Məhkəmə qərarları › İş №1(3-6)-463/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-463/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-463/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünə əsasən (hakimlər X9 (sədrlik edən), X3 və X2 ibarət tərkibdə) ## #### 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Ləhic bağları, ** saylı fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulub saxlandğı 6 (altı) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 5 (beş) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və məhkəmə hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda təkrarən əldə edib üzərində saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,855 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə matemfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində ## #### 2025-ci il tarixdə saat 15:35-də ünvan 3 ünvanında yerləşən qəbiristanlığın yaxınlığında saxlanılmış, həmin ünvanda üstünün yoxlanılması zamanı əynində olan şalvarının arxa sağ cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,855 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bundan başqa o, təkrarən, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,625 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə matemfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində ## #### 2025-ci il tarixdə saat 20:42-də ünvan 2 ünvanının yaxınlığında saxlanılmış, həmin ünvanda üstünün yoxlanılması zamanı əynində olan şalvarının arxa sağ cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,625 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müstəntiq ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iş açıldığını bildirdiyi halda başqa şeyə qol çəkdirmişdir. Belə ki, narkotik vasitə istifadəçisidir və bundan əvvəl 3 dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu da olmuşdur. Lakin hazrki iş üzrə təqsirləndirildiyi maddəyə uyğun nə çəkiliş, nə də ifadəsi mövcuddur. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman onun satışı ilə məşğul olmadığını, iş materiallarında təqsirləndirilən şəxsin satış məqsədilə narkotik vasitə əldə etdiyini təsdiq edən hər hansı mötəbər sübutların mövcud olmadığını qeyd edərək məhkəmə kollegiyasında şikayətin təmin edilməsini və təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilib cəza təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə istifadəçisi olmuşdur, satışla heç bir əlaqəsi yoxdur. Kasıb adamdır, pulu olmamışdır. Əməliyyatçılar onu iki dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə saxlamışlar. Birinci dəfə evinin önündə, ikinci dəfə isə qəbiristanlığın yanında saxlamışlar. Əməliyyatçılar ona yaxınlaşan zaman özlərini təqdim etmiş, üzərindəki qanunsuz vasitələri onlara təhvil verməsini istəmişlər. Birinci dəfə əməliyyatçılar onu evinin darvazasından çıxan zaman saxlamışlar. Üzərindən bir büküm “patı” aşkar edilmişdir. Həmin “patı”nı nə üçün üzərində gəzdirdiyini soruşmuşlar. O da şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Bir büküm “patı”nı kənddə tanımadığı şəxsdən 20 manata əlbəəl şəkildə almışdır. İkinci dəfə isə əməliyyatçılar tərəfindən qəbiristanlığın yanında saxlanılmış, saxlanılan zaman yenə üzərindən bir büküm “patı” aşkar edilmişdir. Həmin “patı”nı da 20 manata tanımadığı şəxsdən almışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, o, sadəcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla razılaşır, satış məqsədi olmamışdır. İbtidai istintaq zamanı ona qarşı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2ci Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Cəfərov İslam Sadıq oğlu ifadəsində göstərmişdir ki, şöbədə olarkən onlara Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və daşınmasında şübhəli olduğuna dair əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı raportla rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o və digər əməkdaş şahid1 iştirak etmişdir. Onlara həmin şəxsin Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları tərəflərdə olduğu bildirilmişdir. Həmin ünvana gedərək şəxsə yaxınlaşmış, özlərini təqdim etmişlər. Mikayıldan üzərində qanunsuz vasitə olub-olmadığını soruşduqda sağ arxa cibindən bir büküm “patı” çıxartmışdır. Dediyinə görə, həmin maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Şəxsin üzərindən çıxarılan bir büküm “patı”nın çəkisi yadında deyil. Daha sonra şəxsi şöbəyə dəvət etmişlər. Şöbədə üzərindən aşkar olunmuş maddəni qablaşdıraraq təhqiqatçının iştirakı ilə ekspertizaya göndərilməsi üçün təqdim etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq şahid Cəfərov İslam Sadıq oğlu bildirmişdir ki, şəxsə qarşı tərəfindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz vasitə olub-olmadığını soruşduqda şəxsi istifadəsi üçün əldə etdiyi bir büküm “patı”nı sağ arxa cibindən çıxartmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2ci Polis şöbəsinin sahə rəisi vəzifəsində işləyən şahid1 ifadəsində göstərmişdir ki, 09 iyul tarixində onlara Təqsirləndirilən şəxs adlı şəxsin Xəzər rayonu və Sabunçu rayonu ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları ərazisində digər əməkdaş İslam Cəfərovla birlikdə əməliyyat tədbiri keçirərək şəxsi saxlamışlar. Mikayıldan üzərində hər hansı qanunsuz vasitə olub-olmadığını soruşduqda sonuncu, şalvarının yan cibindən bir büküm “patı” adlanan maddəni çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddəni şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. Daha sonra şəxsi Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə təhvil vermişlər. Məhkəmədə verilən suallara cavab olaraq şahid şahid1 bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şəxsə qarşı tərəfindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Sabunçu RPİnin 14-cü Polis şöbəsinin əməliyyat müvəkkili, R vəzifəsində işləyən şahid3 ifadəsində göstərmişdir ki, onlara Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin daşınması və istifadəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra əməliyyat qrupu yaradılmışdır. Mikayılı ## #### 2025-ci il tarixdə Maştağa qəsəbəsi, Sabir küçəsində şəxsi saxlamışlar, üzərində olan qanunsuz vasitələri təqdim etməsini bildirdikdə, sonuncu, könüllü şəkildə üzərindəki narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Səhv etmirsə, həmin bükümdə metamfetamin olmuşdur. Mikayıl həmin maddəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Mikayılın maddəni neçə manata aldığını dəqiq xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq şahid şahid3 bildirmişdir ki, əməliyyat qrupunda iki nəfər imişlər, bir əməkdaş isə videoçəkilişi həyata keçirmişdir. Mikayılı saxladıqları ərazi Maştağa qəsəbəsi, Sabir küçəsi, qəbiristanlığın yanı olmuşdur. Şəxsi təxminən günorta saatlarında saxlamışlar. Mikayıl saxlanılan zaman tək olmuş, yanında heç kəs olmamışdır. Mikayılı saxlayan zaman ətrafdan başqa şəxslərin olub-olmamasına diqqət yetirməmişdir. Mikayıla qarşı hər hansı fiziki və psixi təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin Cinayətaxtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə ## #### 2025-ci il tarixdə əməliyyat qrupu təşkil olunmuş, əməliyyat qrupunun tərkibinə o və Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, R şahid3 daxil edilmişdir. Tərəflərindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə saat 15:35-də ünvan 3, qəbiristanlığın yaxınlığında piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etmiş, bundan sonra həmin şəxsə vəkil ilə təmin edilmək hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs bu hüququndan imtina etmiş, bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının arxa sağ cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “patı” kimi tanıdığı maddə olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 20 (iyirmi) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması haqqında qərar elan edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, * saylı Vəkil bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Elnur Nəbiyev təqdim olunmuş, bundan sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, qablaşdırılmış zərfə baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı zərfi açmış və içərisindən bükümü çıxararaq bükülünü Təqsirləndirilən şəxs göstərib ondan təqdm etdiyi bükülünün həmin bükülü olubolmadığını, bükümdə dəyişikliyin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə həmin bükülünün özü təqdim etdiyi bükülü olduğunu təsdiq etmiş və bükülüdə heç bir dəyişikliyin olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü soruşduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “patı” kimi tanıdığı maddə olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 20 (iyirmi) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı təqdim edilmiş bükümün içərisindəki kütlənin tərkibinin və kütləsinin müəyyən edilməsi və rəy alınması üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndəriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmiş, qablaşdırılmış zərf möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və bununla da çəkiliş sona çatmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təyziq və təsir olunmamışdır. ##.##.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda "Mikayıl" adlı şəxsin Xəzər rayonu və Sabunçu rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması, özündə və yaşadığı ünvanda saxlaması və satışı ilə məşğul olması barədə bildirilir. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində "Mikayıl" adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun ##.##.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Ləhic bağları, ** saylı fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olması bilinmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaxalanması və ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair ##.##.2025-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs geyindiyi qara rəngli şalvarın sağ arxa cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş 01 ədəd bükümdə "metamfetamin" psixotrop maddəsinə bənzər bərk kristal maddəni təqdim etmişdir. X6 üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan heç bir əşya, predmet aşkar edilməmişdir. Ardınca aşkar olunan narkotik vasitələrə bənzər maddə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində Seyidlər qəbiristanlığının yanında tanımadığı şəxsdən ## #### 2025-ci il tarixdə 20 manat pul müqabilində istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Üstünü yoxlama Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsində yaşadığı evin qarşısında keçirilmişdir. ##.##.2025-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ##.##.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Ləhic bağları, ** saylı fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq Xəzər rayonunda və Sabunçu rayonunda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə, yaşadığı ünvanda saxlayaraq daşımaqda şübhəli olduğundan ## #### 2025-ci il tarixdə, saat 20:42 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlarında yaşadığı evin qarşısında saxlanılaraq yerində üstü yoxlanılan zaman geyindiyi qara rəngli şalvarın sağ arxa cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş 01 ədəd bükümdə "metamfetamin" psixotrop maddəsinə bənzər bərk kristal maddə aşkar edilərək götürülməklə qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə gətirilmişdir. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinə Təqsirləndirilən şəxs Xəzər rayonu və Sabunçu rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələri əldə edib Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu ## #### 2025-ci il tarixdə, saat 20:42 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlarında yaşadığı evin qarşısında saxlanılaraq yerində üstü yoxlanılan zaman geyindiyi qara rəngli şalvarın sağ arxa cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş 01 ədəd bükümdə "metamfetamin" psixotrop maddəsinə bənzər bərk kristal maddə aşkar edilərək götürülməklə qablaşdırılmışdır. Qeyd olunanlar protokolla rəsmiləşdirilməklə tərtib edilmiş raportla aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd ağ kağıza bükülmüş büküm və bir ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən olan zərfdən 01 büküm aşkar olunmuş, sonra aşkar olunan büküm yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra bir ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik maddə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli, */**** №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №***” dairəvi möhür ksi, "Şübhəli şəxs(İmza) Əmirov Mikayil..." yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,625 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. DVD diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxsin üstünün yoxlanılması çəkilmiş videoyazı 01 dəqiqə 12 saniyədən ibarətdir. Videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, ## #### 2025-ci il tarixdə saat 20:42-də 1 nəfər mülki geyimli polis əməkdaşı bir nəfər şəxsə yaxınlaşır və onu saxlayır. Daha sonra Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməkdaşı özünü təqdim edir və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirir. Polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs baxış zamanı əynində olan qara rəngli şalvarının arxa sağ cibindən 01 ədəd kağıza bükülmüş içərisində "patı” kimi adlanan psixotrop maddə metamfetamin olan bükümü çıxarıb təqdim edir. Polis əməkdaşı ondan bükülünün içərisindəki kütlənin nə olduğu soruşduqda, həmin kütlənin "patı" kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirərək həmin maddəni şəxsi istifadə üçün əldə etdiyini bildirir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs onlarla birlikdə Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə getməli olduqlarını bildirir və bununla da çəkiliş başa çatır. Təqdim olunmuş əşyaya baxış və götürmə haqqında protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, videoyazı 05 dəqiqə 14 saniyədən ibarətdir. Videoyazıda Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin təhqiqatçısı, R Fəxrəddin Kazımov, şöbənin əməkdaşları və şübhəli şəxs Təqsirləndirilən şəxs təyin edilmiş müfadiəçi * saylı Vəkil bürosunun vəkili X7 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Daha sonra təhqiqatçıya əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm təqdim edilir. Həmin büküm təhqiqatçı tərəfindən açılır və bükümə baxış keçirilir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşduqda, o, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin psixotrop maddə "patı" kimi tanıdığı metamfetamin olduğunu, həmin maddəni ## #### 2025-ci il tarixdə şəxsi istifadəsi üçün 20 manata Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidlər qəbiristanlığının yaxınlığında tanımadığı şəxsdən aldığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar edilərək götürülmüş, qablaşdırılmış içərisində metamfetamin olan 01 ədəd bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilir, həmin protokol ucadan oxunur, aşkar edilərək götürülmüş içərisində psixotrop maddə metamfetamin olan büküm qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bununla da çəkiliş sona çatır. Maddi sübut kimi tanıma haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə olan təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üstünün yoxlanılması və təqdim olunmuş əşyaya baxış və götürmə haqqında protokollara əlavə edilmiş 02 (iki) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 0,525 qram çəkidə olan qalıq hissəsi saxlanması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 2 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. ##.##.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda ##.##.1977-ci il Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimanov küçəsi ev 37 də qeydiyyatda olan, hazırda Maştağa qəsəbəsi, Nizami küçəsi, YYM, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması bildirilir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaxalanması və ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair ##.##.2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd ağ sellofan bükülmüş kristal şəkilli narkotikə bənzər maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ sellofanın içərisində kristal şəkilli narkotikə bənzər maddə olduğunu, həmin narkotikə bənzər maddəni bir neçə gün əvvəl Maştağa qəsəbəsi ərazisindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd narkotikə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” *** saylı möhürü ilə möhürlənərək imzalandıqdan sonra tərəfimdən götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, küçədə, təbii işıqlandırma şəraitində aparılmışdır. ##.##.2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ##.##.1977-ci il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimanov küçəsi, ev 37 də qeydiyyatda olan, hazırda Maştağa qəsəbəsi, Nizami küçəsi, YYM, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün olduğu yer müəyyən edilmiş, ## #### 2025-ci il tarixdə saat 15:35-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Sabir küçəsində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılmış, həmin ünvanda üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 1 ədəd ağ sellofana bükülmüş spesifik iyiə malik olan kristal formada narkotikə bənzər maddə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü Polis şöbəsin gətirilmişdir. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü Polis şöbəsinin makdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, üzərində narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, ## #### 2025-ci il tarixdə, saat 15:35 dəqiqədə Sabunçu rayonu Maştağa qəsəbəsi Sabir küçəsində yerləşən qəbiristanlığın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 1 ədəd ağ sellofana bükülmüş kristal şəkilli narkotikə bənzər maddə aşkar edilərək qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd zərfdə qablaşdırılmış əşyaya baxış keçirilmişdir. Üzərində imzalar olan 01 ədəd zərfin içərisində 01 ədəd bükümdə spesifik iyə malik olan kristal şəkilli narkotikə oxşar maddə aşkar olunmuş, sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli, */**** №-li məhkəmə rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs Mirarif o. (imza)..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,855 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir. DVD diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxsin üstünün yoxlanılması çəkilmiş videoyazı 04 dəqiqə 21 saniyədən ibarətdir. Videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, 2 nəfər mülki geyimli polis əməkdaşı bir nəfər şəxsə yaxınlaşır və onu saxlayırlar. Daha sonra Sabunçu RPİ-nin 14-cü Polis şöbəsinin əməkdaşları özlərini təqdim edirlər. Sabunçu RPİ-nin 14-cü Polis şöbəsinin əməkdaşı, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını, bu səbəbdən də videoçəkiliş ilə üzərinə baxış keçiriləcəyini bildirir. Polis əməkdaşı Təqsirləndirilən şəxs videoçəkiliş zamanı müdafiəçidən istifadə etmək hüququnun olmasını izah edir. Lakin Təqsirləndirilən şəxs videçəkilişdə müdafiəçinin iştirakından imtina edir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs baxış zamanı əynində olan qara rəngli şalvarının arxa sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində "patı" kimi adlanan psixotrop maddə metamfetamin olan bükümü çıxarıb təqdim edir. Polis əməkdaşı ondan bükülünün içərisindəki kütlənin nə olduğunu soruşduqda, həmin kütlənin "patı" kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirərək həmin maddəni ## #### 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün üzdən tanıdığı, lakin adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsə 20 (iyirmi) manat əlbəəl pul verməklə aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində kütlə olan bükülü polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, iştirakçılar tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Təqdim olunmuş əşyaya baxış və götürmə haqqında protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, videoyazı 04 dəqiqə 58 saniyədən ibarətdir. Videoyazıda Sabunçu RPİ-nin 14-cü Polis şöbəsinin təhqiqatçısı, R Tahir Vəliyev, şöbənin əməkdaşları və şübhəli şəxs Təqsirləndirilən şəxs təyin edilmiş müfadiəçı * saylı Vəkil bürosunun vəkili X4 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Daha sonra təhqiqatçı tərəfindən təqdim edilmiş və qablaşdırılmış zərf açılır və içərisindəki 01 ədəd bükümə baxış keçirilir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşduqda, o səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin psixotrop maddə "patı” kimi tanıdığı metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün üzdən tanıdığı, lakin adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsə 20 (iyirmi) manat əlbəəl pul verməklə aldığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar edilərək götürülmüş, qablaşdırılmış içərisində metamfetamin olan 01 ədəd bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilir, həmin protokol ucadan oxunur, aşkar edilərək götürülmüş içərisində psixotrop maddə metamfetamin olan büküm qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. ##.##.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ## #### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə olan təmiz çəkisi 0,855 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üstünün yoxlanılması və təqdim olunmuş əşyaya baxış və götürmə haqqında protokollara əlavə edilmiş 02 (iki) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 0,805 qram çəkidə olan qalıq hissəsi saxlanması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 2 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, faktla əlaqədar bütün şəxsi heyət təlimatlandırılmaqla onlara tapşırıqlar verilmiş, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan, “xxxx” MMC-dən əldə edilmiş 01 (bir) ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı ## ##### 2025ci il tarixdə saat 18:43 radələrində ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Salam ALLAHIN adidi Mikayl. Dunen sene 4 defe dedim ki, Miayil 0,2 vericek dedun olarda veqin. Sene dedim ki men seni tanyram. 0,1 dalanda vermekunnen bilirdim azdj lap beləde yoxda. 25 manata 0,1 ikidene cet mene itelemek istiyenin dalni daqdaram. Bu kun 0,1 das da olsa keder. Catdrmazsan, men ozum almeki bacariram. Xetir hormet keder aradan” məzmunlu sms mətnin göndərildiyi müəyyən edilmişdir. Maddi sübut kimi tanınma haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, ## ######## 2025-ci il tarixdə “xxxx” MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 01 (bir) ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda təkrarən əldə edib üzərində saxlayıb, daşıması tam sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlilləri qismində onun narkotik vasitə istifadəçisi olmasına baxmayaraq heç bir zaman nakotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığı, eləcə də hazırki iş üzrə onun üzərində aşkar olunmuş psixotrop maddəni satış məqsədilə əldə etmədiyi göstərilməklə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmadığını qeyd etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Təqsirləndirilən şəxs üzərində psixotrop maddənin aşkar olunması iş materiallarında olan mötəbər sübutların məcmusu ilə, o cümlədən videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti, məhkəməyədək icraat zamanı və məhkəmə icraatında onun özünün təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə və digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Bununla belə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X15 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif olunması, yəni onun üzərindən aşkar olunmuş psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə istintaq orqanının mövqeyi və bununla razılaşan birinci instansiya məhkəməsinin gəldiyi nəticələri əsassız hesab edir və işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinməsinə, yəni onun üzərində aşkar olunmuş 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,855 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetami və 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,625 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması barədə nəticəyə gəlinməsinə ## ##### 2025ci il tarixdə saat 18:43 radələrində ***-***-**-** saylı mobil nömrədən təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Salam ALLAHIN adidi Mikayl. Dunen sene 4 defe dedim ki, Miayil 0,2 vericek dedun olarda veqin. Sene dedim ki men seni tanyram. 0,1 dalanda vermekunnen bilirdim azdj lap beləde yoxda. 25 manata 0,1 ikidene cet mene itelemek istiyenin dalni daqdaram. Bu kun 0,1 das da olsa keder. Catdrmazsan, men ozum almeki bacariram. Xetir hormet keder aradan” məzmunlu sms mətnin göndərilmiş olması və ibtidai istintaq orqanının verdiyi əməliyyat tapşırığına Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin verdiyi cavab məktubuna əsasən keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olması səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işinin materiallarında təqsirləndirilən şəxsin ondan aşkar olunmuş psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəlmiş hərəkətlərin mövcudluğunu təsdiqləyən sübutlar mövcud deyildir. Belə ki, Plenum qərarının sözügedən tələbləri baxımından hazırki işin hallarına nəzər saldıqda görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş xeyli miqdarda təmiz çəkisi 0,855 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və xeyli miqdarda təmiz çəkisi 0,625 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin müxtəlif tarixlərdə aşkar olunmaqla onların hər biri 01 ədəd bükümdə olmuş, habelə təqsirləndirilən şəxsin həmin psixotrop maddələrin satışına dair digər istehlakçılarla razılıq əldə etməsi və məhz onun tərəfindən satış üçün narkotik vasitələrin hazırlanması kimi hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs ondan aşkar olunmuş psixotrop maddəni məhz satış məqsədilə əldə etməməsi qənaətinə gələrkən birinci instansiya məhkəməsinin ## ##### 2025-ci il tarixdə saat 18:43 radələrində ***-***-**-** saylı mobil nömrədən təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Salam ALLAHIN adidi Mikayl. Dunen sene 4 defe dedim ki, Miayil 0,2 vericek dedun olarda veqin. Sene dedim ki men seni tanyram. 0,1 dalanda vermekunnen bilirdim azdj lap beləde yoxda. 25 manata 0,1 ikidene cet mene itelemek istiyenin dalni daqdaram. Bu kun 0,1 das da olsa keder. Catdrmazsan, men ozum almeki bacariram. Xetir hormet keder aradan” məzmunlu sms mətnin göndərilmiş olmasına istinadən təqsirləndirilən şəxsin psixotrop maddəni əldə etməkdə satış məqsədinin olması mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, həmin birtərəfli ismarıcın mətnində qeyd olunanlarla əlaqədar istintaq orqanı tərəfindən hərtərəfli araşdırma aparılmadan və ismarıc əsasında gəlinən nəticəni təsdiq edən digər əsaslı sübutlar toplanmadan, habelə araşdırmanın nəticəsində məhz hazırki iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə əldə etmiş olduğu və 01 ədəd büküm təşkil edən psixotrop maddələri kimə, nə vaxt və harada verməli olması barədə razılığına dair onun satış məqsədini təsdiq edən nə kimi halların aşkar olunması qeyri-müəyyən olmuşdur. Məhkəmə kollegiyası bu sms mətnin tarixinə də qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs birinci dəfə saxlanıldığı vaxtdan, yəni ## #### 2025-ci il tarixdən 02 ay əvvəl göndərilən sözügedən sms mətnin onun üzərindən aşkar olunmuş narkotik vasitəyə aidiyyəti məntiqi və ağlabatan deyildir. Bunun əksinə dəlalət edən sübutlar ittiham tərəfindən təqdim olunmamışdır. Qeyd olunan xüsusatlar ittiham tərəfinin mötəbər dəlillər əsasında sübuta yetirmək vəzifəsini şərtləndirən hallardır ki, hazırki vəziyyətdə birinci instansiya məhkəməsi tərəfindən yalnız sözügedən ismarıc əsasında ehtimallara söykənməklə təqsirləndirilən şəxsin psixotrop maddəni əldə etməkdə satış məqsədinin olması qənaətinə gəlinməsi əsaslı sayıla bilməz. Çünki Təqsirləndirilən şəxs üzərində aşkar olunan psixotrop maddələr müxtəlif tarixlərə aid olmaqla onların hər biri bir bükümdə olmuş və təqsirləndirilən şəxsin həmin psixotrop maddələri əldə etməkdə satış məqsədinin olmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar toplanmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən, şəxsi-axtarış və götürmə istintaq hərəkətlərinin protokollarından, habelə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində iştirak etmiş və iş üzrə şahid qismində dindirilmiş əməliyyat müvəkkillərinin ifadələrindən də göründüyü kimi təqsirləndirilən şəxs ondan aşkar olunmuş psixotrop maddələri yalnız şəxsi istifadəsi məqsədilə əldə etdiyi barədə bildirməsini və onun satış məqsədinin olmasına dəlalət edən hər hansı ifadəsinin və digər mötəbər sübutların müəyyən olunmamasını, xüsusilə də təqsirləndirilən şəxsin hazırki vəziyyətdə opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) əziyyət çəkdiyini nəzərə aldıqda məhkəmə kollegiyası təqsirləndirlən şəxsin həmin psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsi barədə qeyd etdiklərini inandırıcı hesab edir. Belə ki, məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlanmasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № *****/** və s., 125, ## ###### 2020) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Hazırki halda ## ##### 2025-ci il tarixdə saat 18:43 radələrində ***-***-**-** saylı mobil nömrədən təqsirləndirilən şəxsin istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə göndərilmiş olan birtərəfli ismarıcın mətnində qeyd olunanlarla əlaqədar istintaq orqanı tərəfindən hərtərəfli araşdırma aparılmadan və ismarıc əsasında gəlinən nəticəni təsdiq edən digər əsaslı sübutlar toplanmadan, habelə araşdırmanın nəticəsində məhz hazırki iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə əldə etmiş olduğu psixotrop maddələri kimə, nə vaxt və harada verməli olması barədə razılığına dair onun satış məqsədini təsdiq edən nə kimi halların müəyyən edilməsi göstərilmədən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarındakı tövsiyyələrə də uyğundur. Beləliklə, ittihamı sübutetmə yükü daşıyan istintaq orqanı satışla bağlı kifayət qədər sübutları təqdim etməmiş, formal mülahizələrə görə yalnız yuxarıda göstərilən əsaslarla onun əməlini Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının X5 AR CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli, X8 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarlarındakı hüquqi mövqe ilə uzlaşır. Beləliklə, hazırda apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddələri satış məqsədi ilə əldə etməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 234.4.2ci maddəsi ilə olan əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilib ona həmin maddənin sanksiyası əsasında cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təyin ediləcək cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəza tədbiri müəyyən olunmuşdur. Mübahisələndirilən hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsa cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlində residivin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almış və onun cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları müəyyən etmədən və Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun tərəfindən cinayətin təkrar törədilməsini və əməlində residivin olmasını onun cəzasını ağırlaşdıran hallar kimi, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlinin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və.s halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası hüdudunda 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsaslardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Cinayət Məcəlləsinin 234.4.2ci maddəsi ilə olan əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilib cəza təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulub saxlandğı 6 (altı) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (altı) ay 24 (iyirmi dörd) müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Alibi saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Alibi Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar