Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-440/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi «Universal» Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 185.2.4, 234.1 və 263-1.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi ilə) ## ### 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 42 inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Gülşən Qurbanova küçəsi YYMdə fərdi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 185.2.4, 234.1 və 263-1.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əlavə cəzanı tamamilə, əsas cəzaları isə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş əsas cəzaya tamamilə toplamaq yolu ilə ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- ***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və bu cinayət işi üzrə ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin ## ### 2025-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri öz həllini tapmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 185.2.4, 234.1 və 263-1.2-ci maddələri ilə təqsirli bilinmişdir ona görə ki, o, istintaqa günü dəqiq məlum olmayan ## ###### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək olan müddət ərzində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X1 Ağa Kərim oğluna məxsus Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi nömrəsiz evə qanunsuz daxil olaraq oradan dəyəri 800 manat olan 01 ədəd “Panasonic” markalı, dəyəri 400 manat olan 01 ədəd “LG” markalı olan televizorları, birinin dəyəri 50 manat olan 02 ədəd səsgücləndirici, dəyəri 460 manat olan 01 ədəd tozsoran, dəyəri 300 manat olan 01 ədəd samovar, dəyəri 180 manat olan 01 ədəd elektrik sobası, dəyəri 300 manat olan 01 ədəd “Makita” markalı drel, dəyəri 100 manat olan 01 ədəd elektrik ət çəkən maşını, dəyəri 400 manat olan 01 ədəd elektrik mişarı, dəyəri 300 manat olan 01 ədəd su kranı dəsti, dəyəri 300 manat olan müasir qaynaq aparatı və dəyəri 200 manat olan elektrik avadanlıqlarını gizli yolla talamış və nəticədə zərərçəkmiş şəxs X1 Ağa Kərim oğluna ümumilikdə 3840 (üç min səkkiz yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, ## ##### 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən avtotəmir məntəqəsində zərərçəkmiş şəxs3 məxsus “Briliance H 320” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinin icazəsi olmadan sürüb talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmış, daha sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2- ci hissəsinin 1-ci bəndinin tələblərini pozub nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, 100-110 km/sat sürətlə hərəkət etdiyi zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək idarə etdiyi avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Xanlar Əzimov küçəsində yerləşən fərdi evin divarına çırparaq yolnəqliyyat hadisəsi törədərək, talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırdığı “Briliance H 320” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibi zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 10.545 (on min beş yüz qırx beş) manat xeyli miqdarda maddi ziyan vurmuş, nəticədə ehtiyatsızlıqdan avtomobilin ön sağ yan tərəfində sərnişin qismində əyləşmiş şəxs zərərçəkmiş şəxs2 sağ tərəfli hemopnevmotoraks (döş boşluğuna sərbəst qanın və havanın yığılması), sağ II, III qabırğaların xətti və IV, V, VI, VII, IX, X, XI qabırğaların yerdəyişən qapalı sınıqları, sağ qasıq, oturaq və oma sümüklərinin yerdəyişən, qapalı sınıqları, baş beyin silkələnməsi, alın, sağ gicgah, burun və sağ bazu nahiyələrinin əzilmiş-cırılmış yaraları müəyyən edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,979 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış və ## ##### 2025-ci il tarixdə saat 21:24-də Sabunçu RPI-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanının qarşısında saxlanılaraq həmin yerdə üzərində yoxlama keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,979 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Apellyasiya protestinin dəlilləri və etirazlar: Həmin hökmdən Azərbaycan Respublikası Baş prokurorunun müavini R Heydər Məmmədov apellyasiya protesti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan ##.##.2025-ci il tarixli hökmünün cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli hökmün çıxarıldığı, yəni ##.##.2025-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ##.##.2025-ci il tarixdən artıq həbsdə olsa da, digər iş üzrə cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən müəyyən edilmiş, məhkəmə isə cinayətlərin məcmusu ilə qəti cəza təyin edərkən, əvvəlki hökmlə təyin edilmiş cəzanı, yəni 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkilmiş hesab edib, qəti cəzadan çıxmaqla cəzasının əvvəlini ##.##.2025-ci il tarixdən hesablayaraq, eyni müddəti (3 ay) həm şəxsin cəza çəkdiyi, həm də qətimkan tədbiri qismində həbsdə olduğu müddət kimi nəzərə almışdır. Bununla da, məhkəmə tərəfindən cəza təyini zamanı cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Hökmdən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs apellyasiya şikayəti verməmişlər. Apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin dəlillərini müdafiə edərək, dəlillərə uyğun çıxış etməklə məhkəmədən apellyasiya protestinin təmin edilməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünün cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etdi. Eyni zamanda şəxsin barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 3.1-ci bəndinin tətbiq edilərək hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın 6 ay azaldılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 ayrı-ayrılıqda apellyasiya protestinin təmin edilməsinə etirazlarının olmadığını bildirdilər. Işin hüquqi məsələləri: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində bir məsələ qeyd edilmişdir: şəxsə təyin edilmiş cəzanın cinayət qanunu normasının düzgün tətbiq edilməklə dəyişdirilməsi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü cinayət və cinayət-prosessual qanunvericiliklərin tələblərinə əməl edilməklə, həmçinin cinayət qanunu normasının düzgün tətbiq edilməsi hissəsində dəyişdirilməlidir. Apellyasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək əməlin tövsifinə münasibətdə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 185.2.4, 234.1 və 263-1.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya protestinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunu norması pozulmuşdur. Belə ki, iş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Kürdəxanı qəsəbəsi Hüsü Hacıyev küçəsi ev 1 ünvanının yaxınlığında tutularaq Bakı şəhəri Sabunçu RPI-nin MSYyə aidiyyəti üzrə təhvil verilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ######## 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarından görünür ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünü istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ##.##.2025-ci il tarixdən artıq həbsdə olsa da, digər iş üzrə cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən müəyyən edilmiş, məhkəmə isə cinayətlərin məcmusu ilə qəti cəza təyin edərkən, əvvəlki hökmlə təyin edilmiş cəzanı, yəni 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkilmiş hesab edib, qəti cəzadan çıxmaqla cəzasının əvvəlini ##.##.2025-ci il tarixdən hesablayaraq, eyni müddəti (3 ay) səhvən həm şəxsin cəza çəkdiyi, həm də qətimkan tədbiri qismində həbsdə olduğu müddət kimi nəzərə almışdır. Göründüyü kimi apellyasiya protestinin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən cinayət qanununun normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinin tələbinə görə cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0.1-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Eyni zamanda məhkəmə kollegiyası xatırladır ki, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci maddəsinə əsasən, az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan məhkumların cəzasının 6 ay azaldılması müəyyən olunmuşdur. Həmin qərarın 5.2.3-cü maddəsinə əsasən, məhkəmələr bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar. Həmin qərarın 5.3-cü maddəsinə əsasən, məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Həmin Qərarın 19.5-ci bəndinə əsasən, Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların Icrası Məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Qərarın 26-cı hissəsinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 185.2.4, 234.1 və 263-1.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti təmin edilməli, hökm cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət hazırki mübahisələndirilən hökmlə təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1, 5.2.3 və 5.3-cü bəndləri tətbiq edilərək, təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ay azaldılmalı və üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4, 399.1.4, 403.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün müddət hazırki mübahisələndirilən hökmlə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1, 5.2.3 və 5.3-cü bəndləri tətbiq edilərək, ona təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ay azaldılsın və üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. «Universal» Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq, «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-440/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-440/2026
20.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver