Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-453/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs İsmayılov Rövşən Əli oğlunun və onun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, İsmayılov Rövşən Əli oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y yə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən ##.##.1978-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 3 qeydiyyatda olan, Bakı şəhərində müxtəlif ünvanlarda gündəlik kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan İsmayılov Rövşən Əli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3- cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il 09 ay (üç il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İsmayılov Rövşən Əli oğluna 04 il 03 ay (dörd il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddətin ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 04 il 02 ay 28 gün (dörd il iki ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Hökmlə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələsi də həll olunmuşdur. İşin halları: İttihama əsasən İsmayılov Rövşən Əli oğlu yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgə əmlakını açıq talayaraq soyğunçuluq etmiş və təkrarən zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə ## #### 2024cü il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanında yerləşən Şirəliyev İlkin Eldar oğlunun yaşadığı evin hasarından keçib yaşayış sahəsi olan həyətinə, oradan isə evə qanunsuz daxil olaraq girməklə həmin evdən daxilində mobil nömrələr, danışıq konturları və üzərində üzlükləri ilə birlikdə dəyəri 350 manat olan 01 ədəd "Samsung" markalı "A10" modelli mobil telefonu və dəyəri 200 manat olan 01 ədəd "Samsung” markalı "A03” modelli mobil telefonu, dəyəri 50 manat olan 01 ədəd "CESEN" markalı cib saatını və 50 manat nağd pulu götürüb əldə etdikdə həmin gecə saat 01 radələrində zərərçəkmiş İlkin Şirəliyevin ailə üzvləri ilə evə gəlmələrini görsə də, sonuncunun əmlakını talamağa yönəldilmiş qanunsuz əməllərini davam etdirmiş və İlkin Şirəliyev digər ailə üzvləri ilə birlikdə onu görüb əmlakının talanmasının qarşısının alınması üçün onu tutub saxlamış, lakin həmin vaxt səhhəti pisləşən anasına yardım göstərilməsi üçün İlkin Şirəliyev və digər ailə üzvləri tərəfindən buraxıldıqdan sonra o, hadisə yerindən qaçaraq İlkin Şirəliyevin ümumilikdə 650 manat dəyərində əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa, İsmayılov Rövşən Əli oğlu təkrarən tamah niyyət ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami Rayonu, Q.Qarayev prospekti, **A nömrəli ünvanın qarşısında zərərçəkmiş şəxs2 məxsus, daxilində 15 manat dəyərində 055-218-09-15 mobil nömrə olan 3500 manat dəyərində bir ədəd "İpone" markalı "15 pro max" modelli mobil telefonu sonuncunun əynində olan gödəkcənin sağ yan cibindən çıxarmaqla gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 3515 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, İsmayılov Rövşən Əli oğlu təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ** nömrəli ünvanda yerləşən "8ci kilometr” bazarında zərərçəkmiş şəxs3 məxsus, daxilində 5 manat dəyərində 050-403- 19-16 mobil nömrə olan 2000 manat dəyərində bir ədəd "Samsung” markalı "Galaxy S24 ultra” modelli mobil telefonu sonuncunun əynində olan gödəkcənin sağ yan cibindən çıxarmaqla gizli olaraq talayıb, ümumilikdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 2005 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bununla da, İsmayılov Rövşən Əli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxs İsmayılov Rövşən Əli oğlu apellyasiya şikayəti verərək həmin hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, 180.2.3-cü maddə ona düzgün verilmədiyindən 177.2.3-cü maddə ilə əvəz edilməlidir. Ona təyin edilmiş cəzanın müddəti də çox verilmişdir. Üçüncü qrup əlil olduğu nəzərə alınaraq cəza müddətinin azaldılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs İsmayılov Rövşən Əli oğlu apellyasiya şikayətini müdafiə edərək və ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmadığını qeyd edərək məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Həmin Məcəllənin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, iş materiallarında olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin İsmayılov Rövşən Əli oğlu tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.2.3-cü maddələri ilə tövsif edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs İsmayılov Rövşən Əli oğlunun apellyasiya şikayətində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmadığını və həmin maddənin Cinayət Məcəlləsinin 177.2.3-cü maddə ilə əvəz edilməli olması göstərilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının mövqelərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs İsmayılov Rövşən Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İsmayılov Rövşən Əli oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəmsində təqsirləndirilən şəxs qismində dindirilmiş İsmayılov Rövşən Əli oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Bakı şəhərində olan oğurluq əməlləri üzrə özünü təqsirli bilir, lakin soyğunçuluq üzrə özünü təqsirli bilmir, belə ki, onun məqsədi soyğunçuluq etmək yox, oğurluq etmək olmuşdur. ## #### 2025-ci il tarixdə təxminən saat 00:30 radələrində Göyçay şəhərində adını bilmədiyi evlərdən birinin giriş qapısında qıfıl olmasını görmüş, evdə heç kimin olmadığını bilmiş, evin dəmir giriş qapısının kənarından daş hasardan aşaraq həyətə daxil olmuş, evin seyvanında stolun üzərində olan 02 ədəd mobil telefonu götürüb cibinə qoymuşdur. Daha sonra otağın qapısının açıq olmasını görmüş, açıq olan qapısından otağa daxil olmuş, otaqda olan stolun üzərində balaca sandıqçanın içərisində 01 ədəd cib saatının olmasını görmüşdür və həmin saatı da götürüb cibinə qoymuşdur. Daha sonra o, otaqdan çıxmaq istəmişdir. Bu zaman həmin evin həyətinin dəmir giriş qapısının açıldığını və biri qadın və 3-ü kişi olmaqla 4 nəfər şəxsin həyətə girdiyini görmüş, onu görməmələri üçün gizlənmişdir. Yaşlı qadın soyuducunun qapısını açan zaman onu görərək uca səslə qışqırmış, onun səsinə 3 nəfər şəxs eyvana qalxmış, onu görmüş, onu saxlamağa çalışmış, o, bu şəxslərin əlindən çıxaraq qaçıb oradan uzaqlaşmışdır. Bu zaman onun həmin evdən oğurladığı 02 ədəd mobil telefon və 01 ədəd cib saatı da onun cibində qalmışdır. O, soyğunçuluq etməmiş, oğurluq etmişdir. Onu saxlayan zaman həmin şəxslər onu döymüşlər. Digər epizodlar üzrə isə bildirmişdir ki, ## #### 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "Neftçilər" metrostansiyası yaxınlığında avtobusdan düşdükdən sonra "Mc Dolands" adlı restoranın qarşısından keçərkən qarşısında piyada gedən hicablı bir qadının əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd mobil telefonun görsəndiyini görmüş, həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Buna görə də iti addımlarla həmin qadına sağ tərəfdən yaxınlaşıb ehmalca həmin qadına toxunub sol əli ilə qadının gödəkçəsinin cibində olan mobil telefonu çıxarıb öz əynində olan gödəkçənin sol cibinə qoymuş və oradan uzaqlaşmışdır. Daha sonra həmin mobil telefona baxdıqda "İphone" markalı mobil telefon olduğunu görmüş, onu satmağın çətin olacağını düşünüb telefonu söndürüb yolda yol kənarına atmışdır. ## #### 2025-ci il tarixdə oğurluq etmək niyyəti ilə Nizami rayonu "8-ci km bazarına” getmiş, bazarda gəzişərkən ondan bir qədər irəlidə piyada gedən bir nəfər qadının əynində olan gödəkcəsinin sağ cibindən 01 ədəd mobil telefonun görsəndiyini, həmin qadının hər iki əlində alış-veriş zənbillərinin olduğunu görmüş, tələsik bu qadına arxadan yaxınlaşıb, qadının sağ tərəfindən yaxınlaşıb, gödəkcəsinin sağ yan cibindən görsənən mobil telefonu gizlincə götürüb həmin qadından uzaqlaşmışdır. Sonradan həmin telefonu bir neçə telefon satılan mağazalarda göstərsə də, sata bilməmişdir və həmin telefon onda qalmışdır. ## #### 2025-ci il tarixdə saat 16:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb 24-cü Polis şöbəsinə gətirilən telefon üzərində olmuş, həmin telefonu 24-cü Polis şöbəsində polis əməkdaşlarına təhvil vermişdir. Əməlindən peşmandır. III qrup əlildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəmsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə saat 13:10 radələrində bacısı şahid4 ilə birlikdə Nizami rayonu, Q.Qarayev prospekti "Dakar" dairəsinin yaxınlığındakı "Mc Donalds" adlı restoranın önündən keçərkən əvvəl tanımadığı bir şəxs iri addımlarla ona sol tərəfdən yaxınlaşıb əli ilə ona toxunmuş, onun hərəkətləri onların diqqətini çəkdiyi üçün onlar dönüb bu şəxsə baxmışlar. Lakin bu şəxs dönüb onlardan əks istiqamətə getdiyi üçün onlar bu şəxsə əhəmiyyət verməmişlər. Sonradan bir az irəli gedib "Rahat" marketə daxil olmuş, marketdə ödəniş edib çıxarkən o, əynində olan gödəkçəsinin ciblərini yoxlayaraq mobil telefonun cibindən oğurlandığını aşkar etmişdir. Bu zaman o, başa düşmüşdür ki, bir qədər əvvəl ona toxunan adam gödəkçəsinin sol yan cibində olmuş mobil telefonunu oğurlamışdır. Ümumilikdə oğurluq nəticəsində ona 3515 manat məbləğində ziyan vurulmuşdur. Ona dəymiş ziyan ödənilməmiş, telefon qaytarılmamışdır. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Birinci instansiya məhkəmsində zərərçəkmiş şəxs qismində dindirilmiş Şirəliyev İlkin Eldar oğlu ifadəsində göstərmişdir ki, ## ### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixə keçən gecə saat 01 radələrində ailə üzvləri ilə birlikdə evlərinə gəlmiş, anası əvvəlcə evə girmiş, o, soyuducudan su istəmiş, o, qardaşı, əmisi oğlu həyətdə dayanmış, soyuducudan su götürərkən anası Rövşəni görmüş, qışqırmış, o, anasının yanına getmiş, qardaşı və əmisi oğlu həmin şəxsi tutaraq saxlamışlar. Ancaq anasının səhəti pisləşdiyi üçün qardaşı Əkbər həmin şəxsi əlindən buraxmışdır. Hadisə nəticəsində, ona məxsus bir ədəd saat, 50 manat pul əskinazı, "Samsung A 10” və A03” markalı mobil telefonlar oğurlanmışdır. Səhəri günü ona məlum olmuşdur ki, nələr oğurlanıb. Daha sonra həmin şəxsi tapmış, onun tərəfindən oğurlanmış əşyaları almış, bu barədə ərizə də verərək bildirmişdir ki, şikayətçi deyildir. Hazırda oğurlanmış əşyalar ona qaytarılmışdır, təqsirləndirilən şəxsdən şikayətçi deyil, ona qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəmsində şahid qismində dindirilmiş şahid4 ifadəsində bacısı - zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir İbtidai istintaq zamanı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2025-ci il mart ayının 20-də, saat 15:30 radələrində meyvə-tərəvəz almaq məqsədilə Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8-ci kilometr bazarına getmişdir. Bazarda bir qədər alış-veriş etdikdən sonra, təxminən saat 16 radələrində çərəz satılan piştaxtaların önündən keçərkən, sağ tərəfindən kiminsə toxunub uzaqlaşmasını hiss etmişdir. Lakin həmin şəxsin üzünü görə bilməmişdir. Həmin şəxs uzaqlaşdıqdan dərhal sonra, cibində olan mobil telefonunu yoxlamaq məqsədilə əynindəki gödəkçənin sağ yan cibinə əlini saldıqda, telefonunun oğurlandığını aşkar etmişdir. Bu səbəbdən dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Oğurlanmış mobil telefonun üzərində 5 manat dəyərində olan 050- ***-**-** nömrəli GSM nömrəsi olmuşdur. Nömrənin balansında danışıq konturu olmamış, telefonun üzərində qoruyucu üzlük də yerləşdirilməmişdir. Oğurlanmış mobil telefonun ümumi dəyəri 2000 manat təşkil etmişdir. Hadisə nəticəsində ümumilikdə 2005 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən həmin mobil telefonu oğurlayan şəxsin Rövşən İsmayılov olduğu müəyyən edilmişdir. Həmin şəxs oğurladığı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Telefona birgə baxış keçirilərək, həmin cihazın 20 mart tarixində ondan oğurlanmış mobil telefon olduğu təsdiqlənmişdir. Buna görə də telefon ona geri qaytarılmışdır. Hazırda mobil telefon onun özündə saxlanılır. Gələcəkdə istintaq üçün lazım olacağı təqdirdə, mobil telefon istintaqa təqdim edə biləciyini bildirmişdir. Verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, baş vermiş hadisə nəticəsində mobil telefonundan başqa onun üzərindən heç bir başqa əşya oğurlanmamışdır. Hadisə zamanı telefonunu oğurlayan şəxs ona hər hansı bir xəsarət yetirməmişdir, həmin şəxs ona sadəcə bir anlıq toxunub keçmişdir və ona hər hansı bir xəsarət yetirməmişdir. Hadisə vaxtı yanında başqa kim isə olmamışdır, o, tək olmuşdur. İbtidai istintaq zamanı şahid şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayırlar. Oğulları İlkin və Əkbər isə öz işləri ilə əlaqədar olaraq Bakı şəhərində yaşayırlar. ## ### 2024-cü il tarixdə oğulları İlkin və Əkbər, növbəti gün yəni ## #### 2024-cü il tarixdə qohumlarının Göyçay şəhərində keçiriləcək toy şənliyində iştirak etmək üçün Göyçay şəhərinə gəlmişdirlər. ## ### 2024cü il tarixdə ailə üzvləri ilə birlikdə qaynı Elxanın evinə qonaq getmişdilər. 01 iyin 2025-ci il tarixdə saat 01 radələrində oğulları İlkin, Əkbər və qohumu şahid3 ilə birlikdə yaşadıqları evə qayıtmışlar. Evə çatdıqda İlkin, Əkbər və Namiq giriş qapısının qarşısında dayanıb söhbət etmişlər və ondan içməyə su gətirməsini istəmişlər. O, evin eyvanda olan soyuducudan su götürmək istəyəndə soyuducunun arxasından əvvəllər tanımadığı bir nəfər şəxs qəfildən çıxmışdır. O, həmin şəxsi görüb qorxudan qışqırmışdır. Onun qışqırıq səsini eşidən oğulları və Namiq həyətə daxil olmuşlar, sonra eyvanda həmin şəxsi görüb tutub saxlamışlar. Bu zaman həmin şəxsə fiziki qüvvə tətbiq edilməmişdir. Həmin vaxt o, stress keçirdiyi üçün halı pisləşdiyindən sonradan baş verən hadisələrə diqqət yetirməmişdir. O, sonra öyrənmişdir ki, onun halı pisləşəndən sonra övladları onunla məşğul olduqları üçün, eyvanda gördüyü və onların evlərinə oğurluğa girmiş naməlum şəxs bundan istifadə edərək qaçıb getmişdir. Həmin şəxs evdən oğlu İlkin Şirəliyevə məxsus qol saatını, iki ədəd mobil telefonu oğurlayıb, oğurlanan mobil telefonlardan birindin üzlüyünün iç tərəfində 50 manat pul olub. Hadisə zamanı ona fiziki xəsarət yetirilməyib və o, həkimə müraciət etməmiş, zərər çəkməmişdir. Oğurluğa girmiş şəxs də ona hədə-qorxu gəlməmiş, əlində bıçaq və ya silah olmamış və bu şəxs özünü sakit aparmışdır. Oğurlanmış əmlak oğlu İlkinə məxsus olmuşdur. Hadisə nəticəsində oğlu İlkin Şirəliyevin ümumilikdə 650 manat dəyərində əmlakını açıq talamışdır. İstintaq zamanı həmin şəxs yaxalanmış və Göyçay şəhər sakini İsmayılov Rövşən Əli oğlu olması məlum olmuşdur. İstintaq dövründə Rövşən İsmayılov ələ keçirdiyi əmlakdan 01 ədəd mobil telefonu və 01 ədəd cib saatını, 50 manat pulu oğlu İlkinə geri qaytarmışdır. Bildirir ki, o, həmin evlərinə girmiş şəxsin üzünü tam aydın olaraq görmüşdür, istintaq zamanı bu şəxsin Göyçay şəhər sakini İsmayılov Rövşən Əli oğlu olması ona məlum olmuşdur və sonra araşdırma zamanı o, Rövşəni görəndə dərhal tanımışdır. Həmin şəxs ondan aralıda olaraq hər hansı tələb etməmişdir, üstünə hücum etməmişdir, əlində silah və ya digər alət olmamışdır, ona xəsarət yetirməyə cəhd etməmişdir və ya xəsarət yetirəcəyi ilə hədələməmişdir. Rövşən ona evlərinə nə səbəbdən daxil olmasını da deməmişdir, o, sonradan başqa düşmüşdür ki, Rövşən oğurluq niyyəti ilə onların evinə daxil olub, lakin onlar Rövşənin gözləmədiyi vaxtda evə qayıtdıqları üçün sonuncu yerində yaxalanmışdır. İbtidai istintaq zamanı şahid şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, işləri ilə əlaqədar qardaşı İlkin Şirəliyevlə birlikdə Bakı şəhərində yaşayır. Valideynləri isə ünvan 4 ünvanında yaşayırlar. O, qardaşı İlkinlə birlikdə ## ### 2024-cü il tarixdə Bakı şəhərindən qohumunun ## #### 2024-cü il tarixində keçiriləcək toy məclisində iştirak etmək üçün Göyçay şəhərinə gəlmişdir. ## ### 2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə əmisi Elxanın yaşadığı evə qonaq getmişdilər. Əmisi Elxanın evindən ## ### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixə keçən gecə saat 01 radələrində çıxaraq evlərinə qayıtmışlar. Evə çatan zaman o, qardaşı İlkin və bibisi oğlu Namiqlə küçədə dayanaraq söhbət etmişlər. Anası Xuraman isə onlara su gətirmək üçün evə daxil olmuşdur. Həmin vaxt anası Xuramanın qışqırıq səsini eşidərək dərhal həyətə daxil olmuşlar. Bu zaman eyvanda bir nəfər tanımadığı şəxsi görmüşlər. Həmin şəxs qaçmaq istəyərkən o, bu şəxsi tutaraq saxlamışdır. Həmin şəxs müqavimət göstərərək qaçmaq istəyən zaman qardaşı İlkin də onun köməyinə gəlmişdir. Bu zaman o, bibisi oğlu Namiq ilə birlikdə həmin şəxsi həyətdən küçəyə çıxartmışlar. Həmin şəxs küçədə sərbəst buraxılmasını xahiş etmişdir. O, həmin şəxsdən kim olmasını və yaşadıqları evdən nə oğurladığını soruşmuşdur. Lakin həmin şəxs ona heç bir cavab verməmişdir. Belə ki, həmin şəxs bağışlanmağını və bir daha belə etməyəcyini bildirərək buraxılmağını xahiş etmişdir. Lakin o, həmin şəxsi polisə təqdim etmək üçün saxlamışdır. Həmin vaxt qardaşı İlkin ona anaları Xuramanın səhhətinin yaxşı olmadığını söylədiyi üçün o, həmin şəxsi buraxaraq dərhal anasının yanına getmişdir. Həmçinin onlar anaları Xuramana dərman verərək sonuncunun səhhətinin düzəlməsinə çalışmışlar. Bundan sonra həmin şəxs getmiş, qardaşı İlkin isə DİN-in 102 xidmətinə müraciət etmişdir. Anası özünə gəldikdən sonra onlar evə baxmışlar. Bu zaman evin otaqlarının birində olan balaca sandıqçanın içərisinin otağa dağıdıldığını və içərisindən qardaşı İlkinə məxsus cib saatının, həmçinin həmin otaqda cərəyana qoşulmuş olan qardaşı İlkinə məxsus "Samsung A10" və həmin otaqda pəncərənin qarşısında olan "Samsung A3” markalı mobil telefonların oğurlandığını, bundan başqa qardaşı İlkinə məxsus mobil telefonun kaburosunun arxasında olan 50 manat pulun da mobil telefon ilə birlikdə oğurlanmasını aşkar etmişlər. Buna görə də qardaşı İlkin Şirəliyev bu barədə polisə ərizə yazmışdır. Verilmiş suallara cavab olaraq şahid şahid1 ifadəsində göstərmişdir ki, ## ### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixə keçən gecə saat 01 radələrində ailə üzvləri ilə birlikdə evlərinə gəlmişdir. Həmin vaxt yaşadığı ünvanda bir nəfər naməlum şəxsin olduğunu görmüşdür. O, və qardaşı İlkin həmin şəxsi tutaraq saxlamışlar. Ancaq anası Xuramanın səhəti pisləşdiyi üçün o, həmin şəxsi əlindən buraxmışdır. Cinayət hadisəsi nəticəsində İlkinə məxsus bir ədəd saat, 50 manat pul əskinazı, "Samsung A 10" və A03” markalı mobil telefonlar oğurlanmışdır. Bildirir ki, qardaşı İlkinə məxsus saatın dəyəri 50 manat, dəyəri 350 manat olan "Samsung A 10", dəyəri 200 manat olan "Samsung A 03” və 50 manat pul əskinazı olmuşdur. Hadisə nəticəsində qardaşı İlkinə 650 manat maddi ziyanlıq dəymişdir. Cinayəti etmiş həmin şəxsi tanımır. Ancaq bu şəxsin əynində qara rəngli şalvar, boz rəngli qısaqol köynək, arıq görünüşlü, təxminən 175 sm boy, başı isə tüksüz idi. Bildirir ki, evə daxil olan zaman həmin şəxsin evdən nə isə oğurlamasını görməmişlər, lakin həmin şəxsin evdən nə isə oğurlamasını bildilər, buna görə də həmin şəxsdən nə oğurlamasını soruşdular, həmin şəxs isə heç bir cavab verməmişdir. Belə ki, fikirləşir ki, həmin şəxs evdən oğurladığı əşyaları özü ilə aparmaq üçün, yəni cinayət əməlini başa çatdırmaq üçün suallarına cavab verməmişdir. Həmin şəxs əllərindən çıxmaq üçün müqavimət göstərməmiş, onların sağlamlığına heç bir zərər vurmamışdır. Onlar da bu zaman həmin şəxsi tutarkən sonuncuya xəsarət yetirməmişlər. O, İsmayılov Rövşən Əli oğlunu tanımır, bu şəxslə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, oğurluq hadisələrinin videogörüntülərini özündə əks etdirən 2 ədəd disk, 01 ədəd "Samsung" markalı "A03" modelli mobil telefon, 01 ədəd "CESEN” markalı cib saatı, 01 ədəd "Samsung” markalı "Galaxy S24 Ultra" modelli mobil telefon maddi sübut kimi tanınmış, 01 ədəd "Samsung" markalı "A03" modelli mobil telefonun, 01 ədəd "CESEN” markalı cib saatının, 01 ədəd "Samsung” markalı "Galaxy S24 Ultra" modelli mobil telefonun zərərçəkmiş şəxslərə qaytarılması, disklərin cinayət işi materillarına əlavə edilməsi nəzərə alınmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş gəlir məlumatları barədə çıxarışdan görünür ki, İsmayılov Rövşən Əli oğlu III qrup əlildir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən İsmayılov Rövşən Əli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmaması və həmin maddənin Cinayət Məcəlləsinin 177.2.3-cü maddə ilə əvəz edilməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2005-ci il Qərarının ikinci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın üçüncü bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq, təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin Qərarın beşinci bəndinə əsasən oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşaiyət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə kollegiyası göstərilən normaların tələbləri baxımından hazırki işin sübuta yetirilmiş hallarına, xüsusilə də təqsirləndirlən şəxsin özünün oğurluq məqsədilə girdiyi mənzildə otaqdan çıxmaq istəyərkən həmin evin həyətinin giriş qapısının açıldığını və biri qadın və 3-ü kişi olmaqla 4 nəfər şəxsin həyətə girdiyini görməsi, onu görməmələri üçün gizlənməsi, yaşlı qadın soyuducunun qapısını açan zaman onu görərək uca səslə qışqırması, onun səsinə 3 nəfər şəxs eyvana qalxması, onu görmələri və saxlamağa çalışmaları, onun həmin şəxslərin əlindən çıxaraq qaçıb oradan uzaqlaşması, bu zaman onun həmin evdən oğurladığı 02 ədəd mobil telefon və 01 ədəd cib saatı da onun cibində qalması barədə ifadəsinə əsasən qeyd edir ki, təqsirləndirilən şəxsin oğurluq məqsədilə girdiyi mənzildə onun hərəkətlərinin mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edildiyi vaxt həmin evdən oğurladığı 02 ədəd mobil telefon və 01 ədəd cib saatını qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək oradan qaçması onun əməlinin oğurluq cinayəti kimi deyil, məhz soyğunçuluq cinayəti kimi tövsif edilməsinə əsas verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cinayət işinin apellyasiya baxışı zamanı da məhkum edilmiş şəxs İsmayılov Rövşən Əli oğlunun əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Təqsirləndirilən şəxs İsmayılov Rövşən Əli oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi həmin məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxsin ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən Şirəliyev İlkin Eldar oğlunun ona qarşı şikayət və tələbinin olmamasını, həmin zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, həmçinin oğurlanmış mobil telefonun zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 qaytarılmasını, təqsirləndirilən şəxsin III qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi və təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3- cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə 03 il 09 ay (üç il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İsmayılov Rövşən Əli oğluna 04 il 03 ay (dörd il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi İsmayılov Rövşən Əli oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzasının müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs İsmayılov Rövşən Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İsmayılov Rövşən Əli oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Təqsirləndirilən şəxs İsmayılov Rövşən Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayılov Rövşən Əli oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Pro Bono Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs İsmayılov Rövşən Əli oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün sərf etdiyi hər iş saatına üçün 11 manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq, Pro Bono Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(3-6)-453/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-453/2026
05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver