Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-456/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X14 (sədrlik edən, məruzəçi hakim), Rəhimov Elmar Eldar oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi “xxxx” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı hökmü ilə (hakimlər X2 (sədrlik edən), X4 və X7 ibarət tərkibdə) ## ##### 1989-cu il tarixdə Ağdam rayonu, Sarıhacılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, * saylı Slavyan yataqxanasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. Işin halları: Istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 9,620 qram çəkidə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin II siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə, saat 18:40da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş Idarəyə gətirilmiş və orada həmin gün saat 20.29-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda 9.620 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı hökmünün ləğv edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmamışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, əməlinin düzgün tövsif edilməsini və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Ona görə də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı2 məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması cinayət işinin materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətlidir. Ona görə də, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili onun əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsindən və daha yüngül cəza təyin edilməsindən ibarət olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” ## #### 2021-ci il tarixli qərardadı). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, müdafiə tərəfinin apellyasiya şikayətində əsaslandırdığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilmişdir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs özünü ittiham olunduğu maddə ilə qismən təqsirli bilsə də, verilmiş ittihamda göstərilən xüsusatlar şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, aprel ayının 2-si evdən çıxıb Xocasənə getmişdir. Oradan saat 16:00-17:00 radələrində çıxmış və Memar Əcəmi ərazisinə getmişdir. Telefonu xarab olduğu üçün orada telefonu təmirə vermişdir. Çıxışda bir neçə polis əməkdaşı onu saxlamışlar. O, ilk öncə həmin şəxslərin kim olduğunu bilməmişdir. Həmin şəxslər ondan 15 kq narkotik vasitəni harada saxlamasını soruşmuşlar. O isə bu barədə məlumatının olmadığını bildirmişdir. Onu polis idarəsinə aparmışlar. Oraya çatdıqdan sonra onu saxlayan şəxslərin polis əməkdaşı olduğunu bilmişdir. Ona narkotik vasitənin yerini deməyəcəyi halda 20 qram narkotik vasitənin ona məxsusluğunu boynuna almasını təklif etmişlər. Boynuna almayacağı halda isə yanında olan xanımı də narkotik vasitə ilə yükləyəcəklərini bildirmişlər. Onu başqa otağa aparmışlar. Orada elektroşok vasitəsilə ona işgəncə verilmişdir. Idarədə dəfələrlə fiziki təzyiqlərə məruz qalmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə dostu Nailgilə Xocasənə getdiyini, Nailin rəhmətə gedən yaxının hüzuruna görə oraya getdiyini, Humayı hadisədən 1 gün əvvəl dostugildə qalmağa qoyduğunu, ora gedib Humayı götürdüyünü, Humayın əvvəl kirayədə qaldığını, X11 saat 16:00-17:00 radələrində getdiyini, telefon mağazasına telefonunu düzəltdirmək üçün getdiyini, çıxandan 15-20 metr sonra polis əməkdaşlarının onu tutduqlarını, Memar Əcəmi metrosuna gedən yolda, sağdakı telefon mağazaları olan ərazidə saxlanıldığını, “Samsung” markalı, ********** nömrəli mobil telefonu işlətdiyini, narkotik vasitə istifadə etdiyini, bəlkə əvvəllər kiməsə narkotik vasitə satdığını, bunun bir səhv olduğunu, son zamanlar belə işlə məşğul olmadığını, əvvəllər Binə bazarında satıcı işlədiyini, hazırda işləmədiyini, dolanışığını dayısının təmin etdiyini, himayəsində isə xəstə anasının olduğunu, özünün “şüşə”, yəni “patı” istifadə etdiyini, Humayın narkotik vasitə istifadə etmədiyini, Humayın onun narkotik vasitə istifadə etməsindən məlumatlı olduğunu, Humayı 2 ilə yaxındır tanıdığını, üzərinə baxışın işgəncədən sonra keçirildiyini, elektroşokla boynuna, sinəsinə və sinəsindən aşağı hissəyə elektroşok verildiyini, bu barədə Bakı Istintaq Təcridaxanasında bir söz demədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ## ##### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ad və soyadlı şəxs barədə narkotik vasitələrin əldə edilməsi və daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və əməliyyat məlumatında Farizin olması deyilən ünvana getmişlər. Orada zahiri görünüşlərinə görə Farizə oxşayan şəxsə yaxınlaşmışlar. Şəxsi saxlamalarına əsas verən məlumatı ona bildirmişlər. Onu qərarla tanış etmişlər və üzərində qanunla daşınması qadağan edilən hər hansı əşyanın olub-olmamasını soruşmuşlar. Şəxs üzərində metafetamin olduğunu bildirmişdir. Bu vaxt şəxsin yanında başqa bir xanım da olmuşdur. Onların hər ikisini polis idarəsinə aparmışlar. Burada şəxsin üzərinə baxış keçirilmiş və o, üzərində olan psixotrop maddəni onlara təqdim etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ## ##### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ad və soyadlı şəxs barəsində Baş Idarəyə məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunmuş, bundan sonra əməliyyat qrupu yaradılmış və o, həmin qrupun üzvü olmuşdur. Nəsimi rayonu ərazisində zahiri cəhətdən Farizə oxşayan şəxsə yaxınlaşmışlar. Yanında bir xanım olmuşdur. Hər ikisinin şəxsiyyəti müəyyən olunmuşdur. Şəxs özü Fariz olduğunu bildirmişdir. Şəxsi saxlamalarına əsas verən qərarla onu tanış etmişlər. Onu idarəyə dəvət etmişlər, o, müqavimət göstərmədən idarəyə getmişdir. Orada Farizin üzərinə baxış keçirilmişdir. Üzərindən 1 büküm psixotrop maddə aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü Farizlə birlikdə Əcəmi metrosu yaxınlığında olmuşlar. Fariz Əcəmi metrostansiyasının yaxınlığında olan telefon mağazalarından birinə təmir edilməsi üçün telefon vermişdi. 30 dəqiqə Farizlə gəzdikdən sonra onlar yenidən həmin telefon mağazasına qayıtmışlar. Telefon mağazasından 15 metr irəli getmişlər ki, polis əməkdaşları Farizin qolundan tutaraq polis maşınına əyləşdirmişlər. Ikisini də polis bölməsinə aparmışlar. Bölmədə ikisi də eyni otaqda olmuşlar. Onun üzərindən bank kartı, telefon və siqaret qutusu, Farizin üzərindən isə 01 ədəd telefon aşkar olunmuşdu. Daha sonra Farizi başqa otağa aparmışlar. Sonra videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı Fariz polis əməkdaşlarına narkotik vasitə təqdim edərək həmin maddəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Lakin ilk dəfə üzərlərinə baxış keçirilən zaman Farizin üzərindən belə bir maddə aşkar olunmamışdı. “Şəxsi axtarış və götürmə aparılması haqqında” ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, şahid1 üstünə isə baxış prosesi aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs Əbüifət oğluna şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” olduğunu bildirib, əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümü, əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, şalvarın sol yan cibindən isə 01 ədəd plastik bank kartını çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofon bükümə baxış zamanı sellofan bükümün içərisində ağ rəngli, kristal formalı, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin “Zərflər üçün" * saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirılərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "Samsung" markalı mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrə olmasını, eyni zamanda təqdim etdiyi üzərindəki nömrələr silinmiş 01 ədəd bank kartının da özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon və 01 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış davam etdirılərkən Təqsirləndirilən şəxs üzərindən hər hansı bır əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni ## ##### 2025-ci il tarixdə əvvəldən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi “Kian” adı ilə tanıdığı iranlı ilə “Vhatsapp" ani mesajlaşma proqramı vasitəsiylə mesajlaşdıqdan sonra 70 manat qarşlığında aldığını, həmin maddəni 02.04,2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən götürməsini, həmin maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, özünün narkotik vasitə istifadəçisi olduğunu, üzərində olan maddədən tanışı şahid1 və heçkimin məlumatı olmadığını, həmin maddədən heçkimə satmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət və ya onun izləri olması barədə sual verilən zaman o heç bir xəsarəti olmadığını, lakın təxminən 4 ıl əvvəl sol qol nahiyyəsinə özü əsəbi halda olduğu üçün xəsarət yetirməsini bildirmişdir Daha sonra şahid1 üzərinə baxış keçirilmişdir. şahid1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şahid1 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan cins şalvarın sağ arxa cibindən içərisində mobil nömrə olmayan “Samsung" markalı mobil telefonu, əlində olan qara rəngli çantanın içərisindən isə 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Redmi" markalı mobil telefonu. 01 ədəd qara rəngli eynəyi və çantada olan kosmetika əşyalarını çıxardıb təqdim etmişdir Daha sonra şahid1 təqdim etdiyi əşyalar onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şahid1 Təqsirləndirilən şəxs ilə münasibətləri olduğunu və onun üzərində aşkar edilən maddədən məlumatının olmadığını bildirmişdir. (cild 01; i.v.27-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının ## ##### 2025-ci il tarixli, */****/**** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DIN "Zərflər üçün №*" dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi..." və s. Soyadlar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 9,620 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01; i.v.44-48). “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələri ilə müxtəlif nömrələr arasında müxtəlif tarixlərdə aşağıdakı məzmunda SMS yazışmaları olmuşdur: ##/##/2024.13:03:31,994552018832.994105223313,Gaga nəsə var7? Oncun yıgram; ##/##/2024.13:30 04.994558065688 994105223313,Qardawim zeng vurmağa utandim.pul uwaq variydi onundu oda getdi.Ozum pul tutum yigacam: ##/##/2024.02:00:22.994708549069.994105223313,Neynırsən nəğarsan?) Padelka veriblər.Qənd çıxdı((. ##/##/2024,02:1 1:20.994105223313.994708549069.Indi aldin^kım verdi kı onu sene.men cekirem urein istiyir dur gel; ##/##/2024.19:15:17,994516652384.994105223313, Fariz lomkadan donuruq soyuqdan qaqa ..cammatda direnib mene pulun isteyır alinmirda qaqa pulu ver yola salim getsin ##/##/2024,19:27:58,994516652384.994105223313,Fariz cavab ver qaqa hormetsizlik edilir burda qaqa mene agridan da oluremrem menim pul tapmaq halim yoxdu yeke kisisen mene dusmur axi bu men kucelerde qalıram ##/##/2024,00:16:31,994516652384,994105223313,Fariz menim ki kucede yasadiqimi bilib pulu ne zulumdan tapdiqmi gorub menim pulumu apardin.mene el atildi lomkadan qivriliram hecne cavabsiz qalmir noiarki ##/##/2024,05:50:12,994552964488.994105223313,Isteyen olsa yari das var verek; ##/##/2024,05:21:41.994705143939.994105223313.Ay qaqa yagis yagir lomkadayam meni niyə gozdedirsen ki burdaZ ##/##/2024,05:37:15.994705143939.994105223313.10 manata gore deymirdide bele elemeyın meni bu vezyetde qoymaqın, ##/##/2024,21:58:07.994517149754.994105223313,Qaqa salam ewitim kola gezirsen ama sen kola isdfade elemırsen Axl qaqa. ##/##/2024,01 48:46,994105223313.994708549069,Ay ureim spar marketin yaninda derzi var a bax derzinin qabaginda zibil qutusu var qara rengde.das qoydum qara siqaret qutusunun icine atdim hemen zibil, ##/##/2024,01:48:47.994105223313.994708549069,qutusuna.qara rengde siqaret packasidi.ustune platium yazilib.tez dus götür, ##/##/2024.02:05:12,994105223313.994708549069,Elini at gotur ne var ki orda.qorxma seni yemiyecekler.dur zibil qutusunun yaninda birdeq sora götür; ##/##/2024,01:50:37.994706119155.994105223313,Fariz elinda temada oldu manim pulumu vermədin qaqa.bele wey olmur vallahi.men Ölurem uje qaqa gucum catmir hereket etmaya.qaldi ki sen elədiyin qadar manda jest elamiwam sana xaiw elirem sandan qaqa ya menim pulumu ver yada aynoyun.meni yigma demadim deyirsən haqqsizliq elama ALLAH GOTURMAZ BUNU; ##/##/2024,02:50:51,994773445500.994105223313,S*k*m mənə qum verənin arvadını uşağını bacısını s*k*m ##/##/2024,02:52:26,994773445500.994105223313, Pulumu qaytar səni tapşırmışam səni tutub qabağımda ağladacaqlar; ##/##/2024,21:06:04,994514665419.994105223313.Qaqa eger imkan olsa mene 1 dene onan saxlayarsan, ##/##/2024,21:40:34.994505823000.994105223313.Gelrem pul tapdm: ##/##/2024,22:20:36.994505823000.994105223313,Qaqa pulu duzetmiwem gelim ##/##/2024,01:22:47.994515934971.994105223313. Qaqa galirsan ?Bir he yox de Fariz .Qadanalim bir soz de.Man cox pis haldayam qaqa ollam toba; ##/##/2024,05:36:59,994557175161.994105223313,Uzrlu say qaqa narahat eledim 10 alınarsa bidene? ##/##/2024,03:34:50.994706093202,994105223313.Ау qaqa yanimdaki usaq getmelidir.Bidene yerini de geiim orda senle gorusum men gedim.Bele gec alinacaydisa bir kelme deyerdın mende kimise caqirmazdim: ##/##/2024,04:19:49,994706093202.994105223313, Fariz meni niye gozletdirirsenki qaqaş,Ac telefonu bir soz de mende bilimde.Gelirsen ya Gelmirsen de bilim.Gelmirsen cixim gedim men; ##/##/2024,04:24:03,994105223313,994706093202,Qaqa sebrli ol gelirem.ola biler ki sene cox verdim seyi; ##/##/2024,04:35:04,994706093202.994105223313,Qaqa yolun icinde qalmisam.Allah uzaq etsin tutularam.Teze çıxmısam azadlıqa.Eger gele bılmirsense men cixim gedim: ##/##/2024.12:46 42.994105223313 994552902129.****** ** ** yig denen qaqa derman lirika lazim olsa goture bilerik indi; ##/##/2024,19:30:37.994553784040.994105223313,Qaqam 15 daw 10 torpaq sene zehmet; ##/##/2024,15:20:00,994505823000,994105223313,Yarm daş lazmdi; ##/##/2024,17:15:38.994105223313.994558414175,Qaqa sene ikinci yari lazim olacaq?; ##/##/2024,17:15:52.994558414175,994105223313,he ##/##/2024,17:16:22,994558414175,994105223313,ama 20 atib 20 de yarim saata atacam qardaşımsan; ##/##/2024,23:55:26,994553262510,994105223313,Qaqa 15 manatda X8 qewey qoy; ##/##/2024,04:13:36,994556275161.994105223313,X6 20 X1; ##/##/2024,17:10:23,994775260755.994105223313, 1 deyqevi ayir xaiş edirem Allah haqqi sebiş deyil pulumu at yada temami geti el cekim; ##/##/2024,00:34:44.994775260755.994105223313,Salam kim olduğumu yeqin cox gozel bilirsen temani ısdemirem sene atdigım pulu at fso 3 gun vaxt istedın verdim hem bloka atmısan hemde ne tema var nede: ##/##/2024,21:20:22,994997565727.994105223313.FIDIMENE VARSA DAS GETIR; ##/##/2024,12:06:58.994515044444.994105223313.Qaqa neyniyim dermani bele elemeyinin adin ne qoyag; ##/##/2024.15:56:52,994105223313 994515044444,Acdim qaqa gelme; ##/##/2024,17:54:40,994515044444.994105223313,Bax qaqa deyirem basimi s*kmede dermanlari iteliyen q*hb*nin qarninnan cixanin nomresine at mazqi s*kme ozuve olan hormeti ne azalt nede itir ##/##/2024,18:50:27,994515044444,994105223313,Qaqa elin girir p qalani var girirse yaz kartivi atde; ##/##/2024,21:03:20,994515044444.994105223313,Hoqqa verme de hardasan gelim balaca bir das ver lirika verim at beynime girib ograsdi; ##/##/2024,13:03:51.994515044444,994105223313,Lirika verim das veren var evdeyem gel amma hoqqa cixartma gec olacagsa denen bilim işimi; ##/##/2024,03:09:24,994515044444,994105223313,Yatmamisansa gel bir dene siqaret al skafada bax gor nece el qabiliyyeti olan oğlanlar var gel lirika verim at 3manatinda varsa siqaret al kartiva sabah ataram; ##/##/2024,04:51:06,994515044444.994105223313, men hergun 50 60 manat senin kimi pula gore min hoqqadan çıxanlara verirem senin ozun ol ogru dayında patini soskaynan sehf salan dayinda bas dasin olsun; ##/##/2024.10:22:27,994515044444.994105223313,Necede yasiyirsiz deyirem yasiyirsan demirem yasiyirsiz hede ona buna soyus qoy al pul nasta kimilerin borcunu bağla sende denen kisiyem bariqa laqondavi: ##/##/2024,13:00:22.994515044444.994105223313,Qaqa tecili yig burdayam gel lirika verim at biraz kefin birazde acilsin birazdan gedecem bağa; ##/##/2025.03:19:09,994105223313.994773410202, Qaqa hardasan 20m duzelde bilersen?sene 04 das verim. ##/##/2025,03:21:46,994773410202.994105223313,Bew deyqeye kakret deyim sene mene beyak vaska demiwdı deyim ona lazmdl ya yok ne vaxt deyim sorwsa qaqa bildin nece, ##/##/2025,03:25:55,994105223313,994773410202,Gedirem goturmeye de qaqa 20m pjljm catmir; ##/##/2025,06:59:24,994773410202.994105223313,Qaqa ceke biledim senol zeher kimidi qaqa yarsl qalr qaqa sen canin beyak verdiyinen falqada zada varsa bir iki tustu vurmaklk qaqa temiz diraznit oldum: ##/##/2025,06:59:25,994773410202,994105223313,fariz alnar qaqa ne olsa de beynimin qurdu olsun dilxor oldum qaqa ##/##/2025,09:00:07,994515044444,994105223313,Lirika lazimindi tez he yox yaz bilim isdiyen var (cild 01; i.v.144-148). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə deyil, 234.1-1-ci maddəsi ilə təqsirli bilməsinə dair bildirdiyinə tənqidi yanaşaraq, inandırıcı saymamış və onun ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs ifadələrində heç vaxt narkotik vasitələrin satışı və ya digər formada dövriyyəsi ilə məşğul olmadığını bildirsə də, Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixli öz əlyazması ilə yazılmış ilkin izahatından görünür ki, o, törətdiyi əməli etiraf edərək özü şəxsən bu barədə ətraflı izahatı yazmış, izahatının sonunda törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və əməlindən çox peşman olduğunu qeyd etmişdir (cild 01; i.v.35-37). Bundan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” ## ##### 2025-ci il tarixli protokolda olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələri ilə müxtəlif nömrələr arasında müxtəlif tarixlərdə aparılmış SMS yazışmaların mətni elan olunduqdan sonra təqsirləndirilən şəxs əvvəllər arada narkotik vasitələri başqa şəxslərə pul qarşılığında verdiyini, lakin bunun bir səhv olduğunu, həmin vaxtdan bu günədək uzun zaman keçdiyini, hazırda belə bir işlə məşğul olmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin mobil nömrəsi ilə aparılmış yazışmaların məzmununu, sonuncu SMS-in onun saxlanılmasından uzun müddət öncə deyil, təxminən 01 ay 15 gün öncəki müddətə təsadüf etdiyini, hazırda üzərində aşkar edilmiş psixotrop maddənin miqdarının külli miqdar təşkil etdiyini, mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan (SMS-lərin məzmunu ilə müəyyən edilən haldır) şəxsin külli miqdarda psixotrop maddə əldə etməsinin onun həmin maddəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etdiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin irəli sürdüyü arqument tamamilə əsassız olmaqla iş materialları ilə təkzib olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təzyiq edilməsi barədə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə baxışı zamanı saxlanıldıqdan sonra ona qarşı olan təzyiqlər nəticəsində sənədlərə imza etməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində barəsində seçilmiş “həbs” qətimkan tədbirinin uzadılmasına dair təqdimata baxılan zaman polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirdiyindən məhkəmə tərəfindən bu barədə aidiyyəti prokurorluğa məlumat ünvanlanmış, məlumat nəticəsində araşdırma aparılmaqla şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-tibb ekspertizasının ## ### 2025-ci il tarixli, ***/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 02-03.04.2-25-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar olunmamışdır. Onun bədən səthində aşkar edilmiş sağ bazunun və sol saidin çapıqları müayinədən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir (cild 01; i.v.164-166). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ######## 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə və digər qanunsuzluqlara məruz qalmasına dair material üzrə cinayət işinin başlanması AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir (cild 01; i.v.222-223). Məhkəmə istintaqı zamanı Bakı Istintaq Təcridxanasına sorğu ünvanlanmaqla təqsirləndirilən şəxsin tibbi kartının məhkəməyə təqdim edilməsi təmin edilmiş, həmin ## ##### 2025-ci il tarixli, ****/**** saylı tibbi kartından görünür ki, təqsirləndirilən şəxs BIT-na daxil olarkən xəsarət almadığını bildirmiş, müayinə zamanı onda köhnə çapıq izlərindən başqa hər hansı xəsarət aşkar olunmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Odur ki, apellyasiya şikayətinin bu hissədə dəlilləri də əsassızdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun həmin maddələrlə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə deyil, 234.1-1-ci maddəsi ilə təqsirli bilməsinə dair apellyasiya şikayətinin dəlillərini və apellyasiya icraatında bildirdiklərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Həmçinin, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla (şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar) təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət hadisəsini törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası qərarında əsas götürdüyü motivləri rəhbər tutmaqla apellyasiya şikayətinin formal mülahizələrə əsaslandığını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində və apellyasiya icraatında göstərdiyi hallara hüquqi qiymət verərək qeyd edir ki, şikayətdə qeyd olunanlar onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirilməli, şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla sübuta yetirilmiş hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri cinayət işi materiallarında öz əksini tapan sübutlarla təkzib edilməklə əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsaslar müəyyən etmir. Bununla da məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmadığından və qanunvericiliyin müvafiq müddəaları ilə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi və Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlləri təsnifata görə ağır cinayətdir. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə cəzaları təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və əməlinin tövsif edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apellyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “xxxx” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq “xxxx” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-456/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-456/2026
12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver