Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-445/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakı ilə, ## ###### 1981-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə aşağıdakılar hökm edilmişdir: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılsın və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli ## ###### 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkarlanan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,121 qram olan narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,273 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 13,171 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 13,373 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ## ###### 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:40-da ünvan 1 ünvanının yaxınlığında saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 23:20-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynində göy rəngli gödəkcənin sol iç cibindən bir ədəd sellofan bükümdə 13,171 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd sarı rəngli plastik qutuda 11,528 qram və 01 ədəd sellofan bükümdə 1,845 qram olmaqla ümumilikdə 13.373 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri: Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib birinci instansiya məhkəməsi tərəfindən kobud pozuntularla kifayət qədər araşdırma aparılmadığını nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmünü ləğv edərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılması və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 04 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CMin 69.3-cü maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 günün ona təyin edilmiş cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü cinayət qanunvericiliyin tələbləri nəzərə alınaraq qəti cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməl CM-nin 234.1- 1-ci maddəsinə tövsif edilərək o, 4 il müddətə azadlıqdan məhrum etmə, CM-nin 66.5ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplamaq yolu, həmçinin CM-nin 69.3-cü maddəsinə əsasən 4 il 5 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin olunmaqla dəyişdirilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təqsirli bilinib müvafiq cəzaya məhkum edilərkən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza nəzərə alınmamış, Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplamaq yolu qəti cəza təyin edilmişdir. Halbuki, Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilən cəza Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə təyin edilən cəza ilə qismən toplanmaq yolu ilə qəti cəza təyin edilmişdir. Yəni, Ağdaş Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəza iki dəfə, həm Sabunçu Rayon Məhkəməsinin, həm də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmləri ilə təyin edilmiş cəzalarla qismən toplanmışdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilərkən ona istinad edilən cinayət əməllini ##.##.2022-ci il tarixdə, yəni onun barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü çıxarılandan əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsi ##.##.2024-cü il tarixli tarixli hökmü ilə təqsirli bilinib cəza təyin edildikdən sonra ona Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli idi. Lakin məhkəmə həmin maddələrin tələblərini pozaraq hazırki hökmlə təyin etdiyi cəza ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanı CM-nin 66.5-ci maddəsi ilə toplamamış, bununla da, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya protestinin təmin olunmamasını xahiş etdilər. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər narkotik vasitə istifadəçisi olsa da, saxlanılmamışdan 4 ay əvvəl narkotik vasitə istifadəsini dayandırmışdır. ## ###### 2022-ci il tarixdə Bakıxanov qəsəbəsinə getməli olmuş, lakin həmin gün Tofiq Bəhrəmov adına Respublika stadionunda futbol oyunu olduğundan yollar bağlı olmuş və o, Nərimanov rayonu ərazisindən keçməli olmuşdur. O, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "Nənəmin təndiri” restoranından un məmulatları almaq üçün avtomobildən düşmüş, bu zaman saat təxminən 21:30 radələri olmuşdur. Həmin vaxtı ona 6 nəfər yaxınlaşaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları xidməti vəsiqələrini göstərdikdən sonra o, özünü onlara təqdim etmişdir. Polis əməkdaşları ondan dostunun harada olduğunu soruşduqda, o, tək olduğunu, onların kimi nəzərdə tutduqlarını bilmədiyini demişdir. Əməliyyat müvəkkillərindən biri bir az kənarda yerdə olan bağlamanı götürmüş və ona aid olub-olmadığını soruşmuşdur. O da həmin bağlamadan məlumatsız olduğunu və ona aid olmadığını bildirmişdir. Polis əməkdaşlarının avtomobili ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, öz şəxsi avtomobili isə Nərimanov rayonu ərazisində qalmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşları ona müxtəlif zərbələrlə döyərək zor tətbiq etmiş və onun ayaq barmağında olan dırnağını çıxararaq, elektrik cərəyanına məruz qoyaraq işgəncə vermişlər. Təzyiq altında onun üzərinə narkotik vasitə və psixotrop maddə olan bağlamanı yerləşdirdikdən sonra, müdafiəçi gəlmiş və çəkiliş başlamışdır. O, polis əməkdaşlarının təzyiqinə dözə bilmədiyindən, məcbur qalıb onların dedikləri ilə razılaşmışdır. İttiham aktında yazılanların yanlış olduğunu, çəkiliş zamanı təxminən 15 qram narkotik vasitə və psixotrop maddənin onun üzərinə yerləşdirildiyi halda, ittiham aktında 26 qram narkotik vasitə və psixotrop maddə olduğunu, həmin gün ağ rəngli şalvar geyindiyini, lakin ittiham aktında əynində olan şalvarın göy rəng olduğu qeyd edilmişdir. O, tutulan zaman üzərində narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən onun avtomobilinə və yaşadığı mənzilə baxış keçirilməmişdir. O, "Əmir” adlı şəxsi tanımamış, polis əməkdaşlarının axtardığı şəxs o, olmamış, təsadüfən həmin ərazidə olduğu üçün saxlanılmışdır. Qohumlarından da heç kim narkotik vasitə istifadəçisi olmamış, dostlarından bəzilərinin sadəcə narkotik vasitə istifadəçisi olmuşlar. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında polis əməkdaşlarının onun ayaq dırnağını çıxarmaqları ilə bağlı hakimə məlumat verməmişdir. İstintaq təcridxanasında heç bir müalicə almamış, müalicəsi ilə özü şəxsən məşğul olmuşdur. İstintaq təcridxanasına daxil olan zaman müayinə olunmamış, AR Baş Prokurorluğuna polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalmağı ilə bağlı şikayəti əsasında araşdırılma aparılmış, lakin araşdırılmanın nəticəsindən məlumatsız olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilli şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonradan tanımaqla onunla əvvəllər hər hansı münasibəti olmamışdır. Ona ''Seymur’' adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş, həmin şəxsin ## ###### 1981-ci ildə Ağdaş şəhərində doğulmuş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi İlə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün müraciət edilmişdir. ##.##.2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə verilən əmrlə Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Özü qrupun rəhbəri təyin edilməklə idarənin əməliyyat müvəkkilləri, R şahid1 və R şahid2 da qrupun üzvü təyin edilmişdir. Bundan sonra ##.##.2023-cü il tarixdə Teymur Seymurovun olduğu yer müəyyən edilərək həmin gün saat 21:40-da ünvan 4 ünvanının yaxınlığında olduğu zaman Teymur Seymurov saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığına görə tərəfindən müşayiətləri altında saxlandığı yerdən Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında Baş İdarəyə gəlmişdir. Bununla bağlı müvafiq raport yazılandan sonra araşdırmanın aparılması təhqiqatçı, R Babək Haqverdiyevə həvalə edildiyindən müşayiətləri ilə Təqsirləndirilən şəxs təhqiqatçı Babək Haqverdiyevin xidməti otağına aparmış, 10-15 dəqiqə keçəndən sonra təhqiqatçının dəvəti ilə vəkil gələndən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif ediləndə, o, üzərində narkotik vasitə heroin olduğunu bildirib əynindəki göy rəngli gödəkcənin sol iç cibindən bir ədəd yapışqan lentlə bağlanmış bağlamanı, həmin gödəkcənin sol yan cibindən “Redmi” markalı mobil telefonu, göy rəngli cins şalvarının sol arxa cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi yapışqan lentlə bağlanmış bağlama açılarkən bağlamanın içərisində bir ədəd sarı rəngli plastik qutu və iki ədəd sellofan büküm aşkar edilmişdir. İki ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərdən birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, digər sellofan bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Bir ədəd sarı rəngli plastik qutuya baxış keçirilərkən qutunun içərisində də psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sarı rəngli plastik qutuda və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-in "Zərflər üçün” * saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamış, 10 manat da özünə geri qaytarılmışdır. Aşkar edilən "Redmi” markalı mobil telefon isə təhqiqatçı tərəfindən götürülmüş, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin maddələri və həbləri ekspertizaya göndərmək məqsədilə qablaşdırmış və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroini və metamfetamini konkret haradan əldə etməsi haqqında hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar olunaraq götürülmüş heroini və metamfetamini "Əmir” adlı şəxsdən 50 manat kart hesabına köçürməklə online formada aldığını və ##.##.2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "Nənəmin təndiri” restoranının arxasında yerdən götürdüyünü və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı heç kim zor tətbiq etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilli şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonradan tanımaqla onunla əvvəllər hər hansı münasibəti olmamışdır. şahid3 ''Seymur’' adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş, həmin şəxsin ##.##.1981-ci ildə Ağdaş şəhərində doğulmuş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi İlə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün müraciət edilmişdir. ##.##.2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə verilən əmrlə Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. şahid3 qrupun rəhbəri təyin edilməklə idarənin əməliyyat müvəkkilləri, şahid1 və o da qrupun üzvü təyin edilmişdir. Bundan sonra ##.##.2023-cü il tarixdə Teymur Seymurovun olduğu yer müəyyən edilərək həmin gün saat 21:40-da ünvan 4 ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığına görə tərəflərindən müşayiətləri altında saxlandığı yerdən Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında Baş İdarəyə gəlmişdir. Bununla bağlı müvafiq raport yazılandan sonra araşdırmanın aparılması təhqiqatçı, R Babək Haqverdiyevə həvalə edildiyindən müşayiətləri ilə Təqsirləndirilən şəxs təhqiqatçı Babək Haqverdiyevin xidməti otağına aparmış, 10-15 dəqiqə keçəndən sonra təhqiqatçının dəvəti ilə vəkil gələndən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif ediləndə, o, üzərində narkotik vasitə heroin olduğunu bildirib əynindəki göy rəngli gödəkcənin sol iç cibindən bir ədəd yapışqan lentlə bağlanmış bağlamanı, həmin gödəkcənin sol yan cibindən “Redmi” markalı mobil telefonu, göy rəngli cins şalvarının sol arxa cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi yapışqan lentlə bağlanmış bağlama açılarkən bağlamanın içərisində bir ədəd sarı rəngli plastik qutu və iki ədəd sellofan büküm aşkar edilmişdir. İki ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərdən birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, digər sellofan bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Bir ədəd sarı rəngli plastik qutuya baxış keçirilərkən qutunun içərisində də psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sarı rəngli plastik qutuda və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-in "Zərflər üçün” * saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamış, 10 manat da özünə geri qaytarılmışdır. Aşkar edilən "Redmi” markalı mobil telefon isə təhqiqatçı tərəfindən götürülmüş, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin maddələri və həbləri ekspertizaya göndərmək məqsədilə qablaşdırmış və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroini və metamfetamini konkret haradan əldə etməsi haqqında hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar olunaraq götürülmüş heroini və metamfetamini "Əmir” adlı şəxsdən 50 manat kart hesabına köçürməklə online formada aldığını və ##.##.2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "Nənəmin təndiri” restoranının arxasında yerdən götürdüyünü və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı heç kim zor tətbiq etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilli şahid1 ifadəsində göstərmişdir ki, DİN BMCMİ əməliyyat müvəkkili şahid3 ''Seymur’' adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur, həmin şəxsin ##.##.1981-ci ildə Ağdaş şəhərində doğulmuş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün müraciət edilmişdir. ##.##.2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə verilən əmrlə Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. şahid3 qrupun rəhbəri təyin edilməklə idarənin baş əməliyyat müvəkkili şahid2 və o qrupun üzvü təyin edilmişdir. Bundan sonra ##.##.2023-cü il tarixdə Teymur Seymurovun olduğu yer müəyyən edilərək həmin gün saat 21:40-da ünvan 3 ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığına görə tərəflərindən müşayiətləri altında saxlandığı yerdən Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən bizimlə birlikdə və müşayiətimiz altında Baş İdarəyə gəlmişdir. Bununla bağlı müvafiq raport yazılandan sonra araşdırmanın aparılması təhqiqatçı, R Babək Haqverdiyevə həvalə edildiyindən müşayiəti ilə Təqsirləndirilən şəxs təhqiqatçı Babək Haqverdiyevin xidməti otağına aparılmış, 10-15 dəqiqə keçəndən sonra təhqiqatçının dəvəti ilə vəkil gələndən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. O, üzərində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə oxşar maddəni masanın üzərinə qoymuşdur. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə DİN-in "Zərflər üçün” * saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etdi, bükümlərdə olmaqla həmin maddələri və həbləri ekspertizaya göndərmək məqsədilə qablaşdırılmış və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroini və melamfetamini konkret haradan əldə etməsi haqqında hər hansı məlumatım yoxdur. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar olunaraq götürülmüş heroini və melamfetamini "Əmir” adlı şəxsdən online formada aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı heç kim zor tətbiq etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının ##.##.2022-ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 13,171 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 1,345 qram və bir ədəd plastik qutuda təmiz çəkisi 11,528 qram, ümumi təmiz çəkisi 13,373 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş bir ədəd bükümdə və bir ədəd plastik qutuda olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr"in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 13,171 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq: 13,121 qram. Metamfetaminin ümumi təmiz çəkisi: 13,373 qram, tədqiqata sərf edildi: 0,100 qram, qalıq: 13, 273 qram. (iş vərəqə 41-46) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X10-narkoloji Tibbi Yoxlama Ekspertizasının ##.##.2023-cü il tarixli, *** saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 158-159) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X5 ##.##.2023-cü il tarixli, *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək, ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir. (iş vərəqə 160- 162) İş materiallarında olan ##.##.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, ## ###### 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə 13,171 qram çəkidə narkotik vasitə heroinin 01 ədəd sarı rəngli plastik qutuda 13,373 qram və 01 ədəd sellofan bükümdə 1,845 qram olmaqla ümumilikdə 13,373 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar olunması məlum olur. (iş vərəqə 91- 92) İş materiallarında olan ##.##.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ## ###### 2022-ci il tarixdə saat 21:40-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkilişdən istifadə olunmuş və həmin videogörüntü 1 ədəd DVD-R formatlı diskə köçürülərək şəxsi axtarış və götürmənin aparılması haqqında protokola əlavə edilmişdir. İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə ##.##.2023-cü il tarixdə saat 15:00 dəqiqədə protokola əlavə edilmiş 1 ədəd diskin yerləşdirildiyi qablaşdırmanı sökərək baxışı aparılmağa başlanılmışdır. Həmin disk dairəvi formasında olmaqla bir üzü ağ rəngindədir, üzərində heç bir yazı və ya rəqəm yoxdur. "HP" markalı noutbuk diskdə olan videogörüntüyə baxılarkən aydın oldu ki, təhqiqatçı tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymazdan əvvəl üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli gödəkcənin sol iç cibindən bir ədəd yapışqan lentlə bağlanmış bağlamanı, həmin gödəkcənin sol yan cibindən "Redmi" markalı mobil telefonu, göy rəngli cins şalvarının sol arxa cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi yapışqan lentlə bağlanmış bağlama açılarkən bağlamanın içərisində bir ədəd sarı rəngli plastik qutu və iki ədəd sellofan büküm aşkar edilir. İki ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərdən birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, digər sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilir. Bir ədəd sarı rəngli plastik qutuya baxış keçirilərkən isə qutunun içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sarı rəngli plastik qutuda və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. 10 manat isə özünə geri qaytarılaraq aşkar edilən "Redmi" markalı mobil telefon təhqiqatçı tərəfindən götürülür. Təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib edir və protokol imzalarla təsdiq edilir. (iş vərəqə 146) İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2022ci il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilli Tural Yusubov tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş ##.##.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar qanuni hesab edilmişdir. (iş vərəqə 5-6; 94-95) Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilən Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi Rafiq Şıxəliyev tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının ##.##.2023-cü il tarixli, *-**-**/**/*-****/**** saylı məktubundan görünür ki, həbs edilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Bədəninə baxış keçirilən zaman xəsarət aşkar olunmamışdır. Sol qarın, sol said nahiyəsində və sol əlin ovuc səthində çapıq toxuma müşahidə olunmuşdur. Habelə, ##.##.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə keçirilən dindirmə istintaq hərəkətləri zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi və ya hansısa formada zor tətbiqinə məruz qalması barədə ifadə verməmişdir. (iş vərəqə 55-58) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ##.##.2023-cü il tarixli tələbnaməsindən, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı hökmündən, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qərarından, Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2021-ci il tarixdən həbsdə saxlanıldığı 4 ay 24 gün nəzərə alınaraq ona qəti olaraq 01 il 02 ay 12 gün müddətə azadlığın məhdudlaşdırlması cəzası təyin edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə barəsində "8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının ##.##.2021-ci il tarixədək çəkilməmiş 01 il 2 ay 12 gün hissəsi, Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 01 gün nəzərə alınaraq üzərində qəti olaraq 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhər Probasiya İdarəsinin ##.##.2023-cü il tarixli, **-*/*-*****/** saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2022-ci il tarixində cəza müddətinin başa çalması ilə əlaqədar Bakı şəhəri Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. İş materialında olan Bak Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)- ***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ## ######## 2022-ci il tarixdən ## ######## 2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azalıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli ##.##.2022-ci il tarixdən hesablanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və onun azadlıqdan məhrum etmə cəzasının çəkilməsi nəzərə alınmışdır. İş materiallarında olan Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2023-cü il tarixli ** saylı məktubuna əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri ərazisində yaşadığı müddət ərzində barəsində nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. (iş vərəqə 168) İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində ##.##.2008-ci il təvəllüdlü X6, ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X7 olmaqla 3 azyaşlı uşağı vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilməmişdir. Bundan əvvəl təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməllərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, yəni Təqsirləndirilən şəxs “satış məqsədi ilə sellofan bükümdə 13,171 qram çəkidə narkotik vasitə heroini, 01 ədəd sarı rəngli plastik qutuda 11,528 qram və 01 ədəd sellofan bükümdə 1,845 qram olmaqla ümumilikdə 13.373 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması” ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmişdir. Belə ki, CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CMdə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə əsasən - 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin, 2-ci Siyahısının 118-cü bəndinə əsasən - 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Nə ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələri əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə tərkibi hesab etmişdir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etməsi, qeyd edilən vasitənin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkotiklərin satışı ilə bağlı əməliyyat orqanının məlumatı olması barədə şahid qismində dindirilən polis əməkdaşları bildirsələr də, bununla əlaqədar əməliyyat-axtarış tədbiri həyata keçirilməmiş, narkotik vasıtələrin və psixotrop maddələrin satışına dair SMS mətnləri və digər yazışmalar mövcud deyil, tutulan zaman tərəzi aşkar edilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin özünə məxsus olması və Azərbaycana İrandan keçirdiyi narkotik vasitələrin satışı ilə məşğul olan “Əmir” adlı şəxsdən alması barədə etirafedici ifadəsində belə narkotik vasitələrin satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində satış məqsədi olması ilə bağlı nəticəyə gələrkən ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə olan heroin, həm də psixotrop maddə metamfetamin olmaqla iki ayrı-ayrı növlərdə olmasını, həmçinin aşkar olunmuş narkotik və psixotrop maddələrin kütləsinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını nəzərə almışdır. Narkotik vasitənin miqdarına münasibətdə məhkəmə tərkibi qeyd etmişdir ki, yalnız narkotik vasitənin miqdarı prizmasından yanaşılaraq şəxsin əməlinə hüquqi qiymət verilməsi qanunvericiliyin, eyni zamanda müvafiq sahədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilən mövqelərinə ziddir. Bununla yanaşı qeyd edilməlidir ki, hazırda qüvvədə olan CM-in redaksiyasında artıq şəxsin satış məqsədi olmadan külli miqdarda narkotik vasitə əldə etmiş olması belə ayrıca cinayət əməli olaraq təsnifləndirilmişdir ki, bu da bir daha birinci instansiya məhkəməsinin mövqeyinin məsələyə bu faktdan yanaşaraq qiymət verməsinin yanlış olduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla iki ayrı-ayrı növlərdə olması da onun narkotik maddələrin satış məqsədi ilə saxlamasına dəlalət edən hal deyil, belə ki, istintaq zamanı alınmış rəydən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sindromu məhz opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli * saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki birinci instansiya məhkəməsində onun üzərindən aşkar edilmiş narkotik vasitələrin satışı ilə məşğul olması, həmin vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə tərkibi qeyd etmişdir ki, şəxsin üzərindən sellofan bükümdə 13,171 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd sarı rəngli plastik qutuda 11,528 qram və 01 ədəd sellofan bükümdə 1,845 qram olmaqla ümumilikdə 13.373 qram çəkidə psixotrop maddə metamfetamin olmaqla külli miqdarda narkotik vasitələrin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız özü-özlüyündə həmin şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. Məhkəmə tərkibi yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)- ***/**** nömrəli hökmü Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1- 1-ci maddəsi ilə tövsif edilməlidir. Hazırkı apellyasiya protestinin dəlillərinə qiymət verən məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin olunmaqla dəyişdirilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təqsirli bilinib müvafiq cəzaya məhkum edilərkən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş cəza nəzərə alınmamış, Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplamaq yolu qəti cəza təyin edilmişdir. Halbuki, Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilən cəza Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə təyin edilən cəza ilə qismən toplanmaq yolu ilə ona qəti cəza təyin edilmişdir. Yəni, Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza iki dəfə, həm Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı, həm də Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmləri ilə təyin edilmiş cəzalarla qismən toplanmışdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə məhkum edilərkən ona istinad edilən cinayət əməlini ##.##.2022-ci il tarixdə, yəni onun barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü çıxarılandan əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsi ##.##.2024-cü il tarixli tarixli hökmü ilə təqsirli bilinib cəza təyin edildikdən sonra ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi həmin maddələrin tələblərini pozaraq hazırkı hökmlə təyin etdiyi cəza ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanı CM-nin 66.5-ci maddəsi ilə toplamamış, bununla da, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməməklə səhvə yol verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməli, hökmdən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılsın və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.” müddəaları xaric edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- ***/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilib həmin maddə ilə təqsirli bilinərək, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- ***/**** saylı hökmü ilə nəzərə alınmış Təqsirləndirilən şəxs ## ######## 2022-ci il tarixdən ## ######## 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddətin ona təyin edilmiş qəti cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2022-ci il tarixdən hesablanması nəzərə alınmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 399 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Hökmdən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılsın və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.” müddəaları xaric edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilib həmin maddə ilə təqsirli bilinərək, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərə alınsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə nəzərə alınmış Təqsirləndirilən şəxs ## ######## 2022-ci il tarixdən ## ######## 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2022-ci il tarixdən hesablanması nəzərə alınsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410cu mddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-445/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-445/2026
21.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver