Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-434/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, X3 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi Bakı şəhər ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhər ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1959-cu ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 5 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 5 il azadlıqdan məhrumetmə cəzasının hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsinin qismən təmin olunması, 97900 (doxsan yeddi min doqquz yüz) manat maddi ziyanın, 5000 (beş min) manat mənəvi ziyanın, 408 (dörd yüz səkkiz) manat dövlət rüsumunun, 400 (dörd yüz) manat hüquqi yardımla bağlı ödənilmiş məbləğ olmaqla, cəmi 103708 (yüz üç min yeddi yüz səkkiz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, mülki iddia ərizəsinin qalan hissədə təmin olunmaması hökm edilmişdir. Hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ünvan 4 ünvanında tikiləcək yeni binadan 02 ədəd 82 kvadratmetrlik mənzil verəcəyinə dair həqiqətə uyğun olmayan məlumatlar verib onu inandıraraq, ##.##.2022-ci il tarixdə ünvan 2 ünvanının qarşısında 11000 manat, ##.##.2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısında 20000 manat, ##.##.2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısında həmin dövrün valyuta məzənnəsi ilə 11900 manata bərabər 7000 ABŞ dolları və 8800 manat, ##.##.2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısında 38000 manat, ##.##.2023-cü il tarixdə ünvan 6 ünvanında 5000 manat və sonuncu dəfə ##.##.2023-cü il tarixdə ünvan 6 ünvanında 3200 manat pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs qızma məxsus ümumilikdə 97900 manat pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı hökmünün ləğv edilməsini və mülki iddianın təmin edilməməsinə dair bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs tərəfindən yazılmış əl yazmalardan görünür ki, guya o, zərər çəkmiş şəxsdən ünvan 4 ünvanında tikiləcək yeni binadan 02 ədəd 82 kvadratmetrlik mənzil vermək üçün ##.##.2022-ci il tarixdə 11000 manat, ##.##.2022-ci il tarixdə 20000 manat, ##.##.2022-ci il tarixdə 7000 ABŞ dolları və 8800 manat, ##.##.2022-ci il tarixdə 38000 manat, ##.##.2023-cü il tarixdə 5000 manat, ##.##.2023-cü il tarixdə 3200 manat olmaqla ümumilikdə 97900 manat pul almışdır (cild İ, i/v: 141-150). Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-**/**** saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. Zərər çəkmiş şəxs və mülki iddiaçı tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, 97900 (doxsan yeddi min doqquz yüz) manat maddi ziyan, 20000 (iyirmi min) manat mənəvi ziyan, 408 (dörd yüz səkkiz) manat dövlət rüsumu, 400 (dörd yüz) manat hüquqi yardımla bağlı ödənilmiş məbləğ olmaqla, cəmi 118.708 (yüz on səkkiz min yeddi yüz səkkiz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham cinayət işinin İ cildinin 7, 8, 9 və 10 vərəqlərindəki əlyazmalara və zərər çəkmiş şəxsin ifadəsinə əsasən irəli sürülmüş və iddia edilmişdir ki, guya təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin etibarından sui-istifadə edərək aldatma yolu ilə ona məxsus 97900 AZN məbləğində pulu mənimsəyərək dələduzluq cinayət əməlini törətmişdir. İşin İ cildinin 7ci vərəqindəki əlyazmanın təhlili göstərmişdir ki, başlığı “qəbz” olan bu sənəd əslində 7000 ABŞ dolları məbləğində pulun təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsdən aldığı pula görə borc müqaviləsidir və bunun borc müqaviləsi olduğu əlyazmanın mətnindən açıq-aydın görünməkdədir. İşin 8-ci vərəqində tikilmiş əlyazmanın isə başlığı yoxdur və rəqəmlərin sadalanmasından başqa bir şey deyildir. Bu əlyazmanın təqsirləndirilən şəxsə məxsusluğu şübhə doğurmasada, onun zərər çəkmiş şəxsə aidiyyətinə böyük şübhələr vardır. Bu səbəbdən hər iki sübut etibarsız hesab edilməklə sübutlar siyahısından çıxarılmalı idi. Tərəfimizdən bu barədə verilmiş vəsatətə baxmayaraq birinci instansiya məhkəməsi vəsatətimizi təmin etməmişdir. Əgər məhkəmə işin İ cildinin 9 və 10-cu vərəqlərindəki “Razılaşma müqaviləsi” başlıqlı iki əlyazmanı cinayət işi üzrə sübut növü kimi qəbul edib bundan çıxış ediləcəkdisə, hansı ki, ümumi məbləğ 31000 AZN təşkil edir, bu halda təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olmalı idi. Təqsirləndirilən şəxs özü isə ibtidai istintaqda və məhkəmə dinləmələri zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, zərər çəkmiş şəxsdən 20000 AZN borc pul götürmüşdür və bu pulu hər bir vaxt ona qaytarmağa hazırdır. Bundan başqa, təqsirləndirilən şəxs sözügedən əlyazmaları göstərilən tarixlərdə deyil, zərərçəkmiş şəxsin təkid və təzyiqləri altında sonradan yazdığını bildirmişdir. Bu hadisənin həqiqətən də belə baş verdiyi həm ibtidai istintaq, həmdə məhkəmə dinləmələri zamanı zərər çəkmiş şəxsin özünün verdiyi ziddiyyətli ifadələrindən, verdiyi ifadələri isə tez-tez dəyişməsindən açıq-aydın sezmək və müşahidə etmək mümkündür. İttiham tərəfi ibtidai istintaqda aparılan araşdırma zamanı bu faktları nəzərə almadığı kimi, birinci instansiya məhkəməsidə dinləmələr zamanı bu halları nəzərə almamişdır. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə verdiyi pulların məbləği barədə ziddiyyətli ifadələr vermiş, bu səbəbdən hər dəfə məhkəmə onun təkrar dindirilməsi məcburiyyətində qalmışdır. Zərər çəkmiş şəxsin ziddiyyətli ifadələr verməsi faktı məhkəmə iclaslarının audio-video yazılarında öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, müasir dövrdə əmlak və pul məsələləri insan həyatında mühüm rol oynayan amillərdir. Bu səbəbdən zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə harada, nə vaxt, hansı məbləğdə pul verdiyini digərlərindən daha yaxşı yadda saxlamalı idi. Lakin insanın onda olan məlumatları formalaşdıraraq fikir ifadə etməsi onun psixologiyası ilə birbaşa bağlı olduğundan və hazırkı halda doğru ifadə vermədiyindən hər dəfə müxtəlif fikirlər bildirməsi ilə nəticələnmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin heç biri birbaşa və yaxud dolayısı ilə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə qarşı dələduzluq etməsi faktına dair ifadələr verməmişlər. Lakin məhkəmə hökmündə guya təqsirləndirilən şəxsin “törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi ilə yanaşı, şahidlərin ifadələri ilə də sübuta yetirildiyi kimi” yanlış ifadələr yer almışdır. İşin İ cildinin 7-ci vərəqindəki əlyazmanın təhlili göstərmişdir ki, başlığı “qəbz” olan bu sənəd əslində 7000 ABŞ dolları məbləğində pulun təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsdən aldığı pula görə borc müqaviləsidir və bunun borc müqaviləsi olduğu əlyazmanın mətnindən açıq- aydın görünməkdədir. İşin İ cildinin 8-ci vərəqində tikilmiş əlyazmanın isə başlığı yoxdur və rəqəmlərin sadalanmasından başqa bir şey deyildir. Bu əlyazmanın təqsirləndirilən şəxsə məxsusluğu şübhə doğurmasada, onun zərər çəkmiş şəxsə aidiyyətinə böyük şübhələr vardır. Bu səbəbdən hər iki sübut etibarsız hesab edilməklə sübutlar siyahısından çıxarılmalı idi. Tərəfimizdən bu barədə verilmiş vəsatətə baxmayaraq birinci instansiya məhkəməsi vəsatəti təmin etməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və bəraət verilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs və mülki iddiaçı, onun vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərər çəkmiş şəxsin bacısından borca pul istəmiş, zərərçəkmiş şəxs özü ona müraciət edib evini ona verməyini təklif etmiş, bunun qarşılığında borc verə biləcəyini demişdir. O, zərərçəkmiş şəxsə evinin sənədinin olmadığını bildirmişdir. O, zərər çəkmiş şəxsdən cəmi 20000 manat pul almış, həmin pulu da borc kimi almışdır. Borc kimi aldığı məbləği 7000 ABŞ dolları və 6700 manat kimi vərəqədə qeyd etmişdir. Zərər çəkmiş şəxs sonradan həmin 20000 manatı ona yazdırmış, bir müddət sonra 11000 və 18600 manat yazdırmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ümumilikdə zərərçəkmiş şəxsdən 20000 manat pul almış, ittihamda göstərilən məbləğləri zərər çəkmiş şəxsdən almamış, zərər çəkmiş şəxs məcburi olaraq ona müəyyən qeydlər yazdırmışdır. O, zərər çəkmiş şəxsə evini satıb pulu ödəyəcəyini bildirmişdir. Onlar heç bir yerdə borc müqaviləsi bağlamamışlar. Zərər çəkmiş şəxs bütün məbləğləri ona demiş, o da sadəcə qeyd etmişdir. Zərərçəkmiş şəxsin istintaqa təqdim etdiyi əl yazması Zərərçəkmiş şəxs aldığı pulla bağlı qeydlər olmamış, onun öz qeydləri olmuş, zərərçəkmiş şəxs həmin kağızı onun evindən onun icazəsi olmadan götürmüşdür. Zərərçəkmiş şəxsə ev verilməsi məsələsi olmamış, onun yataqxanada mənzili olmuş, MTK-da olan evin heç bir sənədi olmamışdır, həmin evi yataqxanada olan evin əvəzinə verməli olmuşlar. Zərərçəkmiş şəxsdən başqa heç kimə borcunun qarşılığında evini satmaqla bağlı vəd verməmişdir. Ona bu işlərdə heç kim yardım göstərməmiş, Eleanora adlı şəxs onun sadəcə qonşusu olmuşdur. Heç bir torpaq sahəsi olmamış, Əlisahibə 30000 manat, Eleonoraya isə təxminən 80000- 85000 manat borcu olmuşdur. Zərərçəkmiş şəxsdən 1 dəfəyə 20000 manat pul almış, həmin pulu borc məqsədilə almış, aldığı borcun qaytarılması ilə bağlı aralarında hər hansı bir müddət müəyyən etməmişlər. Pulu olmadığına görə zərərçəkmiş şəxsə olan borcunu qaytara bilməmiş, hal-hazırda borcunu qaytarmaq niyyətindədir. Gözəllik salonu açmaq üçün Eleonoradan, Əlisahibdən borc almışdır. Sifariş verdiyi mallar gəlmədiyi üçün ziyana düşmüşdür. Zərərçəkmiş şəxs onu təhdid edərək iş materiallarında olan qəbzləri yazdırmışdır. İlk dəfə pul aldığı tarix yadında deyil. Zərər çəkmiş şəxs qəbzi ona sonradan yazdırmışdır. O, Eleonoraya pul verməmişdir. Əlisahibə 30000 manat borcu olmuş və həmin pulu vermişdir. Əlisahibə verdiyi pulun Elnarə ilə arasında olan pul məsələsinə aidiyyatı yoxdur. Təqsirləndirilən şəxs həmçinin mülki iddianı da qəbul etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 1986-cı ildən tanıyır. Təqsirləndirilən şəxs Mayakovski küçəsi 8/9 ünvanında yataqxanada yaşamış və Komitədə işləmiş, o da həmin vaxtlarda həmin Komitədə işləməklə Ofelya ilə orada tanış olmuşlar. Sonra Ofelyanın həyat yoldaşı 5 mərtəbəli binadan 3 otaqlı ev almışdır. Onun övladı olandan sonra o, hamıdan uzaqlaşmış, Ofelya onun bacısını görüb, teztez onu soruşmuş, bir müddət sonra bacısına sms yazaraq, 10000 manat pul istədiyini bildirmiş, daha sonra ona yazıb 10000 manat pul istədiyini bildirmiş, o da Ofelyaya həmin məbləği verə bilməyəcəyini demişdir. Pulun qarşılığında ona sənəd təqdim edəcəyi halda Ofelyaya borca pul verəcəyini bildirmişdir. Özü də bilmədən sonradan 10000 manat pulu qarşılıqsız şəkildə Ofelyaya vermişdir. Ofelya bir müddət sonra parkda onunla görüşmüş və ağlamağa başlamış, bacısının rəhmətə getdiyini, evdə tək qaldığını bildirmişdir. Ofelya bu işə Eleonora adlı qadınla başladığını bildirmişdir. Bir il ərzində Ofelya ona hər cür yalanı danışmış, ## ### 2023-cü il tarixindən artıq onu tapılmaq mümkün olmamışdır. O, ilk dəfə 2022-ci il tarixdə Ofelyaya pul vermişdir. Ofelyaya 2 dəfə 10000 manat pul vermişdir. Ofelya bir müddət sonra ona demişdir ki, qeyri-yaşayış sahəsinin ona verilməsi üçün o, 80000 manat rüşvət verməlidir. Daha sonra isə evin verilməsi üçün notariusa getməli olduqlarını, nə qədər pulu varsa götürməyini, sonra öz aralarında haqq-hesab edəcəklərini demişdir. Ofelya sonra yenidən ondan 20000 manat, daha sonra isə 38000 manat da pul almış, həmin məbləği o, Ofelyaya iş yerində vermişdir. Bir müddət sonra Ofelya yenə evə görə 5000 manat istəmiş, o, həmin məbləği Ofelyaya onun evində vermişdir. Onun yanında Ofelya kimləsə danışmış, lakin kimlə danışdığını deməmişdir. Sonra Ofelya onun verdiyi 5000 manat məbləği pəncərədən Eleonoraya atmış, Eleonoranın yanında bir kişi də olmuşdur. O, həmişə Ofelyaya pul verəndə qeyd etmişdir. ## ##### 2022-ci ildə 11000 manat, ## ##### 2022-ci il tarixdə 20000 manat pulu Ofelyaya vermişdir. Bu pulları başqa şəxslərdən borc kimi götürüb Ofelyaya vermişdir. 2023-cü ilin sentyabr ayında Ofelyadan polisə şikayət etmişdir. Birinci instansiya məhkəməsində ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, ona evin verilməsi ilə bağlı təklifi Ofelya özü vermiş, o, Ofelyaya 6- 7 dəfəyə pul vermiş, pulları Ofelyanin evində və iş yerində şəxsən özünə vermişdir. Eleonora yataqxanada Ofelyanın qonşusu olmuş, Ofelya ondan aldığı pulu həmişə Eleonora və onun yanındakı kişi ilə bölüşmüşdür. Ofelyaya hissə-hissə olmaqla ümumilikdə 97900 manat pul vermişdir. Təqsirləndirilən şəxs aldığı məbləğlərdən ona heç bir məbləğ qaytarılmamışdır. Ofelya bacısına yazaraq ona borc pul lazım olduğunu bildirmiş, bacısı ona pul verməmiş, sonra Ofelya ona zəng edib 10000 manat borc pul istəmiş, əvəzində ona Mayakovski ərazisində yerləşən 40 kv. metr ev verəcəyini bildirmiş, lakin o razılaşmamışdır. Sonradan Ofelya ona həmin ünvanda yerləşən 82 kv. metr olan mənzili təklif etmiş, həmin mənzilin sənədini soruşanda sənədin verilməsi üçün pul verməli olduğunu demişdir. O, Ofelya ilə Elmlər Akademiyası metrosu tərəfdə görüşəndə Ofelya ağlamağa başlamış və bacısının rəhmətə getdiyini bildirmişdir. Ona bu işi Eleonoranın təklif etdiyini bildirmişdir. Ofelya 2022-ci ilin aprel ayında ona zəng etmiş və 18 avqusta kimi onunla birinci ev barəsində danışmışlar. Birinci evin qiyməti 64000 manat olmuşdur. O, həmin evdə olmuş, satış menecerini də görmüşdür. Ofelya isə dayanacaqda oturub onu gözləmişdir. Ofelya ona əvvəlcədən tapşırmışdır ki, satış menecerinin yanında onun adını çəkməsin. O, MTK rəhbəri ilə görüşməmişdir. 2100 manat pul notarius xərci kimi nəzərdə tutulduğundan izahatında 95800 qeyd etmişdir. O, Ofelyaya qarşı heç bir təzyiq göstərməmişdir. Oraya konkret olaraq mənzilə baxmağa deyil, binaya, ümumi proyektlərə baxmağa getmişdir. Ofelyaya verdiyi məbləğləri müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə verdiyinə görə ümumi məbləği dəqiq bilməmişdir. Polisə şikayət edəndə ərizəni ona orada yazdırmışlar, ifadəsini də tələsik formada almışlar. Lakin istintaqın sonlarına yaxın müstəntiqə onda olan əl yazılarını, sübutlarını təqdim etdikdən sonra birlikdə həmin məbləğləri hesablamış və yekun məbləğin 97900 manat olduğunu müəyyən etmişlər. Qeyd olunan ziddiyyət bununla əlaqədar olmuşdur. Ofelya bir neçə il əvvəl onu Eleonoranın yanına qab almaq niyyəti ilə aparmış, onun evində olmamışdır. Sonradan Ofelya onun pulunu mənimsəyəndən sonra Eleonora ilə 20 Yanvar metrostansiyası ərazisində görüşmüş və görüşdə Əlisahib də iştirak etmişdir. Eleonora ilə başqa heç yerdə görüşməmişdir. O, Ofelyaya pul verən zaman Eleonora Əlisahib ilə birlikdə Ofelyagilin evinin qarşısında olmuş və Ofelya öz evinin eyvanından pulu Eleonoraya atmışdır. Ofelya eyvanından pulu atan zaman həyətdə gördüyü qadın Eleonora olmuşdur. Ofelya pulu Əlisahib və Eleanoraya vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir tanıyır, Ofelya onun həyat yoldaşı ilə bir yerdə işləmiş, eyni zamanda da qonşu olmuşlar. Elnarəni isə 20-25 il əvvəl görmüş, belə ki, o, bir vaxtlar qab-qacaq satmış, Elnarə də Ofelya ilə birlikdə mal almaq üçün onun evinə gəlmişlər. Sadəcə Təqsirləndirilən şəxs Elnarədən 20000 manat məbləğində faizə pul götürdüyünü, qaytara bilmədiyini eşitmişdir. Bu işlə bağlı başqa heç bir məlumatı yoxdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ofelya ilə hər hansı ev alqı-satqısı işi ilə məşğul olmamış, Ofelya üçün heç kimdən pul götürməmişdir. Elnarə ona zəng etmiş, onunla görüşmək istədiyini bildirmiş, o da olduğu yeri deyib Elnarəni həmin yerə dəvət etmişdir. Elnarə Ofelyanı axtarmış və sonuncunun yerini soruşmaq üçün onunla görüşmüşdür. Onun da Ofelyadan xəbəri olmamış, Ofelyanın yerini bilmək üçün Elnarə ilə görüşmüşdür. Ofelyanın Elnarədən 20000 manat götürdüyünü eşitmişdir. Çünki Elnarənin pulunu qaytarmaq üçün Ofelya ondan 20000 manat borc istəmişdir. Ofelya ona borcu olduğuna görə Elnarədən pul götürdüyünü demişdir. Elnarə ilə görüşəndə Elnarənin yanında başqa heç kim olmamışdır. Elnarə ilə görüşə şahid1 ilə birlikdə getmiş, sonradan Elnarə onun da adını çəkdiyi üçün Əlisahibi çağırıb Elnarə ilə görüşdürmüşdür. şahid1 Ofelya ilə birlikdə ev alqı-satqısı ilə məşğul olmamışdır. şahid1 Ofelyaya evini qaytarması üçün 30000 manat məbləğində pul vermişdir. Ofelyanın hər hansı bir işlə məşğul olduğunu görməmişdir, sonuncu yalnız xəstə bacısına baxmışdır. Ofelya ondan borca pul istəmiş, o da pulun nəyə lazım olduğunu soruşanda Elnarəyə borcu olduğunu bildirmişdir. Ofelyanın qızı Gülər ilə münasibəti normal olmuşdur. Ofelya ona heç bir məbləğdə pul verməmişdir. Ofelya ev satmaqla məşğul olmamışdır. Ofelya ilə bağlı heç bir məhkəmədə şahid qismində iştirak etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, o, Ofelyanı Eleonoraya görə tanımışdır. Eleonora onun kirvəsidir. Ofelya ilə aralarında pul alış-verişi olmamışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, ev alqı-satqısı ilə məşğul olmamış, təqsirləndirilən şəxsdən heç vaxt pul almamış, Ofelyaya evinin qaytarılması üçün pul vermiş, verdiyi pulu Ofelya qaytarmamışdır. Heç vaxt təqsirləndirilən şəxs və zərər çəkmiş şəxslə birlikdə görüşməmişdir. Zərər çəkmiş şəxslə heç vaxt telefon əlaqəsi saxlamamışdır. Zərər çəkmiş şəxs ondan pul tələb etməmişdir. Eleonora zərərçəkmiş şəxslə 20 Yanvar metrostansiyasında görüşmüş, o da avtomobilində olmuşdur. Ofelya onun pulunu qaytarmamışdır. Eleonora ilə arasında pul məsələsi olmamış, o, zərər çəkmiş şəxslə görüşməmiş, təqsirləndirilən şəxsin evinə getməmişdir. Ofelya 30000 manat məbləğində pulu ondan özünə məxsus evi geri qaytarmaq üçün almışdır. Ofelyanın o pulu kimə verəcəyini bilməmişdir. Ofelya ilə Fərid adlı şəxs arasında nə mübahisə olduğunu bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid şahid4 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Əvvəllər bir yerdə Nərimanov rayonu Montin qəsəbəsində kirayə evdə yaşamışlar. Təxminən 10 ilə yaxındır ki, ayrı evlərdə yaşamışlar. Zərərçəkmiş şəxs bacısı Ofelya vasitəsilə təxminən 5 ilə yaxındır tanımışdır. Ofelya və Elnarə yaxın rəfiqə olmuşlar, o, bildiyinə görə Elnarə Təqsirləndirilən şəxs təxminən 30-40 min manat borc vermiş, lakin borcu nə üçün verdiyini tam dəqiq bilməmişdir. O, bacısı Təqsirləndirilən şəxs bir ilə yaxındır ki görməmiş, harada olması barədə heç bir məlumatı yoxdur. Tez-tez Zərərçəkmiş şəxs ona zəng vurub bacısı Ofelyanın harada olmasını soruşur, lakin o, həmin şəxsə də bildirmişdir ki, xəbəri yoxdur. Aralarında hansı formada pul məsələsi, müqavilə bağlanması barədə heç bir məlumatı olmamışdır. (cild İ, i/v 67-69) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X2 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. Hazırda axtarışda olması barədə məlumatlıdır, onun yeri barədə məlumatsızdır. Zərərçəkmiş şəxs uşaqlığından tanımışdır, onunla anası rəfiqə olmuşlar. Onlar arasında olan pul haqq-hesabından sonradan məlumatlı olmuşdur. Həmin pulları fiziki olaraq görməsə də Elnarə və anası Ofelya arasında hansısa pul məsələsinin olmasından məlumatlı olmuşdur. Lakin, kimin kimə verəcəyi, kimin kimdən alacağı olduğunu bilməmişdir. O, anasından necə ev alacağını maraqlandıqda o, ona “mən yolunu bilirəm” demişdir. Ümumən o, anasının işlərinə nə qarışmış və nə də müdaxilə etməmişdir. Elnarə və anası Ofelya arasında olan heç bir söhbətdə iştirak etməmişdir. Elnarə onunla da əlaqə saxlamış anası barədə maraqlanmışdır. O, ona hər dəfə məlumatsız olduğunu demişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, şahid1 tanımır, şahid5 tanımışdır. Eleonora onların evlərinə gəlib-getmişdir. Az da olsa məlumatlıdır ki, o da anasının ev alacağı yerdən ev almalı olmuşdur. Bu səbəbdən teztez onların evinə gəlib-getmişdir. (cild İ, i/v 82-83) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid şahid2 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. Eleonora onların qonşusu olmuşdur. Onlar ünvan 4 ünvanında yerləşən yataqxanada yaşamışlar. 2022-ci ilin dəqiq xatırlamadığı tarixində Eleonora gəlib anasına yataqxananın söküləcəyini, gələcəkdə pul verib əlavə kvadratlar ala biləcəklərini bildirmişdirlər. Bu fikir anasının ağlına batmışdır. Bundan sonra anası bütün əmlaklarını satmış, kreditlər götürüb Eleonoraya vermişdir ki, gələcəkdə bina tikilərkən böyük mənzillər alsın. Bu hərəkətlər 3 il davam etmişdir. O, anasına etiraz etsə də, anası ona fikir verməmişdir. Eleonora və Əlisahib anasına digər şəxslərdən pullar aldırıb ələ keçirmişlər. Anası hər yerdən binadan ev veriləcəyi adı ilə pullar almış, həmin pulları alıb Əlisahib və Eleonoraya vermişdir. Bu hadisələr onun gözünün qarşısında baş vermişdir. Anasının həmin şəxslərə hansı məbləğlərdə pullar verməsini bilməmişdir. (cild İ, i/v 110-112) Təqsirləndirilən şəxs tərəfindən yazılmış əl yazmalardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında tikiləcək yeni binadan 02 ədəd 82 kvadratmetrlik mənzil vermək üçün ##.##.2022-ci il tarixdə 11000 manat, ##.##.2022ci il tarixdə 20000 manat, ##.##.2022-ci il tarixdə 7000 ABŞ dolları və 8800 manat, ##.##.2022-ci il tarixdə 38000 manat, ##.##.2023-cü il tarixdə 5000 manat, ##.##.2023cü il tarixdə 3200 manat olmaqla ümumilikdə 97900 manat pul almışdır. (cild İ, i/v: 141- 150) Axtarışda olan şəxsin tutulmasına dair ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Ağstafa rayonunda müəyyən olunaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. (cild İ, i/v: 87) Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Nərimanov RPİ-nin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ##.##.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir, həmçinin Nizami RPİ-nin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi mövcuddur. (cild İ, i/v: 52- 53) Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, 97900 (doxsan yeddi min doqquz yüz) manat maddi ziyan, 20000 (iyirmi min) manat mənəvi ziyan, 408 (dörd yüz səkkiz) manat dövlət rüsumu, 400 (dörd yüz) manat hüquqi yardımla bağlı ödənilmiş məbləğ olmaqla, cəmi 118.708 (yüz on səkkiz min yeddi yüz səkkiz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarlarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək bildirir ki, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsdən ittihamda qeyd olunan məbləğdə pul götürmədiyini, zərər çəkmiş şəxsdən cəmi 20000 manat borc aldığını, cinayət işinin materiallarına əlavə edilmiş əl yazılarını zərərçəkmiş şəxsin ona təzyiq göstərməklə yazdırdığını, digər əl yazısının isə onun özünün qaralaması olduğunu, həmin kağızı zərərçəkmiş şəxsin onun icazəsi olmadan onun evindən götürdüyünü, verilən ittihamla özünü təqsirli bilməyərək dələduzluq etmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə kolleqiyası qeyd edir ki, cinayət işinin materiallarında olan əl yazmalarından görünür ki, (təqsirləndirilən şəxs həmin əl yazılarının ona məxsus olmasını təsdiq edir) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “7 min dollar borc aldım; Notarius xərci sizə aiddir, 2100 manat (82 m2 ) Həmçinin də 8800 manat onun 2100 manatı notarius xərcidir. 7 min dollar+6700 manat almışam. ##.##.2022 İmza” məzmununda qəbz yazmış; - 1760 dollar x 1,7= 3000 manat + 2000 5000 Bu olub 12 martda 2023-dən 1300 dollar x 1,7 = 2210 manat + 990 manat 3200 manat Bu oldu ## #### 2023 8200 manat Cəmi götürdüm 38000 manat 10000 dol+6440 dol+5900 dol=22340 dol x 1,7 = 38000 manat Bu olub ## ###### 2022-ci ildə 2-ci ev üçün verilən puldur. 1 kv-1200 manatdan verilib. 98400 evin qiyməti - 3800 60000 qalıq Təqsirləndirilən şəxs ##.##.2023 İmza məzmununda vərəqə; - “Mən Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən yeni tikilidəki 82 m2 (127 m2 ) sahəli yaşayış mənzilimi Zərərçəkmiş şəxs kv.m-ni 800 manata, ümumi dəyəri 64 min manata (100 min manat) satıram. İlkin ödəniş olaraq 20 min manat mənə ##.##.2022-ci il tarixində ödənildi. Zəmanət verirəm ki, heç bir problem yaşanmayacaq, 100 % mənzil veriləcək! 2 il müddətinə qalan məbləğ Mansurova tərəfindən ödəniləcək. Təqsirləndirilən şəxsS İmza ##.##.2022 Zərərçəkmiş şəxsF İmza ##.##.2022” məzmununda “Razılaşma müqaviləsi” yazmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan əl yazıları, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin, o cümlədən təqsirləndirilən şəxsin öz qızı şahid2 ifadəsi ilə təqsirləndirlən şəxsin zərərçəkmiş şəxsdən məhz ona 2 müxtəlif mənzil verilməsi ilə əlaqədar pul aldığı müəyyən edilir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs X7 da eyni üsulla aldadaraq ona ünvan 3 ünvanında yerləşən yaşayış binasından ev verilməsi adı ilə 66100 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini işin faktiki hallarına uyğun olmayan, özünü müdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-434/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-434/2026
30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver