Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-455/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı nümayəndəsi – “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi (bundan sonra – nümayəndə) iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından nümayəndənin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə və ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edib, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi barədə ittiham hökmünün qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hazırlıq iclasının qərarı ilə (hakim X1) Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Nümayəndə həmin məhkəmə qərarından apellyasiya şikayəti verib, onun ləğv edilməsini, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş əməllərini törətməkdə təqsirli bilinməsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə təhqir xarakterli videolar “Tiktok” sosial şəbəkəsində “vagif.mamedof” adlı səhifədən yayılmışdır. Həmin səhifənin kimə məxsus olmasının araşdırılması isə məhkəmə baxışının predmetidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasında verdiyi izahatında həmin videogörüntüləri yaymadığını, amma çəkildiyini bildirmiş, iş materiallarına əlavə edilmiş bu videogörüntülərdə nalayiq sözlər açıq-aşkar şəkildə əks olunmuşdur. Bu hallar verilmiş şikayətin icraata qəbul edilməsi üçün yetərli olsa da, birinci instansiya məhkəməsi qanunsuz olaraq şikayətin icraata qəbul edilməsindən imtina etmişdir. Buna görə də iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Apellyasiya məhkəməsi iclasında nümayəndə verdiyi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına Xüsusi ittihamçı və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in) 384.1.7-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna malik olan şəxslər məhkəmənin xüsusi ittiham qaydasında verilmiş şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qəbul etdiyi qərarından apellyasiya şikayəti verə bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətinə mahiyyəti üzrə baxmadığını nəzərə alaraq hesab edir ki, nümayəndənin verdiyi apellyasiya şikayəti ilə bağlı qərar ilkin baxış iclasının nəticəsi üzrə qəbul edilməlidir. Apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayəti öz icraatına qəbul etməkdən əsassız olaraq imtina etməsi barədə qərar qəbul etməsi ilə cinayət-prosessual qanunvericiliyin müvafiq tələblərini pozması təşkil edir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, iş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi hazırlıq iclasının qərarında müvafiq nəticəyə gələrkən, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətində Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.4 və 293.3.6-cı maddələrinin tələblərinə əməl etməməsinə əsaslansa da, bunun konkret olaraq nədə ifadə edilməsini göstərməmiş, beləliklə də gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 46.İ maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. - 46.II maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CPM-in: - 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə həmin şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. - 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; Məhkəmə kollegiyası iş üzrə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətinin məzmununa əsaslanıb, birinci instansiya məhkəməsindən fərqli olaraq hesab edir ki, sonuncu həmin şikayətində Azərbaycan Respublikası CPM-in 293.3.1, 293.3.2, 293.3.5 və 293.3.6-cı maddələrinin tələblərinə əməl etmişdir. Azərbaycan Respublikası CPM-in: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. - 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. - 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. - 346.1.1, 346.1.2, 346.1.3, 346.1.4-cü maddələrinə əsasən müvafiq olaraq cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilmədiyi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi, təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilmədiyi məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilən məsələlərə aiddir. Göstərilən cinayət-prosessual qanunvericilik normalarından aydın olur ki,: - məhkəmə tərəfindən ittihamın həlli ilə əlaqədar sübutların qiymətləndirilməsi müvafiq tədqiqata (sübutlara baxılmasına) əsaslanmalı, belə tədqiqat isə çəkişmə xarakterli cinayət prosesində müvafiq prosedur daxilində həyata keçirilməlidir. - Qanunverici birinci instansiya məhkəməsində ittihamın həlli ilə əlaqədar sübutlara baxılması, yəni həm də onların yoxlanılması, təhlil edilməsi, bir-biri ilə müqayisə edilməsi, yeni sübutlar barədə təkliflərin irəli sürülməsi, bir sözlə sübutların tədqiqi mövzusunda cinayət prosesi tərəflərinin çəkişməsi üçün uyğun prosedur kimi müstəsna olaraq Azərbaycan Respublikası CPM-in XLIII fəslində təsbit edilmiş məhkəmə baxışının məhkəmə istintaqı mərhələsini nəzərdə tutmuşdur. - Məhkəmə tərəfindən ittihamın həlli ilə əlaqədar sübutların qiymətləndirilməsi isə Azərbaycan Respublikası CPM-in 338.1.2-ci maddəsinə və XLV fəslinin qaydalarına görə məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşmaqla yalnız yekun qərarın çıxarılması üçün müşavirənin gedişində həyata keçirilməlidir. - Məhkəmə baxışından, onun mərhələləri olan məhkəmə istintaqı və yekun müşavirədən fərqli olaraq, məhkəmənin hazırlıq iclası ittihamın həlli nöqteyi-nəzərindən sübutlara baxılmasını, yəni sübutların ittihamı təsdiq etməsi və yaxud təkzib etməsi baxımından tədqiq edilməsini, o cümlədən yoxlanılması və qiymətləndirilməsini ehtiva etmir. Buna görə də Azərbaycan Respublikası CPM-in 299.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı sübutların qiymətləndirilməsi məsələsi deyil, cinayət prosesi tərəflərinin məhkəmə baxışında tədqiq edilmək üçün təqdim etdikləri sübutlar siyahısı, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir. Yalnız cinayət işlərinə və məhkəməyədək sadələşdirilmiş icraat materiallarına deyil, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmənin hazırlıq iclasında baxılarkən də cinayətprosessual qanunvericiliyinin qeyd olunan normalarında təsbit edilmiş tələblər nəzərə alınmalı və Azərbaycan Respublikası CPM-in 302.1.6 və 302.1.7-ci maddələrində nəzərdə tutulmuş müddəalar sübutların xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamı, o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olmasını kifayət qədər təsdiq edibetməməsi (sübutların kifayətedənliyi) baxımından qiymətləndirilməsini ehtiva edən normalar kimi təfsir edilməməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, Azərbaycan Respublikası CPM-in 302.1.7-ci maddəsində nəzərdə tutulmuş “xüsusi ittiham qaydasında şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini əks etdirən sübutları əks etdirmədikdə" müddəası xüsusi ittihamçının gətirdiyi sübutlarının tədqiq edilməsi və yaxud birbaşa qiymətləndirilməsi yolu ilə şikayətin əsassız olması barədə nəticənin çıxarılmasını ehtiva etmir. Sözügedən müddəa şikayətdə faktiki əsaslar gətirilmədən ittihamın irəli sürülməsini və yaxud müvafiq ittihamla ağlabatanlıqla əlaqələndirmək mümkün olmayan faktik hallara istinad edilərək (açıq-aşkar əsassız) ittihamın irəli sürülməsini, şikayətdə irəli sürülmüş iddiaları təsdiq etmək üçün sübutların göstərilməməsini və təqdim edilməməsini nəzərdə tutur. Lakin Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə toplanmış materiallara yuxarıda gətirilən normalarla və məhkəmə kollegiyasının hüquqi mövqeyi ilə müqayisə etməklə baxdıqda müəyyən edilir ki, o, həmin şikayətində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 147.1 və 148ci maddələri ilə irəli sürdüyü ittihamı öz mülahizələrinə uyğun olaraq, konkret faktiki hallarla – internet informasiya ehtiyatında onun barəsində rüsvayedici və qanuna zidd məzmunlu məlumatların yayılması ilə əsaslandırmış, iddiasını təsdiq edən sübut kimi diskin yaddaşında və sosial şəbəkədə yayılmış videogörüntüləri xüsusi ittiham qaydasında şikayəti ilə birlikdə məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası iş üzrə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətinin məzmununa əsaslanıb, yuxarıda göstərilən hüquqi mövqelərə uyğun şəkildə, birinci instansiya məhkəməsindən fərqli olaraq hesab edir ki, sonuncu həmin şikayətində Azərbaycan Respublikası CPM-in 293.3.3 və 293.3.4-cü maddələrinin də tələblərinə əməl etmişdir. Birinci instansiya məhkəməsi hazırlıq iclasının nəticələrinə dair qəbul etdiyi qərarında onun xüsusi ittiham qaydasında verdiyi şikayətin Azərbaycan Respublikası CPMin 293.3.3 və 293.3.4-cü maddələrində nəzərdə tutulmuş tələbərə uyğun olmamasını göstərərkən haqlı olmamış, onun təqdim etdiyi dəlil və sübutları faktiki olaraq xüsusi ittiham qaydasında verdiyi şikayətdə irəli sürdüyü ittihamın təsdiq edilməsi üçün kifayət edibetməməsi nöqteyi-nəzərindən qiymətləndirməklə yuxarıda təsvir edilən cinayət-mühakimə icraatının vəzifə və prinsiplərini, Azərbaycan Respublikası CPM-in ümumi hissəsinin digər normalarının, eləcə də sübutların tədqiqinə dair Azərbaycan Respublikası CPM-in 138-146cı maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası CPM-in 391.3.6-cı maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gələrkən belə nəticəyə gəlir ki, nümayəndənin verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hazırlıq iclasının qərarı ləğv edilməli və Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə toplanmış materiallar həmin şikayətin icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə yeni hazırlıq iclası mərhələsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 391, 397.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı nümayəndəsi Müdafiəçi verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hazırlıq iclasının qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə toplanmış materiallar həmin şikayətin icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə yeni hazırlıq iclası mərhələsinə qaytarılsın. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-455/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-455/2026
22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver