Məhkəmə qərarları › İş №1(3-6)-424/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-424/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-424/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Əliyev Emin Zöhrab oğlunun sədrliyi və məruzəsilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmündən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim H.İ.Hüseynli, hakimlər B.Ə.Pənahov və H.E.Kamranovdan ibarət tərkibdə) ## #### 2026-cı il tarixli hökmü ilə, ##.##.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 saylı ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ## ###### 2024-cü il tarixdə saat 21:00 radələrində ünvan 2 saylı ünvanın yaxınlığında ictimai yerdə şəxsiyyəti istintaqa məlum olmayan “Eşqin” adlı şəxslə ucadan nalayiq ifadələrlə danışmasına qonşusu Zərərçəkmiş şəxs haqlı irad bildirməsini bəhanə edib aralarında yaranmış mübahisəni heç bir əsaslı səbəb olmadan münaqişəyə çevirərək “Eşqin” adlı şəxslə bir qrup şəxs halında hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ictimai qaydalara, əxlaq normalarına hörmətsizlik edib ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-xuliqanlıq edərək əvvəlcə “Eşqin” adlı şəxs Zərərçəkmiş şəxs ağız nahiyəsinə yumruqla vurub üst dodağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, o isə Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla vuraraq qapalı kəllə beyin travması, baş beynin sol alın, təpə-gicgah və ənsə paylarının hematoması, sol alın payının lövhəvari subdural hematoması ilə müşayiət olunan ənsə sümüyünün xətti sınığı ilə nəticələnən və dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarətlər yetirərək xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Hökmdən, müdafiəçi müdafiəçi2 apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti olmadığına görə, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi üzrə ona irəli sürülən ittihamın sübut olunmaması əsası ilə bəraət verilməsinə dair, CM-nin 126.2.4-cü maddəsi üzrə də xuliqanlıq niyyətinə və ümumi təhlükəli üsula dair heç bir sübut olmadığına görə, o hissədə də ona bəraət verilməsinə dair qərar qəbul edilməsini, eyni zamanda, təqsirləndirilən şəxslə zərərçəkənin barışmasını, sonuncuya dəyən ziyanın ödənilməsini, Təqsirləndirilən şəxs anasının ağır xəstə olmasının nəzərə alınaraq, humanistlik prinsipini əsas tutaraq, Təqsirləndirilən şəxs həddindən aşağı həddə cəza verilməsinə, mümkün olan təqdirdə isə CM-nin 62-ci maddəsini tətbiq edərək, azadlıqdan məhrum edilmədən islah olunmasına şans verilməsini və azadlıqdan məhrumetmə ilə bağlı olmayan və ya CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti cəza verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi il tövsif olunmuş cinayət əməlinin, həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və ona daha az həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçi N.X.Xəlilrəhmon, apellyasiya şikayətini əsaslandırarkən, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə və işdə olan T*** saylı, 02 iyun tarixli ekspert rəyinə istinad etmiş və Təqsirləndirilən şəxslə, Zərərçəkmiş şəxs arasında baş vermiş davanın məhz xuliqanlıq kimi tövsif olunmasını və buna uyğun olaraq əməlin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.2.1-ci maddələri ilə tövsif edilməsini tam ədalətli və obyektiv hesab etməmişdir. Habelə mövqeyini, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2022-ci il, ## #### 2011-ci il və ## ### 2011-ci il tarixli qərarlarında, həmçinin “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli * №-li qərarında qeyd olunan hallarla əsaslandırmağa çalışmış və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.2.1-ci maddələri ilə tövsifini maddi hüquq normasının pozuntusu hesab etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, apellyasiya şikayətini əsaslandırarkən, işdə olan faktiki halların tam araşdırılmadığına, habelə əməli qəsdən törətmədiyinin, baş vermiş hadisənin səbəbinin, zərərçəkmiş şəxslə əldə edilmiş barışığın və əməlindən peşman olmasının nəzərə alınmadığına istinad etmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, apellyasiya şikayətini müdafiə edərək, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi il tövsif olunmuş cinayət əməlinin, həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, müdafiəçi müdafiəçi1, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin mənafeyinə aid hissədə həmkarı tərəfindən verilmiş apellyasiya şikayətinin əsaslı oduğu üçün təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, şikayət və tələbinin olmadığını, apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirməklə yanaşı, hadisə zamanı başından aldığı xəzarət nəticəsində səhhətində ciddi problemlər yarandığını, sol qulağının eşitmə qabiliyyətinin zəiflədiyini, müalicəsinə xeyli miqdarda pul xərclədiyini və hazırda başında olan ağrılarla əlaqədar müalicəsinin davam etdiyini bildirmişdir. Məhkəmə iclasında, dövlət ittihamçısı X3, apellyasiya şikayətlərinin təmin olunmamasını və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, müdafiə tərəfin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətlərinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, apellyasiya şikayətində, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinə münasibətdə, törətdiyi cinayət əməlinin hüquqi tövsifini mübahisələndirərək, törətdiyi əməlin həmin Məcəllənin 126.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Müdafiəçi, müdafiəçi2 isə, apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin ittiham hökmünü, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, törətdiyi cinayət əməllərini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.2.1-ci maddələri üzrə bəraət verilməsi ilə yanaşı, eyni zamanda hüquqlarını müdafiə etdiyi şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddələrinin tətbiq olunmasını xahiş etməklə mübahisələndirmişdir. Bunu nəzərə alan, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olmuş hüquq normalarının qanuniliyini və əsaslılığını tədqiq edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifinin mübahisəsi ilə bağlı irəli sürülən dəlillər, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada toplanmış sübutlarla müqayisədə əsassızdır və hökm qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından qanuni və əsaslı olduğu üçün məhkəmənin iş üzrə gəldiyi yekun nəticə tədqiq olunmuş sübutlara və onların məcmusuna uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X8 təməl prinsiplərindəndir. Qanunun tələbinə və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları təhlil olunmuş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar və sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanıldığı hökmdə göstərilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli ** №-li qərarının hüquqi tövsiyyəsinə görə, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Hökmdən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs işin həqiqi halları ilə bağlı məhkəmədə verdiyi sərbəst ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin işin faktiki hallarına uyğun ifadələri və iş materialları ilə müqayisəli şəkildə təhlil olunmuş və müəyyən olunmuş ziddiyətli məqamlar digər sübutların tədqiqi ilə aradan qaldırılmışdır. Plenum qərarının bu tövsiyyəsini nəzərə alan və işə bu konteksdən yanaşan məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı işin həqiqi halları ilə bağlı verdiyi ifadələrdə müəyyən olunmuş qeyri-dəqiqlik, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, iş materialları ilə müqayisədə təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırmanın nəticəsinə görə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin hüquqi tövsifi ilə bağlı müdafiə tərəfin mübahisəsinə münasibətdə, törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığına və bu cinayətlərin tərkib əlamətləri ilə tam əhatə olunduğuna görə düzgün tövsif edilmişdir. Bu səbəbdən hökmün qanuniliyini şübhə altına almağa əsaslar yoxdur və apellyasiya şikayətinin dəlliləri də buna əsas vermir. Apellyasiya şikayətlərində, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif olunmadığı iddia olunsa da, mübahisəyə dair dəlillər iş materialları ilə müqayisədə təkzib olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara, onlarda olan məlumatlara əsaslanmış, mövqeyini (gəldiyi nəticəni) hökmdəki sübutlara, işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası bununla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir, hətta iş materiallarına və məhkəmə iclas protokolunda əks olunan məlumatlara da uyğun deyil. Müdafiəçinin apellyasiya şikayətində, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə istinad edilərək müəyyən məlumatlar qeyd olunsa da, həmin şəxslərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrin təhlili göstərir ki, həmin məlumatlar digər sübutlarla birlikdə təhlil olunmuş və sübutların məcmusu Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin hüquq tövsifinin ibtidai istintaq orqanı və məhkəmə tərəfindən düzgün tövsif olunması haqqında qəti qənaətə gəlməyə ciddi əsaslar verir. Belə ki, istintaq materiallarından və məhkəmə icraatından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı cinayət əməllərini, “Eşqin” adlı şəxslə bir qrup şəxs halında törətmiş və bu fakt tədqiq olunmuş iş materialları ilə müqayisədə inkar olunmur. Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2022-ci il tarixıi qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. Iştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının törətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır. Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır. Iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Icra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məhkəmə icraatından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinə münasibətdə, Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.2.1ci maddələri ilə ona bəraət verilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 62 və 70ci maddələrinin tətbiqinə dair müdafiəçinin məhkəmə çıxışında sərgilədiyi hüquqi mövqeyini nəzərə alan birinci instansiya məhkəməsi, hökmdə işin həqiqi hallarını ətraflı şərh edərək əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün hökmün qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Müdafiəçinin apellyasiya şikayətində istinad olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarlarının şərhləri ilə müqayisədə işin həqiqi halları birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək, həmin sübutların təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin hüquqi tövsifinin və təqsirinin təsdiq ediliyi barədə yekun nəticəyə gəlməyə imkan verdiyini nəzərə alır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən, Azərbaycan Respublikası CPM-nin 146.1ci maddəsinin tələblərinə əsaslanır, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının müvafiq izahlarını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsi, məhkəmədə tədqiq edilmiş biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusuna əsasən, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri və iş üzrə toplanmış digər mötəbər sübutlarla müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun olaraq düzgün qiymətləndirmiş və tədqiq edilmiş mümkün sübutlara əsaslanaraq gəldiyi nəticəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin hüquqi tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materialları və işin müəyyən olunmuş həqiqi halları ilə yanaşı, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının hüquqi izahları ilə də təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası CPM-nin 145.2-ci (Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər) maddəsinin tələblərini və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyini nəzərə alır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.5-ci maddəsinin tələblərinə əsasən, məhkəmə baxışının nəticəsinə dair yekun məhkəmə qərarının çıxarılması zamanı müşavirə otağında müzakirə edilən məsələlərdən biri də “təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmadığının” qiymətləndirilməsidir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifinin mübahisəsi ilə bağlı şikayətdə irəli sürülən dəlillərə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada toplanmış sübutlar əsasında obyektiv hüquqi qiymət verərək, birinci instansiya məhkəməsinin mötəbər sübutlar əsasında iş üzrə müəyyən etdiyi faktiki halları qanunvericiliyin müddəaları baxımından əsaslı sayır və iş üzrə gəldiyi nəticəni tədqiq olunmuş sübutlara uyğun hesab edir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən və zərərçəkmiş şəxsin, habelə şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri ilə, həmçinin iş üzrə toplanmış sübut əhəmiyyətli sənədlərlə müəyyən olunmuş məqamları müqayisəli şəkildə işin faktiki hallarına uyğun olaraq düzgün qiymətləndirmiş, tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq gəldiyi nəticəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin hüquqi tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuş və məhkəmənin ittiham hökmü ilə şəxsin təqsirliliyi, məhkəmə istintaqı zamanı tədiq edilmiş, biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ona görə ki, məhkəmədə tədqiq edilmiş subutların analizi göstərir ki, işin həqiqi hallarını müəyyən edən istintaq orqanı, başqa sözlə ittiham orqanının təqdim etdiyi sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmuyu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə kollegiyası qeyd olunan xüsustlara əsasən, iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətinin protokollarının, ekspert rəylərinin və işdə olan digər sübut əhəmiyyətli sənədlərin təkrarən elan olunmasına, onların müzakirəsinə və təhlilinə lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni iş materiallarına, sənədlərə, habelə qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun sayaraq qeyd edir ki, bu xüsusda verilmiş şikayətin dəlilləri əsassızdır. Birinci və apellyasiya baxışı zamanı müdafiə tərəfin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin hüquqi tövsifi ilə bağlı irəli sürdüyü dəlillər, ittiham tərəfin təqdim etdiyi mümkün və mötəbər sübutların məcmusu ilə müqayisədə təkzib edilmişdir. Apellyasiya şikayətlərinə münasibətdə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin hüquqi tövsifinin dəyişdirilməsini qanunla müəyyən olunmuş qaydada şərtləndirən konkret əsaslar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatlara və iş üzrə topanmış sübutların tədqiqi və təhlilinə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini işin faktiki hallarına uyğun olaraq Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.2.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə törətmiş olduğu cinayət əməlinin, həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi haqqında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Məhkəmə kollegiyası eyni zamanda, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın həddini işin hallarına, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun ## ##### 2012-ci il tarixli qərarında da qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsi müzakirə edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli qərarının tövsiyyələri, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barədə tələbləri və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları düzgün nəzərə alınmış və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.2.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş hədlərdə qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Iş materiallarına və məhkəmə sənədlərinə, habelə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə münasibətdə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddəsinin tətbiqinə əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.8-ci maddəsinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil və bu xüsusda verilmiş apellyasiya şikayətləri əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin ittiham hökmü qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi2 iş üzrə vermiş olduğu apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü, verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar