Məhkəmə qərarları › İş №1(3-6)-457/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-457/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-457/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçilər müdafiəçi2 və müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünə əsasən (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən), X5 və X4 ibarət tərkibdə) ## #### 1985-ci il Bakı şəhərində doğulmuş (FN: *******), Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin ## ###### 2025-ci il tarixli Qərarının 2.6cı bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lerik rayonu, H.Aslanov küçəsi, ev 53-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, yeni yaşayış massivində inşa edilmiş fərdi yaşayış evində yaşamış, ## #### 2025-ci il tarixdə saxlanılmış, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və məhkəmə hökmünə əsasən, Təqsirləndirilən şəxs naməlum mənbədən və məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 8,895 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 9,162 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ## #### 2025-ci il tarixdə Bakı səhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Əliyev küçəsində yerləşən tikinti materialları satışı mağazasının yaxınlığına kimi daşımış, həmin gün orada saat 23:20 radələrində piyada hərəkətdə olduğu vaxt Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxdanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə şəxsi baxış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində 1 ədəd qara rəngli selofanın içərisində olan həmin satış məqsədi ilə gizlədib üzərində saxladığı təmiz çəkisi 8,895 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə heroin 1 ədəd şəffaf rəngli selofana bükülmüş halda və həmin təmiz çəkisi 9,162 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamin 1 ədəd şəffaf rəngli selofana bükülmüş halda Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı dövründə heç bir araşdırma aparılmadan, yalnız ittiham aktına əsaslanaraq 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Buna görə də himayəsində 2 azyaşlı övladının, xəstə və yaşlı anasının olması nəzərə alınaraq, eləcə də cinayət işinin təfərrüatları araşdırılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək ona qarşı irəli sürülmüş ittihamdan narazı olduğunu, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını və apellyasiya şikayətinin tələbini dəqiqləşdirərək əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən müdafiəçi müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edən şəxs olsa da, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmadığını, hazırki cinayət işinin materiallarında da onun aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edəcək hər hansı sübutların mövcud olmadığını nəzərə alaraq təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçilərinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan əməli həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilib cəza təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir narkotik vasitələrdən istifadə edir. Qonşuda tikintidə işləyərkən ev sahibinin aldığı tikinti materiallarını dəyişdirmək lazım olmuş, bu məqsədlə mağazaya getmişdir. Həmin materilları dəyişdirərkən, o, Rəcəb adlı şəxslə dalaşmışdır. Daha sonra Rəcəb 1-ci Polis şöbəsinə məlumat vermiş, polis işçiləri gəlib onu tutaraq maşına mindirmişlər. Orada olan Emin adlı polis əməkdaşı ilə aralarındakı münasibət pozulmuşdur. Yaxınlıqdakı şamlığın yanında içərisində narkotik vasitə olan bükülünü ona verərək həmin maddələrin onun olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onu bölməyə aparmışlar. Orada ona təzyiqlər göstərilmişdir. Videoçəkiliş olmuş, orada narkotik vasitəni boynuna almasını istəmişlər. O da, təzyiqlərə dözməyərək bununla razılaşmışdır. Verilən sualları cavablandıran təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təzyiqlərə məruz qaldığı üçün polis işçilərinin dedikləri ilə razılaşdığını, istintaq təcridxanasında ona qarşı təzyiqlər edilmədiyini və orada müayinədən keçdiyini, üzərində heç bir xəsarət izləri olmadığını, əvvəllər məhkumluğu olduğunu, polis işçilərini Rəcəbin çağırdığını, gələn polislərin sayının çox olduğunu, həmin hadisədən 7-8 ay əvvəl də onun oğurluğa görə polis bölməsinə aparıldığını, həmin vaxtdan Emin adlı polis əməkdaşını tanıdığını və Eminlə mübahisəsi olduğunu, polis işçiləri tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı şikayət etmədiyini bildirmişdir. İbtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 20 ildir narkotik və psixotrop maddələr qəbul edir. Bu səbəbdən narkotikə olan tələbatını ödəmək üçün müxəlif vaxtlarda müxtəlif şəxslərdən alıb istifadə etmişdir. ## #### 2025-ci il tarixdə əvvəlcədən “Sabir” adı ilə tanıdığı, internet üzərindən tanış olduğu real həyatda görmədiyi İran İslam Respublikasının vətəndaşı +98 914 352 70 52 mobil telefon nömrəsindən ««WhatsApp»» proqramı vasitəsilə onunla əlaqə saxlayıb, Xəzər rayonu, Şüvəlan qəsəbəsində gizlədilmiş narkotik vasitənin GPS ünvanını göndərib, həmin narkotik vasitəni tanımadığı şəxsə verməyi və bunun müqabilində həmin şəxsdən 2 qram narkotik vasitə olan “kakos” alacağını bildirmişdir. O da, bundan bir neçə dəqiqə sonra «WhatsApp» vasitəsilə göndərilmiş Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Əliyev küçəsi, tikinti materiallarının satışı mağazasının yaxınlığındakı GPS ünvanına gəlmiş, orada gizlədilmiş narkotik vasitəni götürüb bir qədər aralaşdıqdan sonra ## #### 2025-ci il tarixdə saat 23:20 radələrində iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğu üçün saxlanıldığını izah etmişlər. Ona videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı izah olunmuş, o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan gizli cibində olan 1 ədəd qara rəngli selofana bükülmüş bükümü, yəni həmin bükümün İçində olan 1 büküm heroini və 1 büküm metamfetamini, 95 manat pulu, şalvarın sol yan cibində olan 1 ədəd alışqanı polis əməkdaşlarına təqdim etmişdir. Sonra 1-ci Polis şöbəsinə gətirilmiş, qanunsuz maddələr təhqiqatçıya təhvil verilmiş, daha sonra 1-ci Polis şöbəsində onun üstü yoxlanılmışdı Bundan sonra polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 20,46 qram təşkil etmişdir. Sonradan həmin kütlə, pul və alışqan polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış və onlar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin İran İslam Respublikasının vətəndaşı “Sabir” adlı şəxsə məxsus olmasını, həmin maddələri götürüb başqa şəxsə verəcəyini bildirmişdir. Təxminən 20 ildir narkotik vasitələr və psixotrop maddələr qəbul edir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Bu səbəbdən öz narkotik vasitəyə olan təlabatını ödəmək üçün həmin şəxsin dediklərini etmişdir. Həmin vaxt bu addımı atarkən bunun satış niyyətini həyata keçirmək olduğunu bilməmişdir. Sonradan başa düşmüşdür ki, bu narkotik vasitələrin əlbir olub bir qrup şəxs halında satışını həyata keçirməkdir. Dəqiq olaraq ona narkotik vasitə və psixotrop maddə verən şəxsin harada olmasını və haralı olmasını bilmir. Özünü Sabir adı ilə təqdim edən şəxslə sosial şəbəkədə tanış olmuş, yalnız “«WhatsApp»” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb danışmışdır. Heç vaxt onu görməmişdir. Sadəcə olaraq o, özü İran İslam Respublikasının vətəndaşı olduğunu demiş, o da, düşünmüşdür ki, yəqin iranlıdır. Amma dəqiqliklə olaraq haralı olmasını bilmir. Telefon danışığında da həmin şəxs sərbəst şəkildə Azərbaycan dilində danışmışdır. Küçədə saxlanılandan sonra 1-ci Polis şöbəsinə gətirilmiş, qanunsuz maddələr təhqiqatçıya təqdim edilmiş, Polis şöbəsində üstü yoxlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər RPİ, 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili şahid2 istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirdi ki, ## #### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə onun rəhbərliyi ilə əməliyyat müvəkkili şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. ## #### 2025-ci il tarixdə təxminən gecə saat 23-24 radələrində Təqsirləndirilən şəxs Şüvəlan qəsəbəsi, H.Əliyev küçəsində yerləşən tikinti materialları satışı mağazasının yaxınlığında saxlanılmış, ona hüquq və vəzifələri izah edilərək videoçəkilişlə üstünün yoxlanılacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmetin olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs göy rəngli şalvarın sağ cibindən hərəsi 1 bükümdə olan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələri çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs 1-ci Polis şöbəsinə gətirilmiş, təhqiqatçının otağında şəxsi axtarış keçirilərək Təqsirləndirilən şəxs üstü yenidən yoxlanılmış, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs və digər iştirakçının gözü qarşısında təqdim etdiyi bir ədəd ağ rəngli kağızın içərisində olan şəffaf rəngli selofana bükülmüş 2 ədəd bükülüdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə və qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə içərisi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitəni haradan əldə etməsi soruşulduqda, sonuncu həmin maddələrin İran vətəndaşı Sabir adlı şəxsə məxsus olduğunu, onları aparıb başqa yerə qoymaq müqabilində ona 2 qram narkotik vasitə heroin veriləcəyinə söz verildiyini bildirmişdir. Xidmət etdiyi polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olmuşdur. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı fiziki və psixoloji zor, təzyiq göstərilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər RPİ, 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili şahid1 ## #### 2025-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılması və üstünün yoxlanılması zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar olunması ilə bağlı keçirilmiş əməliyyat tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işində olan ## #### 2025-ci il tarixli raporta əsasən, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə saat 23:20-də Bakı şəhəri, Xəzər RPİ, 1-ci Polis şöbəsinin əməliyyat müvəkkiləri şahid2 və şahid1 tərəfindən Şüvəlan qəsəbəsi, H.Əliyev küçəsində yerləşən tikinti materialları satışı mağazasının yaxınlığında saxlanılmış, üstünün yoxlanılması zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd qara rəngli selofana bükülmüş psixotrop maddə və narkotik vasitə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan ## #### 2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 1-ci Polis şöbəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. O, bir ədəd qara rəngli “Sumsung” markalı mobil telefonu təhvil vermiş, iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işində olan ## ######## 2025-ci il tarixli baxış protokoluna əsasən, Təqsirləndirilən şəxs üstünün yoxlanılması videogörüntülərinin yükləndiyi 1 ədəd DVD diskdə əks olunanlar ## #### 2025-ci il tarixli raportda qeyd edilənlərlə uyğunluq təşkil etdiyi müəyyən olunur. Cinayət işində olan ## ######## 2025-ci il tarixli baxış protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 1-ci Polis şöbəsində şəxsi axtarış keçirilməsi videogörüntülərinin olduğu 1 ədəd DVD diskə baxış keçirilmiş, bu zaman həmin görüntülərin ## #### 2025-ci il tarixli protokolda qeyd edilənlərlə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. Cinayət işində olan ## ######## 2025-ci il tarixli baxış protokoluna əsasən, Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilməsi və götürmə aparılmasına dair videogörüntülərinin yükləndiyi 1 ədəd CD-R diskdə əks olunanların ## #### 2025-ci il tarixli protokolda qeyd edilənlərlə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının ## #### 2025-ci il tarixli */**** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № ***” dairəvi möhür əksi olan “Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunaraq...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 9,162 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir bükümdə təmiz çəkisi 8,895 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının ## #### 2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməllərini törətdiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İbtidai istintaq orqanının ## ######## 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 9,162 qram metamfetamin və təmiz çəkisi 8,895 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və qalıq qalmış 9,112 qram metamfetamin və 8,895 qram heroin saxlanılması üçün Xəzər RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177,2.1, 177,2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 1200 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 5 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Amnistiya aktının tətbiq olunması barədə ## ###### 2026cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Hazırda onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddənin aşkar olunması mötəbər sübutların məcmusu ilə, o cümlədən videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verilmiş ifadələrlə və digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X11 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunması, yəni onun üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin məhz satış məqsədi ilə əldə etməsi barədə istintaq orqanının mövqeyi və bununla razılaşan birinci instansiya məhkəməsinin gəldiyi nəticələri əsassız hesab edir və işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə, yəni təmiz çəkisi 8,895 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 9,162 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması barədə nəticəyə gəlinməsinə həmin maddələri tanımadığı İran vətəndaşından əldə edib saxladığını səmimi etiraf etməsi, həmçinin aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərdə olmaqla ayrı-ayrı bükümlərə ayrılması, eləcə də aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən bir neçə dəfə artıq olması səbəb olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi və yaxud onun bir neçə bükümdə olması narkotikin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işində təqsirləndirilən şəxsin aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəlmiş hərəkətlərin mövcudluğunu təsdiqləyən sübutlar mövcud deyildir. Plenum qərarının sözügedən tələbləri baxımından hazırki işin hallarına nəzər saldıqda görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş təmiz çəkisi 8,895 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və təmiz çəkisi 9,162 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsi və həmçinin aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərdə olmaqla ayrı-ayrı bükümlərə ayrılması (cəmi 02 ədəd bükümdə olması) müəyyən edilsə də, təqsirləndirilən şəxsin digər istehlakçılarla razılıq əldə etməsi, məhz onun tərəfindən satış üçün narkotik vasitələrin hazırlanması kimi hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs istifadəsində olan 070 669- **-** saylı mobil telefon nömrəsinə ## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək daxil olan və çıxan zənglərə, SMS danışıqlarına dair məlumatlar «xxxx» MMCdən götürülməsi, həmin məlumatlarda şəxsin ittiham olunduğu müddətə uyğun gələn dövrdə mobil telefonla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı SMS yazışmaları müəyyən edilməsi göstərilsə də, hökmün məzmununda həmin məlumatlarda nədən ibarət olması, sözügedən telefon və ya SMS danışıqlarında hazırki iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələri kimə, nə vaxt və harada təhvil verəcəyinə dair satış məqsədini təsdiq edən hansı xüsusatların aşkar olunması qeyri-müəyyən olmuşdur. Qeyd olunan xüsusatlar ittiham tərəfinin mötəbər dəlillər əsasında sübuta yetirmək vəzifəsini şərtləndirən hallardır ki, hazırki vəziyyətdə birinci instansiya məhkəməsi tərəfindən yalnız İran vətəndaşından əldə edib saxladığını səmimi etiraf etməsi, həmçinin aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərdə olmaqla ayrı-ayrı bükümlərə ayrılması, eləcə də aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən bir neçə dəfə artıq olması əsas götürülərək təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas ola bilməz. Çünki Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə və psixotrop maddə cəmi bir bükümdə olmuş, onun nakotik vasitəni əldə etməkdə satış məqsədini təsdiq edən hər hansı mötəbər sübutlar aşkar olunmamışdır. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etməməsi qənaətinə gələrkən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı həmin narkotik vasitəni tanımadığı şəxsə verməyi və bunun müqabilində həmin şəxsdən 2 qram narkotik vasitə olan “kakos” alacağı barədə ifadəsinin cinayət işi üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmadığını, həmçinin onun polis əməkdaşları tərəfindən saxlanılarkən güclü narkotik təsiri altında olduğunu, habelə hazırki halda təqsirləndirilən şəxsin opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) əziyyət çəkdiyini nəzərə alaraq təqsirləndirlən şəxsin həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsi barədə qeyd etdiklərini inandırıcı hesab edir. Belə ki, Məhkəmə-narkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Eyni zamanda təqsirləndirilən şəxsin həmin izahatında qeyd olunmuş xüsusatlarla bağlı ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin hansı şəxslərə, nə zaman, harada verilməsinə və,s hallara dair istintaq hərəkətləri aparmamış və həmin faktı təsdiq edən hər hansı sübut iş materiallarına əlavə olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin üzərindən külli miqdarda narkotik vasitə və psixotrop maddənin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız özü-özlüyündə həmin şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədinin olmasına dair gəlinmiş qənaət onda aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin külli miqdar təşkil etməsi, həmçinin aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərdə olmaqla ayrı-ayrı bükümlərə ayrılması (cəmi 02 ədəd bükümdə olması) kimi xüsusatlardan irəli gələn subyektiv xarakterli mülahizədir. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlanmasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № *****/** və s., 125, ## ###### 2020) Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Psixotrop maddə olan metamfetaminin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarındakı tövsiyyələrə də uyğundur. Beləliklə, ittihamı sübutetmə yükü daşıyan istintaq orqanı satışla bağlı hər hansı sübut ümumiyyətlə təqdim etməmiş, formal mülahizələrə görə yalnız yuxarıda göstərilən əsaslarla onun əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının X2 AR CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli, X6 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarlarındakı hüquqi mövqe ilə uzlaşır. Beləliklə, hazırda apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs oğlu üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə olan əməli həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilib ona həmin maddənin sanksiyası əsasında cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təyin ediləcək cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsa cəza təyin edərkən onun himayəsində iki nəfər azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və onun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla və onun cəzasını ağırlaşdıran halları müəyyən etmədən, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlinin ictimai təhlükəliliyi və xarakterini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və.s halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası hüdudunda 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsaslardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə olan əməli həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilib cəza təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar