Məhkəmə qərarları › İş №1(3-6)-425/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-425/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-425/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X3 və Əhmədov Zəfər Vahid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə, müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsrafilov Fuad Həsənağa oğlunun iştirakları ilə, ## ###### 2009-cu il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonunun Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 127.2.3 və 150.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmündən müdafiəçi İsrafilov Fuad Həsənağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 150.2.5ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il, Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti 103 ünvanında yerləşən “Dədə Qorqud” istirahət parkında olan zaman cinsi ehtirasını təmin etmək məqsədi ilə həmin parkda piyada hərəkətdə olan ## #### 2005-ci il təvəllüdlü zərərçəkmiş şəxs2 arxa hissədən qucaqlayıb özünü onun bədəninə sıxaraq ağzını tutmaqla ağaclıq hissəyə doğru çəkən zaman üst dodağın, sol əlin arxa səthinin sıyrıqları, sol bazunun, sol saidin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən ## ###### 2025-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti 103 ünvanında yerləşən “Dədə Qorqud” istirahət parkında olan zaman cinsi ehtirasını təmin etmək məqsədi ilə həmin parkda piyada hərəkətdə olan ## ###### 1993-cü il təvəllüdlü zərərçəkmiş şəxs1 arxa hissədən yaxınlaşıb ağzını tutub ağaclıq hissədə yerə uzadıb əynindəki qış gödəkcəsini və şalvarını çıxartmaqla qucaqlayıb üzərinə uzanaraq onu özünə sıxıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etdikdən sonra cinayətkar əməlini davam etdirərək zərərçəkmiş şəxs1 müqavimətini qırmaq məqsədi ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxs1 yumruq və təpik zərbələri ilə sifət nahiyəsindən qəsdən vuraraq ona sol orbitanın medial divarının sınığı, sol almacıq sümüyünün sınığı, alın nahiyəsinin hematoması sıyrıqları, sol tərəfli ekzoftalm, sol gözətrafı nahiyəsinin hematoması-qançırı, burun tağının, boyun nahiyəsinin, sağ və sol üst və alt göz qapaqlarının, sağ və sol əlin qançırları ilə nəticələnən xəsarətlər yetirməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi İsrafilov Fuad Həsənağa oğlu apellyasiya şikayəti verərək hökmün qismən ləğv edilməsini və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi üzrə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 150.2.5-ci maddənin əlamətləri yoxdur. O zərərçəkmiş şəxslərlə heç bir seksual xarakterli hərəkət etməmiş və belə niyyəti də olmamış, hadisə vaxtı öz cinsi orqanını onlara nümayiş etdirməmiş, onunla onlara qarşı heç bir hərəkət etməmişdir. Onun zərərçəkmiş şəxslərlə gələcəkdə münasibət qurmaq məqsədi olmuşdur. Zərərçəkmiş şəxslər də məhkəmə iclasında verdikləri ifadələrində onun onlara qarşı seksual xarakterli hər hansı bir hərəkət etməsini bildirməmiş, ona qarşı heç bir şikayətlərinin olmamasını demişlər. Məhkəmə iclasında məhkum edilmiş şəxs kafedə işlədiyini, əslində qızlara tanış olmaq məqsədilə yaxınlaşdığını, onu vurduqları üçün əsəbləşib vurduğunu, əməlindən peşman olduğunu, bağışlanmaq istədiyini bildirərək üzr istəyib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Təqsirləndirilən şəxs qızlara tanışlıq məqsədilə yaxınlaşdığını, seksual xarakterli hərəkətlər etmədiyini, onlara xəsarət yetirdiyini, buna görə də Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə verilmiş ittihamla razı olduqlarını, Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə isə təqsirli olmadığını bildirərək apellyasiya şikayətində göstərilən əsaslarla hökmün qismən ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Təqsirləndirilən şəxs bundan sonrakı davranışlarına dair cavabdeh olduğunu bildirərək onun azyaşlı və gənc olmasının, gələcəyinin nəzərə alınıb bağışlanmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı iş üzrə zərərçəkmiş şəxslərin məhkum edilmiş şəxslə əvvəllər tanışlığı və şəxsi qərəzləri olmadığını, digər şəxslərin vasitəsilə məhkum edilmiş şəxsin əlindən xilas olduqlarına dair ifadə verdiklərini, əməllərin düzgün tövsif edildiyini, zərərçəkmiş şəxslərlə barışıq olduğunun və azyaşlı olduğunun nəzərə alındığını, müvafiq əməlin 14 yaşdan etibarən cinayət məsuliyyəti yaratdığını, Təqsirləndirilən şəxs əməli 15 yaşında törətdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət-Prosessual Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, müdafiəçinin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü parkda gəzmiş, tanış olmaq istəmiş, parkda gördüyü qıza dost olmaq məqsədilə yaxınlaşıb salam vermiş və söz atmışdır. Qız onunla tanış olmaq istəməmiş, sözləri çəp gəlmiş, daha sonra qız polisə zəng vurmuş və o da qaçıb gizlənmişdir. Lakin həmin qızı vurmamış və polisə zəng etməsinin səbəbini bilməmişdir. Həmçinin ikinci qızla da eyni qaydada tanış olmaq istəmiş, salam verib söz atmış, tanış olmaq istədiyini bildirmiş, qız istəmədiyini bildirəndə təkid etmiş, tanış olacağını demiş və sözləri çəpləşmişdir. Bu vaxt qız onu üzündən vurmuş, o da qızın üzündən vurduqdan sonra qızı itələmiş və qız yerə yıxılmışdır. Bu vaxt qızın üzü yerə dəymiş və xəsarət almışdır. Bundan sonra, o qaçıb kafedə gizlənmiş və qızın polisə zəng edib-etmədiyindən xəbəri olmamışdır. O, qızları qucaqlamamış, ağaclara tərəf çəkməmiş, qızlarla ağaclar tərəfdə yox, parkda tanış olmaq istəmişdir. İkinci qızın polisə şikayət etməsinin səbəbi onun qızı vurması və yerə yıxması olmuşdur. Hadisədən sonra polislər onun qaçıb gizləndiyi kafenin qapısını döymüşlər və onu bölməyə aparmışlar. İbtidai istintaq zamanı qızlardan biri gəlib onu görmüş və getmiş, lakin üzləşdirmə olmamışdır. Qızlar onu şərləmiş və ifadələrində bildirdikləri yalan olmuşdur. Onun ibtidai istintaqa verdiyi ifadələri arasında kəskin fərq olmasının səbəbi polisin ona təzyiq göstərməsi olmuşdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilən zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisədən əvvəl təqsirləndirilən şəxsi görməmişdir. Həmin gün axşam “Dədə Qorqud” parkında olmuş, valideynləri ondan uzaqda olmuşlar. O, qulaqcıqla mahnıya qulaq asmış, kənardan gələn səsləri eşitməmişdir. Ola bilsin ki, şəxs onu çağırmış, lakin o, qulaqcıqla mahnıya qulaq asdığı üçün şəxsi eşitməmişdir. Parkda yol gedərkən kimsə onun qoluna yapışmış, bu zaman o qorxmuş, həmin şəxsi telefonla vurmuş və qışqırmışdır. Şəxs ona xəsarət yetirməmiş, həmçinin ona qarşı başqa heç bir hərəkəti olmamışdır. Qışqırıq səsinə ailə üzvləri yaxınlaşmış və şəxs də qaçmışdır. O, düşünmüşdür ki, şəxs onunla tanış olmaq məqsədilə yaxınlaşmış, lakin o imkan verməmiş və şəxsi itələmişdir. Daha sonra ailəsi ondan şikayət etməsini istəmiş və o da hüquq-mühafizə orqanlarına şikayət etmişdir. İbtidai istintaq dövründə ona qarşı təzyiq göstərilməmiş, lakin o həmin vaxt stresli şəkildə ifadə vermişdir. Həmin dövr ərzində təqsirləndirilən şəxs tərəfindən onunla əlaqə saxlayan olmamışdır. Son vaxtlar təqsirləndirilən şəxsin anası əvvəlcə onun atasına zəng etmiş, daha sonra onunla əlaqə saxlamaq istəmiş və məhkəmədə ifadə verməsini xahiş etmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmamışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilən zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə ad günü olmuş, iş yoldaşının yerinə də işlədiyi üçün işdən gec çıxmışdır. Taksi üçün pulu olmamış, buna görə “Dədə Qorqud” parkının içindən qısa yolla piyada getmişdir. “Dədə Qorqud” parkında həmişə çox adam olmuş, lakin bu dəfə hava soyuq olduğundan adam olmamışdır. Qulağında qulaqcıq olmuş, Təqsirləndirilən şəxs ona arxadan yaxınlaşıb ağzını tutmuşdur. Onun belində çanta olmuşdur deyə o çox hərəkət edə bilməmiş, Nurlan onu arxaya çəkmiş və yerə yıxmışdır. Ona təpik və yumruqla zərbələr endirmişdir. Daha sonra, onun paltarını çıxarmaq istəmiş və cinsi əlaqəyə girmək istədiyini demişdir. O, işdən yorğun gəldiyi üçün çox müqavimət göstərə bilməmiş, lakin Nurlan onun şalvarını çıxarmaq istəsə də, o imkan verməmişdir. Yoldan keçən oğlanlar da onun səsini eşidib yaxınlaşmış və Nurlanın ona nəsə etməsinə icazə verməmişlər. Onun təqsirləndirilən şəxsdən heç bir şikyət və tələbi olmamışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti 103 ünvanında yerləşən “Dədə Qorqud” parkında baş vermiş, hadisə yeri böyük ərazini əhatə edən park sahəsi olmuş, ərazidən müşahidə kameralarını götürmək mümkün olmamışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertizasının ## ###### 2025-ci il tarixli ** nömrəli ekspert rəyindən görünür ki, zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - sol orbitanın medial divarının sınığı, sol almacıq sümüyünün sınığı, alın nahiyəsinin hematoması - sıyrıqları, sol tərəfli ekzoftalm, sol gözətrafı nahiyəsinin hematoması - qançırı, burun tağının, boyun nahiyəsinin, sağ və sol üst və alt göz qapaqlarının, sağ və sol əlin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni ## ###### 2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertizasının ## ###### 2025-ci il tarixli ** nömrəli ekspert rəyindən görünür ki, zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - üst dodağın, sol əlin arxa səthinin sıyrıqları, sol bazunun, sol saidin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni ## ###### 2025-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsindən daxil olmuş ## ###### 2025-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına ****/**** saylı tibbi kitabça açılmış, Təqsirləndirilən şəxs müəssisəyə daxil olarkən keçirilmiş tibbi baxış zamanı sağ qulaq seyvanının, sol qulaq seyvanının sağ göz ətrafı nahiyyəsinin, sağ göz qapağının və sinə nahiyyəsinin qançırları aşkar olunmuş, sorğu zamanı xəsarəti həbs olunmamışdan öncə - hadisə zamanı aldığını bildirmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş ## ###### 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ## #### 2025-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ## ##### 2025-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş materiallarında olan cinayət işinin başlanılmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında ## ##### 2025-ci il tarixli qərardan görünür ki, Xidməti araşdırmalar idarəsində toplanmış ***-C-** nömrəli material üzrə cinayət işinin başlanılması hissəvi rədd olunmuş, Təqsirləndirilən şəxs dərəcəsi təyin olunmayan bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. İş materiallarında olan şəxsin tanınmaya təqdim edilməsi haqqında ## ### 2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs2 dörd nəfər şəxsin sırasından Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin ona qarşı hücum etməsini və əli ilə onun ağzını tutmasını bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertizasının ## ###### 2025-ci il tarixli ** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs 04 yanvar və ## ###### 2025-ci il tarixlərdə cinsiyyət qabiliyyətli olması inkar olunmur. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertizasının ## ###### 2025-ci il tarixli *** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik əlamətləri müəyyən edilmir. Onda şəxsiyyətin dissosial pozuntusu müəyyən edilir. Bunu yoxlanılan şəxsin keçirdiyi asosial həyat və davranış tərzi sübut edir. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertizasının ## ##### 2025-ci il tarixli ** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, cinayəti törədən vaxt və hazırda onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Onda şəxsiyyətin dissosial pozuntusuna xarakterik əlamətlər aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Cinayət Məcəlləsinin 21.3-cü və 22.2-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı sosial təhlükəli şəxs hesab edilmir. Məhkəmə kollegiyası işin faktiki hallarını və Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək ona Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin tələbinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşaraq iş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsasən yekun nəticəyə gəlir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə təqsirsiz olmasını iddia edərək ona bəraət verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq Cinayət-Prosessual Məcəllənin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və məhkum edilmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Cinayət Məcəlləsinin 127.2.3 və 150.2.5-ci maddələri ilə tövsif etmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən və bəraətin əsaslarını müəyyən edən Cinayət-Prosessual Məcəllənin 39-cu və 42-ci maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə, həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırkı iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası ilə təminat verilən işinin ədalətli və açıq məhkəmə araşdırılması və digər hüquqları hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən, qəsdən sağlamlığa az ağır zərər vurma, yəni zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsinə əsasən, seksual xarakterli zorakılıq hərəkətləri, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə təkrar törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, iş üzrə zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı inkar edilməyən, hazırkı sübutlar məcmusuna görə təkzibi hər hansı dəlillə mümkünsüz olan sübutlar qismində o cümlədən istintaq hərəkətlərinin protokolları, habelə ekspert rəyləri çıxış edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müdafiə tərəfi əməlin Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilməsinə dair hissədə birinci instansiya məhkəməsinin hökmünü mübahisələndirməmiş, zərərçəkmiş şəxslərə həqiqətən qəsdən xəsarət yetirildiyini inkar etməmiş, hökm yalnız əməlin Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə tövsif edilməsinə dair hissədə mübahisələndirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hələ cinayət işinin başlanıldığı ilk vaxtdan bəri həm zərərçəkmiş şəxslərin izahatları, ifadələri, Təqsirləndirilən şəxs izahatı, həm şübhəli, həm təqsirləndirilən şəxs qismində verdiyi ifadələri hadisənin baş vermə mexanizminə uyğun olmaqla onun həqiqətən seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə tam aydın təsəvvür yaradır və hər hansı iş materialı ilə təkzib edilmir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi stabil, ardıcıl ifadələrini dəyişməsi özünümüdafiə xarakteri daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, iş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə arxadan yaxınlaşması, ağızlarını bağlanması, onları zorla heç kimin görməyəcəyi ağaclıq hissəyə çəkməsi, zərərçəkmiş şəxslərin yerə yıxılması, paltarlarını çıxarmağa cəhd etməsi, bədəninə sıxması və digər formalarda zor tətbiqi adi tanışlıq məqsədini deyil, seksual xarakterli zorakılıq hərəkətlərini göstərir. Eyni zamanda, müdafiəçi apellyasiya şikayətində zərərçəkmiş şəxslərin də Təqsirləndirilən şəxs onlara qarşı seksual xarakterli hərəkətlər etmədiyini bildirdiyini qeyd etsə də, bu hal zərərçəkmiş şəxslərin və Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsindən etibarən verdikləri izahat və ifadələrlə təkzib edilir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 sonradan məhkəmə iclasında “şəxs ona xəsarət yetirməmiş, həmçinin ona qarşı başqa heç bir hərəkəti olmamışdır” məzmunlu ifadə versə də, onun xəsarət alması iş materiallarına əlavə edilmiş ## ###### 2025-ci il tarixli ekspert rəyi ilə təsdiqini tapır. Məhkəmə kollegiyası bu məzmunlu ifadəni sonradan təqsirləndirilən şəxslə əldə edilmiş barışıqdan irəli gələn davranışı kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsi cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə sanksiyalarda nəzərdə tutulmuş ən aşağı həddə cəzalar təyin edilmiş və təyin edilmiş cəzalar məhz qismən toplanılmışdır. s Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün cəzaya təsir edən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyasının hüdudları daxilində, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum edilmiş şəxsin müdafiəçisi İsrafilov Fuad Həsənağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 150.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Vəkil müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsi vəsaitindən “Arbitrium” Vəkil Bürosunun hesabına 88 (səksən səkkiz) manat pul köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar