Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-462/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ##### 1992-cı il tarixdə Gürcüstan Respublikasının Saqareco rayonu, Düzəyrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4- 1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmündən məhkum edilmiş şəxs və müdafiəçi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə xüsusilə külli miqdarda - 59835 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda - 1995 qram çəkidə narkotik vasitə olan tiryək və xüsusilə külli miqdarda - 4960 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikası vətəndaşının bildirdiyi Füzuli rayonu ərazisindən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda - 59835 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda - 1995 qram çəkidə narkotik vasitə olan tiryək və xüsusilə külli miqdarda - 4960 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib icarəyə götürdüyü “Range Rover” markalı avtomobil ilə Bakı şəhərinə daşıyıb həmin narkotik vasitə və psixotrop maddələri “lizinq” müqaviləsi əsasında idarə etdiyi “BMW” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yeri və salonuna yığmaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ## ###### 2025ci il tarixdə saat 18:55-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa şossesində yerləşən BDYPİ-nin Müayinə Mərkəzinin yaxınlığında saxlanılmış, həmin tarixdə saat 20:20-dən etibarən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 4 ünvanın yaxınlığında tərəfindən saxlanılmış “BMW” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yeri və arxa oturacağının üzərindən 58 ədəd sellefon bağlamada – ayrı-ayrılıqda çəkiləri 1050 qram, 1035 qram, 1050 qram, 1050 qram, 1050 qram, 1045 qram, 1050 qram, 1045 qram, 1050 qram, 1040 qram, 1050 qram, 1080 qram, 1050 qram, 1050 qram, 1055 qram, 740 qram, 1050 qram, 1045 qram, 1055 qram, 1050 qram, 1050 qram, 1050 qram, 1050 qram, 350 qram, 1050 qram, 1045 qram, 1050 qram, 1055 qram, 1040 qram, 1050 qram, 1055 qram, 1050 qram, 1075 qram, 1055 qram, 1045 qram, 1050 qram, 1045 qram, 1055 qram, 1040 qram, 1045 qram, 1045 qram, 1045 qram, 1045 qram, 1045 qram, 1045 qram, 1040 qram, 1050 qram, 1045 qram, 1050 qram, 1040 qram, 1045 qram, 1060 qram, 1045 qram, 1050 qram, 1050 qram,1045 qram, 1040 qram, 1055 olmaqla, ümumilikdə xüsusilə külli miqdarda – 59835 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1000 qram və 995 qram olmaqla ümumilikdə külli miqdarda – 1995 qram çəkidə narkotik vasitə olan tiryək, 01 ədəd bağlamanın içərisində 05 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda çəkiləri 990 qram, 1000 qram, 990 qram, 980 qram və 1000 qram olmaqla, ümumilikdə xüsusilə külli miqdarda – 4960 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzanın əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, iş materiallarından və məhkəmə baxışı zamanı verilmiş ifadələrdən görünür ki, təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ətraflı şəkildə izah etmişdir ki, ## ###### 2025-ci il tarixdə Zabrat şosesi ərazisində Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılmış, sonradan dayanacağa aparılmış, orada və daha sonra polis əməkdaşları tərəfindən, yaşadığı ünvanda, eləcə də yaxın qohumuna məxsus digər ünvanlarda aparılmış baxışlar zamanı heç bir qanunsuz əşya aşkar edilməmişdir. Buna baxmayaraq, o, müxtəlif ünvanlara aparılmış, saxlanıldığı andan etibarən polis əməkdaşlarının tam nəzarəti altında olmuş və yalnız bundan sonra Qara Qarayev prospekti ərazisində yerləşən, açarları onun üzərindən götürülərək polis əməkdaşlarının sərəncamında olan avtomobildən guya narkotik vasitələrin aşkar edilməsi göstərilmişdir ki, bu hal aşkar olunmuş maddi sübutların həqiqiliyinə və mənşəyinə ciddi və əsaslı şübhələr yaradır. Təqsirləndirilən şəxs məhkəmə iclasında açıq şəkildə bildirmişdir ki, saxlanıldığı müddətdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlər göstərilmiş, ailə üzvləri ilə hədələnmiş və nəticədə o, istintaq zamanı öz əleyhinə ifadələr verməyə məcbur edilmişdir. Lakin birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət verməmiş, həmin iddiaların araşdırılması istiqamətində hər hansı effektiv tədbir görməmiş və bununla da müdafiə hüququnun kobud şəkildə pozulmasına yol vermişdir. Müdafiə tərəfi tərəfindən iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən, əməliyyat tədbirlərində iştirak etmiş şəxslərin mobil telefonlarının anten dairələrinin müəyyən edilməsi barədə vəsatət təqdim olunmuş, lakin məhkəmə tərəfindən heç bir əsaslandırma olmadan bu vəsatət təmin edilməmişdir. Bu isə işin hallarının tam və obyektiv araşdırılmasına mane olmuş, müdafiə tərəfinin sübut toplamaq imkanlarını məhdudlaşdırmışdır. İş materiallarında saxlanılma vaxtı ilə bağlı ciddi və aradan qaldırılmamış ziddiyyətlər mövcuddur. Təqsirləndirilən şəxs faktiki olaraq saat 14:00 radələrində saxlanıldığını bildirdiyi halda, rəsmi sənədlərdə onun guya saat 19:00da saxlanıldığı göstərilmişdir. Bu cür ziddiyyətli məlumatlar saxlanılmanın qanuniliyini və sonrakı prosessual hərəkətlərin etibarlılığını ciddi şəkildə şübhə altına alır, lakin məhkəmə bu ziddiyyətləri aradan qaldırmamış və onlara hüquqi qiymət verməmişdir. Bütün bunlar onu göstərir ki, iş üzrə toplanmış sübutlar mötəbər və kifayət qədər deyildir, onların əldə olunma qaydası şübhəlidir və nəticə etibarilə təqsirləndirilən şəxsin təqsiri qanunvericiliyin tələb etdiyi səviyyədə sübuta yetirilməmişdir. Halbuki cinayət mühakimə icraatının əsas prinsiplərindən biri olan “şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur” prinsipi bu iş üzrə tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, əksinə mövcud şübhələr təqsirləndirilən şəxsin zərərinə şərh olunmuşdur ki, bu da çıxarılmış hökmün qanuniliyini və ədalətliliyini şübhə altına alır. Hökmdən həm də məhkum edilmiş şəxs apellyasiya şikayəti təqdim edərək özünü təqsirli hesab etmədiyini bildirmiş, barəsində cinayət işinə yenidən baxılıb ədalətli qərar qəbul daha edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya şikayətlərini müdafiə edərək məhkəmədən apellyasiya şikayətlərinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətlərini əsassız hesab edərək narkotik vasitə və psixotrop maddələrin növ müxtəlifliyini, şəxsi istehlak miqdarından dəfələrlə artıq olduğunu, polislər tərəfindən fiziki və ya psixoloji təzyiqə məruz qalması barədə müraciət etmədiyini, bu məsələnin həm də birinci instansiya məhkəməsi tərəfindən araşdırıldığını, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini, həmin maddələri şəxsi istehlak məqsədilə deyil, məhz satış məqsədilə əldə etdiyinin təsdiqini tapdığını bildirərək apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Cinayət- Prosessual Məcəllənin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət-Prosessual Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət mühakimə icraatının vəzifələri cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya şikayəti məhkum edilmiş şəxslərə bəraət verilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası müdafiə tərəfinin verdiyi apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, cinayət işinin materialları ilə ona istinad edilən əməli törətməsi öz təsqidini tapır. Verilmiş apellyasiya şikayətlərinə əsasən onun təqsirinin sübuta yetirilməməsi iddia olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəməsində elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır. Orta təhsilini Bakı şəhərində yerləşən 133 və *** saylı orta məktəblərdə azərbaycan dilində almışdır. 055-229-63-20 və ***-***-**-** saylı mobil nömrələri istifadə edir. Əvvəllər oğurluq cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. “BMW” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə əsasında idarə edir. Əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 2015-ci ildə ailə həyatı qurmuş və həmin nikahdan iki övladı vardır. şahid1 onun bacısı X10 həyat yoldaşıdır. Alım həm də onun yerlisidir və onların arasında əlavə olaraq da qohumluq əlaqələri vardır. Buna görə də Alımı uzun müddətdir ki, tanıyır. Alım ailəsi ilə birlikdə Gürcüstanda yaşasa da, tez-tez Bakıya gəlirlər və burada olduqları zaman valideyninə məxsus evdə qalırlar. Saxlanılmamışdan 2 gün əvvəl Alım yenidən ailəsi ilə birlikdə Bakıya gəlmişdir. Bu dəfə Alım Bakıda bir il yaşamaq üçün müvəqqəti qeydiyyata düşmək fikrində olmuşdur. 2025-ci ilin yanvar ayında ona “İnstagram” sosial şəbəkəsində xatırlamadığı profildən mesaj göndərilmişdir. Həmin şəxs özünü İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxs kimi təqdim edib onunla ünsiyyət qurmuşdur. Baba ilə bir neçə gün danışdıqdan sonra Baba ona azərbaycanlıların yaxşı insan olmasını və münasibət qurmaq istədiyini demişdir. Növbəti günlər həmin şəxs ona yenidən yazıb ümumi hal-əhval tutmuşdur. Bir neçə gün danışdıqdan sonra Baba ondan “whatsapp” nömrəsini istəyib əlaqə qurmuşdur. Onlar “whatsapp” tətbiqində danışan zaman özünü Baba adı ilə təqdim edən şəxs ona etibarlı adam olduğunu və onunla bir iş görmək istədiyini demişdir. Baba ona içərisində narkotik vasitələr olan bağlamaları Füzuli rayonu ərazisinə qoyacağını və həmin bağlamaları götürüb Bakı şəhərində özünün sonradan deyəcəyi ünvanlara çatdıracağı halda ona 5000 manat pul verəcəyini bildirmişdir. O da əvvəlcə Babanın təklifi ilə razılaşmamışdır. Lakin sonra borcu olduğu üçün təklifini qəbul edib qeyd olunan narkotik vasitələri götürə biləcəyini demişdir. ## ###### 2025-ci il tarixdə İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxs onunla əlaqə saxlayıb narkotik vasitə olan torbanı Füzuli rayonu ərazisinə yerləşdirəcəyini bildirib onun Füzuli rayonuna getməli olduğunu demişdir. O da həmin gün Alım ilə görüşüb Füzuli rayonunda satışda bir avtomobilin olmasını, həmin avtomobilə gedib baxmaq istədiyini, lakin uzun yolu tək getmək istəmədiyini, onunla birlikdə gedə biləcəyini soruşmuşdur. Alım də evdə tək oturub darıxacağını və onunla gedə biləcəyini demişdir. O, Füzuli rayonuna öz idarə etdiyi avtomobil ilə deyil, “Rent a Car” dan icarəyə avtomobil götürüb getmək qərarına gəlmişdir. Belə ki, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən yerdən “Range Rover” markalı avtomobili bir günlük 150 manat ödəməklə icarəyə götürmüşdür. Alımla əlaqə saxlayıb Q.Qarayev metrostansıyasının yaxınlığında olacağını və oraya gəlməsini qeyd olunan ərazidən götürəcəyini demişdir. Belə ki, o, şahid1 da idarə etdiyi “Range Rover” markalı avtomobil ilə götürüb günorta saatlarında ilə Füzuli rayonuna istiqamətində hərəkətə başlamışdır. Alım həmin gün valideynlərinə məxsus ünvanda spirtli içki qəbul etdiyi üçün yatacağını və Füzuli rayonuna çatanda oyatmağını söyləmişdir. Alım bəzən arada durub yola baxıb yenidən yatmağa davam etmişdir. O, Füzuli rayonuna çatdıqdan sonra Alım nə vaxta çatarıq sualını verdikdə artıq 5-10 dəqiqəyə avtomobilin olacağı yerə çatacaqlarını demişdir. Alım həmin vaxt olduqları ərazinin çöllük olmasını görüb ondan qeyd olunan yerdə yaşayış və hərəkət olmadığını bildirib avtomobili kimin satmasını soruşmuşdur. Həmin vaxt o, Alıma reallığı demək məcburiyyətində qalmışdır. Belə ki, Alıma tanışı İran İslam Respublikası vətəndaşı ilə danışıb sonuncunun göndərəcəyi narkotik vasitəni götürməkdən ötrü qeyd olunan əraziyə gəldiyini demişdir. Həmin vaxt Alım ona qəzəbli şəkildə nə üçün maşın almaq adı ilə aldadıb bu qədər yol gətirdiyini, əvvəlcədən məlumat vermədiyini deyib təcili gətirdiyi kimi Bakıya qaytarmağını tələb etmişdir. O isə Alıma heç nədən narahat olmamağını, onun kimisə tanımadığını, bu işdə heç bir rolunun olmadığını, yolda darıxmamağı üçün özü ilə yol-yoldaşı olmaqdan ötrü bu adla gətirdiyini, reallığı deyəcəyi halda onunla gəlməyəcəyini bildiyi üçün bu formada deməyə məcbur olduğunu demişdir. Alım isə həmin vaxt ona avtomobildən düşməyəcəyini və təcili geri qayıtmaqlarını söyləmişdir. O, bundan sonra Alıma özü avtomobildən düşüb 5-10 dəqiqəyə gələcəyini demişdir. Avtomobildən düşüb İran İslam Respublikası vətəndaşı “Baba” adı ilə müraciət etdiyi şəxsin ona göndərdiyi konuma uyğun yerdən içərisində narkotik vasitələr olan torbaları götürüb avtomobilin baqajına yığmışdır. Həmin vaxt Alım avtomobildən düşməmişdir. O, qeyd olunan maddələri avtomobilin baqajına yığıb avtomobilə oturmuşdur və geriyə döndərib üzü Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. Alımın onu çox qınadığını və düzgün iş tutmadığını söylədiyini görüb Alıma həmin narkotik vasitələri Bakı şəhərinə salamat çatdıracağı halda İranlı tərəfindən ona 5000 manat pul veriləcəyini, həmin puldan 2000 manat verəcəyini dedikdə Alım daha da qəzəblənib təklifini rədd edib təcili Bakı şəhərinə çatdırmağını demişdir. Artıq ## ###### 2025ci il tarixdə saat 02-03 radələrində Bakı şəhərinə çatmışdır. Alıma onunla birlikdə gəlməsini söyləsə də, Alım israrla avtomobildən düşəcəyini demişdir. O, Alımı Dərnəgül yolu adlanan ərazidə avtomobildən düşürmüşdür. Özü isə yaşadığı ünvanın yaxınlığında yerləşən “Ruslan 93” adlı marketin arxasına gəlib avtomobili orada saxlamışdır. Sonra yaşadığı ünvana getmişdir. Yaşadığı ünvanda yatıb durduqdan sonra öz idarə etdiyi “BMW” markalı **-JP-*** qeydiyyat nişanlı avtomobillə “Ruslan 93” marketin yanına gedib “Range Rover” markalı avtomobilin baqajını açıb orada olan torbaları və çantaları götürüb “BMW” markalı avtomobilin baqajına yığmışdır. Baqajda yer olmadığından narkotik vasitələrin bir hissəsini avtomobilin salonuna arxa oturacağın üzərinə qoymuşdur. Avtomobilin qapısını bağlayıb həmin “Range Rover” markalı avtomobili avtoyuma məntəqəsinə aparmışdır. Avtomobili avtoyuma məntəqəsindən çıxarıb “Rent a car”a axşam saatlarında təhvil verməli olmuşdur. Avtoyuma məntəqəsində avtomobilin 2-3 saat ərzində yuyulacağı bildirildiyindən o, valideynlərinə baş çəkməkdən ötrü Maştağa qəsəbəsi istiqamətində hərəkət etmişdir. ## ###### 2025-ci il tarixdə saat 18:55-də Sabunçu rayonu, Zabrat-Maştağa şossesində yerləşən BDYPİ-nin Müayinə Mərkəzinin yaxınlığında olan zaman 4 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını, varsa, təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, üstündə qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmiş, sonra üstü yoxlanılmışdır. Əynindəki şalvarın sağ yan cibindən bir ədəd üzərində 055-229-63-20 mobil nömrəsi olan “iPhone” markalı mobil telefon, bir ədəd üzərində 077-311-82-51 mobil nömrəsi olan “Samsung” markalı mobil telefon və həmin şalvarın sol yan cibindən bir ədəd avtomobil açarı aşkar edilmişdir. Üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Verilən suallara cavab olaraq, idarə etdiyi avtomobildə narkotik vasitələrin olmasını söyləmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd mobil telefon götürülmüş, avtomobil açarı isə özünə geri qaytarılmışdır. Daha sonra Alım polis əməkdaşları tərəfindən saxlanılmış, onların hər ikisinin iştirakı ilə narkotik vasitələri saxladığı avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. O, avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Onlar Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 4 ünvanının yaxınlığına idarə etdiyi BMW markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmişlər, sonra idarə etdiyi “BMW” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməyi təklif edilmişdir. Bu təklifdən sonra avtomobilin baqaj və arxa oturacağının üzərindən sellefon torbalarda və çantalarda olan ümumilikdə 58 ədəd bağlamada qurudulmuş marixuananı, 1 ədəd bağlamada metamfetamini və 2 ədəd bağlamada tiryəki təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlə qablaşdırılmış, imzalanmış, möhürlənmiş və götürülmüşdür. Bundan sonra, avtomobilin digər hissələrinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir predmetə rast gəlinməmişdir. Verilən suallara cavab olaraq avtomobildən aşkar olumuş kütləni İran İslam Respublikası vətəndaşının vasitəsi ilə bir gün əvvəl Füzuli rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun qarşılığında həmin şəxsin 5000 manat pul vercəyini bildirmişdir. Daha sonra onları polis əməkdaşları BNMİ-yə aparmışlar. Orada aşkarlanan kütlələrə yenidən baxış keçirilmişdir. Sonra tərcüməçi və müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulma barədə protokol tərtib olunmuş, onlara hüquq və vəzifələri izah olunmuşdur. Onu saxlayan zaman eləcə də üzərinə baxış keçirilən zaman ona qarşı polis əməkdaşları tərəfindən heç bir bir fiziki və ya psixi təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs əlavə dindirmə zamanı ifadəsində göstərmişdir ki, polis əməkdaşları onun tək olmadığını, yeznəsi Alım Xəlilovun da onun yanında olmasını və narkotik vasitələri birlikdə Füzuli rayonundan əldə etdiklərini dedikdə o, cavab olaraq narkotik vasitələri tək əldə etdiyini, Alımla aralarında hər hansı bir razılaşmanın olmadığını, Alıma həmin əraziyə satışda olan avtomobilə baxmaq üçün getdiyini söylədiyini demişdir. Polis əməkdaşları isə ona Alımı azad edəcəklərini, məlumatın bu formada daxil olduğuna görə birlikdə olduqlarını əsas gətirməklə çəkiliş zamanı narkotik vasitələri birlikdə əldə etməyini söyləməli olduğunu demişlər. Polis əməkdaşları çəkilişdən sonra Alımı azad edəcəklərini vəd vermişlər. Həmçinin dedikləri ilə razı olmayacaqları halda valideynlərinə məxsus Alımın müvəqqəti qaldığı evdə çəkiliş edəcəklərini bildirmişlər. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə Zabrat şossesi ərazisində onu Dövlət Yol Polisi saxlamış, onu dayanacağa gətirmişlər, dayanacağa gətirdikdən sonra 5-6 nəfər ona yaxınlaşmışlar, sonra maşına baxış keçirmişlər, heç bir şey aşkar olunmamışdır. Sonra atasıyla anasının yaşadığı evə baxış keçirmişlər, o da həmin evdə yaşayır. Həmin evdə ona fiziki təzyiq göstərmişlər, sonra bacısıgilin evinə gətirmişlər, orda da heç bir şey aşkar etməmişlər, ən sonunda Qara Qarayev prospektində avtomobilindən narkotik vasitələri çıxartmışlar. O, idarə etdiyi avtomobil ayrı idi, özünə aid olan avtomobilin açarı maşınında idi. Maşından həmin açarı götürmüşlər, idarə etdiyi avtomobili dayanacaqda saxlamışlar, ondan sonra onun heç bir şeydən xəbəri olmamışdır. Onun ilə polis əməkdaşları prinsip aparırdılar. Prinsip də ondan ibarətdir ki, tutulmazdan bir ay əvvəl onu bir dəfə də tutmuşlar, onu döyərək xəstəxanaya aparmışlar, o da xəstəxanadan qaçmışdır və ondan sonra onunla prinsip aparmışlar. Sonuncu dəfə onu ailəsiylə hədələmişlər, ona demişdirlər ki, ailəsini aparacaqlar bölməyə, atasını tutacaqlar. O da razılaşaraq bunların dediklərinə qol çəkmiş, o, bu ifadəni vermək üçün ailəsini ölkədən çıxarmışdır. Maşından aşkar olunan narkotik vasitə ona aid deyildir. Müdafiəçisinin dedikləri ilə razıdır, məhkəmənin ədalətinə inanır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Suallara cavab olaraq bildirmişdir ki, avtomobil icarəsi ilə məşğuldur, öz maşınının cərimələri olduğuna görə sürmürdü. Saxlanılan zaman avtomobildə tək özü olmuşdur. Saxlanılan gün “KİA” markalı avtomobil almaq üçün Füzuliyə getmiş, razılaşmadıqlarına görə almamışdır. Gedib maşına baxacaqdılar, bəyəndiyi halda alacaqdı. Yeznəsi Alımla getmiş, sonuncu Gürcüstanda yaşayır. Alımla heç kim heç nə razılaşmamışdır. İstintaqda verdiyi ifadələr təzyiqlərlə bağlı idi. Təzyiqlə bağlı heç yerə müraciət etməmişdir. O bugünkü gün səmimi ifadə verir. İranlı ilə heç birisinin əlaqəsi olmamışdır. Onu gündüz 14:15-də saxlamışlar. Onu saxladıqdan sonra valideyinləriylə birgə yaşadığı evə aparmışlar, sonra yeznəsinin evinə aparmışlar. Onu 6-7 nəfər saxlamışdır. O, “Range Rover” markalı avtomobili idarə edirdi. Həmin maşının əvvəli və orta seriyası yadında qalmayıb, axırı “010” idi. O biri avtomobilin açarı maşında idi. Maşından hər bir şeyi, telefonlarını və avtomobilin açarlarını da götürmüşlər. X3 yerləşən evə təxminən saat 16:30-da aparmışlar. Bunlar onu ailəsi olduğu evə aparmışlar. Onun evi Maştağadadır, ailəsini qayınatasıgilə Qara Qarayevdəki evə qoymuşdur. Onu birinci öz yaşadığı evə Savalana aparmışlar. Sonra yeznəsi Alımın evinə aparmışlar. Füzuliyə yeznəsi Alımla getmiş, Füzulidən gecə saat 2-də qayıtmışlar. Füzulidən qayıdandan sonra Qara Qarayevdəki evə gəlmişlər. Alım taksi ilə Maştağaya getmişdir. “BMW” markalı avtomobil məhlədə idi. Füzuliyə “Range Rover” markalı avtomobillə getmişdir. Onu Zabrat dairəsinə çatmamış yanacaq doldurma məntəqəsində Yol Polisi saxlamışdır. Maşında əlavə avadanlıq axtarırdılar. Onu cərimə meydançasına aparmışlar. Orada maşından düşmüş, yeznəsinə yığmış, ona demişdir ki, onu polis saxlamışdır. Həmin an ona yaxınlaşmışlar. Ona 5 nəfər yaxınlaşmışdır. Ona demişlər ki, onlarda olan məlumata görə onda narkotik vasitə var. Həmin vaxt çəkiliş yox idi. Sonra “BMW” markalı maşınını soruşanda məhlədə olduğunu bildirmişdir. Sonra onu Savalandakı evə gətirmişlər. Həmin evin yerini özü demişdir. Yaşadığı evi soruşmuşlar, o da demişdir. Orada evə baxış keçirmişlər, yeznəsini də tutmuşlar. Ona demişlər ki, onlar dünən Füzuli tərəfdən gəliblər. Sonra atasını anasını içəri salmışlar, həyətdə təzyiq göstərmişlər. Onun baş nahiyəsindən taxta ilə vurmuşlar. Xəsarət izi qalmamışdır. Sonra onları Qarayevdəki evə gətirmişlər. Evə qalxmamışlar, maşını həyətdə görmüşlər. Həmin an “BMW”yə baxış keçirməmişlər. Maşınları idarəyə kimin gətirməsini görməmişdir. Sonra idarəyə onları gətirmişlər. İdarədə üzərinə baxış keçirmişlər. Vəkil sonradan gəlmişdir. “BMW”yə Qara Qarayevdə həyətdə baxış keçirmişlər. “BMW”dən qeyd olunan narkotik vasitələr aşkar olunmuşdur. “BMW”nin açarı o, tutulan vaxtdan onlarda idi. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki, psixoloji təsir və təzyiqlər olunmuşdur. O, müdafiəçisinin dedikləri ilə razıdır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində şahid şahid2 ifadəsində göstərmişdir ki, ## ###### 2025ci il tarixdə saat 19 radələrində Zabrat Maştağa yolunda yerləşən Baş Dövlət Yol Polis İdarəsinin yaxınlığında Əfqan adlı şəxsə yaxınlaşmışlar, özlərini təqdim etmişlər, üzərinə videoçəkilişlə axtarış keçirilmiş, üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Şəxs narkotik vasitənin idarə etdiyi “BMW” markalı avtomobildə olduğunu bildirmiş, daha sonra çəkilişi dayandırmış, yeznəsi Alım adlı şəxsi yaşadığı evin yaxınlığında saxlamış, daha sonra videoçəkilişlə üzərinə baxış keçirmişlər. Həmin şəxsin də üzərində heç nə aşkar olunmamışdır. Daha sonra Nizami rayonu, Tofiq Abbasov küçəsinə getmişlər, orada “BMW” markalı avtomobilin həm arxa oturacağından, həm də yük yerindən külli miqdarda narkotik vasitə aşkar olunmuşdur. Şəxs bildirdi ki, bir gün əvvəl Alımla bir yerdə Füzuli rayonuna getmişlər, İran vətəndaşı demişdir ki, “əvvəlcə qoyulmuş konumda narkotik vasitə var, onu yerləşdirəcəksən, onun müqabilində də 5000 manat pul alacaqsız" suallara cavab olaraq bildirmişdir ki, Əfqan və Alımın barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Birinci Əfqanı, sonra Alım adlı şəxsi saxlamışlar. Üzərlərindən heç nə aşkar olunmamışdır. “Range Rover” markalı avtomobilə baxış keçirməmişlər. “BMW” markalı avtomobilə baxış keçirmişlər, narkotik vasitə həmin avtomobildən aşkar olunmuşdur. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əfqanı necə müəyyən etməkləri əməliyyat sirridir. Həmin vaxt üzərində mobil telefon olmamışdır. Çəkiliş “ıPhone” markalı telefonla aparılmışdır. Həmin telefonun kimə məxsus olduğu yadında deyil. Əməliyyat məlumatı narkotik vasitənin satışı ilə bağlı idi. Onların məlumatı narkotik vasitənin “BMW” markalı avtomobildə olması idi. Şəxsin evinə də baxış keçirməmişlər, şəxs özü bildirmişdir ki, narkotik vasitə “BMW” markalı avtomobildədir. Şəxsin üzərinə saat 9 radələrində baxış keçirmişlər. Şəxsə qarşı hər hansı təzyiq olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şəxsə qarşı hər hansı fiziki təzyiq olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 18 radələrində Zabrat qəsəbəsi ərazisində onlar tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra şəxsin üzərinə baxış keçirilmiş və üzərində qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir, daha sonra Sabunçu rayonu, Savalan qəsəbəsində şəxsin qohumu olan Alım adlı şəxs onlar tərəfindən saxlanılmış, həmin şəxsin də üzərinə baxış keçirilmiş, onun da üzərində hər hansı qanunla qadağan edilmiş əşyaya və maddəyə rast gəlinməmişdir. Daha sonra “BMW” markalı 042 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, nəqliyyat vasitəsinin arxa hissəsindən və yük hissəsindən 58 bükümdə marixuanaya bənzər kütlələr və iki bükümdə metamfetaminə və bir bükümdə tiryəkə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələri Füzuli rayonundan İran İslam Respublikasının vətəndaşından əldə etdiklərini bildirmişlər. Suallara cavab olaraq bildirmişdir ki, qrupun rəhbəri şahid2 olmuş, əməliyyat məlumatı da ona daxil olmuşdur. Əməliyyatda 4 nəfər iştirak etmişlər. Şəxsə yaxınlaşarkən o piyada idi. Narkotik vasitənin Nizami rayonunda olan avtomobildə olduğunu müəyyən eləmiş və tədbirin davamı olaraq Nizami rayonuna getmiş, avtomobilə baxış keçirmiş və narkotik vasitəni aşkar etmişlər. Zabrat dairəsindən dönən zaman Maştağaya gedən istiqamətdə Maliyyə Mərkəzi deyilən yer var, həmin yerdə Təqsirləndirilən şəxs piyada vəziyyətdə hərəkətdə olarkən yaxınlaşmışlar. Əməliyyat məlumatı şahid2 daxil olmuş, məlumat külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı idi. Şəxsi təxmini saat 18, 18:20 radələrində saxlamış, üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Üzərindən 2 ədəd telefonun aşkar edildiyi yadındadı. Əməliyyatın davamı olaraq Savalan qəsəbəsində Alımı saxlamış, şəxsin üzərinə saxlanıldığı yerdə də baxış keçirilmişdir. Tədbir zamanı telefonu üzərində olmamışdır. Şəxs saxlanılarkən ona hüquqları izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun ailə üzvlərinin yanına aparılması, ona hədə qorxu gəlməsi və narkotik vasitənin ona aid olmaması barədə təqsirləndirilən şəxsin dedikdəri yalandır. Şəxsin “Range Rover” markalı avtomobil idarə etməsi barədə heç nə xatırlamır. Şəxsin “Range Rover” markalı avtomobil idarə etməsinin yalan olmasını bildirmir, ola bilsin şəxs saxlanılmazdan əvvəl həmin əraziyə, deyilən avtomobillə gəlmiş, amma onlar şəxsi saxlayarkən həmin avtomobili görməmişlər. Şəxs piyada olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 18:20 radələrinə Zabrat qəsəbəsi ərazisində Maliyə Mərkəzinin yaxınlığında onlar tərəfindən saxlanılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs qaynı Sabunçu ərazisində saxlanılmışdır. Şəxslər saxlanılarkən üzərlərin baxış keçirilmiş və üzərlərində qanunla qalağan edilmiş əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Onlarda həmin şəxslərin “BMW” markalı avtomobillə Bakı şəhəri ərazisində narkotik vasitənin dövriyyəsi ilə məşğul olmaları ilə bağlı məlumat da var idi. Saxlanılan şəxslər qeyd olunan məlumatı doğrulayaraq, avtomobilə Qara Qarayev ərazisində baxış keçirmiş, avtomobildə 60-70 kq yaxın narkotik vasitə aşkar olunmuşdur. Bükümləri xatırlamır, aşkar olunmuş narkotik vasitələrin içində “patı”, marixuana və tiryək də var idi. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 18:00-18:20 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs piyada olarkən saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxladıqdan sonra, Sabunçuda Alım adlı şəxsi saxlamışlar, sonra avtomobilin Qara Qarayev ərazisində olduğunu bildirmişlər. Sonra gedib maşına baxış keçirmişlər. Əməliyyat zamanı telefonu üzərində idi. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun ailə üzvlərinin yanına aparılması, ona hədə-qorxu gəlməsi və narkotik vasitənin ona aid olmaması barədə təqsirləndirilən şəxsin dedikləri özünü müdafiə xarakterli ifadəsidir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs şahid1 ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəməsində elan edilərək tədqiq olunmuş ifadələrində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ona Füzuli rayonunda avtomobil satıldığını və həmin avtomobilə baxmaq üçün Füzuli rayonuna getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs ona qeyd olunan yerə birlikdə gedə biləcəyini soruşmuşdur. Həmin gün Savalanda qaynatasıgildə spirtli içki qəbul etmişdir. O, evdə tək oturub darıxacağını düşünmüş və Əfqana birlikdə gedəcəyini demişdir. Bundan sonra, Əfqanla görüşmək üçün “Qara Qarayev” metrostansiyasının yaxınlığına gəlmişdir. Təqsirləndirilən şəxs icarəyə götürdüyü “Range Rover” markalı avtomobil ilə onu həmin gün günorta saatlarında qeyd olunan yerdən götürmüşdür. Bakı şəhərindən çıxıb Füzuli rayonu istiqamətində hərəkət etmişlər. O, içkili olduğu üçün yolda yuxulamışdır, arada oyanıb yola baxmış, hava qaralanda Əfqanın avtomobili aşağı sürətlə sürməsini görmüşdür. Təqsirləndirilən şəxs nə vaxta çatacaqlarını soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona artıq Füzuli rayonunda olduqlarını demişdir və 5-10 dəqiqəyə çatacaqlarını demişdir. Həmin vaxt Əfqanın mobil telefonuna zəng gəlmiş və Təqsirləndirilən şəxs yolun sağ-sol tərəfinə baxıb hərəkətini daha aşağı sürətlə davam etdirmişdir. Danışığı bitirən kimi həmin ərazi çöllük olduğundan o, burada ümumiyyətlə yaşayışın olmadığını, avtomobilin orada necə olmasını soruşmuşdur. Bu sualından sonra Təqsirləndirilən şəxs qeyd olunan əraziyə mal götürmək üçün gəldiyini demişdir. O, nə mal olmasını soruşmuş və Təqsirləndirilən şəxs tanışı İranlı ilə danışıb razılığa gəldiyini sonuncunun qeyd olunan əraziyə narkotik vasitələr yerləşdirdiyini, onları götürüb Bakı şəhərinə aparmalı olduğunu demişdir. O, bunu bilib Təqsirləndirilən şəxs üstünə qışqırmış və nə üçün bu barədə ona öncədən demədiyini avtomobil adı ilə aldadıb həmin əraziyə apardığını demişdir. Təqsirləndirilən şəxs isə onluq bir iş olmadığını, onun kimisə tanımadığını və nəyəsə əl vurmayacağını deyib bu işin onla əlaqəsinin olmayacağmı demişdir. Bundan sonra, avtomobili yol kənarında saxlamışdır. O, Təqsirləndirilən şəxs avtomobildən düşməyəcəyini təcili onu gətirdiyi kimi geriyə Bakıya qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs avtomobildən düşüb yenidən telefonla danışmağa başlamış, o isə avtomobildən düşməyib yenidən yatmağa davam etmişdir. Təqsirləndirilən şəxs avtomobilin baqajını bir dəfə açma səsini eşitsə də, konkret olaraq baqaja nə qoymasını görməmişdir. Bundan sonra yenidən avtomobilə oturub geriyə Bakı şəhəri istiqamətində hərəkət etmişlər. O, avtomobildə Təqsirləndirilən şəxs üzərinə bərk qışqırıb onu niyə bu işlərə qatdığını soruşduqda Təqsirləndirilən şəxs gördüyü işə görə İranlıdan 5000 manat pul alıb 2000 manatını ona verəcəyini təklif etsə də, o, daha da qəzəblənib təklifini rədd edib təcili onu Bakıya çatdırmasını, Bakı şəhərinə çatan kimi avtomobildən düşəcəyini və götürdüyü qanunsuz əşyanı da evə aparacağı halda valideynlərinə məlumat verəcəyini demişdir. ## ###### 2025-ci il tarixdə, saat 02-03 radələrində Bakı şəhərinə çatdıqlarını görüb onu düşürməsini tələb etmişdir. Təqsirləndirilən şəxs onu Dərnəgül yolu adlanan ərazidə yol kənarında düşürmüşdür. O, avtomobildən düşdükdən sonra yoldan keçən taksilərdən birinə əyləşib yaşadığı ünvana getmiş və gecələyib yuxudan ayıldıqdan sonra da Təqsirləndirilən şəxslə əlaqə saxlamamışdır. ## ###### 2025-ci il tarixdə saat 19:25-də ünvan 4 ünvanının yaxınlığında olan zaman bir neçə mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O, polis əməkdaşlarına özünü təqdim etdikdə ondan narkotik vasitələrin harada olmasını soruşmuşlar. O isə polis əməkdaşlarına heç bir narkotik vasitə ilə əlaqəsi olmadığını, həyatı boyu narkotik vasitə qəbul etmədiyini, spirtli içki qəbul etdiyini demişdir. Polis əməkdaşları ondan öncə Əfqanı saxladıqlarını və gecə Füzuli rayonundan narkotik vasitələr götürülməsindən məlumatlı olduqlarını demişlər. Həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs tərəfindən “Range Rover” markalı avtomobildən öz idarə etdiyi “BMW” markalı avtomobilə daşındığını demişlər. O, ümumiyyətlə bu barədə məlumatının olmadığını, Füzuli rayonuna da aldanılaraq getdiyini, Təqsirləndirilən şəxs əməlini bildikdə dalaşdığını, onu təcili Bakıya qaytarmağını söylədiyini polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları ona dedikləri formada çəkiliş zamanı ifadə verəcəyi halda onunla işlərinin olmayacağını, əks təqdirdə yaşadığı ünvandan da narkotik vasitə aşkar edəcəklərini demişlər. O, deyilənlərdən ehtiyat edib çəkiliş zamanı psixi təzyiq altında polis əməkdaşlarının bildirdikləri formada qeyd olunan maddələri Qara Qarayevdə Təqsirləndirilən şəxs sürdüyü avtomobildə saxladıqlarını demişdir. Reallıqda isə o, həmin gün Təqsirləndirilən şəxs ayrılanda götürdüyü əşyaları rədd etməsini demiş və ayrılandan sonra da qəzəbli olduğu üçün əlaqə saxlamamışdır. Yəni qeyd olunan maddələri haraya daşımasını ona polis əməkdaşları bildirmişlər. Həmin çəkilişdə də görünür ki, o, təzyiq altında qeyd olunan sözləri deyir. Həmçinin avtomobilə baxış keçirilməzdən əvvəl də polis əməkdaşları Təqsirləndirilən şəxs nə deyirsə onları təsdiq etməyini, yəni narkotik vasitələri birlikdə əldə etdiklərini, həmçinin İranlını internetdən tanıdığını söyləməyi tapşırmışlar. Təqsirləndirilən şəxs ilə onun birlikdə çəkilişlərində isə Təqsirləndirilən şəxs özü danışıb narkotik vasitəni özü götürdüyünü və İranlı ilə özünün əlaqəsinin olmasını söyləmişdir. Çəkilişi aparan şəxslər isə Təqsirləndirilən şəxs verilən sualları təkrar ona yönləndirəndə o, başı ilə işarə verməklə dediklərini təsdiq etmişdir. Qeyd olunan narkotik vasitələrdən məlumatı yalnız Təqsirləndirilən şəxs ona Füzuli rayonunda olan zaman artıq özü avtomobildən düşüb götürdükdə məlumat vermişdir. O da Təqsirləndirilən şəxslə bundan sonra dalaşıb nə üçün belə bir problem yaratdığını demişdir. Əfqandan təcili onu Bakıya çatdırmasını tələb etmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs və şahid1n qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu və Nizami rayonları ərazisində dövriyyəsi ilə məşğul olmaları, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-JP- *** dövlət qeydiyyat nişanlı avtomobilində gizlətmələri bildirilmişdir. İş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və şahid1n qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu və Nizami rayonları ərazisində dövriyyəsi ilə məşğul olmaları, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlətmələri barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncuların müəyyən edilib ifşa edilmələri istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair tərtib olunmuş ## ###### 2025-ci il tarixli protokol, DVD diskə baxış keçirilməsi haqqında tərtib olunmuş ## #### 2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd üzərində *** ***-**-** simkart nömrəsi olan İphone markalı mobil telefon, 01 (bir) ədəd üzərində 077-311-82-51 simkart nömrəsi olan Samsung markalı mobil telefon və həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd avtomobil açarı aşkar edilmişdir. Sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon götürülmüş, avtomobil açarı isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərində narkotik vasitə olmasa da, idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və avtomobilə baxış keçirilməsinə dair tərtib olunmuş ## ###### 2025-ci il tarixli protokol, DVD diskə baxış keçirilməsi haqqında tərtib olunmuş ## #### 2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs və şahid1na Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 4 ünvanının yaxınlığında BMW markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri vermələri təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs və şahid1 BMW markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük və arxa oturacaq hissəsindən 58 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri, bir ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər kütləni və iki ədəd bağlamada narkotik vasitə olan tiryəkə bənzər kütlələri təqdim etmişlər. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 67 kq 460 qram metamfetaminə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 5 kq 255 qram, tiryəkə bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 2 kq 70 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılıb imzalanmış, möhürlənmiş və götürülmüşdür. Bundan sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, avtomobilə baxış zamanı avtomobildən iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs və şahid1 verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütləni İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə bir gün əvvəl Füzuli rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini, bunun qarşılığında həmin şəxsin onlara 5000 manat pul verəcəyini bildirmişlər. İş materiallarında olan təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında tərtib olunmuş ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 02 ədəd mobil telefon və 01 ədəd xarici pasport götürülmüşdür. 06 ədəd sellofan torbaya, 02 ədəd çantaya və 03 ədəd DVD-yə baxış keçirilmiş, həmin 06 ədəd sellofan torbadan və 02 ədəd çantadan 58 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, 02 ədəd bağlamada tiryəkə bənzər kütlələr və 01 ədəd bağlamada metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra videoçəkilişə baxış keçirilmiş, görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs və şahid1n narkotik maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs və şahid1 verilən suallara cavab olaraq avtomobildən aşkar olumuş kütləni İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə 01 gün əvvəl Füzuli rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini, bunun qarşılığında həmin şəxsin onlara 5000 manat pul verəcəyini bildirmişlər. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının ## ###### 2025-ci il tarixli */*** saylı rəyində aşağıdakılar göstərilmişdir. Tədqiqata təqdim edilmiş dörd ədəd qara rəngli polietilen bağlamalarda və iki ədəd çantalarda ümumi sayı 58 (əlli səkkiz) ədəd sellefon bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1035 qram, 1050 qram, 1050 qram, 1050 qram, 1045 qram, 1050 qram, 1045 qram, 1050 qram, 1040 qram, 1050 qram, 1080 qram, 1050 qram, 1050 qram, 1055 qram, 740 qram, 1050 qram, 1045 qram, 1055 qram, 1050 qram, 1050 qram, 1050 qram, 1050 qram, 350 qram, 1050 qram, 1045 qram, 1050 qram, 1055 qram, 1040 qram, 1050 qram, 1055 qram, 1050 qram, 1075 qram, 1055 qram, 1045 qram, 1050 qram, 1045 qram, 1055 qram, 1040 qram, 1045 qram, 1045 qram, 1045 qram, 1045 qram, 1045 qram, 1045 qram, 1040 qram, 1050 qram, 1045 qram, 1050 qram, 1040 qram, 1045 qram, 1060 qram, 1045 qram, 1050 qram,1050 qram, 1045 qram,1040 qram, 1055 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 59835,0 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının ## ###### 2025-ci il tarixli */*** saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №*” dairəvi möhür əksi olan 02 (iki) ədəd bağlamadakı, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 995 qram, ümumi təmiz çəkisi 1995 qram (1kq 995qr) tünd qəhvəyi rəngli qətranabənzər maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 990 qram, 1000 qram, 990 qram, 980 qram, 1000 qram ümumi təmiz çəkisi 4960 qram (4kq 960 qr) ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, şahid1 ifadəsində qeyd olunanları təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ### 2025-ci il tarixli **** nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ## #### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə xüsusilə külli miqdarda – 59835 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda – 1995 qram çəkidə narkotik vasitə olan tiryək və xüsusilə külli miqdarda – 4960 qram çəkidə psixotrop maddə olan metamfetaminin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.4-1-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş ## ###### 2025-ci il tarixli məktubdan və ****/**** saylı məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı sağ nahiyyəsində köhnə çapıq toxuma aşkar olunmuşdur. İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Baş İdarənin MSY-nə qəbul edilərkən bədəni üzərində xəsarətlərin olmadığını bildirmiş və xarici müayinə zamanı xəsarət izlərinin aşkar olunmadığı müəyyən edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs yaxalanarkən və ya sonrakı müddətdə ona polis əməkdaşları tərəfindən hər hansı psixi-fiziki təzyiq göstərilməsini və yaxud xəsarət yetirildiyini bildirməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli *(***)-***/**** saylı hökmündən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli *(***)-***/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs ## #### 2015-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## #### 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin ## ### 2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Xətai Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ## #### 2022-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli amnistiya qərarının 5-ci hissəsinə əsasən cəzası 01 il azaldılıb və cəza müddəti sona çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Nizami Rayon Məhkəməsinin hökmü ilə ## #### 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.5, 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, “Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən, həmçinin təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində dəfələrlə bildirmişdir ki, 2025-ci ilin yanvar ayında ona “İnstagram” sosial şəbəkəsində xatırlamadığı profildən mesaj göndərilmiş, həmin şəxs özünü İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxs kimi təqdim edib onunla ünsiyyət qurmuş, bir neçə gün danışdıqdan sonra Baba ondan “WhatsApp” nömrəni istəyib əlaqə qurmuş, onlar “WhatsApp” tətbiqində danışan zaman özünü Baba adı ilə təqdim edən şəxs ona içərisində narkotik vasitələr olan bağlamaları Füzuli rayonu ərazisinə qoyacağını və həmin bağlamaları götürüb Bakı şəhərində özünün sonradan deyəcəyi ünvanlara çatdıracağı halda ona 5000 manat pul verəcəyini bildirmişdir. O da borcu olduğu üçün təklifini qəbul edib qeyd olunan narkotik vasitələri götürə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, saat gündüz 14:15-də saxlanılması, ona fiziki təzyiq göstərildiyini, onu ailəsiylə hədələdiklərini, onun ailəsini bölməyə aparacaqlarını, atasını tutacaqlarını demişlər o da razılaşaraq bunların dediklərinə qol çəkdiyini, Füzuli rayonuna avtomobil almağa getdiyini, İranlı ilə əlaqəsi olmadığını, narkotik vasitə götürmədiyini, maşından aşkar olunan narkotik vasitənin ona aid olmaması və s. bildirərək özünü təqsirli bilməmişdir”. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, “təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslərə bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş ## ###### 2025-ci il tarixli məktubdan və ****/**** saylı məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı sağ nahiyyəsində köhnə çapıq toxuma aşkar olunmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Baş İdarənin MSY-nə qəbul edilərkən bədəni üzərində xəsarətlərin olmadığını bildirmiş və xarici müayinə zamanı xəsarət izlərinin aşkar olunmadığı müəyyən edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs yaxalanarkən və ya sonrakı müddətdə ona polis əməkdaşları tərəfindən hər hansı psixifiziki təzyiq göstərilməsini və yaxud xəsarət yetirildiyini bildirməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir”. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən qurudulmuş marixuana narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 50000 qram, tiryək narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 50 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 5000 qram, metamfetamin psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin miqdarı xüsusilə külli miqdar həddindən, narkotik vasitə tiryəkin miqdarı isə külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. Göründüyü kimi, ibtidai istintaq orqanının gəldiyi nəticə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələrlə eynilik təşkil edir. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxslərə qanunsuz təsir göstərilməsi ilə bağlı müdafiə tərəfinin bildirdiklərini məhkəmə kollegiyası müdafiə xarakterli dəlil kimi qiymətləndirərək bu dəlillərin əsassız olması qənaətinə gəlir. Beləliklə, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək, həmçinin ona məxsus olmayan, başqa sözlə, aşkarlanmış maddələrin ona aidiyyəti olmadığı halda həmin maddələrin ona məxsus olması ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir. Odur ki, ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Apellyasiya instansiya məhkəməsi həm də qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri məhz satış məqsədilə əldə edib daşıması qənaətinə gələrkən aşkar edilmiş həmin maddələrin xüsusilə külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmasını, həmin maddələrin müxtəlif növlərdə, ayrı-ayrı bağlamalarda qablaşdırılmasını, həmçinin təqsirləndirilən şəxsin etirafedici ifadələr vermələri kimi işin faktiki hallarını nəzərə almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu cinayətə aidiyyəti və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası qərarında əsas götürdüyü motivlərləri rəhbər tutmaqla yanakı sübutlarla əsaslandırılmış apellyasiya şikayətlərindəki digər dəlillərə münasibət bildirməyə lüzum görmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası, həmçinin vurğulayır ki, verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib, daşıyıb, saxlamaqla Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu hissədə qeyd edilməlidir ki, cinayət işinin materialları ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi də öz təsdiqini tapır. İbtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin istinad etdiyi mesaj və telefyon danışıqlarının mətni isə hər hansı dəlillə təkzib edilməsi mümkün olmayan mötəbər sübutlardır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə apellyasiya icraatında bildirdiklərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar müəyyən etmir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (## ##### 1994cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası, həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən qanuni və ədalətli cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə himayəsində 2 nəfər azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmalarının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətlərində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, şikayətlərin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçininin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətlərinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayətlərinin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, apellyasiya şikayətləri və təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində, o cümlədən Cinayət-Prosessual Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-462/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-462/2026
06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver