Məhkəmə qərarları › İş №1(3-6)-465/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-465/2026

25.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ1(3-6)-465/2026 25.05.2026 BAKIǝAPELLYASIYAǝMƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, HakimlərǝX4ǝvəǝX6ǝibarətǝtərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Müdafiəçilər – fərdi vəkil fəaliyyəti göstərən müdafiəçi1 və Bakı şəhəri ** saylı Vəkil bürosununǝvəkiliǝmüdafiəçi2,ǝ TəqsirləndirilənǝşəxsǝTəqsirləndirilənǝşəxsǝiştiraklarıǝilə, ## #### 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı PenitensiarǝMüəssisəsindəǝhəbsdəǝsaxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 182.3.2-ci maddəs ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Telman Hüseynov (sədrlik edən), hakimlər Aygün Qurbanova və Fərid Namazov) ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən təqdim edilmiş 01 ədǝd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə mülki iddianın verilmədiyi və məhkəmə məsrəfininǝolmamasınınǝnəzərəǝalınmasıǝhökmǝedilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etməǝcinayətiniǝtörətmişdir.ǝ Belə ki, Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə müxtəlif kriptovalyutaların alqı-satqısının həyata keçirildiyi “Binance" kriptovaiyuta birjasında öz adına tanışı Zərərçəkmiş şəxs vasitəsilə onlayn qaydada qeydiyyatdan keçirilmiş hesab üzrə gəlirlərinin aşağı düşməsində sonuncunu günahlandıraraq ## ###### 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsindəki "Yasamal parkı” ilə üzbəüz yerləşən arvadı X1 məxsus ofisdə, növbəti gün ## ###### 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən özünə məxsus ofisdə Zərərçəkmiş şəxsla görüşərək onu və ailə üzvlərini öldürəcəyi, habelə azyaşlı övladını oğurlatdıracağı hədəsi ilə ondan Azərbaycan manatının həmin dövrə aid məzənnəsi ilə külli miqdarda 75.000 (yetmiş beş min) manat təşkil edən 45.000 (qırx beş min) ABŞ dolları məbləğində pul tələb etmiş, bununla kifayətlənməyərək hədə-qorxu ilə tələb etdiyi həmin pulu əldə etməyə nail olmaq məqsədi ilə Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq 10.000 ABŞ dolları pul və 35.000 ABŞ dolları ekvivalentində bir bitkoindən ibarət olmaqla, ümumilikdə 45.000 ABŞ dolları borcunun olmasına dair həqiqətəuyğun olmayan məzmunlu etirafedici qəbz yazmağa məcbur etmiş, sonrakı müddətdə isə vahid cinayətkar niyyətindən çıxış etməklə hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsinə cəlb etdiyi şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2023-cü ilin may ayının sonlarında sonuncunun Türkiyə Respublikasının mobil operatoruna aid +905058541396 mobil telefon nömrəsindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 7 ünvanında olarkən onun istifadəsində olan +************ mobil telefon nömrəsinə zəng edərək onu öldürməklə hədə-qorxu gəlib təcili 45.000 ABŞ dolları məbləğində pulu ödəməsini tələb etməyə nail olmuş, daha sonra cinayətkar məqsədinə çatmaq üçün 2024-cü ilin oktyabr-noyabr aylarında özünün istifadəsində olan +************ mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 215, mənzil 98 ünvanında olduğu zaman onun istifadəsində olan +************ mobil telefon nömrəsinə '‘Whatsapp" ani mesajlaşma mübadilə sistemi vasitəsilə bir neçə dəfə zəng edərək azyaşlı övladının oxuduğu məktəbi bildiyini söyləyib sonuncunu və digər ailə üzvlərini öldürəcəyi hədəsi ilə həmin pul vəsaitini tələb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə tələb etmə cinayətini törətmiş və bu müddət ərzində hədə-qorxu ilə tələb etdiyi külli miqdarda pul vəsaitindən 6.800 (altı min səkkiz yüz) manat məbləğində pulu alaraq ələ keçirməyə nail olmuşdur. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verib, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli ittihamedici hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barədə irəliǝsürülmüşǝittihamǝüzrəǝbəraətǝhökmüǝçıxarılmasınıǝxahişǝetmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bir ildən artıq davam edən araşdırmalar nəticəsində bu halı təsdiq edən yalnız bir sübutla üz-üzə qalmışlar. O da, Zərərçəkmiş şəxs ifadələridir. Düzdür, həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı ittiham tərəfinin bir çox şahidləri dindirildi. Onlardan bəziləri (məsələn, QurbanəliYusibovun atası VidadiYusibov, anası şahid6, xalası oğlu şahid5, dostu şahid4) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədəqorxu gəldiyini göstərdilər. Lakin həmin şahidlər onu da qeyd etdilərki, onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu gəlməsini görməyiblər, bu faktıbilavasitə eşitməyiblər və bu faktı yalnız Zərərçəkmiş şəxs onlara deməsindən bilirlər. Bu şəxslərin ibtidai istintaqa verdikləri (məhkəmədə də təsdiq etdikləri) ifadələrini nümunə olarar məhkəmənin diqqətinə çatdırırıq: Zərərçəkmiş şəxs atası şahid7 ibtidai istintaq zamanı verdiyi ifadədən çıxarış edək: “2023-cü ilin təxminən oktyabr və ya noyabr aylarında oğlu Qurbanəli xaricdə olduğu zaman mənə zəng edərəktanışı Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə 45000 ABŞ dollar pul tələb etdiyini, lakin Təqsirləndirilən şəxs həmin məbləğdə verəcəyinin olmadığını, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs Qurbanəlini və ailəsini öldürəcəyi hədəsi ilə həmin məbləğdə pulu alacağını demişdir”; “Qurbanəli mənə zəng edərək Təqsirləndirilən şəxs ona borcunun olmadığı halda özünü və ailə üzvlərini öldürəcəyi ilə hədələdiyini, hətta oğlu Türkiyə Respublikasında olarkən özünü oğru aləminin üzvü kimi təqdim edən Azərintanışı da Qurbanəliyə zəng edərək eyni qaydada oğlu Qurbanəlini hədələmişdir”. (c/i. cild 1, vərəq 204-206) Zərərçəkmiş şəxs anası şahid6 da özifadəsində ərinin ifadələrini eyni ilə təkrar edərək bildirib ki, “2023-cü ilin təxminən oktyabr və ya noyabr aylarında onun oğlu Qurbanəlixaricdə olduğu zaman onlara zəng edərək tanışı Təqsirləndirilən şəxsondan hədə-qorxu ilə 45000 ABŞ dollar pul tələb etdiyini, lakin Təqsirləndirilən şəxs həmin məbləğdə verəcəyinin olmadığını, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs onu və ailəsini öldürəcəyi hədəsi ilə həminməbləğdə pulualacağını demişdir”;(c/i. cild 1, vərəq 210-212) Zərərçəkmiş şəxs xalası oğlu şahid5 də ibbtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı təsdiq etdiyi ifadəsində aşağadıkıları qeyd edib: “Bundan təxminən 1-2 gün sonra o, Qurbanəlidən təkidlə qeyd olunan telefon danışığı barədə soruşduqda Qurbanəli tanışı Təqsirləndirilən şəxsbarədə məlumat verib, sonuncunun ondan özünü və ailəsini ölümlə hədələyərək 45000 ABŞ dollar pul tələb etdiyini, lakin Təqsirləndirilən şəxs borcunun olmadığınıbildirmişdir”; “Təqsirləndirilən şəxs adamlarından birinin Qurbanəliyə zəng edərək atasını vəanasını girov götürərəkonlardan 45000 ABŞ dollar pulu alacaqlarını deməklə hədələyib 45000 ABŞ dollar pulu tələb edərək telefonu söndürməsini onademişdir”; “Bakı şəhərinə gəldiyi zaman da xalası oğlu Qurbanəli ona Azərin Bakışəhərində də dəfələrlə hədə-qorxu gəlməsini ona bildirmişdir”.(c/i. cild 1, vərəq 213-215) Zərərçəkmiş şəxs dostu şahid şahid4 ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu gəlməsi barədə heç nə bildirməsə də, məhkəmənin gedişində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu gəldiyini bildirsə də, bu məsələni sonradan Qurbanəlidən öyrəndiyini göstərib. İstənilən halda bu şahidlərinTəqsirləndirilən şəxs QurbanəliYusibova hədə-qorxu gəlməsi barədə ifadələrisübut əhəmiyyəti daşımırlar. Çünki Cinayət Prosessual Məcəlləsi (CPM) bir mənalışəkildə belə şahid ifadələrindən sübut kimi istifadəni qadağan edir. Bu şahidlər isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədələməsinin birbaşa şahidi olmayıblar və bu hadisəni bilavasitə qavramayıblar. Məhkəmədə onlara müdafiə tərəfindən “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təhdid etdiyini şəxsən görmüsünüzmü” sualına hamısı“yox” cavabı veriblər. Onlar yalnız doloyası ilə QurbanəliYusibovun sözləri ilə bu məsələdən məlumatlıdırlar. QurbanəliYusibov da, Allaha şükür ki, məhkəmədə üzə duracaq qədər sağdır, vəfat etməyib ki, onun sözlərindən verilən ifadələr məhkəmə tərəfindən istisna hal kimisübutkimi qəbul edilsin. Hər bir halda görünən odur ki, Təqsirləndirilən şəxs yalnız Zərərçəkmiş şəxs sözləri üz-üzədir, bu sözlər əsasında həbs olunub və bu sözlər əsasında ittiham olunur. Üstəlik QurbanəliYusibovun bu sözlərini təsdiq edəcək, hər hansı digər sübut da yoxdur. Məsələn, Təqsirləndirilən şəxshədə-qorxu gəlməsini göstərən səs yazısı, SMS-lər, sosial şəbəkədə və messencerlər üzərində aparılmış yazışmalar, yazılı faktlar, videosübutlar iş materiallarında yoxdur. Ən azından məhkəmə cinayət işinin materiallarınıelan edərkən belə sübut elan etmədi. Bu faktı, Zərərçəkmiş şəxs sözlərini təsdiq edəcək sübut və şahidlərinin olmamasınıTəqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi “Səni təhdid etdiyimi nə ilə sübut edə bilərsən?” sualına Qurbanəli Yusifov “sübut və şahidim yoxdur” cavabı ilə də təsdiq etdi. Həmçinin Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində də təsdiq edir ki, Təqsirləndirilən şəxs onu hədələdikdə bir şahid olmamışdır. Məsələn: “Azər onu arxa otağa keçirmiş, orada onun qolundan tutub dartaraq onu otuzdurmuş,ondan hesabında olan pulu bərpa etməyini tələb etmiş, bərpa etməyəcəyi halda ona problemlər yaşadacağını, ailəsinin, uşağının başına “oyun” açacağını bildirdikdə” (Samirə Qasımlının ofisində olan epizod); “Həmin ofisə getdikdən sonra Azər onu yenidən arxa otağa salaraq 45000 ABŞ dollar pulunu bərpa etməyəcəyi və ya qaytarmayacağı halda ona oğlunu oğurladacağını bildirmişdir” (Samirə Qasımlının ofisində olan epizod); “Samirənin ofisində arxa otaqda Azərin ona hədə-qorxu gəlməsini heç kim görməmişdir”; “Azər onu öz ofisinə çağıran zaman heç kim olmamış” Telefon vasitəsi ilə hədə-qorxu gəlinməsinə gəldikdə isə təbii ki, danışıqları dinləmişüçüncü şəxs olmadığı üçün bu hədələri eşitmiş və təsdiq edəcək şahidlər yoxdur. Həmçinin budanışıqların audio yazısını da Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim edə bilməyib. Belə çıxır ki, Təqsirləndirilən şəxs qarşı ittiham yalnız bir, həlledicisübuta istinad edir. Müdafiə tərəfi ibtidai istintaq başa yekunlaşdıqda işlə tanış olandan üzü bəri Zərərçəkmiş şəxs ifadələrinin mötəbər olmaması, ziddiyyətli olması, digər sübutlarla təkzib edilməsi barədə xeyli dəlillər irəlisürüb. Bu dəlillər aşağıdakılardır: Birincisi, müdafiə tərəfi olaraq məhkəməyə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində yalan ifadə verməkdə maraqlı olması barədə xeyli (binans səhifəsindənǝçıxarışlar,ǝtərəflərarasındaǝmülkiǝmübahisəninǝolduğunuǝgöstərənǝməhkəməǝaktları və sairə) sübutlar təqdim etmişik. Bu sübutlar əsasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındaşifahi tapşırıq müqaviləsindən irəli gələn mülki tapşırıq münasibətləri olub. Belə ki, AzərQasımlı 2020- ci ilin may ayında Zərərçəkmiş şəxs 10.000 (on min) ABŞ dollar verərək ona bir bitcoinalmasını,eyni ilin avqust ayında daha 10.000 (on min) ABŞ dollar verərək ikinci bitcoin almasını və “Binans” kriptovalyuta birjasında həmin Azərə məxsus səhifəsində bu bitkoinlərdən yalnız biri üzərindən “trade” etməsini tapşırıb. Təqsirləndirilən şəxs verilən ittihamda mətnində tərəflər arasında hazırki məsələnin “kriptovalyutaların alqı-satqısının həyata keçirildiyi “Binance” kriptovalyuta birjasında öz adına tanışı Zərərçəkmiş şəxs vasitəsilə onlayn qaydada qeydiyyatdan keçirilmiş hesab”la bağlı olduğu birbaşa qeyd olunsa da, lakin nə ibtidai istintaq orqanı, nə də məhkəməTəqsirləndirilən şəxs aid binans birja portalındakı səhifədə(bax şəkil 1) aparılan maliyyə əməliyyatlarının tarixçəsini araşdırmağı ağlından belə keçirmədi. Əgər həmin səhifədə QurbanəliYusibovun Təqsirləndirilən şəxs adından apardığı əməliyyatlar öyrənilsəydiməlum olardı ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tapşırıqlarını pozaraq aşağıdakıəməliyyatı keçirib: O, ## ### 2020-ci ildə ilk dəfə bu hesaba 10.000 (on min) ABŞ dolları pul vəsaiti daxiledib, elə həmin gün hesab üzərindən aparılan ilk əməliyyat bir bitcoin alınması üçün sifarişin göndərilməsi ilə bağlı olub. Lakin həmin əməliyyatı həmin gün ləğv edib, pulu dövrüyəyəburaxıb, yalnız ertəsi gün isə Təqsirləndirilən şəxs üçün nəhayət bir bitcoin alıb. Daha sonra, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2020-ci ilin avqust ayında binans hesabına yatırıb, daha bir bitcoin alınması üçün 10000 (on min) ABŞ dolları versə də, Zərərçəkmiş şəxstərəfindən bu məbləğin 6220 (altı min iki yüz iyirmi) ABŞ dolları onun hesabına yatırılıb, bu məbləğ isə bir bitcoin alınması üçün yetərli olmadığından bitcoin alınmayıb(bax şəkil 2). Beləliklə Zərərçəkmiş şəxs özü Təqsirləndirilən şəxs ona etibar etdiyi pulu onun hesabına tam şəkildə otuzdurmayıb bir hissəsinimənimsəməklə CM-nin 179-cu maddəsində nəzərdə tutulan cinayət törədib. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs icazəsi və razılığı olmadan “Binance” portalındakı səhifəsini 2020- ci ilin sentyabr ayında Rəvan Məmmədov adlı şəxsə tapşırıb vəbunun nəticəsində hesabdakı pullar israf edilib. Bu faktı Zərərçəkmiş şəxs verdiyi ifadələrindədə təsdiq edib. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ## ###### 2024-cü ildə verdiyi, məhkəmədə də təsdiq etdiyi ifadəsində Rəvan bağlıaşağıdakıları göstərir: “Həmin ərəfədə yaşadığım Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 9 ünvanında olduğum zaman tanışlıq münasibətim olanMəmmədov Rəvan Fərrux oğlu yaşadığım evə gəldi. Onunla yemək yeyib söhbətetdiyim zaman kompyuterimin ekranında hesabı gördü. Rəvan birja iləmaraqlandığı üçün həmin hesaba daxil olmaq üçün ona icazə verməyimi, gələn gəlirdən onunda xeyr qazanmasının xahiş etdi Azərə onun hesabına başqa bircihazla kod gələcəyini bildirdi. Ancaq Azərə tanışım Rəvana da onun hesabına daxil olmaq üçün icazəverəcəyimi demədim.Azər isə digər cihazla daxil olmaq üçün kodu mənə verdivə mən Rəvana digər cihazla daxil olmağa şəraityaratdım. ”(c/i. cild 1, vərəq 42) Rəvan Məmmədov İbtidai İstintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs tanımadığını göstərib və bildirib ki, “...mən Qurbanəlinin yaşadığı Bakı şəhəri, Yasamal rayonunda metronunu İnşaatçılar stansiyasının yaxınlığında yerləşənmənzilində görüşərkən Qurbanəli mənə kriptovalyuta hesabında təxminən 10.000ABŞ dollar pul olduğunu, birlikdə kriptovalyuta pronozları edib, əldə etdiyimiz gəliri yarıbölməyi təklif etdi. Mən də Qurbanəli ilə razılaşdım. Həmin vaxtı Qurbanəlikriptovalyuta hesabına daxil olub proqoz verməyin) üçün giriş icazə şifrəsini mənə dedi. Mən həmin kriptovalyuta hesabında proqozlar edə bilsəm dəhəmin hesabdan pul çıxarmağıma mənə icazə verilməmişdi və bu icazə Qurbanəlinin özündə olmuşdur. Qurbanəli mənə həmin hesabın özünə məxsus olmasını demişdi.Təxminən bir-iki ay müddətində mən Qurbanəli ilə yanaşı sonuncununkriptovalyuta hesabında proqnozlar edib hesabda olan pulların məbləğini yüksəltməyə çalışdıq. Qurbanəli ilə mən ikimiz birlikdə kriptovalyuta hesabında proqozlar etdiyimiz təxminən 1-2 ay müddətində ziyan etdik. Həmin maddiziyanın məbləği yadımda deyil. Qurbanəli bundan sonra mənim həmin hesaba daxil olmağıma icazə vermədi və şifrəni dəyişdi”.(c/i. cild 1, vərəq 69-71) Rəvan Məmmədov bu ifadəsi ilə Zərərçəkmiş şəxs tərəfindən aldadıldığını ifadə edib.Difər tərəfdən isə Rəvan Məmmədov Zərərçəkmiş şəxs fərqli olaraq “müharibə və VPN probleminə görə ziyan oldu” deyərək yalan ifadə verməyib. Bundan başqa Rəvan Məmmədov ibtidai istintaqa ifadəsindəǝZərərçəkmişǝşəxsǝhəminǝhesabdaǝolanǝpulunǝbaşqasınaǝaidǝolduğunu,ǝborcǝaldığını və qaytarmalı olduğunu bildirmişdi: “... Təxminən iki il sonra Qurbanəli mənə zəng edərək həmin hesabda olan pulu adını demədiyi tanışından aldığını, həmin pulu qeyd olunan şəxsə qaytarmaq lazım olduğunu dedi. Mən Qurbanəliyə hər hansı bir şəxsdən pul almadığımı, yalnız kömək etdiyimi dedim. Mən Qurbanəliyə mümkün olduğu halda həminşəxslə üçümüz birliukidə görüşməyi təklif etdim. Lakin Qurbanəli həmin şəxslə görüşməyin mümkün olmadığını dedi. Bundan təxminən bir ilkeçdikdən sonra Qurbanəli yenidən zəng edib pulu adını demədiyi şəxsdən pulu borc aldığını,həmin pulu qaytarmaq lazım olduğunu dedi. Mən bir də Qurbanəliyə həminşəxslə üçümüz birlikdə görüşməyi təklif etdim. Lakin Qurbanəli həmin şəxsləgörüşməyinmümkün olmadığını dedi”.(c/i. cild 1, vərəq 69-71) Göründüyü kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tapşırıqlarından kənara çıxmış, onun verdiyi məbləği tam şəkildə “Binance” portalındakı hesabına yatırmamış, çox güman ki, mənimsəmiş, üstəlik onun “Binance” portalındakı hesabını onun icazəsi və razılığı olmadanbaşqa şəxsə vermiş, bunun nəticəsində Təqsirləndirilən şəxs zərər vurmuşlar. Bu zərər vurma faktını Rəvan Məmmədov da yuxarıda göstərdiyimizifadəsində təsdiq edir. Üstəlik Təqsirləndirilən şəxs zərər vurduğunu və bu zərəri aradan qaldırmağa çalışdığını Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında olan yazışmalarda qəbul edir. Bundan əlavə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zərər vurduğunu və bu zərəri ödəməyə hazır olduğunu sonuncuya göndərdiyisəslimessajlarda da etiraf edir. Bu səs yazılarını diskdə ibtidai istintaqda işlə tanış olduqdan sonra təqdim etmişik, lakin ibtidai istintaq orqanı həmin səs yazılarını obyektiv qiymətləndirmədi. Məhkəmədə bu subutlara baxıldı və diskdə olan səs yazılarının mətni oxundu. ##.##.2022 tarixində göndərilmiş audisəs: Salam, müəllim. Əvvəla bir bitkoin və on min dollar məsələsini mən heç cür həll edə bilmərəm. Mən keçən səfər də sizə dedim. İyirmi min dolları da istəyirdim birjada düzəldim, düzqoş edim, verim, amma alındıra bilmədim. Orda indi bir hissəsi var. Sizə nə ziyan dəyibsə, mən onu ödəyəbilərəm. Onu da dediyim kimi hissə hissə verə bilərəm. Bir azını bu ay, bir azını obiri ay, baxbelə aylara bölüb verə bilərəm. Mən demirəm ki, sizə ziyan qoyub qaçıram. Elə söz dedim mən? Mənim torpağım da yoxdur, satılacaq heç nəyim də yoxdur. Mən bunu ancaq bu. Sektordaqazanıb, edib verə bilərəm. Bax belə, mən qaçmıram, sizi də başa düşürəm. Hissə hissə aylarabölüb o pulu yavaş-yavaş sizə qaytararam. Başqa cür edə bilmirəm. Lap Mingəçevirə gəlib, başqa cür, qanqaraçılıq, onsuz da qanqaraçılıqdır, bayramın ilk günüdür, nə deyim vallah. ##.##.2022 tarixində göndərilmiş audiosəs: Mütləq görüşəcəm sizinlə. Hələ həftənin ikinci günüdür. İnşallah görüşəcəm. Belə də sizə keçən səfər dedim də, gücüm çatanı, bacaracağımı, o hesabaların indi düşən vaxtı treyd etmək çox risklidir. O hesabı əvvəlki vəziyyətinə qaytaracağam qısa bir müddətdə. Keçən səfər elə bil ki, qiymətlər üzü yuxarı gedəndə qaldırmışdım e, hə elə qaldıracam. Qalanlarını aylıqlara bölərik. Yəni onun yarısını da hissə hissə ödəyərəm. Bilirsiniz ki, mənim burda xeyrim olmayıb. Özünüz yaxşı bilirsiniz. Mən bunu tap edib hardansa ala da bilmərəm. Mənim heç kimsəm də yoxdur. Başqa cür də alınmır. Görüşüb oturaq, məsləhətləşək. Yoluna qoyaram inşallah. Nə deyimbaşqa. Mən burdan xeyir olsun istədim, amma olmayıbdır. Amma sizin də ziyanınızın olmasınıistəmirəm. Heç bir halda ziyanınızın olmasını istəmirəm. Bu mənim prinsiplərimə ziddir. Nəqoymusunuzsa dollar bazında, onu götürəcəksiniz. O da dediyim kimi, ancaq hissə hissə edəbilərəm. Birdən-birə mənim ona gücüm çata bilməz. Bəlkə işim yaxşı gedər, edərəm. Mütləq görüşərik. Bu ara əsəblərim çox pozulmuşdu, üzrlü sayın. Dəli kimi olmuşdum. Pis çıxmasın dəlixanalıq olmuşdum. Mənə yazılan dərmanları görsəniz deyərsiniz ki, bu konkret dəli üçün yazılan dərmanlardı. İnşallah görüşüb danışarıq. Bir yerdə uzlaşarıq. Üstəlik, ## ###### 2022-ci ildə Zərərçəkmiş şəxs yazılı iltizam imzalayaraq Təqsirləndirilən şəxs zərər vurduğu zərəri hissə ödəməyi öhdəsinə götürüb. (bax şəkil 4). Şəkil 4. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında imzalanan yazılı qəbz Göründüyü kimi QurbanəliYusibovun Təqsirləndirilən şəxs zərər vurmuşdu, onun qarşısında ən azından mülki məsuliyyəti yaranmışdı. Əgər QurbanəliYusibovun Təqsirləndirilən şəxs ona etibar etdiyi 20.000 (iyirmi min) ABŞ dolları ilə necə rəftar etdiyi araşdıralacağı təqdirdə hətta cinayət məsuliyyəti yarana bilərdi. Belə təqdirdə Zərərçəkmiş şəxs bu məsuliyyətlərdənyayıqmaqdan ötrü, Təqsirləndirilən şəxs barəsində yalan ifadələr verməsiüçün ciddi səbəbləri var idi. Məhz, bu səbəbdəndir ki, QurbanəliYusibov ona Təqsirləndirilən şəxs tərəfindən hədə-qorxu gəlməsi barədə ilk şikayət iddia olunan hədə-qorxunun baş verməsindən dərhalǝsonraǝdeyil,ǝüstündənǝbirǝneçəǝilǝkeçdikdənǝsonra,ǝTəqsirləndirilənǝşəxsǝZərərçəkmişǝşəxs qarşı mülki iddia qaldırdıqdan və Mingəçevir şəhər məhkəməsi tərəfindən ## ##### 2024-cü ildə həmin iddia təmin edildikdən və tərəflər arasında mülkimübahisə məhkəmələrdə baxılmağa başlandıqdan sonra ## ###### 2024-cü ildə yazıb. Bu səbəbdən Zərərçəkmiş şəxs sözlərinin və ifadələrinin mötəbərlik dərəcəsi çox aşağı qiymətləndirilməlidir. Çünki, adamın məsuliyyətdən yayınması üçün yalan ifadə verməsi onun üçün zəruridir. İkincisi, Zərərçəkmiş şəxs müraciəti əsasında ## ###### 2024-cü ildə Yasamal RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılması qərarında qeyd olunurdu ki, “Təqsirləndirilən şəxs özgənin küllü miqdarda əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, habelə onun əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını hədə- qorxu ilə tələb edərək tanıdığı Zərərçəkmiş şəxs 2022-ci ildən 2023-cü il tarixdək olan müddət ərzində Bakı şəhərində müxtəlif ünvanlarda, sonuncu dəfə isə sonuncunun yaşadığı Bakı şəhəri Yasamal rayonu H.ünvan 6V, mənzil *** saylı mənzilində Qurbanəli Yusubova mobil telefon ilə zəng edib sonuncunun ona verəcəyi 45.000 ABŞ dollar pul vəsaitini tələb edərək Zərərçəkmiş şəxs qaytarmayacağı təqdirdə onu və evin qohumllarını öldürəcəyi ilə hədələmişdir”. İbtidai istintaq orqanı 2025-ci ilin may ayında Təqsirləndirilən şəxs yekun ittiham elan edərkən qeyd edirdi ki, “Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə müxtəlif kriptovalyutaların alqısatqısının həyata keçirildiyi“Binance” kriptovalyuta birjasında öz adına tanışı Zərərçəkmiş şəxs vasitəsilə onlayn qaydada qeydiyyatdan keçirilmiş hesab üzrə gəlirlərinin aşağı düşməsində sonuncunu günahlandıraraq ## ###### 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində “Yasamal parkı” ilə üzbəüz yerləşən arvadı X1 məxsus ofisdə, növbəti gün 22yanvar 2021-ci il tarixdə ünvan 1ünvanında yerləşən özünə məxsus ofisdə Zərərçəkmiş şəxsla görüşərək onu və ailə üzvlərini öldürəcəyi, habelə azyaşlı övladını oğurlatdıracağı hədəsi ilə ondan Azərbaycan manatının həmin dövrə aid məzənnəsi ilə külli miqdarda 75000 (yetmiş beş min) manat təşkil edən 45000 (qırx beş min) ABŞ dolları məbləğində pul tələb etmiş, bununla kifayətlənməyərək hədə-qorxu ilə tələb etdiyi həmin pulu əldə etməyə nail olmaq məqsədi ilə Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq 10000 ABŞ dolları pul və 35000 ABŞ dolları ekvivalentində bir bitkoindən ibarət olmaqla,ümumilikdə 45000 ABŞ dolları borcunun olmasına dair həqiqətəuyğun olmayan məzmunlu etirafedici qəbz yazmağa məcbur etmişdir” Cinayət işinin materiallarından göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində “Yasamal parkı” ilə üzbəüz yerləşən Təqsirləndirilən şəxs arvadı X1 məxsus ofisdə, növbəti ünvan 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs özünə məxsus ofisdə Zərərçəkmiş şəxsla görüş ## ###### 2021-ci il tarixdə və ## ###### 2021-ci il tarixdə olmamışdır, həmin tarixdə Zərərçəkmiş şəxs hədə qorxu altında hər hansı qəbz yazmamışdır. Əvvəla ona görə ki, həmin dövrdə ölkədə karantin davam etdiyi üçün ofislər fəaliyyət göstərmirdi. İkincisi, qəbzin üzərində qeyd olunmuş tarixdən də göründüyü kimi həmin qəbz ## ###### 2022ci ildə yazılmışdır. Bu görüşlərin 2022-ci ilin yanvar ayında baş verməsiməhkəmədə dindirilən şahidlər də təsdiq ediblər. Lakin göründüyü kimi Təqsirləndirilən şəxs qarşı ittiham 2022-ci ilin yanvarında baş vermiş hadisələrlə bağlı deyil, 2021-ci ilin yanvar ayında baş verdiyi iddia olunan görüşlərlə bağlı verilmişdir. Hansı ki, ümumiyyətlə baş verməyib. Beləliklə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş və məhkəməyə verilmiş ittiham Təqsirləndirilən şəxs 2021- ci ilin yanvar ayında arvadının və özünün ofiçlərində Zərərçəkmiş şəxs hədə- qorxu gələrək qəbz yazdırması barədədir. Lakin həmin tarixdə nəinki, hədəqorxu gəlinməsi, ümumiyyətlə hər hansı Zərərçəkmiş şəxsla ofsilərdə görüşlər və qəbzin yazılması faktı baş verməyib. Hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamın həddində işə baxacaq və bu epzod üzrə ittihamı cinayət hadisəsi olmadığı üçün cinayət işindən xaric edəcək. Üçüncüsü,digər tərəfdən ittiham tərəfi iddia edir ki, Təqsirləndirilən şəxs QurbanəliYusibovahədə- qorxu gələrək onu Təqsirləndirilən şəxs borclu olması və pulu hissə ödəməsi barədə yalan məzmunlu qəbzə imza etdirib. Qeyd edim ki, Zərərçəkmiş şəxs tərəfindən qəbz ## ###### 2022-ci ildə imzalanıb. Təqdim etdiyimiz sübutlardan (məsələn, ## ###### 2022 və ## ###### 2022-ciil tarixli səs yazıları) görünür ki, Zərərçəkmiş şəxs bu tarixə qədər Təqsirləndirilən şəxs zərərvurduğunu qəbul edir, onun zərər çəkməsini istəmədiyini, zərəri hissə-hissə ödəməyə hazır olduğunu bildirir. Bu faktlar göstərir ki, QurbanəliYusibovun yazıb imzaladığı qəbz və həmin qəbzdə ifadə olunan iradəsi məcbur etmə nəticəsində yaranmayıb, Dördüncüsü,Təqsirləndirilən şəxs ilk dəfə ## ###### 2024-cü ildə təqsirləndirilənǝşəxsǝqismindəǝcəlbǝedilənǝzamanǝonaǝverilmişǝittihamınǝməzmunundaǝqeyd etmişdir ki, “o, özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə 2022-ci ildən 2023-cü il tarixdək olan müddət ərzində tanıdığı Zərərçəkmiş şəxs ona verməli olduğu, həmin dövrə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə 13.600 manat təşkil edən 8.000 ABŞ dollar pulun əvəzinə həmin dövrə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə 75.500 manat təşkil edən 45.000 ABŞ dollar pulu ilkin olaraq arvadı X1 Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən “Yasamal parkı” ilə üz-bəüz olan yaşayış binasında yerləşən ofisində tələb etmişdir” Göründüyü kimi istintaq orqanı da qəbuletmişdir ki, Zərərçəkmiş şəxs ona verməli olduğu pulu tələb etmişdir. Hətta məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs “Mən səndən şəxsi pulunu istəmişəmmi?” sualına cavab olaraq Qurbanəli Yusifov birmənalışəkildə “Yox” cavabını verdi. Hər hansışəxsi hədə-qorxu ilə ələ keçirməkdən ittiham edə bilmək üçün onun əməlində ikiəlamətin hökmən olmasızəruridir: 1) özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə; 2) bu tələbin üsulu kimiəmlakın, ya əmlaka olan hüququn sahibinə əmlak xarakteri daşıyandigər hərəkətlər edəcək şəxsə hədə-qorxu gəlmə. Bu ikielementdən biriəskikdirsə və ya qüsurludursa, şəxsi Cinayət Məcəlləsinin 182-cimaddəsi ilə, yəni hədə-qorxu ilə tələb etməkdə ittiham etmək olmur. Birinci elementin olması üçün şəxs haqqı olmadığı hüquqən hüququ olmadığı bir şeyi, (özgənin əmlakını, ya özgəyə aid əmlak hüququnu, və ya əməyini) başqasındandan tələb etməlidir. Məhz bu xüsusiyyət Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə nəzərdə tutulan əməli mülkiyyət əleyhinə cinayət edir və Cinayət Məcəlləsinin XXIII fəsilinə yerləşdirib. Məhz bu xüsusiyyət hədə-qorxu tələb etmənin mülkiyyət əleyhinə digər cinayətlər (oğurluq, dələduzluq, soyğunçuluq və sairə) kimi tamah məqsədini, başqasının hesabına maddi nemətlər əldə etmə xüsusiyyətini ortayaçıxarır. Şəxs hədəqorxu ilə başqasından özəmlakını geri tələb edirsə, bu zaman tamah məqsədiolmur və Cinayət Məcəlləsinin 182-cimaddəsinin tərkibi yaranmır. Eyni ilə əgər şəxs şəxs gizlicə girib başqasının evindən öz əmlakını götürürsə, və ya başqasının cibindən öz pul cüzdanını götürürsə, bu oğurluq sayılmır. Eyni ilə şəxs başqasının əlindən onun qaytarmaq istəmədiyi telefonunu götürüb qaçırsa, bu soyğunçuluq sayılmır. Çünki, bu özgənin mülkiyyətinə (əmlakına) qəsd də yoxdur, tamah məqsədi də yoxdur. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona vurduğu zərəri və öz pullarını tələb edib. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 20.000 (iyirmi min) ABŞ dolları pulu (2020-ci ildə qiyməti hər biri 10.000 ABŞ dolları olan) iki bitcoin almaq üçün verib. 2022-ci ildə ildə isə bir bitkoinin bazar dəyəri 35000 (otuz beş min) ABŞ dolları təşkil edib. Təqsirləndirilən şəxs da, bir 10.000 ABŞ dollarını verdiyi pul kimi, digər 10.000 ABŞ dollarını isə bitcoin halında tələb edib.Beləliklə Təqsirləndirilən şəxs özgə əmlakını tələb etməklə ittihamın verilməsiaçıq aşkar əsassızdır. Beşincisi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun yaxın qohumlarını öldürəcəyi, oğurladacağı ilə bağlı hədələdəyini bildirsə də, qeyd etdiyimiz və özünün də məhkəmədə etirafetdiyi kimi bunu təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Əvəzində ibtidai istintaqa və məhkəməyə təqdim etdiyimiz sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu zərəri ödəməsi üçün Zərərçəkmiş şəxs müəyyən təsirlər etməyə çalışıb. Lakin bu təsirlərin hamısı qanun çərçivəsində olub. Təqsirləndirilən şəxs dəfələrlə yazaraq Zərərçəkmiş şəxs polisə şikayətedəcəyinivə onuməhkəməyə verəcə ilə bağlı xəbərdarlıq edib. Burda sual yaranır ki, bir şəxs Zərərçəkmiş şəxs valideynlərini öldürməklə, övladını oğurlamaqla hədələyirsə, niyə birdən onu məhkəməyə və polisə (bandotdelə) verəcəyi ilə hədələsin? Eynişəxsi bu iki fərqli davranışıetməsimümkünsüzdür. Bundan əlavə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göndərdiyi səs yazılarında da, Azərin pulunu qaytarmaq üçün ona bəzi təzyiq etdiyini deyir. Məsələn, Zərərçəkmiş şəxs deyir ki, “o keçəndəfə deyirsən ki, torpağını sat” və yaxud başqa bir səsdə deyir ki, “çünki rəsmən məni şantajeləmisən, rəsmən. Konkret ki, səni sektorda biabır eliyərək, gəlirəm Mingəçevirə”. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs torpağını satıb borcunu bağlamasını tələb etməsi,qanunsuz bir hədə deyil. Hətta Təqsirləndirilən şəxsməhkəmədə QurbanəliYusibova qarşıməhkəmədə iddia qaldırarkən QurbanəliYusibovun torpağının üzərinə həbs qoyulmasınıməhkəmədən tələbedib və məhkəmə də bu tələbi təmin edib. Təqsirləndirilən şəxs sektorda, çevrələrində Zərərçəkmiş şəxs onunla necə rəftar etdiyini bildirməsiǝvəǝbununlaǝonuǝnüfuzunaǝxələlǝyetirəcəyiniǝbildirməsiǝdəǝqanunsuzaddımǝsaylımırdı. Çünki o vaxta qədər QurbanəliYusibov bitcoin sahəsində ciddimütəxəssis sayılırdı və müəyyən nüfuza malik idi. Zərərçəkmiş şəxs özü barədə həqiqətin bilinməməsi onu zərəri ödəməyə məcbur edə bilərdi. Və son olaraq Zərərçəkmiş şəxs valideynlərinin yaşadığı Mingəçevirə getməsi də onu və ya qohumlarını onun borcunu ödəməyə məcbur edə bilərdi. Yeri gəlmişkən Zərərçəkmiş şəxs eyni aqibəti yaşatdığıadamların bəziləri bu addımı atıblar, Mingəçevirə ailəsinə baş çəkiblər və ailəsi müəyyən qədər borcları ödəməyə razılıq verib. Həmin adamlar bu məhkəməyə gəlmiş və zalda oturmuşdular. Bütün bunlar Zərərçəkmiş şəxs vurduğu zərəri ödəməyə məcbur etmək üçün Təqsirləndirilən şəxstərəfindən qanun çərçivəsində atılan addımlar idi. Təqsirləndirilən şəxs verilən ittihamlardan göründüyü kimi, bu ifadələrlə bağlı ona heç bir ittiham verilməyib. Görünür ki, ittiham tərəfi də razılaşır bu ifadələr CM-nin 182-ci maddəsində nəzərdə tutulan “hədə” mənasını vermir. Maraqlı olan odur ki, əgər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs valideynlərini öldürməklə, körpə uşağını oğurlatmaqla hədələdiyi halda, niyə Zərərçəkmiş şəxs valideyninlərin, körpə balasının deyil, hansısa torpağının və ya nüfuzunun dərdini çəkirdi. Niyə demir ki, “sən mənim valideynlərimi öldürməklə, uşağımı oğurlatmaqla şantaj etmisən?” Yəni, valideyn və övlad onun üçün torpaqdan, nüfuzdan dahamı az dəyərli varlıqlardır? Təbii ki, yox Zərərçəkmiş şəxs nə qədər yalançı olsa da, ola bilməz ki, onun yaxın adamları onun üçün bu qədər dəyərsiz olsun. Sadəcə Təqsirləndirilən şəxs heç vaxt onu valideynləri və övladı ilə hədələməyib. Altıncısı, Təqsirləndirilən şəxs hədələməklə bağlı verilmiş ittiham bildirdiyimiz kimi yalnız Zərərçəkmiş şəxs sözlərinə (müraciətlərinə, izahatına və ifadəsinə) əsaslanır. Yuxarıda bu sözləri şübhə altına alan xeyli kənar arqumentlər gətirdik. İndi isə bu ifadələrin öz aralarında ziddiyyətli olduqları barədə sübutları sadalamaq istəyir. 1 ) İlk əvvəl qeyd edək ki, Qurbanəli Yusifov məhkəmədə sərbəst ifadə verdikdən sonra dövlət ittihamçısı özü ifadənin ziddiyyətli olduğunu bildirdi və bundan sonra onun ibtidaiistintaqa verdiyi ifadənin elan edilməsini istədi. 2) Zərərçəkmiş şəxs 2022-ci ilin yanvar ayından hədələndiyini göstərsə də, bu barədə şikayətiilk dəfə 2024-cü ilin avqust ayında verib. Bu vaxta kimi heç bir orqana, heç bir qohumuna, dostuna və yaxınına bu barədə nədənsə heç nə deməyib. 3 ) 2024cü ildə avqust ayında Daxili İşlər Nazirliyinə ünvanladığı, daha sonra Mingəçevir ŞPŞdə araşdırılan şikayətində Təqsirləndirilən şəxs hədələmələrini belə Zərərçəkmiş şəxs belə ifadəedib: “Təqsirləndirilən şəxs 2022-ci ilin əvvəlində telefonla zəng edərək hədələdiyini, evinizi, torpağınızı satdıracağını dediyini” göstərir. 4) Göründüyü kimi Zərərçəkmiş şəxs 2024-cü ilin avqust ayında ilk dəfə şikayət verərkən özünün və ailə üzvlərinin öldürüləcəyi, uşağının oğurlatdırlacağı, anasının və atasının girov götürüləcəyi kimi çox ağır və cddi hədələri xatırlamır, evlərinin, torpaqlarının satdıracağı kimi hədələri xatırlayıb və bu barədə hüquq mühafizə orqanlarına məlumat verir. 5) # ###### 2024-cü ildə Yasamal RPİ-yə ünvanlanan ərizəsində göstərir ki, “mənə psixoloji şiddət və təsir etməyə çalışırdı, Mingəçevirə gələcəyini, “atan onsuz da xəstədir, dəlidir, evinizi və torpağınızı satdıracam demişdi”; “Daha sonra, “pullar bərpa edilməyəci halda ailəvi, uşaqlarıvı məhv edəcəm” dedi”” (maraqlısı odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə evli olduğunu və bir uşağının olduğunu bilib. Onun arvadını atıb gedib, ikinci dəfə evlənməsi və həmin qadından ikinciuşağının dünyaya gəlməsini yalnız məhkəmənin gedişində öyrənib. Bu baxımdan Təqsirləndirilən şəxs ona uşaqlarıvıməhv edəcəyəm hədəsi gəlməsi inandırıcı deyil) “məni Türkiyədə reketlərə, mafiyaya verəcəyi ağlımın ucundan keçməmişdi. Düşünürdümki, bu günə qədər olanlar sadəcə güc göstəricisi idi. Telefondakı şəxs mənə bu gecə pulun çatmalı olduğunu dedi, yerimi bildiyini və tapıb başıma oyun açacağını bildirdi”. 6) Ziddiyyətlər yalnız Zərərçəkmiş şəxs 4 ay fərqi ilə verdiyi şikayətlərdə deyil. Onun ifadələri də ziddiyyətlidir. Məsələn, Zərərçəkmiş şəxs 2022-ci yanvar ayında Təqsirləndirilən şəxs ödəyəcəyi borcunu etiraf barədə “raspiskanı” yazmasının səbəblərini də fərqli izah edir. 2024-cü ilinin avqust ayında yazdığı şikayətdə 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs onu evlərini, torpaqlarını satdıracağı ilə hədələdiyini göstərmişdi. 2024-cü ilin dekabrında verdiyi ifadələrdə deyir ki, “Azərin Axundov bağında yerləşən ofisinə getmiş, ofisdə Azər onun üstünə gələrək ona bildirmişdir ki, «mən sənin uşağını, ailəni oğurlatdıracam və sənə ağır işgəncələr verdirtdirəcəm». O, Azərin dediklərini başa düşməmiş və bildirmişdir ki, «sən niyə belə edirsən». Azər isə ona bildirmişdir ki, «yaxşı edirəm» və onun qarşısına ağ kağız qoyaraq ondan dediklərini yazmağı tələb etmişdir. Azərin bu sözlərindən bərk qorxduğu üçün Azərin dediklərini yazmağa başlamışdır”.ǝ##ǝ####ǝ2025-cüǝildəǝverdiyiǝifadədəǝdeyirǝki,ǝ“Təqsirləndirilənǝşəxsǝfizikiǝcəhəddən ondangüclüdür ona görə də o, Azərdən qorxub sonuncunun dediklərini kağıza yazmışdır”. 7 ) Şəki Kommersiya məhkəməsində 2025-ci ilin yanvar- aprel ayılarında baxılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı kommersiya mübahisəsində isə hakimin bir başa sualına cavabında “Türkiyədən ona zənglər gəldiyi üçün kağızı yazıb imzaladığını göstərir”.Ümumiyyətlə həmin məhkəmədə Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin öldürəcəyi, habeləazyaşlı övladının oğurlatdıracağı, atasının və anasının girov götürüləcəyi ilə hədələnməsi barədə heç nə göstərmir. Baxmayaraq ki, bununla bağlı hakim tərəfindən ona dəfələrlə sual verildi.Vəsatətimizin olmasına baxmayaraq məhkəmə Şəki Kommersiya məhkəməsində keçirilənməhkəmə iclasının protokolunu əldə edib,araşdırmadı. 8) 2024-cü ilin avqust ayında DİN-ə yazdığı ərizədə Təqsirləndirilən şəxs onu bu ifadələrlətəhdid etdiyini deyib: “get dədənin evini torpağını sat, dəymiş ziyanı ödə, atamla hədələdi,valideyinlərim üzərindən basqı etdi” (C/i. cild 1, vərəq 78-79). Yasamal RPİ-dəyazdığı izahatda Təqsirləndirilən şəxs onu bu ifadələr təhdid etdiyini deyib:“sənin uşağını və ailəni oğurlatdıraram, sənə ağır işgəncələr verdirərəm, mənivə ailə üzvlərimi öldürəcəyini, atamıvə anamı girov götürəcək” (C/i. cild 1, vərəq 7-8). İbtidai İstintaq zamanı Təqsirləndirilən şəxs ilə üzləşmədə Azərin onu bu ifadələrtəhdid etdiyini deyib:“problemlər yaradacağını, ailəmin başına oyun açacağını, oğlumu oğurlatdıracağını, işimin daha da çətinləşəcəyini, ailə üzvlərimi öldürəcəyəini, atamı-anamıgirov götürəcəyini”(C/i. cild 1, vərəq 68-69, 71) Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs deyib ki, Azər onu sosial şəbəkələrdə biabır edib, təhdid edib. Lakin sənədlərin tədqiqində bununla bağlı fakt ortaya çıxmadı. 9 ) Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ## ###### 2024-cü ildə tarixli ifadədə,daha sonra ## ##### 2025-ci ildə Təqsirləndirilən şəxs verilmiş yekun ittihamda (həmçinin ## ##### 2025-ci il tarixlisübutların qiymətləndirilməsi barədə qərarda) deyilir ki, 2023cü ilin may ayının sonlarında (20-dən sonra) Zərərçəkmiş şəxs yasadığı Baki şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanında olduğu zaman Təqsirləndirilən şəxs tərəfindən və Türkiyə nömrəsindən QurbanəliYusifova zəng edilərək onu hədələyiblər: “2023-cü ilin may ayinin sonlarında, dəqiq xatirlamadigi tarixdə o, yasadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanında olduğu zaman Azərdən qorxduğu üçünAzərə Türkiyə Respublikasında olduğunu demiş. Azər ilə telefonla danışıb sağollaşdıqdan bir neçə dəqiqə sonra «Whatsapp» tətbiqindən +90- 505-854-13-96 nömrəsindən zəng edən şaxs ona hədə-qorxu gəlib 8000 AB$ dolar pulu həmin gün verməyini, ümumilikdə isə 43.000 ABŞdollar pulu ödəməli olduğunu demiş va həminməbləği Azərə ödəməyini tələb etmiş”(C/i. cild 1, vərəq44-45; cild 2 vərəq 153, 170). Zərərçəkmiş şəxs, Şəki Komersiya məhkəməsində 2025-ci ilin yanvar-aprel onunla Azər Qasımla arasında mülki mübahisəyə baxılan məhkəmədə izahatında dəfələrlə (təkrar suallara cavab verərkən o, 2023-cü il may ayında Türkiyənin Antaliya şəhərində olarkən ona Türkiyə nömrəsi ilə zəng gəldiyini və hədələndiyini bildirib. (həmin işin materiallarının tələb edilməsi və araşdırılması barədə vəsatət versək də məhkəmə bu vəsatətimizi təmin etmədi) Həmçinin 2024cü ilin avqust ayında Daxili İşlər Nazirliyinə yazdığışikayətində Zərərçəkmiş şəxs yazır ki, “2023cü ildə vəziyyətin gərginləşdiyini, ona fərqli nömrələrdən zəng gəldiyiüçün ölkədən çıxaraq Antalyaya getdiyini, həmin ilin mayında ad günü günü (yəni ## ### 2023- müdafiəçi2)Azərin onu yığaraq 8000 dollar pulun çatmalı olmasını dediyini, səhəri gün isə(yəni ## #### 2023müdafiəçi2) internetsiz yerdə olduğu üçün telefonu aça bilmədiyini, Türkiyə nömrəsi ilə ona zənglər gəldiyini, Azərin Türkiyədə onumafiyaya verəcəyini ağlının ucundan da keçmədiyini, telefondakı şəxsin onu hədələdiyini, busəbəbdən vatsapı: silib qaldığı yeri dəyişdiyini, həmin ilin iyulunda İngiltərədən fotolar paylaşdığını”(c/i. cild 1, vərəq 111-113) X5 isə ibtidai istintaq zamanı verdiyi ifadəsində “İstanbulda olduqları zaman, 2023-cü ilin mayın sonlarında Qurbanəliyə Türkiyə nömrəsindən gəldiyini”deyib.(c/i. cild 1, vərəq 213-215) İlk əvvəl qeyd edək ki, 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs Baki şəhəri, Yasamal rayonu, H.Zərdabi kuçəsi, 78 v saylı evin , *** saylı mənzilində ola bilməzdi. Çünki həmin mənzil Zərərçəkmiş şəxs birinci arvadı Fərhabanu Yusifovanın (Niftullayevanın) atasının Nicat Niftəliyevin mənzili idi, Qurbanəli birinci arvadı evli olarkən həmin mənzildə yaşayıb. Lakin Qurbanəli o, birinci həyat yoldaşından 2022ci ilin ######ın #-də boşanıb və eyni ilin dekabrında artıq ikinci arvadı rəsmən nikaha daxil olaraq ailə qurub (bu faktı Zərərçəkmiş şəxs məhkəmədə özü də təsdiq edib). Məhz bu səbəbdən Fərhabanu Yusifovanın (Niftullayevanın) dindirilməsi barədə verdiyimiz vəsatətin təmin edilməsinəǝQurbanəliYusibovǝtərəfindənǝetirazǝedilirdi.ǝBuǝvəsatətiǝtəminǝməhkəməǝtəminǝetsə də, lakin öz qərarının icrasını təmin etmədi. Fərəhbanu Yusifova məhkəmədə dindirilsəydi Təqsirləndirilən şəxs verilmiş Zərərçəkmiş şəxs Baki şəhəri, Yasamal rayonu, H.Zərdabi kuçəsi, **v saylı evin , *** saylı mənzilində olarkən ona Türkiyə nömrəsindən Qurbanəli Yusifova zəng edilərək hədələnməsi epizodu tam təkzib ediləcəkdi. Bundan başqa Təqsirləndirilən şəxsməhkəmədə müdafiə tərəfinin Zərərçəkmiş şəxsbirinci qaynatası - Nicat Niftəliyev ilə əlaqə saxladığını və həmin mənzilin onun ailəsinə məxsus olması, 2022-ci ilin ######ın #-də boşandıqdan sonra Zərərçəkmiş şəxs həmin mənzilə gəlməməsi barədə verdiyi məlumatı məhkəmənin diqqətinə çatdırdı və bu protokola qeyd edildi. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs sərhədkeçmə cədvəlindəngörünür ki, o ## ### 2023-cü ildə Azərbaycanı hava yolları vasitəsi ilə tərk edərək Türkiyənin Ankara şəhərinə gedib.(c/i. cild 1, vərəq 224) Göründüyü ki, Təqsirləndirilən şəxs verilən ikinci epizod ittihamda hadisənin baş verdiyi yer (Bakı, Ankara, İstanbul və ya Antaliya) müəyyən edilmir. Bu sübutlar əsasında müəyyən etmək olur ki, Zərərçəkmiş şəxs Türkiyədən zəng gəlibsə, bu # #### 2023-cü ildə olub, həmin vaxt o Bakıda olmayıb. Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Zərərçəkmiş şəxsla əlbir olaraqcinayəti işinin materiallarına və hallarını saxtalaşdıraraq guya Zərərçəkmiş şəxs sondəfə 2023-cü ilin may ayında Bakı şəhərində Yasamal rayonundakı mənzildə olarkən onazəng gəldiyini və hədələndiyini müəyyən edib. Bununla da yalandan cinayət təqibi üçünYasamal rayonu aidiyyəti müəyyən edilib. 10) Bundan əlavə 2024-cü ilin avqust və dekabr aylarında Zərərçəkmiş şəxs bu zənglə hədələnməsini fərqli təsvir edir. 2024-cü ilin avqust ayında DİN-ə yazdığışikayətdə qeyd edir ki, “qaldığım evə gəlincə isə Türkiyə nömrəsindən zənglər gəlməyə başladı. Birində bir Azərbaycanlı kişi idi yanında çoxlu adam səsi gəlirdi, Azəri tanımıram dedim. Çünki məni Türkiyədə reketlərə, mafiaya verəcəyi ağlımın ucundan keçməmişdi. Düşünürdüm ki, bugünə qədər olanlar sadəcə güc göstərişi idi. Telefondakı şəxs mənə bu gecə pulun ona çatmalı olduğunu dedi, yerimi bildiyini və tapıb başıma oyun açacağını bildirdi. Mən WhatsAppı silib, qaldığım yeri dəyişməli oldum”. (c/i. cild 1, vərəq 111-113) 2024-cü ilin dekabrında Yasamal RPİ-də verdiyi izahatda, ifadədə isə dozanıartırır, qeyd edir: “Azərin 8000 ABŞ dolları məbləğində pulu qaytarmağımı və sonra isə 37.000 ABŞ dollar pulunu qaytarmağımı, qaytarmadığım təqdirdə mənim yerimi taparaq məni vəyanımda olan ailə üzvlərimi öldürəcəklərini bildirdi. Mən həmin şəxsə Azər adlı şəxsi tanımadığımı bildirdiyim zaman o, oğru aləminin üzvü olduğunu, hər şeyi yaxşıbildiyini bildirərək 8000 ABŞ dolları məbləğində pulu bu gün ödəməyəcəyim təqdirdəAzərbaycanda olan atamı və anamı girov götürərək onlardan 45000 ABŞ dolları pul alacaqlarını deyərək telefonu söndürdü.”(c/i. cild 1, vərəq 40-46) 11) Məhkəmə istintaqızamanı Türkiyə nömrəsindən edilən zənglə bağlı Təqsirləndirilən şəxs “belə bir zəngin olmasını necə sübut edə bilərsən? ” sualına cavab olaraq Qurbanəli Yusifov dedi ki, bu zəngin “whatsapp screen”i var və onun tərəfindən istintaq orqanına təqdim edilib vəcinayət işinin materialına əlavə edilib. Lakin məhkəmə cinayət işinin materiallarınıelan edərkən sənədlərin tədqiqində məlum oldu ki,cinayət işinin materiallarında Zərərçəkmiş şəxs belə zəngin olduğunu göstərən sübut yoxdur. 12) Qurbanəli Yusifov məhkəmədə bir neçə dəfə deyib ki, 2022-ci ilin yanvarında, borc haqqında qəbz imzalanan ərəfədə Təqsirləndirilən şəxs onu uşağı ilə təhdid etdiyi üçün atası deyib o da gəlib uşağı Mingəçevirə aparıb. Zərərçəkmiş şəxs atası şahid7 məhkəmədə oğlunun ona 2023-cü ilin mayında Türkiyədən zəng gələndən sonra təhdid olunduğunu dediyini bildirdikdən sonra, Zərərçəkmiş şəxs məhkəmədə ifadəsini dəyişdi və 2023cü ilin may ayında uşağı Mingəçevirə apardıqlarını dedi. VidadiYusifov isə Təqsirləndirilən şəxs “uşağı Bakıdan Mingəçevirə nə zaman aparmısınız? ” sualına cavab olaraq “mən Qurbanəlinin 2023-cü ilin oktyabrnoyabr aylarında xaricdən zəng edərək təhdid olunduğunu deyəndən sonra Bakıya gələrək nəvəmi Mingəçevirə aparmışam” dedi. Zərərçəkmiş şəxs anası şahid6 isə məhkəmədəki ifadəsində bildirdi ki, Mingəçevir məhkəməsi zamanı Zərərçəkmiş şəxs təhdid olunmasından xəbər tutub, ona görə də 2024-cü ilin mart-aprel aylarında uşağı Bakıdan Mingəçevirə aparıblar. Zərərçəkmiş şəxs və onun valideynləri ziddiyyətli olsa da, uşağı hədə səbəbindən gizlətdikləri barədə ilk dəfə məhkəmədə ifadə versələr də, sonradan məlum olub ki, Zərərçəkmiş şəxs birinci arvadından # ###### 2022-ci ildə çox pis şəkildə boşandığı üçün aralarında münasibətlər çox pisdir (Zərərçəkmiş şəxs nümayəndəsinin özünün etirafına görə). Bundan başqa Təqsirləndirilən şəxs məhkəmədə müdafiə tərəfinin Zərərçəkmiş şəxs birinci həyatǝyoldaşıǝ-ǝFərəhbanuǝNiftəliyevaǝiləǝəlaqəǝsaxladığınıǝvəǝonunǝ2022-ciǝilinǝ######ınǝ#-də boşandıqdan sonra uşağı ilə bərabər öz atası evinə qayıtdığını təsdiq etməsi barədə məlumat verdi və bu məlumat protokola qeyd edildi. Belə olan halda uşağın gəlib anadan alıb aparmaları həqiqətiəks etdirmir. 13) Qurbanəli Yusifov ibtidai istintaq zamanı verdiyi ifadəsində və Təqsirləndirilən şəxs ilə üzləşmədə onun Axundov bağının yanındakı ofisində borc haqqında qəbz imzalanarkən ofisdəheç kimin olmadığını deyib. (c.i. cild 1, vərəq 40-46, 92-104) Zərərçəkmiş şəxs 2024-cü ilin avqust ayında DİN-ə göndərdiyi ərizəsində isə yazıbki, “Azərin öz ofisinə gəldim va üzbəüz oturduqda yanında bəzi qəribə geyimli adamlar vardı. Kim olduqlarını bilmirdim. Mənim qarşıma kağız varəq qoyub, yaz, dedi. Sonra o adamlaragözü ilə uzaqlaşmağı dedi. Onlar mətbəxə keçdilər deyəsən”(c/i. cild 1, vərəq 111-113) Lakin ibtidai istintaq zamanı Nəriman İsmayılovla üzləşmədə, həmin vaxt ofisdə Nəriman İsmayılovun olduğunu qəbuledib. Daha sonra, məhkəmədə də ifadə verərkən ofisdə Təqsirləndirilən şəxs başqa Nəriman İsmayılovun da olduğunu etiraf etməli oldu və dedi ki, yəqin mətbəxdə idi. Lakin onlar Azərlə söhbət edərkən Nəriman İsmayılovun ofisdə mətbəxdə olduğunu bildirib. Nəriman İsmayılov məhkəmədə dindirilərkən ofisdə o, Azər və Qurbanəli olması,Zərərçəkmiş şəxsla ofisdən normal şəkildə birlikdə çıxmaları, gedib bir yerdə şaurma yedikləribarədə ifadə verdikdən sonra, QurbanəliYusibov bu ifadəni təsdiq etmişdir. Nəriman İsmayılov, həmçinin bildirmişdi ki, həmin qəbzin kopyasınıçıxarıb Qurbanəliyə verib. Nəriman İsmayılov yeganə şahiddir ki, borc haqqında qəbzimzalanan gün ofisdə olduğunu və heç bir təhdid və təzyiqin olmadığını deyib. 14) Qurbanəli Yusifov məhkəmədə verdiyi ifadəsində bildirdi ki, 2022-ci ilin yanvarında həyat yoldaşı Samirə Qasımlının ofisində görüşəndə Təqsirləndirilən şəxs orada tək olub. Lakin ibtidai istintaq zamanı Qurbanəli Yusifov ifadəsində və Təqsirləndirilən şəxs iləüzləşməsində bildirib ki, “qarşımda oturan şəxslə danışaraq həyat yoldasi Samirənin Yasamal rayonu, "Yasamal" parkı ilə üzbəüz yerləşən ofisində görüşdük. Ora gəldiyim zaman qarşimda oturan şəxsin yaninda bir neçə şəxsin olduğunu gördum”(c.i. cild 1, vərəq 40-46, 92-104) 15) Həm ibtidai istintaqda, həm məhkəmədə verdiyi ifadələrdə QurbanəliYusibov qəbz imzalandıqdan sonra Təqsirləndirilən şəxs ilə görüşmədiyini, ondan qaçdığını və gizləndiyini deyib. Nəriman İsmayılov ibtidai istintaq zamanı Zərərçəkmiş şəxsla üzləşmədə, daha sonra məhkəmədə şahid kimi ifadəsində Zərərçəkmiş şəxs borc haqqında qəbzi imzaladıqdan sonra onun beş-altı dəfə ofisə gəldiyini dedikdən sonra, Qurbanəli Yusifov birneçə dəfə ofisə gəldiyini qəbuletdi, hətta bir neçə dəfə öz kompüteri ilə gəlib oradan işlədiyini bildirdi. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmədə səs yazılarıelan edildikdə məlum oldu ki, borc kağızı imzalanandan sonra nəinki gizlənmədiyi, əksinə həmin səs yazılarında hətta Azərə hesaba daha böyük yatırımlar etməyi, yeni iş təklif etdiyi üzə çıxdı. Əsl həqiqətdə bu faktlar göstərir ki, ən azı 2022-ci ilin sonlarına kimi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qaçmırdı, onlar arasında pulla bağlı mübahisəli durum olsa da, münasibətləri davam edirdi. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qaçması 2022-ci ilin dekabrında xaricə getməsi başladı. Bundan əlavə Zərərçəkmiş şəxs ifadəsində 2023-cü ilin mayında stress altında evpaltarında ölkədən qaçdığını bildirsə də, lakin məhkəməyə təqdim etdiyimiş foto sübutlarlamüəyyən olunur ki, o həmin ilin yiun ayında Antalyada əyləncə yerlərində, diskotekalarda şən vəxoşbəxt olduğunu, əyləndiyini göstərən videolar paylaşıb. Göründüyü kimi əsl həqiqətdə Zərərçəkmiş şəxs hədələrdən deyil, burda insanlara vurduğu zərərləri ödəmək öhdəliyindənqaçmışdır. Bu səbəbdən xaricdə özünü rahat və şən hiss edirdi. 16) QurbanəliYusibov məhkəməyə sənədlərin tədqiqi mərhələsində onun adına əmlak olmadığını, hətta hakimin sualına cavab olaraq da dedi ki, onun adına heç vaxt torpaq sahəsi olmayıb. Lakin Məhkəməyə təqdim etdiyimiz sənədlər əsasında müəyyən edildi ki, Zərərçəkmiş şəxs adına torpaq sahəsi olub, lakin Təqsirləndirilən şəxs ona qarşıməhkəmədə iddia qaldırdığı vaxt həmin torpaq sahəsinianasının adına keçirib. Göründüyü kimi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs əvvəlevlərini, torpaqlarını satdıracağı ilə hədələməsi, sonra onu və ailə üzvlərini öldürəcəyi, habelə azyaşlı övladının oğurlatdıracağı, atasının və anasının girov götürücəyi ilə hədələnməsi, daha sonra Azərin fiziki gücündən qorxması ilə bağlı ifadələri ziddiyyətlidir və belə ziddiyyətli ifadələr ittihamın əsasını təşkiledə bilməz. CPM-nin 399.1.2, 399.1.3, 401.2.3, 401.2.4 və 402.0.2-cimaddələrinə əsasən birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbuledilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüməhəmiyyətə malik olan ziddiyyətliǝsübutlarǝolduqdaǝvəǝbirinciǝinstansiyaǝməhkəməsininǝhökmǝvəǝyaǝqərarındaǝşərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir.İrəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökmü mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdəbirinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməməsi hesab edilməsi məhkəmənin hökmünün ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən hesab edirik ki, Zərərçəkmiş şəxs ifadələri hökmün əsasını təşkiledəbilməyəcək mötəbər olmayan, ziddiyyətli sübutdur. Yeddincisi, belə olan halda sübut və faktların,eləcə də Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun qaydada şahid ifadələrinə əsaslanmadan,açıq ziddiyyətli və yalan ifadələr əsasında Təqsirləndirilən şəxs qarşıcinayət işinin aparılmasında istintaqın marağı nə idi? Bu sualın cavabını Təqsirləndirilən şəxs özü məhkəmədə vermişdi: “Hakimiyyətə məni tutmaq lazım idi, Qurbanəli isə borcunu qaytarmaq istəmirdi. Ona görə də Qurbanəli yalan və böhtanlarla hakimiyyətə pas ötürdü, hakimiyyət də bu pası qəbul etdi”. 2023-2024-cü illərdə hakimiyyəti tənqid edənlərə qarşıaparılan kütləvi həbs dalğası fonunda hakimiyyətə qarşı kifayət qədər sərt tənqidiçıxışları və media müsahibələri ilə cəmiyyətdə tanınan Təqsirləndirilən şəxs da həbsi gözlənilən idi. Bunu başa düşən QurbanəliYusibov # ###### 2024-cü ildə Daxili İşlər naziri Vilayət Eyvazova yazdığıməktubda bildirirdi: “Siyasi Menecment İnstitutunun rəhbəri Azər Ağaqasım oğlu həm dövlətçiliyimiz, həm də cəmiyyətimiz üçün təhlükəli adamdır. Dəfələrlə mənə fiziki zor gəlməklə hədə-qorxu edib, məni dövlətciliyimizin əleyhinə istifadə etməyə çalışıb, alınmadığı halda isə mənə qarşı hədəqorxu gəlməyə başlamışdı və faktiki olmayan vəsaiti hədə-qorxu vasitəsi ilə boynuma almağı məcbur etmişdi”. Bu məzmun Təqsirləndirilən şəxs ilə bağlı siyasi hakimiyyəti Zərərçəkmiş şəxsla birləşdirən məqam idi. İbtidai istintaq zamanı aparılan bəzi istintaq hərəkətlərinə diqqət yetirdikdə açıq aşkar görmək olur ki, istintaqı QurbanəliYusibovun iddialarından başqa şeylər də maraqlandırırdı. Əgər Təqsirləndirilən şəxs barəsində CM 182-ci maddəsi ilə Zərərçəkmiş şəxs hədə-qorxu gəlməsi ilə bağlı məsələ maraqlandırırdısa, o zaman Təqsirləndirilən şəxs bank əməliyyatları niyə araşdırılırdı. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham iki hədə qorxu gəlmə epizodundan ibarətdir. Birincisi, ittihamın iddiasına görə 2021-ci ilin yanvarında Təqsirləndirilən şəxs arvadı Samirə Qasımlının ofisində və özünün ofisində Zərərçəkmiş şəxs qəbzi imzalamasızamanı başvermiş hədələmə epizodudur. İkincisi isə, 2022-cimay ayının sonlarında Türkiyə Respublikasının mobil operatoruna aid +905058541396 mobil telefon nömrəsindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 7 ünvanında olarkən onun istifadəsində olan +************ mobil telefon nömrəsinə zəng edərək onu öldürməklə hədələmə epizodudur. Hər ikiepizod üzrə ittiham yalnız Zərərçəkmiş şəxs ziddiyyətli ifadələrinə istinad edir. Birinciepizoda gəldikdə isə 2021-ci ilin yanvarında ümumiyyətlə belə hadisə olmayıb. Təqsirləndirilən şəxs da məhkəmədə ifadə verərkən bildirib ki, həyat yoldaşı Samirə Qasımlının ofisində Zərərçəkmiş şəxsla ümumiyyətlə görüşməyib. Zərərçəkmiş şəxs qəbzi 2022-ci ilin yanvar ayının 22-də imzalayıb. Zərərçəkmiş şəxs bu qəbzi imzalamasısəbəbinimüxtəlif vaxtlarda üç fərqlisəbəblərlə izah etmişdir: 2024-cü ilinin avqust ayında yazdığı şikayətdə 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs onu evlərini, torpaqlarını satdıracağı ilə hədələdiyini göstərmişdi. 2024-cü ilin dekabrındaverdiyi ifadələrdə deyir ki, “Azərin Axundov bağında yerləşən ofisinə getmiş, ofisdə Azər onun üstünə gələrək ona bildirmişdir ki, «mən sənin uşağını, ailəni oğurlatdıracam və sənə ağır işgəncələr verdirtdirəcəm». O, Azərin dediklərini başa düşməmiş və bildirmişdir ki, «sən niyəbelə edirsən». Azər isə ona bildirmişdir ki, «yaxşı edirəm» və onun qarşısına ağ kağız qoyaraqondan dediklərini yazmağı tələb etmişdir. Azərin bu sözlərindən bərk qorxduğu üçün Azərin dediklərini yazmağa başlamışdır”. ## #### 2025-cü ildə verdiyi ifadədə isə göstərmişdir ki, “Təqsirləndirilən şəxs fiziki cəhəddən ondan güclüdür ona görə də o, Azərdən qorxub sonuncunun dediklərini kağıza yazmışdır”. İkinci epizoda gəldikdə isə açıq-aşkar 2023-cü ilin may ayında Türkiyə Respublikasının mobil operatoruna aid+905058541396 mobil telefon nömrəsindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 8 ünvanındaǝolarkənǝonunǝistifadəsindəǝolanǝ+************ǝmobilǝtelefonǝnömrəsinəǝzəngǝgələ bilməzdi. Çünki bu mənzildə Zərərçəkmiş şəxs heç vaxt kirayə yaşamayıb. Bu mənzil onun keçmiş arvadı Fərhabanu Yusibovanın valideynlərinin olub, 2022 yanvar ayının 7-də Qurbanəli Yusifov arvadından boşandıqdan sonra, həmin mənzildən köçüb gedib. Hətta 2022-ci ilin dekabr ayında ikinci dəfə ailə qurub. Bundan əlavə 2023-cü ilin may ayında Türkiyə Respublikasının mobil operatoruna aid mobil telefon nömrəsindən zəng gələn zaman Zərərçəkmiş şəxs harda olması ilə bağlı işdə olan ifadələr və məlumatlar ziddiyyətlidir. Bir məlumata görə Bakıda, digər məlumata görə Antaliyada, üçüncü məlumata görə İsntanbulda olub. Bu nömrənin kimə aid olması, bu şəxsinTəqsirləndirilən şəxs ilə nə əlaqəsi olması, bu nömrədən Qurbanəliyə ümumiyyətlə zəngin gəlməsi, onun hədələnməsi və işdə olan sübutlarla təsdiq edilmir. Bundan başqa Təqsirləndirilən şəxs da məhkəmədə verdiyi ifadə heç kimsədən onun adından Zərərçəkmiş şəxs zəng etməsini istəmədiyini deyib. Bu ittiham üzrə cinayət təqibi nə Yasamal RPİ-nin, ümumiyyətlə Azərbaycan Respublikasının yurisdiksiyasına aid deyil. Çünki, əgər törədilibsə bu cinayət Türkiyə mobil operatoru ilə zəng vuran, yəni Türkiyə Respublikasında olan (Zərərçəkmiş şəxs dediyi kimi özünü türk mafiyası kimi təqdim edən) şəxs tərəfindən Türkiyə Respublikasının ərazisində olan şəxsə qarşı törədilib. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsindəǝbaxılaǝbilməz. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 digər müdafiəçi müdafiəçi1 apellyasiya şikayətinə oxşar şikayət verib, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsiniǝvəǝTəqsirləndirilənǝşəxsǝbarəsindəǝyeniǝbəraətǝhökmüǝçıxarılmasınıǝxahişǝetmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçiləri məhkəmədən apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini, dövlət ittihamçısı apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli,ǝ*(***)-****/****ǝnömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin əməlində hədə-qorxu ilə tələb etmə cinayətinin tərkib əlamətlərinin olmamasını bildirsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, apellyasiya şikayətlərinin əsaslandığı halları artıq hökmündə tədqiq etməklə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək təqsirləndirilən şəxsin CM-in 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxsin əməllərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü ona qarşı elan olunmuş ittihamda ümumiyyətlə təqsirli bilməmişdir. Halbuki, ibtidai araşdırma mərhələsində əldə edilmiş və cinayət işinin materiallarında olan sübutlarla (zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri ilə və iş üzrə toplanmış digər sübutlarla - ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə zərər çəkmiş şəxsin, şahidlərin ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı verdiyi, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CMin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi zərər çəkmiş şəxs və şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, müvafiq ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, onun əməlini CM-nin 182.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçiləri apellyasiya şikayətləri verərək barəsində CM-in 182.3.2-ci maddəsi ilə bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 182.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran halların isə müəyyən edilmədiyini nəzərə alaraq azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti CM-nin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-nin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmişǝapellyasiyaǝşikayətləriǝtəmin edilməsin. Təqsirləndirilən şəxs CM-nin 182.3.2-ci maddəs ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar