Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-435/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 İsmayıl oğlunun, müdafiəçi - Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili müdafiəçi1 və təqsirləndirilən şəxs Əsgərov İsgəndər Əli oğlunun iştirakları ilə, ## ###### 1996-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, - Əsgərov İsgəndər Əli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Əsgərov İsgəndər Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 və X1 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmünə əsasən Əsgərov İsgəndər Əli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əsgərov İsgəndər Əli oğlunun cəza çəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş üzrə mülki iddia qismən təmin edilərək, mənəvi ziyanın vurulmasına görə 2.000 (iki min) manat, ödənilmiş dövlət rüsumuna görə 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 2.110 (iki min bir yüz on) manat məbləğində pul vəsaiti mülki cavabdeh - təqsirləndirilən şəxs Əsgərov İsgəndər Əli oğlundan tutularaq mülki iddiaçı - zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Hökmlə məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Əsgərov İsgəndər Əli oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma əməlini törətmişdir. Belə ki, Əsgərov İsgəndər Əli oğlu ##.##.2025-ci ildə, saat 21:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində yerləşən «Ağ çiçəyim» gül mağazasının yaxınlığında əvvəllər tikinti sahəsində birlikdə işlədiyi tanışı Zərərçəkmiş şəxs ona olan 170 (bir yüz yetmiş) manat məbləğində pul borcunu dəfələrlə tələb etməsinə baxmayaraq, sonuncu həmin vəsaiti verməkdən imtina etmiş və onlar arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı İ.Ə.Əsgərov istintaqa məlum olmayan bıçaqla qəsdən üç dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinin sol-yan səthi və döş qəfəsi nahiyəsinin arxa səthinin sol yarısında daxilə - sol plevra (döş) boşluğuna nüfuz edən, sol ağciyərin aşağı payının kəsilmiş-deşilmiş yarası və sol tərəfli hemopnevmotoraks ilə nəticələnən cəmi iki ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan, ümumilikdə və ayrıayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və qarın nahiyəsinin ön divarından daxilə - qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə sonuncunun qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Əsgərov İsgəndər Əli oğlu apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini və aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinə görə zərərçəkmiş şəxs hadisədən sonra xəstəxanada bir həftə müalicə alaraq evə buraxılmışdır. Cinayət işinin bütün hallarından görünür ki, əməl CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməli, yüngül cəza təyin edilməlidir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs isə apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Əsgərov İsgəndər Əli oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətində göstərilən əsaslarla hökmün dəyişdirlməsini, Əsgərov İsgəndər Əli oğlunun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxs Əsgərov İsgəndər Əli oğluna azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 İsmayıl oğlu verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Əsgərov İsgəndər Əli oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər şəhərin müxtəlif yerlərində tikinti işində Zərərçəkmiş şəxsla, daha sonra isə sonuncunun qardaşıyla birlikdə işləmişdir. Zərərçəkmiş şəxs qardaşı sonuncunun iş götürdüyünü bildirərək birlikdə işləməyi təklif etmiş, o da razılaşmışdır. Birinci dəfə Sumqayıtda, daha sonra isə Şamaxıda Zərərçəkmiş şəxs yanında fəhlə kimi işləmiş, sonuncu isə briqadir olmuşdur. O, şəhərə gəlməli olduğuna görə Zərərçəkmiş şəxs pul istəmiş, sonuncu isə pulun birigün olacağını qeyd edərək ona 10 manat yol pulu vermişdir. O, günü 50 manata Zərərçəkmiş şəxs yanında 6 gün işləmiş, sonuncu əvvəlcə 120 manat, sonra isə 10 manat yolpulu vermiş, bundan sonra isə Zərərçəkmiş şəxs 170 manat pulu qalmışdır. O, dediyi vaxtda Zərərçəkmiş şəxs yığaraq qaldığı evdə pula ehtiyacı olduğunu bildirərək pulunu istəmiş, sonuncu isə narahat olmamasını, pulunu verəcəyini bildirmişdir. İki gün keçəndən sonra yenidən Zərərçəkmiş şəxs zəng etmiş, bu zaman o, “mənim sənə pul verəcəyim yoxdur, Sadiq adlı prorab var, pulun ondadır get ondan al” deyə bildirmişdir. Bundan sonra o, sonuncunun qardaşı ilə danışaraq günün altında əziyyət çəkib işlədiyini, pulunu istədiyini bildirmiş, sonuncu da Zərərçəkmiş şəxsla danışaraq pulu alıb ona verəcəyini qeyd etmişdir. İki gündən sonra sonuncunun qardaşına zəng edib, qonum-qonşudan pul aldığını, saç-saqqalını təmizlətməyə pulunun olmadığını, heç olmasa 50 manat pul verməsini bildirəndə sonuncu “gedin özünüz həll edin” deyə bildirmişdir. O, yenidən Zərərçəkmiş şəxs zəng edib pulunu istəyəndə sonuncu əsəbiləşib telefonu söndürmüş, bu hal bir neçə dəfə təkrarlanmışdır. Dördüncü dəfə danışanda Zərərçəkmiş şəxs ona qarşı qeyrət söyüşü söyüb telefonu bağlamış, o isə 5-10 dəqiqə sonra təkrar zəng edərək pulunu istəmiş və niyə onu söydüyünü soruşaraq görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, yanacaq doldurma məntəqəsində Zərərçəkmiş şəxs maşınına minmiş, bu zaman Sabir də maşında olmuş və yolda aralarında mübahisə yaranmışdır. O, özünü müdafiə məqsədi ilə yanında meyvə bıçağı götürmüş, əslində isə Zərərçəkmiş şəxs vurmaq məqsədi olmamış, sonuncunun onu döyməsində ehtiyat etmişdir. Zərərçəkmiş şəxs ondan maşından düşməsini istəmiş, o düşəndən sonra sonuncu da maşından düşmüş və onu vurub yerə yıxmışdır. Bundan sonra o, qarın hissəsində köynəyinin altına qoyduğu bıçaqla yıxılı vəziyyətdə onu vurmuş, bıçağın sonuncunun qoluna dəydiyini zənn etmiş, bir dəfə də bıçağı atmış və bıçaq Zərərçəkmiş şəxs böyrünə dəymişdir. Həmin vaxt o, qorxub geri çəkilmiş, bu zaman sonuncu yenidən onun üstünə gəlmiş, o isə əlində bıçaq olduğunu qışqırmışdır. Zərərçəkmiş şəxs üstünə gələndə o, yarı ayağa durmuş vəziyyətdə sonuncunun ayağına da bir bıçaq vurmuş, məqsədi Zərərçəkmiş şəxs onu vurmasını dayandırmaq olmuşdur. Lakin o, səhv etmişdir və hazırda peşmandır. Məhkəmə iclasında İ.Ə.Əsgərov verilmiş suallara cavab olaraq bildirmişdir ki, o heç vaxt üzərində bıçaq daşımamış, yalnız hadisə baş verən günü evdən götürərək üzərində saxlamış, maşından düşəndə birinci Zərərçəkmiş şəxs onu vurmuş, sonuncuyla yolun kənarında yaxalaşa-yaxalaş getmiş, daha sonra yıxılmış və Zərərçəkmiş şəxs yıxılı vəziyyətdə vurmuşdur. Daha sonra ona yüngül cəzanın verilməsini və ədalətli qərarının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs İ.Ə.Əsgərovla ilk dəfə “Nasosnu” deyilən yerdə birlikdə işləmiş, daha sonra ona Şamaxıda iş təklifi ediləndə sonuncu da onunla birlikdə günü 30 manata fəhlə kimi getmək istədiyini bildirmiş, o da razılaşmışdır. İ.Ə.Əsgərov çatan kimi pul istəmiş, o isə hələ pulun verilmədiyini bildirərək öz pulundan 60 manat sonuncuya vermiş və başqa işi çıxdığdan Bakıya getmişdir. İki gün sonra geri qayıdanda orada işləyən digər işçilər ona İ.Ə.Əsgərovun işləmədiyini, bütün günü içib yatdığını bildimiş, o da sonuncuya işləməsini, əks təqdirdə evə pul apara bilməyəcəyini demişdir. Bundan sonra İ.Ə.Əsgərov işi çıxdığından getməli olduğunu bildirərək ondan 50 manat pul almış və çıxıb getmişdir. O, İ.Ə.Əsgərova ümumilikdə ona 100 neçəsə manat pul vermiş, sonuncu təqribən 10 gündən sonra ona zəng edib harada olduğunu öyrənərək 20- 30 manat pul istəmiş və işləməyə gələcəyini bildirmiş, lakin o, 20 manat pul göndərəndən sonra İ.Ə.Əsgərov işi çıxdığından gələ bilməyəcəyini bildirmişdir. Bir müddət keçəndən sonra İ.Ə.Əsgərov yenidən zəng edərək pul istəyəndə o, borcunun olmadığını qeyd etmiş, sonuncu isə görüşək istədiyini bildirmişdir. İşdən çıxanda yanında Sabir adlı tanışı ilə birlikdə İ.Ə.Əsgərovla görüşməyə getmiş, görüş yerinə çatanda sonuncu maşına minərək ondan yenə də pul istəmiş, o isə pulu işlədiyi yerdən istəməsini bildirmişdir. Daha sonra o, İ.Ə.Əsgərovdan maşından düşməsini istəmiş, sonuncu isə “mən düşsəm, sən də düşəcəksən” deyə bildirmişdir. İ.Ə.Əsgərov maşından düşmədiyinə görə o, maşını 30 metr qabağa sürdükdən sonra saxlayaraq sonuncudan sürüb yenidən düşməsini tələb etmişdir. İ.Ə.Əsgərov maşından düşməməyə davam etdiyindən o, maşını sürərək Komsomolskiyə gəlmiş, orada evinə getdiyini bildirərək sonuncunun maşından düşməsini tələb etmiş, İ.Ə.Əsgərov isə “düşmürəm, hara gedirsənsə ora gedəcəyəm” deyə bildirmişdir. Bu zaman Sabir İ.Ə.Əsgərova “yekə kişisən, niyə belə edirsən, düz hərəkət etmirsən” deyə bildirmiş, sonuncu isə buna məhəl qoymadan roldan yapışıb maşını oynadaraq “maşını aşırdacam, siz də öləcəksiz mən də” deyə bildirmişdir. Bundan sonra o isə maşını saxlayıb arxa qapını açaraq İ.Ə.Əsgərovdan maşından düşməsini istəmiş, sonuncu düşdükdən sonra bardyorun üst tərəfində, o isə aşağı tərəfində durmuşdur. Daha sonra İ.Ə.Əsgərovla sözlü mübahisələri davam edərkən sonuncu onu yan tərəfindən vurmuş, o, bunun yumruq zərbəsi olduğunu zənn etsə də, sonradan bıçaq zərbəsi olduğunu anlamışdır. O, İ.Ə.Əsgərovu boğazından tutub itələdikdən sonra sonuncu yerə, o da onun üzərinə yıxılmışdır. Daha sonra Sabir onları aralamış, 5-10 metr aralıda olanda İ.Ə.Əsgərov onu “sənin varyoxun belə-belə olsun” deyə söydüyündən sonuncunun arxasınca qaçmışdır. İ.Ə.Əsgərova çatanda sonuncu onu bir dəfə də ayağından vurmuş, o, bunun bıçaq zərbəsi olduğunu hiss etmişdir. Bundan sonra Sabirə bıçaqla vurulduğunu bildirəndə sonuncu ona kürəyinin deşik-deşik olduğunu bildirmişdir. Həmin anda o, kürəyindən nəsə soyuq bir şey axdığını hiss etmiş, yerə qan töküldüyünü görmüş və Sabirlə birlikdə xəstəxanaya getmişdir. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, İ.Ə.İsgəndərovu telefonda təhqir etməmiş, maşında çox da böyük mübahisələri olmamış, sonuncu rola əl atdığına görə maşını saxlamışdır. Hadisə kameranın altında olduğundna görüntülərə baxıla bilər. Onun məqsədi dava olsaydı, yanında bıçaq götürər və ya oraya kimləsə birlikdə gedərdi. O, maşını özü idarə edib xəstəxanaya getmiş və orada 7-8 gün qalmışdır. Daha sonra o, təqsirləndirilən şəxslə barışmamasının nəzərə alınaraq təqsirləndirilən şəxsə müvafiq cəzanın verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İ.Ə.Əsgərov günortadan zəng edib Zərərçəkmiş şəxs çağırmış, sonuncu işdə olduğunu, axşam görüşə biləcəklərini bildirmişdir. Zərərçəkmiş şəxsla işdən çıxdıqdan sonra İ.Ə.Əsgərov zəng edərək Socar yanacaq doldurma məntəqəsində olduğunu bildirərək onları da oraya çağırmışdır. Onlar həmin yerə gəldikdən sonra İ.Ə.Əsgərov Zərərçəkmiş şəxs maşınına minmiş, əvvəlki pul istəmiş, Zərərçəkmiş şəxs isə indi pulunun olmadığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxsla İ.Ə.Əsgərov maşından düşmüş, maşının güzgüsündən baxanda əvvəlkilərin bir-birlərindən yapışdıqlarını görərək onları ayırmaq üçün dərhal maşından düşmüşdür. O, Zərərçəkmiş şəxsla İ.Ə.Əsgərovun yanına çatanda əvvəlki artıq bıçaqlanmış, üstü qanlı olmuş, lakin neçə bıçaq zərbəsinin vurulduğunu bilməmişdir. Birinci instansiya məhkəməsində şahid Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Respublikanın rayonlarında və Bakı şəhərində müxtəlif yerlərdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ona verdiyi dam işlərini görür. Təqsirləndirilən şəxs İ.Ə.Əsgərovu baş vermiş hadisədən təxminən 15 gün əvvəl, sonuncuyla birlikdə Şamaxı şəhərində tikintidə fəhlə işləyən zaman tanımış, onların briqadiri isə Zərərçəkmiş şəxs olmuşdur. ##.##.2025ci il tarixdə sonuncuyla birlikdə Dərnəgül qəsəbəsində işləyən zaman saat təxminən 17:00 radələrindən İ.Ə.Əsgərov tez-tez Zərərçəkmiş şəxs mobil telefonla zəng vuraraq görüşmək istədiyini bildirərək sonuncudan ona pul verməsini tələb etmişdir. Buna görə də onlar işdən çıxdıqdan sonra İ.Ə.Əsgərovla görüşə Sabunçu rayonu ərazisində yerləşən «Socar» YDMnin yaxınlığına getmiş, sonuncu maşının sağ arxa oturacağında əyləşdikdən sonra Zərərçəkmiş şəxs avtomobili idarə etməyə başlamışdır. İ.Ə.Əsgərov avtomobilə oturduqdan sonra Zərərçəkmiş şəxs 50 manat pul istəmiş, sonuncu da ona işlədiyi yerdən pul almadığını və üzərində də pulu olmadığını bildirmişdir. Lakin İ.Ə.Əsgərov Zərərçəkmiş şəxs əl çəkməyərək pul istəməyə davam etmiş, buna görə də sonuncu avtomobili saxlamış və İ.Ə.Əsgərova nalayiq söz işlədərək maşından düşməsini istəmiş, lakin sonuncu buna məhəl qoymayaraq “mən düşsəm, sən də düşəcəksən” deyə bildirmişdir. İ.Ə.Əsgərov maşından düşdükdə sonra Zərərçəkmiş şəxs da maşından düşmüş və İ.Ə.Əsgərov sonuncunun yaxasından tutmuş, həmin vaxt Zərərçəkmiş şəxs İ.Ə.Əsgərovun sifətindən yumruqla bir neçə zərbə vurmuşdur. O, sonuncuları aralaşdırmağa çalışan zaman Zərərçəkmiş şəxs İ.Ə.Əsgərovun onu bıçaqladığını bildirmiş və o, əvvəlkinin sol tərəfindən qan axdığını görmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs maşına sürərək xəstəxanaya getmələrini bildirmiş, sonuncu orada əməliyyat olunmuşdur. Bundan başqa məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid bildirmişdir ki, o, Zərərçəkmiş şəxs briqadir olduğu işdə təxmini 20 gün işləmiş, pulunun bir hissəsini almış, İ.Ə.Əsgərov isə həmin işdə təxmini 10-15 gün işlədikdən sonra işi yarımçıq qoyub getmişdir. Ustanın günlük maaşı 50 manat, yarım ustanın maaşı 40 manat, İ.Ə.Əsgərovun günlük maaşı isə 30 manat olmuşdur. Zərərçəkmiş şəxsla İ.Ə.Əsgərov maşından düşdükdən bir qədər sonra o güzgüdən baxaraq sonuncuların dalaşdığını görmüş və ayırmaq üçün yanlarına getmiş, İ.Ə.Əsgərovun əlində kəsici-deşici əşya görməmiş, sonuncu əvvəlcədən xəsarət yetirəcəyi barədə heç nə deməmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs xəstəxanaya aparmış, İ.Ə.Əsgərov heç bir köməklik göstərməmişdir. Zərərçəkmiş şəxs indi pulunun olmadığını bildirsə də, İ.Ə.Əsgərov səbrsizlik göstərdiyindən, mübahisənin başlamasına təşəbbüskar da məhz sonuncu olmuşdur. O, Zərərçəkmiş şəxs həqiqətən də İ.Ə.Əsgərova borcunun olması, həmin pulun məbləği barədə məlumatsız olmuş, eləcə də, kimin birinci vurması, İ.Ə.Əsgərovun Zərərçəkmiş şəxs yerə yıxıb vurmasını görməmişdir. İlk növbədə o, Zərərçəkmiş şəxs nəfəs ala bilmədiyini görüb maşını sürmək istəmiş, lakin sonuncu özü maşını sürərək xəstəxanaya getmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2025-ci il tarixli, *** saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsi nahiyəsinin sol-yan səthi və döş qəfəsi nahiyəsinin arxa səthinin sol yarısında daxilə-sol plevra (döş) boşluğuna nüfuz edən, sol ağciyərin aşağı payının kəsilmiş-deşilmiş yarası və sol tərəfli hemopnevmotoraks ilə nəticələnən cəmi iki ədəd deşilmiş-kəsilmiş yara və qarın nahiyəsinin ön divarından daxiləqarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixində qeyd olunan ##.##.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici əşya (əşyalarla), ola bilsin bıçaqla yetirilə bilərdilər, döş qəfəsi nahiyəsindəki daxilə-döş boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvumaya aiddirlər, qarın nahiyəsindəki daxilə-qarın boşlığuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (i/v 95-98). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin canlı şəxsin ekspertizasının ##.##.2025-ci il tarixli, *** saylı rəyindən görünür ki, İ.Ə.Əsgərovun bədənində müəyyən edilmiş xəsarətlər - burun və boyun nahiyələrində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən ##.##.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə və ayrı ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyir edilmir (i/v 93-94). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyindən görünür ki, müayinə zamanı İ.Ə.Əsgərovda hal-hazırda xronik psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmur. İ.Ə.Əsgərovda törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və sair psixi xəstəlik qeyd olunmayıb. İ.Ə.Əsgərov törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. İ.Ə.Əsgərov törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İ.Ə.Əsgərovun əməli Azərbaycan Respublikasınən CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. İ.Ə.Əsgərovun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (i/v 109- 111). ##.##.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektində, Xəzər rayonu istiqamətində yolun sol tərəfində olan piyada səkisində baş vermişdir. Həmin istiqamətdə 50 metr qabaqda “Ağ çiçəyim” gül mağazası, 150 metr qabaqda isə yolüstü piyada keçidi var. Hadisə yerində səki beton pilləkənlərlə örtülmüş, hadisə yerinin ətrafı yaşıllıqdır. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut əhəmiyyətli əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir (i/v 3-7). ##.##.2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, təqsirləndirən şəxs İ.Ə.Əsgərov ifadəsində göstərilən xüsusatları hadisə yerində əyani şəkildə bir daha təsdiq etmişdir (i/v 99-103). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, İ.Ə.Əsgərov Füzuli Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 157.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətə islah işi cəzasına məhkum olunmuş, həmin məhkəmənin ##.##.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan azad edilmişdir (i/v 82-83). Cinayət işinin ikinci cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, sonuncu təqsirləndirilən şəxs İ.Ə.Əsgərovdan ona vurulmuş maddi zərərə görə 6.000 (altı min) manat, mənəvi zərərə görə 3.000 (üç min) manat, ödənilmiş dövlət rüsumuna görə 110 (bir yüz on) manat olmaqla, cəmi 9110 (doqquz min bir yüz on) manat pulun alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Əsgərov İsgəndər Əli oğlunun barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Əsgərov İsgəndər Əli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs İ.Ə.Əsgərov dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma əməlini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, hadisə yerinə baxış keçirmə, ifadənin yerində yoxlanılması protokolu, fotoşəkillər, ekspert rəyləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxs İ.Ə.Əsgərovun hadisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş verməsi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs maşından düşəndən sonra onu vurub yerə yıxması, yerdə yıxılı vəziyyətdə olarkən sonuncunu qolundan vurması, bıçağı bir dəfə də zərərçəkmiş şəxsə tərəf atdıqdan sonra bıçağın Zərərçəkmiş şəxs böyrünə dəyməsi, qorxub geri çəkildikdən sonra Zərərçəkmiş şəxs onun üstünə gələn zaman əlində bıçaq olduğunu qışqırması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs İ.Ə.Əsgərov zərərçəkmiş şəxs tərəfindən yumruqla vurulduqdan və yerdə döyüldükdən sonra yalnız özünü müdafiə etmək məqsədi ilə onu bıçaqla vurduğunu iddia etsə də, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs İ.Ə.Əsgərovun evdən çıxarkən qabaqcadan bıçaq götürərək zərərçəkmiş şəxslə görüşə getməsi, maşında təkidlə pul tələb etməsi nəticəsində zərərçəkmiş şəxsin onun maşından düşməsini istəməsinə baxmayaraq düşməməsi və zərərçəkmiş şəxsin də onunla yerə düşməsini tələb etməsi, hadisə baş verən zaman zərərçəkmiş şəxsə bıçaqla daxilə-döş boşluğuna nüfuz edən iki ədəd, eləcə də qarın nahiyəsindəki daxilə-qarın boşlığuna nüfuz etməyən bir ədəd olmaqla, ümumilikdə üç ədəd bıçaq zərbəsi vurması, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən düşünüldüyü və onun təşəbbüsü ilə baş verdiyini sübut edir. Cinayət işinin apellyasiya baxışı zamanı Əsgərov İsgəndər Əli oğlunun törətmiş olduğu əməlin tövsifi üçün hallar müəyyən edilmədiyindən, onun əməlinin təqsirli bilindiyi maddədən başqa maddəyə tövsif edilməsi üçün maddi və prosessual əsaslar mövcud deyildir və bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Əsgərov İsgəndər Əli oğlunun cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkum edilmiş şəxs apellyasiya şikayətində zərərçəkmiş şəxsə ağır xəsarət deyil, az ağır xəsarət vurmasını qeyd etsə də, iş üzrə keçirilmiş ##.##.2025-ci il tarixli, *** saylı ekspert rəyi ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin - döş qəfəsi nahiyəsinin sol-yan səthi və döş qəfəsi nahiyəsinin arxa səthinin sol yarısında daxilə-sol plevra (döş) boşluğuna nüfuz edən, sol ağciyərin aşağı payının kəsilmiş-deşilmiş yarası və sol tərəfli hemopnevmotoraks ilə nəticələnən cəmi iki ədəd deşilmiş-kəsilmiş yara və qarın nahiyəsinin ön divarından daxilə-qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaraların - deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənməsi, xəstəlik tarixində qeyd olunan ##.##.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici əşya (əşyalarla) törədilməsi, döş qəfəsi nahiyəsindəki daxilə - döş boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaraların ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vumaya aid olması öz təsdiqi tapmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bu dəlilini qəbul etmir və qeyd edir ki, həmin hallar yuxarıda qeyd olunan ekspert rəyi ilə tam təsdiqini tapmışdır və hazırda həmin rəyin şübhə altına alınması ilə bağlı hər-hansı bir hal yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Əsgərov İsgəndər Əli oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Əsgərov İsgəndər Əli oğluna cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini nəzərə almış, onun gənc olmasını, evli olmaqla, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul etmiş, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Əsgərov İsgəndər Əli oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxs Əsgərov İsgəndər Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Əsgərov İsgəndər Əli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Əsgərov İsgəndər Əli oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-435/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-435/2026
28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver