Məhkəmə qərarları › İş №1(3-6)-427/2026

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-6)-427/2026

03.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(3-6)-427/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Zərərçəkmiş şəxs İsmayilova Tərgül Saqi qızının, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 Çərkəz oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 182.1-ci maddəsilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 Çərkəz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər X9 və X2 ibarət tərkibdə) ## ### 1988-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, Salyan rayonu, Sarvan ə/d, Sarvan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 7 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırki iş üzrə ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzasına hesablanaraq təyin edilmiş cəzadan çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2025-ci il tarixdən hesablanması, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İttiham aktına görə Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə qonşusu İsmayılova Tərgül Saqi qızı ilə aralarında bir müddət əvvəl baş vermiş münaqişə ilə əlaqədar heç bir əsaslı səbəb olmadan sonuncudan 7000 manat pul tələb etdiyini, tələb etdiyi pul məbləğini vermədiyi təqdirdə sosial şəbəkələrdə barəsindəqonşular arasında əxlaqsız qadın kimi şər-böhtan xarakterli paylaşımlar edəcəyini, daha sonra isə övladları İsmayılov Qasım Yavər oğlu və İsmayılov Ağası Yavər oğlunun saxta sənəd düzəltmək yolu ilə hərbi xidmət keçməkdən yayındırdığı üçün sonuncuların barəsində müvafiq instansiyalara müraciətlər edəcəyi və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə 2024-cü ilin dekabr ayının sonlarında zərərçəkmiş şəxs İsmayılova Tərgül Saqi qızından xeyli miqdar təşkil edən 7000 (yeddi min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə qonşusu İsmayılova Tərgül Saqi qızı ilə aralarında bir müddət əvvəl baş vermiş münaqişə ilə əlaqədar heç bir əsaslı səbəb olmadan sonuncudan 3500 manat pul tələb etmiş, tələb etdiyi pul məbləğini verməyəcəyi təqdirdə sosial şəbəkələrdə barəsində qonşular arasında əxlaqsız qadın kimi şər-böhtan xarakterli paylaşımlar edəcəyini, daha sonra isə övladları İsmayılov Qasım Yavər oğlu və İsmayılov Ağası Yavər oğlunun saxta sənəd düzəltmək yolu ilə hərbi xidmət keçməkdən yayındırdığı üçün sonuncuların barəsində müvafiq instansiyalara müraciətlər edəcəyi və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə 2024cü ilin dekabr ayının sonlarında zərərçəkmiş şəxs İsmayılova Tərgül Saqi qızından xeyli miqdar təşkil edən 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmənin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 Çərkəz oğlu apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən, məhkəmə iclasında tədqiq edilmiş və məhkəmənin gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə alınmadığından, hökmdə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbləri göstərilmədiyindən, məhkəmənin gəldiyi nəticələr mötəbərliyi şübhəli olan ziddiyyətli sübutlara əsaslandığından, birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan, habelə, təqsirləndirilən şəxsüin əməlində cinayət tərkibi olmadığından həmin hökm ləğv edilməli və təqsirləndirilən şəxsə bəraət verilməlidir. Belə ki, məhkəmə zərərçəkmiş şəxsin ifadəsinə ittiham sübutu kimi qiymət verərkən təqsirləndirilən Təqsirləndirilən şəxs onunla konflikti olmasına, onun işin nəticəsi ilə maraqlı olan şəxs olmasına fikir verməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki halları qeyd edilən ittiham sübutlarıyla əsaslandırılsa da, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilərkən məhkəmə aşağıda göstərilən səhvlərə yol vermiş, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmaması barədə dəlillərini yoxlamamışdır: Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadə verərkən Azərbaycan Respublikası CMnin 182.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 7-də N nömrəli hərbi hissənin arxasında fərdi həyət evində iki övladı ilə birgə yaşayır. Həyət evində kanalizasiya quyusu olmadığına görə (şambo) çirkab sular onun evinin qarşısından keçən yola axır. Yayda rütubətdən va pis qoxudan evdə oturmaq olmur. O da hər dəfə suyun qarşısını kəsmək üçün tranplin qoymuşdur ki, su axıb həyətinə keçməsin, amma qonşusu Tərgül onun acığına kanalizasiya problemini həll etmir, buna görə də aralarında dəfələrlə mübahisələr düşmüşdür. ##.##.2024-cü il tarixdə saat 19 radələrində eyni qaydada aralarında mübahisə düşəndə Təgül sifətinə əl zərbələri ilə vuraraq burnunu sındırmış və nəticədə ciddi xəsarət almışdır. Həmin hadisədən 7-8 ay əvvəl 3000 manat xərcləyərək bumunu estetik əməliyyat etdirmiş olduğundan və burnundan sınıq xəsarəti aldığına görə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə və 4-cü PŞ-nə ərizə ilə müraciət etmiş, müraciəti əsasında şöbədə təhqiqat aparılmışdır. Lakin araşdırma zamanı tələb etsə də, təkrar burun əməliyyatı üçün lazım olacaq xərc müəyyən edilməmiş, Tərgül isə təkrar burun əməliyyatı üçün zəruri olacaq 3500 manat pul vəsaitini ödəməkdən imtina etmişdir. O, narazılığını təhqiqatçı şahid3 bildirmiş, sonuncu isə araşdırma getdiyini, onun ərizəsi əsasında toplanmış materialın cinayət işinin başlanması məsələsinin həll edilməsinə görə Binəqədi rayon prokurorluğuna göndərildiyini, sonradan tədbir görüləcəyini bildirmişdir. O, təhqiqatçıdan tələb etmişdir ki, bir zərərçəkmiş kimi Tərgül onun burun əməliyyatını boynuna götürsün, həkimin əməliyyat xərcini ödəsin. Çünki o öz həkimi ilə danışmış, sonuncu təkrar burun əməliyyatı üçün 5000 manatdan yuxarı xərci çıxacağını bildirmişdir. O, Tərgülə də bu barədə məlumat vermiş və təklif etmişdir ki, artıq xərci çıxmasını istəmirsə, onu öz tanıdığı həkimə aparsın, xərcləri dəqiqləşdirsin, ya da əməliyyatın xərcini ödəsin. Lakin sonuncu bunların heç birini etməmişdir. Üstəlik, Tərgül bir neçə gün sonra polisə müraciət edərək onun hədə qorxu ilə 3500 manat pul tələb etməsini bildirmiş və onu qanunsuz olaraq həbs etmişlər. Tərgülün onun burnunu sındırmaqla 3500 manatdan çox ziyan vurması faktı üzrə araşdırma aparmaq əvəzinə, polis əməkdaşları ona qarşı qərəzli mövqe tutmuş, əvvəllər polis əməkdaşlarının narkotik maddələr satışına göz yumması barədə sosial mediada paylaşımlar etdiyinə görə Tərgüldən hədələnərək pul tələb edilməsi barədə yalan məzmunlu ərizə alaraq onun özünü həbs etmiş, həmin materialları və ya qəbul edilmiş qərarı barəsində aparılan cinayət işinə əlavə etməmişlər. O, burnunun estetik əməliyyatı üçün tələb olunan 3500 manatı Tərgüldən ala bilməmiş və burnu formasını dəyişərək eybəcərləşmişdir. Bu, adi vizual baxışla da müşahidə olunur. Cinayətin motivinin müəyyən edilməsi, habelə hazırkı iş üzrə təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün əhəmiyyətli olduğundan (təqsirləndirilən Təqsirləndirilən şəxsnm özünə dəymiş ziyanı, yoxsa özgəsinin pulunu hədə qorxu ilə tələb etməsi) müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilərək məhkəmə tərəfindən ## ###### 2026-cı il tarixdə Təqsirləndirilən şəxs ərizəsi əsasında İsmayılova Tərgül Saqi qızı barəsində olan cinayət işinin Binəqədi rayon Pİ-dən tələb edilməsi barədə məktub yazılaraq aidiyyəti üzrə göndərilmiş və ## ###### 2026-cı il tarixdə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ərizəsinin yoxlanması nəticəsində toplanmış material üzrə AR CM-nin 128-ci maddəsilə cinayət işi başlanmış, istintaq aparılaraq Binəqədi rayon Pİ-nin müstəntiqi E.Əsədov tərəfindən ## ### 2025ci il tarixli qərarla cinayət işinin icraatına xitam verilmiş, həmin qərar barəsində zərərçəkmiş Təqsirləndirilən şəxs məlumat verilmədən cinayət işi Bakı Şəhər BPİ-nin arxivinə verilmişdir. Binəqədi rayon Pİ-nin müstəntiqi E.Əsədovun cinayət işinin icraatına xitam verilməsi barədə ## ### 2025-ci il tarixli qərarından görünür ki, orada Təqsirləndirilən şəxs burnunun sınması və onun nəticələrinin aradan qaldırılması üçün təkrar cərrahiyyə əməliyyatının keçirilməli olması, habelə, zəruri olacaq xərclərin (estetik cərrahiyyə əməliyyatı və sair müalicələr üçün) miqdarı müəyyən edilməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs burnunun sınması, onun nəticələrinin aradan qaldırılması üçün təkrar cərrahi əməliyyata ehtiyacın olub olmaması, zəruri olacaq müalicə xərclərinin (estetik cərrahiyyə əməliyyatı və sair müalicələr üçün) miqdarının müəyyən edilməsi üçün komisyon məhkəmə tibb ekspertiza təyin edilməsi zərurəti olsa da, təəssüf ki, məhkəmə tərəfindən bu ekspertizanın keçirilməsindən imtina olunmuşdur. Xitam edilmiş cinayət işinin Bakı Şəhər BPİ-nin arxivinə verilməsi barədə Binəqədi rayon Pİ-dən daxil olmuş məktub məhkəmə iclas salonunda elan edilsə də, məhkəmə əsassız olaraq xitam edilmiş cinayət işinin materiallarının Bakı Şəhər BPİ-nin arxivindən tələb edilərək araşdırılması barədə müdafiə tərəfinin vəsatətini təmin etməmişdir. Lakin məhkəmədə tədqiq edilmiş Binəqədi rayon Pİ-nin müstəntiqi E.Əsədovun cinayət işinin icraatına xitam verilməsi barədə ## ### 2025-ci il tarixli qərarından görünür ki, həmin cinayət işi Təqsirləndirilən şəxs ərizəsi əsasında İsmayılova Tərgül Saqi qızı barəsində başlanmış və istintaq aparılmışdır. İstintaq zamanı hadisədən 6-7 ay əvvəl Təqsirləndirilən şəxs burnunda estetik cərrahiyyə əməliyyatı aparılması, ##.##.2024-cü il tarixdə saat 19 radələrində İsmayılova Tərgül Saqi qızının əl zərbəsi ilə onun burnunu sındırması nəticəsində təkrar estetik cərrahiyyə əməliyyatı keçirilməsi, onun nəticələrinin aradan qaldırılması üçün ciddi xərclərin zəruri olması faktı aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin xərclərin ödənilməsini İsmayılova Tərgül Saqi qızından tələb etmiş, lakin mümkün olacaq xərclərin (estetik cərrahiyyə əməliyyatı və sair müalicələr üçün) miqdarı müəyyən edilməmişdir. Beləliklə də, cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin ortalarında estetik cərrahiyyə əməliyyatı etdirmiş, ##.##.2024-cü il tarixdə saat 19 radələrində qonşusu İsmayılova Tərgül Saqi qızı əl zərbəsi ilə vuraraq onun burnunu sındırmış və nəticədə təkrar estetik cərrahiyyə əməliyyatı keçirilməsi zərurəti yaranmışdır. Müxtəlif həkimlərə müraciət etmiş və 5000-7000 manat xərclə təkrar cərrahi əməliyyat keçirməli olması ona izah edilmişdir. O, bu xərclərin ödənilməsini İsmayılova Tərgül Saqi qızından tələb etmiş, daha sonra sonuncuya təklif etmişdir ki, öz tanıdığı həkimlərlə danışaraq istədiyi məbləğə cərrahiyyə əməliyyatı xərclərini ödəsin. Lakin İsmayılova Tərgül Saqi qızı xərcləri ödəyəcəyini söz versə də, şantaj edərək onu qanunsuz şəkildə tutdurmuşdur. Hazırda sınma nəticəsində onun burnu eybəcər şəkil almış və yaşadığı stress səbəbilə əsəbləri korlanmış, ciddi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsinin mənasına görə xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. Göstərilən halda təqsirləndirilən şəxsin əməlində özgənin əmlakını və ya əmlaka olan hüququnu tələb etmə kimi cinayət tərkibinin əlamətləri yoxdur. Təqsirləndirilən şəxs özgənin əmlakını deyil, özünə vurulmuş maddi ziyanın ödənilməsini tələb etmiş, tələbi yerinə yetirilmədiyi üçün zərərçəkmiş şəxsi hədələmişdir. Təqsirləndirilən şəxsin hədə qorxu gələrək qonşusu İsmayılova Tərgül Saqi qızından 7000 manat pul tələb etməklə Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini etməsi iş materialları ilə sübuta yetirilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına uyğun olaraq ona xeyli miqdarda maddi və fiziki zərər yetirən Tərgül İsmayılova barəsində Polis idarəsinə rəsmi müraciət edərək həmin pulun ödənilməsini tələb etmiş, araşdırma aparılaraq onun barəsində cinayət işi başlanmasına nail olmuş, lakin burnunun sınması məhkəmətibb ekspertizasının rəyi ilə təsdiq olunsa da, ona dəymiş zərəri - burun cərrahiyyə əməliyyatı üçün zəruru olan pulu əldə edə bilməmiş, əksinə, ona dəymiş ziyanı tələb etdiyinə görə həbs edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs özgənin əmlakını deyil, özünə dəymiş zərəri tələb etdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsinin tərkibi yoxdur və bu səbəbdən haqqında bəraət hökmü çıxarılmalı, qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə hökmündə Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarını sadalasa da, onlardan düzgün nəticə çıxarmamış, təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlində hədə qorxu ilə tələb etmə cinayət tərkibinin olmaması barədə müdafiə tərəfinin mövqeyini araşdırdığını qeyd etsə də, əslində bu barədə zəruri istintaq hərəkətləri etməmiş və əsassız olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən ona qarşı qeyri-qanuni hərəkətlər edilməsi, ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək tutulması ilə bağlı Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs sosial şəbəkələrdə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyini tənqid etməsi, paylaşımlar etməsi, buna görə polis əməkdaşları tərəfindən təqib edəlməsi və ona qarşı qeyri-qanuni hərəkətlər edilməsi, ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək tutulması faktının araşdırılması üçün ilk növbədə Təqsirləndirilən şəxs ərizəsi üzrə hazırkı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış İsmayılova Tərgül Saqi qızı tərəfindən burnunun sındırılması barədə başlanmış cinayət işinin məhkəməyə tələb edilərək araşdırılması lazım idi. Təəssüf ki, məhkəmə buna cəhd etsə də, həmin cinayət işinin əsassız və qanunsuz şəkildə xitam edilməsi və cinayət işinin Bakı ŞBPİ-nin arxivinə verilməsi barədə Binəqədi rayon Pİ-nin məktubunu aldıqdan sonra əsassız olaraq araşdırma aparmaqdan imtina etmişdir. Halbuki, həmin cinayət işinin Bakı ŞBPİ-nin arxivinə verilməsi barədə Binəqədi rayon Pİ-nin məktubu məhkəmənin obyektiv araşdırma aparmasına mane olan hal sayıla bilməzdi. Təqsirləndirilən Təqsirləndirilən şəxs burnunun sındırılması faktı üzrə başlanmış cinayət işinin xitam edilməsi barədə qərardan xəbəri olmaması, qərarın surətinin ona verilməməsi barədə məhkəməyə məlumat versə də, bu xüsusat məhkəmə tərəfindən nəzərə alınmamış və müdafiə tərəfinin bu haqda verdiyi vəsatət əsassız olaraq rədd edilmişdir. Binəqədi rayon Pİ-nin müstəntiqi E.Əsədovun cinayət işinin icraatına xitam verilməsi barədə ## ### 2025-ci il tarixli qərarından görünür ki, həmin cinayət işi Təqsirləndirilən şəxs ərizəsi əsasında İsmayılova Tərgül Saqi qızı barəsində başlanmış və istintaq aparılmışdır. İstintaq zamanı hadisədən 6-7 ay əvvəl Təqsirləndirilən şəxs burnunda estetik cərrahiyyə əməliyyatı aparılması, ##.##.2024-cü il tarixdə saat 19 radələrində İsmayılova Tərgül Saqi qızının əl zərbəsi ilə onun burnunu sındırması nəticəsində təkrar estetik cərrahiyyə əməliyyatı keçirilməsi, onun nəticələrinin aradan qaldırılması üçün ciddi xərclərin zəruri olması faktı aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin xərclərin ödənilməsini İsmayılova Tərgül Saqi qızından tələb etmiş, lakin mümkün olacaq xərclərin (estetik cərrahiyyə əməliyyatı və sair müalicələr üçün) miqdarı müəyyən edilməmişdir. Beləliklə də, cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin ortalarında estetik cərrahiyyə əməliyyatı etdirmiş, ##.##.2024-cü il tarixdə saat 19 radələrində qonşusu İsmayılova Tərgül Saqi qızı əl zərbəsi ilə vuraraq onun burnunu sındırmış və nəticədə təkrar estetik cərrahiyyə əməliyyatı keçirilməsi zərurəti yaranmışdır. Müxtəlif həkimlərə müraciət etmiş və 5000-7000 manat xərclə təkrar cərrahi əməliyyat keçirməli olması ona izah edilmişdir. O, bu xərclərin ödənilməsini İsmayılova Tərgül Saqi qızından tələb etmiş, daha sonra sonuncuya təklif etmişdir ki, öz tanıdığı həkimlərlə danışaraq istədiyi məbləğə cərrahiyyə əməliyyatı xərclərini ödəsin. Lakin İsmayılova Tərgül Saqi qızı xərcləri ödəyəcəyini söz versə də, şantaj edərək onu qanunsuz şəkildə tutdurmuşdur. Hazırda onun burnu eybəcər şəkil almış və yaşadığı stress səbəbilə əsəbləri korlanmış, ciddi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxsin hədə qorxu gələrək qonşusu İsmayılova Tərgül Saqi qızından özgə əmlakı sayılan 7000 manat pulu tələb etməklə Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini etməsi iş materialları ilə sübuta yetməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş T.S.İsmayılova tərəfindən burnunun qırıldığını və bununla əlaqədar estetik əməliyyat xərclərinin qarşılanması üçün 3500 manat məbləğində pul istədiyini, lakin pul tələbini rüsvayedici məlumatların yayılması və ya hədə ilə etməməsi barədə ifadəsinə qiymət verərkən qeyd etmişdir ki, zərərçəkmiş T.S.İsmayılova məhkəmədə verdiyi ifadəsində təqsirləndirilən Təqsirləndirilən şəxs burnuna dəymiş ziyanı ödəməsini istəməsi ilə bərabər aralarında olan ədavətə görə onu tələb etdiyi etdiyi pulu vermədiyi təqdirdə sosial şəbəkələrdə barəsində qonşular arasında əxlaqsız qadın kimi şər-böhtan xarakterli paylaşımlar edəcəyini, daha sonra isə övladları İsmayılov Qasım Yavər oğlu və İsmayılov Ağası Yavər oğlunun saxta sənəd düzəltmək yolu ilə hərbi xidmət keçməkdən yayındırdığı üçün sonuncuların barəsində müvafiq instansiyalara müraciət edəcəyi və barələrində rüsvayedici məlumatlar yayma ilə hədələdiyini bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs bunu inkar etsə də, şahidlər şahid3, İsmayılov Qasım Yavər oğlu və İsmayılov Ağası Yavər oğlu məhkəmə verdiyi ifadələrində həmin əsaslara təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Tərgül İsmayılovam hədələdiyini söyləmişlər. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, şahid şahid3 məhkəmədə dindirilərkən təqsirləndirilən Təqsirləndirilən şəxs ona yaxınlaşıb Tərgül İsmayılovanın iki oğlunun qanunsuz şəkildə hərbi xidmətdən yayındığını və bununla bağlı hüquq- mühafizə orqanlarına müraciət etmək istədiyini bildirməsi barədə məhkəməyə məlumat vermişdir. Bu hal isə zərərçəkmiş T.S.İsmayılovanm ifadəsində hədə ilə bağlı göstərdiklərinin həqiqət olmasına əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsində rüsvayedici məlumatların yayılması ilə bağlı zərərçəkmiş şəxsə hədə-qorxu gəlmədiyini bildirməsini müdafiə xarakterli mövqe kimi qiymətləndirmiş və onun həmin ifadəsinə tənqidi yanaşmışdır. Belə ki, aralarında yaranmış mübahisə nəzərə alındıqda Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə qarşı hədə-qorxu tərkibli ifadələr istifadə etməsi mümkündür. Bu baxımdan, hədə elementinin tamamilə inkar edilməsi işin faktiki hallarına uyğun gəlmir və məhkəmə həmin hissəyə münasibətdə təqsirləndirilən şəxsin ifadəsini inandırıcı hesab etməmişdir. Məhkəmə həmçinin göstərmişdir ki, zərərçəkmiş İsmayılova Tərgül Saqi qızı tələb edilən məbləğin 7000 manat olduğunu iddia etsə də, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin məlbəğin yalnız 3500 manat hissəsini etiraf etmişdir. Bununla belə iddia olunan əlavə, yəni təqsirləndirilən şəxsin inkar etdiyi 3500 (7500-3500) manatın tələb edilməsi faktı üzrə mötəbər və kifayət qədər sübutlar təqdim edilməmiş, həmin hissə öz təsdiqini tapmamışdır. Cinayət prosessual qanunvericiliyin sübutların kifayətliliyi və mötəbərliyi prinsipinə əsaslanaraq məhkəmə tələb edilən məbləğin yalnız 3500 manat hissəsini sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə təqsirləndirilən T.S.İsmayılovanm zərərçəkmiş Təqsirləndirilən şəxs barəsində təhqiqatçıya göndərdiyi səs yazısından ibarət diskə baxış keçirərkən müəyyən olmuşdur ki, səs yazısında Təqsirləndirilən şəxs “Mənim burnum sınıb, mən burnuma beş min manat pul vermişdim. And ola allaha, bunu var ha, bunu bilirsən neynəyəcəm, bunun pişiyini divara dırmaşdıracam. Bunun başına oyun açacam. Qurana and olsun, keçmərəm. Lazım olsa prezident aparatına girəcəm, and ola allaha” sözlərini bildirmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs audiosəsdə yalnız burnunun estetik əməliyyat xərclərinin təxminən 5000 manat təşkil etməsindən bəhs etdiyini qeyd edərək bu halın sonuncunun zərərçəkmiş şəxsdən 5000 manat məbləğində pul tələb etməsi faktını sübuta yetirmədiyini qeyd edərək göstərmişdir ki, CD-diskdə əks olunan 5000 manat məbləğinin ittihamda göstərilən xeyli miqdarda pul tələbinin sübutu kimi qəbul edilə bilməz. Eyni zamanda səs yazısı konkret olaraq pul tələb etmənin elementini ehtiva etməməklə, zərərçəkmişə deyil, üçüncü şəxsə ünvanlanmışdır və onun məzmunu tələb edilən məbləğ barədə dəqiq nəticə çıxarmağa imkan vermir. Lakin məhkəmə hesab edir ki, təqdim olunmuş səs yazısı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə bağlı hədəqorxu elementini ortaya qoyan dolayı sübut rolunu oynayır. Belə ki, səs yazısında təqsirləndirilən tərəfindən emosional ifadələr (“başına oyun açacam”, “prezident aparatına girəcəm” və s.) səsləndirilmişdir. Bu da zərərçəkmişin əmlakına və ya əmlaka dair hüquqlarına təsir göstərmə niyyətini əks etdirdiyindən hədə elementinin mövcudluğu müəyyən edilir və zərərçəkmişin qorxutmaq yolu ilə tələb qarşısında qoyulması ehtimalını real edir. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş İsmayılova Tərgül Saqi qızına qarşı hədələri sonuncu tərəfindən real qəbul edilmiş və zərərçəkmiş şəxs Tərgül İsmayılova həmin hədənin tətbiq edilməsindən ehtiyatlanmışdır. Məhkəmə əsassız olaraq qeyd etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etməsi tamah məqsədi ilə olmuş, sonuncu qanunsuz tələb irəli sürdüyünü anlamış və bu yolla əmlak, yəni zərərçəkmiş şəxs Tərgül İsmayılovanın pulunu əldə etmək istəmişdir. Beləliklə də, məhkəmə burnu sındığı üçün cərrahi əməliyyata ehtiyacı olan Təqsirləndirilən şəxs maddi ziyan dəyməsini və onun özünə dəymiş ziyan məbləğini tələb etməsini sübuta yetirsə də, əsassız olaraq hesab etmişdir ki, o, özgə əmlakını tamah məqsədilə hədə qorxu ilə tələb etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, cinayət işinin materiallarını nəzərdən keçirdikdən sonra əsassız olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs İsmayılova Tərgül Saqi qızının haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə sonuncunun əmlakını hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə tərəfindən aparılmış istintaq və təqdim olunmuş sübutların təhlili göstərir ki, tələb edilən məbləğin xeyli miqdarda olması və ittihamda göstərildiyi kimi ağırlaşdırıcı halların mövcudluğu sübuta yetirilə bilməsə də, iş materiallarında tərəflər arasında münaqişənin mövcud olması və pul tələb etmə faktı təsdiq edildiyindən, əməlin tamamilə cinayət tərkibindən kənar olduğu qənaətinə gəlinməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özgə əmlakını deyil, zərərçəkmiş kimi tanınmış T.İsmayılovanın özünə yetirdiyi ziyanı tələb etməsi faktlarını fərqləndirə bilməmiş və şəxsin hədə qorxu ilə özgə şəxsə məxsus pulu hədə qorxu ilə tələb etməsi nəticəsinə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, konkret olaraq, təqsirləndirilən şəxsin ifadəsi və digər sübutlar yalnız tələb faktını təsdiq edir, lakin tələb xeyli miqdarda olmamış, hədə-qorxu ilə tələb etmənin daha ağır formasını meydana gətirən əlamət kimi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs hər hansı məbləğdə pulu hədə-qorxu ilə tələb etməməsi barədə dedikləri və və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək səhvə yol vermiş, əsassız və qanunsuz olaraq onun əməlinin Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə tövsif edilməsi qənaətinə gəlmiş, onun cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 Çərkəz oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 1(101)- ****/**** nömrəli hökmünü ləğv edilməsini və təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılmasını və qətimkan tədbirini ləğv edərək məhkəmə iclas zalından həbsdən azad edilməsini xahiş etmişlər. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki, məhlələrində narkotik satışı ilə məşğul olan şəxslər barəsində polisə şikayət etmiş, polis də bu səbəbdən onunla tərs düşərək hazırki iş üzrə işin bu yerə gəlib çıxmasına səbəb olmuşlar. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs İsmayilova Tərgül Saqi qızı müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində göstərilən məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə cinayət işinin materiallarını araşdırmaqla apellyasiya şikayətinin dəlillərini müzakirə edib, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının və zərər çəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi istintaqın gəldiyi nəticə ilə razılaşıb Təqsirləndirilən şəxs CMnin 182.1-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsinin iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyi qənaətinə gələrək, təqsirləndirilən şəxsin ifadəsinin özünümüdafiə xarakterli ifadə, onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirib Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə ittihamedici hökm çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki cinayət işinin obyektiv araşdırılması təmin olunmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək Təqsirləndirilən şəxs təqsirliliyi məsələsində səhv nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası iş üzrə ittiham tərəfinin təqdim etdiyi və birinci instansiya məhkəməsinin əsaslandığı sübutları tədqiq edib araşdıraraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş nə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə, nə də CM-nin 182.1-ci maddəsi ilə ittiham təsdiqini tapmır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs bəraət verilməsi qənaətinə gəlir və öz dəlillərini aşağıdakı kimi şərh verməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşadığı evin qarşısında açıq şəkildə narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər olduğuna, ərazinin faktiki olaraq narkotik vasitələrin alış-satış yerinə çevrildiyinə görə o, bu barədə dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, müraciətlərinə baxılmadığından, həmin polis idarəsinin rəhbərliyi ilə arasında narazılıq yaranmışdır. Zərərçəkmiş şəxs İsmayılova Tərgül Saqi qızı onun qonşusu olduğundan, aralarında yaşadığı evin həyətinə gedən kanalizasiya quyusu ilə bağlı mübahisə olmuş, tərəflər barışıq əldə etsələr də, müstəntiq barışıq barədə ərizəni onların gözü qarşısında cırıb Tərgül İsmayılovanın ondan şikayətçi olduğunu bildirmişdir. Əslində nə onun Tərgül İsmayılova ilə, nə də Tərgül İsmayılovanın onunla problemi olmuşdur. Bütün baş verənlər Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinin təşəbbüsüdür. Həmin qurumun rəhbərliyi ona nalayiq ifadələr işlətmiş, daha sonra ondan evinin qarşısında narkotik maddələrin satışına etiraz etməməsi tələb edilmiş, razılaşmadığı təqdirdə isə silah və ya narkotik vasitə ilə barəsində cinayət işi başlanacağı ilə hədələnmişdir. O, bu təhdidləri qəbul etmədyib otaqdan çıxmışdır. O, sosial şəbəkə hesablarında Binəqədi Rayon Polis İdarəsinin qanunsuz hərəkətləri barədə video paylaşdıqdan sonra barəsində tədbirlər görülmüşdür. O, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək əsassız olaraq müvəqqəti saxlanc yerində saxlanılmış, həmin müddətdə ona yemək və su belə verilməmişdir. ## ###### 2025-ci il tarixdə qan və sidik analizi vermək üçün xəstəxanaya aparılmış və bununla da ona narkotik vasitə istifadəçisi kimi “yüklənilmiş”-dir. Tərgül İsmayılova ilə aralarında heç bir mübahisə olmamış və o, Tərgül İsmayılovadan hər hansı məbləğdə pul tələb etməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, Tərgül İsmayılovadan 7000 manat pul tələb etməmiş, Tərgül İsmayılovanı övladlarının hərbi xidmətə getməməsi ilə bağlı hədələməmişdir. ## ###### 2024-cü il tarixdə o və Tərgül İsmayılova ilə aralarında yaranmış mübahisə zamanı hər ikisi bir-birlərinə xəsarət yetirmişdir. O, başına gələnlərin səbəbini Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi arasında yaranmış mübahisə ilə əlaqələndirir. O, həmin polis idarəsinin fəaliyyəti ilə bağlı sosial şəbəkədə paylaşım etsə də, Tərgül İsmayılova ilə bağlı heç bir paylaşım etməmiş və sonuncunu hədələməmişdir. Kanalizasiya quyusundan suyun küçəyə axması səbəbindən aralarında mübahisə yaranmışdır. O, Tərgül İsmayılovadan 3500 manat məbləğində, yəni burnunun müalicə xərci kimi pul tələb etmiş, başqa heç bir tələb irəli sürməmiş, eyni zamanda, Tərgül İsmayılovanı övladları ilə bağlı hədələməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş İsmayılova Tərgül Saqi qızı ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 7-ci korpus ərazisində yerləşən fərdi yaşayış evlərindən birində yaşamaqla, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə qonşudur. Yaşadıqları evin həyətində yerləşən kanalizasiya quyusu ilə bağlı aralarında mübahisə yarandığından, o, dəfələrlə Təqsirləndirilən şəxs problemin onunla əlaqəli olmadığını izah etsə də, Təqsirləndirilən şəxs onu dinləməmişdir. Bir gün evə qayıtdıqda Təqsirləndirilən şəxs ona məxsus olan quyunu su ilə doldurduğunu və bunun nəticəsində evinin su basdığını görmüş, bundan sonra o, əsəbi halda sonuncunun qapısını döyərək bu hərəkətin səbəbini soruşmuş, aralarında mübahisə yaranmış və mübahisə zamanı qarşılıqlı olaraq birbirilərinə xəsarət yetirmişlər. Daha sonra Təqsirləndirilən şəxs onun barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə şikayət ərizəsi vermiş və şikayət ərizəsində onun tərəfindən döyüldüyünü göstərmişdir. Polis iradəsindən ona zəng gəldikdən sonra o, oraya gedib izahatını təhqiqatçı şahid3 vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan pul tələb etməyə başlamış, sonuncu əvvəlcə ondan 500 manat, daha sonra isə müxtəlif məbləğlərdə pul tələb etmişdir. O, pulunun olmadığını bildirdikdə isə Təqsirləndirilən şəxs qardaşından pul almasını bildirmişdir. O, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Polis İdarəsinə şikayət ərizəsi vermiş və həmin şikayətə baxılmışdır. Zərərçəkmiş şəxs İsmayılova Tərgül Saqi qızı ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan ümumilikdə 7000 manat məbləğində pul tələb etmiş və onu hədələyərək pul vermədiyi təqdirdə övladlarının hərbi xidmətdən yayınması ilə bağlı sosial şəbəkələrdə məlumat yayacağını bildirmişdir. O, pulunun olmaması səbəbindən sonuncuya heç bir məbləğdə pul verməmişdir. Pul verməkdən imtina etdikdən sonra Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki təsir göstərməmiş, o, Təqsirləndirilən şəxs ondan pul tələb etməsi ilə bağlı hüquq mühafizə orqanlarına şəxsən müraciət etmişdir. O, yazmaqda və oxumaqda çətinlik çəkir. İbtidai istintaq zamanı izahat və ərizə verərkən yanında hər hansı mütəxəssis olmamışdır. Onun barəsində hər hansı cinayət işi istintaq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumuş və imzalamışdır. Təqsirləndirilən şəxs ondan həm kanalizasiya quyusu ilə bağlı, həm də döyülmə ilə bağlı pul tələb etmiş və onu övladları ilə bağlı hədələmiş və övladlarının hərbi xidmətdən qanunsuz yolla yayındırıldığını, əxlaqsız hərəkətlərə yol verdiyini bildirmişdir. O, hər hansı əxlaqsız hərəkətlər etməmiş, habelə təqsirləndirilən şəxsə pul vermək niyyətində olmamışdır. Pul tələbi onun üçün real olmuş, o, barəsində sosial şəbəkələrdə yalan məlumat yayılacağından qorxmuşdur. Təqsirləndirilən şəxs sosial şəbəkələrdə onu və övladlarını bloklayaraq övladlarının atasının naməlum şəxs olduğunu və onun əxlaqsız qadın olduğunu qeyd etmiş, bu paylaşımı onun övladları sosial şəbəkələrdə görmüşdür. O, bu barədə istintaq orqanına məlumat vermiş, o, həmin paylaşımı şəxsən görməsə də, qonşuları və tanışları bu barədə ona demişdir. Təqsirləndirilən şəxs ona evində rahat yaşaması üçün pul verməli olduğunu demiş və onu övladları ilə bağlı hədələmiş, pul vermədiyi təqdirdə onu və övladlarını qonşular arasında rüsvay edəcəyini bildirmişdir. Övladları hərbi xidmətə getmədiyindən, Təqsirləndirilən şəxs bu barədə sosial şəbəkələrdə paylaşım edib onu hədələdiyini demişdir. O, Təqsirləndirilən şəxs ilə barışmamışdır. O, Təqsirləndirilən şəxs şikayətçidir. Hədə zamanı vicdan əzabı çəkdiyinə görə o, dərhal hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Hazırda Təqsirləndirilən şəxs sosial şəbəkə paylaşımına dair videogörüntünü məhkəməyə təqdim edə bilmir, çünki həmin videogörüntü artıq mövcud deyil. O, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır, sonuncudan şikayətçidir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayılov Qasım Yavər oğlu ifadəsində bildirmişdir ki, o, zərərçəkmiş şəxs İsmayılova Tərgül Saqi qızının oğludur. Təqsirləndirilən şəxs qonşusu olmaqla, anası Tərgül İsmayılovanın sonuncudan hansı səbəbə şikayət etdiyini bilmir. O, epilepsiya xəstəsi olduğu üçün hərbi xidmətə getməmişdir. Eşitdiyinə görə bu məsələ ilə bağlı anası Tərgül İsmayılova ilə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, o, Binəqədi Rayon Polis İdarəsinə anası və qardaşı ilə birlikdə getmişdir. Polis əməkdaşı ona Təqsirləndirilən şəxs onun hərbi xidmətdən pul müqabilində yayındığını iddia etməsi barədə bildirdiyini demiş, halbuki o, epilepsiya xəstəliyi ilə əlaqədar hərbi xidmətdə olmamışdır. Polis əməkdaşına o, anası və qardaşı ifadələrini ayrı-ayrılıqda vermiş, lakin həmin ifadənin məzmununu dəqiq xatırlamır. Təqsirləndirilən şəxs ilə Tərgül İsmayılova arasında baş vermiş mübahisənin səbəbinin təfərrüatlarını bilməmişdir. Təqsirləndirilən şəxs anası Tərgül İsmayılovadan 7000 manat pul tələb etmiş, əks halda onun hərbi xidmətə getməməsi ilə bağlı polisə şikayət edəcəyini demişdir. O, bunu anasından eşitmiş, Təqsirləndirilən şəxs onun yanında anası Tərgül İsmayılovadan şəxsən pul tələb etməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs İsmayılova Tərgül Saqi qızının oğludur. Təqsirləndirilən şəxs qonşusu olmaqla, sonuncu ilə anası Tərgül İsmayılova arasında baş vermiş mübahisənin birbaşa şahidi olmamışdır. Sonradan anası Tərgül İsmayılova ona demişdir ki, Təqsirləndirilən şəxs tələb etdiyi pulu vermədiyi təqdirdə, sonuncu o və qardaşının hərbi xidmətdə olmamaları barədə hüquq-mühafizə orqanlarına şikayət edəcəkdir. Şahid şahid1 ifadəsində həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs anası Tərgül İsmayılovadan nə qədər pul tələb etdiyini bilmir və bu barədə anasından soruşmamışdır. İbtidai istintaq zamanı ifadə versə də, lakin hadisənin üzərindən uzun müddət keçdiyinə görə həmin ifadənin məzmununu tam xatırlamır. O, ayağında problem olduğu üçün hərbi xidmətə getməmiş, Təqsirləndirilən şəxs onun hərbi xidmətə getməməsi ilə bağlı şikayət etmişdir. Poli idarəsinin dəvətindən sonra o, anası və qardaşı ilə birgə oraya getmiş və orada ifadə vermişdir. Həmin ifadəni təsdsiq edir. Təqsirləndirilən şəxs onun yanında anası Tərgül İsmayılovadan pul tələb etsə də, məbləği dəqiq xatırlamır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində bildirmişdir ki, ## ###### 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”-nə Təqsirləndirilən şəxs qonşusu İsmayılova Tərgül Saqi qızı tərəfindən döyüldüyü barədə məlumat daxil olduğundan, əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 7-ci korpus ünvanına getdikdə, Təqsirləndirilən şəxs qarşılamış, həmin vaxt sonuncunun yanında əri və övladları olmuşdur. O, hadisənin səbəbini soruşduqda sonuncu ona Tərgül İsmayılovanın yaşadığı evin kanalizasiya quyusunun suyu onun evinə dolduğu üçün həmin quyunu torpaqla doldurduğunu, bunu öyrənən Tərgül İsmayılovanın isə onun evinə gələrək ona üz nahiyəsindən xəsarətlər yetirdiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yazılı ərizə almağa çalışsalar da, sonuncu səhhətinin yaxşı olmadığını bildirərək növbəti gün polis idarəsinə gələrək ərizə təqdim edəcəyini demişdir. ## ###### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gələrək ərizə təqdim etmiş, bundan sonra sonuncunun bədənində olan xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona yaxınlaşıb Tərgül İsmayılovanın iki oğlunun qanunsuz şəkildə hərbi xidmətdən yayındığını və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək istədiyini bildirdikdə, o, sonuncuya səbrli olmağını, məsələnin qanunauyğun qaydada həll ediləcəyini tövsiyə etmişdir. Həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə səsli mesaj göndərərək burun əməliyyatına 5000 manat pul xərclədiyini, Tərgül İsmayılovanın barəsində müvafiq şikayətlər edəcəyini, o cümlədən lazım gələrsə, Prezident Aparatına qədər müraciət edəcəyini bildirmişdir. Ekspertizanın rəyi alındıqdan sonra Tərgül İsmayılova barəsində müvafiq cinayət işi başlanılmışdır. Bir neçə gün sonra Tərgül İsmayılova ona yaxınlaşaraq Təqsirləndirilən şəxs onu hədələdiyini və ondan pul tələb etdiyini bildirmişdir. Bununla bağlı o, Tərgül İsmayılovaya məsləhət görərək şikayət ərizəsi yaza biləcəyini izah etmiş, sonuncu da müvafiq şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Şahid şahid3 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona Tərgül İsmayılovanın övladlarının qanunsuz olaraq hərbi xidmətdən yayındığını bildirdikdə, o, həmin vaxt Təqsirləndirilən şəxs psixoloji vəziyyətini nəzərə alaraq bu məsələ ilə bağlı hər hansı prosessual tədbir görməmişdir. Təqsirləndirilən şəxs onun yanında Tərgül İsmayılovadan pul tələb etməmiş, lakin bununla bağlı ona səsli mesaj göndərmiş və burnu ilə bağlı pul tələb edəcəyini və Tərgül İsmayılovanın övladlarının hərbi xidmətdən yayındığını demişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş: Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş İsmayilova Tərgül Saqi qızının Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə ünvanladığı ## ###### 2025-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizəsində Təqsirləndirilən şəxs aralarında olan dava-dalaş zamanı xəsarət aldığına görə ondan ilk əvvəl 2500 manat, daha sonra 7000 manat pul istədiyini bildirmiş, o, səbəbini soruşduqda isə Təqsirləndirilən şəxs ona “sənin pulun çoxdu, 7000 manat pul verəcəksən, əgər o pulu sən mənə verməsən, səni məhəllədə əxlaqsız qadın kimi qələmə verəcəm, sosial şəbəkələrdə barəndə paylaşımlar edəcəm, daha sonra isə iki oğlunu saxta yolla hərbi xidmətdən saxlatdırdığın üçün onların barəsində müvafiq instansiyalara müraciətlər edəcəm” demişdir. (Cild 1, iş vərəqi 5-6) Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə İsmayilova Tərgül Saqi qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 11) Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, içərisində 01 ədəd 050- 556-54-56 simkart nömrəsi olan “Iphone 13 Pro Max” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin mobil tətbiqi vasitəsi ilə şahid3 ##.##.2024-cü il tarixdə, saat 12:26-da, 23 saniyəlik “Salam. Mənəm Təhminədir. Mənim burnum sınıb, mən burnuma beş min manat pul vermişdim. And ola allaha bunu var ha, bunu bilərsən neynəyəcəm, bunun pişiyini divara dırmaşdıracam, bunun başına oyun açacam, qurana and olsun keçmərəm, lazım olsa prezident aparatına girəcəm and ola Allaha” məzmunlu səsli mesaj göndərməsi müəyyən olunmuşdur. (Cild 1, iş vərəqi 26) Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” ## ###### 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sakit qızı həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 37 40) Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş ## ###### 2025-ci il tarixli “Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. (Cild 1, iş vərəqi 55-56) Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş ## #### 2025-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs İsmayilov Tərgül Saqi qızı şahid Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən sonuncunun üzünə qarşı ifadəsində göstərdiklərini bildirmişdir. (Cild 1, iş vərəqi 101-105) Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş ## #### 2025-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinə tövsif edilmişdir. (Cild 1,iş vərəqi 106) Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” ## ##### 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 108-109) Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş AZ-II 373340 və AZ-II ****** nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2008-ci il təvəllüdlü və 3010.2009-cu il təvəllüdlü uşaqları vardır. (Cild1, iş vərəqi 134) Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli ## ##### 2025-ci il tarixdən hesablanmaqla 01 (bir) ay 25 (iyirmi beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə həbs qətimkan tədbiri 02 (iki) ay, yəni ## #### 2025-ci il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqi 151-155; 244-250) Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin ## ##### 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (Cild 1, iş vərəqi 164) Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X6 ## ##### 2025-ci il tarixli *** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs həmin vaxt öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.(Cild 1, iş vərəqi 190 192) Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş ## ### 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd CD diskə yazılmış səs yazısı maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 256-264) Cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi rayon Pİ-nin müstəntiqi E.Əsədovun cinayət işinin icraatına xitam verilməsi barədə ## ### 2025-ci il tarixli qərarından görünür ki, həmin cinayət işi Təqsirləndirilən şəxs ərizəsi əsasında İsmayılova Tərgül Saqi qızı barəsində CM-nin 128-ci maddəsi ilə başlanaraq istintaq aparılmış və İsmayılova Tərgül Saqi qızının əməlində cinayət tərkibi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, ittihamın əsasını Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə qonşusu İsmayılova Tərgül Saqi qızı ilə aralarında bir müddət əvvəl baş vermiş münaqişə ilə əlaqədar heç bir əsaslı səbəb olmadan sonuncudan 7000 manat pul tələb etməsi, tələb etdiyi pul məbləğini vermədiyi təqdirdə sosial şəbəkələrdə barəsində qonşular arasında əxlaqsız qadın kimi şər-böhtan xarakterli paylaşımlar edəcəyi, daha sonra isə övladları İsmayılov Qasım Yavər oğlu və İsmayılov Ağası Yavər oğlunun saxta sənəd düzəltmək yolu ilə hərbi xidmət keçməkdən yayındırdığı üçün sonuncuların barəsində müvafiq instansiyalara müraciətlər edəcəyi və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə 2024-cü ilin dekabr ayının sonlarında zərərçəkmiş şəxs İsmayılova Tərgül Saqi qızından xeyli miqdar təşkil edən 7000 (yeddi min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməsi təşkil edir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 1998-ci il tarixli, * №-li Qərarının 1-1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Həmin qərarın 1-2-ci bəndin əsasən hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququvə müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür. Həmin Qərarın 3-cü bəndinə əsasən CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Məhkəmə kollegiyası qeyd edir ki, özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olubolmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi bilavasitə həmin Məcəllənin 182.1-ci maddəsində göstərilən dispozisiya ilə bağlıdır. Belə ki, hədə-qorxu ilə tələb etmənin ağırlaşdırıcı hallarının hər birinin (Cinayət Məcəlləsinin 182.2.1-182.2.5-ci maddələri) əsasını həmin maddənin dispozisiyasında verilmiş hədə-qorxu ilə tələb etmənin tərkibi təşkil edir. Hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün Cinayət Məcəlləsinin 182.1-ci maddəsində qeyd olunan əsasların mövcud olması mütləq şərtdir. Birinci instansiya məhkməsi hökmü əsaslandırakən göstərmişdir ki, məhkəmə tərəfindən istintaq zamanı ittiham tərəfinin əsaslandığı sübutlardan biri olan təqsirləndirilən şəxs T.S.İsmayılovanın zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində üçüncü şəxsə, yəni təhqiqatçıya göndərdiyi səs yazısından ibarət diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, səs yazısında Təqsirləndirilən şəxs “Mənim burnum sınıb, mən burnuma beş min manat pul vermişdim. And ola allaha, bunu var ha, bunu bilirsən neynəyəcəm, bunun pişiyini divara dırmaşdıracam. Bunun başına oyun açacam. Qurana and olsun, keçmərəm. Lazım olsa prezident aparatına girəcəm, and ola allaha.” deyə bildirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs səsdə yalnız burnunun estetik əməliyyat xərclərinin təxminən 5000 manat təşkil etməsindən bəhs edir və bu hal sonuncunun zərərçəkmiş şəxsdən 5000 manat məbləğində pul tələb etməsi faktını sübuta yetirmir. Belə ki, CD-diskdə əks olunan 5000 manat məbləği ittihamda göstərilən xeyli miqdarda pul tələbinin sübutu kimi qəbul edilə bilməz. Eyni zamanda, səs yazısı konkret olaraq pul tələb etmənin elementini ehtiva etməməklə, zərərçəkmişə deyil, üçüncü şəxsə ünvanlanmışdır və onun məzmunu tələb edilən məbləğ barədə dəqiq nəticə çıxarmağa imkan vermir. Lakin məhkəmə hesab edir ki, təqdim olunmuş səs yazısı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə bağlı hədə-qorxu elementini ortaya qoyan dolayı sübut rolunu oynayır. Belə ki, səs yazısında təqsirləndirilən tərəfindən emosional ifadələr (“başına oyun açacam”, “prezident aparatına girəcəm” və s.) səsləndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, bu hal zərərçəkmişin əmlakına və ya əmlaka dair hüquqlarına təsir göstərmə niyyətini əks etdirmir və hədə elementinin mövcudluğu müəyyən edilmir və zərərçəkmişin qorxutmaq yolu ilə tələb qarşısında qoyulması ehtimalını real olması müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs İsmayılova Tərgül Saqi qızına qarşı hədələri sonuncu tərəfindən real qəbul edilməsi və zərərçəkmiş şəxs Tərgül İsmayılova həmin hədənin tətbiq edilməsindən ehtiyatlanması ilə bağlı vurğuladığı xüsusatlar iş materiallarına əlavə edilmiş heç bir sübutla öz təsdiqini tapmır və məhkəmə tərəfindən məsələyə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hədəqorxu ilə tələb etməsinin tamah məqsədi ilə edilməsi, sonuncunun qanunsuz tələb irəli sürdüyünü anlaması və bu yolla əmlak, yəni zərərçəkmiş şəxs Tərgül İsmayılovanın pulunu əldə etmək istəməsinin olması barədə 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, cinayət işinin materiallarını nəzərdən keçirdikdən sonra o nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs İsmayılova Tərgül Saqi qızının haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə sonuncunun əmlakını hədə-qorxu ilə tələb etməsi faktı mötəbər sübutlarla əsaslandırılmamışdır. Birinci instansiya məhkməsi hökmü əsaslandırarkən həmçinin göstərmişdir ki, şahid şahid3 məhkəmədə dindirilərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona yaxınlaşıb Tərgül İsmayılovanın iki oğlunun qanunsuz şəkildə hərbi xidmətdən yayındığını və bununla bağlı hüquqmühafizə orqanlarına müraciət etmək istədiyini bildirməsi barədə məhkəməyə məlumat vermişdir. Məhkəmə bunu zərərçəkmiş şəxs T.S.İsmayılovanın hədələnməsi kimi qiymətləndirsə də, məhkəmə kollegiyası bunu əsassız hesab edir. Belə ki, Tərgül İsmayılovanın iki oğlunun qanunsuz şəkildə hərbi xidmətdən yayındığını və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək istəyi vətəndaşın konstitusion hüququdur və bu hal hədələmə kimi qiymətləndirilə bilməz. O da qeyd edilməlidir ki, iş üzrə dindirilmiş şahidlər isə zərərçəkmiş şəxsdən məhz hansı məbləğdə pulun tələb edilməsinin bilavasitə şahidi olmamışlar. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində rüsvayedici məlumatların yayılması ilə bağlı zərərçəkmiş şəxsə hədə-qorxu gəlmədiyini bildirməsini müdafiə xarakterli mövqe kimi qiymətləndirmiş və onun həmin ifadəsinə tənqidi yanaşmış, belə hesab etmişdir ki, aralarında yaranmış mübahisə nəzərə alındıqda Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə qarşı hədə-qorxu tərkibli ifadələr istifadə etməsi mümkündür. Bu baxımdan, hədə elementinin tamamilə inkar edilməsi işin faktiki hallarına uyğun gəlmir və məhkəmə həmin hissəyə münasibətdə təqsirləndirilən şəxsin ifadəsini inandırıcı hesab etmir. Məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsini həmin fikrini sübutlara əsaslanmayan ehtimal kimi qiymətləndirərək əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs İsmayılova Tərgül Saqi qızından tələb edilən məbləğin 7000 manat deyil, həmin məlbəğin yalnız 3500 manat təşkil etməsi barədə işin halı daha ağlabatandır. Belə ki, təqsirləndirilən şəxs bunu etiraf etmiş və göstərmişdir ki, sınmış burnunun estetik cərrahiyyə əməliyyatı üçün bu məbləğ bəs edərdi. Cinayət prosessual qanunvericiliyin sübutların kifayətliliyi və mötəbərliyi prinsipinə əsaslanaraq məhkəmə tələb edilən məbləğin yalnız 3500 manat hissəsini sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs İsmayılova Tərgül Saqi qızında iddia edildiyi qeyd edilmiş 7000 manat məbləğin hədə-qorxu yolu tələb edilməsinə dair sübutların mötəbər olmaması, iş materiallarında nə 7000 manat, nə 3500 manat, nə də digər hər hansı məbləğin hədə qorxu yolu ilə tələb edilməsini təsdiq edən SMS yazışma, səs yazısı və ya video-görüntü olmamasını nəzərə almamış, mövcud SMS yazışmalarında olan mesajların hədə-qorxu cinayətinin tərkib hissəsinin mövcudluğuna dəlalət edən məzmunda olması ilə bağlı səhv nəticəyə gəlmişdir. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” ## ###### 2025-ci il tarixli protokol və SMS mətnlərinə nəzər saldıqda görünür ki, içərisində 01 ədəd 050-556-54-56 simkart nömrəsi olan “Iphone 13 Pro Max” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin mobil tətbiqi vasitəsi ilə şahid3 ##.##.2024-cü il tarixdə, saat 12:26-da, 23 saniyəlik “Salam. Mənəm Təhminədir. Mənim burnum sınıb, mən burnuma beş min manat pul vermişdim. And ola allaha bunu var ha, bunu bilərsən neynəyəcəm, bunun pişiyini divara dırmaşdıracam, bunun başına oyun açacam, qurana and olsun keçmərəm, lazım olsa prezident aparatına girəcəm and ola Allaha”məzmunlu səsli mesaj göndərməsi müəyyən olunmuşdur. (Cild 1, iş vərəqi 26). Məhkəmə kollegiyası hesab edir ki, ifadə - maddi faktlara dair qaynağı insan olan, bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərər çəkmiş şəxs tərəfindən verilmiş ifadələrində əksər hallarda özünün leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Belə ki, zərər çəkmiş şəxsin təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərər çəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Göründüyü kimi, zərər çəkmiş şəxsin ifadələri həm özü-özlüyündə, həm təqsirləndirilən şəxsə verilən ittihamla müqayisədə ziddiyyətli olduğundan, həm də artıq cinayət işi materiallarında mövcud olan digər sübutlarla, o cümlədən həqiqiliyi şübhə doğurmayan SMS mətnləri ilə uzlaşmadığından, həmin ifadələrin obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilməsi istisna olunur. Hər bir halda sübutlar təqsirləndirilən şəxsin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalı, əksi isə təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cinayətə görə cəzalandırılması təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi halında mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilən şəxsin əleyhinə yozularaq onun ittihamının əsasını təşkil edə bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qisminin isə göz ardı edilərək çatılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməli və bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Hazırkı işdə isə ibtidai araşdırma orqanı tərəfindən əldə edilmiş, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və açıq-aşkar şübhəyə yer qoyur. Müəyyən olunmuş bu ziddiyyətlər ittihamın sübuta yetirilməsində kifayət qədər əsaslı şübhələr yaratmaqla həmin şübhələrin aradan qaldırılması üçün hər hansı bir digər sübut məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası ittihamın əsas şahidlərindən olan İsmayılov Qasım Yavər oğlu, şahid1 və şahid3 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrinin həm özlüyündə, həm bir-biri ilə, həm də digər sübutlarla əlaqəli və müqayisəli şəkildə tədqiq edilməsini də zəruri hesab edir. Ümumiyyətlə, şahidlər İsmayılov Qasım Yavər oğlu və şahid1 ifadələrinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şahidlər İsmayılov Qasım Yavər oğlu və şahid1 zərər çəkmiş şəxs İsmayılova Tərgül Saqi qızının oğullarıdır, həmin şahidlərin qərəzsizliyinə əsaslı və təkzibedilməz şübhələr vardır, onların zərər çəkmiş şəxsin maraq və mənafeyinə uyğun ifadə verməsi gözləniləndir. Önəmli hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadə verərkən Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmidir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 7-də N nömrəli hərbi hissənin arxasında fərdi həyət evində iki övladı ilə birgə yaşayır. Həyət evində kanalizasiya quyusu olmadığına görə (şambo) çirkab sular onun evinin qarşısından keçən yola axır. Yayda rütubətdən va pis qoxudan evdə oturmaq olmur. O da hər dəfə suyun qarşısını kəsmək üçün tranplin qoymuşdur ki, su axıb həyətinə keçməsin, amma qonşusu Tərgül onun acığına kanalizasiya problemini həll etmir, buna görə də aralarında dəfələrlə mübahisələr düşmüşdür. ##.##.2024-cü il tarixdə saat 19 radələrində eyni qaydada aralarında mübahisə düşəndə Təgül sifətinə əl zərbələri ilə vuraraq burnunu sındırmış və nəticədə ciddi xəsarət almışdır. Həmin hadisədən 7-8 ay əvvəl 3000 manat xərcləyərək bumunu estetik əməliyyat etdirmiş olduğundan və burnundan sınıq xəsarəti aldığına görə Azərbaycan Respublikası DİN- nin 102 zəng mərkəzinə və 4-cü PŞ-nə ərizə ilə müraciət etmiş, müraciəti əsasında şöbədə təhqiqat aparılmışdır. Lakin araşdırma zamanı tələb etsə də, təkrar burun əməliyyatı üçün lazım olacaq xərc müəyyən edilməmiş, Tərgül isə təkrar burun əməliyyatı üçün zəruri olacaq 3500 manat pul vəsaitini ödəməkdən imtina etmişdir. O, narazılığını təhqiqatçı şahid3 bildirmiş, sonuncu isə araşdırma getdiyini, onun ərizəsi əsasında toplanmış materialın cinayət işinin başlanması məsələsinin həll edilməsinə görə Binəqədi rayon prokurorluğuna göndərildiyini, sonradan tədbir görüləcəyini bildirmişdir. O, təhqiqatçıdan tələb etmişdir ki, bir zərərçəkmiş kimi Tərgül onun burun əməliyyatını boynuna götürsün, həkimin əməliyyat xərcini ödəsin. Çünki o öz həkimi ilə danışmış, sonuncu təkrar burun əməliyyatı üçün 5000 manatdan yuxarı xərci çıxacağını bildirmişdir. O, Tərgülə də bu barədə məlumat vermiş və təklif etmişdir ki, artıq xərci çıxmasını istəmirsə, onu öz tanıdığı həkimə aparsın, xərcləri dəqiqləşdirsin, ya da əməliyyatın xərcini ödəsin. Lakin sonuncu bunların heç birini etməmişdir. Üstəlik, Tərgül bir neçə gün sonra polisə müraciət edərək onun hədə qorxu ilə 3500 manat pul tələb etməsini bildirmiş və onu qanunsuz olaraq həbs etmişlər. Tərgülün onun burnunu sındırmaqla 3500 manatdan çox ziyan vurması faktı üzrə araşdırma aparmaq əvəzinə, polis əməkdaşları ona qarşı qərəzli mövqe tutmuş, əvvəllər polis əməkdaşlarının harkotik maddələr satışına göz yumması barədə sosial mediada paylaşımlar etdiyinə görə Tərgüldən hədələnərək pul tələb edilməsi barədə yalan məzmunlu ərizə alaraq onun özünü həbs etmiş, həmin materialları və ya qəbul edilmiş qərarı barəsində aparılan cinayət işinə əlavə etməmişlər. O, burnunun estetik əməliyyatı üçün tələb olunan 3500 manatı Tərgüldən ala bilməmiş və burnu formasını dəyişərək eybəcərləşmişdir. Bu, adi vizual baxışla da müşahidə olunur. Məhkəmə kollegiyası iş üzrə nəticəyə gələrkən aşağıda göstərilənləri də nəzərə almağı zəruri hesab edir: Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilərək ## ###### 2026-cı il tarixdə Təqsirləndirilən şəxs ərizəsi əsasında İsmayılova Tərgül Saqi qızı barəsində olan cinayət işinin Binəqədi rayon Pİ-dən tələb edilməsi barədə məktub yazılaraq aidiyyəti üzrə göndərilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ərizəsi əsasında toplanmış material əsasında AR CM-nin 128-ci maddəsilə başlanmış cinayət işi üzrə Binəqədi rayon Pİ-nin müstəntiqi E.Əsədov tərəfindən ## ### 2025-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilmiş, həmin qərar barəsində zərərçəkmiş Təqsirləndirilən şəxs məlumat verilmədən cinayət işi Bakı Şəhər BPİ-nin arxivinə verilmişdir. Binəqədi rayon Pİ-nin müstəntiqi E.Əsədovun cinayət işinin icraatına xitam verilməsi barədə ## ### 2025-ci il tarixli qərarından görünür ki, orada Təqsirləndirilən şəxs burnunun sınması aşkar şəkildə görünsə və məhkəmə tibb ekspertizasının bu barədə rəyi geniş şərh edilsə də, onun nəticələrinin aradan qaldırılması üçün təkrar cərrahiyyə əməliyyatının keçirilməli olması, habelə, zəruri olacaq xərclərin (estetik cərrahiyyə əməliyyatı və sair müalicələr üçün) miqdarı müəyyən edilməmişdir. Lakin birinci instansiya məhkəməsində tədqiq edilmiş Binəqədi rayon Pİ-nin müstəntiqi E.Əsədovun cinayət işinin icraatına xitam verilməsi barədə ## ### 2025-ci il tarixli qərarından görünür ki, həmin cinayət işi Təqsirləndirilən şəxs ərizəsi əsasında İsmayılova Tərgül Saqi qızı barəsində başlanmış və istintaq aparılmışdır. İstintaq zamanı hadisədən 6-7 ay əvvəl Təqsirləndirilən şəxs burnunda estetik cərrahiyyə əməliyyatı aparılması, ##.##.2024-cü il tarixdə saat 19 radələrində İsmayılova Tərgül Saqi qızının əl zərbəsi ilə onun burnunu sındırması nəticəsində təkrar estetik cərrahiyyə əməliyyatı keçirilməsi, onun nəticələrinin aradan qaldırılması üçün ciddi xərclərin zəruri olması faktı aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin xərclərin ödənilməsini İsmayılova Tərgül Saqi qızından tələb etmiş, lakin mümkün olacaq xərclərin (estetik cərrahiyyə əməliyyatı və sair müalicələr üçün) miqdarı müəyyən edilməmişdir. İş materiallarından görünür ki, ##.##.2024-cü il tarixdə saat 19 radələrində İsmayılova Tərgül Saqi qızının əl zərbəsi ilə Təqsirləndirilən şəxs burnunu sındırması burnunu sındırması, cərrahiyyə əməliyyatı aparılması zərurəti, təkrar estetik cərrahiyyə əməliyyatı keçirilməsi, onun nəticələrinin aradan qaldırılması üçün ciddi xərclərin zəruri olması faktı aşkar edildiyindən və mümkün olacaq xərclərin (estetik cərrahiyyə əməliyyatı və sair müalicələr üçün) miqdarı müəyyən edilməsi zərurəti yarandığından müdafiə tərəfi məhkəmə tibb ekspertizası keçirilməsini xahiş etsə də, məhkəmə bu vəsatəti təmin etməmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının ## ###### 2024-cü il tarixli **** nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun əsasının qançırı, sağ almacıq nahiyyəsinin və sol diz oynağı nahiyyəsinin qançırları, sol göz qapaqlarının, sol gözaltı nahiyyənin, sol qaşın bayır kənarının, sol almacıq nahiyyəsinin, sağ mil-bilək oynağı nahiyyəsinin, sağ əlin arxa səthinin sıyrıqları kimi xəsarətlər aşkar olunmuşdur. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən ##.##.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Vətəndaş Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini vе lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Vətəndaş Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir. Göründüyü kimi, cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin ortalarında estetik cərrahiyyə əməliyyatı etdirmiş, ##.##.2024-cü il tarixdə saat 19 radələrində qonşusu İsmayılova Tərgül Saqi qızı əl zərbəsi ilə vuraraq onun burnunu sındırmış və nəticədə təkrar estetik cərrahiyyə əməliyyatı keçirilməsi zərurəti yaranmış, müxtəlif həkimlərə müraciət etmiş və 5000-7000 manat xərclə təkrar cərrahi əməliyyat keçirməli olması ona izah edilmiş, o, bu xərclərin ödənilməsini İsmayılova Tərgül Saqi qızından tələb etmiş, daha sonra sonuncuya təklif etmişdir ki, öz tanıdığı həkimlərlə danışaraq istədiyi məbləğə cərrahiyyə əməliyyatı xərclərini ödəsin. Halbuki müdafiə tərəfinin apellyasiya instansiya məhkəməsinə təqdim etmiş olduğu ## #### 2026-cı il tarixli Binəqədi rayon prokurorunun müavini, R Emin Cahangirov tərəfindən qəbul edilmiş cinayət işinə xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis Rı Elnur Əsədovun cinayət işinin icraatına xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli qərarı ləğv edilərək İsmayılova Tərgül Saqi qızı barəsində cinayət işi yenidən araşdırılma aparılması üçün Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilmiş və hazırda da istintaqı davam etdirilir. Məhkəmə kollegiyası hesab edir ki, vətəndaşın ona dəymiş maddi və mənəvin ziyanı tələb etməsi onun konstitusion hüququ olduğundan Təqsirləndirilən şəxs onun burnunu sındırmış İsmayılova Tərgül Saqi qızından vurduğu maddi ziyanı (estetik cərrahi əməliyyat xərcləri ilə əlaqədar maddi ziyan və mənəvi ziyana görə) tələb etməsi və bu ziyanı ödəməkdən imtina edən T.İsmayılovaya hədə-qorxu gəlməsi Azərbaycan Respublikası CM-nin 182.1 maddəsi ilə nəzərdə tutulan hədə qorxu ilə əmlak tələb etmə cinayəti hesab edilə bilməz. Birinci instansiya məhkəməsi göstərilənlərə diqqət yetirməmiş, Təqsirləndirilən şəxs hansı səbəbdən zərərçəkmiş şəxsdən pul tələb etməsini araşdırmamış və təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verə bilməmişdir. Azərbaycan Respublikası CM-nin 182-ci maddəsinin mənasına görə əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. Göstərilən halda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin əməlində özgənin əmlakını və ya əmlaka olan hüququnu tələb etmə kimi cinayət tərkibinin əlamətləri yoxdur. Təqsirləndirilən şəxs özgənin əmlakını deyil, özünə vurulmuş maddi ziyanın ödənilməsini tələb etmiş, tələbi yerinə yetirilmədiyi üçün zərərçəkmiş şəxsi hədələmişdir. Məhkəmə özü də, qeyd etmişdir ki, təqsirləndirilən şəxsin hədə qorxu gələrək qonşusu İsmayılova Tərgül Saqi qızından 7000 manat pul tələb etməklə Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini etməsi iş materialları ilə sübuta yetirilməmişdir. Göründüyü kimi, iş materialları ilə müəyyən edilən hallardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına uyğun olaraq ona xeyli miqdarda maddi və fiziki zərər yetirən İsmayılova Tərgül Saqi qızı barəsində Polis idarəsinə rəsmi müraciət edərək həmin pulun ödənilməsini tələb etmiş, araşdırma aparılaraq onun barəsində cinayət işi başlanmasına nail olmuş, lakin burnunun sınması tibb ekspertizasının rəyi ilə təsdiq olunsa da, ona dəymiş zərəri - burun cərrahiyyə əməliyyatı üçün zəruru olan pulu əldə edə bilməmiş, əksinə, ona dəymiş ziyanı tələb etdiyinə görə həbs edilmişdir. Belə olan halda məhkəmə kollegiyası iş üzrə bütün sübutlara həm ayrılıqda, həm də bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, belə nəticəyə gəlir ki, hadisələrin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən zərər çəkmiş şəxs İsmayılova Tərgül Saqi qızının, eləcə də şahidlər İsmayılov Qasım Yavər oğlunun, şahid1 və şahid3 ziddiyyətli ifadələrindən başqa iş üzrə digər sübutların mövcud olmaması, hazırkı cinayət işi üzrə şübhəli məqamların olması, bu məqamlara aydınlıq gətirən, aradan qaldıran mötəbər sübutların yoxluğu təqsirləndirilən şəxsin hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi qənaətinə gəlməyə əsas vermir və məhkəmə kollegiyası bu qərardan fərqli qərar qəbul edilməsi üçün əsas görmür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Hakimlərin davranışı üzrə Banqalor Prinsiplərinin “hakim ictimai rəydən asılı olmayaraq fəaliyyət göstərməli” olmasına dair 28-ci maddəsinə əsasən məhkəmə işi cəmiyyətdə polemikaya səbəb ola, kütləvi informasiya vasitələrinin diqqətini cəlb edə və geniş şəkildə işıqlandırıla bilər; belə vəziyyətdə hakim “fırtına mərkəzində” ola bilər. Bəzən, bu cür aşkarlığın təsiri altında ictimai rəy nəzərə çarpacaq dərəcədə bu və ya digər arzu olunan nəticəyə doğru meyllənə bilər. Lakin hakim öz vəzifəsini icra edərkən hər hansı kənar təsirdən azad olmalıdır. Hakim tətbiq edəcəyi qanunun və ya mübahisələrini həll etməli olduğu çəkişən tərəflərin ictimaiyyət, KİV, dövlət məmurları və yaxud onun ailə üzvləri və dostları tərəfindən bəyənilib-bəyənilməməsini nəzərə almamalıdır. Hakim hər hansı qrup maraqlarının təsiri altına düşməməli, ictimaiyyətin narazılığına səbəb olmaq və ya tənqidə məruz qalmaq təhlükəsindən çəkinməməlidir. Hakimlərin müstəqilliyi hər hansı formada kənar təsirdən asılı olmamanı nəzərdə tutur. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür (CPM-nin 138.2-ci maddəsi). İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-nin 145.3-ci maddəsi). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır (CPM-nin 349.5.1-ci maddəsi). Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən və apellyasiya məhkəməsində iş üzrə aparılmış məhkəmə istintaqından, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 182.1ci maddəsi ilə cinayət əməlinin törədilməsi sübuta yetirilməmişdir. Bu isə CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət təqibini istisna edən haldır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü ləğv edilməsi və barəsində bəraət hökmünün çıxarılması barədə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. CPM-nin 42.1-ci maddəsinin tələbinə görə - 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 399.1, 399.1.2-399.1.4-cü maddələrinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab edilir. “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 74-cü bəndinə əsasən təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 Çərkəz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilməli, ona CPM-in 42.1.4-cü maddəsinə əsasən CM-in 182.1-ci maddəsi ilə bəraət verilməli, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı CPMnin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, iş üzrə maddi sübut olan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs səs yazılarını əks etdirən 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 42.1.3, 56.0.1, 350, 398.1, 398.1.2, 399.1, 399.1.2- 399.1.4, 407 və 410-cü maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, HÖKM ETDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 Çərkəz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilsin, ona CPM-in 42.1.4-cü maddəsinə əsasən CM-in 182.1-ci maddəsi ilə bəraət verilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs səs yazılarını əks etdirən 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar