Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-441/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Emin Zöhrab oğlunun sədrliyi və məruzəsilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X10 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim E.H.Rəcəbova) ## ###### 2026-cı il tarixli hökmü ilə, ## ###### 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən hesablanmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, cavabdeh kimi ondan Bakı şəhəri Xəzər rayon məhkəməsinin ## ###### 2015-ci il tarixli *(***)- **/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla ## ### 2020-ci il tarixdən başlayaraq ## ###### 2012-ci il tarixdə anadan olmuş X2 və ## ###### 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq Zamanova (Əsgərzadə) Gülnar Vüqar qızına ödənilməsinə dair Bakı şəhəri Xəzər rayon məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-***/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)- ****/**** saylı qərarı ilə Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona ## #### 2024-cü il və ## #### 2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən ## #### 2025-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zamanova (Əsgərzadə) Gülnar Vüqar qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 15400 (on beş min dörd yüz) manat məbləğində aliment borcunu ödəməməklə sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hökmdən, müdafiəçi müdafiəçi1 apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə istər istintaq orqanı, istərsə də birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında, müdafiəçi müdafiəçi1, apellyasiya şikayətinə münasibətdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına əsas olmuş 15400 (on beş min dörd yüz) manat məbləğində aliment borcunun zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tam olaraq ödənildiyinin nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına əsas olmuş 15400 (on beş min dörd yüz) manat məbləğində aliment borcunun ona tam olaraq ödənilməsi haqqında ##.##.2026-cı il tarixli ərizəni təqdim edərək, cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında, dövlət ittihamçısı X4, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən 15400 (on beş min dörd yüz) manat məbləğində aliment borcunun zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tam olaraq ödənildiyini nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ləğv olunmalı və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işinin icraatına xitam verilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası, ilk öncə qeyd edir ki, verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Bundan əlavə, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ##.##.2026-cı il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına əsas olmuş 15400 (on beş min dörd yüz) manat məbləğində aliment borcu, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 398.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ləğv olunmalı və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işinin icraatına xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 397.1, 397.2 və 398.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-441/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-441/2026
23.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver