Azərbaycan̆Respublikası̆adından Qərar Bakı̆şəhəri İş̆№̆1(3-6)-448/2026 06.05.2026 BAKĬAPELLYASIYĂMƏHKƏMƏSI Hakimlər̆İbrahimlĭİbrahim̆Adil̆oğlŭ(sədrlik̆edən̆və̆məruzəçi), Qaraqurbanlı̆Ramin̆Afad̆oğlŭvə̆İbrahimov̆Anar̆Firdovsĭoğlundan̆ibarət̆tərkibdə, Məhkəmə̆iclasının̆katibĭİbrahimovăİlahə̆Arif̆qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsĭüzrə̆şöbənin̆prokurorŭX3, MüdafiəçĭX8, Zərərçəkmiş̆şəxs̆zərərçəkmiş̆şəxs3, Zərərçəkmiş̆şəxsin̆hüquqĭvarisĭX7, Məhkum̆edilmiş̆şəxs̆(mülkĭcavabdeh)̆Təqsirləndirilən̆şəxs̆iştirakları̆ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxslər İsmayılov Rahib Sahib oğlu və zərərçəkmiş şəxs3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibatĭbinasındăaçıq̆məhkəmə̆iclasındăbaxaraq müəyyən e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim G.Məmmədova) ## ###### 2026cı̆il̆tarixli,̆*(***)-***/****̆nömrəlĭ̆hökmünə̆əsasən ## ###### 1991-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “xxxx” MMC-də satış təmsilçisi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan”̆təbdirĭseçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Mülki iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş mülki iddia təmin edilərək, mülki iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə cinayət əməli nəticəsində vurulmuş 5163 (beş min bir yüz altmış üç) manat məbləğində pul vəsaiti və ödənilmiş 71 (yetmiş bir) manat 65 (altmış beş) qəpik dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hökm̆edilmişdir. Hökmlə̆məhkəmə̆məsrəflərĭməsələsĭdə̆həll̆edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim G.Məmmədova) ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrəli qərarına əsasən dövlət ittihamçısı Dövlət ittihamçısı tətəfindən verilmiş vəsatət təmin edilmiş və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 263.1-ci maddələri ilə təqsirləndirilməsi üzrə dövlət ittihamçısı ittihamdan̆imtinăetdiyindən̆həmin̆maddələr̆üzrə̆cinayət̆təqibinə̆xitam̆verilmişdir.̆̆̆ İşin halları: İttiham aktına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1, 263.1-1 və 263.2-ci maddələri ilə təqsirləndirilmişdir ona görə ki, o, tərəfindən idarə edilən nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır zərər vurulmuş, habelə ehtiyatsızlıqdan zərərçəkmiş̆şəxsin̆ölümünə̆səbəb̆olmuşdur. Belə ki, o, sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ## #### 2025-ci il tarixdə, saat 22:10-da Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Mehdiabad-Pirşağı şossesi ilə Pirşağı qəsəbəsi istiqamətində “Aventus” plastik qapı-pəncərə satışı məntəqəsinin qarşısından keçən yolda 90-100 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin lci bəndinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin l-ci bəndinin tələblərini pozaraq, həmin maddələrin tələblərinə riayət etməklə sürücü avtomobili yaşayış məntəqəsinin daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda buna əməl etməyib qarşısında onunla eyni istiqamətdə, eyni zolaqda 60 km/saat sürətlə hərəkətdə olan sürücü Şahid İsməddin oğlunun idarə etdiyi “X1” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün 1.1 üfiqi nişanlanma xəttini kəsib keçərək yolda qarşı əks zolağına çıxaraq Mehdiabad qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsi ilə idarə etdiyi “Skoda Rapid” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvanda yerləşən “Aventus” plastik qapıpəncərə satışı məntəqəsinin qarşısında toqquşduqdan sonra onun idarə etdiyi avtomobil elektrik dirəyinə çırpılmış, nəticədə “Skoda Rapid” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zərərçəkmiş şəxs2 sağ mil sümüyünün tipik yerini dəyişən qapalı sınığı və sağ dirsək sümüyünün çıxığı, sağ diz oynağı nahiyəsinin sıyrığı xəsarətləri ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa az ağır zərərvurmaya aid edilən zərər, “Skoda Rapid” markalı. **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini zərərçəkmiş şəxs1 sağ əlin II və IV daraq sümüklərinin yerini dəyişməyən qapalı sınıqları, burun nahiyəsinin və hər iki baldırın sıyrıqları xəsarətləri ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa az ağır zərərvurmaya aid edilən zərər, “Kia Rio” markalı, 77- BF-716 dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri zərərçəkmiş şəxs3 sağ bazu sümüyünün çoxqəlpəli yerini dəyişən açıq sınıqları və həmin səviyyədə sağ dirsək oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığa ağır zərərvurmaya edilən zərər, İsmayılov Rahib Sahib oğluna sol baldır sümüklərinin yerini dəyişən, açıq, qəlpəli sınığı və həmin səviyyədə dol naldır nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ sirkə kasasının yerini dəyişən qapalı, qəlpəli sınığı, sağ bud sümüyünün başının arxaya tam çıxığı xəsarətləri ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığa ağır zərərvurmaya edilən zərər və X1 ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan baş beyinin yumşaq qişalarına qansızma, sol körpücük sümüyünün, döş sümüyünün, sağ II-III-IV-VVI-VII-VIII-IX- X qabırğaların yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, ürəyin və ağciyərin əzilmiş-cırılmış yaraları, sol və sağ tərəfli hemopnevmotoraks (sol və sağ plevra boşluğuna sərbəst qanın və havanın yığılması), döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, sağ təpə-gicgah nahiyəsinin, sol çənəaltı nahiyənin, döş qəfəsinin, sol bazu, hər iki dirsək, sol mil-bilək, hər iki diz oynağı və sağ aşıq-baldır oynağı sümüklərinin, sağ saidin, sağ baldırın qançır sıyrıqları xəsarətlərin yetirilməsinə və ehtiyatsızlığından X1 aldığı xəsarətlər fonunda bədənin küt travması ilə əlaqədar ürəyin və ağciyərin əzilmiş-cırılmış yaraları nəticəsində̆baş̆vermiş̆çoxlŭdaxilĭqanitirmə̆nəticəsində̆ölümünə̆səbəb̆olmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən narazı qalan məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmünün cəza hissəsində dəyişdirilməsi və cəzanın azaldılması, o cümlədən verilən cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar̆qəbul̆edilməsinĭxahiş̆etmişdir.̆ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, özünü təqsirli bilməyinə rəğmən, hesab edir ki, ona verilmiş cəza həddən artıq ağırdır və əməlinin ictimai təhlükəliliyini aradan qaldırmağını (qismən) nəzərə alanda, cəzanın məqsədinə nail olunmasına kömək etmir. Belə ki, tərəfindən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış hər kəslə barışıq əldə etmiş, onlara dəymiş ziyanı ödəmiş və zərərçəkmişlərin ona qarşı şikayət və tələbləri qalmamışdır. Eyni zamanda mülki iddiaçı kimi tanınmış "xxxx" MMC-nin mülki iddiası da təmin edilmişdir. Bununla belə cəmiyyət məxsus ** AA *** dövlət qeydiyyat nişanlı, “Hyundai Santa-Fe” markalı nəqliyyat vasitəsinə dəymiş 5.163 manat maddi ziyanın da icbari sığorta ödənişi ilə tamamlanması barədə razılığa gəlmişdir. Ehtiyatsızlıqdan baş vermiş hadisə zamanı o öz atasının ölümünə səbəb olmuşdur, bundan ağır övlad üçün cəza ola bilməz. O bu cəza ilə ömürümün sonuna kimi yaşamalı, hər dəfə rəhmətlik atası Rizvan Abasovun məzarını ziyarətə gedəndə xatırlamalı, hətta gələcəkdə bunu öz övladlarına da danışmalı olacaqdır. Hesab edir ki, o həyatın verdiyi cəzanın üstündən bir də məhkəmə tərəfindən ağır cəza almışdır. Bildirir ki, ailənin yeganə gəlir gətirən üzvü onun və məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman sözsüz ki, hansısa fəaliyyətlə məşğul olmaqdan və qazanc əldə etməkdən söhbət gedə bilməz. Belə olan halda onun ailə üzvlərinin hansı şəraitdə yaşayacağı və nə ilə qidalanacağı ona növbəti zərbədir. Məhkəmənin diqqətinə çatdırır ki, hazırda yaşadıqları ev vaxtilə atası Rizvan Abasov tərəfindən banka başqa şəxsin borc öhdəliyi qarşılığında girov qoyulmuş, sonradan qəfil xəstəlik yekununda həmin şəxs vəfat etmiş və borc birbaşa onların ata yurduna yönəldilmişdir. İndiyədək evdən çıxarılmamağının səbəbi isə vaxtaşırı Banka tərəflərindən ödəmələrin edilməsi olmuşdur. Hazırda o məntəqə tipli cəzaçəkmə məntəqəsində yerləşdirildiyi zaman nəinki ailəni dolandıran olmayacaqdır, eyni zamanda bank qarşısında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliklərimizin icra edilməməsi və bankla razılaşmaya riayət etməməkləri səbəbindən ata yurdlarından da məhrum ediləcəklər, həmin ev açıq hərracdan satılmaqla artıq həyatda olmayan bir şəxsin öhdəliyinin icrasına yönəldiləcəkdir. Bununla da həm ataları, həm də evlərini itirmiş olacaqlar ki, artıq sonrakı taleyi, yaşayıb-yaşamayacaqları çox̆böyük̆və̆ciddĭsual̆altındadır. Hökmdən zərərçəkmiş şəxs X4 apellyasiya şikayəti verərək hökmünün cəza hissəsində dəyişdirilməsi və cəzanın azaldılması, o cümlədən verilən cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə Təqsirləndirilən şəxs veriləcək̆cəzanın̆şərtĭolaraq,̆tətbiq̆edilməsĭbarədə̆qərar̆qəbul̆edilməsinĭxahiş̆etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, zərərçəkmiş şəxsin hüquqi varisi və eyni zamanda Təqsirləndirilən şəxs anasıdır. Onlara ailə üçün bu hadisə kifayət qədər kədərli və dəhşətlidir. Oğlu Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan belə olsa da, atasının ölümünə səbəb olan qəzanı törətməsi və onu itirməsi ilə onsuz da həyatda ala biləcəyi ən ağır cəzanı almışdır. Oğlu Təqsirləndirilən şəxs ailənin yeganə gəlir gətirən üzvüdür, onun cəzasını çəkməsi ilə əlaqədar müəssisəyə yerləşdirilməsi onların ailəsinin yaşam faktını sual altında qoyur. Eyni zamanda qeyd edir ki, bu həyatın onların ailəsinə vurduğu birinci zərbə deyildir. Belə ki, illər öncə yaşadığımız evi bir dostunun bank qarşısında öhdəliklərinə görə girov qoymuş, daha sonra həmin dostu qəfil vəfat etmiş və məhkəmə qətnaməsi ilə evin açıq hərracdan satılması və banka olan borcun ödənilməsi qərara alınmışdır. Nə qədər ki, əri Rizvan Abasov və oğlu Təqsirləndirilən şəxs işləyirdi qazancın bir hissəsi ilə banka ola borca yönəlmə edilir ki, bank evi hərraca çıxarmasın. Lakin hazırda Təqsirləndirilən şəxs verilən cəza icra edilərsə o zaman ailənin gəlir gətirəcək üzvü cəzaçəkmə məntəqəsinə yerləşdiriləcəkdir, bununla da banka ödənişlər dayanacaq və yekunda ailə evdən məhrum olaraq, küçələrdə yaşamağa məcbur qalacaqdır. Yəni bildiyiniz hazırki vəziyyət heç də sıradan̆bir̆hal̆deyildir,̆bŭhal̆bir̆ailənin̆faciəsidir. Hökmdən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 apellyasiya şikayəti verərək hökmünün cəza hissəsində dəyişdirilməsi və cəzanın azaldılması, o cümlədən verilən cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə cəzanın̆şərtĭolaraq̆tətbiq̆edilməsĭbarədə̆qərar̆qəbul̆edilməsinĭxahiş̆etmişdir.̆ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs özünü baş vermiş bədbəxt hadisədə təqsirli bilmiş, əməlində peşiman olduğunu söyləmişdir. Eyni zamanda qeyd edir ki, hadisə zamanı ona dəymiş maddi ziyan tam ödənilmişdir, o Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna rəğmən məhkəmə hökmünü ədalətli hesab etmir. O, Təqsirləndirilən şəxs öncədən tanımamış, Rizvan Abasovu isə dostu Rahib İsmayılov vasitəsilə tanımışdır. Rizvanın ailə vəziyyətinin çətin olması, başına kənar şəxslər tərəfindən müxtəlif oyunların gətirilməsini öz dilindən eşitmişdir. Bunun fonunda həmin bədbəxt hadisə zamanı Rizvan Abasovun vəfat etməsi və sükan arxasında onun gənc oğlu Təqsirləndirilən şəxs olması insana mənəvi baxımdan sarsıdıcı təsir edir. O mənada ki, bir oğul ömür boyu bu hadisədə özünü̆günahkar̆sayaraq,̆yaşamalıdır. Hökmdən zərərçəkmiş şəxs İsmayılov Rahib Sahib oğlu apellyasiya şikayəti verərək hökmünün cəza hissəsində dəyişdirilməsi və cəzanın azaldılması, o cümlədən verilən cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə cəzanın̆şərtĭolaraq̆tətbiq̆edilməsĭbarədə̆qərar̆qəbul̆edilməsinĭxahiş̆etmişdir.̆ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəyyən səbəblərdən məhkəmə prosesinin özündə birbaş iştirak edə bilməmişəm, prosesdə ifadə elan edilmişdir. Eyni zamanda qeyd edir ki, Rizvan Abasovu daha əvvəllər tanımış, onunla normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs Rizvanın oğlu kimi tanımışdır. Qeyd edir ki, sözügedən bədbəxt hadisə zamanı o da bədən xəsarəti alsa da, ona və maşınına dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, onunla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş cəza çox ağırdır, ailənin maddi və mənəvi durumu, övladın hadisələrin təsadüfi axarı zəminində atanın ölümünə səbəb olması, bundan ailənin yaşadığı stress, əsas gəlir gətirən şəxsin ölməsi və digər qazanc gətirən şəxsin barəsində məntəqə tipli cəzaçəkmə müəssisəsində 3 il müddətinə yerləşdirilməsi, bu zaman ailənin maddi qazancının heçə enməsi və digər hallar təəssüf doğurucu və nəzərə alınmalı olan hallardır. Bu mənada hesab edir̆ki,̆verilmiş̆cəzanın̆müddətĭazaldılmalı̆və̆o,̆şərtĭtətbiq̆edilməlidir. Hökmdən digər zərərçəkmş şəxslər, mülki iddiaçı apellyasiya şikayətləri və dövlət ittihamçısı̆apellyasiyăprotestĭverməmişlər.̆ Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünün dəyişdirərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X7, zərərçəkmiş şəxslər İsmayılov Rahib Sahib oğlu və zərərçəkmiş şəxs3̆tərəfindən̆verilmiş̆apellyasiyăşikayətlərinin̆təmin̆edilməsinĭxahiş̆etmişdirlər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirərək Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş̆apellyasiyăşikayətinində̆təmin̆edilməsinĭxahiş̆etmişdir.̆̆ Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəx zərərçəkmiş şəxs3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirərək Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş̆apellyasiyăşikayətinində̆təmin̆edilməsinĭxahiş̆etmişdir.̆̆ Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X3 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X7, zərərçəkmiş şəx zərərçəkmiş şəxs3 və İsmayılov Rahib Sahib oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsinĭxahiş̆etdi.̆ Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər İsmayılov Rahib Sahib oğlu, zərərçəkmiş şəxs2 Rizvan oğlu, zərərçəkmiş şəxs1 və mülki iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında işirak etmirlər və məhkəmə kollegiyası̆onların̆iştirakları̆olmadan̆işə̆baxılmasını̆mümkün̆hesab̆etmişdir.̆̆ İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-kimyəvi ekspertizasının ## #### 2025 -ci il tarixli, ****/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil və amil spirtləri aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilmiş qan nümunəsinin miqdarı az olduğundan, narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin̆müəyyən̆edilməsĭmümkün̆olmamışdır.̆(cild-1, i.v. 74-75). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X13” X5 Sabunçu Rayon Şöbəsinin ## #### 2025-ci il tarixli, *** nömrəli ekspert rəyindən görünür ki, X1 meyitində baş beyinin yumşaq qişalarına qansızma, sol körpücük sümüyünün, döş sümüyünün, sağ Il-III-lV-V-VI-VII-VIII-IX-X qabırğaların yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, ürəyin və ağciyərin azilmiş-cırılmış yaraları, sol və sağ tərəfli hemopnevmotoraks (sol və sağ plevra boşluğuna sərbəst qanın və havanın yığılması), döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, sağ təpə-gicgah nahiyəsinin, sol çənəaltı nahiyənin, döş qəfəsinin, sol bazu, hər iki dirsək, sol mil-bilək, hər iki diz oynağı və sağ aşıq-baldır oynağı sümüklərinin, sağ saidi, sağ baldırın qançır sıyrıqları xəsarətləri müəyyən edilmişdir. Xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən R.V.Abasovun ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən ##.##.2025-ci il tarixdə və şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomaşının salonunun sağ yan tərəfində sərnişin qismində oturmuş şəxsin bədəni üzərində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum X1 ölümünə səbəb aldığı xəsarətlər fonunda bədənin küt travması ilə əlaqədar ürəyin və ağciyərin əzilmiş-cırılmış yaraları nəticəsində baş vermiş çoxlu daxili qanitirmə olmuşdur. Ölümün baş verinə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum X1 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində qanda 1.5 %0, sidikdə -1,4%0 etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda bu miqdar qatılığı tərtib olunmuş cədvələ əsasən canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Qanda və sidikdə metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4- benzodiazepin törəmələrĭvə̆salisilatlar̆aşkar̆edilməmişdir.̆(cild-1, i.v. 106-112). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X13” X5 Sabunçu Rayon Şöbəsinin ## ###### 2025-ci il tarixli **** nömrəli ekspert rəyindən görünür ki, zərərçəkmiş şəxs1 sağ əlin II və IV daraq sümüklərinin yerini dəyişməyən qapalı sınıqları, burun nahiyəsinin və hər iki baldırın sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən ## #### 2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əməl gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb̆olan̆sağlamlığăaz̆ağır̆zərərvurmayăaiddir.̆(cild-1, i.v. 113-115). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X13” X5 Sabunçu Rayon Şöbəsinin ## ###### 2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, zərərçəkmiş şəxs2 sağ mil sümüyünün tipik yerinin yerini dəyişən qapalı sınığı və sağ dirsək sümüyünün çıxığı, sağ diz oynağı nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən ## #### 2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əməl gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb̆olan̆sağlamlığăaz̆ağır̆zərərvurmayăaiddir.̆(cild-1, i.v. 116-118). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X13” X5 Sabunçu Rayon Şöbəsinin ## ###### 2025-ci il tarixli **** nömrəli ekspert rəyindən görünür ki, zərərçəkmiş şəxs3 sağ bazu sümüyünün çoxqəlpəli yerini dəyişən açıq sınıqları və həmin səviyyədə sağ dirsək oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən ##.##.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əməl gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (cild-1, i.v. 156- 158). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X13” X5 Sabunçu Rayon Şöbəsinin ## ######## 2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, İsmayılov Rahib Sahib oğlunda sol baldır sümüklərinin yerini dəyişən, açıq, qəlpəli sınığı və həmin səviyyədə dol naldır nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ sirkə kasasının yerini dəyişən qapalı, qəlpəli sınığı, sağ bud sümüyünün başının arxaya tam çıxığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən ##.##.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əməl gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığăağır̆zərərvurmayăaiddir.̆(cild-1, i.v. 183-185). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin *-**-**/*-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus AC 218352 №li “B,C” kateqoriyalı sürücülük vəsiqəsinin müddəti ##.##.2025-ci il tarixdə bitmişdir. O, ##.##.2024-cü il tarixdə 6 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir. Lakin Mərkəzi informasiya sistemindən əldə edilmiş və məktuba əlavə edilmiş siyahıya əsasən, Təqsirləndirilən şəxs məxsus AC 218352 №li “B, C” kateqoriyalı sürücülük vəsiqəsi ## #### 2025-ci il tarixdə aktiv olmuş və həmin gün üçün Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir.̆(cild-1, i.v. 187-189). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının ## ####### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Rio" markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin l-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin l-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: hərəkət üçün təhlükə yaranan anda "Skoda Rapid" markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 9,34-15,71 metrdən kiçik olmasının müəyyən edilməsi şəraitində sürücü zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda "Skoda Rapid” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 9,34-15,71 metrdən böyük olmasının müəyyən edilməsi şəraitində sürücü zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin l-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “X1" markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid İsməddin oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən̆tədqiq̆etməyə̆lüzum̆yoxdur.̆(cild-1, i.v. 192-194). İşdə olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ## ####### 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən̆şəxs̆əvvəllər̆məhkum̆olunmamışdır.̆(cild-2, i.v. 10). İşdə olan BB****** saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, yol nəqliyyat hadisəsinin iştirakçısı olmuş ** AA *** dövlət qeydiyyat nişanlı, “X2” markalı nəqliyyat vasitəsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. MT2508 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”dan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ** AA *** dövlət qeydiyyat nişanlı, X2 markalı nəqliyyat vasitəsinin təmir xərci 5.163,19̆manat̆təşkil̆etmişdir.̆ İşdə olan ##.##.2025-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” MMC-nin hesabına 4375,59 və 787,61 manat məbləğlərində̆ödəniş̆edilmişdir. İşdə olan zərərçəkmiş şəxsin hüqiqi varisi X7, zərərçəkmiş şəxslər İsmayılov Rahib Sahib oğlu, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 Rizvan oğlu və zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayətlərĭvə̆tələblərĭyoxdur.̆̆ Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının̆tətbiq̆edilməsinin̆düzgünlüyünü̆yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiyăprotestinin̆dəlillərindən̆asılı̆olmayaraq̆yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməli, hökm qalan hissələrdə̆dəyişdirilmədən̆saxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm̆də̆mənəvĭborcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin̆özü̆məhkəmədən̆nəinkĭqanuni,̆həmçinin̆əsaslandırılmış̆hökm̆gözləyir.̆ Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış̆və̆sübutăyetirilmiş̆olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli;̆şəxs̆təqsirsiz̆bilindiyĭhaldăisə̆onăbəraət̆verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən̆qiymət̆verilməlidir. “İnsan Hüquqlarının və X17 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək̆təqsirsiz̆hesab̆edilir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1, 263.1-1 və 263.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və̆263.1-1-cĭmaddələrĭilə̆rəqəmlə̆ifadədə̆imtinăetdiyinĭbildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil̆edib̆qiymətləndirməklə̆bir̆dahăöz̆təsdiqinĭtapmışdır.̆ Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən və bəraətin əsaslarını nəzərdə tutuan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39 və 42-ci maddəsində̆göstərilən̆hallar̆müəyyən̆olunmamışdır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərinə qoyulmuş birinci instansiya məhkəməsu təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanunĭəsas̆yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusŭilə̆təsdiq̆olunmalıdır.̆(CPM-ci 28.5-cĭmaddəsi) Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyĭhallar̆işin̆faktikĭhallarınăuyğundur̆və̆inandırıcıdır. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmə hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X17 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə̆ifadələr̆vermiş̆şahidlərĭdindirmək̆və̆başqăhüquqları̆dăpozulmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya icraatı mərhələsində onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəzərə alındıqda birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş̆cəzăişin̆hallarınăuyğun̆hesab̆olunmur.̆ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin̆islah̆olunmasınăvə̆onun̆ailəsinin̆həyat̆şəraitinə̆təsirĭnəzərə̆alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə̆təqsirlĭşəxslərin̆rolŭvə̆s.)̆əsasən̆müəyyən̆edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin̆qarşısını̆almaq̆məqsədĭilə̆tətbiq̆edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən̆hallar̆kimĭnəzərə̆almış,̆cəzasını̆ağırlaşdıran̆halları̆müəyyən̆etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət̆təqibĭüzrə̆icraat̆zamanı̆yalnız̆sübutlarăəsasən̆müəyyən̆edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün cəzaya təsir edən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı̆yüngülləşdirən̆halların̆düzgün̆müəyyən̆olunması̆xüsusĭəhəmiyyət̆kəsb̆edir.̆ Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cəzanı yüngülləşdirən halların cinayəthüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar:1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində̆çəkilməsinĭmüəyyən̆etməyə̆hüquq̆verir. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və məhkum edilmiş şəxs (mülki cavadeh) Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, onun şəxsiyyətini, ilk məhkumluğunu, cəzasını ağırlaşdıran halların olmamasını, hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqındăqərar̆çıxarăbilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini,̆habelə̆cəzanı̆yüngülləşdirən̆və̆ağırlaşdıran̆halları̆nəzərə̆alır. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasının mümkünlüyü işin halları ilə təsdiq olunmalı, eləcə də tətbiq ediləcək şərti məhkum etmə törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olmalı, eləcə də məhkumun cəza çəkmədən islah̆olunmasını̆mümkün̆sayılmalıdır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən̆edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək̆edən̆digər̆vəzifələr̆də̆qoyăbilər. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin̆̆70.5-cĭmaddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə̆institutŭkimĭçıxış̆edir.̆ Məhkəmə kollegiyası sınaq müddətində həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3 və 70.5-ci maddələrinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs oğlunun üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və davranışı ilə islah olunduğunu sübut etmək vəzifələrinin qoyulmasını̆cəzanın̆məqsədlərin̆uyğun̆hesab̆edir.̆ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 507.1-ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə hakimin göstərişi, bir qayda olaraq, məhkəmənin müvafiq hökmünün və ya qərarının qanuni qüvvəyə mindiyi andan̆təxirə̆salınmadan̆yerinə̆yetirilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq̆müddətĭməhkəmənin̆hökmünün̆qanunĭqüvvəyə̆mindiyĭgündən̆hesablanır. Azərbaycan Respublikası adından “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyinĭəks̆etdirməlidir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiyăməhkəməsinin̆hökm̆və̆yăqərarının̆dəyişdirilməsĭüçün̆əsasdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə̆alınmaqla)̆dövlət̆büdcəsindən̆ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiyăşikayətĭtəmin̆edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiyăşikayətĭtəmin̆edilsin.̆ Zərərçəkmiş şəxs İsmayılov Rahib Sahib oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin̆edilsin.̆ Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq̆müddətĭmüəyyən̆edilməklə̆şərtĭtətbiq̆edilsin. Sınaq̆müddətinin̆əvvəlĭhazırkĭqərar̆qanunĭqüvvəyə̆mindiyĭvaxtdan̆hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə icra və probasiyăşöbəsinə̆həvalə̆edilsin. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən məhkum Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən̆tutularaq̆Bakı̆şəhərĭ**̆saylı̆Vəkil̆Bürosunun̆hesabınăköçürülsün. Hökm̆qalan̆hissədə̆dəyişdirilmədən̆saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiyăşikayətĭvə̆yăkassasiyăprotestĭverilə̆bilər. Sədrlik̆edən̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆İbrahim̆İbrahimli Hakimlər:̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆Ramin̆Qaraqurbanlı ̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆̆Anar̆İbrahimov
Məhkəmə qərarları › İş №1(3-6)-448/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-448/2026
06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver