Məhkəmə qərarları › İş №1(3-6)-444/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-444/2026

04.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-444/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X1 (sədrlik edən və məruzəçi hakim), X4 və X2 ibarət tərkibdə, Sadıqova Ləman Şahmar qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili müdafiəçi1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə (hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi ilə) ##.##.1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, işləməyən, ali təhsilli, ünvan 2 ünvanda qeydiyyatda olan, həbs olunanadək ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) günün azadlıqdan məhrum etmə müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. Işin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs Elm və Təhsil Nazirliyinə mütəxəssis vəzifəsi üzrə işə qəbul olunmasına köməklik göstərilməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2022-ci ilin aprel ayının ortalarında ünvan 1 ünvanında yerləşən dərzixanada 5.000 manat və eyni niyyətlə 2022-ci ilin aprel ayının sonlarında eyni ünvanda 5.500 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 10.500 (on min beş yüz) manat məbləğində xeyli miqdarda maddı ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulan ziyanın 10.500 manatdan 8.500 manat ödədiyini, qalan məbləği ödəmək istədiyini nəzərə alsa da, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşmandır, əvvəllər məhkumluğu olmamış, ailəlidir, ailəsinə başqa qazanc gətirən yoxdur, övladı hal-hazırda vətənə xidmətdədir. Ona görə də ona təyin edilmiş cəza yüngülləşdirilməlidir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək və apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edilməsini, bu mümkün olmadıqda isə ona Milli Məclisin ##.##.2025-ci il tarixli amnistiya aktının tətbiq edilməklə cəzadan azad edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı2 təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə işin halları nəzərə alınaraq ədalətli cəza təyin edilmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili - ona təqsirli bilindiyi maddə ilə daha yüngül (azadlıqdan məhrum etmə ilə bağlı olmayan) cəza təyin edilməsindən, bu mümkün olmadıqda isə ona Milli Məclisin ##.##.2025-ci il tarixli amnistiya aktının tətbiq edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən də göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin hüquqi tövsifini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. Belə ki, cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs Elm və Təhsil Nazirliyinə mütəxəssis vəzifəsi üzrə işə qəbul olunmasına köməklik göstərilməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2022-ci ilin aprel ayının ortalarında ünvan 1 ünvanında yerləşən dərzixanada 5.000 manat və eyni niyyətlə 2022-ci ilin aprel ayının sonlarında eyni ünvanda 5.500 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 10.500 (on min beş yüz) manat məbləğində xeyli miqdarda maddı ziyan vurmaqla dələduzluq etmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Elm və Təhsil Nazirliyinə mütəxəssis vəzifəsi üzrə işə qəbul olunmasına köməklik göstərilməsi barədə vəd verməsi, vədin verildiyi andan yalan vəd olması, verdiyi yalan vədin müqabilində zərərçəkmiş şəxsdən ümumilikdə 10.500 manat pul vəsaitini vahid niyyətlə alıb ələ keçirərək dələduzluq etməsi, sonradan vədinə əməl etməməsi və dələduzluq cinayəti nəticəsində ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməsi, habelə vurduğu ümumi ziyandan 8.000 manat məbləğində pul vəsaitini geri qaytarması həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı və işə birinci instansiya məhkəməsində baxılarkən verdikləri ifadələr, həm də şahid ifadələri və cinayət işinə əlavə edilmiş çoxlu sayda digər sübutlar ilə təsdiq olunur. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyandan 8.500 manat məbləğində pul vəsaitini geri qaytardığını iddia etsə də, cinayət işinin materiallarından, habelə zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsindən, o cümlədən zərərçəkmiş şəxsin elektron məhkəmə sistemi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə vurulmuş 10.500 manatdan hazıradək 8.000 manat məbləğində pul vəsaiti ziyan kimi ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayətindən göründüyü kimi, təqsirləndirilən şəxs ona təqsirli bilindiyi maddə ilə daha yüngül cəza təyin edilməsini, bu alınmadıqda isə ona Milli Məclisin ##.##.2025-ci il tarixli amnistiya aktının tətbiq edilməklə cəzadan azad edilməsini xahiş etmişdir. Ilk növbədə məhkəmə kollegiyası bildirir ki, apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə Milli Məclisin ##.##.2025-ci il tarixli amnistiya aktının tətbiq edilməsinə əsas olan hallarla bağlı dəqiqləşdirmə aparılmış və Təqsirləndirilən şəxs amnistiya aktında göstərilən əsasların olmadığını bildirmişdir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Milli Məclisin ##.##.2025-ci il tarixli amnistiya aktının tətbiq edilməsi üçün heç bir əsas yoxdur, habelə o, göstərilən əsaslarla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən onun ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, şahid ifadələrini və digər sübutları məcmu halda nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası daxilində ədalətli olaraq aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs hazırkı vaxta qədər vurulmuş ziyanın 8.000 manat hissəsini zərərçəkmiş şəxsə ödəməsini cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin məhkumluğu olmasa da iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Bundan başqa, həmin məhkəmənin hökmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 29, 178.2.4, 273-2, 294.3, 29, 294.3, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunduğu cinayət işinin icraatı aparılır. Eyni zamanda təqsirləndirilən şəxs barəsində eyni xarakterli əməllərlə bağlı daha bir cinayət işi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsi üzrə cinayət işi hazırda istintaq mərhələsində olmaqla, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirsizlik prezumpsiyasını şübhə altına almadan bu halları təqsirləndirilən şəxsi səciyyələndirən hal kimi nəzərə almışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü təqsirləndirilən şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar