Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-429/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 hüquqi varisi – hüquqi varis2, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 hüquqi varisi – hüquqi varis1 və onun nümayəndəsi – “Pro-Bono” Vəkil Bürosunun vəkili Nümayəndə İlyas qızının, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Manaf oğlunun iştirakları ilə, ## ####### 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Manaf oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər X4 və X6 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır, ağır zərər vurulmasına və iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, ## ##### 2025-ci il tarixdə saat 17 radələrində BD****** nömrəli, “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-CY- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu ərazisində Lökbatan qəsəbəsindən Puta qəsəbəsi istiqamətində “iki su arası” adlanan ərazidə 70-80 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə riayət etməklə, yəni ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmaqla və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmaqla və “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətdən artıq sürətlə idarə etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun qeyd olunan tələblərini cinayətkarcasına etinasızlıq edib pozaraq həmin yolda ötməyə başlayaraq hərəkət üçün təhlükə yaradıb avtomobili 60 km/saat sürətdən artıq sürətlə idarə edib qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan Qanuni nümayəndə İmambaxış oğlunun idarə etdiyi “VAZ 21901” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında toqquşaraq ehtiyatsızlıqdan öz avtomobilində olan sərnişin zərərçəkmiş şəxs3 “qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, sol gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sol gözətrafı nahiyəsinin hematoması, sağ bazu sümüyünün böyük qabarının az yerinidəyişən dınığı, sağ əl barmaqlarının sıyrıqları” olmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, zərərçəkmiş şəxs2 “açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, alın sümüyünün hər iki səhfəsinin sağ orbita sümüyünün medial divarına keçən xətti sınığı, sol konyuktivanın qansızması ilə müşayiət olunan sol üst göz qapağının və burunüstü nahiyələrinin əzilmiş yaraları, başın alın, sağ said hər iki diz oynağı nahiyələrinin sıyrıqları” olmaqla ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır, zərərçəkmiş şəxs5 "çənə sümüyünün yerdəyişmiş sınığı, sol bud sümüyünün orta 1/3 qapalı, çox qəlpəli, yerdəyişən sınığı, sağ İ qabırğa qövsündə yerdəyişməyən sınığı, iki tərəfli travmatik pnevmatoraks, l bel fəqərəsinin kompression sınığı, sağ yanaq və sol bazu oynağı nahiyələrinin əzilmiş yaraları” olmaqla ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır, zərərçəkmiş şəxs6 “baş beyin ödemi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sağ təpə - ənsə sümüklərinin xətti sınıqları, dalağın travmatik cırılması, sağdan IV-V-VI, soldan ll-III qabırğaların sınıqları, baş nahiyəsinin əzilmiş yaraları, bədən səthinin qançır, sıyrıqları” olmaqla ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır, VAZ 21901 markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qanuni nümayəndə İmambaxış oğlunun “nazik bağırsağın müsaqirəsinin cırılması, daxili qanaxma, sağ bud sümüyünün orta və yuxarı 1/3-nin, diz qapağının, qapalı, qəlpəli, yerdəyişən sınığı, sağdan V-Vl-VIII qabırğaların, soldan XI qabırğanın sınıqları, C7 (7-ci boyun) fəqərəsinin sağ yan çıxıntısının yerdəyişməyən sınığı, çənənin sağ mental və sol oynaq çıxıntısının yerdəyişən sınığı” olmaqla ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır, sonuncu avtomobildə olan sərnişin, zərərçəkmiş şəxs1 “splenektomiya (dalağın çıxarılması), sol bud sümüyünün yuxarı 1/3-nin qapalı və aşağı 1/3-nin açıq, qəlpəli yerdəyişən sınıqları” olmaqla ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır, zərərçəkmiş şəxs7 “baş beyin ödemi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sağ təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağdan lll-IV-V-VI- VII, soldan l-II-lll-IV-V-VI-VII qabırğaların sınıqları, sol körpücük, sol bazu, sol bud, sağ baldır və sağ pəncə sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sol baldır sümüyünün açıq, yerdəyişmiş sınığı, başın təpə və sağ gözaltı nahiyələrinin əzilmiş yaraları, hər iki gözətrafı, burunüstü, çənə, hər iki bazu, sağ bud – çanaq, hər iki bud və hər iki baldır nahiyələrinin qançırları” olmaqla dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs3 sağlamlığına az ağır, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs5, Qanuni nümayəndə, zərərçəkmiş şəxs1 sağlamlıqlarına ağır zərər vurulmasına, zərərçəkmiş şəxs6 sağ təpə – ənsə sümüklərinin xətti sınıqları, baş beyin ödemi, baş beyin toxumasına onun mədəciklərinə və qişaları altına qansızması və dalağın travmatik cırılması nəticəsində baş vermiş daxili qanaxma, hemorragik şokdan və zərərçəkmiş şəxs7 başın sağ təpə sümüyünün kəllə əsasına keçən xətti sınıqları nəticəsində baş beyin ödemi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma xəsarətlərindən ölümünə səbəb olmuşdur. Hökmdən narazı qalan məhkum edilmiş şəxs və müdafiəçisi Müdafiəçi Manaf oğlu ayrıayrılıqda apellyasiya şikayəti verərək, məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri və tərəflərin çıxışları: Məhkum edilmiş şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində çıxarılmış hökm ağırdır. Hökm verilərkən ilk məhkumluğu olması, qəzanın qarşısının alınmış olması, əməlindən peşman olması, gəncliyi, ailə tərkibi, qəzada yaranmış xəsarətləri nəzərə alınmamışdır. Müdafiəçinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək əməlindən peşiman olduğunu, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə öz hökmündə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsinə cəhd göstərilməsini, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, müdafiə tərəfinin təqdim etdiyi sənədlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirləndirilən şəxs də bədən xəsarəti aldığından, iki dəfə cərrahi əməliyyat olunduğunu və tibbi sənədlərə əsasən hazırda da əlavə müalicəyə ehtiyacının mövcudluğunu təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Manaf oğlu hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs zərərçəkmiş şəxs7 hüquqi varisi hüquqi varis2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkum edilmiş şəxslə barışdığını, lakin ona təyin edilmiş cəzanın azaldılmasına razı olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs zərərçəkmiş şəxs6 hüquqi varisi hüquqi varis1 və onun nümayəndəsi Nümayəndə İlyas qızı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində özünü tam təqsirli bilərək, onun tərəfindən törədilmiş cinayətin halları ilə bağlı hökmün təsviri hissəsinə uyğun ifadələr vermişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməli özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxsin müdafiəçinin və özünün verdiyi apellyasiya şikayətləri, eləcədə ümumilikdə müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə çıxışlarından göründüyü kimi müdafiə tərəfi birinci instansiya məhkəməsininin əməlin tövsifi və təqsirlilik məsələsi ilə bağlı gəldiyi nəticəni və işin faktiki hallarını apellyasiya qaydasında mübahisələndirmir. Müdafiə tərəfinin apellyasiya qaydasında mübahisələndirdiyi yeganə hal təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə olması və ağırlığı ilə bağlı olmuşdur. Məhkəmə kollegiya məhkum edilmiş şəxsə təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulmaqla həmin cinayət əməli ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, ilk dəfə cinayət törətməsini və cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsinə cəhd göstərilməsini, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, müdafiə tərəfinin təqdim etdiyi sənədlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirləndirilən şəxs də bədən xəsarəti aldığından, iki dəfə cərrahi əməliyyat olunduğunu və tibbi sənədlərə əsasən hazırda da əlavə müalicəyə ehtiyacın mövcudluğunu təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını vurğulamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində bir zərərçəkmiş şəxsin sağlamlığına az ağır, dörd zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər yetirilmiş, iki nəfər şəxs isə ölmüşdür. Göründüyü kimi, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi baxımından törədilmiş cinayət əməli ağır nəticələrə səbəb olmaqla yüksək ictimai təhlükəliliyi ilə də seçilmişdir. Buna baxmayaraq birinci instansiyası məhkəməsi tərəfindən cəza təyinin şərtləri və ümumi prinsipləri nəzərə alınmaqla məhkum edilmiş şəxsə orta hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ittiham tərəfi cəzanı mübahisələndirməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələblərinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan orta hədlərdə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Hazırkı halda məhkuma təqsirli bilindiyi maddə üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması, eləcə də barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmayan digər cəza növlərinin təyin edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Manaf oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-429/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-429/2026
12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver