Məhkəmə qərarları › İş №1(3-6)-452/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-452/2026

22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-452/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Ibrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğu DIMI-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Zərərçəkmiş şəxsin nümayəndəsi müdafiəçi2, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim M.Hacıyeva) ## ###### 2026-cı il tarixli hökmünə əsasən ## ####### 1977-ci ildə Göyçay rayonu, Üngütlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya Idarəsinə həvalə edilmiş, Hökmlə cinayət işi üzrə maddi sübut olan 1 ədəd 750 əyyarlı, üzərində brilyant qaşlar olan qızıl boyunbağı və qolbaq dəstinin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Işin halları: Ittiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü ilin mart ayında xadimə işlədiyi ünvan 2 ünvanında yerləşən fərdi evdə, ev sahibi Zərərçəkmiş şəxs yataq otağında yerləşən paltar dolabının üzərindəki qızıl-zinət əşyalarının saxlandığı qutunun içərisindən ümumilikdə dəyəri 12000 manat təşkil edən bir ədəd 750 əyarlı, 40,3 qram çəkidə, üzəri hər biri 8 sot olmaqla, ümumilikdə 38 ədəd brilyant daşlarla bəzədilmiş qızıl boyunbağı və bir ədəd 750 əyarlı, 17,0 qram çəkidə, üzəri hər biri 8 sot olmaqla ümumilikdə 22 ədəd brilyant daşlarla bəzədilmiş qolbaqdan ibarət dəsti gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 12000 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, sübutların təsviri, proses iştirakçılarının çıxışları: Iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi nümayəndəsi (vəkil) müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün dəyişdirilərək, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə, verilmiş mülki iddianın həm maddi, həm də mənəvi zərərlə bağlı hissədə tam təmin edilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü məhkuma cəza təyin edilməsinə və mülki iddianın baxılmamış hissəsində qanunsuz və əsassızdır. Belə ki, birinci insitansiya məhkəməsində dövlət ittihamçısı çıxışında məhkuma təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 2 il müddətə azaldıqdan məhrum etmə cəzasının təyin edilməsini və verilmiş mülki iddianın tam təmin olunmasını təklif etmişdir. Zərərçəkmiş tərəf olaraq məhkəmə çıxışında məhkuma dövlət ittihamçısının təklif etdiyi həddə cəzanın təyin edilməsi və verilmiş mülki iddianın tam təmin edilməsi xahiş olunmuşdur. Hökmdən görünür ki, məhkəmə məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, ilk dəfə qəsdən az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşiman olmasını, oğurladığı əşyanı qaytarmasını isə cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və bu əsasda ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etməyə alternativ olan azadlığın məhdudlaşdırılması növündə cəzanın minimum həddində cəza təyin edilməsini onun əməlin və şəxsiyyətinə uyğun hesab etmişdir. Hesab edirik ki, məhkəmənin qeyd etdiyi yüngülləşdirici hallar işin faktiki hallarına uyğun deyildir və bu hallar məhkuma maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül növdə cəzanın minimum həddində cəza təyin edilməsi üçün əsas deyildir. Belə ki, məhkum Təqsirləndirilən şəxs oğurladığı əşyanı könüllü olaraq qaytarmamış və əməlindən peşiman olması iş materialları ilə təsdiq edilməmişdir. Oğurlanmış əşya ibtidai istintaqda zamanı uzun müddət (bir ilə yaxın) aparılmış əməliyyat axtarış tədbtiirlərinin nəticəsində mümkün olmuşdur. Məhkum Təqsirləndirilən şəxs uzun müddət əməlini etiraf etməyərək, izahat və ifadələrində əşyanı onun oğurlamadığını bildirsə də, sonda fakt qarşısında qalaraq əməlini etiraf etməyə məcbur qalmışdır. Bundan başqa, ilk gündən əşyanı məhz məhkum Təqsirləndirilən şəxs oğurladığı məlum olsa da, ona hər cür şərait yaradılmışdır ki, əşyanı könüllü qaytarsın və barəsində heç bir şikayət olunmayacaqdır. Lakin, məhkum Təqsirləndirilən şəxs sonadək inadkarcasına əməlini inkar etmişdir. Hesab edirik ki, məhkum Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın növü və həddi onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterinə uyğun deyildir. Həmçminin, onun hadisədən əvvəlki və sonrakı davranışları onun əməlindən peşiman olmasını və törətdiyi əməlin və özünün ictimai təhlükəliliyinin aradan qaldırılmasını və ya əhəmiyyətli dərəcədə azaldılmasını təsdiq etmir. Məhkum Təqsirləndirilən şəxs zərərçmişlə barışıq əldə etməmişdir. Bu hal özlüyündə məhkumun hələ də əməlindən peşiman olmadığını təsdiq edir. Hökmdən məhkum olunmuş şəxs və onun müdafiəçisi apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin (mülki iddiaçı) nümayəndəsi hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə, verilmiş mülki iddianın həm maddi, həm də mənəvi zərərlə bağlı hissədə tam təmin edilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı qanunauğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı Vəkil Bürosuna ödədiyi cəmi 725 manatın, mənəvi zərərlə bağlı 20000 manatın və 150 manat dövlət rüsumunun, ümumilikdə 20875 manat miqdarında pulun Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsindən verilmiş ## #### 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan və vəsiqələrin surətindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu Şahid Vətən müharibəsi iştirakçısıdır, “Vətən müharibəsi iştirakçısı” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Iş materiallarında olan ölüm haqqında şəhadətnamədən də görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əri X3 ## #### 2025-ci il tarixdə vəfat etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü mülki iddinın baxılmamış saxlanılmasına dair hissədə dəyişdirilməli, mülki iddia mənəvi ziyana aid hissədə qismən təmin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Insan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, oğurladığı əşyanı qaytarmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizm nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası mülki iddia məsələsini müzakirə edərək hesab edir ki, zərərçəkmiş şəxsin mülki iddiası onun Bakı şəhəri ** saylı Vəkil Bürosuna ödədiyi cəmi 725 manatın və dövlət rüsumu olaraq ödəmiş olduğu 150 manatın tutulmasına aid hissədə, habelə mənəvi zərərə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət əməlinə məruz qalmaqla mənəvi iztirab keçirmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri ** saylı Vəkil Bürosuna 725 manat, habelə mülki iddia verilərkən dövlət rüsumu olaraq 150 manat ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, zərəçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilməli, mülki iddia qismən təmin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Zərərçəkmiş şəxs (mülki iddiaçı) və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü mülki iddianın baxılmamış saxlanılmasına aid hissədə dəyişdirilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri ** saylı Vəkil Bürosuna ödədiyi 725 manat, mülki iddia verilərkən dövlət rüsumu olaraq ödədiyi 150 manat, habelə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat, ümumilikdə 1375 (min üç yüz yetmiş beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin Ibrahimov Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar