Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-432/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Müdafiəçi X8, Məhkum edilmiş şəxs İsmayılov Ceyhun Akif oğlunun iştirakları ilə, İsmayılov Ceyhun Akif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 1(101)-1279/2025 nömrəli hökmündən məhkum edilmiş şəxs İsmayılov Ceyhun Akif oğlu və onun müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 1(101)-1279/2025 nömrəli hökmünə əsasən (hakimlər X4 (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və X6 ibarət tərkibdə) ## ######## 1986-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, 4-cü mikrorayon, Yataqxana-2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan İsmayılov Ceyhun Akif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən İsmayılov Ceyhun Akif oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq xüsusilə külli miqdarda və külli miqdarda narkotik vasitələri, eləcə də xüsusilə külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan "Mahmud” ləqəbli şəxs ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən "Mahmud” ləqəbli şəxsin sifarişi, daha sonra isə gələcəkdə "müştərilərə” çatdırılması üçün hər kiloqram kütləyə görə 200 (iki yüz) manat pul təklifi müqabilində sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi ərazisində yerləşdirdiyi "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 5010 qram qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan xüsusilə külli miqdarda 2035 qram çəkidə narkotik vasitə heroini, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in II siyahısına daxil olan xüsusilə külli miqdarda 3010 qram çəkidə psixotrop maddə metamfetamini həmin yerdən qanunsuz olaraq əldə edib ünvan 2 ünvanının yaxınlığınadək əlində olan yük çantasında daşıyaraq saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İsmayılov Ceyhun Akif oğlu ## ###### 2025-ci il tarixdə saat 20:35-də yuxarıda qeyd olunun ünvanda saxlanılaraq BMCMİ-yə gətirilmiş və həmin tarixdə saat 22:01-dən etibarən ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqlardan birində İsmayılov Ceyhun Akif oğlunun üzərində şəxsi axtarış və götürmə, eləcə də sağ əlində saxladığı yük çantasına keçirilən baxış zamanı həmin çantadan 5 ədəd ağ rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 990 qram, 995 qram, 995 qram, 1035 qram, 995 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 5010 qram narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 985 qram, 1050 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi xüsusilə külli miqdarda 3010 qram psixotrop maddə metamfetamin, 2 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram, 1030 qram olmaqla ümumi təmiz çəkisi xüsusilə külli miqdarda 2035 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 1(101)-1279/2025 nömrəli hökmündən məhkum edilmiş şəxs İsmayılov Ceyhun Akif oğlunun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 1(101)-1279/2025 nömrəli hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahidlərin məhkəmədə verdiyi ifadələrin məhkəmədə verdikləri ifadələrin tam və dolğun formada hökmdə öz əksini tapmamışdır. Belə ki, şahid3 məhkəmədə ifadə verərkən bildirmişdir ki, əməliyyat qrupunun rəhbərinin kim olmasını bilmir. Əməliyyat məlumatlarının kimin tərəfindən əldə edilməsindən xəbəri yoxdur, təsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməyib, mövcud plenumun qərarından xəbərsizdir və videoçəkiliş saxlanılan yerdə aparılması barədə hər hansı bir göstəriş almayıb. Babayev İlkin Vüqar oğlu məhkəmədə ifadə verərkən bildirmişdir ki, əməliyyat qrupunun rəhbərinin kim olmasını bilmir. Əməliyyat məlumatlarının kimin tərəfindən əldə edilməsindən xəbəri yoxdur, təsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməyib, mövcud plenumun qərarından xəbəri var və videoçəkiliş saxlanılan yerdə aparılmasının səbəbi olaraq bildirib ki həmin küçədə siravi vətəndaşların sıx gəlib-getdiyi yerdir və bu səbəbdən videoçəkiliş hadisə baş verən yerdə yox idarədə xidməti otaqda aparılıb. şahid1 məhkəmədə ifadə verərkən bildirmişdir ki, əməliyyat qrupunun rəhbərinin kim olmasını bilmir. Əməliyyat məlumatlarının kimin tərəfindən əldə edilməsindən xəbəri yoxdur, təsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməyib, mövcud plenumun qərarından xəbəri var sadəcə hava soyuq olduğu üçün videoçəkiliş aparmaq imkanları olmayıb. Bundan başqa, təqsirləndirilən şəxsin ifadəsi düzgün formada hökmdə öz əksini tapmamışdır. İsmayılov Ceyhun Akif oğlu məhkəmə verdiyi hər ifadəsində israrla döyüldüyünü, hadisələrin real olaraq ittihamda qeyd edildiyi kimi yox başqa cür baş verməsini, ilkin təhqiqi at və istintaq sənədlərindəki imzaların ona məxsus olmaması ilə bağlı fikirlər bildirmişdir. Lakin məhkəmədə hökmdə sənədlərdəki imzaların İsmayılov Ceyhuna məxsus olmaması ilə bağlı fakta ümumiyyətlə münasibət bildirməyərək kobud pozuntuya yol vermişdir. “X16” ##.##.2025-ci il tarixli*** saylı rəyində şübahəli şəxsin tutulması haqqında qərar, şübhəli şəxsin tutulması haqqında protokol, şəxsi axtarış və götürülmə aparılması haqqında qərar, şəxsi axtarış və götürülmə aparılması haqqında protokol, ilkin etirafedici izahatdakı imzaların İsmayılov Ceyhun Akif oğlu tərəfindən yox başqa şəxs tərəfindən icra edilməsi qeyd edilmişdir. Sözügedən rəy iş üçün çox əhəmiyyətli sübutdur. Həmin rəy məhkəməyə təqdim ediləndə dövlət ittihamçı və məhkəmə tərkibi bildiriblər ki bu dövlət ekspertiza mərkəzi tərəfindən verilən rəy deyil və sübut əhəmiyyəti daşımır. Lakin müqdafiəçi olaraq bu məsələyə dərhal münasibət bildirirərək məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi haqqında vəsatət verdim. Buna baxmayaraq vəsatətim əsassız olaraq təmin edilmədi. Sədrlik edən hakim bildirdi ki, şəxsi axtaraış və götürmə istintaq hərəkəti zamanı çəkilən videoçəkilişdə İsmayılov Ceyhun Akif oğlunun aşkar edilmiş narkotik vasitələrin qablaşdırılmasın təsdiq edən aktda imzam çəkilməsi öz təqdiqini tapır, buna görə də şübahəli şəxsin tutulması haqqında qərar, şübhəli şəxsin tutulması haqqında protokol, şəxsi axtarış və götürülmə aparılması haqqında qərar, şəxsi axtarış və götürülmə aparılması haqqında protokol, ilkin etirafedici izahatdakı imzaların təqsirləndirilə şəxsə məxsus olmamsı mümkün deyil. Qeyd edilən əsaslandırma kifayət qədər məntiqsiz və hüquqi baxımdan qanunsuzdur. Bundan sonra həmin rəyi vermiş ekspertin məhkəmə prosesində şahid qismində dəvət edilməsi barədə vəsatət verilmişdir. Hakim bu vəsatəti də əsassız olaraq təmin etməyərək obyektiv həqiqətin müəyyən edilməsinə səy göstərməmişdir. Birinci instansiya məhkəməsi işi hər tərəfli və obyektiv araşdırılmasını təmin etmiş olsa idi, imzaların təqsirləndirilən şəxsə məxsus olmaması faktına mütləq hüquqi münasibət bildirməli idi. Lakin hökmdə bununla bağlı bir söz belə yoxdur. Bu hal birbaşa hökmün formal və qanunsuz olmasının əyani götəricisidir. Əgər həqiqətəndə şakar edilmiş narkotik vasitələr təqsirləndirilən şəxsə məxsus olsa idi, və həqiqətəndə saxlanılan zaman Ceyhun əməlini etiraf edirdisə ( videoçəkiliş ) vacib prosessual əhəmiyyət kəsb edən prosessual sənədlərdəki imzalar ona məxsus olardı. Və ya təqsirləndirilən şəxs protokolları imzalamaqdan imtina etdiyi halda bu hal imzalamaqdan imtina etmək kimi sənədləşdirilməli idi. Bundan başqa, İsmayılov Ceyhunun saxlanılma vaxtını və şəraitini müəyyən etmək üçün əməliyyatda iştrak edən şahidlərin və müdafiəçinin istfadəsində olan mobil telefon nömrələri üzrə anten dairələriin müəyyən edilməsi üçün müvafiq vəsatət verilmişdir. Lakin bu vəsatətdə təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 1(101)-1279/2025 nömrəli hökmündən məhkum edilmiş şəxs İsmayılov Ceyhun Akif oğlu apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli hökmün ləğv edilməsini, əməlində cinayət tərkibinin olmadığı cinayət işinə xitam verilməklə azadlığının təmin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 1(101)-1279/2025 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilmişdir. Məhkəmənin apardığı araşdırma, natamam və həqiqətin sübuta yetirilməsini qane etməyən qərarlardan biridir. Faktiki hallar baxılmadan, əməlinə düzgün hüquqi qiymət verilmədən ədalətsiz hökm çıxardaraq ona ağır cəza təyin olunmuşdur. İttiham aktında qeyd olunan, maddi sübutlar ona məxsus olmayıb və onun heç vaxt istifadə etmədiyi narkotik vasitələri əməkdaşlar özləri tərəfindən işini ağırlaşdırmaq məqsədi ilə əlavə ediblər. İşgəncə və təzyiq altında özünə qarşı yalan ifadə verməyə məcbur olmuşdur. Əməliyyat çəkilişi yerində olmayıb. Hətta narkotik vasitəni əldə etməyə onun heç vaxt maddi imkanı olmayıb. O, bu ağır cinayəti etməyib, toplanan cinayət materialları ilə sübuta yetirilməyib, saxta sübut və dəlillər aşkar görünür. O, ailəlidir, iki az yaşlı övladı var. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs İsmayılov Ceyhun Akif oğlu və onun müdafiəçisi X8 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilərək, bəraət hökmünü çıxarılmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı dövlət ittihamçısı1 məhkum edilmiş şəxs İsmayılov Ceyhun Akif oğlu və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün dəyişdilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş İsmayılov Ceyhun Akif oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə "Karl Marks” dairəsi yaxınlığında polislər ona yaxınlaşıb onu qolundan tutaraq maşın olan yerə aparmışlar. Orada onu maşına oturdub, həmin vaxt maşının qabaq oturacağında oturan polis onun barəsində kiminləsə danışmışdır. Bu vaxt onu nəyə görə tutduqlarını soruşanda həmin polis: "idarəyə gedək görəcəksən”-deyə bildirmişdir. Onlar BMCMİ-nin yaxınlığına çatan vaxt maşının arxasında başqa bir maşın dayanmış və oradan düşən polis onun yanına gəlmişdir. Həmin polis ona demişdir ki, "idarəyə daxil olacağıq, orada "mənim üstümdən heçnə çıxmayıb, nəyə görə məni tutmusunuz” kimi sözlər işlətmirsən və sənə köməklik edəcəyik”-demiş və 20 dəqiqəyə yaxın söhbət etmişlər. Bundan sonra idarəyə daxil olmuşlar. Liftə minən vaxt onu döyməyə başlamışlar. Onu otaqların birinə gətirmişlər. Orada 5-6 polis olmuşdur, sonuncular da onu döymüşlər. Onlar rəis gəlir deyib onu döyməyi dayandırmış və onun üzünü divara tərəf çevirmişlər. Bu vaxt rəis sual vermişdir ki, "budu Ceyhun İsmayılov?”. Orada onunla əvvəlcə danışan polis "rəis sonra danışarıq” demişdir. Bundan sonra həmin polis ona "mənə narkotik satan bir şəxsin nömrəsini ver çıx get” demişdir. O isə heç bir narkotik satan şəxs tanımadığını bildirmişdir. Həmin şəxs ondan salonlarla çalışıb-çalışmadığını soruşmuş, o da salonlarla çalışdığını bildirmişdir. Yenə ona "bir salon adı ver çıx get” demişdir. O isə narkotik satışı ilə məşğul olan heç bir salon tanımadığını bildirmişdir. Bundan sonra onu şəxsi axtarış üçün otağa aparmışlar, həmin vaxt otaqda stolun üstündə çanta olduğunu görmüşdür. Polislər şəxsi axtarış zamanı həmin çantada olan narkotik vasitəni videoçəkiliş zamanı ona məxsus olmasını bildirməsini istəmişlər. O isə etiraz etmiş və həmin çantanın ona məxsus olmadığını, öz üzərinə götürməyəcəyini bildirmişdir. Bu vaxt yenidən onu 3-cü mərtəbəyə aparıb döyməyə başlamışlar. Otağa yenidən onunla danışan həmin polis gəlmişdir. O, demişdir ki, "niyə özünü döydürürsən, 1 salon adı de get”, o isə narkotik satan heç bir salon bilmədiyini demişdir. Polis əməkdaşı demişdir ki, "həmin narkotik vasitəni boynuna götürərsən, hakim 8-9 il verər gedərsən”. O bu vaxt "nə 8-9 il” deyərək etiraz etmişdir. Bundan sonra onlar onu ailəsi ilə təhdid etmiş və həmin çantanın ona məxsus olduğunu bildirməsini istəmişlər. O da məcbur onlarla razılaşmışdır. Yenidən otağa gətirilən zaman orada qalstuklu bir şəxsin oturduğunu görmüş, həmin şəxsin onun vəkili olduğunu öyrənmişdir. Vəkilin gözü qarşısında onu təhdid etmiş və döymüşlər. O, vəkilə nəyə görə heçnə etmədiyini soruşduqda, sonuncu ona heç nə edə bilməyəcəyini bildirmişdir. Bundan sonra polislərin dediklərini videoyazıda bildirmişdir. Bundan başqa polislər onun Toyota Prado markalı maşın sürdüyünü bildirmişlər, o isə belə bir maşınının olmadığını demişdir. Təqsirləndirilən şəxs İsmayılov Ceyhun Akif oğlu birinci instansiya məhkəməsində ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. 1 ildən çoxdur ki, azadlıqdadır. Mahmud adlı şəxsi tanımır. Salonlara keratin və salon məhsulları satır. Həmin keratin və salon məhsullarını şirkətdən götürür. Gördüyü işə görə əməkhaqqı alır. Əvvəllər narkotik vasitədən istifadə edir. Əvvəlki məhkumluğu zamanı həmin cinayəti özü törətməmişdir. Onu saat 16:30 radələrində saxlamışlar. Onu idarəyə özlərinə məxsus olan maşın ilə aparmışlar. Saxlanılmasında 2 nəfər polis əməkdaşı iştirak etmişdir. Vəkil videoçəkiliş zamanı onun yanında olmuşdur. Saxlanılan zaman əlində çanta olmamışdır. Saxlanıldığı yer ilə idarə arasında 10 dəqiqəlik yoldur. 3 ilə yaxındır ki, salonlara mal aparır. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsa da, ona elektron qolbaq tətbiq edilməmişdir. İcra məmuru ona hələlik elektron qolbaqlarının olmadığını, həftədə 1 dəfə gəlib imza atmalı olduğunu demişdir. "Karl Marks” adlanan yerə salona görə gəlmişdir. Həmin yerə saat 16:10 radələrində keratin aparmaq üçün getmişdir. Keratin verəcəyi salon işçisinin məlumatları telefondadır. Vəkili birinci dəfə videoçəkilişdə görmüşdür. Həmin gün əlaqə saxladığı salon işçisinin adı Günaydır. Daim həmin salona mal verdiyi üçün əvvəlcədən zəng etməmişdir. Həmin yerə taksi ilə getmişdir. Həmin gün özü ilə keratin aparmamış, çünki hələlik keratin barədə məlumat verməli olmuşdur. Bir çox salonlara keratin verir. Ona qarşı fiziki və psixi təsir göstərilmişdir. Bakı İstintaq Təcridxanasına daxil olan zaman onu müayinə etmişlər, orada xəsarətləri tutulan vaxt aldığını bildirmişdir. ***-***-**-** saylı mobil nömrə saxlanılan zaman onun üzərində olmuşdur. Saxlanıldığı vaxt başqa mobil nömrə işlətməmişdir. ***-***-**-** saylı mobil nömrə "Samsung” markalı mobil telefona qoşulu olmuşdur. Həmin telefonda internet açıq olur. Həmin mobil nömrə onun adınadır. İbtidai istintaqda yazılan həmin ifadə və həmin imza ona məxsus deyil. Birinci instansiya məhkəməsində ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş təqsirləndirilən şəxs İsmayılov Ceyhun Akif oğlu ibtidai istintaq zamanı verdiyi ifadələrində evli olduğunu, iki yetkinlik yaşına çatmayan övladının himayəsində olduğunu, əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəza növü seçildiyini, özünün psixotrop maddə metamfetamindən iki ilə yaxın müddətdir ki, istifadə etdiyini, şəxsi istifadəsi üçün olan maddələri, instagram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu sonradan whatsapp mobil tətbiqi vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı "Mahmud” adlı şəxs ilə əlaqə saxlayaraq az miqdarda bir neçə dəfə psixotorp maddə sifariş etdiyini, daha sonra "Mahmud” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ona külli miqdarda narkotik vasitələr və psixotrop maddələr göndərəcəyini, əgər o, həmin narkotiki götürüb Mahmud adlı şəxsin dediyi ünvanlara qoyarsa bunun qarşılığında ona 200 manat pul verəcəyini bildirdiyini, o da Mahmud adlı şəxslə razılaşdığım, Mahmud adlı şəxs ona zəng edib narkotik vasitə dolu çantanı Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində bir yerə qoyduğunu və həmin ünvanın konumunu ona atdığını, ## ###### 2025-ci il tarixdə təxminən axşam saatlarında həmin ünvana gedib qara çantanı götürdüyünü, Çantanı götürdükdən sonra ## ###### 2025-ci il tarixdə saat 20:35 radələrində ünvan 2 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşduqlarını, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etdiklərini, o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib əlində saxladığın yük çantasının içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirdiyini, bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdiklərini, o, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə əlində saxladığı yük çantası ilə birgə həmin Polis İdarəsinə gəldiyini, Polis İdarəsində o, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, ona hüquq və vəzifələrinin izah olunduğunu, sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verildiyini, o, buna etiraz etmədiyini, sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında, bədənində və ya əlində saxladığı yük çantasının içərisində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsinin təklif edildiyii, bu təklifdən sonra o, sağ əlində saxladığı, üzərində müxtəlif rəngli dama naxışları olan yük çantasının içərisində "Nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana və "Patı” kimi tanıdığı metamfetamin olduğunu bildirirək həmin yük çantasını masanın üzərinə qoymaqla təqdim etdiyini, onun təqdim etdiyi 1 ədəd yük çantasına polis əməkdaşı tərəfindən baxış keçirilərkən həmin çantanın içərisində ümumilikdə 10 ədəd bağlamanın olmasının müşahidə edildiyini, həmin bağlamalardan 4 ədədinin hər birinin üzərində "OK” və fars hərflərinə bənzər yazıların, 2 ədədin üzərində "K” yazısının, 3 ədədinin üzərində isə "M” yazısının olması aşkar edilsə də sonuncu bağlamanın üzərində hər hansı yazı aşkar edilmədiyini, belə ki, hər birinin üzərində "OK” və fars hərflərinə bənzər yazılar olan 4 ağ rəngli sellofan bağlama və üzərində hər hansı yazı olmayan ağ rəngli bağlama polis əməkdaşı tərəfindən açıldıqda qeyd olunan 05 ədəd bağlamanın hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuananın olmasının müşahidə edildiyini, üzərilərində "K” yazısı olan 2 ədəd qara rəngli sellofan bağlama polis əməkdaşı tərəfindən açıldıqda həmin bağlamaların hər birinin içərisində narkotik vasitə heroin olmasının, üzərində "M” yazısı olan 3 ədəd bağlamanın içərisində isə psixotrop maddə metamfetam olmasının müşahidə edildiyini, bundan sonra sağ əlində saxlayaraq təqdim etdiyi 1 ədəd yük çantasında olan narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən həmin çantanın içərisinə yerləşdirilərək götürülməklə qabalşdırılıb möhürlənərək iştirakçılar və onun tərəfindən imzalandığını, bundan sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 manat pulu, həmin şalvarın sol yan cibindən isə 1 ədəd "Samsung” markalı mobil telefon cihazını çıxardıb masanın üzərinə qoymaqla təqdim etdiyini, şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və ya predmetlər aşkar edilmədiyini, o, üstündən aşkar edilmiş "Samsung A50” markalı mobil telefonun özünə məxsus olduğunu və üzərində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirdiyini, həmin telefon polis tərəfindən götürüldüyünü, eyni zamanda təqdim etdiyi 1 manat pulun da özünə məxsus olduğunu və həmin pulu cinayət yolu ilə əldə etmədiyini bildirdiyi üçün həmin pul vəsaitinin özünə geri qaytarıldığını, şifahi sorğu zamanı o, sağ əlində saxlayaraq təqdim etdiyi 1 ədəd yük çantasının içərisindən aşkar olunmuş 5 ədəd ağ rəngli sellofan bağlamada olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd qara rəngli sellofan bağlamadakı maddələrin narkotik vasitə heroin, 03 ədəd qara rəngli sellofan bağlamanın içərisindəki maddələrin isə psixotrop maddə metamfetamin olduğunu, həmin çantanı, içərisində olan kütlə və maddələrlə birlikdə "Instagram” sosial şəbəkəsində tanış olduğu və özünü ona "Mahmud” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşının tapşırığı əsasında başqa ünvana yerləşdirmək üçün sonuncunun onun mobil telefonuna göndərdiyi məkana gedərək əldə etdiyini və bu işin müqabilində "Mahmud” adlı şəxsin ona 200 manat pul ödəyəcəyini vəd etdiyini, həmçinin çantanı götürməmişdən öncə içərisində narkotik vasitə və psixotrop maddələrin olmasından xəbərdar olduğunu bildirdiyini, bundan başqa həmn çantanın onda olmasından başqa hər hansı şəxs və ya şəxslərin məlumatının olmadığını qeyd etdiyini, bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunduğunu, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edildiyini, etdiyi əməllərdən çox peşman olduğunu bildirmişdir (cild 1, iş vərəqi 96-99). Hazırki apellyasiya baxışı zamanı dindirilmiş İsmayılov Ceyhun Akif oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bomboş aparmışlar. Onun üzərində birdən mobil telefon olub. X1 tərəfdə tutmuşlar. İki nəfər polis işçisi yaxınlaşaraq vəsiqələrini çıxartmışlar və demişlər ki, idarəyə getməlisən. Maşına aparmışlar və maşında iki nəfər qabaq oturacaqlarda, iki nəfər isə arxa oturacaqda oturmuşlar. Ondan adını, soyadını soruşmuşlar, O, Ceyhun İsmayılov demişdir. Telefonla o birisinə dedi ki, axı bunun ad soyadı İsmayılov Ceyhundur. O, onlardan səbəbin nə olduğunu soruşmuş, dedilər ki, səbəb yoxdur, gediblər “Gənclik” metrosunun yanına. Gözləyiblər, bir maşın gəlib, düşdülər getdilər o maşına tərəf, sonra isə onu apardılar. Dedilər ki, idarəyə gedəcəyik, birdən idarədə deyərsən ki, elədir, belədir, onun heç nədən xəbəri yoxdur. Sonra içəri daxil olublar. O, birinci instansiya məhkəməsində də bildirmişdir, əlavə olaraq da bildirir ki, onun bu işdə əli yoxdur. İki körpə balası var. Onun telefonundan əməliyyatçılar yazıb, soruşublar ki, “onun telefonuna baxmısınız, nə çıxıb telefonunda? dedi heç nə, o da dedi ki, onun telefonunu götürün mənim yanıma gətirin” Apellyasiya baxışı zamanı verilmiş suallara cavab olaraq İsmayılov Ceyhun Akif oğlu bildirmişdir ki, onun telefonuna mesaj atıblar, hansı nömrədən mesaj atılıb bilmir, birinci telefon göstəriblər, atası da deyib ki, bu onun oğlunun telefonu deyil, sonra bir dənə səs qoyublar, yoldaşı da deyib ki, bu onun yoldaşının səsi deyil. Üzərində bir dənə telefon olub, narkotik olmayıb. Onun mobil telefon nömrəsi 055-896-96-42-dir. Başqa telefon nömrəsi yoxdur. O, əvvəllər məhkum olunmuşdur oğurluqla, 234.1-ci maddəsi ilə tutulanda da narkotik onun olmayıb. ## ###### 2025-ci il tarixdə o, tutulanda üstündə qolbaq olmamışdır. Cəza çəkmirdi. Qolbaq taxmırdı, lakin cəza çəkirdi. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci ildə İsmayılov Ceyhun Akif oğlu barəsində əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsinə getmişlər. Orada İsmayılov Ceyhuna yaxınlaşıb özlərini təqdim edib, şəxsiyyətini müəyyən etdikdən sonra BMCMİ-nə aparmışlar. Həmin idarədə təhqiqatçının, vəkilin iştirakı ilə İsmayılov Ceyhunun üzərinə videoçəkiliş əsasında şəxsi axtarış həyata keçirilmişdir. Ceyhun İsmayılovun əlində olan torbadan ümumilikdə 10 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə aşkar etmişlər. İsmayılov Ceyhun bildirmişdir ki, iranlının tapşırığı əsasında Bakı şəhəri, Binəqədi rayonundakı göstərilən ünvana gedib, pul müqabilində narkotik vasitəni götürmüş və həmin narkotik vasitəni iranlının göndərəcəyi ünvanlara qoymalı idi. İsmayılov Ceyhun ona tapşırıq verənin iranlı "Mahmud” adında şəxs olduğunu demişdir. İranlı Mahmud İsmayılov Ceyhuna tapşırıq müqabilində pul verməli olmuşdur. Müstəntiqə bu barədə ifadə vermiş və həmin ifadəsini təsdiq edir. Şahid şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Ceyhun İsmayılov narkotik vasitəni kimdən aldığını deməmiş, ancaq danışdığı şəxsin iranlı olduğunu demişdir. Əməliyyat qrupu 3 nəfərdən ibarət olmuşdur. Ondan başqa İlkin və Murad adlı əməkdaşlar da var idi. Əməliyyat qrupunun rəhbəri o, olmuşdur. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatı narkotik vasitənin satışı ilə bağlı olmuşdur. İsmayılov Ceyhunu Mənzil Kommunal İstismar Sahəsinin yanında, Korrupsiya Qarşı Mübarizə Baş İdarəsindən yuxarı qalxdıqda sağ tərəf istiqamətində saxlamışlar. Ceyhun İsmayılov küçənin gedişligəlişli hissəsində yox, sakit hissəsində təxminən saat 21:00 radələrində saxlamışlar. Ceyhun İsmayılovun əlində sellofan torba olmuşdur. Sonuncu saxlanıldığı zaman heç bir müqavimət göstərməmişdir. Ceyhun İsmayılovu saxlayan zaman texniki imkanlar olmadığından videoçəkiliş həyata keçirə bilməmişlər. Ceyhun İsmayılovu saxladıqdan sonra BMCMİ-nə aparıb, təhqiqatçıya təhvil vermişlər. Videoçəkilişdə o da iştirak etmişdir. Ceyhun İsmayılov müdafiəçi ilə təmin edilmişdir. Ceyhun İsmayılovun ilkin təhqiqat sənədlərini imzaladığını xatırlamır. Hadisə vaxtı onun adında qeydiyyatda olan 055-30433-33 mobil nömrəsini istifadə etmişdir. Ceyhun İsmayılov telefonda iranlı Mahmud adlı şəxslə danışdığını bildirmişdir. Ceyhun İsmayılova qarşı fiziki-psixoloji təsir göstərməmişlər. Ceyhun İsmayılova heç bir narkotik vasitə verməmişlər. Təhqiqatçı Ceyhun İsmayılovdan polislər barədə narazılığının olub-olmadığını soruşmuşdur. Müstəntiqə bu barədə hər şeyi danışmışdır. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında ## ###### 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş 1 ədəd DVD diskdəki videogörüntülərdən görünür ki, İsmayılov Ceyhun Akif oğlunun qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələru və psixotrop maddələri əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Ceyhun İsmayılov ## ###### 2025-cü i! tarixdə saat 20:35-də Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi * saylı ünvanın yaxınlığında əlində olan yük çantası ilə birlikdə olduğu zaman saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 22:01-dən etibarən onun üzərində şəxsi axtarış və sağ əlində saxladığı çantaya baxış aparılarkən Ceyhun İsmayılovun sağ əlində saxladığı həmin çantanın içərisində ümumilikdə 10 ədəd bağlamanın olması müşahidə edilmiş, 4 ağ rəngli sellofan bağlama və üzərində hər hansı yazı olmayan ağ rəngli bağlama açıldıqda qeyd olunan 5 ədəd bağlamanın hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müşahidə edilmiş, 2 ədəd qara rəngli sellofan bağlama açıldıqda həmin bağlamaların hər birinin içərisində narkotik vasitə heroinə oxşar maddə olması, 3 ədəd bağlamanın içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra sağ əlində saxlayaraq təqdim etdiyi 1 ədəd yük çantasında olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, narkotik vasitə heroinə oxşar maddə və psixotrop maddə metamfetaminə oxşar maddə təhqiqatçı tərəfindən həmin çantanın içərisinə yerləşdirilərək götürülməklə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Ceyhun İsmayılov əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 manat pulu, həmin şalvarın sol yan cibindən isə 1 ədəd "Samsung” markalı mobil telefon cihazını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, şəxsi axtarış davam etdirilərkən Ceyhun İsmayılovun üstündən digər əşya və ya predmetlər aşkar edilməmiş, Ceyhun İsmayılov üstündən aşkar edilmiş "Samsung A50” markalı mobil telefonun özünə məxsus olduğunu və üzərində ***-***-**** saylı mobil nömrənin olduğunu bildirmiş, həmin telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş, eyni zamanda təqdim etdiyi 1 manat pulun da C.İmsayılov məxsus olduğunu və həmin pulu cinayət yolu ilə əldə etmədiyini bildirdiyi üçün həmin pul vəsaiti Ceyhun İsmayılova geri qaytarılmışdır (cild 1, iş vərəqi 27-30). Cinayət işinin materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının # ###### 2025-ci il tarixli ***/K nömrəli rəyindən görünür ki, İsmayılov Ceyhun Akif oğlundan götürülmüş sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salsilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 144-147). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, müayinə zamanı İsmayılov Ceyhun Akif oğlunda qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 148-149). Cinayət işinin materiallarında olan Məhkəmə-tibbi ekspertizasının ## ###### 2025ci il tarixli **/MEŞ nömrəli rəyindən görünür ki, İsmayılov Ceyhun Akif oğlunun sağ budunun qançırı bərk-küt əşyanın təsirindən müayinədən təxminən 6-8 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Qeyd olunan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi hüquqi müstəvidə aydınlaşdırıla bilər. Qarın nahiyəsinin çapığı müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. C.A.İsmayılovun alın nahiyəsinin tüklü hissəsində yerləşən dərialtı törəmə qeyri travmatik xarakterli olduğundan sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmamışdır (cild 1, iş vərəqi 150-153). Cinayət işinin materiallarında olan "şəxsi axtarış və götürmə aparılması” haqqında haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, İsmayılov Ceyhun Akif oğlunun üzərindən aşkar edilərək götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus, içərisində 055-896-96-42 mobil nömrə olan 1 ədəd "Samung” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı baxış keçirilmişdir. Baxış zamanı "Samsung” markalı mobil telefon aparatının yaddaşında İran İslam Respublikasının mobil operatoruna aid +************ saylı mobil nömrənin adsız qeydə alındığı müəyyən edilmiş, həmin nömrədə olan yazışmalara baxış zamanı +989307020835 İran İslam Respublikasına aid mobil nömrədən ##.##.2025-ci il tarixdə saat 20:58 dəqiqədə göndərilmiş 19 saniyəlik səsli mesajda aşağıdakı mövzuda danışıq müəyyən edilmişdir. "ayə qaqaş bu hərəkəti eləmə də. Sənə dedim orada 5 kilo mal var. Onun biri sənindi. 5 bağlamadı. Onun 4-nü aparıb Xırdalanda ünvan edəcəksən. Mənə bir cavab verdə başına dolanım gir setə. Niyə bu hərəkəti edirsən e qaqaş? Bir az tez ol də”. Həmin nömrədən yönləndirilmiş sms yazışmada isə aşağıdakı yazı müəyyən edilmişdir. "5 kilo dediyim yerə qoyarsan yarim kiloda ozune goturersen malida firladibsan yeke oğlansan” (cild 1, iş vərəqi 128). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, İsmayılov Ceyhun Akif oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 137-138). Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin # ###### 2026cı il tarixli qərarından görünür ki, Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş İsmayılov Ceyhun Akif oğlu "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025ci il tarixli Qərarının təsiri altına düşdüyündən ##.##.2026-cı il tarixdə qeydiyyatdan çıxarılmışdır (cild 2). Cinayət işinin materiallarında olan ## ##### 2025-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı İsmayılov Ceyhun Akif oğluna qarşı işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 182-183). Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxs İsmayılov Ceyhun Akif oğlunun himayəsində ##.##.2015-ci il təvəllüdlü İsmayılov Ayxan və ##.##.2018-ci il təvəllüdlü İsmayılova Ayan adlı iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 142-143). Apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının ## #### 2026-cı il tarixli */*** №-li ekspert rəyində görünür ki, ekspertizaya təqdim edilmiş, *(*-*)-***/**** nömrəli cinayət işinin 1-ci cildində i/v 9-da olan ##.##.2025-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza və “İsmayılov Ceyhun” yazısı, i/v 12-də olan ##.##.2025-ci il tarixli şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 17-də olan ##.##.2025-ci il tarixli vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 18-də olan ##.##.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 19-da olan ##.##.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 20-21-də olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişdə İsmayılov Ceyhun Akif oğlunun adından olan imzalar, i/v 22-də olan ##.##.2025-ci il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 23-də olan bildirişdə “Şübhəli şəxs” qrafasındakı imza, i/v 24-də olan ##.##.2025-ci il tarixli etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 25-də olan ##.##.2025-ci il tarixli şübhəli şəxsə tutulması haqqında qərarın və protokolun surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 26-da olan ##.##.2025-ci il tarixli şəxsi axtarış və götürmə haqqında qərarda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 27-29-da olan ##.##.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda İsmayılov Ceyhun Akif oğlunun adından olan imzalar, i/v 41-44-də olan ##.##.2025-ci il tarixli izahatda İsmayılov Ceyhun Akif oğlunun adından olan yazılar və imzalar, i/v 54-də olan ##.##.2025-ci il tarixli şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 62-63-də olan şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişdə ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda İişmayılov Ceyhun Akif oğlunun adından olan imzalar, i/v 64-də olan ##.##.2025-ci il tarixli şübhəli şəxsə hüquq və vəzifələrin izah edilməsi, ona bu barədə bildirişin verilməsi və tutma protokolunun surətinin təqdim edilməsi barədə protokolda “İsmayılov Ceyhun Akif oğlu” qrafasındakı imza, i/v 65-də olan bildirişdə “İsmayılov Ceyhun Akif oğlu” qrafasındakı imza, i/v 66-da olan ##.##.2025-ci il tarixli protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 67-də olan ##.##.2025-ci il tarixli protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 69-da olan ##.##.2025-ci il tarixli şübhəli şəxsə ekspertiza təyin etmək barədə qərarı təqdim etmək və hüquqlarını izah etmək haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 72də olan ##.##.2025-ci il tarixli şübhəli şəxsə ekspertiza təyin etmək barədə qərarı təqdim etmək və hüquqlarını izah etmək haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 75-də olan ##.##.2025-ci il tarixli şübhəli şəxsə ekspertiza təyin etmək barədə qərarı təqdim etmək və hüquqlqrını izah etmək haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 77-də olan ##.##.2025-ci il tarixli şübhəli şəxsin ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 78-də olan ##.##.2025-ci il tarixli şübhəli şəxsin ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə protokolda “Şübhəli şəxs” qrafasındakı imza, i/v 79- 82-də olan ##.##.2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi protokolunda İsmayılov Ceyhun Akif oğlunun adından olan yazılar və imzalar, i/v 85-də olan bildirişdə “İsmayılov Ceyhun Akif oğlu” qrafasındakı imza, i/v 87- 88-də olan bildirişdə İsmayılov Ceyhun Akif oğlunun adından olan imzalar, i/v 89-da olan ##.##.2025-ci il tarixli protokolda “İsmayılov Ceyhun Akif oğlu” qrafasındakı imza, i/v 90-da olan ##.##.2025-ci il tarixli cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların proses iştirakçılarına bildirilməsi haqqında protokolda “İsmayılov Ceyhun Akif oğlu” qrafasındakı imza, i/v 91-də olan ##.##.2025-ci il tarixli bildirişdə “İsmayılov Ceyhun Akif oğlu” qrafasındakı imza, i/v 92-də olan ##.##.2025-ci il tarixli protokolda İsmayılov Ceyhun Akif oğlunun adında olan imza, i/v 93də olan ##.##.2025-ci il tarixli protokolda “İsmayılov Ceyhun Akif oğlu” qrafasındakı imza, i/v 94-də olan ##.##.2025-ci il tarixli protokolda “İsmayılov Ceyhun Akif oğlu” qrafasındakı imza, i/v 95-də olan ##.##.2025-ci il tarixli protokolda “İsmayılov Ceyhun Akif oğlu” qrafasındakı imza, i/v 96-99-da olan ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda İsmayılov Ceyhun Akif oğlunun adından olan yazılar və imzalar, i/v 155-də olan ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə protokolda “İsmayılov Ceyhun Akif oğlu” qrafasındakı imza, i/v 156-da olan ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə protokolda “İsmayılov Ceyhun Akif oğlu” qrafasındakı imza, i/v 157-də olan ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə protokolda “İsmayılov Ceyhun Akif oğlu” qrafasındakı imza, i/v 158-160-da olan ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında protokolda İsmayılov Ceyhun Akif oğlunun adından olan yazılar və imzalar, i/v 161-də olan ##.##.2025-ci il tarixli ərizədə İsmayılov Ceyhun Akif oğlunun adından olan yazılar və imza - İsmayılov Ceyhun Akif oğlu tərəfindən icra olunmuşdur. İşdə olan “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, GQ-*-****-****-**** nömrəli məktubuna əlavə edilmiş diskə baxış keçirilmiş və təqsiləndirilən şəxs İsmayılov Ceyhun Akif oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin ##.##.2025-##.##.2025ci il müddətində mövcud olan anten üzrə əhatə dairəsinə dair məlumatlara əsasən: İsmayılov Ceyhun Akif oğlu ##.##.2025-ci il tarixdə saat 20:19:00-dan 22:31:27-dək Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Naxçıvani küçəsi, ev 1, ** saylı evin həyətindəki qarajın damı, Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98, Bakı şəhəri Nərimanov rayonu K.Rəhimov küçəsi, 13, 13A və ünvan 1 ünvanında olmuşdur. İşdə olan “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, GQ-*-****-****-**** nömrəli məktubuna əlavə edilmiş diskə baxış keçirilmiş və həmin diskə baxış zamanı təqsiləndirilən şəxs İsmayılov Ceyhun Akif oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin SMS detallaşmasında iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat və ya yazışma müəyyən edilməmişdir (cild 1, iş vərəqi 115). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək, hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 1(101)-1279/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X13 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlinir ki, təqsirləndirilən şəxs İsmayılov Ceyhun Akif oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs İsmayılov Ceyhun Akif oğlu həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. İsmayılov Ceyhun Akif oğlunun fiziki təzyiqlərə məruz qalması barədə apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli, ** №-li qərarının 25-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Belə ki, cinayət işinin materiallarında olan ## ##### 2025-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı İsmayılov Ceyhun Akif oğluna qarşı işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 182-183). Bundan başqa, şübhəli şəxsin tutulması haqqında protokol, şəxsi axtarış və götürülmə aparılması haqqında qərar, şəxsi axtarış və götürülmə aparılması haqqında protokol, ilkin etirafedici izahatdakı imzaların İsmayılov Ceyhun Akif oğlu tərəfindən icra edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri də hazırda apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının ## #### 2026-cı il tarixli */*** №-li ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Həmin xususat üzrə apellyasiya şikayətində istinad olunan “X16” ##.##.2025-ci il tarixli*** saylı rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy məhkəmə üçün preyudisial əməmiyyətə malik deyildir. İsmayılov Ceyhun Akif oğlunun müdafiə hüququ ilə bağlı qeyd edilməlidir ki, cinayət işinin materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, ibtidai istintaqın zəruri mərhələsində İsmayılov Ceyhun Akif oğlu müdafiəçi ilə təmin olunmuş, bütün prosessual hərəkətlər onun müdafiəçisinin iştirakı ilə aparılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, İsmayılov Ceyhun Akif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin apellyasiya baxışı zamanı İsmayılov Ceyhun Akif oğlunun əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Apellyasiya baxışı zamanı cinayət işinin materialları apellyasiya şikayətlərinin dəlilləri ilə müqayisəli şəkildə nəzərdən keçirilərkən iş üzrə hansı prosessual pozuntuya yol verildiyi müəyyən olunmamış, sübutlar qanunauyğun qaydada toplanmışdır. Apellyasiya şikayətinin dəlilləri müdafiə tərəfinin subyektiv yanaşmasından ibarət olmaqla İsmayılov Ceyhun Akif oğlunun təqsirsizliyinə dair əsaslar kimi qiymətləndirilə bilməz. İsmayılov Ceyhun Akif oğlunun barəsində cinayət təqibini istisna edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində göstərilən hallar müəyyən edilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətlərinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onu cinayət məsuliyyətindən yayındırmaq cəhdləri daşıyır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. İsmayılov Ceyhun Akif oğlunun bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası ilə təminat verilən işinin ədalətli və açıq məhkəmə araşdırılması və digər hüquqları hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. İsmayılov Ceyhun Akif oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olub (himayəsində iki azyaşlı uşağın olması) ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi İsmayılov Ceyhun Akif oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərcini təşkil edən 200 (iki yüz) manat İsmayılov Ceyhun Akif oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs İsmayılov Ceyhun Akif oğlu və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İsmayılov Ceyhun Akif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərcini təşkil edən 200 (iki yüz) manat İsmayılov Ceyhun Akif oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Aqil Musayev
Məhkəmə qərarları › İş №1(3-6)-432/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-432/2026
05.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver