Məhkəmə qərarları › İş №1(3-6)-426/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-426/2026

07.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-426/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Əliyeva Aytən Heydər qızı və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızı, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun üzvü müdafiəçi1 Çərkəz oğlunun iştirakı ilə ## #### 1981-ci il tarixdə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Samirə və Rza” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxslərin +989145966270, +989941485095 nömrələrindən onun istifadəsində olan **********, ********** mobil nömrələrinə “Whatsapp”, “WA Business” ani mesajlaşma proqramı vasitəsi ilə göndərilən fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerlərə qoyulmuş bir ədəd torbada külli miqdardaümumi təmiz çəkisi 15,325 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,652 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ## #### 2025-ci il tarixdə saat 17:38- də keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı sol çiyin nahiyəsindən sağ tərəfə kəmərlə aşırılmış ağ rəngli əl çantasından üzərləri göy rəngli yapışqan lentlə bağlanmış külli miqdarda 20 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,777 qram, 0,815 qram, 0,762 qram, 0,685 qram, 0,758 qram, 0,757 qram, 0,815 qram, 0,732 qram, 0,764 qram, 0,720 qram, 0,674 qram, 0,849 qram, 0,723 qram, 0,717 qram, 0,816 qram, 0,802 qram, 0,614 qram, 0,792 qram, 0,918 qram və 0,835 qram olmaqla, ümumi təmiz çəkisi 15,325 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,652 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində **********, ********** nömrələr olan “Samsung A32” markalı mobil telefon aşkar edilərək götürülmüşdür.. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli ## #### 2025- ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən edilmişdir. Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə Təqsirləndirilən şəxs Abtahb qızının məhkəmədə verdiyi ifadəsinin doğruluğunu araşdırmamış, istintaq zamanı verdiyi etiraf ifadəsinin güclü fiziki və psixi zorakılıq altında verilməsinin aydınlaşdırılması üçün tədbirlər görməmiş, mobil telefonundan aşkar olunan mesajların, konumla bağlı məlumatların ona aid olmaması barədə dediklərini yoxlamamış, həmin mesajlar və konumların onunla qeyri- rəsmi nikahda olmuş X4 məxsus olmasını, sonuncunun onun mobil telefonundan istifadə etməsi barədə söylədiklərini araşdırmamış, etiraf ifadəsinin yolverilməz sübut olub-olmamasını müzakirə etmədən əsassız olaraq onu özünü müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, eləcə də apellyasiya icraatı zamanı məhkum edilmiş şəxs və müdafiəçisinin məhkəmə çıxışlarında göstərdikləri dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, iş materiallarında olan: - ## #### 2025-ci il tarixli əməliyyat raportlarına, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, 3- **-**-*/Ə**/**** nömrəli əmrə və “Əməliyyat qrupunun təşkil edilməsi haqqında” protokola əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs Sabunçu və Xətai rayonu ərazilərində narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan, təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları şahid3 İslam oğlu və şahid1 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ## #### 2025- ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanı yaxınlığında saxlanılmışdır. - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” ## #### 2025-ci il tarixli və ## ### 2025-ci il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokollardan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ## #### 2025-ci il tarixdə saat 17:38 dəqiqədə ünvan 1 ünvanı yaxınlığında saxlanılmış, saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstü yoxlanılmağa başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri verməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı ağ rəngli əl çantasından 20 ədəd göy izolent və sarı sellofana bükülmüş kristal formada psixotrop maddəyə bənzər maddə, 1 ədəd göy izolent və sarı sellofana bükülmüş qəhvəyi rəngdə olan toz formada narkotikə bənzər maddə və bir ədəd “Samsung A32" markalı mobil telefonu təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi həmin predmetləri İran vətəndaşının ona atdığı məkandan götürdüyünü demiş, aşkarlanmış predmetlər 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 100” №-li möhürü ilə möhürlənərək, habelə 01 ədəd “Samsung A32” markalı mobil telefon eyni qaydada götürülmüşdür. ## #### 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” qərar və protokoldan, ## ### 2025-ci il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” ##.##.2025-ci il tarixli protokol əsasında götürülmüş predmetlərə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)... sözləri olan zərfdəki 20 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,777 qram, 0,815 qram, 0,762 qram, 0,685 qram, 0,758 qram, 0,757 qram, 0,815 qram, 0,732 qram, 0,764 qram, 0,720 qram, 0,674 qram, 0,849 qram, 0,723 qram, 0,717 qram, 0,816 qram, 0,802 qram, 0,614 qram, 0,792 qram, 0,918 qram, 0,835 qram olmaqla, ümumi təmiz çəkisi 15,325 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,652 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 0,652 qram olmuş, 0,100 qram tədqiqata sərf edildikdən sonra 0,552 qram qalıq qalmış, metamfetaminin ümumi təmiz çəkisi 15,325 qram olmuş, 0,200 qram tədqiqata sərf edildikdən sonra 15,125 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. ## ### 2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan bir ədəd telefon “Samsung A32” markalı mobil telefondur, korpusun arxa hissəsi açıq narıncı rənglidir, ekran hissəsi sensorlu olmaqla qara rənglidir, mobil telefonun istehsal bütövlüyünün pozulması müşahidə olunmamış, telefonun sağ yan hissəsində yerləşən dinamik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun “Samsung Galaxy” sözü əks olunmuş, videofraqment ekrana gəldikdən sonra telefonun iş masası ekranda görünmüş, iş masası üzərində yerləşən “Qalereya” bölməsinə daxil olduqda orada ümumilikdə 14057 ədəd foto şəkil və videoların olması aşkar olunmuş, qeyd olunan fotoşəkillərə keçirilən baxış zamanı müxtəlif həm onlayn ödəniş və terminal ödəniş qəbzləri, üzərində 4405 5301 1003 9947, 5411 2498 0708 2966, 4098 5844 6484 0535, 5411 2498 1299 8321, 5239 1517 4569 3831, 4169 7388 8644 7030, 4169 7388 4865 0599, 4169 7388 9115 1676, 5239 1517 8467 7281, 5411 2498 0190 9156, 4169 7388 0079 6561, 5522 0993 6501 7813, 4169 7385 2713 9137, 4169 7388 9705 5129, 5239 1517 0229 8624, 4169 7388 4463 2707, 4169 8000 8435 3893, 4098 5844 6474 6963, 5239 1517 6214 5699, 5239 1517 4742 0860, 4098 5844 9607 8443, 4098 5844 9415 5326, 4169 7388 0211 7741, 5239 1517 0248 3895, 5411 2498 0125 5824, 5243 7544 4123 9033, 4169 7388 2631 8010, 4169 7388 9915 8368, 4169 7387 5485 2618, 5243 7544 1043 3054, 5243 7544 4047 1355, 4098 5844 6013 9205, 4098 5844 6815 6110, 4098 5844 6200 4589, 4169 7388 8601 1398, 4098 5844 6763 6043 hesab nömrəli bank kartlarının, içərisində narkotik və ya psixotrop maddəyə bənzər kütlələr olan müxtəlif ölçülərdə bükümlərin, məkan bildirən xəritələrin, yaşıl rəngli oxla və nöqtə ilə müəyyən yerləri bildirən şəkillərin və kiçik həcmli videogörüntülərin olması müəyyən edilmiş, telefonun “Mesajlar” bölməsinə daxil olduqda iş üçün sübut əhəmiyyətinə malik heç bir məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus “Samsung A32” markalı mobil telefonun iş masası üzərində yerləşən “SSS” adlı ilə +************ mobil nömrə qeydiyyatdan keçdiyi “WA Business” ani mesajlaşma sisteminə daxil olduqda +989941485095 mobil nömrə istifadəçisi “X1”, +989145966270 nomre istifadəçisi “Samira Bacı”, +************ nömrə istifadəçisi “Asef”, +************ “X2 Narkaman Eyvaz”, +************ nömrə istifadəçisi “rinatqnizade”, 094552011315 nömrə istifadəçisi “İlkin D”. +************ nömrə istifadəçisi “S (Siz) 094506888098 Seva Ogl”, +************ nömrə istifadəçisi ile qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması müəyyən edilmiş, ona məxsus “Samsung A32” markalı mobil telefonun iş masası üzərində yerləşən +************ mobil nömrə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma sisteminə daxil olduqda +************ nömrə istifadəçisi “Elikom Elikom”, +************ nömrə istifadəçisi “Nicat D”, +************ nömrə istifadəçisi “X3 Narkaman Eyvaz”, +************ nömrə istifadəçisi “rinatqnizade”, +************ və +************ nömrə istifadəçiləri ilə qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə “Whatsapp” mobil tətbiqindən əldə olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X5 Ambulator məcburinarkoloji tibbi yoxlama üzrə ## ### 2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların istifadə halları olub. Lakin Təqsirləndirilən şəxs hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. -## #### 2025-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, hazırki cinayət işindən İran İslam Respublikasının vətəndaşları “ Rza və Samirə” adlı şəxslərin müəyyən etmək məqsədi ilə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3- cü maddələri ilə ********* nömrəli başqa cinayət işi icraata ayrılmışdır. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ##.##.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamda özünü təqsirli bilib göstərmişdir ki, əvvəllər psixotrop maddələrdən istifadə etsə də, hazırda istifadə etmir. Sosial şəbəkələr vasitə ilə İran İslam Respublikası vətəndaşı olan Rza və arvadı Samirə adlı şəxslərlə tanış olmuş, həmin şəxslər ona narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirilməsini təklif etdikdə o, razılaşmışdır. Bundan sonra, həmin şəxslərin yaşadığı Xətai rayonu, NZS qəsəbəsinə atdıqları heroin və patını göndərilmiş məkan bildirən xəritə üzrə hərəkət edərək götürüb müxtəlif ərazilərə atıb “whatsapp” mobil tətbiqi vasitəsi ilə hər göndərdiyi konum üçün istifadəsində olan “Leobank" kartına 5 manat pul göndərilmişdir. Lakin o, həmin pulun haradan və kimin göndərməsini bilməmişdir. ## #### 2025-ci il tarixdə o, konum üzrə İranlının göndərdiyi yerdən 20 büküm patı və bir büküm heroini götürüb özündə saxlamışdır. ## #### 2025-ci il tarixdə saat 17:30 radələrində yaşadığı ünvandan çıxıb gedən zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb videoçəkilişlə özlərini təqdim edərək Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını, özünü təqdim etməsini istədikdə o, özünü təqdim etmişdir. Daha sonra polis əməkdaşları ondan üzərində qanunsuz saxlanılan və daşınan nə isə varsa, təqdim etməsini istədiyindən, o, əlində saxladığı ağ rəngli çantanın içərisindən 20 ədəd bükümdə “patı” və 1 ədəd bükümdə “heroin”-i çıxarıb təqdim etmişdir. Həmin bükümlər zərfə qoyularaq möhürlənib üzəri imzalanmışdır. Daha sonra Sabunçu Rayon Polis İdarəsinin 14cü Polis Şöbəsinə gətirilərək videoçəkilişlə dəvət edilmiş vəkilin iştirakı ilə üzərindən aşkar edilmiş maddələrə baxış keçirilib yenidən qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə kollegiyası bildirir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanılmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla, məhkum edilmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, məhkum edilmiş şəxsin törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Bundan başqa, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini və əsaslığını müzakirə edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin ## ### 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs barəsində cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası hüdudlarında apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar