Məhkəmə qərarları › İş №1(3-6)-433/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-433/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-433/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və X4 ibarət tərkibdə Məhkəmə iclas katibi Nəcəfova Lamiə Amil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Güvən» vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ### 1984-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 4 ml ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:

1. Hökmə əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs2 tikinti materiallarını alıb Qarabağ ərazisində satışını həyata keçirəcəyinə və həmin işlərin görülməsinə yatırım olunacaq pullardan qazanc verə biləcəyinə dair yalan vəd verib inandırmaqla, ona olan etibardan sui-istifadə edib aldadaraq, ## ###### 2022-ci il tarixdə zərərçəkmiş şəxs2 həmin vaxt kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə zərərçəkmiş şəxs2 20.000 manat, ## ###### 2022-ci il tarixdə sonuncu ünvanda 20.000 manat, ## ##### 2022-ci il tarixdə eyni ünvanda 40.000 manat, ## #### 2022-ci il tarixdə eyni ünvanda 20.000 manat və sonuncu dəfə ## #### 2022-cİ il tarixdə yenidən həmin ünvanda 10 000 manat pulu alıb ələ keçirərək, ümumilikdə 110.000 (yün on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

2. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin may ayının əvvəllərində tanışı zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nizami rayonunda yerləşən torpaq sahəsində futbol meydançasının tikintisi üçün icazə sənədini 1 ay ərzində düzəltdirəcəyinə dair yalan vəd verib inandırmaqla, ona olan etibardan sui-istifadə edib aldadaraq, zərərçəkmiş şəxs3la həmin tarixdə ünvan 3 ünvanının qarşısında görüşüb, zərərçəkmiş şəxs3 məxsus 15 000 manat pulu sonuncudan alaraq ələ keçirib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vuraraq, təkrar törədilməklə dələduzluq etmişdir.

3. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı, əvvəllər qohumluq münasibətində olduğu zərərçəkmiş şəxs1 tikinti materiallarını alıb Qarabağ ərazisində satışını həyata keçirəcəyinə və həmin işlərin görülməsinə yatırım olunacaq pullardan qazanc verə biləcəyinə dair yalan vəd verib inandırmaqla, aralarında yaranmış etibardan sui-istifadə edib aldadaraq, ## #### 2022-ci il tarixdə sonuncunun qızı zərərçəkmiş şəxs2 kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə 10.000 manat, ## ######## 2022-ci il tarixdə sonuncu ünvanda 20.000 manat, ## ###### 2022-ci il tarixdə həmin ünvanda 10.000 manat, ## ###### 2022-ci il tarixdə eyni ünvanda 5.000 manat, 2023-cü ilin yanvar ayının sonlarında eyni ünvanda 5.000 manat pulunu alıb ələ keçirdikdən sonra, 2024-cü ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Babək Prospekti 27A ünvanında yerləşən “Cars 019” avtosalonunda zərərçəkmiş şəxs1 məxsus “Hyunadi Elantra” markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilin formal alqı-satqı müqaviləsi əsasında girov qoyulmaq şərti əsasında zərərçəkmiş şəxs1 təqdim olunması üçün ona verilmiş sonuncuya məxsus 10.000 manat pul vəsaitini yenidən yuxarıda qeyd olunan işə yatırım etməklə qazanc verəcəyi bəhanəsilə aldadıb ələ keçirdikdən sonra, ## ###### 2023-cü il tarixdə yenidən cinayət əməlini davam etdirib ünvan 5 ünvanında yerləşən “Metropark” ticarət mərkəzinin qarşısında yerləşən bankomatdan zərərçəkmiş şəxs1 əri Nümayəndə ona məxsus kart hesabına göndərdiyi zərərçəkmiş şəxs1 məxsus 5,000 manat pul ələ keçirərək, yenidən cinayət əməlini davam etdirib, sonuncu dəfə 2024-cü ilin avqust ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Nərimanov44 istirahət parkında zərərçəkmiş şəxs1 məxsus 11.500 manat pulu sonuncudan alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 76.500 (yetmiş altı min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vuraraq təkrar törədilməklə dələduzluq etmişdir.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı . hökmü ilə (Hakim Nuriyev Elnur Aləm oğlu (sədrlik edən), X1 və X5 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddətin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz ) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə hesablanması və cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdə həmçinin məhkəmə məsrəfləri də öz əksini tapmışdır.

5. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apellyasiya şikayətini verərək barəsində başlanılmış cinayət işinə yenidən baxılaraq ədalətli qərar çıxarılmasını xahiş etmiş, müdafiəçi müdafiəçi1 isə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarıının ləğv edilərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

II. Apelyasiya şikayətinin dəlilləri və etirazlar:

6. Təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ədalətsizdir.

7. Müdafiəçi müdafiəçi1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ifadəsi həqiqəti əks etdirir və digər şəxslər ona qarşı qərəzli formada ifadələr vermişlər. zərərçəkmiş şəxslərin ifadələrini doğru hesab etsək Təqsirləndirilən şəxs ## ###### 2022-ci il tarixdən etibarən hər ay hər 10000 manat üçün 500 mant, 20000 manat üçün isə 1000 manat pul verməli olmuşdur. Zərərəçəkmiş şəxslər ifadələrində daha sonra bildirirlər ki, sonuncu dəfə Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayında pul vermişlər. Zərərçəkmiş şəxslərin ifadələrindən belə çıxır ki, Təqsirləndirilən şəxs ## ###### 2022-ci il tarixdə hər ay üzrə 1000 manat pul verməli olduğu halda 2024-cü ilin avqust ayına kimi, 2 il 6 ay müddət ərzində onlara heçbir məbləğdə pul qaytarmadığı halda, zərərçəkmiş şəxslər bu müddət ərzində aldadıqlarını anlamayıb sonda Təqsirləndirilən şəxsa inanıb ona yenədə pul veriblər. Əlbətdə buna heçkimin inanması mümkün deyil, necə ola bilər ki, 2 il 6 ay bundan əvvəl pul alınsın, onunla bağlı hər hansı bir ödəniş etməsin və sən yenədə ona inanıb pul veriblər. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin pulunu qaytarmışdır. Bu faktın sübut edilməsinə dair birinci instansiya məhkəməsində də vəsatətlərlə məhkəməyə müraciət edib, lakin əsassız olaraq təmin edilməyibdir. Bundan əlavə Təqsirləndirilən şəxs vəsatətlər verərək onun leo bank kartından Nümayəndə və zərərçəkmiş şəxs1 Kapital kartlarına göndərilmiş pul məbləğlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq banklara sorğu ilə müraciət edilsin, lakin heçbir əsas və səbəb olmadan rədd edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bildirir ki, o, pulları Nümayəndə vermiş, o isə Nərimanov ravonu ərazisində olan Bank Respublikadan “Western Union” vasitəsi ilə Türkiyə Respublikasında yaşan qızı Aynur Vəliyevaya göndərmişdir. Lakin bu məsələni də məhkəmə araşdırmamış və sonda əsassız və qanunsuz hökm çıxarmışdır. Hər bir halda məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır.

8. Apelyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

III.Proses iştirakçılarının çıxışları:

9. Apelyasiya icraatında müdafiəçi müdafiəçi1 bildirmişdir ki, zərərçəkmiş şəxslərin ifadələrinə əsasən, Təqsirləndirilən şəxs ## ###### 2022-ci il tarixdən etibarən hər ay hər 10000 manat üçün 500 manat, 20000 manat üçün isə 1000 manat pul verməli olmuşdur. Təqsirləndirilən şəxs 2 il 6 ay ərzində heç bir pul qaytarmadığı halda zərərçəkmiş şəxslərin ona yenidən etibar edib pul verməsi inandırıcı deyil. Təqsirləndirilən şəxs bildirir ki, o, aldığı pulu tam qaytarıb. Ona görə də, məhkəmədən apelyasiya şikayətlərinin təmin edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir.

10. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heç bir cinayət törətməmişdir, bu mülki məsələdir, o, ödənişlər etmişdir, məqsədi dələduzluq olsaydı heç ödəniş etməzdi, sonradan onun vəsait almağı gecikdiyi üçün ödəniş edə bilməmişdir. Onun alacağı təkcə bu işlə bağlı deyil, özünün və ailəsinin də evi, maşınları və vəsaitləri bu işdədir. Məhkəmədən apelyasiya şikayətlərinin təmin edilməsini və ona bəraət verilməsini xahiş etmişdir.

11. Apelyasiya icraatında zərərçəkmiş zərərçəkmiş şəxs1 bildirmişdir ki, təqsirləndirilən şəxsin ona 76000 manat borcu var, məhkəmədən apelyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Apelyasiya icraatında zərərçəkmiş zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə bildirmişdir ki, təqsirləndirilən şəxsin qızına 110000 manat borcu var, məhkəmədən apelyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Apelyasiya icraatında dövlət ittihamçısı dövlət ittihamçısı1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam şəkildə sübuta yetirilir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün heç bir əsas yoxdur, məhkəmədən apelyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 14.Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 453.3cü maddəsinin tələblərinə əsasən protest və ya şikayətin baxılmasının müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şəxslərin gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmadığından məhkəmə kollegiyası zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Hüquqi məsələlər:

15. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir.

16. Belə ki, cinayət işinin materiallarında olan ## ###### 2022-ci il tarixli AN-1№ ******* saylı daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, zərərçəkmiş şəxs2 ünvan 1 (ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 44 kv/m olan mənzili X2 113 000 manata satmışdır.

17. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## #### 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X3 tərəfindən X1 şikayət ərizəsi əsasında toplanmış ## ###### 2025-ci il tarixli, HK- *-*** saylı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

18. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında” ## #### 2025-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında Bakı şəhəri, Nərimanov RPİ-nin 18—ci PŞ-nin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı əsassız və qanunsuz olduğu üçün ləğv edilmiş və əlavə araşdırma aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir.

19. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X7 şəxsdən daxil olmuş ## #### 2025-ci il tarixli *-**-**/*-****/**** saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır.

20. Cinayət işinin materiallarında olan ## #### 2025-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixədək zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın bir qismini, ## ######## 2025-ci il tarixə qədər isə tam olaraq ödəyəcəyini bildirmişdir.

21. Cinayət işi üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir.

22. Cinayət işi üzrə Nümayəndə ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Nümayəndə ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir.

23. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

24. İttihamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 tikinti materiallarını alıb Qarabağ ərazisində satışını həyata keçirəcəyinə və həmin işlərin görülməsinə yatırım olunacaq pullardan qazanc verə biləcəyinə dair yalan vəd verib inandırmaqla, ona olan etibardan sui-istifadə edib aldadaraq ümumilikdə 110.000 (yüz on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib dələduzluq etmiş, həmçinin tanışı zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nizami rayonunda yerləşən torpaq sahəsində futbol meydançasının tikintisi üçün icazə sənədini 1 ay ərzində düzəltdirəcəyinə dair yalan vəd verib inandırmaqla, ona olan etibardan suiistifadə edib aldadaraq, sonuncuya məxsus 15.000 (on beş min) manat pulu sonuncudan alaraq ələ keçirib dələduzluq etmiş, bundan başqa əvvəllər qohumluq münasibətində olduğu zərərçəkmiş şəxs1 tikinti materiallarını alıb Qarabağ ərazisində satışını həyata keçirəcəyinə və həmin işlərin görülməsinə yatırım olunacaq pullardan qazanc verə biləcəyinə dair yalan vəd verib inandırmaqla, aralarında yaranmış etibardan sui-istifadə edib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə, ümumilikdə 76.500 (yetmiş altı min beş yüz) manat məbləğində pul vəsaitini dələduzluq etməklə ələ keçirmişdir.

25. Birinci İnstansiya məhkəməsi toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də zərərcəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir.

26. Məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə qohumluq və tanışlıq münasibətlərinin olmasından istifadə edərək sonuncuların etibarını qazanmış və ona olunan etibardan sui-istifadə etmiş, zərər çəkmiş şəxslərə yalan vəd verib inandırmaqla dələduzluq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı və məhkəmə istintaqı zamanı alınan ifadələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 ilə qeyri rəsmi ər-arvad münasibətlərində olmuş, bundan başqa zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 qızı zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə qeyri rəsmi ər-arvad münasibətlərində olduğunu bilərək sonuncunu kürəkəni kimi qəbul edərək ona etibar etmiş, həmçinin zərərçəkmiş şəxs3 ortaq tanışları olan Əşrəf adlı şəxs vasitəsi ilə Təqsirləndirilən şəxs tanımış və ona etibar etmişdir.

27. Beləliklə, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

28. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

29. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5- ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun.

30. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərər çəkmiş şəxslərlə aralarında barışıq əldə etmədiklərini, sonuncuların ona qarşı şikayətçi olduqlarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmamış və 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

31. Qeyd etmək zəruridir ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir.

32. Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apelyasiya şikayətlərinin dəlillərində, o cümlədən apelyasiya icraatında olan çıxışlarında təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

33. Barəsində olan birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək bəraət hökmü çıxarılması barədə təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apelyasiya şikayətində və apelyasiya icraatında olan çıxışlarında istinad etdiklərini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmamış və 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, cəzanı ağırlaşdıran halların olmamasını, nəzərə alıb onun törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cəza təyin etmişdir.

34. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

36. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir.

37. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir.

38. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır.

39. Qeyd olunanlara istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPMnin 398.1.1-ci maddəsini rəhbər tutaraq

QƏRARA ALDI: Apelyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən Elmar Rəhimov Hakimlər Mehriban Qarayeva Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar