Məhkəmə qərarları › İş №1(3-6)-461/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-461/2026

07.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-461/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X18, məhkum edilmiş təqsirləndirilən şəxs1, müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, məhkum edilmiş təqsirləndirilən şəxs2, müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli hökmündən məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü ilə (hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X3 və X5 ibarət tərkibdə) ## ####### 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar massivi, dalan 2, ev 15-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində həbsdə saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs2 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## ###### 2025-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması, ## ##### 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Digah qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Topçubaşov küçəsində nömrəsiz fərdi evdə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs1 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ###### 2025-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə məlum olmayan vaxtda və şəraitdə tanışı təqsirləndirilən şəxs1 və şəxsiyyəti məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək müəyyən edilməyən vaxtda sonuncunun göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 20650,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı təqsirləndirilən şəxs1 ilə birlikdə məlum olmayan mənbədən əldə edib, cinayət əməllərindən məlumatsız olmaqla fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olan tanışları şahid1 etibarnamə əsasında idarə etdiyi “Toyoto-Corolla” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2025ci il tarixdə, saat 21:00 da ünvan 1 ilə Rəsul Rza küçələrinin kəsişməsində sərnişin qismində olduqları qeyd olunan avtomobildə təqsirləndirilən şəxs1 ilə birlikdə tutularaq saxlanılmış və yerində üstünə və “Toyoto-Corolla” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa sərnişin oturacağının üzərindən satış məqsədilə əldə edib saxladıqları 01 ədəd naxışlı sintetik kisənin içərisindən 10 (on) ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 2.132,1 qram, 2.173,6 qram, 2.182,7 qram, 2.110,3 qram, 2..061,4 qram, 2.073,6 qram, 2.139,4 qram, 1.993,4 qram, 1674,1 qram və 2.110,3 qram olmaqla, ümumi təmiz çəkisi 20.650,9 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə məlum olmayan vaxtda və şəraitdə tanışı təqsirləndirilən şəxs2 və şəxsiyyəti məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək müəyyən edilməyən vaxtda sonuncunun göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 20650,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı təqsirləndirilən şəxs2 ilə birlikdə məlum olmayan mənbədən əldə edib, cinayət əməllərindən məlumatsız olmaqla fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olan tanışları şahid1 etibarnamə əsasında idarə etdiyi “Toyoto-Corolla” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2025ci il tarixdə, saat 21:00 da ünvan 1 ilə Rəsul Rza küçələrinin kəsişməsində sərnişin qismində olduqları qeyd olunan avtomobildə təqsirləndirilən şəxs2 ilə birlikdə tutularaq saxlanılmış və yerində üstünə və “Toyoto-Corolla” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa sərnişin oturacağının üzərindən satış məqsədilə əldə edib saxladıqları 01 ədəd naxışlı sintetik kisənin içərisindən 10 (on) ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 2.132,1 qram, 2.173,6 qram, 2.182,7 qram, 2.110,3 qram, 2061,4 qram, 2.073,6 qram, 2.139,4 qram, 1.993,4 qram, 1.674,1 qram və 2.110,3 qram olmaqla, ümumi təmiz çəkisi 20.650,9 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahidlərin verdiyi ifadələr ziddiyyətlidir və uzlaşmır. Təqsiri sübuta yetirilməmişdir. 22 kq. narkotik vasitənin qara bazar dəyəri bir milyondan artıqdır və onun buna maddi imkanı yoxdur. İstintaq qərəzli aparılıb. Həmin hökmdən məhkum olunmuş təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, işinə yenidən düzgün baxılmasını, həmçinin azadlığının bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməlində cinayət tərkibi yoxdur. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilərək, məhkum olunmuş təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilərək, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X18 verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək şikayətlərin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətlərinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxslərin apellyasiya baxışı zamanı şikayətlərin dəlilləri barədə çıxışından görünür ki, hər iki məhkum edilmiş şəxs tərəfindən ittiham edildikləri əməlin törədilməsi inkar edilmişdir. Məhkum olunmuş təqsirləndirilən şəxs2 bəraət hökmünün çıxarılmasını, məhkum olunmuş təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs1 Badamdar qəsəbəsi sakini kimi tanımışdır. Hadisə günü, yəni ## ###### 2025-ci il tarixdə təqsirləndirilən şəxs1la Badamdar qəsəbəsində rastlaşdıqdan sonra Nadir onunla Bakı şəhəri, Nəsimi rayonunda yerləşən qış parkının yanına gedib gəlməyi təklif etmişdir. Onun həmin vaxt işi olmadığı üçün Nadirlə getməyə razılaşmışdır. Onlar şahid1 adlı taksi sürücüsünü onları Badamdar qəsəbəsindən “Kubinka” deyilən yerə aparması və qaytarması üçün çağırmışlar. O, həmin vaxt Nadirin “Kubinka” deyilən yerə nə üçün getdiyini bilməmişdir. Onlar “Kubinka” deyilən yer çatanda Nadir demişdir ki, “nəşə” dalınca gedirlər. O da Nadirə getmək istəmədiyini bildirmişdir. Nadir avtomobildən düşüb narkotik maddəni götürməyə getmişdir, o isə Nadiri “Kubinka” deyilən yerdə binanın yanında gözləmişdir. Bundan sonra Nadirin ona doğru qaçdığını görmüşdür. Həmin vaxt Nadirin arxası ilə polis əməkdaşlarının qaçdığını görmüşdür. O, bunu görəndən sonra avtomobilə əyləşib taksi sürücüsü şahid1 avtomobili idarə etməsini tələb etmişdir. şahid1 özünü itirib avtomobili hərəkət etdirdikdə ehtiyatsızlıqdan təqsirləndirilən şəxs1 vurmuşdur. Həmin an silah səsi eşidilməklə polis tərəfindən xəbərdarlıq edildikdə şahid1 avtomobili dayandırdırmalı olmuşdur, polis əməkdaşları onları saxlayıb polis bölməsinə aparmışlar. təqsirləndirilən şəxs1 ehtiyatsızlıqdan avtomobil ilə vurulması zamanı aldığı xəsarətlərlə bağlı ilkin tibbi yardım göstərilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır. Polis Bölməsində onun üzərindən heç nə aşkar edilməmişdir. Həmin vaxt polis əməkdaşları onu döymüşlər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, şahid1 adlı taksi sürücüsünü o, çağırmışdır. O, Nadirin həmin vaxt narkotik maddə marixuana götürmək üçün getdiyini bilməmiş, biləndə də Nadirə getməyəcəyini bildirmişdir. Avtomobildə narkotik maddə aşkar edilməmişdir. O, Nadirin nə qədər marixuana götürəcəyini soruşmamışdır. O, Nadirə etirazını bildirdikdən sonra Nadir ona demişdir ki, “bir dəqiqə gözlə, gedim gəlim, qayıdaq Badamdara”. Nadir narkotik vasitəni konumda göstərilən yerdən götürdükdən sonra avtomobilə əyləşəcəkmiş. O, Nadirin hansı miqdarda “nəşə” götürəcəyini bilməmişdir. O, fikirləşmişdir ki, Nadir bir az “nəşə” götürər, o da onunla bir yerdə çəkər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq göstərmişdir ki, o, ibtidai İstintaq zamanı verdiyi ifadəni ona edilən təzyiqlər nəticəsində vermişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ## ###### 2025ci il tarixdə şübhəli şəxs qismində, daha sonra ## ###### 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda oluduğu halda, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar massivi, dalan 2, ev 15-də kirayədə yaşayır. Əvvələr dəfələrlə məhkumluğu olmuş, sonuncu dəfə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və ##.##.2024-cü il tarixdə cəzasının sonu ilə azad olmuşdur. Cəzadan azad olunduğu vaxtdan başlayaraq müəyyən fasilələr verməklə psixotrop maddələr və narkotik vasitələr qəbul etmişdir. Psixotrop maddələri və narkotik vasitələri qəbul etməyi ona heç kim məcbur etməmiş və özü könüllü olaraq istifadə etmişdir. Aşkar edilmiş narkotik vasitələrlə bağlı isə səmimi olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs1 təxminən 1 il olar ki, yaşadığı Bakı şəhəri,Səbail rayonu, Badamdar qəsəbəsindən narkotik vasitələrin aludəçisi kimi tanımışdır. ##.##.2025-ci il tarixdə axşam radələrində Nadir ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində təsadüfən görüşən zaman sonuncu İran İslam Respublikası vətəndaşı «Samir» adlı şəxsin külli miqdarda narkotik vasitələrin yerləşdiyi yerə dair ona sosial şəbəkə vasitəsi ilə lokasiya göndərdiyini və həmin narkotik vasitələri satıb, maddi vəziyyətlərini yaxşılaşdıra bilərlər deyə ona məlumat vermişdir. təqsirləndirilən şəxs1 kimi narkotik vasitə aludəçisi olduğuna görə təklif olunan narkotik vasitəni birlikdə götürüb sataraq pul qazanmağa, həm də narkotik vasitələrə olan tələbatını ödəməsinə razılıq vermişdir. Bu səbəbdən o, taksi sürücüsü kimi tanıdığı şahid1 istifadəsində olan telefona tanışı Nadirin istifadəsində olan telefon vasitəsi ilə zəng edərək onu və Nadiri şəhərin mərkəzinə, yəni Bakı şəhəri, Nəsimi rayonu Ş.Əzizbəyov küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsi istiqamətinə aparıb yenidən Badamdar qəsəbəsinə qaytarmasını sifariş vermiş və Rauf onunla razılaşaraq Səbail rayonu, Badamdar qəsəbəsində görüşdükdən sonra danışığa əsasən 10 manat pul qarşılığında şahid1 idarə etdiyi «Toyota Corolla» markalı, **-FB-*** qeydiyyat nişanlı avtomobil ilə onu və Nadiri göstərilən ünvana aparmışdır. Həmin ünvanda avtomobildən düşüb bir qədər uzaqlaşdıqdan sonra İran İslam Respublikası vətəndaşının təqsirləndirilən şəxs1 telefonuna göndərdiyi məkan üzrə yolun kənarında gizlədildiyi yerdən 01 ədəd sintetik kisədə olan külli miqdarda narkotik vasitəni Nadirlə birlikdə götürüb avtomobilə tərəf gələrək avtomobilin arxa oturacaq yerinə yerləşdirmiş və həmin an polis əməkdaşlarının yaxınlaşdığını gördükdə təqsirləndirilən şəxs1 qaçmış, o isə avtomobilə əyləşib şahid1 təcili avtomobili idarə etməsini tələb etmişdir. şahid1 özünü itirib avtomobili hərəkət etdirdikdə ehtiyatsızlıqdan təqsirləndirilən şəxs1 vurmuşdur. Həmin an silah səsi gəlməklə xəbərdarlıq edildikdə şahid1 avtomobili dayandırdırmalı olmuş və polis əməkdaşları onları saxlamışlar. təqsirləndirilən şəxs1 avtomobil ilə vurulması zamanı aldığı xəsarətlərlə bağlı ilkin tibbi yardım göstərilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır. Bundan sonra, polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra, sürücü şahid1 icazəsi və razılığı ilə idarə etdiyi avtomobilin salon, yük və saxlanc yerlərinə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa sərnişin oturacağından 01 ədəd sintetik torbada 10 ədəd şəffaf bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Aşkar olunan narkotik vasitəyə bənzər kütlələr qablaşdırılmış və üzəri möhürlənməklə iştirakçılar və onun tərəfindən imzalanmaqla götürülmüşdür. Bundan sonra qeyd edilən avtomobili idarə edən şahid1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişir. şahid1 boz rəngli cins şalvarının arxa sağ yan cibindən idarə etdiyi avtomobilə aid açar, bir ədəd «CORN» markalı mobil telefon və sağ yan cibindən 26 manat pul əskinazını təqdim etmiş və təqdim olunmuş əşyalar polis əməkdaşları tərəfindən nəzərdən keçirildikdən sonra sürücüyə geri qaytarılmışdır. şahid1 sorğu zamanı qeyd olunan ünvana hansı məqsədlə gəlməsi və avtomobilə qoyulmuş sintetik kisənin içindəki maddələrdən məlumatının olmadığını bildirmişdir. Baxış zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Daha sonra, protokolun yerində tərtib etmək üçün şərait möcud olmadığı deyilməklə polis əməkdaşları tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına dəvət olunmuşlar. Polis idarəsində qeyd olunanlarla əlaqədar protokol tərtib edilmiş, protokol iştirakçılar və onun özü tərəfindən imzalanmışdır. Daha sonra polis idarəsində təhqiqatçı tərəfindən onun, xəstəxanada ilkin tibbi yardım alaraq idarəyə gətirilmiş tanışı təqsirləndirilən şəxs1 və taksi sürücüsü şahid1 iştirakları ilə aşkar edilmiş narkotik vasitəyə baxış və götürmə keçirilməsi haqqında protokol tərtib edilmiş, qeyd olunan protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Polis idarəsində olan zaman təhqiqatçı Elşən İsmayılov tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində olan xidməti otağında onun müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək ondan vəkil istəyib-istəmədiyi soruşulmuş və ona Nəsimi rayonunda fəaliyyət göstərən «Xəzər Konsaltinq» və ** saylı Vəkil Bürolarında işləyən vəkillərin siyahısını təqdim etmişdir. O, həmin siyahıdan istənilən vəkil tərəfindən dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etmiş və maddi vəziyyətinin ağır olduğu üçün şəxsi vəsaiti hesabına vəkil dəvət etməyə imkanının olmadığını bildirmişdir. Onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazıb imzalamışdır. Bundan sonra, «Xəzər Konsaltinq» bürosunun vəkili X6 gəmiş, təhqiqatçı Elşən İsmayılov vəkili ona təqdim etdikdə ona etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Daha sonra, təhqiqatçı Elşən İsmayılov tərəfindən onun şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. təqsirləndirilən şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, mobil telefondan istifadə etmir, bundan əvvəl və bilavasitə ##.##.2025-ci il tarixdə əldə etdiyi narkotik vasitəni heç bir şəxsə satmamış, hədiyyə etməmiş, sadəcə təqsirləndirilən şəxs1 «Samir» adlı İran İslam Respublikasının vətəndaşının onlara vəd etdiyi, istifadə üçün verəcəyi narkotik vasitənin müqabilində, sonuncunun dediyi yerdən götürdükdən sonra, digər yerdə yerləşdirməklə Nadir tərəfindən ona bu barədə məlumat verilməsi nəzərdə tutulmuşdur. «Samir» adlı İran İslam Respublikasının vətəndaşının anket məlumatları və ya telefon nömrəsi haqqında heç bir məlumatı yoxdur, həmin şəxsin telefon nömrəsi ilə təqsirləndirilən şəxs1 məxsus mobil telefonun «WhatsApp» bölməsində ona məxsus telefon nömrəsi ilə danışıqları mövcuddur. şahid1 adlı taksi sürücüsünün bu barədə məlumatı olmamış, 10 manat müqabilində onları şəhərin mərkəzinə aparıb Badamdar qəsəbəsinə qaytarmaq barədə ona sifariş vermiş, onların qeyd olunan ünvana hansı məqsədlə getdikləri və avtomobilə qoyulmuş sintetik kisənin içindəki maddələrdən məlumatı olmamış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, Nəsimi rayon polis idarəsinə aparıldığı zaman ona qarşı heç bir zor tətbiq edilməmiş, heç bir dispanserdə qeydiyyatda deyil və hər hansı bir psixi xəstəliyi yoxdur (iş vərəqə: cild İ, səh.99-102, 148-152). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təklif edilərkən o, bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, o, məruz qaldığı təzyiqlər nəticəsində həmin ifadələri imzalamışdır. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs2la o, qabaqcadan əlbir olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Badamdar qəsəbəsində Tarix adlı keçmiş türmə yoldaşı ilə qarşılaşıb hal-əhval tutmuşdur. Ona zəng edib demişlər ki, “narkotik var, istəyirsənsə gəl”. O, saat 9 radələrində evdən çıxmışdır. Taksi tapıb 300 qram “nəşə” götürməyi fikirləşmişdir, yolda təqsirləndirilən şəxs2la qarşılaşıb onunla şəhərə getməyini təklif etmiş və taksi tapmağını istəmişdir. təqsirləndirilən şəxs2 Rauf adlı taksi sürücüsünü çağırmışdır. Onlar ona telefonla göndərilmiş konumda (məkanda) göstərilən yerə, yəni qış parkına getmişlər. Həmin konuma çatanda o, Emilə demişdir ki, “nəşə” dalınca gəlmişdir, Emil qorxmuş vəziyyətdə onunla getməyəcəyini bildirmişdir. Konumda göstərilən məkan zibillik qutusunun yanında yerləşirdi, orada sellofan torba olduğunu görmüşdür, o sellofanı götürdükdən sonra görmüşdür ki, onun üzərinə on nəfər adam qaçır. Bundan sonra, o da qaçmağa başlamışdır, qaçarkən polis əməkdaşlarından biri əlindəki sellofanı almışdır. Bu zaman digər polis əməkdaşı ona dəyəndə o, şahid1 idarə etdiyi avtomobilin altına düşmüşdür, həmin vaxt Emil Raufun avtomobilində əyləşmişdir. Bundan sonra polis əməkdaşları onu xəstəxanaya aparmışlar. Xəstəxanadan sonra polis əməkdaşları onu polis bölməsinə aparıb döymüşlər ki, o, polis əməkdaşlarının dediklərini etiraf etsin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, həmin vaxt 300 qram narkotik maddə marixuana götürmək üçün getmişdir. Polis əməkdaşlarının iddia etdiyi 20 kiloqram marixuana ilə onun qaçması ağlabatan deyil. Ona telefonla konum (məkanın yerini) göndərən şəxs ona ilk öncə 4 kiloqram “nəşə” təklif etmiş, o, razı olmamışdır. Onların narkotik maddə götürmək üçün getdiklərini təqsirləndirilən şəxs2 bilməmişdir. O, marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Onun satmaq məqsədi olmamışdır. O, narkotikin bir sellofanın içərisində olduğunu görmüşdür, ayrı-ayrı bükümlərdə olduğunu bilməmişdir. O, təqsirləndirilən şəxs2 marixuana götürmək üçün getdiyini deməmişdir, çünki Emil də marixuana istifadə etmək istəyəcəkmiş, o isə bölüşmək istəməmişdir. O, sonradan Emilə marixuana götürmək üçün getdiyini demişdir, sonradan deməsinin səbəbini bilmir. Polis əməkdaşları ona fiziki təzyiqlər edərək döymüşlər, çünki o, narkotikin onun olduğunu etiraf etməmişdir. Onun telefonunda həqiqətən də narkotiklə bağlı mesajlar var. Onu döyən polis əməkdaşını xatırlamır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq göstərmişdir ki, o, telefonda İran İslam Respublikasının vətəndaşı ilə danışmış, lakin 20 kiloqram narkotik vasitə ilə bağlı heç bir yazışması olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrini ona edilən təzyiq nəticəsində vermişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ## ###### 2025-ci il tarixdə şübhəli şəxs, daha sonra ## ###### 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Abşeron rayonu, Digah qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi, Topçubaşov küçəsindəki nömrəsiz fərdi evdə vasavır. Əvvələr Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin ##.##.2011-ci il tarixli qərarına əsasən cəzadan 03 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Xətai rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə 07 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, ##.##.2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Uzun müddətdir ki, müəyyən fasilələr verməklə psixotrop maddələr və narkotik vasitələr qəbul etmiş, psixotrop maddələri və narkotik vasitələri qəbul etməyi ona heç kim məcbur etməmiş, özü könüllü olaraq istifadə etmişdir. Aşkar edilmiş narkotik vasitələr ilə bağlı bildirmişdir ki, təqsirləndirilən şəxs2 təxminən 1 il olar ki, yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindən tanımışdır.Tanışlıq zamanı Emilin də onun kimi narkotik vasitələrin aludəçisi olduğunu bilmişdir. ##.##.2025-ci il tarixdə axşam radələrində Emil ilə Səbail rayonu, Badamdar qəsəbəsində təsadüfən görüşən zaman Emilə təklif etmişdir ki, İran İslam Respublikası vətəndaşı «Samir» adlı şəxs külli miqdarda narkotik vasitəni gizlətdiyi yerə dair sosial şəbəkə vasitəsi ilə ona lokasiya göndərmiş və həmin narkotik vasitəni gizlədildiyi yerdən götürüb sataraq maddi vəziyyətlərini yaxşılaşdıra bilərlər. Emil də onun kimi narkotik istifadəçisi olduğundan onunla razılaşmış və belə qərara gəlmişlər ki, birlikdə gedib narkotik vasitəni deyilən ünvandan götürüb satmaqla həm pul qazansınlar, həm də narkotikə olan tələbatlarını ödəmiş olsunlar. Bu səbəbdən Emilin taksi sürücüsü kimi tanıdığı şahid1 istifadəsində olan telefona onun istifadəmdə olan 055-875-64-00 telefon vasitəsi ilə zəng edərək onu və Emili şəhərin mərkəzinə, yəni Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsi istiqamətinə aparıb qaytarmasını xahiş etmişdir. Rauf Emillə razılaşaraq onların olduqları Badamdar qəsəbəsinə gələrək onları avtomobili ilə götürmüş və sonra danışığa əsasən 10 manat pul qarşılığında şahid1 idarə etdiyi «Toyota-Corolla» markalı, **-FB-*** qeydiyyat nişanlı avtomobil ilə onu və Emili göstərilən ünvana aparmışdır. Avtomobildən düşüb bir qədər uzaqlaşdıqdan sonra İran İslam Respublikası vətəndaşının onun telefonuna göndərdiyi məkan üzrə yolun kənarında gizlədildiyi yerdən 01 ədəd sintetik kisədə olan külli miqdarda narkotiki Emillə birlikdə götürüb avtomobilə tərəf gələrək avtomobilin arxa oturacaq yerinə qoymuş və həmin an polis əməkdaşlarının yaxınlaşdığını gördükdə o, özünü itirərək maşına minmək əvəzinə qaçmağa başlamışdır. Emil isə şahid1 idarə etdiyi taksiyə əyləşmişdir. Həmin anda hərəkət etdiyi zaman özünü itirərək şahid1 idarə etdiyi avtomobilin qarşısına çıxmış və sonuncu ehtiyatsızlıqdan onu avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Həmin an silah səsi gəlməklə xəbərdarlıq edildikdə şahid1 avtomobili dayandırmış və polis əməkdaşları onları və onu yerə yıxılaraq ayağından xəsarət almış vəziyyətdə saxlamışlar. Polis əməkdaşlarından bir neçə nəfəri onu avtomobillə vurulması ilə xəsarət alması ilə bağlı ilkin tibbi yardım göstərilməsi məqsədi ilə xəstəxanaya aparmış və orada ona tibbi yardım göstərildikdən sonra Nəsimi Rayon Polis İdarəsinə gətirilmişdir. Daha sonra polis idarəsində təhqiqatçı tərəfindən onun, təqsirləndirilən şəxs2, həmçinin onun tanışı taksi sürücüsü şahid1 iştirakları ilə aşkar edilmiş narkotik maddəyə baxış və götürmə keçirilməsi haqqında protokol tərtib edilmişdir. Qeyd olunan protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Polis idəsində olan zaman təhqiqatçı Elşən İsmayılov tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində olan xidməti otağında onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək ondan vəkil istəyib-istəmədiyini soruşmuş və ona Nəsimi rayonunda fəaliyyət göstərən «Xəzər Konsaltinq» və ** saylı Vəkil Bürolarında işləyən vəkillərin siyahısını təqdim etmişdir. O, həmin siyahıdan istənilən vəkil tərəfindən dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etmiş və maddi vəziyyətinin ağır olduğu üçün şəxsi vəsaiti hesabına vəkil dəvət etməyə imkanının olmadığını bildirmiş, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazaraq imzalamışdır. Bundan sonra, ** saylı Vəkil Bürosunun vəkili X8 dəvət edilmiş, təhqiqatçı Elşən İsmayılov həmin vəkili ona təqdim etmiş və o da vəkilə etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Daha sonra təhqiqatçı Elşən İsmayılov tərəfindən onun şübhəli şəxs qismində tutulmağı haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, üzərində 055-875-64-00 GSM nömrəsi olan «Honor» markalı mobil telefondan istifadə etmiş, bundan əvvəl və bilavasitə ##.##.2025-ci il tarixdə əldə etdiyi narkotik vasitəni heç bir şəxsə satmamış və hədiyyə etməmiş, sadəcə «Samir» adlı İran İslam Respublikasının vətəndaşının ona vəd etdiyi, narkotik vasitənin gizlədildiyi yerdən götürdükdən sonra, digər yerdə yerləşdirməklə satışını həyata keçirib təqsirləndirilən şəxs2la birlikdə qazanc əldə etmək, həm də təqsirləndirilən şəxs2la istifadə etmək istəyində olmuşdur. Özünü «Samir» kimi təqdim edən İran İslam Respublikasının vətəndaşını şəxsən görməmiş, onunla bilavasitə tanışlığı olmadığından onun hər hansı anket məlumatlarını bilmir, lakin onun mobil telefonunun «WhatsApp» bölməsində ona məxsus telefon nömrəsi ilə danışıqları vardır, taksi sürücüsü şahid1 bu barədə məlumatı olmamış, yalnız 10 manat müqabilində onları ünvana aparıb geri Badamdar qəsəbəsinə gətirməsi barədə razılaşmaları olmuş, ümumiyyətlə o, qeyd olunan ünvana hansı məqsədlə getdiklərini və avtomobilə qoyulmuş sintetik kisənin içərisindəki maddələrdən məlumatı olmamışdır. Nəsimi Rayon Polis İdarəsinə aparıldığı zaman ona heç bir zor tətbiq edilməmiş, heç bir dispanserdə qeydiyyatda deyil və hər hansı bir psixi xəstəliyi yoxdur (iş vərəqə: cild İ, səh.111-114, 164 167). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təklif edilərkən o, bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, o, ifadələrini oxumadan imzalamış, həmin vaxt səhhəti ilə əlaqədar vəziyyəti pis olmuşdur, ibtidai istintaq zamanı verdiyi ifadələrini ona edilən təzyiq nəticəsində vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş şahid8 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar şahid9, şahid2, şahid7, şahid3, şahid6, şahid4, şahid5 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. ## ###### 2025-ci il tarixdə, saat 21 radələrində ünvan 1 ilə Rəsul Rza küçələrinin kəsişməsində “Toyota Corolla” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 saxlanılmışlar. Onlara özlərini təqdim edən zaman təqsirləndirilən şəxs1 piyada qaçmağa cəhd göstərmişdir. təqsirləndirilən şəxs2 olduğu avtomobilin sürücüsü şahid1 ehtiyatsızlıqdan təqsirləndirilən şəxs1 vuraraq qaçmağa cəhd göstərdiyindən, R X9 xidməti tabel silahı ilə havaya xəbərdarlıq atəşi açmışdır. Bundan sonra Rasim ilə Rövşən təqsirləndirilən şəxs1 ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Onlar da hadisə yerində həmin avtomobilə video-çəkilişlə baxış keçirmişlər. Baxış zamanı qara sellofanda narkotik vasitəyə bənzəyən kütlə aşkar etmişlər. Həmin sellofanın içindən 10 ədəd bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxslər həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından aldıqlarını etiraf etmişlər. Daha sonra Polis idarəsində təqsirləndirilən şəxslərə onların hüquq və vəzifələri izah edilmiş, eyni zamanda müdafiəçi ilə təmin edilmişlər və aşkar edilmiş maddələr idarədə təqdim edilərək baxış keçirilmişdir. Şahid şahid8 həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, tərəflərindən təqsirləndirilən şəxslərə qarşı heç bir təsir, təzyiq göstərilməmiş, onlara qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 barəsində onların qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, saxlamaları, daşımaları və satışı ilə məşğul olmaları ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Məlumatda qeyd olunan ünvana getmişlər, həmin vaxt onlar Emil ilə Nadirə yaxınlaşan zaman sonuncular qaçmağa başlamışlar. Bu zaman Emil avtomobilə əyləşmiş və avtomobil ilə qaçmağa cəhd etdikdə nəqliyyat vasitəsinin sürücüsü şahid1 ehtiyatsızlıqdan təqsirləndirilən şəxs1 vurmuşdur. Bundan sonra Rövşən və Rasim Nadirə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya aparmışlar. Tərəflərindən avtomobilə videoçəkillişlə baxış keçirilmiş, həmin vaxt təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əldə etdikləri qara sellofanın içində iri həcmli narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiklərini, narkotik vasitəni konum vasitəsi ilə İran İslam Respublikası vətəndaşının dediyi ünvana aparıb pul alacaqlarını etiraf etmişdir. Daha sonra idarədə təqsirləndirilən şəxslərin iştirakı ilə təhqiqatçı tərəfindən sellofanda aşkar edilmiş bağlamalarda olan maddələrə baxış keçirilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, saxlamaları, daşımaları və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun üzvü olmuşdur. ## ###### 2025-ci il tarixdə, saat 21 radələrində ünvan 1 ilə Rəsul Rza küçələrinin kəsişməsində təqsirləndirilən şəxslərə yaxınlaşarkən onlar qaçmağa cəhd etdikdə tərəflərindən saxlanılmışlar. Saxlanılma zamanı təqsirləndirilən şəxs2 olduğu avtomobilin sürücüsü şahid1 ehtiyatsızlıqdan təqsirləndirilən şəxs1 vuraraq qaçmağa cəhd göstərdiyindən, R X9 xidməti tabel silahı ilə 3 dəfə havaya xəbərdarlıq atəşi açmışdır. Bundan sonra Rasim ilə Rövşən təqsirləndirilən şəxs1 ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Onlar da hadisə yerində avtomobilə baxış keçirmişlər, avtomobilin arxa oturacağında kisənin içərisində 10 (on) ədəd bağlamada narkotik vasitəyə bənzər maddələr aşkar etmişlər. Təqsirləndirilən şəxslər həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Samir adlı şəxsdən əldə etdiklərini etiraf etmişlər. Daha sonra İdarədə həmin maddələr təqdim edilərək baxış keçirilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, saxlamaları, daşımaları və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun üzvü olmuşdur. Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində təqsirləndirilən şəxslərə yaxınlaşarkən onlar qaçmağa cəhd etdikdə o, xidməti tabel silahı ilə 3 dəfə havaya xəbərdarlıq atəşi açmışdır. Bundan sonra, xatırladığı qədərilə Emil əyləşdiyi avtomobillə qaçmağa cəhd etdikdə, həmin avtomobil saxlanılmış və onlar tərəfindən həmin avtomobilə baxış keçirilmişdir, baxış zamanı kisənin içərisində 10 (on) ədəd bağlamada narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Şahid şahid4 həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslər barəsində əməliyyat məlumatı daxil olduğu gün əməliyyat tədbiri keçirmişlər. Təqsirləndirilən şəxsləri saxladıqları zaman hava artıq qaranlıq olmuşdur. Təqsirləndirilən şəxslərdən biri avtomobildə qaçmağa cəhd edərkən avtomobilin sürücüsü digər təqsirləndirilən şəxsi ehtiyatsızlıqdan vurmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 barələrində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbiri nəticəsində təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılmışdır. Saxlanılma zamanı təqsirləndirilən şəxs2 şahid1 idarə etdiyi avtomobil ilə qaçmağa cəhd etdiyindən avtomobili idarə edən şahid1 ehtiyatsızlıqdan təqsirləndirilən şəxs1 vurmuşdur. Bundan sonra o və X16 xəstəxanaya aparmışlar. Sonradan onlara məlum olmuşdur ki, hadisə yerində qalan polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxs2 və şahid1 qaçmağa cəhd etdikləri avtomobildə Emil və Nadirə məxsus narkotik vasitə aşkar edilmişdir. Şahid şahid3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, tərəflərindən təqsirləndirilən şəxslərə qarşı heç bir təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, saxlamaları, daşımaları və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş və bununla əlaqədar əməliyyat tədbiri keçirilmişdir. ünvan 1ndə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılmış, onlara özlərini təqdim edən zaman təqsirləndirilən şəxs2 avtomobil ilə, təqsirləndirilən şəxs1 isə piyada qaçmağa cəhd göstərmişdir. təqsirləndirilən şəxs2 olduğu avtomobil ehtiyatsızlıqdan təqsirləndirilən şəxs1 vuraraq qaçmağa cəhd göstərdiyindən, polis əməkdaşlarından biri xidməti tabel silahı ilə havaya xəbərdarlıq atəşi açmışdır. Daha sonra barələrində əməliyyat məlumatı daxil olan şəxslər, eləcə də avtomobili idarə edən sürücü şahid1 saxlanılmışdır. təqsirləndirilən şəxs1 aldığı xəsarətlə bağlı ilkin tibbi yardım məqsədi ilə xəstaxanaya aparılmışdır. Hadisə yerində avtomobilə baxış keçirilmiş və sellofana bükülü 10 (on) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. təqsirləndirilən şəxs2 etiraf etmişdir ki, həmin narkotik vasitə onunla Nadirə məxsusdur. Bundan sonra avtomobili idarə edən sürücü şahid1 və təqsirləndirilən şəxs2 idarəyə aparılmışdır. O isə Nadiri xəstəxanaya aparmış, tibbi yardımdan sonra Nadiri idarəyə təhvil vermişdir. İdarədə təqsirləndirilən şəxlər barəsində qanuna müvafiq prosessual hərəkətlər keçirilmişdir. Şahid şahid2 həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, tərəflərindən təqsirləndirilən şəxslərə qarşı heç bir təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsüdür. ## ###### 2025-ci il tarixdə təqsirləndirilən şəxs1 ona zəng edib onu Badamdar qəsəbəsindən Nizami metrosunun yanına aparmağını istəmişdir. O da Nadir və onun yanında olan Emil adlı şəxsi “Sovetski” deyilən yerə aparmışdır. “Sovetski”də Nadir avtomobildən düşüb bir nəfər tanımadığı şəxslə söhbət etmişdir. Bu zaman Emil onunla avtomobildə əyləşmişdir. Bir müddət sonra Nadir avtomobilə əyləşərək onunla Emili “Kubinka” deyilən yerə aparmağını söyləmişdir. O da Nadirə demişdir ki, “Kubinka”nın içərisinə avtomobil sürməyəcək. Bundan sonra Nadir ilə Emil avtomobildən düşüb “Kubinka”ya girmişlər, təxmini 10-15 dəqiqə sonra Emil qaçaraq avtomobilə əyləşib “sür, qaçaq” demişdir. Nadir isə avtomobilə əyləşməyi çatdıra bilməmişdir. O da həyəcanlanıb avtomobili hərəkət etdirərkən ehtiyatsızlıqdan Nadiri vurmuşdur. Nadir və Emilin arxasınca mülki geyimli şəxslər qaçırdılar. O, avtomobillə Nadirə toxunanda mülki geyimli polis əməkdaşları tərəfindən xəbərdarlıq atəşi açılmışdır. Nadiri polis əməkdaşları xəstaxanaya aparmışlar. Onu və Emili isə polislər saxlayıb, avtomobilə baxış keçirmişlər. Avtomobildən narkotik vasitə aşkar edilən zaman Emil narkotik vasitənin özü ilə Nadirə məxsus olduğunu etiraf etmişdir. Bundan sonra onları polis idarəsinə aparmışlar. Onun narkotiklə heç bir əlaqəsi olmadığı üçün onu buraxmışlar, Nadir ilə Emilin aqibəti haqqında məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən onlara qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Şahid şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs2la təqsirləndirilən şəxs1 “Kubinka” deyilən yerə nə üçün getdiklərini bilməmişdir. Emil polis əməkdaşlarından qaçıb avtomobilə əyləşəndə Nadir avtomobilin arxasınca qaçmışdır, Nadir avtomobilin qapısına çatanda o, ehtiyatsızlıqdan avtomobilin sağ tərəfi ilə Nadirə toxunmuş və nəticədə Nadir yerə yıxılmışdır. Nadirlə Emil avtomobilə tərəf gələrkən o, əvvəlcə Nadirin əlində ala-bula yekə sellofan olduğunu görmüşdür. Avtomobildə aşkar edilən narkotik vasitə avtomobilin arxa hissəsində olmuşdur. Məhkəməyədək icraat zamanı şahid şahid1 daha da təfərrüatlı və ətraflı ifadə verdiyindən məhkəmə baxışı zamanı onun həmin ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid şahid1 məhkəməyədək icraat zamanı ## ###### 2025-ci il tarixdə şahid qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər marşrut avtobuslarında gediş haqqı yığan, avtoyumalarda yuyucu, fərdi inşaat sektorunda fəhlə və sair bu kimi işlərlə məşğul olmuşdur. Təxminən 15 il olar ki, şəxsi avtomobil idarə edir. O, «Toyota-Corolla» markalı, 77 FB-162 dövlət qeydiyyat nişanlı qara rəngli avtomobili ilə fərdi qaydada taksilik edir. Adətən Badamdar qəsəbəsində uzun müddət yaşadığı və həmin məhəllənin əksər sakinlərini tanıdığı üçün çox vaxt Badamdar qəsəbəsi, “Baksovet” və bu ətraflarda dayanıb müştəri sifarişləri qəbul edir. ##.##.2025-ci il tarixdə hər gün olduğu kimi Bakı şəhərinə gəlmiş, axşam radələrində xatirində qalmayan vaxtda 070-266-46-86 mobil nömrə ilə işlətdiyi “CORN” markalı köhnə mobil telefonuna tanımadığı və xatirində qalmayan nömrədən zəng daxil olmuşdur. Həmin vaxt o, “Bakı soveti” adlanan ərazidən keçməklə müştəri aparmışdır. Zəng edən şəxs Badamdar sakini təqsirləndirilən şəxs2 olduğunu dedikdə onu tanımışdır. Emil onun taksilik etdiyini bildiyindən ondan harada olduğunu soruşmuş və o, bir neçə dəqiqə ərzində müştərini düşürdükdən sonra boş olacağını demişdir. Bundan sonra, Emil onun Badamdar qəsəbəsinə gəlməsini, onunla dostu Nadiri şəhərin mərkəzinə, yəni Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsi istiqamətinə aparıb yenidən məhəlləyə qaytarmasını xahiş etmişdir. Həm Emili, həm də Nadiri məhəllə sakinləri kimi tanıdığından Emilin xahişindən imtina etməmiş, həm də 10 manata apara biləcəyini demişdir. Emil onun təklifi ilə razılaşmış və o, tanımadığı müştərini düşürüb Badamdar qəsəbəsindəki dayanacağa getmişdir. X10 dayanacaqda gözlədiklərini görmüşdür. Hər ikisi onunla qəsəbə sakini kimi hal- əhval etdikdən sonra maşına oturmuşlar. Emil qabaq oturacaqda, Nadir isə arxada oturmuşdur. O, bir daha deyilən ünvana onları tanıdığına görə 10 manata aparıb qaytara biləcəyini demişdir. Bundan sonra ona deyilən ünvana getmiş və yolda Nadir kiminləsə telefonda danışıb ünvan soruşurmuş və bəzi vaxt isə telefonda WhatsAap üzərindən yazışmışdır. Rəsul Rza küçəsinə gəldikdən sonra onlar hər ikisi maşından düşüb zibilxanaya tərəf getmiş və tez qayıdacaqlarını bildirdirmişlər. Bir neçə dəqiqədən sonra onlar hər ikisi maşına doğru qayıtmış və əllərində iri sintetik çantanı gətirib maşının arxa oturacağı üzərinə qoymuşlar. Bundan sonra Emil qabaq oturacaqda əyləşmiş və bu zaman kənardan nəsə polis, polis kəlmələrini eşitmişdir. O, heç nəyi anlamamış və polisin onlarla nə işi olacağını başa düşməmişdir. Emil ona həyəcanlı vəziyyətdə «tez ol sür gedək» dediyindən o, təşviş içərisində maşını bir iki metrə qarşıya doğru hərəkət etdirərkən Nadiri avtomobilin qarşı tərəfi ilə ayağından vurduğunu görmüş və həmin anda maşını saxlamışdır. Eyni zamanda atəş səslərini eşitmiş və mülki formada olan polis əməkdaşlarının xəbərdarlıq atəşi açdığını görüb avtomobili tam dayandıraraq sükan arxasında dayanmışdır. Qarşıda oturan Emili və yerə yıxılı vəziyyətdə olan Nadiri polis əməkdaşları saxlamışlar. Polis əməkdaşları ayağından xəsarət almış Nadirə tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmış və hadisə yerində qalan əməkdaşlar isə onlara ümumi olaraq müraciət edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını və bunun üçün onlar tərəfindən əməliyyat tədbirləri həyata keçirildiyini bildirmişlər. Ona sürücü olaraq avtomobilə baxış keçirilməsi təklif olunmuş və o, yazılı formada ərizə yazaraq baxış keçirilməsinə razılıq verdikdən sonra polis əməkdaşları videoçəkilişlə təqsirləndirilən şəxs2 və onun özünün iştirakı ilə avtomobilin salon, yük və saxlanc yerlərinə baxış keçirmişlər. Baxış zamanı avtomobilin arxa sərnişin oturacağından 01 ədəd sintetik torbada içərisində 10 (on) ədəd şəffaf bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Aşkar olunan narkotik vasitəyə bənzər kütlələr qablaşdırılmış və üzəri möhürlənməklə iştirakçılar və onun tərəfindən imzalanmaqla götürülmüşdür. Bundan sonra ona təklif olunmuşdur ki,üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. O, əynimdəki boz rəngli cins şalvarının arxa sağ yan cibindən idarə etdiyi avtomobilə aid açarı, bir ədəd «CORN» markalı mobil telefonu və sağ yan cibindən 26 manat pul əskinasını təqdim etmişdir. Təqdim olunmuş əşyalar polis əməkdaşları tərəfindən nəzərdən keçirildikdən sonra özünə qaytarılmışdır. Polis əməkdaşları ondan qeyd olunan ünvana hansı məqsədlə gəldiklərini və avtomobilə qoyulmuş sintetik kisənin içərisindəki maddələrdən məlumatının olub-olmamasını soruşmuş və o, heç nədən məlumatının olmadığını, sadəcə məhəllə sakini kimi tanıdığı Emilin Nadirlə birlikdə onları “Kubinka” deyilən əraziyə aparıb qaytarmasını sifariş verdiklərini və o da 10 manat qarşılığında onların sifarişini yerinə yetirdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları protokolun yerində tərtib etmək üçün şəraitin mövcud olmadığını deyərək onları Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında dəvət etmiş və orada qeyd olunanlarla əlaqədar protokol tərtib edilmiş, protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Həmçinin ona aid avtomobil Polis İdarəsinə gətirilmişdir. Daha sonra, polis idarəsində təhqiqatçı tərəfindən onun, xəstəxanada ilkin tibbi yardım alaraq idarəyə gətirilmiş təqsirləndirilən şəxs1, həmçinin təqsirləndirilən şəxs2 iştirakları ilə aşkar edilmiş narkotik vasitələrə baxış və götürmə keçirilməsi haqqında protokol tərtib edilmiş və həmin protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1la onun arasında ## ###### 2025-ci il tarixdə, nə də ondan əvvəl telefonda və ya başqa formada danışıq və razılaşmaları olmamış, onların Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsinə gedəcəkləri və oradan hansısa əşya və ya maddə götürəcəkləri barədə qabaqcadan heç bir danışıq və razılaşmaları olmamış, yalnız həmin tarixdə qeyd etdiyi kimi təqsirləndirilən şəxs2 ona zəng edərək taksi kimi sifariş verdikdən sonra o da 10 manat qarşılığında onları dedikləri ünvana aparmışdır. Onun avtomobilinə qoyduqları sintetik kisənin içərisində narkotik vasitələrin olmasını yalnız polis əməkdaşları onları saxlayandan və həmin kisənin içərisinə baxış keçirdikdən sonra bilmişdir. Bu barədə onun heç bir məlumatı olmamış və bunun qarşılığında onlar tərəfindən ona hər hansı qazanc vəd verilməmişdir. Polisin dayan əmrinə tabe olmadan hadisə yerindən avtomobili sürüb qaçmaq, hətta cinayətin digər iştirakçılarını da hadisə yerindən uzaqlaşdırmaq cəhdlərinin olmasına dair verilmiş suala cavab olaraq bildirmişdir ki, o, həmin anda nələrin baş verdiyini belə dərk etməmiş və ona qabaqcadan bu barədə məlumat verilməmiş, maşına yüklənən kisənin nədən ibarət olduğunu, polisin taksi ilə nə işinin olmasını, Emilin nə üçün ona “tez sür gedək” deməsi onu tamamilə çaş-baş salmış və o, Emilin sözündən sonra maşını qarşıya sürən zaman artıq doğrudan da polis əməkdaşlarının məhz Emillə Nadirə görə havaya atəş açmalarını başa düşərək ayılmış və maşını saxlayaraq polisin saxla əmrinə tam tabe olmuşdur. Polis əməkdaşlarının araşdırmalarından sonra başa düşmüşdür ki, həmin şəxslər onu aldadıb qeyd olunan ünvana gətirərək maşınına narkotik vasitə yükləyib harasa aparmaq istəmiş və polis əməkdaşları bundan məlumatları olduğundan vaxtında və yerində onları yaxalamışlar. Bir daha bildirmişdir ki, onun bu işdə heç bir günahı, təmənnası olmamış, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 hadisə yerindən qaçmalarına hər hansı şərait yaratmamışdır. Polis əməkdaşlarından qaçmaq istəyən təqsirləndirilən şəxs1 isə avtomobilin qarşısına çıxdığından və hər biri təşviş içərisində olduğundan ehtiyatsızlıqdan onun ayağına xəsarət yetirməli olmuşdur (iş vərəqə: cild İ, səh. 119-122). Məhkəmə baxışı zamanı elan olunan ifadəsinə münasibət bildirməsi şahid şahid1 təklif edilərkən o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş şahid şahid9 məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş şahid9 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, şahid şahid9 həmin ifadəsində göstərmişdir ki, R rütbəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xidmət etdiyi bölməyə ##.##.2025-ci il tarixdə «Nadir və Emil» adlı şəxslərin Bakı şəhəri, Nəsimi rayonu ərazisində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, saxlamaları, daşımaları və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində «Nadir» adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun ünvan 3 nömrəsiz ünvanda yaşayan təqsirləndirilən şəxs1 və «Emil» adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar massivi, dalan 2, ev 15-də kirayədə yaşayan təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Həmin məlumat haqqında dərhal Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə məruzə edilmiş və məlumatın yoxlanılması və cinayətkarların ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, R şahid3, əməliyyat müvəkkili, R şahid2, əməliyyat müvəkkili, R şahid8, kiçik inspektoru, R şahid7, baş əməliyyat müvəkkili, R şahid6, Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru R şahid4 və kiçik inspektoru, R şahid5 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün adları qeyd olunan polis əməkdaşları ilə birlikdə polis idarəsindən çıxaraq inzibati ərazidə zəruri əməliyyat axtarış tədbirləri keçirməyə başlamışlar. Nəsimi Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmə, özlərində saxlayaraq daşımalarında şübhəli olduqlarından ## ###### 2025-ci il tarixdə, saat 21 radələrində Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsinə «Toyota Corolla» markalı, **-FB-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış, onlara özlərini təqdim edən zaman təqsirləndirilən şəxs2 qeyd olunan avtomobillə, təqsirləndirilən şəxs1 isə piyada qaçmağa cəhd göstərmişdir. təqsirləndirilən şəxs2 olduğu avtomobil ehtiyatsızlıqdan təqsirləndirilən şəxs1 vuraraq qaçmağa cəhd göstərdiyindən, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru R şahid4 xidməti tabel silahı ilə 3 dəfə havaya xəbərdarlıq atəşi açmış, barələrində məlumat daxil olan şəxslər, eləcə də avtomobili idarə edən sürücü ##.##.1986-cı il təvəllüdlü şahid1 saxlanılmışlar. təqsirləndirilən şəxs1 aldığı xəsarətlərlə bağlı ilkin tibbi yardım göstərilməsi məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, R şahid3 və əməliyyat müvəkkili, R şahid2 tərəfindən * saylı KTM-ə aparılmış, sürücü şahid1 icazəsi və razılığı ilə idarə etdiyi avtomobilə baxış keçirilən zaman arxa sərnişin oturacağından 01 ədəd sintetik torbadakı 10 ədəd şəffaf bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilərək götürülməklə qablaşdırılmışdır. Gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalını nəzərə alaraq avtomobildən aşkar olunan təqsirləndirilən şəxs1 məxsus «Honor» markalı mobil telefon götürülməklə təqsirləndirilən şəxs2 və şahid1 Nəsimi Rayon Polis İdarəsinə gətirilmişlər. Belə ki, tədbir zamanı təqsirləndirilən şəxs2 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq və yaxın qohumlarına məlumat vermək hüququ izah olunmuş, həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə təqsirləndirilən şəxs2 üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və maddə olmadığını, lakin taksi qismində tanışı təqsirləndirilən şəxs1la birlikdə gəldikləri şahid1 idarə etdiyi «Toyota Corolla» markalı, 77- FB- 162 qeydiyyat nişanlı avtomobildə ona və təqsirləndirilən şəxs1 aid narkotik maddələr olduğunu bildirmişdir. Sonra təqsirləndirilən şəxs2 üzəri yoxlanılmış və heç nə aşkar edilməmişdir. Bundan sonra qeyd edilən avtomobili idarə edən şahid1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. şahid1 boz rəngli cins şalvarının arxa sağ yan cibindən idarə etdiyi avtomobilə aid açar, bir ədəd «CORN» markalı mobil telefon və sağ yan cibindən 26 manat pul əskinazını təqdim etmişdir. Təqdim olunmuş əşyalar iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi nəzərə alınaraq sürücüyə geri qaytarılmışdır. təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı qanunla dövriyyəsi qadağan edilən əşya və maddə aşkar edilməmişdir. Sorğu zamanı saxlanılan şəxs təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 təxminən 1 il olar ki, yaşadıqları Badamdar qəsəbəsindən tanıdığını, ##.##.2025-ci il tarixdə Nadirin ona İran İslam Respublikası vətəndaşı «Samir» adlı şəxsin külli miqdarda narkotik vasitə göndərməsi, həmin narkotiki satıb «vəziyyətlərini yaxşılaşdıra biləcəkləri»ni ona dediyindən və o da Nadir kimi narkotik istifadəçisi olduğundan birlikdə gedib narkotik vasitələri götürüb satmaqla həm pul qazana, həm də narkotikə olan tələbatlarını ödəyə biləcəkləri ilə razılaşdığını, bu səbəbdən o, taksi sürücüsü kimi tanıdığı şahid1 onu və Nadiri şəhərin mərkəzinə, yəni Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsi istiqamətində aparıb qaytarmasını xahiş etmişdir. şahid1la danışığa əsasən 10 manat pul qarşılığında şahid1 hər iki şəxsi göstərilən ünvana gətirmiş, İran İslam Respublikasının vətəndaşının təqsirləndirilən şəxs1 telefonuna göndərdiyi məkan üzrə yolun kənarında gizlədildiyi yerdən 01 ədəd sintetik kisədə olan külli miqdarda narkotik vasitəni Nadirlə birlikdə avtomobilə yerləşdirdikdə, polis əməkdaşlarının yaxınlaşdığını görüb təqsirləndirilən şəxs1 qaçmış, o da avtomobilə əyləşib şahid1 təcili avtomobili idarə etməsini tələb etmişdir. şahid1 isə nə baş verdiyindən xəbərsiz olmaqla özünü itirib avtomobili hərəkət etdirdikdə ehtiyatsızlıqdan təqsirləndirilən şəxs1 vurmuş, ardınca silah səsi gəlməklə xəbərdarlıq edildikdə şahid1 avtomobili dayandırdıqdan sonra polis əməkdaşları onları saxlamışlar. Həmçinin, şahid1 sorğu zamanı təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmiş və qeyd olunan ünvana hansı məqsədlə gəlməsi və avtomobilə qoyulmuş sintetik kisənin içərisindəki maddələrdən məlumatının olmadığını bildirmişdir. təqsirləndirilən şəxs2 da təqsirləndirilən şəxs1la birlikdə taksi sürücüsünə heç bir məlumat vermədiklərini bildirmişdir. Təxirəsalınmaz hal kimi saxlanılan şəxs şahid1 yaranmış zərurətlə bağlı avtomobilə baxış keçirilməli olduğu bildirilmiş və avtomobilə baxış keçirilməsi ilə bağlı icazə verib vermədiyi, eləcə də etirazının olub-olmadığı soruşulmuş, sonuncu heç bir etirazının olmadığını bildirib könüllü olaraq avtomobilə baxış keçirilməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinin adına ərizə yazdıqdan sonra onların təklifi ilə şahid1 avtomobili üzərindəki açarla açaraq onun iştirakı ilə avtomobilin salon, yük və digər yerlərinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra sürücünün iştirakı ilə avtomobilin salon, yük və saxlanc yerlərinə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa sərnişin oturacaq üzərində bir ədəd sintetik kisə aşkar edilmişdir. Həmin kisədəki maddələrlə bağlı şahid1 məlumatsız olduğunu bildirsə də, təqsirləndirilən şəxs2 həmin kisədə ona və təqsirləndirilən şəxs1 İranlı tərəfindən göndərilən narkotik maddələrin olduğunu bildirmişdir. Baxış zamanı sintetik kisə açılmış və içərisində 10 ədəd şəffaf bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilərək qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üstünü yoxlama və idarə etdiyi avtomobilə baxış keçirmə ünvan 1 ilə Rəsul Rza küçələrinin kəsişməsində keçirilmiş, üstünü yoxlama və avtomobilə baxış zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Yerində şərait olmadığından keçirilən tədbirin nəticələrinin Nəsimi rayon polis idarəsində rəsmiləşdirilməsi məqsədi ilə videoçəkiliş dayandırılmış və Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında protokol tərtib edilmişdir. Tərtib edlilmiş protokol imzalarla təsdiq edilmiş və keçirilmiş tədbirin köçürüldüyü 1 (bir) ədəd disk protokola əlavə olunmuşdur. Daha sonra toplanmış material tərtib edilmiş raport vasitəsi ilə Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsininə göndərilmiş və araşdırmanın davam etdirilməsi həmin şöbənin təhqiqatçısı Elşən İsmayılova həvalə edilmişdir. Həmin ərəfədə təqsirləndirilən şəxs1 * saylı KTM-də ilk tibbi yardım göstərildikdən sonra Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Təhqiqatçı Elşən İsmayılov tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılmasına başlanmışdır. Belə ki, təqdim olunan 01 ədəd naxışlı sintetik əl çantasında ümumi sayı 10 (on) ədəd, üzərləri lentlə bağlanmış narıncı rəngli sellofan bağlamalara, 01 ədəd «Honor» markalı telefona və tədbirin köçürüldüyü bir ədəd DVD-yə baxış keçirilmişdir. 10 ədəd bağlamada, ot şəkilli narkotik maddə marixuanaya bənzər büküm aşkar olunmuşdur. Həmçinin, təqsirləndirilən şəxs2 və şahid1 üzərində qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmiş, baxış keçirilən bağlama yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra bir ədəd DVD-yə “HP” markalı kompüterdə baxış keçirilmiş və DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər bağlamaların aşkar olunması əksini tapmışdır. Baxış və götürmə zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparılmış, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilməklə protokola 1 (bir) ədəd disk əlavə olunmuşdur. Aşkar edilərək götürülmüş narkotik vasitələrin mənbəyi ilə bağlı özü, eləcə də xidmət etdiyi bölmənin digər əməkdaşları bununla bağlı müvafiq qayda da təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirmiş, aşkar olunmuş narkotik vasitələr hesab olunan qurudulmuş marixuananın mənbəyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin müəyyən olmuşdur ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxslər olaraq şəxsiyyəti müəyyən olunmamış «Samir» adlı İran İslam Respublikası vətəndaşı olduğu etimal olunan şəxs tərəfindən göndərilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı həm istifadə, həm də satmaq niyyətlərində olmuş, hətta həmin şəxslərin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olmaları barədə xidmət etdikləri bölməyə əməliyyat məlumatları da daxil olmuşdur. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 saxlanılarkən, həmçinin onların üzərinə axtarış və götürmə aparılarkən onlara qarşı hər hansı bir təzyiq və yaxud da fiziki zor tətbiq edilməmişdir (iş vərəqə: cild İ, səh. 236-239). Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş şahid şahid7 məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş şahid7 verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, şahid şahid7 ibtidai istintaq zamanı şahid şahid9 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (iş vərəqə: cild II, səh. 1-4). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı, R Elşən ismayılovun ## ###### 2025-ci il tarixli raportundan görünür ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmələri, saxlamaları, daşımaları və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. (iş vərəqə: cild İ, səh.5). ## ###### 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair protokol”dan və ## ###### 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmə, özlərində saxlayaraq daşımalarında şübhəli olduqlarından ## ###### 2025-ci il tarixdə, saat 21 radələrində ünvan 1 ilə Rəsul Rza küçələrinin kəsişməsinə «Toyota Corolla» markalı, 77-FB- 162 qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış, onlara özlərini təqdim edən zaman təqsirləndirilən şəxs2 qeyd olunan avtomobillə, təqsirləndirilən şəxs1 isə piyada qaçmağa cəhd göstərmişdir. təqsirləndirilən şəxs2 olduğu avtomobil ehtiyatsızlıqdan təqsirləndirilən şəxs1 vuraraq qaçmağa cəhd göstərdiyindən əməkdaşlardan biri 3 dəfə havaya xəbərdarlıq atəşi açmış, barələrində məlumat daxil olan şəxslər, eləcə də avtomobili idarə edən sürücü ##.##.1986 cı il təvəllüdlü şahid1 saxlanılmışlar. təqsirləndirilən şəxs1 aldığı xəsarətlərlə bağlı ilkin tibbi yardım göstərilməsi məqsədi ilə * saylı KTM-nə aparılmış, sürücü şahid1 icazəsi və razılığı ilə idarə etdiyi avtomobilə baxış keçirilən zaman arxa sərnişin oturacağından 01 ədəd sintetik torbadakı 10 (on) ədəd şəffaf bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilərək götürülməklə qablaşdırılmışdır. Gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalını nəzərə alaraq avtomobildən aşkar olunan təqsirləndirilən şəxs1 məxsus «Honor» markalı mobil telefon götürülməklə təqsirləndirilən şəxs2 və şahid1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilmişlər. Saxlanıldığı yerdə təqsirləndirilən şəxs2 üstünü yoxlamağa başlamışlar. təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və maddə olmadığını, lakin taksi qismində tanışı təqsirləndirilən şəxs1la birlikdə gəldikləri şahid1 idarə etdiyi «Toyota Corolla» markalı, **-FB-*** qeydiyyat nişanlı avtomobildə ona və təqsirləndirilən şəxs1 aid narkotik maddələr olduğunu bildirmişdir. Sonra təqsirləndirilən şəxs2 üzəri yoxlanılmış və heç nə aşkar edilməmişdir. Bundan sonra qeyd edilən avtomobili idarə edən şahid1 üzərində şəxsi axtarış aparılmış, şahid1 boz rəngli cins şalvarının arxa sağ yan cibindən idarə etdiyi avtomobilə aid açar, bir ədəd «CORN» markalı mobil telefon və sağ yan cibindən 26 manat pul əskinazını təqdim etmişdir. təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı qanunla dövriyyəsi qadağan edilən əşya və maddə aşkar edilməmişdir. Sorğu zamanı saxlanılan şəxs təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 təxminən 1 il olar ki, yaşadıqları Badamdar qəsəbəsindən tanıdığını, ##.##.2025-ci il tarixdə Nadirin ona İran İslam Respublikası vətəndaşı «Samir» adlı şəxsin külli miqdarda narkotik vasitə göndərməsi, həmin narkotiki satıb «vəziyyətlərini yaxşılaşdıra biləcəkləri»ni ona dediyindən və o da Nadir kimi narkotik istifadəçisi olduğundan birlikdə gedib narkotik vasitələri götürüb satmaqla həm pul qazana, həm də narkotikə olan tələbatlarını ödəyə biləcəkləri ilə razılaşdığını, bu səbəbdən o, taksi sürücüsü kimi tanıdığı şahid1 onu və Nadiri şəhərin mərkəzinə, yəni Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsi istiqamətində aparıb qaytarmasını xahiş etmişdir. şahid1la danışığa əsasən 10 manat pul qarşılığında şahid1 hər iki şəxsi göstərilən ünvana gətirmiş, İran İslam Respublikasının vətəndaşının təqsirləndirilən şəxs1 telefonuna göndərdiyi məkan üzrə yolun kənarında gizlədildiyi yerdən 01 ədəd sintetik kisədə olan külli miqdarda narkotik vasitəni Nadirlə birlikdə avtomobilə yerləşdirdikdə, polis əməkdaşlarının yaxınlaşdığını görüb təqsirləndirilən şəxs1 qaçmış, o da avtomobilə əyləşib şahid1 təcili avtomobili idarə etməsini tələb etmişdir. şahid1 da özünü itirib avtomobili hərəkət etdirdikdə ehtiyatsızlıqdan təqsirləndirilən şəxs1 vurmuş, ardınca silah səsi gəlməklə xəbərdarlıq edildikdə şahid1 avtomobili dayandırdıqdan sonra polis əməkdaşları onları saxlamışlar. Həmçinin şahid1 sorğu zamanı təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmiş və qeyd olunan ünvana hansı məqsədlə gəlməsi və avtomobilə qoyulmuş sintetik kisənin içərisindəki maddələrdən məlumatının olmadığını bildirmişdir. təqsirləndirilən şəxs2 da təqsirləndirilən şəxs1la birlikdə taksi sürücüsünə heç bir məlumat vermədiklərini bildirmişdir. Təxirəsalınmaz hal kimi saxlanılan şəxs şahid1 yaranmış zərurətlə bağlı avtomobilə baxış keçirilməli olduğu bildirilmiş və avtomobilə baxış keçirilməsi ilə bağlı icazə verib vermədiyi, eləcə də etirazının olub-olmadığı soruşulmuş, sonuncu heç bir etirazının olmadığını bildirib könüllü olaraq avtomobilə baxış keçirilməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinin adına ərizə yazdıqdan sonra onların təklifi ilə şahid1 avtomobili üzərindəki açarla açaraq onun iştirakı ilə avtomobilin salon, yük və digər yerlərinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra sürücünün iştirakı ilə avtomobilin salon, yük və saxlanc yerlərinə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa sərnişin oturacağı üzərində bir ədəd sintetik kisə aşkar edilmişdir. Həmin kisədəki maddələrlə bağlı şahid1 məlumatsız olduğunu bildirsə də, təqsirləndirilən şəxs2 həmin kisədə ona və təqsirləndirilən şəxs1 iranlı tərəfindən göndərilən narkotik maddələrin olduğunu bildirmişdir. Baxış zamanı sintetik kisə açılmış və içərisində 10 ədəd şəffaf bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilərək qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üstünü yoxlama və idarə etdiyi avtomobilə baxış keçirmə Bakı şəhəri, Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində keçirilmiş, üstünü yoxlama və avtomobilə baxış zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Yerində şərait olmadığından keçirilən tədbirin nəticələrinin Nəsimi Rayon Polis İdarəsində rəsmiləşdirilməsi məqsədi ilə videoçəkiliş dayandırılmış və Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokola əlavə və etirazlar, düzəlişlər daxil olmamışdır. Tərtib edlilmiş protokol imzalarla təsdiq edilmiş və keçirilmiş tədbirin köçürüldüyü 1 (bir) ədəd disk protokola əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh.11-14, 196-199). ## ###### 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol”dan və ## ###### 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, «Toyota Corolla» markalı, **-FB-*** qeydiyyat nişanlı avtomobilin salonundan aşkar olunan 01 ədəd naxışlı sintetik əl çantasında ümumi sayı 10 (on) ədəd üzərləri lentlə bağlanmış narıncı rəngli sellofan bağlamalara, 01 ədəd «Honor» markalı telefona və bir ədəd DVD-yə baxış keçirilmişdir. şahid1 məxsus “Toyota” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən 10 (on) ədəd bağlamada, ot şəkilli narkotik maddə marixuanaya bənzər büküm aşkar olunmuş, həmçinin təqsirləndirilən şəxs2 və şahid1 üzərində qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra bir ədəd DVD-yə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər bağlama aşkar olunması, təqsirləndirilən şəxs2 ondan narkotik maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır (iş vərəqə: cild İ, səh.19-20, 200-203). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 aşkar edilmiş maddi sübut” yazılar və imzalar olan naxışlı sintetik əl çantasında ümumi sayı 10 (on) ədəd üzərləri skoçla bağlanmış narıncı rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 2132,1 qram; 2173,6 qram; 2182,7 qram; 2110,3 qram; 2061,4 qram; 2073,6 qram; 2139,4 qram; 1993,4 qram; 1674,1 qram; 2110,3 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi-20650,9 qramdır.Tədqiqata təqdim olunmuş 10 ədəd bağlamalardakı marixuanalar tərkiblərinə görə eynidir. (iş vərəqə: cild İ, səh.83-86). ## ###### 2025-ci il tarixli “üzləşdirmə haqqında protokol”dan görünür ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərdiyi halları təqsirləndirilən şəxs1 iştirakı ilə sonuncunun üzünə qarşı bildirmiş və təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 göstərdiklərini təsdiq etməklə üzləşmədə uyğun ifadə vermişdir (iş vərəqə: cild İ, səh.115-118). ## ###### 2025-ci il tarixli “üzləşdirmə haqqında protokol”dan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və şahid şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı təqsirləndirilən şəxs2 tanışı təqsirləndirilən şəxs1la şahid1 idarə etdiyi avtomobillə yalnız taksi kimi istifadə etdiklərini, onun avtomobilindən narkotik vasitələrin daşınması üçün istifadə edəcəkləri barədə qabaqcadan və sonra heç bir məlumat vermədiklərini, şahid1 bu barədə məlumatsız olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən bu barədə məlumatsız olan şahid1 avtomobilinə minərək avtomobili hərəkət etdirib uzaqlaşmasını bildirərkən açılan xəbərdarlıq atəşindən sonra sonuncu polis əməkdaşlarının onları saxlamasını bilərək avtomobili saxladığını, avtomobilin arxa oturacağına onunla təqsirləndirilən şəxs1 tərəfindən qoyulmuş sintetik kisənin içərisindəki maddələrin narkotik vasitələr olduğunu bildiyini, şahid1 avtomobilindən yalnız 10 manat qarşılığında taksi kimi istifadə etmələri barədə qabaqcadan razılaşdıqlarını, onun hadisədən məlumatsız olduğunu bildirmiş, şahid1 göstərilənləri təsdiq etməklə uyğun ifadə vermişdir (iş vərəqə: cild İ, səh.125- 128). ## ###### 2025-ci il tarixli “üzləşdirmə haqqında protokol”dan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və şahid şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı təqsirləndirilən şəxs1 tanışı təqsirləndirilən şəxs2la şahid1 idarə etdiyi avtomobillə yalnız taksi kimi istifadə etdiklərini, onun avtomobilindən narkotik vasitələrin daşınması üçün istifadə edəcəkləri barədə qabaqcadan və sonra heç bir məlumat vermədiklərini, şahid1 avtomobilindən yalnız 10 manat qarşılığında taksi kimi istifadə etmələri barədə qabaqcadan razılaşdıqdan sonra həmin avtomobildə ünvan 1 ilə R.Rza küçələrinin kəsişdiyi ünvana gəldiklərini, İran İslam Respublikası vətəndaşı tərəfindən gizlədilmiş narkotik vasitələr olan kisəni təqsirləndirilən şəxs2la birlikdə götürərək şahid1 avtomobilinin arxa oturacağına yerləşdirdiklərini, kisədə nələrin olması barədə ona heç bir məlumat vermədiklərini, həmin anda polis əməkdaşlarının yaxınlaşdıqlarını görüb avtomobilə minmək əvəzinə qaçmağa cəhd göstərdiyini, Emilin şahid1 məxsus avtomobilə əyləşdiyini, avtomobilin hərəkət etdiyini və özünü itirərək avtomobilin qarşısına çıxdığından avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan toqquşaraq xəsarət aldığını, polis əməkdaşlarının xəbərdarlıq atəşindən sonra tabe olduqlarını, almış olduğu xəsarətlə bağlı tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparıldığını, şahid1 qabaqcadan hadisə barədə heç bir məlumatı və marağı olmadığını bildirmiş, şahid1 göstərilənləri təsdiq etməklə uyğun ifadə vermişdir (iş vərəqə: cild İ, səh.129-132). ## ###### 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında protokol”dan görünür ki, təqsirləndirilən şəxs1 istifadəsində olan «HONOR» markalı mobil telefonuna baxış keçirilmiş, «WhatsApp» proqramında təqsirləndirilən şəxs1 ifadəsində bildirdiyi İran İslam Respublikası vətəndaşı kimi tanıdığı və Samir kimi özünü təqdim etmiş şəxsə məxsus +90507340 11 85 nömrəsi ilə ## ###### 2025-ci il tarixdə saat 18:53-dən etibarən Nadir və «Samir» adlı şəxslər arasında aşağıdakı məzmunda aralarında səsli və yazışmalı mesajlar və danışıqlar aşkar olunmuşdur (mesajlar telefonda yazıldığı kimi təqdim olunur): Nadir: 18:53-də 40 manat gəldi, Nadir: 19:01. İnan Allaha evdə çörək almağa puI yox idi. İranlı: 19:19-da əl işarəsinin stikerini göndərməklə təşəkkürünü bildirir. Nadir:19:27.Mən evdən çıxmışam sənin zəngini gözləyirəm, mən yavaş-yavaş çıxmaq istəyirəm, ora çatana kimi hava qaralacaq. İranlı: 19:30 Sən gəl qış park tərəfə, 9 yarısı, 9 üçün, Nadir: 19:42 Semaşko tərəfdədir? İranlı: 19:43 28 mol qış parkı trf, Kubinka tərəfə gəl sən mne denen, Knm ski atacam rahat yerə drycrm qysn 19:44, İranlı:Taksini saxlayıb gtrd rahd qaydb mnrsn. 19:45, Nadir:Sən konumu at 5 dəqiqəyə mən çatıram: 20:02, Nadir: Mən çatdım 20:07, Nadir:Cavab de: 20:08, Nadir Səsli zəng 20:09, İranlı: 5dq yqrm, İranlı: Səsli zəng: 20:16, İranlı:Səsli zənng 20:33, Nadir Səsli zəng 20:33, İranlı:Səsli zəng 20:33, İranlı: Nəxbr,Yol ne qdr,20:37, İranlı: Qrds 21:04 İranlı: Çt xeber elen 21:04 İranlı: Nayranam 21:04 İranlı: Qrds nə xbr 21:19 İranlı: 20 kq güldü 21:19 İranlı: Tez mene xeber ele 21:19 İranlı:Nigaranam 21:19. Bundan başqa, təqsirləndirilən şəxs1 istifadəsində olan 055-875-64-00 nömrə ilə istifadə etdiyi «HONOR» markalı mobil telefonun «WhatsApp» proqramı tətbiqi hissəsindəki şəxslər arasında Nadirin İran İslam Respublikası vətəndaşı kimi tanıdığı və Samir kimi özünü təqdim etmiş şəxsə məxsus +98 914 454 2246 mobil nömrə ilə ## ###### 2025-ci il tarixdə, saat 21:33dən başlayaraq Nadir və «Samir» adlı İranlı arasında aşağıdakı məzmunda aralarında səsli və yazışmalı mesajlar və danışıqlar aşkar olunmuşdur (mesajlar telefonda yazıldığı kimi təqdim olunur): İranlı;Buraxılmış səsli zəng: 21:33, İranlı: Buraxılmış səsli zəng: 21:33, İranlı:İmkanın varsa telefona cavab ver da nooldu e sənə 20 dənə dedin indi qaqaş deyim...Bakı böyük yerdi tapa bilməyəcəm səəəni,telefona cavab ver tez ol . məzmunda 15 saniyəlik səsli mesaj. İranlı:Təkrar buraxılmış səsli zəng 21:34. İranlı:21:37 Ə sən öl bunun dalı yaxşı olmayacaq bax sən öl deyirəm, heç problem yoxdu sən oturub orda mənim səsimə qulaq asıb telefona cavab vermirsən, noolar, işində ol, qədimkilər deyib dağ-dağa rast gəlməsə insan insana çatacaq, darıxma görüşərik sənin sümüklərini dartacam sənin belədə deyil e bax gör neyniyəcəm, məzmunda 21:37-də 0,28 saniyəlik səsli SMS mövcuddur. İranlı: Buraxılmış səsli zəng 21:40, İranlı:Bu mesaj silindi 21:47, İranlı: Bu mesaj silindi 21:47, İranlı:Bu mesaj silindi 21:47, İranlı: Silinmiş 2 ədəd fotoşəkil 21:50, İranlı: Özüvü ududzdun, 21:52, İranlı; Sen qə...sen. 21:54 məzmunda dialoq formasında danışıq və mesajlaşma ilə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tanış olduqdan sonra bildirmişdir ki, 2025-ci ilin avqust ayında sosial şəbəkə vasitəsi ilə «Samir» adlı İran islam Respublikası vətəndaşı ilə tanış olmuş və Samir istifadəsində olan +90 507 340 11 85 nömrəsi ilə «whatsapp» sosial şəbəkəsində əlaqə saxlayıb onunla münasibət yaranmışdır. 2025-ci ilin avqust ayının 12 də Samir ona narkotik vasitələrin satışında köməklik etməsini, bunun müqabilində ona özünün narkotikə olan tələbatını qarşılayacağına söz vermişdir. Samir adlı İranlının təklifi ilə razılaşdıqdan sonra ## ###### 2025-ci il tarixdə, saat 19 radələrindən başlayaraq Samirlə «Whatsapp» sosial şəbəkəsində mütəmadi əlaqə saxlamış və sonuncu ona 40 manat pul, həmçinin lokasiya və narkotik vasitənin gizlətdiyi yerin fotoşəkillərini göndərmiş, mütəmadi olaraq lokasiya yerinə çatanadək onunla səsli sms və yazışma ilə əlaqə yaratmışdır. Həmin vaxt o, tanışı, narkotik vasitə aludəçisi və tələbatı olan Emillə birlikdə taksi kimi istifadə etdikləri şahid1 avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu Ş.Əzizbəyov küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsi istiqamətinə getmiş, avtomobildən düşüb bir qədər uzaqlaşdıqdan sonra İran İslam Respublikası vətəndaşının onun telefonuna göndərdiyi məkan üzrə yolun kənarında gizlədildiyi yerdən 01 ədəd sintetik kisədə olan külli miqdarda narkotiki Emillə birlikdə götürüb avtomobilə tərəf gələrək avtomobilin arxa oturacaq yerinə qoymuş və həmin an polis əməkdaşlarının yaxınlaşdığını gördükdə özünü itirərək maşına minmək əvəzinə qaçmağa başlamış, Emil isə şahid1 idarə etdiyi taksiyə əyləşmişdir. Həmin anda hərəkət etdiyi zaman özünü itirərək şahid1 idarə etdiyi avtomobilin qarşısına çıxmış və sonuncu ehtiyatsızlıqdan onu avtomobillə vurmuşdur. Həmin an silah səsi gəlməklə xəbərdarlıq edildikdə şahid1 avtomobili dayandırmış və polis əməkdaşları onları saxlamışlar. İranlı Samir adlı şəxslə aparılan dialoqdakı səs və mesajlar, ona və iranlıya, həmçinin polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitələr Emillə ona aiddir (iş vərəqə: cild İ, səh.168-173). ## ###### 2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20648,9 qram narkotik vasitə qurudulmuş marixuana və təqsirləndirilən şəxs1 məxsus üzərində 055-875-64-00 GSM nömrəsi olan “HONOR” markalı mobil telefon maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir, həmçinin şahid1 məxsus “Toyoto Corolla” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq sahibi şahid1 təhvil verilmişdir, həmçinin üç ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.209-210). Azərbaycan Respublikası “TƏBİB Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “X12” X11 ## ####### 2025-ci il tarixli, ****/**** nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs1 ##.##.2025-ci il tarixdə, saat 21:07-də Nəsimi Rayon Polis İdarəsinin işçiləri tərəfindən X12 gətirilmiş, bud-çanaq oynağı və bud nahiyəsinin açıq yarası, qalça sümüyünün sınığı, bədənin bir neçə nahiyələrini əhatə edən açıq yara diaqnozu qoyulmuşdur (iş vərəqə: cild II, səh.44). ## ######## 2025-ci il tarixli “dvd diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin anten məlumatlarına baxış keçirilmiş, baxış zamanı nömrənin sahibinin hadisənin baş verdiyi tarixdə saat 20:42-də Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişdiyi ərazidə olduğu təsdiq olunmuşdur (iş vərəqə: cild II, səh.47-52). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X11 məhkəmə-tibbi ekspertizasının **** nömrəli, ## ###### 2025-ci il tarixli rəyindən görünür ki, təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (iş vərəqə: cild II, səh.53 55). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X11 məhkəmə-tibbi ekspertizasının **** nömrəli, ## ###### 2025-ci il tarixli rəyindən görünür ki, təqsirləndirilən şəxs1 bədənində aşkar edilmiş xəsarətlər- sağ qalça sümüyünün sınığı ilə müşayiət olunan sağ bud-çanaq oynağı nahiyəsinin dərialtı hematoması və əzilmiş-cırılmış yarası, sağ qulaqaltı-çeynəmə nahiyəsinin və sağ qulaq seyvanının qançırları, hər iki dirsək oynağı, sağ mil-bilək oynağı, hər iki diz oynağı və sağ baldır nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, müayinə olunan şəxsin göstərdiyi ##.##.2025-ci il tarixdə və şəraitdə törənə bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (iş vərəqə: cild II, səh.56-59). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X11 məhkəmənarkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs1 opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli ** saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hazırda təqsirləndirilən şəxs1 yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.133-134). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X11 məhkəmənarkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən təqsirləndirilən şəxs2 ##.##.2022ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. (iş vərəqə: cild İ, səh.135-136). ## ###### 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hazırki cinayət işinin materiallarından “Samir”adlı şəxsin barəsində başqa cinayət işi ayrılmışdır (iş vərəqə: cild II, səh.73-99). ## ###### 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 ## ###### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar (iş vərəqə: cild İ, səh.30, 47) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarlarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 barələrində əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.180- 184, 191-195). Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağı var (iş vərəqə: cild İ, səh.208). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ###### 2025-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum olunmuş və onun həmin məhkumluqları ödənilmişdir. Onun sonuncu bir neçə məhkumluğu ilə bağlı qeyd edilir ki, təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ## ### 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ## ####### 2011-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən 03 ay 22 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, bundan başqa, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonra Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli qərarı ilə 07 ay 04 gün şərti olaraq vaxtından azad olunmuş, ## ####### 2019-cu ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: cild İ, səh.230-232). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ###### 2025-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ## #### 2017-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarına əsasən 05 ay 6 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, ## ###### 2018-ci il tarixdə vaxtından əvvəl azad olunduğu cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır, bundan başqa o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1,177.2.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, o, ## ####### 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: cild İ, səh.233-235). Məhkəmə gəldiyi qənaətini əsaslandırmaq üçün aşağıdakıları qeyd etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və ## #### 2005 ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, * nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 50.000 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, aşkar edilib götürülmüş ümumilikdə 20.650,9 qram narkotik vasitə qurudulmuş marixuananın miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da müəyyən edilmiş narkotik vasitənin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 həqiqətən də həmin əraziyə narkotik vasitə götürməyə getdiklərini və onlar həmin narkotik maddələri götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını etiraf etsələr də, təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1la birlikdə gedərkən narkotik maddə götürmək üçün getdiklərini sonradan bildiyini, təqsirləndirilən şəxs1 isə həmin narkotik vasitələri yalnız öz şəxsi istifadəsi üçün götürdüyünü, həmçinin 300 qram narkotik maddə götürmək üçün getdiyini və 20650,9 qram narkotik vasitənin onlardan aşkar edilmədiyini, eyni zamanda ibtidai istintaq zamanı fiziki təzyiqlərə məruz qaldıqlarına dair ifadələr vermişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviri əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə ifadələrində göstərdikləri xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxslərlə əlaqədar əməliyyat-axtarış tədbiri keçirilib saxlanılarkən onların gəldikləri avtomobil və üstlərinin yoxlanılması videoçəkilişdən istifadə edilməklə keçirilmiş, həmin videogörüntülər məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı fiziki, psixoloji və ya digər qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilməmiş və təqsirləndirilən şəxslərdən həqiqətən də ittihamda göstərilən narkotik maddələrin aşkar edildiyi təsdiq edilmişdir, həmçinin sorğu-sual zamanı həmin maddələrin «Samir» adlı İran İslam Respublikasının vətəndaşından əldə edərək bir qismini istifadə etmək üçün, bir qismini isə pul müqabilində birlikdə İran İslam Respublikasının vətəndaşının deyəcəyi ünvanlara qoyacaqlarını bildirmişlər. Bundan başqa, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçilərinin iştirakı ilə verdikləri və şəxsən özlərinin imzaları ilə təsdiq etdikləri ifadələrində həqiqətən də «Samir» adlı şəxsin külli miqdarda narkotik vasitələrin yerləşdiyi yerə dair təqsirləndirilən şəxs1 sosial şəbəkə vasitəsi ilə lokasiya göndərdiyini və həmin narkotik vasitələri satıb, maddi vəziyyətlərini yaxşılaşdırmaqları üçün həmin narkotik vasitəni birlikdə götürüb sataraq pul qazanmağa, həm də narkotik vasitələrə olan tələbatını ödəmələri üçün təqsirləndirilən şəxs1 telefonuna göndərilmiş məkandan 01 ədəd sintetik kisədə olan külli miqdarda narkotik vasitəni birlikdə götürdüklərini və avtomobilə tərəf gələrək avtomobilin arxa oturacaq yerinə yerləşdirdiklərini, həmçinin polis əməkdaşları tərəfindən onlara qarşı heç bir fiziki və psixi təzyiq edilmədiyini bildirmişlər. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı ifadələrində qeyd etdikləri həmin “qanunsuz hərəkətlər” barədə, yəni ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən onlara fiziki təzyiqlər göstərilməsi nəticəsində etirafedici ifadələr verməsini göstərsələr də, ibtidai istintaq zamanı bu barədə ümumiyyətlə göstərməmələri onların həmin ifadələrinin inandırıcı olmadığını və yalan olduğunu bir daha təsdiq etməkə, onların həmin inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən yuxarıda göstərilmiş sübutları və faktiki halları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxslərin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etməmişdir. Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri onlara qarşı göstərilən fiziki təzyiqlər nəticəsində vermələri barədə dəlillər irəli sürsələr də, bu dəlillər əsaslı görünməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 125.8-ci maddəsinin Konvensiyanın 3 cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı”işi (Jannatov v. Azerbaijan, № *****/**, ## #### 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı ifadələrini fiziki təzyiqlər nəticəsində verdiklərinə dair göstərdikləri dəlillərlə bağlı bütün xüsusatları da araşdırmış, bununla əlaqədar məhkəmənin sorğusu əsasında təqsirləndirilən şəxslərin saxlanıldıqları Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından onların barəsində tibbi kitabçalar əldə edilərək məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Bununla əlaqədar məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində olan tibbi kitabçada onda müxtəlif ölçülü sıyrılmış üzəri qərtməkli yaralar, bel nahiyəsində və çanağında olan qançır və sağ qasıqda tikiş qoyulmuş yaralar, həmçinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin X20 daxil olarkən bədənində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar Nəsimi rayon Polis İdarəsindən məhkəməyə göndərilmiş “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi ilə bağlı tibbi kitabça”nın surətində də aşkar edilmiş yaralarla bağlı halları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırarkən təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə müəyyən edilmişdir ki, hadisə zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 polis əməkdaşlarının yaxınlaşdığını gördükdə özünü itirərək maşına minmək əvəzinə qaçmağa başlayarkən həmin anda şahid1 idarə etdiyi avtomobilin qarşısına çıxaraq və sonuncunun ehtiyatsızlıqdan onu hərəkət etdirdiyi avtomobilin qabaq hissəsi ilə vurduğunu (iş vərəqə: cild İ, səh.111-114, 164-167) bildirmişdir, təqsirləndirilən şəxslər məhkəmədə də verdikləri ifadələrində polis əməkdaşları tərəfindən saxlanılarkən hadisə yerinə gəldikləri avtomobilin sürücüsünün həmin avtomobillə təqsirləndirilən şəxs1 ehtiyatsızlıqdan vurmasına dair göstərilən halları təsdiq etmişlər. Göstərilən hallarla əlaqədar həmçinin qeyd edilməlidir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs1 barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının **** nömrəli, ## ###### 2025-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs1 aşkar edilmiş həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, müayinə olunan şəxsin göstərdiyi ##.##.2025-ci il tarixdə və şəraitdə (hadisə yerindən qaçmaq üçün anidən hərəkətə başlamış və avtomaşının altında qalaraq xəsarət almışdır) törənə bilər (iş vərəqə: cild II, səh. 56-59). Bundan başqa, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində Bakı İstintaq Təcridxanasından götürülmüş tibbi kitabçada təqsirləndirilən şəxs2 alın nahiyəsində və sol saidin ön səthində köhnə çapıq toxumalarının aşkar edildiyi müəyyən edilmişdir, lakin polis əməkdaşları tərəfindən saxlanıldığı tarixə uyğun onda hər hansı xəsarət müəyyən edilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X20 daxil olarkən bədənində xəsarətlərin olub olmamasının müəyyən edilməsi ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən məhkəməyə göndərilmiş “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi ilə bağlı tibbi kitabça”nın surətindən də görünür ki, X20 qəbul edilərkən onda müayinə olunduğu vaxta aid hər hansı xəsarətlər müəyyən edilməmişdir (cinayət işinin materialları). Həmçinin göstərilməlidir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs2 barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının **** nömrəli, ## ###### 2025-ci il tarixli rəyindən görünür ki, təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild II, səh.53-55). Bununla yanaşı, qeyd edilməlidir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı verdiyi ifadələrinin fiziki təzyiqlərin təsiri altında alınması ilə əlaqələndirsə də, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Həmçinin, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı izahat və ifadələrinin sonunda onlara qarşı fiziki və ya psixi zorakılığın olmadığını bildirmişlər. Beləliklə də, cinayət işinin göstərilən faktiki halları ilə, həmçinin təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi ilə bağlı gətirdiyi dəlillərin məhkəmədə araşdırması nəticəsində onların məhkəməyədək icraat zamanı hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış, cinayət işi üzrə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələrini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, * nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə təqsirləndirilən şəxslərin həmin narkotik maddələri məhz satış məqsədilə əldə edib daşımaları qənaətinə gələrkən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın külli miqdar həddindən dəfələrlə artıq miqdarda (20 kiloqram 650,9 qram) olmasını, həmin maddələrin ayrı-ayrı 10 (on) ədəd bağlamalarda qablaşdırılmasını, həmçinin təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefonunda «WhatsApp» tətbiqində aşkar edilmiş narkotik maddələrin dövriyyəsinə dəlalət edən mesajların aşkar edilməsini, habelə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin həmin narkotik maddələri pul qarşılığında daşıyaraq başqa yerlərə qoymaları ilə bağlı əvvəlcədən razılıq əldə etmələrinə dair etirafedici ifadələr vermələri kimi işin faktiki hallarını nəzərə alır. Göstərilən hallar da təqsirləndirilən şəxslərin həmin maddələri məhz satış məqsədilə əldə edib daşımalarından başqa nəticəyə gəlinməsini mümkünsüz edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.” Beləliklə də, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 məhkəmədə ifadələrində göstərdikləri inkaredici hallar “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” protokol, bununla bağlı video görüntülərin əks olunduğu disk, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri və həmin obyektiv sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və məhkəmə onların məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri inkaredici halları həqiqi olmayan, yalan və özlərindən uydurma məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün onlar tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri kimi qiymətləndirir. Odur ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, hətta təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 25-26-cı bəndlərində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Kollegiya apellyasiya şikayətlərinin sübutların mötəbərliliyi barədə dəlillərini formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Belə ki, məhkum edilmiş şəxslərin ibtidai istintaqda təqsirini etiraf etməsi digər sübutlarla uyğunluq təşkil edir. Məhkum edilmiş şəxslərin məhkəmədə verdiyi ifadələrdə göstərdikləri xüsusatlar isə məhkəmə istintaqında aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır. Odur ki, ibtidai istintaq zamanı verilmiş ifadələr, şahid ifadələri, yazışmalar, şəxsi axtarış və götürmə, videoçəkiliş, eləcə də digər sübutlar məhkum edilmiş şəxslərə bəraət verilməsini və ya tövsif edilməsini istisna edir. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkəmə istintaqı keçirərək cinayət işində olan sübutlarla məhkum edilmiş şəxslərin əməlində ittiham olunduqları cinayət tərkibinin əlamətlərinin olması barədə düzgün qənaətə gəlmişdir. Kollegiya məhkəmənin məhkum edilmiş şəxslərin ifadəsini dəyişməsini məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirməsi ilə də razılaşır. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq dövründə verilmiş ifadələrə uyğun gəlir. İş materiallarında ittihamın təsdiqi üçün kifayət qədər aşkar və mötəbər sübutlar olduğundan müdafiə tərəfinin apellyasiya şikayətlərində göstərdiyi sübutların mötəbər olmamasına dair xüsusatlar əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2, həmçinin müdafiəçiləri apellyasiya baxışı zamanı onlara bəraət verilməsini və əməlin tövsif edilməsini xahiş etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, yazışmaların, ekspert rəyləri, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkum edilmiş şəxslərin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadəsi, şahid ifadələri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etməmiş, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları müəyyən etməmiş, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkum edilmiş təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxslərin şəxsiyyətini səciyyələndirən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müzakirə edərək, məhkum edilmiş şəxslərə həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onların şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxslərin cəzasının dəyişdirilib, onlara daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən məhkum təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar