Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-431/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünə əsasən ##.##.1996-cı ildə Xaçmaz rayonu, Bəbəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmayan, Xaçmaz rayonu, Müşkür ə/d, Bəbəli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və mülki iddia məsələsi də həll edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə saat 20:10 radələrində Yasamal rayonu, Tbilisi propekti 1058 ünvanında yerləşən “Neptun” marketin qarşısında 99 C 642 dövlət qeydiyyat nişanlı “Bajaj Pulsar NS200” markalı motosikleti ilə hərəkətdə olan zaman ** RD *** dövlət qeydiyyat nişanlı “Daewo Lanos” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ona yol verməməsi və avtomobili ilə onu sıxması nəticəsində sonuncu mübahisə etməyə başlamışdır. Daha sonra sonuncunun münaqişəni sonlandırmasına baxmayaraq heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyub xuliqanlıq niyyəti ilə bədən xəsarəti yetirmək məqsədi ilə idarə etdiyi motosikletlə zərərçəkmiş şəxsi təqib edərək xuliqanliq əməllərini davam etdirmişdir. O, Yasamal rayonuna aid hissədə BakıSumqayıt yolu ilə Moskva prospektini birləşdirən tuneldə Zərərçəkmiş şəxs qarşısını kəsərək münaqişəni davam edirmək üçün çoxsaylı insanların olduğu yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakını məhv edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, əlində olan istintaqla müəyyən olunmayan silah qismində istifadə etdiyi ucu iti-kəsici alətlə avtomobilin sürücü tərəfdən sol yan şüşəsini qəsdən vurub sındıraraq Zərərçəkmiş şəxs avtomobilinə 300 manat məbləğində maddi ziyan vurmuşdur. Daha sonra əlindəki istintaqa məlum olmayan ucu iti-kəsici alətlə xuliqanlı niyyəti ilə Zərərçəkmiş şəxs bir dəfə sağ göz nahiyəsindən qəsdən vuraraq sağ gözünün OD-korneoskleral geniş məsafəli dəlib keçən yaralanması, qüzehli qişanın və şüşəvari cisminin xaric olması, travmatik şişkinləşən katarakta kimi xəsarətlər yetirib dərəcəsinə görə əmək qabiliyyətinin üçdə birindən az olmamaqla (35%) əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurma ilə nəticələnən insan həyatı üçün təhlükəli olan sağlamlığına AĞIR xəsarət yetirməklə xuliqanlıq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə, həmin Məcəllənin 221.3-cü maddəsindən 221.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddələr ilə cəza təyin edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsi və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 131.2-ci maddəsinə tövsif edilməsi və ona həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 ay müddətə azadıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərdə tutulmuş hissədə amnistiyanın tətbiq edilməsi və mülki iddianın təmin edilməsi hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı aşkar olunan faktlarla ibtidai istintaqın qərəzli və qanunazidd aparıldığına heç bir şübhə qalmamışdir. Buna baxmayaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələri ilə təqsirli bilinərək ittiham olunmuşdur. Həmin maddələrdən 221.1-ci maddə ilə təqsirləndirməni haqlı hesab etsələr də 126.1-ci maddənin tətbiq edilməsini əsassız hesab edirlər. Belə ki, işin hallarından da aydın şəkildə göründüyü kimi zərərçəkmiş Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış məlum hadisə vaxtı Təqsirləndirilən şəxs nəinki Zərərçəkmiş şəxs bədən xəsarəti yetirmək, hətta avtomobilin şüşəsini sındırmaq niyyəti belə olmadan sürücüsü Zərərçəkmiş şəxs onun ünvanina nalayiq ifadələr işlətməsinə son qoyması və hərəkətlərinin səhv olduğunu anlatması üçün avtomobilin qapısını açmasını tələb edərkən yumruq vəziyyətinə gətirdiyi əli ilə bir qədər açılmış vəziyyətdə olan şüşəyə 3-4 dəfə zərbə vurmuş, həmin zərbələrdən təsadüfən sınan şüşənin qırığı Zərərçəkmiş şəxs gözünə dəyərək xəsarət yetirmişdir. Şüşənin bir qədər açılmış vəziyyətdə olması yumruqla vurularkən sınmasına səbəb ola bilərdi. Həmin vaxt təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs hər hansı bədən xəsarəti yetirmək, ona maddi ziyan vurmaq niyyəti olmamışdır, əgər həqiqətən də belə niyyəti olsa idi şüşə qırıldıqdan dərhal sonra həmin şərait yarandığı halda bunu edərdi. Lakin o, Kərimova heç bir bədən xəsarəti yetirməmiş və dərhal hadisə yerindən uzaqlaşmışdır. Bu, yəni Zərərçəkmiş şəxs sağ gözündən başqa digər bədən xəsarəti almadığı ilkin və təkrar MTE rəylərində də öz əksini tapmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs həmin situasiyada avtomaşının şüşəsini sındırmaq məqsədinin olması yalnız aşağıdakı hallardan birində məntiqli hesab edilə bilərdi: 1.Zərərçəkmişə maddi ziyan vurmaq məqsədi ilə - belə olan halda Təqsirləndirilən şəxs təkcə yumruq ilə yalnız avtomaşının sürücü tərəfdən şüşəsinə vurmaqla kifayətlənməz avtomaşının digər şüşə və hissələrinə əl, ayaq və sairlə zədə yetirərdi, lakin belə bir hal baş verməmişdir.
2. Avtomaşının şüşəsini sındırdıqdan sonra əlçatan vəziyyətdə olan sürücüyə bədən xəsarətləri yetirmək - belə olan halda o, şüşə sındıqdan sonra sürücüyə hər hansı xəsarət yetirərdi, lakin buna aşkar şəkildə imkan yarandığı halda bunu etməmiş, əksinə şüşənin sindığını görüb dərhal oradan uzaqlaşmışdır. 3. Təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəlcə avtomaşının şüşəsini sındırdıqdan sonra əlçatan vəziyyətdə olan sürücüyə bədən xəsarətləri yetirmək niyyəti olmuş, lakin zərəçəkmişin bədən xəsarəti aldığını görüb hərəkətlərini dayandırmışdır belə olan təqdirdə isə o, zərərçəkmişə bədən xəsarəti yetirdiyini bildiyi halda hadisə baş verdiyi gündən saxlanılanadək təxminən bir ay müddətində gizlənməyə cəhd belə göstərmədən hadisənin başverdiyi yolda gündəlik işini davam etdirməzdi. Belə ki, o, zərərçəkmişin xəsarət aldığını belə görməmişdir. Bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs əməli hökmdə göstərildiyi kimi dolayı qəsdlə törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dolayı qəsdə belə anlayış verilmişdir: “Şəxs öz hərəkətinin (hərəkətsizliyinin) ictimai-təhlükəli olduğunu dərk etmiş, onun ictimai-təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.” Dolayı qəsdin əqli və iradi ünsürləri aşağıdakılardır: 1. Şəxs öz əməlinin ictimaitəhlükəli olduğunu dərk edir; 2. Belə əməlin ictimai-təhlükəli nəticəyə səbəb olacağı imkanını qabaqcadan görür; 3. Baş verəcək nəticəni arzu etməsə də, şüurlu surətdə öz əməlinə yol verir. X5 isə avtomaşının şüşəsinə yumruqla vurarkən şüşəni sındırmaq niyyəti olmadığından və adi şəraitdə avtomaşın şüşəsinin yumruq dəyərkən sınmayacağı qədər möhkəm olduğuna əmin olduğundan sürücüdən avtomaşınından düşməsini istəyərkən şüşəyə yumruqla vurmasının ictimai-təhlükəli əməl olduğunu dərk edə bilməz və bunun ictimai- təhlükəli nəticəyə səbəb olacağı imkanını qabaqcadan görə bilməzdi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 26.3-cLi maddəsində göstərilmişdir ki, “Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai- təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.” Etinasızlığın ünsürləri aşağıdakılardır: 1. Şəxs öz əməlinin ictimai-təhlükəli nəticələrini qabaqcadan dərk etmir; 2. Belə nəticələri görmək onun vəzifəsidir; 3. Şəxsin belə nəticələri görmək imkanı olur. Təqsirləndirilən Təqsirləndirilən şəxs avtomaşının şüşəsinə yumruqla vurarkən şüşəni sındırmaq niyyəti olmadığından və adi şəraitdə avtomaşın şüşəsinin yumruq dəyərkən sınmayacağı qədər möhkəm olduğunu bildiyindən şüşənin sınmayacağına əmin olaraq əməlinin ictimai-təhlükəli nəticələr verə biləcəyini qabaqcadan dərk etməmiş, lakin belə nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 131.2-ci maddəsinə tövsif edilməlidir. Həmçinin hökmün həmin məcəllənin 221.1-ci maddəsi ilə bağlı hissəsində müvəkkili Təqsirləndirilən şəxs özünü təqsirli bilir. Buna görə də Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarı ona şamil edilməlidir. Məhkəmənin mülki iddia ilə bağlı hissədə gəldiyi nəticəni də əsaslı hesab etmirlər. Belə ki, vurulmuş maddi ziyanın məbləğini 300 manat olaraq müəyyən edən məhkəmə həmin məbləğin hansı əsaslarla müəyyən edildiyinə dair hər hansı dəlil göstərməmişdir. Mənəvi ziyanın isə müəyyən edilən maddi ziyana tənasübsüz formada artıq olmasını doğru hesab etmirik. Belə ki, mənəıviu ziyanın müəyyən edilən maddi ziyana nisbəti 10 qatdır. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan onun dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan onun dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 131.2ci maddəsinə tövsif edilməsi barədə dəlillərini əsassız hesab edərək həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2001-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ##.##.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi sübutların düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Hazırki iş üzrə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə ittiham irəli sürülməsinə baxmayaraq birinci instansiya məhkəməsi toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qeyri-etik və hüquqa zidd hərəkətləri nəticəsində ilkin baş vermiş hadisənin səbəbini aydınlaşdırmaq məqsədi ilə, 20 Yanvar körpüsünə tərəf zərərçəkmiş şəxsin arxasınca hərəkət edərək yolda olan tıxacdan istifadə etməklə sonuncunun avtomaşınına çatmış və onun maşından düşməsini tələb etsə də, zərərçəkmiş şəxs maşından düşməmiş və aralarında davam edən mübahisə zəmnində təqsirləndirilən şəxs avtomobilin qabaq sağ şüşəsini əlində heç bir alət və vasitə olmadan 4 dəfə yumruqla vurmaqla şüşəni sındırmış və sınmış şüşə parçasının dağılması nəticəsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs gözünə xəsarət yetirilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və ekspertin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, hadisə yerinə, avtomobilə baxış keçirilməsi protokolları, fotoşəkillər və digər iş materiallarını tədqiq edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 126.2.4cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə, həmin Məcəllənin 221.3-cü maddəsindən 221.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddələr ilə cəza təyin edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan müdafiə tərəfinin apellyasiya şikayətindən göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli olması mübahisələndirilməsə də, əsas dəlilləri qismində onun avtomaşının şüşəsinə yumruqla vurarkən şüşəni sındırmaq niyyəti olmadığından və adi şəraitdə avtomaşının şüşəsinin yumruq dəyərkən sınmayacağı qədər möhkəm olduğunu bildiyindən şüşənin sınmayacağına əmin olaraq əməlinin ictimaitəhlükəli nəticələr verə biləcəyini qabaqcadan dərk etməməsi və belə nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməməsi, yəni təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına ehtiyyatsızlıqdan ağır zərərin vurulması qeyd olunmaqla onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 131.2-ci maddəsinə tövsif edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı iş materiallarında olan sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmış və həmin sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələri ilə təqsirli bilinməsinə dair düzgün nəticəyə gəlinmiş və apellyasiya baxışı nəticəsində işin hallarını şübhə altına alınması, o cümlədən təqsirləndirilən şəxsin əməlinin tövsifinin dəyişdirilməsi üçün hər hansı əsas müəyyən olunmamışdır. Məhəkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli olmaması mövqeyinin əsasları kimi göstərilən Təqsirləndirilən şəxs avtomobilin şüşəsini sındırmaq niyyəti belə olmadan sürücüsü Zərərçəkmiş şəxs onun ünvanina nalayiq ifadələr işlətməsinə son qoyması və hərəkətlərinin səhv olduğunu anlatması üçün avtomobilin qapısını açmasını tələb edərkən yumruq vəziyyətinə gətirdiyi əli ilə bir qədər açılmış vəziyyətdə olan şüşəyə 3-4 dəfə zərbə vurması, həmin zərbələrdən təsadüfən sınan şüşənin qırığı Zərərçəkmiş şəxs gözünə dəyərək xəsarət yetirməsi dəlilləri ilə razılaşmayaraq işin faktiki hallarından, habelə təqsirləndirilən şəxsin özünün və zərəçəkmiş şəxsin ifadəsindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə istinad olunan cinayət əməlini törətməsinin, yəni zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərərvurması faktının tam sübuta yetirildiyini qeyd edir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi birinci ifadəni təsdiq etmir, ikinci ifadəni isə müstəntiq yazıb ona qol çəkdirmiş, o, belə bir ifadə verməmişdir. O, 10 ilə yaxındır ki, sürücülük edir, bütün nəqliyyat vasitələrini idarə edə bilir və kuryer kimi fəaliyyət göstərdiyinə görə motosiklet sürür. ## ### 2025-ci ildə, səhər saat 8 radələrində üzü 20 Yanvar istiqamətində hərəkət etmiş, o, üçzolaqlı yolda orta zolaqla hərəkət etmişdir. Zərərçəkmiş şəxs zolağı qaçırdığına görə məcbur sağ zolağa-Papanin tərəfə dönməli olmuş, xəttin üstünə gəlib çatanda birdən maşınını onun üstünə çəkərək qəza şəraiti yaratmışdır. Bu zaman hava yağışlı olduğundan yıxılma təhlükəsi olmuş, motosikleti Zərərçəkmiş şəxs yanına sürərək “dəlisən, maşını belə üstümə çəkirsən?” deyə bildirmiş, sonuncu da ona “dəli sənin nəslindir” deyə cavab vermişdir. O, təkrar irad bildirəndə, Zərərçəkmiş şəxs “o...ğ oğlu, o..ğ” deyə təhqir edərək onu maşını ilə daha da sıxmağa başlamış, həmin vaxt ikisi də öz nəqliyyat vasitələrinin hərəkətini davam etmişdirlər. Zərərçəkmiş şəxs maşınının şüşəsini bir qədər aşağı salmış, onu “bardyor”a vurduqdan və söydükdən sonra çıxıb getmişdir. Onun atası yanvar ayının 7-də iki ay xəstə yatdıqdan sonra xərçəng xəstəliyindən rəhmətə getmiş, Zərərçəkmiş şəxs da onun atası və ailə üzvlərini təhqir etdiyinə görə sonuncuya “sən nə edirsən” deyə bildirərək motosikletini kənara çəkib gözləmiş, Zərərçəkmiş şəxs isə maşını üstünə sürüb çıxıb getmişdir. O, özünə gəldikdən sonra yenidən hərəkətə başlamış, 20 Yanvar körpüsünə çatanda Zərərçəkmiş şəxs “maşını kənara çək, görüm niyə belə edirsən” deyə bildirərək sonuncunun maşınına tərəf getmiş, maşının qapısı bağlı olsa da, pəncərəsi azca açıq olmuşdur. Daha sonra o, sonuncuya “aşağı düş görüm niyə belə edirsən? Sən məni tanıyırsan ki, söyürsən?” deyə bildirmişdir. Hər ikisi bir-birlərinə təhqiramiz ifadələr işlətdikdən sonra o, iki-üç dəfə şüşəyə qapını açması üçün yumruq vurmuş, dördüncü dəfə vuranda şüşə partlamış və əli içəri keçərək Zərərçəkmiş şəxs burnunun ucuna toxunmuş, bundan sonra sonuncuya heç bir zərbə vurmamışdır. O, şüşənin qırılacağını düşünməmiş, maşın köhnə olduğuna və şüşə də ləngər vurduğuna görə partlamışdır. Zərərçəkmiş şəxs 102-ni yığacağını bildirəndə o da yığmasını qeyd etmişdir. Daha sonra arxadakı maşından bir nəfər düşüb ona getməsini bildirmiş, o da motosikletinə minib getmişdir. O, növbəti gün şüşənin qırılması ilə bağlı ona zəng ediləcəyini düşünsə də, heç bir zəng edilməmiş, həmin motosikletlə tutulduğu günədək həmin istiqamətlərdə hərəkətdə olmuş, işləmiş, polis onu çağırmamış və ya zəng etməmişdir. İyun ayının 8-də ona zəng gəlmiş və “yerdən telefon tapmışıq, içərisində sizin nömrəniz var. Yaxınlaşın sizə təqdim edək” deyə bildirilmişdir. O isə Sumqayıtda olduğunu, səhər gedib götürə biləcəyini bildirmiş, bundan sonra əməliyyatçılar onu evin qarşısında saxlayıb 29-cu bölməyə aparmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, əlində, motosikletində heç bir kəsici, deşici alət olmamış, indiyədək də elə bir vasitədən istifadə etməmişdir. O, şüşə qırılandan sonra çıxıb getmiş, ondan sonra heç nə etməmiş, şüşənin qırılması onu özünə gətirmiş, Zərərçəkmiş şəxs şüşə qırılan kimi “ay gözüm” kimi söz işlətsə də, sonuncunun xəsarət aldığını görməmişdir. Belə ki, Zərərçəkmiş şəxs ciddi xəsarət aldığını bilsə növbəti gün yenidən kuryer işini davam etdirməzdi. Hadisəni başladan Zərərçəkmiş şəxs olmuş, sonuncunun maşınının güzgüsünü vurmasının səbəbi Zərərçəkmiş şəxs onun ailə üzvlərini və rəhmətlik atasını söyməsi olmuş, hadisə zamanı onları sakitləşdirən olmamışdır. Şüşə sınandan sonra arxadakı maşında olan oğlan “sür get, problem olmasın” deyə bildirmiş, tıxac olduğundan hamı öz maşınında olmuş, onun şüşəyə vurması və getməsi təxminən 1-2 dəqiqə çəkmiş, Zərərçəkmiş şəxs maşından düşməmiş, o, sonuncunun üzünə və sinəsinə yumruq vurmamışdır. Zərərçəkmiş şəxs maşınının şüşəsinə qorxutmaq məqsədilə vurmuş, şüşənin sınacağını düşünməmişdir. Sonuncu maşından düşsə, yerdə məsələni üz-üzə aydınlaşdıracaq, maşında oturanda onu özündən aşağı bildiyindən yerə düşəndən sonra onu söyməyəcəkdi. O, yumruğu zərbə ilə vurmuş, lakin niyyəti Zərərçəkmiş şəxs zərər yetirmək olmamışdır. Belə ki, məqsədi bu olsa, sonuncuya şüşə qırılandan sonra da zərər vurmağa davam edərdi. Onun əli Zərərçəkmiş şəxs burnuna dayananda sonuncu “ay gözüm” deyə bildirmişdir. Həmçinin zərərçəkmiş şəxslə barışmağa dəfələrlə cəhd etmələrinə baxmayaraq, zərərçəkmiş şəxs hər dəfə müxtəlif rəqəmlər göstərərək, ilk olaraq 75.000, sonra 50.000 və ən son mülki iddia verərək 25.000 manat göstərərək barışmaqdan yayınmışdır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ##.##.2025-ci ildə saat təxminən 20:00 radələrində İnqilab tərəfdən gəlib prospektə dönəndə yolda tıxac olmuş, orada ona yaxın bir yerdə bir motosiklet dayanmışdır. Bu zaman arxada olan maşınlar ona qarşıdakı boşluğa sürməsini bildirərək siqnal verdiyindən o bir qədər qabağa sürmüş və təqsirləndirilən şəxsin motosikletinin qabaq təkərinin onun maşınının arxa təkərində dayandığını görmüşdür. Daha sonra maşının arxa tərəfindən küt səs eşitmiş, güzgüdən baxanda sonuncunun “məni sıxdın və.s” tam eşitmədiyi sözləri dediyini, əl hərəkətləri etdiyini görmüş, lakin tam nə dediyini eşitməmiş, maşını niyə yumruqladığını soruşmuşdur. Bu zaman təqsirləndirilən şəxs onu sıxdığını bildirmiş, o da ona “sür, rədd ol get” demiş, daha sonra təqsirləndirilən şəxs ona “başıxarab” dedikdə o, da cavabında “başıxarab sənin nəslindir” deyə bildirmişdir. Həmin yerdə onların aralarında söyüş olmamışdır. Onun maşını köhnə olduğundan saxlayarkən sönmüş, yenidən işə salaraq bir az qabaqdan dönüb oradan uzaqlaşmış, təqsirləndirilən şəxs isə onun arxasınca gəlmişdir. Həmin yerdən 800 metr, 1 km uzaqlaşdıqdan sonra tuneldə tıxacda dayanarkən təqsirləndirilən şəxs gələrək motosikletini onun maşınının qarşısında saxlamış və onun maşından düşməsini tələb etmişdir. O maşından düşmədikdə təqsirləndirilən şəxs maşının qapısını açmaq istəmiş, lakin onun maşını köhnə olduğundan və qapılar içəridən açıldığından sonuncu çöldən qapını aça bilməmiş, o, nə etdiyini soruşanda təqsirləndirilən şəxs maşının qabaq sol şüşəsinə yumruq vurmağa başlamış və nəticədə maşının şüşəsini sındırmışdır. Şüşəni sındıran kimi təqsirləndirilən şəxsin əli şüşədən keçib burnunun ucuna dəymiş, həmin anda o, maşının kəmərini açmağa çalışdığından sonuncunun əlini tuta bilməmiş, gözünə nəsə olduğunu hiss edən kimi “ay gözüm” deyə qışqırmışdır. Bu zaman onun sağ gözündən qan axdığından o, çətinliklə görə bilmiş, 102 xidmətinə zəng edən zaman isə təqsirləndirilən şəxsin qaçdığını görmüş, zəngi saxlayaraq sonuncunun kim olduğunu bilməsi üçün şəklini çəkmişdir. Bundan sonra 102-yə zəng etmiş, təcili tibbi yardım gələrək onu Zərifə Əliyeva klinikasına aparmış, orada əməliyyat keçirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs onun maşının şüşəsini nə ilə sındırdığını tam bilməmiş, yan şüşə rahatlıqla sına bilməyəcəyindən, yəqin ki, sonuncunun əlində nəsə olmuş, təqribən 3 yumruğa şüşə sınmış və ani dəqiqədə gözü kəsilmişdir. O, Təqsirləndirilən şəxs əlində kəsici, deşici alət görməsə də, şüşəyə dəyən səsdən nə iləsə vurduğunu hiss etmişdir. Belə ki, gözündəki xəsarət adi yumruqla yarana bilməyəcəyindən yəqin ki, Təqsirləndirilən şəxs dəmirlə vurmuş, onun gözü maşının hansısa hissəsinə dəyməmişdir. Şüşə sınandan sonra o, Təqsirləndirilən şəxs heç nə edə bilməsin deyə dönüb əlini tutmaq istəmiş, döndüyü anda gözündən qan axmağa başlamış, görmə məhdudiyyəti yaranmışdır. O döndükdən sonra Təqsirləndirilən şəxs onu vurmamış, gözünə yumruq atmamışdır. O, küt alətin nə olduğunu, sonuncunun onun gözünə nə ilə vurduğunu görməmiş, lakin dönəndə artıq gözünə nəsə olmuşdur. O, Təqsirləndirilən şəxs ailəsini söyməmiş, sadəcə bir dəfə “başıxarab nəslindir” demiş, sürüb uzaqlaşmaq istəsə də, sonuncu onun bilmədiyi səbəbdən arxasına düşmüşdür. Belə ki, Təqsirləndirilən şəxs çox aqressiv şəkildə maşınına vurduğundan o mübahisə etmək istəməmiş və uzaqlaşıb getmək istəmişdir. Tıxacda olarkən o, Təqsirləndirilən şəxs motosikletini sıxsa belə sonuncuya xəsarət yetirməmiş, onlar yanbayan dayanmışlar. Hadisə axşam saat 20:00 radələrində baş vermiş, hava azca qaranlıq olmuş, ətrafda maşınlar olsa da, adamlar olmamış, kənardan heç kəs onlar tərəfə gəlməmiş, müdaxilə etməmişdir. Təqsirləndirilən şəxs ətrafdakılara qarşı nəsə etməmiş, xoşagəlməz heç nə etməmiş, onunla olan mübahisə maksimum 2 dəqiqə çəkmiş, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində avtomobilinə 300 manat dəyərində zərər dəymişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrinə, eləcə də iş materiallarında olan digər sübutlarla apellyasiya şikayətinin dəlillərini əsassız edir və xüsusi olaraq onu qeyd edir ki, təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində “maşın köhnə olduğuna və şüşə də ləngər vurduğuna görə partlamışdır.” məzmununda ifadəsi ilə “avtomobilin şüşəsini sındırmaq niyyəti olmadan bir qədər açılmış vəziyyətdə olan şüşəyə 3-4 dəfə zərbə vurması, həmin zərbələrdən təsadüfən sınan şüşənin qırığı Zərərçəkmiş şəxs gözünə dəyərək xəsarət yetirməsi” barədə mövqenin bir araya sığmadığını qeyd edərək Təqsirləndirilən şəxs həmin situasiyada avtomaşının şüşəsini sındırmaq məqsədinin olmaması barədə dəlilləri ağlabatan hesab etmir. Belə ki, işin mübahisə doğurmayan hallarına görə birinci instansiya məhkəməsində “maşın köhnə olduğuna və şüşə də ləngər vurduğuna görə partlamışdır” məzmununda ifadə verən təqsirləndirilən şəxsin bir qədər açılmış vəziyyətdə olan şüşəyə 3-4 dəfə zərbə vurması halında həmin əməli törədərkən şüşənin sınmayacağına əmin olaraq əməlinin ictimaitəhlükəli nəticələr verə biləcəyini qabaqcadan dərk etməməsi qənaətinə gəlinməklə onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə ehtiyyatsızlıqdan törədilmiş cinayət kimi tövfinə əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edərək təqsirləndirilən şəxsin özünümüdafiəsi və cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığını hesab edir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə yekun nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə özünü təqsirli bilməsi və buna görə də “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarı ona şamil olunması dəlili ilə də razılaşmayaraq qeyd edir ki, “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisi Qərarının 15-ci bəndinə əsasən cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Belə ki, hökmdən göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuşdur ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan və “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisi Qərarının 15-ci bəndinə əsasən cinayətlərin məcmusuna daxil olan həmin cinayətə görə amnistiyanın tətbiqi məhdudlaşdırıldığından Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə münasibətdə amnistiyanın tətbiqi üçün əsasların olmadığını qeyd edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıkarı qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən ssağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.1-ci xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutaraq təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs münasibətdə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc və ali təhsilli olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi və onun cəzasını ağırlaşdıran hal müəyyən etmədən, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza tədbirinin növü və həddi ilə razılaşaraq cəzanın yüngülləşdirilməsi və ya ağırlaşdırılması üçün hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara a l ı r:
Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən Əfqan Ələkbərov
Hakimlər: Faiq Qəniyev
Zəfər Əhmədov