Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-467/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qarayeva Mehriban Cəfər qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nəcəfova Lamiə Amil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs İlyasov Mətləb Mahir oğlunun iştirakları ilə, ##.##.1976-cı il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Qubadlı rayonu, ünvan 6 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən İlyasov Mətləb Mahir oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 1(006)-190/2025 saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:
1. Hökmə əsasən, İlyasov Mətləb Mahir oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı zərərçəkmiş şəxs6 özünü vəkil kimi təqdim edərək sonuncuya geniş əlaqələrə malik olduğunu bildirib, guya 5000 manat pul müqabilində Dövlət Sosial Müdafiə Fondu vasitəsilə zərərçəkmiş şəxs6 və övladı Samirə Əliyevaya təqaüd düzəldilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs6 2023-cü ilin aprel ayının əvvəllərində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən ofisdə 3500 manat, 2023-cü ilin aprel ayının ortalarında Sumqayıt şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Kimyaçı Mədəniyyət sarayı”nın qarşısında 1300 manat və 200 manat olmaqla ümumilikdə 1500 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.
2. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı zərərçəkmiş şəxs5 özünü vəkil kimi təqdim edərək sonuncuya geniş əlaqələrə malik olduğunu bildirib, guya 3500 manat pul müqabilində Dövlət Sosial Müdafiə Fondu vasitəsilə adına təqaüd düzəldilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs5 2023-cü ilin aprel ayının ortalarında Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən ofisdə 3500 manat, 2023-cü ilin may ayının ortalarında Sumqayıt şəhəri, 17ci mikrorayon ərazisində yerləşən “Ordubad” kafesində 1150 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 ümumilikdə 4650 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.
3. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs4 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib, guya 7000 manat pul müqabilində sonuncunun dayandırılmış təqaüdünün bərpa edilməsi məsələsini həll edəcəyinə dair yalan vəd verib etibarından suiistifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs4 2022ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ** saylı ünvanda yerləşən ofisdə 250 manat, 2023-cü ilin yanvar ayının ortalarında Sumqayıt şəhəri, 13cü mikrorayonda yerləşən * saylı poliklinikanın qarşısında 1750 manat, 2023-cü ilin fevral ayının əvvəllərində Sumqayıt şəhəri, 18-ci mikrorayon dairəsi yaxınlığında yerləşən “Elmar” marketin qarşısında 1000 manat, 2023-cü ilin mart ayının sonlarında Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsi ** saylı ünvanda yerləşən “Şahanə” restoranının qarşısında 1000 manat, 2023-cü ilin aprel ayının sonlarında həmin ünvan qarşısında 1000 manat və 2023-cü ilin may ayının ortalarında həmin ünvanın qarşısında 1000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
4. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs3 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib, guya 7000 manat pul müqabilində sonuncunun övladı şahid3 Daxili İşlər Nazirliyinin Hospitalında işə düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifad etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs3 2023-cü ilin avqust ayından 2023-cü ilin sentyabr ayına kimi olan müddət ərzində istintaqla müəyyən edilməyən günlərdə ünvan 1 ünvanında hissə-hissə olmaqla ümumilikdə 7000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs2 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib, guya 5000 manat müqabilində sonuncunun barəsində Sabunçu rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının yüngülləşdirilməsində və “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan kredit borcu ilə bağlı gecikdirdiyi ödənişlərin faiz borclarının silinməsində köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs2 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "xxxx” ASC-nin Nərimanov filialının qarşısında 1500 manat, 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Suraxanı rayon məhkəməsinin qarşısında 1200 manat, Bakı şəhərinin istintaqla müəyyən edilməyən ərazilərində hissə-hissə olmaqla ümumilikdə 800 manat, Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən Suraxanı rayon məhkəməsinin qarşısında 1200 manat və Bakı şəhəri, Sabunçu rayonu, Sakit Qocayev küçəsi ** saylı ünvanda yerləşən “Aygün City” Ticarət Mərkəzinin yaxınlığında 300 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.
6. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs1 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib, guya 7300 manat pul müqabilində sonuncuya, həmin əlaqələri vasitəsilə Nəsimi rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş övladı İsmayıl Eyvazlının azadlığa buraxılması məsələsini həll edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs1 2024-cü ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Nəsirri rayonu, A.Mustafayev küçəsi ** saylı ünvanda yerləşən “Göygöl” kafesində 3000 manat, sonuncunun qızı şahid9 tərəfindən onun istifadəsində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə aid 5239- ****-****-**** nömrəli bank kartına ## ##### 2024-cü il tarixdə saat 14:28-də Bakı şəhəri, Yasamal rayonu, M/P Elmlər Akademiyası stansiyası ünvanında quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə göndərilmiş 4000 manat pulu və şahid9 tərəfindən ## ##### 2024cü il tarixdə ünvan 3 ünvanında «M10» ödəmə tətbiqindən həmin bank kartının hesabına göndərilmiş 300 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 7300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 1(006)-190/2025 saylı hökmü ilə (hakim S.R.Mustafayeva) İlyasov Mətləb Mahir oğlunun Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən İlyasov Mətləb Mahir oğlunun ibtidai istintaq zamanı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddətin ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərər çəkmiş şəxs zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs5 və zərərçəkmiş şəxs4 münasibətdə törədilmiş dələduzluq əməlinə görə İlyasov Mətləb Mahir oğluna qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət təqibinə xitam verilməsi, İlyasov Mətləb Mahir oğlunun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ## ### 2024-cü il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdə həmçinin məhkəmə məsrəfləri də öz əksini tapmışdır.
8. Hökmdən təqsirləndirilən İlyasov Mətləb Mahir oğlu apelyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 1(006)-190/2025 saylı hökmünün dəyişdirilərək əməlinin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir.
II. Apelyasiya şikayətinin dəlilləri və etirazlar: 9.Təqsirləndirilən İlyasov Mətləb Mahir oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci istansiya məhkəməsinin hökmü prosessual qanun pozuntuları ilə qəbul edilmiş, sübutlar saxtalaşdırılaraq müdafiə hüququ təmin edilmədən prosessual hərəkətlər aparılmışdır. Heç bir epizod üzrə subutlar yetərli olmamışdır. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərər çəkmiş şəxs zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs5 və zərərçəkmiş şəxs4 üzrə epizodlara təqibinə xitam verilmiş, lakin hökmü almadığı üçün bu hal təsdiqini tapmamışdır. Mühakiməsi mümkün, mötəbər sübutların məcmusu ilə baş verməmişdir. Məhkəmə nəzarəti qaydasında xeyrinə çıxarılmış ibtidai istintaqın hərəkət və qərarlarının qanunsuz hesab edilən hallar və qanuni qüvvədə olan hallar nəzərə alınmamışdır. Zərər çəkənlər zərərçəkmiş şəxs3 ilə bağlı epizod üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Halbuki iş materiallarında olan sübutlar saxtalaşdırılmışdır. Zərər çəkən zərərçəkmiş şəxs1 epizodu üzrə cinayətin obyektiv cəhətini təsdiq edən sübutlar olmadığı halda (bank kartından 4300 manatın əldə edilməsinə dair) Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsi əleyhinə qanunu pozmaqla əldə edilən sübutlardan istifadə edilmişdir. Zərər çəkən zərərçəkmiş şəxs2 epizodu üzrə barışıq olsa da, dəymiş ziyan ödənilsə də, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı tətbiq edilməmişdir.
10. Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
III.Proses iştirakçılarının çıxışları:
11. Apelyasiya icraatında təqsirləndirilən İlyasov Mətləb Mahir oğlu vəsatətlər verərək qeyd etmişdir ki, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının müvafiq bəndləri ilə amnistiya tətbiq edilməlidir. Belə ki, Həmin qərarın 1.6-cı bəndinə əsasən, 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. O da məcburi köçkündür və onun ikinci dərəcə əlilliyi var. Həmin Qərarın 1.15-ci bəndinə əsasən, orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər o halda amnistiyaya düşür ki, dəymiş zərəri ödəmədiyinə görə işə xitam verilsin. Qərarın 2.3-cü bəndinə əsasən, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad edilirlər. Qərarın 26-cı bəndinə əsasən, apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Qərarın 5.2.3-cü bəndinə əsasən, bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar. O, eyni zamanda bildirmişdir ki, barəsində 3 epizoda cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən xitam verilmişdir, bir epizod üzrə zərəri ödəmişdir. Məhkəmədən barəsində amnistiya tətbiq edilərək cəzasının 6 ay müddətə azaldılmasını xahiş etmişdir.
12. Apelyasiya icraatında dövlət ittihamçısı dövlət ittihamçısı1 bildirmişdir ki, təqsirləndirilən şəxs İlyasov Mətləb Mahir oğlunun təqsiri tam şəkildə sübuta yetirilmişdir, bundan başqa, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının şəxsin cəzadan azad edilməsi və ya cəzasının azaldılması ilə bağlı hissəsi məhz ## ###### 2025-ci il tarixdən əvvəl çıxarılmış hökmlərə aiddir, İlyasov Mətləb Mahir oğlunun Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair hökm isə ## ###### 2026-cı il tarixdə qəbul edilmişdir, ona görə də, təqsirləndirilən şəxsin qeyd etdiyi müddəalar onun barəsində tətbiq edilə bilməz. Eyni zamanda, iş materiallarından da görünür ki, təqsirləndirilən şəxs beş epizod üzrə təqsirli bilinmiş, üç epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, digər epizodlar üzrə isə bir epizod üzrə zərər ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində qeyd edilən amnistiya qərarı tətbiq edilə bilməz. Məhkəmədən apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
III.Hüquqi məsələlər:
13. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir.
14. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” ##.##.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, R Kənan Əhədzadə tərəfindən cinayət işi başlanmış və başlanılmış cinayət işinə 240070275 nömrəsi verilmişdir (cild l, i.v.1);
15. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən ##.##.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, İlyasov Mətləb Mahir oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2, 320.1, 46.2, 66.3 və 66.4-cü maddələri ilə 02 il dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2018-ci ildə Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə hökm ləğv edilmiş, ********* nömrəli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, ##.##.2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2, 320.1, 46.2, 66.3 və 66.4-cü maddələrinə əsasən 02 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (ll cild, i.v.152-154);
16. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli hökmündən görünür ki, İlyasov Mətləb Mahir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə cinayət işi üzrə icraata xitam verilmiş, İlyasov Mətləb Mahir oğlu Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İlyasov Mətləb Mahir oğlunun ittiham olunduğu CM-nin 320.1-ci maddəsi üzrə cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, həmin maddə ilə təqsirli bilinmiş, lakin ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən və əlavə cəzaları tam toplamaq yolu ilə İlyasov Mətləb Mahir oğluna qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum cəzası etmə təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.4-cü maddələrinə əsasən Xətai rayon məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmü ilə İlyasov Mətləb Mahir oğluna təyin edilmiş 04 (dörd) ilmüddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş əsas cəza ilə qismən toplanmaqla və əlavə cəza isə tam toplanmaqla təqsirləndirilən şəxs İlyasov Mətləb Mahir oğluna qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ## ##### 2016-cı il tarixdən, ## ##### 2016-cı il tarixədək saxlandığı müddət ona təyin edilmiş 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (lll cild, i.v.157-170);
17. Cinayət işi üzrə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə ünvanlanmış sorğuya cavaba əsasən Komitənin məcburi köçkünlərin vahid elektron bazasında aparılmış yoxlama zamanı İlyasov Mətləb Mahir oğlunun məcburi köçkün statusuna malik olması faktı təsdiqini tapmamışdır.
18. Cinayət işi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, İlyasov Mətləb Mahir oğluna ilkin olaraq ##.##.2016-cı il tarixdən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır.
19. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, İlyasov Mətləb Mahir oğlu hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs zərərçəkmiş şəxs6 5000 manat pulunu 2023-cü ilin aprel ayının sonlarında, zərərçəkmiş şəxs5 4650 manat pulunu 2023-cü ilin may ayının ortalarında, zərərçəkmiş şəxs4 5000 manat pulunu 2023-cü ilin may ayının ortalarında ələ keçirərək dələduzluq etmiş və həmin vaxtdan da iki ildən artıq müddət keçmişdir (cinayət işinin dayandırılması müddətləri nəzərə alınmaqla).
20. Birinci instansiya məhkəməsi təqsirləndirilən İlyasov Mətləb Mahir oğluna münasibətdə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməlini qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 dəymiş zərəri ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin əlilliyini cəzanı yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır.
21. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
22. Birinci instansiya məhkəməsi məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, əvvəllər də analoji əməllərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab etmişdir ki, İlyasov Mətləb Mahir oğluna onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
23. Qeyd etmək zəruridir ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir.
24. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının: 1.6-cı bəndinə görə 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər, 1.15-ci bəndinə görə bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər.
25. Həmin Qərarın 2.3-cü bəndinə əsasən bu Qərarın 2.2-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məhkumlar bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla cəzadan azad edilirlər.
26. Həminin Qərarın 5.2.3-cü bəndinə əsasən məhkəmələr Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin ( az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər; 3.2. ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslər) cəzalarını azaldırlar.
27. Təqsirləndirilən İlyasov Mətləb Mahir oğlunun apelyasiya şikayətinin dəlillərində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 1(006)-190/2025 saylı hökmünün dəyişdirilərək əməlinin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməsini, apelyasiya icraatında vermiş olduğu vəsatətdə isə barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı ilə amnistiya tətbiq edilərək cəzasının 6 ay müddətə azaldılmasını xahiş etmişdir.
28. Barəsində olan birinci instansiya məhkəməsinin hökmünü dəyişərək əməlinin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməsi barədə təqsirləndirilən şəxsin apelyasiya şikayətində istinad etdiklərini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən İlyasov Mətləb Mahir oğlunun törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə düzgün tövsif etmiş, onun əməlini qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 dəymiş zərəri ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin əlilliyinin olması cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq onun törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cəza təyin etmişdir. 29.Təqsirləndirilən İlyasov Mətləb Mahir oğlunun apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün prosessual qanun pozuntuları ilə qəbul edilməsi, sübutların saxtalaşdırılması, müdafiə hüququnun pozulması və məhkəmə nəzarəti qaydasındakı qərarların nəzərə alınmaması barədə irəli sürdüyü dəlillər əsassızdır. Belə ki, cinayət işinin materiallarının yoxlanılması göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət mühahimə icraatının prinsiplərinə tam riayət olunmuşdur. Hökmün əsasını təşkil edən bütün sübutlar qanunverilikdə nəzərdə tutulmuş qaydada əldə edilmişdir və onların saxtalaşdırılması barədə iddialar subyektiv xarakter daşıyır. İbtidai istintaq dövründə məhkəmə nəzarəti qaydasında çıxarılmış qərarlar məhkəmənin sübutları sərbəst qiymətləndirmək hüququnu məhdudlaşdırmır. Prosesin bütün mərhələlərində şəxsin müdafiə hüququ tam təmin edilmişdir. Şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin pozulması barədə mülahizələri heç bir maddi əsasa söykənmir, sadəcə cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədilə irəli sürülmüş müdafiə xarakterli iddialardır və rədd edilməlidir.
30. Məhkəmə kollegiyası eyni zamanda təqsirləndirilən şəxsin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı ilə amnistiya tətbiq edilərək cəzasının 6 ay müddətə azaldılmasına dair vəsatətlərinə münasibətdə qeyd edir ki, amnistiya aktlarının zamana görə qüvvəsi prinsipinə və hüquqi təbiətinə görə amnistiya qərarının şəxsin təyin olunmuş cəzadan azad edilməsi və ya cəzasının azaldılması ilə bağlı müddəaları məhz həmin qərarın qüvvəyə mindiyi tarixədək - yəni ##.##.2025-ci il tarixədək barəsində qanuni hökm çıxarılmış məhkum olunmuş şəxslərə şamil edilir. İş materiallarından göründüyü kimi İlyasov Mətləb Mahir oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 1(006)-190/2025 saylı hökmü amnistiya aktının qəbulundan sonra, yəni ##.##.2026-cı il tarixdə çıxarılmışdır. Qərarın qəbul edildiyi tarixdə barəsində hələ hökm mövcud olmayan və hüquqi status etibarilə məhkum sayılmayan şəxsə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən cəzanın azaldılması mexanizminin tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir.
31. Bununla yanaşı təqsirləndirilən İlyasov Mətləb Mahir oğlunun amnistiya aktının subyekti olmasını, həm də Qarabağ Müharibəsi nəticəsində məcburi köçkün düşməsi faktı ilə əsaslandırmağa çalışsa da müəyyən edilmişdir ki, onun qaçqın və ya məcburi köçkün statusu mövcud deyildir. Şəxsin bu barədə iddiaları rəsmi sənədlərlə təkzib edildiyindən onun Amnistiya Qərarının məcburi köçkünlərə şamil olunan bəndlərindən yararlanmaq hüququ yaranmamışdır. Eyni zamanda onun törətdiyi əməllərin xarakteri, cinayətlərin residivini yaratması, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam ödənilməməsi faktları sözügedən Qərarın məhdudiyyətləri qisminə düşür.
32. Bununla yanaşı təqsirləndirilən İlyasov Mətləb Mahir oğlunun orqanizminin funksiyalarının 61–100 faiz pozulmasına faktına istinad edərək barəsində adı gedən Amnistiya Qərarının tətbiq olunmasını xahiş etməsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, sözügedən Qərarın 1.6-cı bəndində əlilliyi olan şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulsa da, həmin bəndin tətbiqi qeyd edilən Qərarın 6-cı və 7-ci hissələrində təsbit olunmuş məhdudiyyətlər nəzərə alınmaqla müəyyən edilir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsin törətdiyi əməllərin xarakteri, əvvəllər qəsdən ağır cinayətlərə görə məhkum olunması fonunda cinayətlərin residivini yaratması və zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam ödənilməməsi faktları məhdudiyyətləri nəzərdə tutan hissələrinin əhatə dairəsinə düşür. Qanunvericiliyin imperativ tələbinə görə, qeyd olunan məhdudiyyətlər mövcud olduğu təqdirdə şəxsin əlillik statusundan asılı olmayaraq barəsində amnistiya aktının şamil edilməsi və ya cəzasının azaldılması qanunla istisna olunur. Bu səbəbdən şəxsin əlillik faktına əsaslanan iddiaları da onun cəzasının azaldılması üçün hüquqi əsas yaratmır.
33. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
35. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir.
36. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir.
37. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır.
38. Qeyd olunanlara istinadən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən İlyasov Mətləb Mahir oğlunun apelyasiya şikayətində irəli sürdüyü əməlin tövsifinin dəyişdirilməsi barədə dəlilləri əsassız olduğundan apelyasiya şikayəti, həmçinin məhkəmə iclası zamanı onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı ilə amnistiya tətbiq edilərək cəzasının 6 ay müddətə azaldılmasına dair vəsatəti əsassız olduğundan təmin edilməməli, İlyasov Mətləb Mahir oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq
QƏRARA ALDI: Apelyasiya şikayəti təmin edilməsin. İlyasov Mətləb Mahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli 1(006)-190/2025 saylı hökmü təqsirləndirilən şəxsin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən Elmar Rəhimov Hakimlər Mehriban Qarayeva Emin Mehdiyev