Məhkəmə qərarları › İş №1(3-6)-447/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-447/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-447/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Ağayeva (İsmayılova) Sahilə İmran qızının və onun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, Ağayeva (İsmayılova) Sahilə İmran qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, dərəcəli hüquqşünas dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü ilə ##.##.1992-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublkası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 04 il 08 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Ağayeva (İsmayılova) Sahilə İmran qızının Azərbaycan Respublikası CM-nin 317- 2.1- ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 04 il 08 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 il 10 ay 15 gün hissəsini hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirərək Ağayeva (İsmayılova) Sahilə İmran qızının üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin nəzərə alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttihama əsasən Ağayeva (İsmayılova) Sahilə İmran qızı, cəza çəkdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ## ###### 2011 -ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarfna 11-ci əlavəyə əsasən, məhkumlara hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşya sayılan - təmiz çəkisi 0,022 qram kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin”i istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış və gəzdirmiş, ## ###### 2025-ci il tarixdə saat təxminən 18:10 radələrində müəssisənin əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda hal şahidlərinin iştirakı ilə onun üzərinə axtarış-baxış tədbirləri keçirilən zaman alt paltarının içərisində ağ rəngli kristal şəkildə üzərində “Rothmans” yazısı olan siqaret qutusunda gizlətdiyi bir ədəd bükümdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, dərəcəli hüquqşünas dövlət ittihamçısı2 apellyasiya protesti verərək hökmün cinayət qanununun norması düzgün tətbiq olunaraq dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Ağayeva (İsmayılova) Sahilə İmran qızının Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü cinayət qanununun norması düzgün tətbiq olunaraq dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Ağayeva Sahilə İmran qızı Azərbaycan Respublikası CM-in Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CMin 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 04 il 08 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəlinin ## ### 2025-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı Ağayeva (İsmayılova) Sahilə İmran qızının Penitensiar Xidmətin * saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli hazırlıq iclasının qərarı ilə Ağayeva (İsmayılova) Sahilə İmran qızı Azərbaycan Respublikası CM-in 317- 2.1-ci maddəsi ilə məhkəməyə verilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin məhkəmə hökmündə hazırki iş üzrə ## ###### 2026-cı il tarixli hazırlıq iclasının qərarı ilə Ağayeva (İsmayılova) Sahilə İmran qızının barəsində həbs qətimkan tədbiri seçilsə də, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanmalı olduğunu qeyd etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsin cəzasının əvvəli ilə bağlı hissədə məhkəmə tərəfindən yol verilən nöqsan nəticəsində əlavə olaraq məhkəmə Ağayeva (İsmayılova) Sahilə İmran qızının cəzasının çəkilməmiş hissəsini də düzgün müəyyən etməmişdir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 04 il 08 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 3 il 10 ay 15 gün deyil, ##.##.2026-cı il tarixədək olan 3 il 11 ay 2 gün müddətə hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməli idi. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı Abdulla Abullayev apellyasiya protestini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından protestin təmin edilməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün cinayət qanunun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Ağayeva (İsmayılova) Sahilə İmran qızı və onun müdafiəçisi müdafiəçi2 apellyasiya protestinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403- 405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Apellyasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası ilk növbədə əməlin hüquqi tövsifi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Ağayeva (İsmayılova) Sahilə İmran qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış sübutları birbirilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbiri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş apellyasiya protestinin dəlilərinə münasibətdə qiymətləndirilmə aparılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünü mübahisələndirən dövlət ittihamçısının apellyasiya protestinin əsas dəlilləri Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli hazırlıq iclasının qərarı ilə Ağayeva (İsmayılova) Sahilə İmran qızı barəsində həbs qətimkan tədbiri seçildiyi halda cəzaçəkmə müddətinin əvvəlinin hökmün çıxarıldığı ## #### 2026cı il tarixdən hesablanması, habelə Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsə təyin olunmuş 04 il 08 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının ##.##.2026-cı il tarixədək olan və hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməli olan çəkilməmiş hissəsi 3 il 11 ay 2 gün müddət təşkil etdiyi halda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin cəzasının əvvəli ilə bağlı hissədə yol verilmiş sözügedən nöqsan nəticəsində həmin müddətin 3 il 10 ay 15 gün kimi götürülməsindən ibarətdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Ağayeva Sahilə İmran qızı Azərbaycan Respublikası CMin Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CMin 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 04 il 08 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəlinin ## ### 2025-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli hazırlıq iclasının qərarı ilə Ağayeva (İsmayılova) Sahilə İmran qızı Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə məhkəməyə verilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Mübahisələndirilən hökmdən görünür ki, Ağayeva (İsmayılova) Sahilə İmran qızının Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025ci il tarixli hökmü ilə təyin olunmuş 04 il 08 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 il 10 ay 15 gün hissəsini hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirərək Ağayeva (İsmayılova) Sahilə İmran qızının üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin nəzərə alınması hökm edilmişdir. Halbuki, hazırki işin materiallarına əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli hazırlıq iclasının qərarı ilə Ağayeva (İsmayılova) Sahilə İmran qızı Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə məhkəməyə verilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir ki, cinayət qanunvericiliyi normalarının, habelə Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenum Qərarının tələbləri baxımından Ağayeva (İsmayılova) Sahilə İmran qızının cəzaçəkmə müddətinin başlanğıcı məhz onun barəsində həbs qətimkan tədbirinin seçildiyi ## ###### 2026-cı il tarixdən hesablanmalı idi. Belə olan halda, birinci instansiya məhkəməsi Ağayeva (İsmayılova) Sahilə İmran qızına qəti olaraq təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının hökmün çıxarıldığı ##.##.2026-cı il tarixdən hesablanması qənaətinə gəlməklə cinayət hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Ağayeva Sahilə İmran qızı Azərbaycan Respublikası CM-in Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qəti olaraq 04 il 08 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və cəza çəkmə müddətinin əvvəlinin ## ### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Ağayeva (İsmayılova) Sahilə İmran qızı barəsində həbs qətimkan tədbirinin seçildiyi tarixə, yəni ##.##.2026-ci il tarixədək onun sözügedən hökmlə ona təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 03 (üç) il 11 (on bir) ay 02 (iki) gün müddət təşkil etmişdir. Bununla belə, mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi Ağayeva (İsmayılova) Sahilə İmran qızına qəti olaraq təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının hökmün çıxarıldığı ##.##.2026-cı il tarixdən hesablanması qənaətinə gələrkən onun həmin hökmlə təyin edilmiş cəzaya Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 04 il 08 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi kimi 3 il 10 ay 15 gün hissəsini qismən birləşdirməklə həmin hissədə də cinayət hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0.1-ci maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, dərəcəli hüquqşünas dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Ağayeva (İsmayılova) Sahilə İmran qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməli, həmin hökmlə Ağayeva (İsmayılova) Sahilə İmran qızına təyin olunmuş 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 04 il 08 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) il 11 (on bir) ay 02 (iki) gün hissəsi ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı ##.##.2026-cı il tarixdən hesablanmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397, 398, 399 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Ağayeva (İsmayılova) Sahilə İmran qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilsin. Həmin hökmlə Ağayeva (İsmayılova) Sahilə İmran qızına təyin olunmuş 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 04 il 08 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) il 11 (on bir) ay 02 (iki) gün hissəsi ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli ##.##.2026-cı il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Pro Bono Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs Ağayeva (İsmayılova) Sahilə İmran qızının hüquqlarının məhkəmədə müdafiə edilməsinə üçün sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Pro Bono Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu mddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar