Məhkəmə qərarları › İş №1(3-6)-450/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-450/2026

09.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-450/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Qarayeva Mehriban Cəfər qızı və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi müdafiəçi1 iştirakı ilə, ## #### 1983-cü il tarixdə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Cəbrayıl rayonunun Qumlaq kəndində qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 1-ci maddəsi ilə (CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən) təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 06 ay 29 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 03 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza yeni hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkəməyədək icraat dövründə ümumilikdə tutulduğu 04 ay 29 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən yeni hökmlə təyin olunmuş cəzadan çıxılıb üzərində qəti olaraq 03 il 01 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ######## 2025-ci il tarixdən hesablanmış, hazırkı iş üzrə ## #### 2025 ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ## #### 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ## #### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ## #### 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə aşağıdakılar hökm edilmişdir: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza Abşeron Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə (CM-nin 66.2, 68.1.1- 1 və 67.1-ci maddələrinin tələbləri qaydasında) qəti olaraq təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hər iki iş üzrə tutulduğu və həbsdə olduğu cəmi 05 (beş) ay müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Maddi ziyan qismində 3156,99 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52 manat, cəmi 3208,99 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs1 xeyrinə verilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 izah edilsin. Hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ##### 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək prospekti, 53 ünvanında yerləşən “Aşpaz” restoranının qarşısında dayanmış zərərçəkmiş şəxs2 məxsus “Lada 21214 Legend” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapısının kilidlə bağlı olmamasından istifadə edib avtomobilin qapısını açaraq salonundan 1500 manat dəyərində 1 ədəd “X1” markalı, “SM-T395” modelli planşeti və saxlanc yerində olan pul kisəsindən 1800 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 3300 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2024-cü il tarixdə, saat 16:32 radələrində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında saxlanılmış zərərçəkmiş şəxs1 məxsus “Lada minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapısının kilidini sındıraraq qapısını acıb salonundan üzərində 21 manat 99 qəpik dəyərində telefon qabı, içərisində 50 manat dəyərində *** ***-**-** mobil nömrə olan 3000 manat dəyərində 1 ədəd “iPhone” markalı, “14 Pro Max” modelli mobil telefonu, 80 manat dəyərində 1 ədəd 4 litr həcmdə avtomobil mühərrik yağı və 5 manat dəyərində 1 ədəd avtomobil mühərrik filtrini gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 3156 manat 99 qəpik maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ona təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən təqirləndirilən şəxs, onun müdafiəçisi apellyasiya şikayətinə uyğun izahat verərək, təyin edilmiş cəzanın azaldılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 3300 manat ziyan vurulmaqla oğurluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CMnin 75.1.1-ci maddəsinə əsasən verilmiş CM-nin 177.2.2-ci maddəsi ilə cinayət təqibindən imtina etdiyini, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 3156 manat 99 qəpik maddi ziyan vurulmaqla oğurluq etməsi epizodu üzrə isə cinayət təqibinin CM-nin 177.1-ci maddəsi ilə davam etdirilməsini, həmin epizoddakı “təkrarlıq” ifadəsinin ittihamdan xaric edilməsini təklif etdi. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilməlidir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, mülki iddianı isə qəbul edərək ifadəsində göstərmişdir ki, o, ## ##### 2024-cü il tarixdə, saat 13 radələrində Zabrat qəsəbəsi Babək küçəsində avtomobildən oğurluq etməmişdir, belə ki, həmin gündən iki-üç gün əvvəl o, başqa işə görə tutulmuş, həbsdə olmuşdur. ## ###### 2024-cü il tarixdə, saat 11 radələrində onun xahişi ilə tanışının icarəyə götürüb ona verdiyi “Hyundai Elantra” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən digər tanışı ilə görüşməyə getmişdir. Görüşdən çıxarkən avtomobili yanında saxladığı “Niva” markalı avtomobilin içərisində heç kimin olmadığını görmüş, həmin avtomobilə yaxınlaşdıqda qapısının açıq olduğunu görüb içəri daxil olmuş, arxa oturacağın ayaqaltı hissəsindəki 1 ədəd 5 litr həcmli qabda olan avtomobil mühərrik yağını, 1 ədəd avtomobil mühərrik filtrini, qoltuqaltı hissədən isə 1 ədəd “iPhone” markalı mobil telefonu götürərək idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Səhəri gün mühərrik yağını idarə etdiyi avtomobilə tökmüş, filtirini də dəyişmişdir, “iPhone” markalı mobil telefonu isə “20 Yanvar” metrostansiyası ərazisində tanımadığı şəxsə 330 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Son sözündə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs madid imkanı olmadığına görə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəyə bilmədiyini, digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məxsus avtomobildən oğurluq etmədiyini göstərmiş, yaşlı anasının və himayəsində azyaşlı uşağı olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs, mülki iddiaçı zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ## ###### 2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsinin 1-ci atıcı bölüyündə atıcı vəzifəsində xidmət edir. ## ###### 2024-cü il tarixdə, saat 08:00-da ünvan 3 ünvanında yerləşən, işlədiyi * saylı cəzaçəkmə müəssisəsinin qarşısında özünə məxsus “Niva” markalı, 99 VZ-355 dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq xidmətə getmiş, ## ###### 2025-ci il tarixdə səhər saatlarında xidmətdən çıxıb avtomobilə yaxınlaşdığı zaman avtomobilin qabaq sol qapısının dəstəyinin sındığını görmüş, içəri daxil olaraq baxdıqda avtomobilində olan üzərində 21 manat 99 qəpik dəyərində telefon qabının, içərisində 50 manat dəyərində 051-205- 33-71 mobil nömrə olan 3000 manat dəyərində 1 ədəd “iPhone” markalı, “14 Pro Max” modelli mobil telefonunun, 80 manat dəyərində 1 ədəd 4 litr həcmdə avtomobil mühərrik yağının və 5 manat dəyərində 1 ədəd avtomobil mühərrik filtrinin yerində olmadığını müəyyən etmiş və onların oğurlandığını başa düşmüşdür. Bu səbəbdən dərhal Nizami RPİ-nin 23-cü polis bölməsinə yaxınlaşaraq hadisə ilə bağlı şikayət ərizəsi vermişdir. Oğurluq nəticəsində ona 3156,99 manat məbləğində, avtomobilinin sol qapısının kilidinin sındırılması nəticəsində isə 100 manat maddi ziyan dəymişdir. Şikayəti əsasında aparılan araşdırma ilə oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Lakin dəymiş maddi ziyan həmin şəxs tərəfindən ona ödənilməmişdir, ona görə təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 daha sonra verdiyi ifadəsində ona dəymiş maddi ziyan ödənilmədiyinə görə mülki iddia verdiyini, həmin mülki iddiaya əsasən cavabdeh Təqsirləndirilən şəxs 3156,99 manat pulun və ödədiyi 52 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsini tələb etdiyini göstərmiş, mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ## ##### 2024-cü il tarixdə, səhər saat 07 radələrində yaşadığı ünvandan çıxaraq özünə məxsus “VAZ 2121” markalı, **-RJ- *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsinə getmək üçün yola düşmüşdür. Evdən çıxarkən “Samsung” markalı, 1500 manat dəyərində planşetini və içərisində 1800 manat məbləğində nağd pul olan pul kisəsini avtomobilin saxlanc yerinə qoymuşdur. Avtomobilini Zabrat qəsəbəsi Babək küçəsində yerləşən “Aşpaz” restoranının yaxınlığında saxlayaraq iş yerimə getmişdir. O, Sabunçu RPİ-nin DYPŞ-də yol-nəqliyyat hadisələri üzrə inspektor işləyir. Həmin gün hadisə olmamışdı deyə işdən çıxmamış, axşam saat 23 radələrində evə getmək üçün avtomobilinə əyləşmiş, həmin vaxt saxlanc yerinə baxdıqda orada olan pul kisəsinin içərisindəki 1800 manat məbləğində nağd pulun və arxa oturacağın üstündə olan özünə məxsus 1 ədəd 1500 manat dəyərində “X1” markalı, SM-T395 modelli planşetin yerində olmadığını aşkar etmişdir. Buna görə yenidən idarəyə qayıtmış, otağı yoxlamışdır ki, bəlkə işdə qalıb, lakin orada olmamışdır. Daha sonra getdiyi yerlərin kameralarına baxmış, 12 saatlıq müddəti kamerada yoxlamışlar, bu, çox uzun vaxtlarını almışdır. Planşetinin və pulunun oğurlandığını bildikdən sonra, növbəti gün ərazi üzrə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluğa dair video görüntüdə aydın görünmüşdür ki, təqsirləndirilən şəxs rahat şəkildə onun avtomobilində əyləşir, planşeti və pul qabını götürür, baxır, daha sonra avtomobildən enir və planşeti, həmçinin pul qabını yoxlayır, içindəki pulu götürür, orada ona məxsus xidməti vəsiqəni görür, daha sonra pul qabını gətirib avtomobilə qoyur. Lakin içindəki pul orada olmamışdır. Sonradan oğurlanmış planşet ona qaytarılmış, lakin 1800 manat məbləğində pul qaytarılmamışdır. Ona görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir. Həmçinin təqsirləndirilən şəxs onun planşetində olan “sim” nöməni də sındıraraq atmışdır. ## ###### 2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs1 məxsus nəqliyyat vasitəsindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 1) ## ###### 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakı ilə ünvan 1 ünvanında yerləşən hadisə yerinə baxış keçirilmişdir. (İ cild, i.v. 8-10) ## #### 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Yerində yoxlama zamanı o, ## ###### 2024 cü il tarixdə, saat 16:32 radələrində ünvan 1 ünvanında oğurluq etdiyi hadisə yerini əyani olaraq göstərmiş və işin faktiki hallarına uyğun olaraq verdiyi ifadəsinə uyğun əməlini təsvir etmişdir. (İ cild, i.v. 74-76) ## ###### 2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs2 məxsus nəqliyyat vasitəsindən oğurluq edilməsi barədə material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 80) ## #### 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ibtidai istintaq sonuncu nömrə altında, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə aparılmışdır. (İ cild, i.v. 77-78) ## ### 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək prospekti, 53 ünvanında yerləşən hadisə yerinə baxış keçirilmişdir. (İ cild, i.v. 83-85) ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı “X1” markalı, SM-T395 modelli mobil telefonu könüllü təqdim etdiyi üçün müstəntiq tərəfindən ondan götürülmüşdür. (İ cild, i.v. 134) ## #### 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi “X1” markalı, SM-T395 modelli mobil telefon tanınması üçün təqdim edilmiş, zərərçəkmiş şəxs2 tanınma üçün ona təqdim edilmiş, masa üzərində ardıcıl qaydada düzülmüş 04 ədəd planşetləri nəzərdən keçirərək həmin planşetlərdən 2 nömrəsi altında olan planşeti tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. (İ cild, i.v. 135-137) ## #### 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Yerində yoxlama zamanı o, ## ##### 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində “Aşpaz” restoranının qarısında oğurluq etdiyi hadisə yerini əyani olaraq göstərmiş və işin faktiki hallarına uyğun olaraq verdiyi ifadəsinə uyğun əməlini təsvir etmişdir. (İ cild, i.v. 164-166) ## #### 2025-ci il tarixli protokoldan görünür ki, şahid X4 zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus “Lada minik” markalı, 99 VZ-355 dövlət qeydiyyat nişanlı minik avtomobilindən 3000 manat dəyərində 1 ədəd “iPhone” markalı, “14 Pro Max” modelli mobil telefonun təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını təsdiq edən mobil telefonun alışına dair sənədləri təqdim etmiş, sənədlər müstəntiq tərəfindən ondan götürülmüşdür. (i.v. 210 212) ## ### 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, cinayət işi üzrə ## ###### 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsində quraşdırılmış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisəsinin qeydə alınmış müşahidə kamerasının videoqeydiyyat yaddaşından götürülərək köçürülmüş “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, “X1” markalı SM-T395 modelli planşet maddi sübut kimi tanınmış və ## #### 2025-ci il tarixli qəbzlə sahibi zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmış, şahid qismində dindirilmiş X4 tərəfindən təqdim edilmiş mobil telefonun alışına dair sənədlər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığı üçün barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, X3 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, X4 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus “Lada minik” arkalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapısının kilidinin sındırılması nəticəsində 100 maddi ziyan dəyməsinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində göstərilən inzibati məsuliyyət olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə cinayət işindən material ayrılıb aidiyyəti üzrə Nizami RPİnin 23-cü PB-yə göndərilmiş, şahid X6 tərəfindən icarəyə verilmiş “Hyundai” markalı, 77-RU 744 dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünün zədələnməsi ilə bağlı şikayəti olmadığına görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. (II cild, i.v. 80-92) ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 113-114) ## #### 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Sabunçu RPİ nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 159 160) ## #### 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həmin tarixdə, saat 14:00-da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 161-162) ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə, saat 18:00-da tutulmuşdur. (İ cild, i.v. 59-60) ## #### 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli ## #### 2025-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 195- 199) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli tələbnamədən, hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 06 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3- 1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 06 ay 29 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 03 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və CM-nin 67.1ci maddəsinə əsasən həmin cəza yeni hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkəməyədək icraat dövründə ümumilikdə tutulduğu 04 ay 29 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən yeni hökmlə təyin olunmuş cəzadan çıxılıb üzərində qəti olaraq 03 il 01 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ######## 2025-ci il tarixdən hesablanmışdır. (II cild, i.v. 1-28) “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun # #### 2005-ci il Qərarına əsasən talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi birici instansiya məhkəməsində özünün qismən etiraf ifadəsi ilə yanaşı iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilsə də, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, verilmiş ittihamın zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 3300 manat ziyan vurulmaqla oğurluq etməsinə dair epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsrləndirilən şəxs də məhkəməyə ərizə təqdim etmiş, özünü Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilmiş və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar müddəanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilməli, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona verilmiş ittihamın zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 3300 manat ziyan vurulmaqla oğurluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və müdafiə tərəfi razılıq ərizəsi verdiyindən həmin epizod üzrə cinayət təqibinə xitam verilməli, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 3156 manat 99 qəpik maddi ziyan vurulmaqla oğurluq etməsi epizodu üzrə “təkrar törədilməsi” müddəaları hökmdən və ittihamdan xaric edilməli, o, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddə ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki cəza Abşeron Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə (CM-nin 66.2, 68.1.1- 1 və 67.1-ci maddələrinin tələbləri qaydasında) qəti olaraq təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs hər iki iş üzrə tutulduğu və həbsdə olduğu cəmi 05 (beş) ay müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 399.1.2, 399.1.5-ci maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 397, 398, 399 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona verilmiş ittihamın zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 3300 manat ziyan vurulmaqla oğurluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə cinayət təqibinə xitam verilsin. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 3156 manat 99 qəpik maddi ziyan vurulmaqla oğurluq etməsi epizodu üzrə “təkrar törədilməsi” müddəaları hökmdən və ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddə ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki cəza Abşeron Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə (CM-nin 66.2, 68.1.1- 1 və 67.1-ci maddələrinin tələbləri qaydasında) qəti olaraq təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hər iki iş üzrə tutulduğu və həbsdə olduğu cəmi 05 (beş) ay müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzası müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 25 (iyirmi beş) iş saat hüquqi xidmətə görə müdafiəçi1 275 (iki yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri Presedent Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar