Məhkəmə qərarları › İş №1(3-6)-460/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-460/2026

15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-460/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin apellyasiya məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi X4, Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpasına dair vəsatətinin əsassız olduğuna görə təmin edilməməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ## ###### 2026-cı il tarixli vəsatətlə məhkəməyə müraciət etmişdir. Həmin vəsatət ## ###### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatəti əsassız olduğuna görə təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, sözügedən qərarın ləğv edilərək, ərizənin təmin edilərək bu hökmdən apellyasiya şikayəti vermək müddətinin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə AR CM-nın 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, qayda və qanunları bilmədiyi üçün apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 vəsatətə uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı X1 birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın düzgünlüyünü bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırıb və proses iştirakçısının fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, müddətin bərpasına dair vəsatətin təmin olunmaması barədə məhkəmənin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 6.1-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən müəyyən olunur ki, həmin hökm məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs iştirakı ilə elan olunmuşdur. Hökm elan edilərkən şikayət vermə müddəti və qaydası tərəflərə izah edilmişdir. Bu qayda hökmün nəticə hissəsində öz əksini tapmışdır. Cinayət işinin materiallarından görünür ki, ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli məhkəmə hökmü Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Azərbaycan Respublikası Penitansiar Xidmətin * saylı İstintaq Təcridxanasına göndərilmiş və məhkəmə hökmü ## ###### 2025-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs rəsmi qaydada təqdim edilmiş, habelə bununla bağlı ondan qəbz alınmışdır. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ona təqdim edildiyi vaxtdan 01 il 01 ay 02 gün keçdikdən sonra apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair yazılı vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində və apellyasiya baxışı zamanı prosessual müddətin bərpasına dair məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən qeyd olunan hal üzrlü hesab edilə bilməz, belə ki, hökmün nəticə hissəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hansı müddət ərzində və hansı məhkəmə vasitəsi ilə apellyasiya şikayəti vermək hüququ sadə dillə izah edilmişdir. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı, azərbaycan dilində sərbəst yazıb-oxumağı bacarması apellyasiya şikayətində göstərilən halın əsassız olduğunu təsdiq edir. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir, bu isə öz növbəsində təqsirləndirilən şəxs üçün aydın olmayan halların izah edilməsi üçün məhkəmə tərəfindən hərtərəfli şəraitin yaradıldığını deməyə əsas verir. Odur ki, məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs şikayət verilmə müddətini üzürlü səbəbdən buraxılması halları aşkar olunmadı, bu barədə hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və ümumiyyətlə müddətin buraxılmasında hər hansı bir üzürlü hal müəyyən edilmədi. Beləliklə, məhkəmə tərkibi tərəfindən hər hansı üzrlü hal müəyyən olunmadığından, apellyasiya şikayəti təmin olunmamalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətinin təmin edilməməsi barədə həmin Məhkəmənin ## #### 2026cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5(beş) saat üçün cəmi 55(əlli beş) manat dövlət büdcəsindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər Ramin Qaraqurbanlı Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar