Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-470/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Qarayeva Mehriban Cəfər qızı və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, ## #### 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən və ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 04 (dörd) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılması və ona qəti olaraq 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən müəyyən edilmişdir ki, o, istintaqa məlum olmayan tarixdə vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,205 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, ## ### 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci Massivdə yerləşən Mədəniyyət Evinin həyətində saxlanılıb saat 12:50dən saat 12:57-ə qədər olan müddət ərzində üzərində yoxlama aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,205 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən xeyli miqdarda, 01 ədəd bükümdə ümumilikdə 0,609 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Bakı şəhəri, Qaradağ RPİ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində ## #### 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1A-nın yaxınlığında saxlanılıb saat 20:39- dan saat 20:44-ə qədər olan müddət ərzində üzərində yoxlama aparılan zaman əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,609 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündə yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ilə qeyd edilən hökmün nəticə hissəsinin 2-ci abzasının “Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 03 ay 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.” kimi oxunması qərara alınmışdır. Apellyasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə, həmçinin ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilərək dəyişdirilməsi, eyni zamanda hökmdə “yol verilmiş anlaşılmazlığın həll edilməsinə dair” həmin məhkəmənin ## ###### 2026-cı il tarixli qərarının cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunaraq ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə, həmçinin ona cəzanın həddi ilə bağlı etdiyim təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilərək dəyişdirilməli, eyni zamanda hökmdə “yol verilmiş anlaşılmazlığın həll edilməsinə dair” həmin məhkəmənin ## ###### 2026-cı il tarixli qərarı cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunaraq ləğv edilməlidir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 2 qram olduqda külli miqdar, 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitənin miqdarı xeyli miqdardan dəfələrlə artıq olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal onun tərəfindən cinayətlərin təkrar törədilməsidir. Belə ki, o, barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi istintaq olunan dövrdə təkrarən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hökmündə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallara qiymət verilərkən yanlış olaraq belə halların olmadığı göstərilmişdir. Lakin Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal - cinayətlərin təkrar törədilməsi vardır. Bundan əlavə, iş materiallarında olan məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi il təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ## ###### 2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndində əsasən ## #### 2021-ci il tarixli hökm ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və cəzadan dərhal azad edilmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs kriminal niyyətini davam etdirərək bir daha narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlini təkrarən törətmişdir ki, bu hal onun şəxsiyyətini mənfi səciyyələndirir və onun islah olunmadığını göstərir. Lakin məhkəmə hökmdə aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməsini əsaslandırmamış, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olmasını, şəxsiyyətinin ictimai təhlükəliliyini - islah olmamasını nəzərə almayaraq, ona barəsində olan əvvəlki hökm ilə təyin edilmiş cəzadan da aşağı həddə cəza təyin etmişdir. Halbuki, Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Hazırkı halda da təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona göstərilən humanist münasibətdən sui-istifadə edərək yenidən cinayət əməli törətsə də, məhkəmə, şəxsə əvvəl təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının məqsədinin təmin edilmədiyini nəzərə almamış və əsassız olaraq təqsirləndirilən şəxsə daha aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Həmçinin, məhkəmə tərəfindən hökm elan edilərkən Təqsirləndirilən şəxs yekun olaraq məhz hökmdə göstərildiyi kimi 08 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qeyd edilmişdir ki, bu nöqsan məhkəmənin özü tərəfindən deyil, yalnız yuxarı instansiya məhkəməsi tərəfindən aradan qaldırıla bilərdi. Məhkəmə isə hökmdə yol verilmiş anlaşılmazlığı aradan qaldırarkən cinayət prosesi tərəflərinin hüquqlarını pozmuşdur. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətin baxılma yeri və vaxtı haqqında məlumatlandırılmadığı üçün məhkəmə iclasında iştirak hüququ təmin edilmədiyindən məhkəmə iclası keçirilməsi istisna olunduğu halda və qanunla nəzərdə tutulmadığı halda birinci instansiya məhkəməsi icra mərhələsində olmayan hökmdəki anlaşılmazlığı qanunsuz olaraq həll etmişdir. Odur ki, məhkəmənin ## ###### 2026-cı il tarixli hökmündə yol verilmiş anlaşılmazlığın həll edilməsinə dair ## ###### 2026-cı il tarixli qərarı CPM-in tələbləri pozularaq qəbul edildiyindən ləğv edilməlidir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya protestinin təmin olunmamasını xahiş etdilər. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ləğv edilməlidir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ## ### 2025-ci il tarixdə saat 12 radələrində yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən Mədəniyyət Evinin yanında olan zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Polislər onun qanunsuz olaraq narkotik vasitələrin, psioxtrop maddələrin əldə etməsi, daşımasındən şübhələndiklərini bildirərək videoçəkiliş istifadə etməklə üzərinə baxış keçirəcəklərini bildirmiş, üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuşlar. Bundan sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində psixotrop maddə olan 01(bir) ədəd bükümü təqdim təqdim etmişdir. Polis əməkdaşları həmin maddəni elektron tərəzidə çəkərkən 0,430 qram olması müəyyən edilmişdir. Onlara psixotrop maddəni şəxsi istifadəsi üçün Xocasən qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını demişdir. Həmin maddəni polis əməkdaşları zərfə qoyaraq qablaşdırıb möhürləmiş, o, və polis əməkdaşları zərfi imzalamışlar. Bundan sonra onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu PŞ-də xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla qablaşdırılmış zərf təqdim edilmişdir. Bundan sonra ## #### 2025-ci il tarixli cinayət əməlinə münasibətdə bildirmişdir ki, polis əməkdaşları onu həmin tarixdə saat 7-8 radələrində, bazarın yaxınlığında saxlamışlar. Lakin sonradan onu video çəkiliş aparmaq məqsədilə Lökbatan qəsəbəsi, massiv 1A-nın yaxınlığına aparmış, ona təqdim etdikəri narkotik vasitəni çəkiliş zamanı ona məxsus olması kimi təqdim etməsini tələb etmişlər. Qorxduğu üçün polis əməkdaşları deyənlərlə razılaşmış, polis şöbəsində olarkən müdafiəçisinə bu barədə məlumat verməmişdir. Həmin vaxt döyülərək xəsarət almasına baxmayaraq, şikayət etməmişdir. Hansı polis əməkdaşları tərəfindən video çəkiliş məqsədilə digər ünvana aparılmağa məruz qalması ilə bağlı suala cavab olaraq qeyd etmişdir ki, vəfat etmiş Mirtofiq adlı polis əməkdaşı onu narkotik vasitənin ona məxsus olmasını bildirməyə məcbur etmişdir. Ona psixoloji təzyiq olduğundan çəkiliş zamanı əməli etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə hər iki epizod üzrə özünü təqsirli bildiyini, əməllərindən peşman olduğunu bildirmiş yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qaradağ RPİ-nin şahid6 ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması və daşıması barədə rayon polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, Qaradağ RPİ-nin CA üzrə kiçik inspektoru şahid4 və şahid5 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində ## #### 2025-ci il tarixdə saat 20 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsi massiv 1A-da Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı və üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən çıxartdığı qızılı rəngli kağızda olan 01 ədəd büküm narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə tərəzidə çəkilmiş, 0,80 qram olması müəyyən edilmişdir. Sonra isə aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbiri yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs rayon 10-cu PŞnə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, ona psixi və fiziki təsir göstərilməmiş və təqsirləndirilən şəxs tərəfindən onlara hər hansı müqavimət göstərilməmişdir. Anten məlumatının əldə olunması məqsədilə 055-275-85-02 mobil nömrəsini təqdim etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 və şahid4 eyni məzmunlu ifadə verərək şahid şahid6 dediklərini təsdiqləmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, ## ### 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması və daşıması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili şahid2 Cavid oğlu və CA üzrə kiçik inspektoru şahid1 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində ## ### 2025-ci il tarixdə saat 12 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massivdə yerləşən Mədəniyyət evinin həyətində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı və üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmamasını soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli ağ xətli şalvarının sağ yan cibindən çıxartdığı qızılı rəngli bükümdə olan 01 ədəd narkotik vasitəni təqdim etmişdir. Aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbiri yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs 10-cu PŞ-nə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Birinci instansiya məhkəməsində suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən onlara müqavimət göstərilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10cu Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili X2 və CA üzrə kiçik inspektoru şahid1 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək şahid3 ifadəsində qeyd etdiklərini təsdiqləmişlər. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında ## #### 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 11-13-cü vərəqələrində olan ## #### 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol və ona əlavə edilən DVD diskdə olan görüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, ## #### 2025-ci il tarixdə saat 20:39-dan 20:44ə qədər olan müddət ərzində keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1A-da saxlanılıb ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşyalar varsa təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir büküm qızılı rəngli siqaret kağınıza bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş və onu tanımadığı şəxsdən Xocahəsən qəsəbəsindən 10 manata aldığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 22-ci vərəqəsində olan ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə, saat 20:39- da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 34-35-ci vərəqələrində olan ## #### 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan və ona əlavə edilən DVD diskdə olan görüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Qaradağ RPİnin inzibati binasında dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və onun Qaradağ RPİ-nin CAŞ-nın əməkdaşlarına təqdim etdiyi zərfdə olan bükümə baxış keçirilmişdir. Həmin zərf açıldıqda içərisində qızılı rəngli bir büküm aşkar edilmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkildə heroinə bənzər kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs içərisində olan maddənin narkotik vasitə heroin olduğunu və 10 manata aldığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 44-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli */**** nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №***”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs “yazısı və imzalar olan zərfdə olan üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №**”-li dairəvi möhür əksi zərfin içərisindəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0, 609 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi 0, 609 qr., tədqiqata sərf edildi 0,05 qr., qalıq 0,559 qr. Cinayət işinin 1-ci cildinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 53-54-cü vərəqələrində olan ## #### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 09:00) Cinayət işinin 1-ci cildinin 62-63-cü vərəqələrində olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqı 250030333 nömrəsi ilə davam etdirilmişdir. Cinayət işinin 1-ci cildinin 67-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında ## ### 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 75-77-ci vərəqələrində olan ## ### 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokol və ona əlavə edilən DVD diskdə olan görüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, ## ### 2025ci il tarixdə saat 12:50-dən 12:57-ə qədər olan müddət ərzində keçirilmiş əməliyyat tədbiri zamanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən Mədəniyyət evinin həyətində Təqsirləndirilən şəxs saxlanılaraq ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansıəşya varsa təqdim etməsi təklif olunduğunda o, əynində olan qara rəngli ağ cızıqlı şalvarın sağ yan cibindən bir büküm qızılı rəngdə kağıa bükülmüş kütləni təqdim edərək, həmin bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu və 10 manata aldığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 85-ci vərəqəsində olan ## ### 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ### 2025ci il tarixdə, saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 94-95-ci vərəqələrində olan ## ### 2025-ci il tarixli baxış keçirilməsi və götürülmə aparılması haqqında protokoldan və ona əlavə edilən DVD diskdə olan görüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və onun Qaradağ RPİ-nin CAŞnın əməkdaşlarına təqdim etdiyi zərfdə olan bükümə baxış keçirilmişdir. Həmin zərf açıldıqda içərisində qızılı rəngli bir büküm aşkar edilmişdir. Həmin bükümün içərisində ağ rəngli kristal şəkilli duza bənzər maddə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin metamfetamin olduğunu və 10 manata aldığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 104-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli */**** nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,205 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi- 0,205 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,155 qram. Cinayət işinin 1-ci cildinin 103-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 113-114-cü vərəqələrində olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 11:00) Cinayət işinin 1-ci cildinin 131-132-ci vərəqələrində olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtian edilərək MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 133-134-cü vərəqələrində olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 155-161-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 185-186-cı vərəqələrində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi il təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ## ###### 2021-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 05.11.21-ci il tarixli Amnistiya qərarının 4-cü bəndində əsasən 06.07.21-ci il tarixli hökm ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və cəzadan dərhal azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 204-205-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6-X4 ekspert komissiyasının ## ######## 2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 220-228-ci vərəqələrində olan ##.##.2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,155 qram psixotrop maddə metamfetamin və 0,559 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmışdır. Həmçinin təqsirləndirilən şəxs saxlanılıb üzərinin yoxlanılması və əşyaların götürülməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş 02 ədəd DVD disk, şəxsi axtarış və götürmə aparılması haqqında protokollara əlavə edilən 02 ədəd DVD disk, xxxx MMC-nin CD diski maddi sübut kimi tanınaraq cinayət işinin mateiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 231-232-ci vərəqələrində olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişiklik etməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş ##.##.2025-ci il tarixli Bakı şəhəri Qaradağ rayon prokurorunun qərarından görünür ki, təqsirləndirilən şəxsin həbsinin uzadılmaması barədə qərar qəbul edilmişdir. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ##.##.2025-ci il tarixli epizod üzrə tutulma yeri ilə bağlı ziddiyyətli ifadələr bildirdiyinə görə məhkəmə tərəfindən şahidlərin və təqsirləndirilən şəxsin istifadələrində və həmin vaxt üzərlərində olan mobil nömrələrinin anten məlumatlarının əldə olunması ilə bağlı qərarlar qəbul edilmiş və müvafiq operatorlara göndərilmişdir. Belə ki, şahid şahid5 istifadəsində olan ********** mobil telefon nömrəsinin ##.##.2025-ci il tarixli anten məlumatlarının götürülməsinə dair “xxxx” MMC-dən ##.##.2025-ci il tarixdə daxil olmuş cavab məktubundan müəyyən olunmuşdur ki, ##.##.2025-ci il tarixdə saat 12:03:40 dəqiqədən sonra şahidin həmin gün daxilində anten dairəsinə dair məlumat mövcud deyil. Şahid şahid6 istifadəsində olan ********** mobil telefon nömrəsinin ##.##.2025-ci il tarixli anten məlumatları ilə bağlı “xxxx” MMC-dən ##.##.2025-ci il tarixdə daxil olmuş cavab məktubundan görünür ki, o, ##.##.2025-ci il tarixdə saat 19:09:12 dəqiqədə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Neftçilər küçəsi, döngə 3 ünvanında, saat 21:44:42 dəqiqədə isə ünvan 3 16, Lökbatan ATS ünvanında olmuş, lakin həmin saatlar arasında olan vaxt ərzində hər hansı ünvanda olması barədə məlumat əks olunmur. Şahid şahid4 istifadəsində olan ********** mobil telefon nömrəsinin ##.##.2025-ci il tarixli anten məlumatları ilə bağlı “xxxx” MMC-dən ##.##.2026-cı il tarixdə daxil olmuş cavab məktubundan görünür ki, o, ##.##.2025-ci il tarixdə saat 15:32:59 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Dəniz nasosu ünvanında və ##.##.2025-ci il tarixdə 08:32:47 dəqiqədə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 may küçəsi ticarət cərgəsində olmuş, lakin həmin saatlar arasında olan vaxt ərzində hər hansı ünvanda olması barədə məlumat əks olunmur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ********** və ********** saylı mobil telefon nömrələrinin ##.##.2025-ci il tarixli anten məlumatları ilə bağlı “xxxx” MMC-dən ##.##.2026-cı il tarixdə daxil olmuş cavab məktubundan görünür ki, o, ##.##.2025-ci il tarixdə saat 20:42:59 və 20:43:00-da ünvan 1 3 ünvanında olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində ## #### 2025-ci il tarixində olan cinayət əməlini törətmədiyini, narkotik vasitənin ona məxsus olmasını etiraf etməyə vəfat etmiş polis əməkdaşı tərəfindən məruz qoyulduğunu bildirsə də, son sözündə hər iki epizod üzrə özünü təqsirli bilmiş, əməllərindən peşman olduğunu qeyd etmişdir. Saxlanması vaxtı ona qarşı edilmiş əməllərlə bağlı qeyd etdikləri təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülər, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə metamfetamini və narkotik vasitə heroini xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 2 qram olduqda külli miqdar, 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitənin miqdarı xeyli miqdardan dəfələrlə artıq olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal onun tərəfindən cinayətlərin təkrar törədilməsidir. Belə ki, o, barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi istintaq olunan dövrdə təkrarən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal - cinayətlərin təkrar törədilməsi vardır. Bundan əlavə, iş materiallarında olan məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi il təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ## ###### 2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndində əsasən ## #### 2021-ci il tarixli hökm ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və cəzadan dərhal azad edilmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs kriminal niyyətini davam etdirərək bir daha narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlini törətmişdir ki, bu hal onun şəxsiyyətini mənfi səciyyələndirir və onun islah olunmadığını göstərir. Lakin birinci instansiya məhkəməsi hökmdə aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməsini əsaslandırmamış, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olmasını, şəxsiyyətinin ictimai təhlükəliliyini, onun islah olmamasını nəzərə almayaraq, barəsində olan əvvəlki hökm ilə təyin edilmiş cəzadan da aşağı həddə cəza təyin etmişdir. Halbuki, Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Hazırkı halda da təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona göstərilən humanist münasibətdən sui-istifadə edərək yenidən cinayət əməli törətsə də, birinci instansiya məhkəməsi şəxsə əvvəl təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının məqsədinin təmin edilmədiyini nəzərə almamış və əsassız olaraq təqsirləndirilən şəxsə daha aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın müddətinin 03 (üç) ay artırılmasını qanuna müvafiq hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, həmçinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməməklə səhvə yol verilmişdir. Belə ki, hökmdə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 04 (dörd) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılması və ona qəti olaraq 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qeyd olunmuş, həmin məhkəmənin ##.##.2026cı il tarixli qərarı ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün nəticə hissəsinin 2-ci abzasının “Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 03 ay 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.” kimi oxunması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixli qərar CPM-in tələbləri pozularaq qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ləğv edilməli, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) ay artılaraq cəzası 01 (bir) il müddəti müəyyən edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək 02 (iki) gün, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan 03 (üç) ay, ümumilikdə 03 (üç) ay 02 (iki) gün ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 397, 398, 399 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ləğv edilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) ay artılaraq, onun cəzası 01 (bir) il müəyyən edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək 02 (iki) gün, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan 03 (üç) ay, ümumilikdə 03 (üç) ay 02 (iki) gün ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410cu mddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-470/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-470/2026
04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver