Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-459/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Emin Zöhrab oğlunun sədrliyi və məruzəsilə, X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X12 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi - “Güvən” vəkil bürosunun vəkili müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-*)-**/**** saylı hökmündən müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim R.N.Ələkbərli, hakimlər E.A.Nuriyev və A.H.Tağıyevdən ibarət tərkibdə) ## ###### 2026-cı il tarixli hökmü ilə, ## ###### 2009-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## ####### 2025-ci il tarixdən hesablanmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ## ####### 2025-ci il tarixdə, saat 20 radələrində anası Qanuni nümayəndə və atalığı Zərərçəkmiş şəxslə birgə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası, nömrəsiz fərdi yaşayış evində olarkən qonaq otağında Zərərçəkmiş şəxs alkoqollu içki qəbul etməsini gördüyündən yataq otağına gedərək uzanmış, həmin vaxt Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisəni eşitdikdən sonra sonuncuların onu gördüklərində sakitləşəcəklərini düşündüyü üçün qonaq otağına geri dönərək orada əyləşmiş, buna baxmayaraq, ona məhəl qoymayan Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə ilə əlbəyaxa olarkən sonuncunu yerə yıxaraq döyməsini görüb çarəsiz şəkildə görüntülü zənglə yaxın qohumlarına zəng edib baş vermiş hadisəni əyani olaraq göstərmiş, Zərərçəkmiş şəxs qonaq otağında stulda əyləşərək yerdə uzanılı vəziyyətdə olan anası Qanuni nümayəndə bədən nahiyəsini təpiklədiyini, onu və yaxınlarına qarşı nalayiq ifadələr işlətdiyini həzm etmədiyi üçün zəngi sonlandırdıqdan sonra əsəbləşərək qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gələrək, gizlincə yaxınlıqda yerləşən mətbəxə gedib oradan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən, qəhvəyi tutacaqlı mətbəx bıçağı götürüb belində gizlədərək qonaq otağına qayıtmış və Zərərçəkmiş şəxs ondan böyük olduğu üçün qarşılıqlı gücünün çatmayacağını düşündüyündən sonuncunun stulda arxası onun tərəfə olduğu vəziyyətdə anidən belindəki bıçağı çıxararaq bədəninin müxtəlif nahiyələrinə qəsdən bıçaq zərbələri vurmaqla ona sağ bazu nahiyəsinin 2 (iki) ədəd kəsilmiş yarası hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid və ölümünə səbəb olan kəskin xarici qanitirmə ilə əlaqədar sağ körpücükaltı venanın zədələnməsi ilə müşayiət olunan sağ çiyin qurşağı nahiyəsinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən, müdafiəçi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026 il il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs əməlinin CM-nin 130-cu maddəsinə tövsif olunaraq, CM-nin 85.5., 86.1 və 60-cı maddələrinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutları düzgün qiymətləndirməmiş, çıxışında göstərdiyi dəlillərə ümumiyyətlə münasibət bildirmədən Təqsirləndirilən şəxs barəsində qanunsuz, əsassız və son dərəcə ədalətsiz hökm çıxarmışdır. Münaqişənin baş verməsində ciddi səbəblər olduğu və bunun səbəbkarı məhz zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs olduğu halda, ibtidai araşdırmada bu fakta lazımi qiymət verilməmiş, məhkəmə istintaqı zamanı, məhkəmə bu faktlara diqqət yetirməyərək qanunsuz qərar qəbul etmişdir. Məhkəmə istintaqı tam qətiyyətlə bu nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 120.1-ci maddəsinin təkibi yoxdur, o, qanunsuz və əsassız olaraq həmin maddə ilə məhkəmə məsuliyyətinə verilmiş və məhkum olunmuşdur. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. CM-nin 36cı maddəsinin məzmunundan da aydın görünür ki, şəxsin təkcə özünün deyil, həm də başqa şəxsin həyatını, sağlamhtğmı və hüquqlarını qəsd edənə zərər vurmaq yolu ilə ictimaitəhlükkəli qəsddən qoruyarkən törətdiyi hərəkət zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq- aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər isə zəruri müdafiə həddini aşmaq hesab edilir. Icimai-təhlükəli qəsddən qorunmaq məqsədilə adam öldürməklə hansısa alçaq və digər niyyətlərlə adam öldürmək arasında fərqləndirmə aparılmalıdır, ayrı-ayrı vəziyyətdə adam öldürmüş şəxslərin eyni dərəcədə məsuliyyət daşıması absurd, qanunsuz və ədalətsizdir. Məhz buna görə də qanunverici orqan zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə halını ayrıca CM-nin 123-cü maddəsində nəzərdə tutmuşdur. Cinayət işinin materiallarına və məhkəmə istintaqının nəticələrinə görə Təqsirləndirilən şəxs əməllərində CM-nin 130-cu maddəsində təsbit olumuş zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır xəsarət yetirmək cinayətinin tərkibi vardır. Məhkəmə iclasında, müdafiəçi müdafiəçi1, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin mənafeyinə aid hissədə verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında, dövlət ittihamçısı X3, apellyasiya şikayətinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin ittiham hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir: Apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin ittiham hökmü, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin, Azərbaycan Respublikası CM-nin 130-cu maddəsinə tövsif edilməsi ilə bağlı hissədə mübahisələndirilmişdir. Bunu nəzərə alan, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olmuş hüquq normalarının qanuniliyini və əsaslılığını tədqiq edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinin mübahisəsi ilə bağlı irəli sürülən dəlillər, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada toplanmış sübutlarla müqayisədə əsassızdır və hökm qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından qanuni və əsaslı olduğu üçün məhkəmənin iş üzrə gəldiyi yekun nəticə tədqiq olunmuş sübutlara və onların məcmusuna uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X11 təməl prinsiplərindəndir. Qanunun tələbinə və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi ilə bağlı, apellyasiya şikayətinin dəlillərinə münasibətdə, apellyasiya baxışının yekun nəticələrinə əsasən qeyd edir ki, cinayət işi üzrə aparılmış araşdırma zamanı tədqiq edilmiş sübutlara məcmu halda düzgün hüquqi qiymət verən birinci instansiya məhkəməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə aidiyyətini və kriminal hərəkətləri ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməklə öldürməsinə dair əsasları və bununla bağlı əməlin hüquqi tövsifinə mühüm təsir edən məqamlara dair mövqeyini, məhs işin faktiki hallarını və iş materiallarını əks etdirən məlumatları nəzərə alaraq müəyyənləşdirmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli * №-li qərarının hüquqi tövsiyyəsinə görə, təqsirkarın niyyətinin qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123 və 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Işdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X4 ## ###### 2025-ci il tarixli, ***MTKŞ/**** nömrəli məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Işdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X4 ## ###### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ körpücükaltı venanın zədələnməsi ilə müşayiət olunan sağ çiyin qurşağı nahiyəsinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş kəskin xarici qanitirmə olmuşdur. Işdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X4 ## ####### 2025-ci il tarixli, **** nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin, qanuni nümayəndənin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin iş üzrə vermiş olduqları ifadələri ilə müəyyən olunmuş məqamların və məlumatların analizinə, habelə toplanmış digər sübutlarla əlaqəli tədqiqinə və təhlilinə əsaslanaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin işin faktiki hallarına uyğun olaraq gəldiyi yekun nəticə əsaslıdır və məhs məhkəmədə tədqiq olunmuş sübutların məcmusu ilə müqayisədə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi və təqsirliliyi düzgün müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli ** №-li qərarının hüquqi tövsiyyəsinə görə, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə baxışı zamanı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə və işin həqiqi hallarına uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının hüquqi tövsiyyəsinə münasibətdə, apellyasiya qaydasında mübahisələndirilən ittiham hökmündə istinad edilən sübutların tədqiqi ilə işin faktiki hallarının və bununla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə hüquqi tövsifinin birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən olunduğunu nəzərə alır. Belə ki, birinci instansiya məhkəməsində, apellyasiya qaydasında işin həqiqi hallarına dair mübahisələndirilən bütün xüsusatlar yoxlanılmış, onların düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılaraq təhlil olunmuş və mübahisəli halların hər biri detallı şəkildə qanunun tələbinə, işdə olan sənədlərə və məlumatlara uyğun olaraq ətraflı şəkildə tədqiq olunaraq qiymətləndirilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 36.3-cü maddəsinə əsasən, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Ibtidai istintaq orqanı tərəfindən iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılmış mümkün və mötəbər sübutların məcmusu və digər iş materialları ilə müqayisədə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 130-cu maddəsinə tövsif edilməsi haqqında apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara və apellyasiya şikayətinin dəlillərinə münasibətdə təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrin, habelə zərərçəkmiş şəxsin hüquqi varisinin və iş üzrə dindirilmiş şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətinin protokollarının, ekspert rəylərinin və işdə olan digər sənədlərin təkrarən elan olunmasına, onların müzakirəsinə və təhlilinə lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına, sənədlərə, habelə qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, bu xüsusda verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının hüquqi tövsiyyəsinə görə, ittiham hökmü mülahizələrə əsaslana bilməz. Ittiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Birinci və apellyasiya instansiyası məhkəməsinin nəticələrinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, baş vermə mexanizminə və törədilmə vəziyyətinə görə Azərbaycan Respublikası CM-nin 130-cu maddəsində təsbit olunmuş mümkün hərəkətlərin məcmusu ilə uzlaşmır. Belə ki, cinayət işi üzrə aparılmış ibtidai istintaq və məhkəmə araşdırması zamanı müəyyən olunmuş işin həqiqi hallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edərkən, zəruri müdafiə vəziyyətində olmamış, Zərərçəkmiş şəxslə üzbəüz gəlməkdən qorxduğu üçün Emilin stulda arxası ona tərəf oturduğunu görüb onun kürək nahiyəsinə dörd bıçaq zərbəsi vurmuşdur (məhkəmədə verdiyi sərbəst ifadəsində qeyd etmişdir). Azərbaycan Respublikası CPM-in 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il ## #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1 -ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafıq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Avropa Insan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi Isveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Belə ki, apellyasiya qaydasında araşdırılmış iş materiallarına əsasən, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq və təhlil edən, habelə iş üzrə keçirilmiş istintaq və məhkəmə hərəkətinin protokollarını, həmçinin toplanmış sənədlərin hər birini mötəbərliyi üzrə qiymətləndirən birinci instansiya məhkəməsi işin faktiki hallarını tədqiq edilmiş sübutların məcmusu ilə müəyyənləşdirmişdir. Qanunvericiliyin tələbinə əsasən, birinci instansiya məhkəməsində tədqiq olunmuş və ittihamın əsası kimi qəbul edilmiş hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qəbul ediləndir. Iş üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılmış mümkün sübutları dir daha nəzərə alan məhkəmə kollegiyası, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinə dair apellyasiya şikayətini əsassız sayır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinin dəyişdirilməsini qanunla müəyyən olunmuş qaydada şərtləndirən konkret əsaslar iş üzrə müəyyən edilməmişdir. Birinci və apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinin dəyişdirilməsi ilə əlaqədar müdafiə tərəfin irəli sürdüyü dəlillər ittiham tərəfin təqdim etdiyi mümkün və mötəbər sübutların məcmusu ilə müqayisədə təkzib edilmişdir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara və qanunvericiliyin tələbinə əsasən, iş üzrə toplanmış sübutların tədqiqi və təhlili göstərir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə tövsif etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ona görə ki, məhkəmədə tədqiq edilmiş subutların analizi göstərir ki, işin həqiqi hallarını müəyyən edən istintaq orqanı, başqa sözlə ittiham orqanının təqdim etdiyi sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 130-cu maddəsi ilə tövsif edilməsi haqqında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmənin ittiham hökmü Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Işdə olan sübutlar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsirinin təsdiq edilməsi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası eyni zamanda, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın həddini işin hallarına, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab edir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsi müzakirə edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli qərarının tövsiyyələri, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barədə tələbləri və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları düzgün nəzərə alınmış və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək halların (Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud olmadığını nəzərə alaraq qeyd edir ki, bu xüsusda verilmiş apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin ittiham hökmü qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Müdafiəçi müdafiəçi2 apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü, verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-459/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-459/2026
06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver