxlamış və birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış sahəsində görüşmüşlər. Gülbəniz ona aldığı iki ayrı binada yerləşən iki mənzili göstərmişdir. O, mənzillərə baxmış və onların təmirli, mebellərlə təchiz olunduğunu görmüşdür. O da həmin ərazidən mənzil almaq istəmişdir. Gülbəniz isə bu mənzillərin alınmasında Təqsirləndirilən şəxs kömək etdiyini deyərək onun mobil telefon nömrəsini vermişdir. O, Gülbənizin yanında Mayaya zəng edərək mənzil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə əlində bir neçə mənzil olduğunu və onları satdığını demişdir. O, mənzillərin qiyməti ilə maraqlandıqda, Maya 1 otaqlı mənzil üçün 7000 manat, 2 otaqlı mənzil üçün 12000–14000 manat, 3 otaqlı mənzil üçün 18000 manat, 4 otaqlı mənzil üçün isə 20000–24000 manat ilkin ödəniş tələb olunduğunu bildirmişdir. Maya həmçinin həmin binada 1 ədəd 1 otaqlı və 1 ədəd 3 otaqlı mənzilin olduğunu və hər ikisinin ümumilikdə 21000 manat ilkin ödənişlə satıldığı barədə onu məlumatlandırmışdır. O, bu təkliflə razılaşmış və ## ####### 2023-cü il tarixdə Gülbəniz və Maya ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış sahəsində, “Zəfər Mall” ticarət mərkəzindəki kafedə görüşmüşdür. O, Gülbənizin yanında 1 otaqlı və 1 ədəd 3 otaqlı mənzil üçün ilkin ödəniş olaraq Mayaya 20000 manat pul vermiş, əlavə olaraq 1000 manatı isə bir gün sonra verəcəyini bi ldirmişdir. ## ####### 2023-cü il tarixdə Maya ona zəng edərək hər mənzil üçün sənədlərə görə 1000 manat, ümumilikdə 2000 manat tələb olunduğunu, həmin məbləğin 1000 manatının kəsir qaldığını və pulu Gülbənizə verib ona çatdırılmasını xahiş etmişdir. O, Mayanın təklifinə razılıq vermişdir. ## ####### 2023-cü il tarixdə o, 3000 manat məbləğində pul götürərək ünvan 8 ünvanında yerləşən Gülbənizin yaşadığı evin yanına gəlmiş, Gülbəniz ilə görüşərək həmin 3000 manat pulu ona təqdim etmişdir. Həmin günün axşamı Maya ona zəng edərək Gülbənizin 3000 manat pulu ona çatdırdığını bildirmişdir. ## ####### 2023-cü il tarixdə Maya ona yenidən zəng edərək təcili şəkildə 3 otaqlı mənzilin satıldığını, həmin mənzil üçün 20000 manat ilkin ödəniş tələb olunduğu barədə məlumat vermişdir. O, Mayaya razılıq vermiş, lakin Abşeron rayonu, Hökməli qəsəbəsində olduğunu, hazırda 5000 manat pulunun olduğunu və qalan məbləği 1–2 gün ərzində düzəldib verəcəyini vəd vermişdir. Maya bu şərtlə razılaşmış və Gülbənizin ora gələcəyini, 5000 manatın ona çatdırması üçün Gülbənizə verməsini xahiş etmişdir. Həmin gün Gülbəniz Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu, yeni yaşayış sahəsinə gələrək onunla görüşmüş, o, 5000 manat pulu Gülbənizə vermiş və bu məbləğin Mayaya verilməsini xahiş etmişdir. Həmin günün axşamı Maya zəng edərək 5000 manatın ona çatdırıldığını xəbər vermişdir. ## ####### 2023-cü il tarixdə Maya ona zəng edərək sonuncu 3 otaqlı mənzilin sənədləri üçün əlavə pul verilməli olduğunu demişdir. O, Ucar rayonundan qayıtdıqdan sonra pulu verəcəyini bildirmişdir. Maya isə ona “WhatsApp” proqramı vasitəsilə kart şəkli göndərmiş, pulun həmin karta köçürülməsini xahiş etmişdir. O, hazırda 1000 manat pulu olduğunu, qalan məbləği 1–2 gün ərzində göndərəcəyini bildirmiş, Maya da bununla razılaşmışdır. ## ####### 2023-cü il tarixdə saat 16:46-da o, Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən “Aran” marketdə olan terminal vasitəsilə Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına 1000 manat köçürmüş və ödəniş qəbzinin şəklini “WhatsApp” vasitəsilə ona göndərmişdir. O, ## ###### 2023-cü il tarixdə saat 12:00 radələrində Mayaya zəng edərək sonuncu 3 otaqlı mənzil üzrə borclu qaldığı məbləğdən 15000 manatı göndərəcəyini vəd vermişdir. Həmin gün saat 12:06-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov” parkında mobil tətbiq vasitəsilə Mayanın kart hesabına 5000 manat məbləğində pul köçürmüş və qəbzin şəklini “WhatsApp” vasitəsilə ona göndərmişdir. Həmin gün saat 18:27-də ünvan 3 ünvanında yerləşən “xxxx” terminalı vasitəsilə Mayanın kart hesabına 10000 manat köçürmə etmiş və pulun qəbzini Mayaya “WhatsApp” vasitəsi ilə göndərmişdir. ## ###### 2023-cü il tarixdə Ucar rayonunda olduğu zaman Maya ona zəng edərək həmin ərazidə 3 otaqlı mənzilin təcili satışa çıxarıldığını və ilkin olaraq 15000 manat ödəniş edilməli olduğunu xəbər vermişdir. O, şəxs bu təkliflə razılaşaraq mənzilin saxlanılmasını xahiş etmiş və ilkin ödənişi Mayanın kart hesabına göndərəcəyini vəd vermişdir. ## ###### 2023-cü il tarixdə saat 11:16-da Ucar rayonu, Heydər Əliyev prospektində yerləşən “Aran” marketdən Təqsirləndirilən şəxs kart hesabına 8000 manat, həmin gün saat 11:24-də isə eyni marketdən Mayanın kart hesabına 7000 manat köçürmüş, hər iki ödənişə dair qəbzlərin şəklini “WhatsApp” proqramı vasitəsilə Mayaya göndərmişdir. ## ###### 2023-cü il tarixdə Maya ona “WhatsApp” vasitəsilə zəng edərək mənzillərə görə əlavə ödəniş edilməli olduğunu xəbər vermişdir. O, bununla razılaşmış və ## ###### 2023-cü il tarixdə saat 18:24-də Ucar şəhəri, Oğuz küçəsi 44 ünvanında yerləşən “xxxx”ın Ucar filialından Mayanın kart hesabına 2000 manat köçürmüş, qəbzin şəklini “WhatsApp” vasitəsilə ona göndərmişdir. ## ###### 2023-cü il tarixdə saat 17:57-də isə eyni ünvan üzrə yerləşən “xxxx”ın Ucar filialından mənzilin ödənişi üçün Mayanın kart hesabına 10 000 manat məbləğində pul köçürmüş və qəbzi yenə “WhatsApp” vasitəsilə göndərmişdir. 1# ###### 2023-cü il tarixdə Maya ona yenidən zəng edərək həmin ərazidə 2 otaqlı mənzilin təcili satıldığını, qiymətinin 90 000 manat olduğunu xəbər vermişdir. O, buna razılıq verərək 2 gün sonra Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metro stansiyasının yaxınlığından mobil tətbiq vasitəsilə Mayanın kart hesabına 2000 manat köçürmüş və qəbzin şəklini “WhatsApp” vasitəsilə göndərmişdir. ## ###### 2024-cü il tarixdə saat 18:45-də Ucar rayonu, Börüdaş kəndində yerləşən “A1” marketdəki terminaldan Mayanın kart hesabına 5000 manat köçürmüş və qəbzi yenə “WhatsApp” vasitəsilə göndərmişdir. Həmin gün saat 19:00-da Ucar rayonu, Börüdaş kəndində yerləşən evdən mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına əlavə olaraq 1 000 manat köçürmüş və bu ödənişə dair qəbzin şəklini də “WhatsApp” vasitəsilə ona göndərmişdir. O, ## ###### 2024-cü il tarixdə Ucar rayonundan Abşeron rayonu, Hökməli qəsəbəsinə gəlmişdir. ## ###### 2024-cü il tarixdə saat 11:10-da o, ünvan 3 ünvanında yerləşən “xxxx” terminalından Mayanın kart hesabına 5050 manat, həmin gün saat 11:15-də isə eyni ünvanda yerləşən “xxxx” terminalından 450 manat məbləğində pul köçürmüş və hər iki ödənişə dair qəbzlərin şəklini “WhatsApp” vasitəsilə Mayaya göndərmişdir. O, ## ###### 2024cü il tarixdə Maya və Gülbəniz ilə əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış sahəsində sosial mənzillərin olduğu yerdə 2 otaqlı mənzilə baxmışdır. Maya həmin mənzilin ona məxsus olduğunu bildirmişdir. O, mənzilə baxdıqda onun istifadə olunduğunu müşahidə etmişdir. Maya isə həmin mənzildə əvvəllər bir müddət yaşayıb sonradan çıxıldığını etiraf etmişdir. O, Mayadan mənzilin sənədlərini təqdim etməsini tələb etdikdə, Maya ona bir ədəd açar, “Azərsu”ya məxsus bir ədəd plastik kart və “Azərişıq”a məxsus bir ədəd plastik kart vermişdir. O, kartlara baxarkən onların istifadə olunduğunu görmüş və bunun səbəbini soruşmuşdur. Maya isə 1–2 gün ərzində kartların onun adına dəyişdirilib yenisinin veriləcəyini bildirmişdir. Həmin vaxt Maya ondan 100 manat məbləğində “şirinlik” istəmiş, o da həmin məbləği mənzilin içində, Gülbənizin yanında Mayaya təqdim etmişdir. Eyni zamanda Maya ona 7000 manat məbləğində borcunun qaldığını bildirmiş və həmin məbləğin ödənilməsini tələb etmişdir. O da həmin pulu elə həmin gün verəcəyini vəd vermişdir. ## ###### 2024-cü il tarixdə saat 22:00 radələrində Maya ona zəng edərək, kartının üzərində olmadığını, tanışının kartının şəklini göndərəcəyini və pulun həmin karta köçürülməsini xahiş etmişdir. O, bununla razılaşmış və həmin gün saat 22:46-da Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metro stansiyasının yaxınlığında mobil tətbiq vasitəsilə Mayanın göndərdiyi kart hesabına 7000 manat köçürmüş, qəbzin şəklini “WhatsApp” proqramı vasitəsilə ona göndərmişdir. 5–10 gün keçdikdən sonra o, Mayadan 5 mənzil və sənədlərin verilməsini tələb etməyə başlamışdır. Maya isə hər dəfə narahat olmamağı, məsələnin tezliklə həll ediləcəyini bildirmişdir. Bu minvalla yazışma və danışıqlar 2024-cü ilin mart ayına qədər uzanmışdır. O, vəziyyətin uzandığını görərək Mayaya ona verdiyi 91600 manat məbləğində pulun geri qaytarılmasını, əks halda polisə şikayət edəcəyi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə 91 600 manat pul vermişdir. Maya ona dəymiş ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2020-ci ildən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” yaşayış kompleksində texniki işçi kimi çalışmışdır. 2023-cü ildə həmin yaşayış kompleksində Qəbələ rayonundan olan Elvin adlı şəxs ilə eyvanlara şüşəbənd yığdığı zaman tanış olmuş və aralarında münasibət yaranmışdır. 2023-cü ilin iyul ayının əvvəlində Elvin ona Maya adlı qadının MİDA yaşayış kompleksində ipoteka şərtləri ilə mənzil satması barədə məlumat vermişdir. O, əvvəlcə buna inanmasa da, Elvinin həmin qadının bir neçə şəxsə artıq mənzil satdığını deməsindən sonra Elvin vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, Mayaya MİDA yaşayış kompleksindən ipoteka şərtləri ilə mənzil almaq istəməsi barədə danışmışdır. Maya ona hazırda imtina olunmuş 2 otaqlı mənzilin olduğunu və həmin mənzilin 9.000 manat ilkin ödənişlə verilə biləcəyini xəbər vermişdir. O, bu təkliflə razılaşmış və ## #### 2023-cü il tarixdə Maya ilə Bakı şəhəri, Yasamal rayonu, “MİDA” yaşayış kompleksində, “Zəfər Mall” ticarət mərkəzinin qarşısında görüşmüşdür. Həmin vaxt o, ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini Mayaya təqdim etmiş, Maya isə iki həftə ərzində mənzillə bağlı sənədlərin hazır olacağını bildirmişdir. Bir müddət sonra Maya ona zəng edərək ondan 2 otaqlı mənzil üçün 9000 manat ödəniş etməsini istəmişdir. O, həmin pulu hazırlayacağını vəd vermişdir. ## ####### 2023-cü il tarixdə o, 9 000 manat məbləğində pulu hazırlayaraq Mayaya zəng etmiş və ödənişi necə edəcəyini soruşmuşdur. Maya ona “xxxx”a aid kart nömrəsini göndərmişdir. Maya ona “WhatsApp” proqramı vasitəsilə 4169 7388 1701 **** nömrəli kartı göndərmişdir. O, həmin gün saat 18:27də Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində yerləşən “Bravo” supermarketindəki terminaldan Mayanın göndərdiyi kart hesabına 9 000 manat məbləğində pul köçürmüş və ödəniş qəbzinin şəklini WhatsApp vasitəsilə ona göndərmişdir. Sonrakı müddətdə o, Mayadan mənzil barədə məlumat istədikdə, Maya hər dəfə bəhanə gətirərək narahat olmamağı, açarın tezliklə veriləcəyini bildirmişdir. 2024-cü ilin yanvar ayının ortalarında Maya ona zəng edərək 2 otaqlı mənzilin olmadığını, yalnız 3 otaqlı mənzilin mövcud olduğunu və istədiyi təqdirdə həmin mənzilin ona verilə biləcəyini xəbər vermişdir. O, bu təkliflə razılaşmış, Maya isə əlavə olaraq 1500 manat ödəniş edilməli olduğunu demişdir. O, məcburiyyət qarşısında qalaraq razılaşmış və ## ###### 2024- cü il tarixdə saat 22:19-da Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində yerləşən “Bazarstore” marketindəki terminaldan Mayanın kart hesabına 1200 manat köçürmüş və ödəniş qəbzinin şəklini ona göndərmişdir. Daha sonra o, Mayaya zəng edərək 1 200 manat göndərdiyini, qalan 300 manatı isə səhər göndərəcəyini xəbər vermişdir. Maya bunun problem olmadığını, sabah 300 manat göndərildikdən sonra 3 otaqlı mənzilin sənədlərini hazırlayacağını və açarı təhvil verəcəyini demişdir. O, ## ###### 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, “MİDA” yaşayış kompleksi, ev 18, mənzil 10 ünvanında olarkən mobil telefonunda “xxxx”a aid mobil tətbiq vasitəsilə Mayanın kart hesabına 300 manat məbləğində pul köçürmüş və bu barədə Mayaya zəng edərək məlumat vermişdir. Maya 300 manatın gəldiyini, 3 otaqlı mənzilin sənədlərini hazırlayacağını və açarı götürən kimi verəcəyini bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Mayaya zəng edərək mənzil məsələsi ilə maraqlanmış, lakin Maya hər dəfə müxtəlif bəhanələr gətirərək narahat olmamağı, mənzil məsələsinin həll ediləcəyini demişdir. Bu minvalla mənzil məsələsi 2024-cü ilin may ayına qədər uzanmış, o isə bu müddət ərzində aldadıldığını başa düşmüşdür. O, ## ### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polis orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 1# ###### 2023-cü il tarixdə anası Sədaqət Qurbanovanın qonşusu ona zərərçəkmiş şəxs5 qohumu Maya adlı qadının Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) yaşayış sahəsində mənzillərin güzəştli şərtlərlə alınmasına köməklik göstərməsi barədə məlumat vermişdir. Bundan sonra o, zərərçəkmiş şəxs5 ilə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs barədə məlumat vermişdir. O da güzəştli şərtlərlə mənzil almaq istəmişdir. zərərçəkmiş şəxs5 ona 2 otaqlı mənzil üçün ilkin ödənişin 15000 manat, 15 il müddətinə aylıq 293 manat təşkil etdiyini bildirmişdir. O, bu şərtlərlə razılaşmış, Yeganə isə ona Mayanın mobil telefon nömrəsini vermişdir. O, Maya ilə əlaqə saxlamışdır. Maya ona “Zəfər Mall” ticarət mərkəzində görüşməyi təklif etmişdir. O, bu barədə əri şahid1 məlumat vermiş, o da razılıq vermişdir. O, ## ###### 2023-cü il tarixdə əri ilə birlikdə “Zəfər Mall” ticarət mərkəzinə getmiş və orada Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Maya mənzillər barədə ətraflı məlumat vermiş və 2 otaqlı mənzil üçün 15000 manat ilkin ödəniş edildikdən sonra 20 gün ərzində təmirli mənzilin təqdim ediləcəyini bildirmişdir. Maya ilkin ödəniş hazır olan kimi onunla əlaqə saxlanılmasını istəmişdir. ## ###### 2023-cü il tarixdə o, Maya ilə telefon əlaqəsi saxlayaraq 2 otaqlı mənzil üçün ilkin olaraq 15000 manat ödəmək istədiyini və pulu necə verə biləcəyini soruşmuşdur. Maya iş yerinin yaxınlığında Bakı şəhəri, Yasamal rayonu, Səfayət Mehdiyev küçəsində yerləşən ** saylı notariat ofisinin olduğunu, ora gəlib borc müqaviləsi əsasında pulun verilməsini istəmişdir. O, bu təkliflə razılaşmış və əri şahid1la birlikdə ona məxsus olan 8900 ABŞ dollarını götürərək ** saylı notariat ofisinə getmiş və Maya ilə görüşmüşdür. Notariat ofisində ABŞ dollarını manata çevirmək istədikləri zaman 900 ABŞ dollarının köhnə əskinas olması səbəbindən dəyişdirilmədiyi, yalnız 8000 ABŞ dollarının manata çevrildiyi məlum olmuşdur. Notariat ofisində o və Təqsirləndirilən şəxs arasında ## #### 2024-cü il tarixinədək qüvvədə olan borc müqaviləsi bağlanmış və o, Mayaya 13500 manat məbləğində pul vermişdir. Əlində qalan 900 ABŞ dollarını da Mayaya təqdim etmiş, Maya isə ilkin ödənişin tamamlanması üçün həmin 900 ABŞ dollarını götürərək ona 30 manat qaytarmışdır. Beləliklə o, Mayaya ümumilikdə 15000 manat pul vermişdir. ## ###### 2024-cü il tarixdə Maya ona zəng edərək MİDA yaşayış sahəsində güzəştli şərtlərlə 2 otaqlı mənzilin ayrıldığını, lakin sonradan həmin mənzildən imtina edilməsi barədə məlumat vermişdir. Maya ona 7500 manat ilkin ödəniş etməklə həmin mənzili ## ###### 2024-cü il tarixinədək ala biləcəyini demiş, o da bu barədə əri şahid1 məlumat vermiş və birlikdə razılaşaraq həmin mənzil üçün 7500 manat ilkin ödəniş etməyə qərar vermişdir. ## ###### 2024cü il tarixdə Maya ona zəng edərək 2 otaqlı mənzil üçün ilkin ödəniş olan 7500 manatın təcili göndərilməsini istəmişdir. Əks halda mənzil əldən çıxacaqmış. O da bununla razılaşaraq Mayanın kart hesabına ümumilikdə 7 500 manat məbləğində pul köçürmüşdür. Maya vəd etdiyi müddət ərzində mənzili ona təhvil vermədiyi üçün o, Mayaya zəng vuraraq mənzillə bağlı maraqlanmışdır. Lakin Maya zənglərə cavab verməmiş, cavab verdiyi hallarda isə müxtəlif bəhanələr gətirmişdir. Daha sonra o, pulunun qaytarılmadığını görüb polisə şikayət etmişdir. Ümumilikdə 22500 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən pulunun qaytarılmasını tələb edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi Gülbəniz vasitəsilə tanımışdır. Təsadüfən bibisi ilə ev almaq barədə söhbət düşmüş və övladlarının Bakı şəhərində təhsil alması ilə əlaqədar kirayə pul verməkdənsə özlərinə mənzil almaq qərarına gəlmişlər. Bu zaman onlara MİDA yaşayış kompleksindən mənzil almaq təklif edilmiş, Maya özünü ASAN Xidmətin əməkdaşı kimi təqdim edərək sənədlərlə bağlı heç bir problem olmayacağını bildirmişdir. Onun həyat yoldaşı həkim olduğu üçün mənzilin onun adına alınması planlaşdırılmışdır. O, ev almaq istədikdən sonra həyat yoldaşının baldızının da mənzil almaq istədiyini öyrənmişdir. Onlar əvvəllər Bakı şəhərində kirayədə yaşamış, buna görə də hər iki ailə Bakıda mənzil sahibi olmaq istəmişlər. O, Maya ilə danışmış, Maya Əbülfət üçün 3 otaqlı mənzil vəd etdiyini, həmin mənzilin ilkin ödənişi üçün 12000 manat məbləğində pulu ona verdiyini bildirmişdir. Maya ona 3 ili bitmiş, 1 otaqlı hazır mənzilin olduğunu demiş və həmin mənzil üçün 4500 manat tələb etmişdir. Maya bir ay ərzində həmin mənzilin sənədlərinin təqdim ediləcəyini və mənzilin ona veriləcəyini bildirmişdir. Sözügedən mənzilin Toğrul Mustafayevin adına olduğu, MİDA yaşayış kompleksinin tikinti rəisinin oğluna məxsus olduğu deyilmişdir. O, sonradan qonşu ilə əlaqə saxlamış və ona məlum olmuşdur ki, həmin mənzil Toğrul Mustafayevə məxsusdur və o, mənzili kirayəyə vermişdir. Bundan sonra o, Maya ilə əlaqə saxlayaraq, başqasına məxsus olan evin ona necə verilə biləcəyini soruşmuşdur. Maya bildirmişdir ki, bu söhbət açılmamışdan əvvəl artıq həm Əbülfətə aid olan pul vəsaitini, həm də satışa hazır olan digər mənzillərlə bağlı ödənişləri etmişdir. Belə ki, Maya Əbülfətə aid 12000 manat, özünə aid 13000 manat, 1 otaqlı mənzil üçün 4500 manat, satışa hazır 2 otaqlı mənzil üçün isə 5500 manat olmaqla ümumilikdə 36000 manat məbləğində pul vəsaiti ödədiyini göstərmişdir. Ödənişlərin bir hissəsi kart vasitəsilə, bir hissəsi isə nəğd şəkildə həyata keçirilmişdir. Pulu şəxsən Mayaya vermiş, bu zaman yanında hər hansı digər şəxs olmamışdır. O, dindar insan olduğundan və həyat yoldaşı faizsiz, ipoteka yolu ilə ev almaq istədiyinindən, lakin buna razı olmadığını və məhz bu səbəbdən Mayanın təklifilə razılaşmışdır. Bibisi ona əvvəllər aldığı mənzilləri göstərmiş və bu səbəbdən Mayaya inanmışdır. O, hər hansı alqı-satqı əməliyyatında iştirak etməmişdir. Maya ondan “Asan xidmət” mərkəzində işlədiyini, iş yerində problem olduğundan oraya gəlməmisini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, Xatirə adlı şəxs ona qaynanası üçün ev almaqla bağlı təklif etmişdir. Daha sonra onlar bu məsələ ilə bağlı öz aralarında məsləhətləşmiş və Xatirə xanımla görüşmüşlər. Görüş zamanı Xatirə xanım onlara Təqsirləndirilən şəxs telefon nömrəsini vermiş, bundan sonra telefonla əlaqə saxladıqdan sonra Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksinin həyətində Maya ilə görüşmüşdür. Maya onlara görüş üçün vaxt təyin etmiş, daha sonra isə Lider telekanalının yaxınlığında yerləşən notariusa getmişlər. Həmin vaxt o, notariusda Mayaya 15000 manat pul vermişdir. Sonradan Maya zəng edərək, əvvəlcədən 7000 manatdan az ödədiklərini, əlavə olaraq qalan məbləğin də verilməli olduğunu bildirmişdir. O, bununla razılaşmış və əlavə 7000 manat ödəniş də etmişdir. Xatirə xanımın əsl adı zərərçəkmiş şəxs5dir. Ev almaq təşəbbüsü ilkin olaraq qaynanasına aid olmuşdur və mənzili həyat yoldaşının adına almaq istəmişdir. Onun həyat yoldaşının adı zərərçəkmiş şəxs4dır. Onlar ümumilikdə 15000 manat ödəniş etmiş, həmin pul notariusda Mayaya verilmişdir. Pul verilən zaman onun həyat yoldaşı da orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, o, 2023cü ilin iyun ayında Təqsirləndirilən şəxs vasitəsi ilə oğullarına Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mənzil İnşaat Dövlət Agentliyi (MIDA) yaşayış sahəsində iki sosial mənzil almışdır. 2023-cü ilin avqust ayının axırlarında oğlu Murad ona demişdir ki, zərərçəkmiş şəxs9 adlı müştəri var, o, da mənzil almaq istəyir. zərərçəkmiş şəxs9 ilə telefonda danışarkən ona bildirmişdir ki, həmin mənzilləri Təqsirləndirilən şəxs vasitəsilə almışdır. Həmçinin zərərçəkmiş şəxs9 MİDA yaşayış kompleksində 3 otaqlı mənzilə görə ilkin ödənişin 15000 manat, 4 otaqlı mənzilə görə ilkin ödənişin isə 17000 manat olmasını demişdir. zərərçəkmiş şəxs9 demişdir ki, o, 4 otaqlı mənzil almaq istəyir. O, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs9 4 otaqlı mənzilə görə ilkin olaraq 3000 manat, qalan 14000 manatı isə 2 günə verəcəyi barədə məlumat vermişdir. Daha sonra ## ######## 2023-cü il tarixdə zərərçəkmiş şəxs9 onunla Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən "Oskar" şadlıq sarayının qarşısında görüşərək 3000 manat pul vermişdir. O da həmin pulu oğlu Nicata vermişdir ki, Mayanın kartına köçürsün. Nicat həmin gün pulu Mayanın kartına atmışdır. Daha sonra ## ######## 2023-cü il tarixdə o, Könül və Rahim adlı şəxs Maya ilə "Daş fırın" restoranında görüşmüşlər. Görüş zamanı Könül onun və Rahimin yanında mənzilə görə 14000 manatı Mayaya vermişdir. Maya pulu alıb demişdir ki, 2 aya mənzil onlara təhvil veriləcəkdir. Bundan başqa, o, 2023-cü ilin sentyabr ayında qardaşı oğlu şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs vasitəsilə oğullarına MİDA yaşayış kompleksindən mənzillər almışdır. Daha sonra o, şahid3 oğlu Muardın MİDA yaşayış kompleksində olan mənzilinə aparmış və şahid3 mənzilə baxdıqdan sonra ondan xahiş etmişdir ki, Maya ilə onu görüşdürsün. O, şahid3 Təqsirləndirilən şəxs ilə görüşdürmüş, görüş zamanı Maya ona təklif etmişdir ki, MİDA yaşayış kompelksində 3 otaqlı mənzilə görə ilkin 13000 manat və 15 ilə aylıq 376 manat ödəniş edilməlidir. şahid3 Mayanın dediyi şərtlərlə razılaşmışdır. Bundan sonra şahid3 demişdir ki, ## ######## 2023-cü il tarixdə MIDA yaşayış kompleksində 3 otaqlı mənzili gözəştli şərtlərlə almaq üçün ilkin olaraq 13000 manat vermişdir və həmin pulun verilməsini rəsmiləşdirlməsi üçün Bakı şəhəri Nəsimi rayonunda yerləşən notariat ofisində borc müqaviləsi bağlamışlar. Bir müddətdən sonra şahid3 demişdir ki, o, MİDA yaşayış kompelskindən 4 ədəd mənzil almaq üçün Mayaya 35000 manat vermişdir. Bundan başqa, 2023-cü ilin oktaybr ayında usta işləyən zərərçəkmiş şəxs6 ona demişdir ki, o da Yasamal rayonu MİDA yaşayış kompleksindən mənzil almaq istəyir. O, Elxana bildirmişdir ki, oğullarına aldığı mənzilləri Təqsirləndirilən şəxs vasitəsi ilə almışdır. Daha sonra Mayanın mobil telefon nömrəsini zərərçəkmiş şəxs6 vermişdir. Elxan onun yanında Maya ilə danışaraq 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Bundan sonra onlar ## ####### 2023-cü il tarixdə o, Elxan və Maya ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış kompleksində "Zefir Mall" ticarət mərkəzində olan kafedə görüşmüşlər, görüş zamanı Elxan onun yanında 1 ədəd 1 otaqlı mənzil və 1 ədəd 3 otaqlı mənzilə görə ilkın ödəniş olaraq Mayaya 20000 manat vermişdir. Daha sonra Elxan onun vasitəsilə Mayaya 3000 manat və 5000 manat göndərmişdir. Həmin pulları MİDA yaşayış kompleksində ev 32, mənzil 10-da oğlu Muradın yaşadığı mənzildə Mayaya vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış şahid5 və şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Şahid şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2020-2021ci illərdə zərərçəkmiş şəxs9 lombarda müştəri kimi tanımış və aralarında münasibət yaranmışdır. Həmin dövrdə “Sizin” lombardın filialında Murad Qəhrəmanov kredit mütəxəssisi kimi işləyirmiş və zərərçəkmiş şəxs9 Murad Qəhrəmanovu tanıyırmış. 2023-cü ilin sentyabr ayında zərərçəkmiş şəxs9 onun işlədiyi filiala gələrək qızıl girov qoymuş və 8 000 manat pul götürmüş, həmin vaxt ona bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonunda tikilmiş MİDA yaşayış kompleksindən Murad Qəhrəmanovun anası Gülbənizin vasitəsilə 4 otaqlı mənzil alacaq, bunun üçün 3 000 manat və özünə məxsus sənədləri Gülbənizə verəcək, daha sonra isə birlikdə gedəcəklər. O, bu təkliflə razılaşmış, zərərçəkmiş şəxs9 və Gülbənizlə birlikdə Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən “Praqa” restoranının yaxınlığında görüşdülər. Görüş zamanı zərərçəkmiş şəxs9 onun yanında Gülbənizə 3 000 manat pul və özünə məxsus sənədləri təqdim etmişdir. Gülbəniz isə pulu və sənədləri aldıqdan sonra sənədləri yoxlayacağını, qalan məbləğin isə mənzilin alınmasına kömək edən Maya adlı şəxsə verilməli olduğunu demişdir. Ertəsi gün zərərçəkmiş şəxs9 ona zəng edərək, “MİDA” yaşayış kompleksindən 4 otaqlı mənzilin alınması üçün əlavə olaraq 8 000 manatın Gülbənizə verilməli olduğunu, bunun üçün birlikdə getməli olduqlarını xəbər vermişdir. O da razılıq vermiş və həmin gün zərərçəkmiş şəxs9 və Gülbənizlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsində yerləşən “Daşfırın” restoranının qarşısına getmişdir. Sonra restoranda o, Könül, Gülbəniz və sonradan adını Maya bildikləri qadınla görüşmüşlər. Görüş zamanı Maya Könülə sənədlərə baxıldığını, ipoteka düşdüyünü, ilkin olaraq 3 000 manat, əlavə olaraq isə 8 000 manat verilməli olduğunu demişdir. Könül bu şərtlərlə razılaşmış və Gülbənizə 8 000 manat pulu onun və Mayanın yanında sayaraq vermişdir. Gülbəniz həmin pulu Mayaya təqdim etmiş, Maya isə pulu aldıqdan sonra ümumilikdə 11 000 manat verildiyini, qalan 4 000 manatın isə 2 ay sonra evə köçərkən ödəniləcəyini bildirmişdir. 2023-cü ilin dekabr ayının sonlarında Könül ona zəng edərək Mayanın mənzil məsələsini uzatdığını, zənglərə cavab vermədiyini xəbər vermişdir. Sonradan Könül ona Mayanın mobil telefon nömrəsini vermiş, o isə özünə məxsus 055-711-41- 15 nömrəsindən Mayaya zəng edərək mənzil məsələsinin niyə uzadıldığını soruşmuşdur. Maya cavabında ilin sonuna görə 4 otaqlı mənzillərin verilməsinin dayandırıldığını, yeni ildən sonra 4 otaqlı mənzillərin veriləcəyini və zərərçəkmiş şəxs9 ilə alqı-satqının aparılacağını bildirmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq, nəticədə Maya zərərçəkmiş şəxs9 mənzil verməmişdir. Şahid şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında tanışı Əliağa ona Maya adlı qadının vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış sahəsindən güzəştli şərtlərlə mənzil alması barədə məlumat vermişdir. Bununla əlaqədar o, Mayanın telefon nömrəsini Əliağadan almışdır. O, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, “MİDA” yaşayış kompleksində sifariş əsasında qapı, pəncərə və şüşə aynabənd quraşdırılması işlərini görərkən həmin kompleksdə texniki işçi kimi çalışan və Qəbələ rayonundan olan Səbuhi adlı şəxslə tanış olmuşdur. 2023-cü ilin iyul ayında Səbuhi ona müraciət edərək “MİDA” yaşayış sahəsində güzəştli şərtlərlə mənzil almaq istədiyini dilə gətirmişdir. O isə tanışı Əliağanın Maya vasitəsilə mənzil aldığını nəzərə alaraq, Maya adlı qadının vasitəsilə bu məsələnin həll oluna biləcəyini, istədiyi halda Mayanın telefon nömrəsini verə biləcəyini bildirmişdir. Səbuhi bu təkliflə razılaşmış və o, Mayanın telefon nömrəsini Səbuhiyə təqdim etmişdir. Bir müddət sonra o, Səbuhi ilə yenidən görüşmüş, Səbuhi ona bildirmişdir ki, Maya ilə danışmış, Maya mənzil məsələsində kömək edəcəyini demiş və bu məqsədlə Mayanın kart hesabına 9 000 manat pul köçürmüşdür. Daha sonra Səbuhi ona demişdir ki, Maya tərəfindən verilmiş mənzil başqa şəxsə məxsus çıxmış, həmin mənzildən çıxmağa məcbur olmuş, Maya isə pulunu geri qaytarmamışdır. Bir müddət sonra Səbuhi ona yenidən zəng edərək, Maya tərəfindən aldadıldığını, 10 500 manat pulunun ələ keçirildiyini və pulun geri qaytarılmadığını bildirmişdir. O isə Səbuhiyə dövlət orqanlarına məlumat verməsini məsləhət görmüşdür. O, Səbuhi ilə Maya arasında keçirilmiş görüşlərdə, eləcə də Səbuhinin Mayaya pul verməsində iştirak etməmiş, onların şəxsi danışıqlarına iştirak etməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: ## ##### 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs4 məxsus 22 500 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı şikayət ərizəsi daxil olmuşdur (cild 01, i/v 04). ## ###### 2023-cü il tarixdə zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs aralarında notarial qaydada bağlanılmış borc müqaviləsindən görünür ki, zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs 13 500 manat məbləğində borc vermiş, Təqsirləndirilən şəxs isə həmin borcu ##.##.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür (cild 01, i/v 13-16). Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 təqdim etdiyi 3 ədəd bank qəbzindən görünür ki, zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs kart hesabına ## ###### 2024-cü il tarixdə 7 500 manat pul köçürmüşdür (cild 01, i/v 14-16). ## ##### 2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28 Polis Şöğəsinə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs7 məxsus 10 500 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı şikayət ərizəsi daxil olmuşdur (cild 01, i/v 28). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” ## #### 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i/v 60-61). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ev dustaqlığında saxlama müddətinin əvvəli ## #### 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 108-113). ## #### 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs9 məxsus 19 500 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı şikayət ərizəsi daxil olmuşdur (cild 01, i/v 135). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” ## ######## 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır (cild 01, i/v 203-204). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” ## ######## 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 01, i/v 206- 207). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” ## ######## 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 208-209). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır (cild 01, i/v 220-221). “Şəxsin könüllü gəlmə haqqında” ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs # ###### 2024-cü il tarixdə könüllü olaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gəlmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir (cild 01, i/v 223). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 01, i/v 223-224). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 247-251). “Cinayət işlərinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 1# ###### 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilmişdir (cild 01, i/v 257-260). ## #### 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs3 məxsus 21 500 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı şikayət ərizəsi daxil olmuşdur (cild 02, i/v 35). ## ###### 2024-cü tarixdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən tərtib edilmiş, 4 nəfər şahidin və Təqsirləndirilən şəxs da imzalarının olduğu ərizədən, eləcə də ona əlavə edilmiş bank qəbzlərindən görünür ki, zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs məxsus 416973********** nömrəli kart hesabına ümumilikdə 21 500 manat məbləğində pul vəsaiti köçürmüşdür (cild 02, i/v 44-53). ## ###### 2024-cü il tarixli əl yazma qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs3 nağd şəkildə 15.000 manat pul almışdır (cild 02, i/v 125-126). Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafisinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi müəyyən edir (Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Belə ki, işdən görünür ki, məhkum edilmiş Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş kimi tanınmış 9 nəfər şəxsə qarşı külli və xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətləri törətməsi barədə ittiham verilmiş və məhkəmə bu ittihamı təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5-ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Belə ki, dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə tədqiq olunmuş digər sübutlarla müəyyən edilmişdir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib zərərçəkmiş şəxslərdən ittiham aktında göstərilmiş xeyli və külli miqdarda pul məbləğlərini aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin şəxslərə heç bir səlahiyyəti olmadığı halda özünü X3 nüfuzlu və işgüzar şəxs, o cümlədən * saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, * nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq ələ keçirmişdir. Şikayətin dəlillərində Təqsirləndirilən şəxs Mirdaməd adlı şəxsə etibar edərək bu alqısatqının qanuni olduğuna inandığı, bu əməllərin törədilməsində Təqsirləndirilən şəxs təqsiri olmadığı iddia edilsə də, daha sonradan məhkəmə kolegiyasının iclasında Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsini xahiş etmişdir. Kollegiya məhkum edilmiş şəxsin bu ziddiyyətli mövqeyinə münasibət bildirərək cinayət işinin digər materialları ilə yanaşı, məhkum edilmiş şəxsin bu mövqeyi də onun zərərçəkmiş şəxslərin əmlakını əldə edərkən mövcud niyyətini təsdiq edir. Qeyd edilir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsini xahiş etməklə özünü həmin maddələrlə təqsirli bilsə də, lakin onun həm ifadəsindən, həm də şikayətlərin dəlillərindən göründüyü kimi onun özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayəti törətməsi təkbaşına deyil, Mirdamət adlı şəxslə birlikdə, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında baş vermişdir. Eyni zamanda, müdafiəçi şikayətdə vurulmuş ziyana uyğun məbləğin düzgün göstərilmədiyi, ziyanın 50 min manatdan aşağı olması, bunu da maddənin tövsif edilməsinə təsir göstərməsi, həmçinin, zərərçəkmiş şəxs6 münasibətdə ümumiyyətcə burada məbləğ 50 min manatdan yuxarı olmadığı, bu məbləğin nə ibtidai istintaq, nə də ki məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyini göstərmişdir. Kollegiya bildirir ki, ittihamda qeyd edilən faktlar zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, onlar tərəfindən təqdim edilərək cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 təqdim etdiyi ## ###### 2023-cü il tarixli ** saylı notariat ofisində Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış borc müqaviləsi, Təqsirləndirilən şəxs kart hesabına pulların mədaxilini təsdiq edən qəbzlər, o cümlədən, əlyazma qəbzlər, həmçinin zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında WhatsApp yazışmaları ilə təsdiq edilmiş, bu sübutların mötəbərliyi də mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməli törədilməsi təşkil edir. Cinayətin obyektiv cəhəti – kriminal əməlin zahiri tərəfidir. Cinayətin obyektiv cəhəti müəyyən məkanda və zamanda baş verən müəyyən üsulla törədilən ictimai təhlükəli hərəkətdən və ya hərəkətsizlikdən, ictimai təhlükəli nəticədən, hərəkətlə (hərəkətsizliklə) ictimai təhlükəli nəticə arasında səbəbli əlaqədan ibarətdir. Cinayətin subyektiv cəhəti cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir. Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələ və onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. İctimai təhlükəli əməli törətməkdə təqsirli olan şəxs cinayət məsuliyyətinə alınır, cəzalandırılır. Cinayət qanunvericiliyi obyektiv təqsirləndirməyə, yəni təqsir olmadan cinayət məsuliyyətinə almağa yol vermir. Təqsirin olmaması məsuliyyəti aradan qaldırır. Qanunda birbaşa qəsdə verilən anlayışdan müəyyən olunur ki, şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunları arzu etməlidir. Həmçinin təqsir, motiv, məqsəd, habelə bunları müşayiət edən emosional vəziyyət cinayətin subyektiv cəhətini yaradan elementlərdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. İşdən görünür ki, məhkəmə məhkum edilmiş şəxsin ifadələrində qeyd etdiyi xüsusatları araşdıraraq düzgün hüquqi qiymət vermişdir. Aparılan araşdırma zamanı məhkum edilmiş şəxsin məhkəmədə irəli sürdüyü dəlillər öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, dələduzluq əməlinə dair ittiham tərəfindən təqdim edilən sübutların yolverilməzliyini mübahisələndirən müdafiə tərəfi yalnız ehtimallara söykənmişdir və şikayətin aidiyyəti dəlilləri sübutun yolverilməzliyinin əsası qismində çıxış edə bilməz. Müdafiə tərəfi ilk öncə cinayətkar niyyətin olmamasını, daha sonra vurulmuş ziyanın düzgün hesablanmadığını və bununla əməlin düzgün tövsif olunmadığını iddia etsə də, iş materiallarında olan və yuxarıda göstərilən sübutlar bu xüsusatları təsdiq etmir. Bundan başqa məhkum edilmiş Təqsirləndirilən şəxs öz apellyasiya şikayətində qeyd etdiyi kimi saxlanıldığı zaman ağır fiziki şiddətə məruz qalması barədə dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, şəxs bununla bağlı məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində heç bir orqana şikayət etməmiş, təzyiq və ya hər hansı zorakılıq edilməsi ilə bağlı sübut təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli olmasına təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif etmiş, həmçinin əməlin törədilməsinin tam sübuta yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirinin tam sübuta yetirildiyi barədə birinci instansiya məhkəməsinin qənaətini əsaslı və qanuni hesab edir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Müdafiəçi apellyasiya şikayətində həmçinin, məhkum edilmiş şəxsə ağır cəza təyin edildiyini göstərmişdir. Məhkəmə kollegiyası tərəflərin cəza təyini ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və digər sübutları, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməməsini nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsəd ilə tətbiqini düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Hökmdən görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət nəticəsində dəymiş ziyandan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 qismən (11.000 manat) ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib, cəzanı ağırlaşdıran hal olmamasını nəzərə alaraq cəza təyini barədə qanunvericiliyin tələblərinə əməl edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun islah olunması məqsədini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir... məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər... cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyasının qənaətinə əsasən məhkəmə kollegiyasının iclasında da məhkum edilmiş şəxs barəsində cəzanın yüngülləşdirilməsi üçün yeni əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil, şikayətlərin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 Elbruz oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 Elbruz oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Alfa” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Alfa” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-423/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-423/2026
30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver