Məhkəmə qərarları › İş №1(3-6)-451/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-451/2026

26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-451/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 İsmayıl oğlunun, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İlqar oğlunun və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, ## ###### 1991-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nizami Rayon Məhkəməsinin (hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi ilə) ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2025-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75 ünvanının yaxınlığına daşıyaraq gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ## #### 2025-ci il tarixdə saat 12:20də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə, həmin tarixdə saat 14:16-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sol əlində saxladığı göy rəngli sellofan torbanın içərisindən ***** nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1954- cü ildə istehsal olunmuş, 16 kalibrli, TOZ- B modelli, lüləsi və qundağı kustar üsulla kəsildiyi üçün öz ilkin təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs qarşı toplanmış sübutların heç biri əsaslı və mötəbər deyildir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən də bir daha aydın göründüyü kimi, ondan ibtidai istintaq zamanı alınmış ifadələr təzyiq altında alınmış, onun üzərində ümumiyyətlə hər hansı bir silah olmamışdır. Eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən eləcə də müəyyən olunur ki, ittiham aktında göstərilən üç şəxsdən ikisi ümumiyyətlə onun saxlanılmasında iştirak etməmişlər. Eləcə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ittiham aktından görünür ki, ittiham aktını ## ###### 2025-ci il tarixdə saat 09:10-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, R X5 tərtib etdiyi göstərilmiş, lakin yekunda ittiham aktını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, R Coşqun Məmmədli imzalamışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi İlqar oğlu apellyasiya şikayətində göstərilən əsaslarla Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini, elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs odlu silahla bağlı olan əməlinə hüquqi qiymət verilməsini, əməlində qeyd olunan cinayətin tərkib əlamətlərinin olmadığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 İsmayıl oğlu verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini və Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmün dəyişdirilmədən, qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə saat 12-ə işləmiş məhlələrindən 50-100 metr aralıda tək dayandığı zaman ona 3 nəfər yaxınlaşaraq avtomobilə oturmağı təklif etmişlər. O, avtomobilə oturub onlarla getmişdir. Onun üzərində silah olmamışdır. Orada da ona demişlər ki, “Allahına şükür et ki, sənə CM-nin 234.4.3-cü külli miqdarda narkotiki qoymuruq, boynuna al və çıx get”. Həmin gün saxlanılanların hamısına CM-nin 234.4.3-ü vermişlər, sağ olsunlar ona 228.1-ci maddəsini vermişlər. Ona qarşı qanunsuz hərəkətlər olunub, onu moykanın qarşısından götürüb aparıb, boynuna qoymuşlar. Ona qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Ona görə boynuna almışdır ki, demişlər ki, gözünün qabağlnda 9-10 qram var, ya boynuna götür, 6-7 aya çöldəsən, ya da 10 qramla rəsmiləşdiriləcək. Orada və həbs seçiləndə hakimə bu barədə heç nə deməmiş, heç orada ona danışmağa imkan verməmişlər. Müstəntiq qabaqcadan ona demişdir ki, “əgər hakimə sənin olmadığını desən bilirsən də nədən sonra nə gəlir”. Müstəntiq Coşqun idi, ona görə hakimə heç nə deməmişdir. Ov tüfəngini heç görməmiş, heç əli də dəyməmişdir. Silahın olduğu göy torbanı idarədə otaqda görmüşdür. Onu saxlayan polislərdən birini əvvəldən qonşu kimi tanımışdır, bilirdi ki, oralarda yaşayandır. Tanıdığı polisin əsl adı Seymurdur, ona Yaşar deyirlər. Onu aparanda həmin şəxs avtomobili idarə edirdi, lakin sonradan onu görməmişdir. Onun üzərində ov tüfəngi və ya hansısa silah olmamışdır. Onu saxlayanda şahid kimi ifadə vermiş polis əməkdaşları orada olmamışlar. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, saxlanılmamışdan təxminən iki həftə öncə “Neftçilər” və “Razin” yəni, Bakıxanov qəsəbəsi ərazilərinin kəsişməsində olan zaman yolun kənarında sellofan torbanın olmasını görmüşdür. Həmin torba maraq yaratdığı üçün onu götürərək içərisinə baxmışdır. Bu zaman sellofan torbanın içərisində qara rəngli sellofan torbaya bükülmüş halda 01 ədəd lüləsi və qundaq hissələri kəsilmiş “obrez" kimi tanıdığı tüfəng olduğunu görmüşdür. Silahlara marağı olduğu üçün həmin tüfəngi tapdığı göy rəngli sellofan torba ilə birlikdə götürüb özündə saxlamağa başlamışdır. ## #### 2025-ci il tarixdə saat 12:20- də yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75 ünvanının yaxınlığında olduğu zaman 03 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah, döyüş sursatları əldə edib saxlamaqda, eyni zamanda daşıyaraq gəzdirməkdə şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla tanış etmişlər. İlk olaraq tərəddüd etsə də, yalan danışmağın mənasız olduğunu dərk edib səmimi olaraq etiraf edib bildirmişdir ki, əlində olan göy rəngli sellofan torbanın içərisində “obrez” vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Buna heç bir etiraz etməmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra sol əlində olan göy rəngli sellofan torbada “obrez” olduğunu bildirmiş və həmin torbanı masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən göy rəngli sellofan torbanın içərisindəki qara rəngli sellofan torbaya bükülmüş formada olan 01 ədəd “obrez" çıxarılmış və yoxlanılmışdır. Daha sonra əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Redmi" markalı, içərisində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra sol əlində tutduğu göy rəngli sellofan torbanın içərisindən aşkar edilmiş 01 ədəd “obrez”ə baxış keçirilmiş və həmin predmet polis əməkdaşı tərəfindən qablaşdırılıb, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı sol əlində saxladığı göy rəngli sellofan torbanın içərisindən aşkar olunmuş “obrezi” 2 həftə, 15 gün əvvəl, Neftçilər və Razin ərazilərinin kəsişməsində yol kənarından hazırda olduğu formada tapdığını, marağı olduğu üçün özündə saxladığını, həmin silahın üzərində sonradan hər hansı bir dəyişiklik etmədiyini, silahdan istifadə etmədiyini, silahın onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd “Redmi" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşı tərəfindən götürülmüşdür. Şəxsi axtarış prosesi yekunlaşdıqdan sonra qeyd olunan proses barədə müvafiq protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, heç bir şikayət, təklif daxil olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, R Şahid ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonunda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib, saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və həmin qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X1 və X3 daxil edilmişdir. ## #### 2025-ci il tarixdə saat 12- 13 radələrində Təqsirləndirilən şəxs olacağı, yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsinə getmişlər. Həmin ərazidə bir qədər müşahidə apardıqdan sonra saat 12:20-də Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75 ünvanın yaxınlığında əlində göy rəngli sellofan torba olan Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olmasını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ona da özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən əlində olan sellofan torba ilə onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində həmçinin saxlanılarkən əlində saxladığı göy rəngli sellofan torbada olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində olan göy rəngli sellofan torbada “obrez" olduğunu bildirmiş və həmin torbanı masanın üzərinə qoymuşdur. Bundan sonra göy rəngli sellofan torbanın içərisindəki qara rəngli sellofan torbaya bükülmüş formada olan 01 ədəd silaha oxşar dəmir predmet çıxarılmış və yoxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən və sol əlində saxladığı göy rəngli sellofan torbanın içərisindən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edən başqa əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs sol əlində tutduğu göy rəngli sellofan torbanın içərisindən aşkar edilmiş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfənginə oxşar dəmir predmetə baxış keçirilmişdir. Baxış zamanı həmin predmetin üzərində hər hansı bir yazının olmaması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfənginə oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı sol əlində saxladığı göy rəngli sellofan torbanın içərisindən aşkar olunmuş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfənginə oxşar dəmir predmeti 2 həftə, 15 gün əvvəl, “Neftçilər və Razin” ərazilərinin kəsişməsində yol kənarından hazırda olduğu formada tapdığını, marağı olduğu üçün özündə saxladığını, həmin predmetin üzərində sonradan hər hansı bir dəyişiklik etmədiyini, predmetdən istifadə etmədiyini, predmetin onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri X1 və X3 şahid Şahid ilə oxşar məzmunda ifadə vermişlər. «Şəxsi axtarış və götürmə aparılması haqqında» ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ## #### 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75 ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, həmin tarixdə saat 14:16-dan etibarən videoçəkiliş ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılarkən ilk olaraq Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən odlu silah, döyüş sursatları və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı göy rəngli sellofan torbada “obrez” olduğunu bildirib, həmin sellofan torbanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən göy rəngli sellofan torbanın içərisindəki qara rəngli sellofan torbaya bükülmüş formada olan 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş silaha oxşar dəmir predmet çıxarılmış və yoxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra aşkar edilmiş ov tüfənginə oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı sol əlində saxladığı göy rəngli sellofan torbanın içərisindən aşkar olunmuş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş ov tüfənginə oxşar dəmir predmeti 2 həftə, 15 gün əvvəl, “Neftçilər və Razin" ərazilərinin kəsişməsində yol kənarından hazırda olduğu formada tapdığını, marağı olduğu üçün özündə saxladığını, həmin predmetin üzərində sonradan hər hansı bir dəyişiklik etmədiyini, predmetdən istifadə etmədiyini, predmetin onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd mobil telefona keçirilən baxış zamanı həmin mobil telefonun "Redmi" markalı olması və deməsinə görə içərisində ***-***- **-** saylı mobil nömrənin olması müəyyən edilmişdir. Daha sonra "Redmi" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti ## #### 2025-ci il tarixdə saat 14:16-da başlanmış və həmin tarixdə saat 14:28-də başa çatmışdır. “Şəxsi axtarış və götürmə" hərəkətlərinin videogörüntüsünü əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının ##.##.2025-ci il tarixli, **/*** saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd, gövdəsində 81515 №-si olan silah, ilkin variantda zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1954-cü ildə istehsal olunmuş 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi olub. Lakin sonradan həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 278 mm, ümumi uzunluğu 420 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli, hamar qoşa lüləli ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər İƏD üzrə nümayəndəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının * nömrəli sahə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumun verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmə tam əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətinin qeyd olunan dəlilləri də təmin edilməməlidir. Tədqiq olunmuş iş materiallarından və birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPMin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq ibtidai istintaq orqanının bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirlən şəxsin əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Təqsirləndirlən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində törədilmiş əməlin Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməl deyil, ona həmin maddə ilə bəraət verilməsi iddia edilir. Apellyasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, birinci instasiya məhkəməsinin hökmü həmin normalarla ziddiyyət təşkil etmir. Qeyd olunanlara əsasən, müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Odur ki, apellyasiya məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilmiş, təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirməsini təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Məhkəmə kollegiyası, eyni zamanda qeyd edir ki, apellyasiya şikayətinin dəlillərindən biri də ittiham aktında göstərilən üç şəxsdən ikisinin ümumiyyətlə onun saxlanılmasında iştirak etməməsi, eləcə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ittiham aktına əsasən ittiham aktını ## ###### 2025-ci il tarixdə, saat 09:10-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, R X5 tərtib etdiyi göstərilmiş, lakin yekunda ittiham aktını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, R Coşqun Məmmədli imzalaması olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı onu qeyd etməyi zəruri və əsaslı hesab edir ki, cinayət işinin materiallarından da görünür ki, həmin cinayət işi ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, R Məmmədli Coşqun Abbas oğlu tərəfindən başlanılmış, onun icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai istintaq müstəntiq Məmmədli Coşqun Abbas oğlu tərəfindən aparılmış, zəruri olan istintaq hərəkətləri yerinə yetirilmiş, ## ###### 2025-ci il tarixdə sübutların qiymətləndirilməsi barədə qərar qəbul edilmiş, ## ###### 2025-ci il tarixdə həmin müstəntiq tərəfindən ibtidai istintaqın qurtarılması barədə protokol tərtib olunmuş, təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə tanış edilmişdir. Bundan sonra ittiham aktı ## ###### 2025-ci il tarixdə müstəntiq Məmmədli Coşqun Abbas oğlu tərəfindən imzalanmaqla, Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən ## ###### 2025-ci il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası ittiham aktının giriş hissəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, R X5 adının qeyd edilməsini texniki yanlışlıq kimi qiymətləndirir və hesab edir ki, bu yanlışlıq aparılmış ibtidai istintaqın nəticələrinin dəyişdirilməsi və ya ciddi prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin ona birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən cinayət əməlini törətməsi apellyasiya şikayətində iddia olunanın əksinə olaraq məhkəmə kollegiyasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143- 146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfdən verilmiş apellyasiya şikayətinə baxılması zamanı yoxlanılaraq, həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Təqsirləndirilən şəxs apellyasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, apellyasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamamaqla, yuxarıda sadaladığı sübutları qeyd etməklə Təqsirləndirilən şəxs təqsirinin tam sübuta yetirilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini nəzərə almış, onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 1 ədəd keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1954-cü ildə istehsal olunmuş, ***** nömrəli, 16 kalibrli, TOZ-B modelli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, odlu yivsiz silah hesab edilən 01 ədəd öv tüfəngi kəsiyinin müsadirə edilməsi və Azərbaycan Respublikası DİN-nə təhvil verilməsini hökm etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar